Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-194/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X10, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X13, hakimlər X11 və X6 ibarət tərkibdə) 01 mart 2021-ci il tarixli hökmü ilə, xx.xx.1982-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, Yevlax rayon məhkəməsinin 08.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 25.03.2020-ci il tarixdə Şəki rayon məhkəməsinin qərarı ilə 03 ay 11 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Yevlax şəhəri F.Kərimov küçəsi 125də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasınə məhkum edilməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 03 oktyabr 2020ci il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi, cinayət işi üzrə maddi sübut kimi tanınaraq X18 saxlanılan 01 ədəd köynək məhv edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi, ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınması müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, 23 sentyabr 2020-ci il tarixdə saat 02 radələrində yaşadığı Yevlax şəhəri F.Kərimov küçəsi 125 saylı evdə vintaçanla şkafın vintlərini bərkidən zaman anası Şahid4 ona nə üçün gecə vaxtı səs-küy saldığını deyərək irad tutmasına görə onun ünvanına nalayiq söyüş söyüb mübahisə etdikdən sonra evdən küçəyə çıxmış, qardaşı Zərərçəkmiş şəxs onun arxasınca evdən küçəyə çıxaraq Təqsirləndirilən şəxsla söhbət edib ona gecə saatları olduğu üçün evə qayıtmağını deyən zaman sonuncu heç bir əsaslı səbəb olmadan yaşadığı evin qarşısındakı küçədə istintaqla müəyyən edilməyən deşici-kəsici lətlə Zərərçəkmiş şəxs qarın boşluğuna qəsdən bir dəfə vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran böyük piyliyin və köndələn çənbər bağırsağın zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən xuliqanlıq niyyətilə ağır zərər vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Təqsirləndirilən şəxs cinayət işi üzrə törətdiyi əməli Cinayət Məcələsinin 126.2.4-cü maddəsindən Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmündə dəyişiklik edilməsini, ona həmin maddə üzrə sanksiyada nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmündən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi X3 apellyasiya şikayətin təmin olunmasını, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcələsinin 126.2.4-cü maddəsindən Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmündə dəyişiklik edilməsini, ona həmin maddə üzrə sanksiyada nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, hazırda təqsirləndirilən şəxsin uşaqlarının da onun himayəsində olmasını göstərərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X16 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxs, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 126.2.4-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilməlidir. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşı olmaqla münasibətləri normal olmuşdur. 23 sentyabr 2020-ci il tarixdə saat 02 radələrində yaşadıqları evdə paltar dolabının şurupu açıldığı üçün vintaçanla açılan şurupu bərkidən vaxt anası ilə mübahisə edərək evdən çölə çıxaraq yaşadıqları küçənin döngəsində dayanmışdır. Qardaşı Ramil onun arxasınca gələrək ona evə getməyə dəvət etmiş, qardaşına evə getməyəcəyini bildirmişdir. Ramil isə bir neçə dəfə təkrar evə getməsinə israr etdikdə əsəbləşərək əlindəki vintaçanla bir dəfə qardaşı Ramilin qarın nahiyyəsinə vuraraq qaçıb getmişdir. Vintaçanı qaçıb gedərkən küçədə yolun kənarına tullamış, həmin gecə yaşadığı evə getməmişdir. Səhəri gün qohumlardan Ramilin xəstəxanaya aparıldığını və cərrahiyyə əməliyyatı olunduğunu öyrənmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, törətdiyi əməldən peşmandır. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 sentyabr 2020-ci il tarixdə saat 02 radələrində yaşadıqları evdə olarkən qardaşı Amil anası ilə mübahisə edərək evdən çıxıb küçəyə getmiş, həmin vaxt anası ona Amilin arxasınca gedib evə qaytarmasını bildirmişdir. Amilin arxasınca küçəyə çıxarkən sonuncunun küçənin döngəsində yerə əyilib torpağı əli ilə eşələdiyini görmüş, qardaşına yaxınlaşıb evə getməli olduqlarını bildirmişdir. Amil evə getmək istəmədiyini bildirdikdən sonra aşağı əyilib Amilin qolundan tutaraq ayağa qaldırmaq istəmiş, həmin vaxt Amil qəflətən əlindəki vintaçanla onun qarın nahiyyəsinə bir dəfə zərbə ilə vuraraq ondan aralaşıb qaçıb getmişdir. Həmin vaxt Amil vintaçanı da özü ilə götürüb aparmış, qarın nahiyyəsində ağrılar hiss edərək görə tez evə qayıtmışdır. Evdə Amilin onu vintaçanla qarın nahiyyəsinə vuraraq qaçıb getdiyini bildirmiş, əvvəlcə həmin xəsarətin ciddi olmadığını düşünmüş və ona görə anası özü tibbi yardım göstərməsi üçün həmin xəsarətin üstünə yod vuraraq spirtlə silib sarğı qoymuşdur. O, gecə yatmış, səhərə yaxın qarın nahiyyəsində güclü ağrılar başlamışdır. Həmin vaxt anasıgili oyadaraq qarın nahiyyəsində güclü ağrılar olduğunu bildirmişdir. 23 sentyabr 2020-ci il tarixdə saat 07 radələrində anasıgil onu tibbi yardım almaq üçün Yevlax şəhər mərkəzi xəstəxanasına aparmış, xəstəxanada həkimlər onu müayinə etdikdən sonra aldığı xəsarətin daxilə keçdiyini və təcili cərrahi əməliyyat edilməli olduğunu bildirmişlər. Qardaşı Amilin onu son zamanlar yaranmış psixi problemləri səbəbindən vurmuşdur. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 23 sentyabr 2020-ci il tarixdə saat 02 radələrində Amil yaşadıqları evdə onunla mübahisə etməyə başlamış, Amili sakitləşdirmək istəsə sonuncu sakitləşməyərək evdən çıxıb getmişdir. Amil evdən çıxandan sonra digər oğlu Ramilə Amilin arxasınca gedib evə gətirməsini tapşırmışdır. Oğlu Ramil də Amilin arxasınca küçəyə çıxmış, bir qədər sonra Ramil evə qayıdaraq Amil tərəfindən qarın nahiyyəsindən vinataçanla vurulduğunu bildirmişdir. Ramilin qarın nahiyyəsinə baxanda qan axdığını görmüş, tibbi yardım göstərmək məqsədilə yod və spirt gətirərək qan axan yeri silib bint ilə sarımışdır. Səhər tezdən Ramil yuxudan oyanaraq narahat olduğunu bildirdikdən sonra əri Ərzumanla birlikdə Ramili Yevlax şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər Ramili müayinə edib aldığı xəsarətə görə daxili qanaxması olduğu üçün təcili cərrahi əməliyyat edilməli olduğunu bildirmişlər. Bundan sonra həkimlər Ramili əməliyyat otağına apararaq cərrahi əməliyyət etmişlər. Oğlu Amil son zamanlar psixi gərginliklər keçirmiş, bu səbəbdən də Ramili vintaçanla vurub xəsarət yetirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23 sentyabr 2020-ci il tarixdə saat 02 radələrində əri Amilin evin birinci mərtəbəsində anasıgilnən mübahisə etdiyini eşitmiş, lakin uşaqları ilə oraya getməmişlər. Bir qədər sonra sakitcilik olmuş, səhəri gün yuxudan durub həyətə düşəndə əri Amilin mübahisədən sonra gecə küçəyə çıxıb getdiyini, həmin vaxt qaynı Ramilin evə gətirmək üçün onun ərinin arxasınca küçəyə çıxıb ərini evə gətirmək istəyən zaman ərinin vintaçan ilə qaynı Ramilin qarın nahiyyəsinə vuraraq xəsarət yetirdiyini və sonra qaçıb getdiyini eşitmişdir. Həmin gün səhər saatlarında Ramil özünü pis hiss etdiyi üçün qaynanası Rəfiqə və qaynatası X21 şəhər mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər Ramili müayinə edərək aldığı xəsarətə görə daxili qanaxması olduğu üçün təcili cərrahi əməliyyat olunmasını bildirmişlər. Bundan sonra həkimlər Ramili əməliyyat otağına apararaq cərrahi əməliyyət etmişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X20 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə-tibb ekspertizasının 03 oktyabr 2020-ci il tarixli 614 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətböyük piyliyin və köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayət olunan qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (alətlərin), ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəmə müddəti 23.09.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə trasoloji ekspertizasının 07 dekabr 2020-ci il tarixli 3/1913 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yeri və ölçüsü verilib. Həmin zədə kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə qeyd edilən xassəyə malik olan bıçaq tiyələri də aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlə ona məxsus köynəyin üzərində olan zədə uyğunluq təşkil edir və üst-üstə düşürlər. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə psixiatrik ekspertizasının 09 dekabr 2020-ci il tarixli 663 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgilər) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və içtimai təhlükəliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının 05 yanvar 2020-ci il tarixli 01 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 sentyabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Abışov X15 rayon məhkəməsinin 08.05.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon məhkəməsinin 25.03.2020-ci il tarixli qərarı ilə 03 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. CM-in 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Cinayət işinə əlavə edilmiş Yevlax rayon məhkəməsinin 08.05.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Yevlax rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 05.01.2021-ci il tarixli 03/02 nömrəli məktubdan görünür ki, Şəki rayon məhkəməsinin 7(075)-74/2020 saylı 25.03.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 11 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını 06.07.2020-ci il tarixdə çəkib qurtarmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X8 rayon Narkoloji Kabineti tərəfindən verilmiş 05 oktyabr 2020-ci il tarixli 2302 nömrəli arayışdan görünür ki, Abışov X15 rayon narkoloji kabinetində 18.03.2016-cı ildən qeydiyyatda durur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X2 rayon Psixonevroloji Kabineti tərəfindən verilmiş 05 oktyabr 2020-ci il tarixli 1519 nömrəli arayışdan görünür ki, Abışov X15 rayon psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 03 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax rayon Məhkəməsinin 05 oktyabr 2020-ci tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxsla barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Eyvlax rayon İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə ərazi dairəsi üzrə nümayədəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Yevlax şəhəri F.Kərimov küçəsi 125 saylı evdə yaşamaqla himayəsində 2008-ci ildə anadan olmuş Həsən Abışov adlı bir azyaşlı uşağı vardır. Birinci instansiya məhəməsi hesab etmişdir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini CM-in 126.2.4-cü maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Təqsirləndirilən şəxs cinayət işi üzrə törətdiyi əməli Cinayət Məcələsinin 126.2.4-cü maddəsindən Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmündə dəyişiklik edilməsini, ona həmin maddə üzrə sanksiyada nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, məhkəmə kollegiyası həm ibtidai istintaq orqanının, həm də birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə, yəni istinad edilən cinayət əməlinin bilavasitə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə törədilməsi hissəsi ilə razılaşmır və bu fikirdədir ki, təqsirləndirilən şəxsin əməli CM-in 126.2.4-cü maddəsindən CM-in 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Çünki, birinci instansiya məhkəməsi cinayət işi üzrə hərtərəfli, tam və obyektiv və hökmdə ətraflı şərh olunan sübutların məcmusuna, yəni təqsirkarın, zərərçəkmişin və şahidlərin ifadələrinə əsaslanmaqla və bunları mötəbər sübut kimi qiymətləndirməklə Təqsirləndirilən şəxs barəsində CM-in 126.2.4-cü maddəsi ilə ittiham hökmü çıxarmaqda düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X14rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmlıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X4rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Hazırda, məhkəmə kollegiyasının fikrinə görə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə nəticəsində sonuncunun ağır dərəcəli bədən xəsarəti alması mübahisələndirilməsə də, təqsirləndirilən şəxsin zərərçəkmişə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurması ilə ittiham tərəfinin istinad etdiyi sübutların həqiqiliyi həddindən artıq şübhə doğurur. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilir ki, .Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Ona görə də kollegiya hesab edir ki, ilk növbədə şəxsin əməlinin xuliqanlıq niyyəti ilə törətməsini dəqiqləşdirmək üçün, təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədib-törətməməsi (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə) aydınlaşdırılmalıdır. Hazırki işdə isə mübahisəsiz şəkildə müəyyən olunur ki, anasının iradlarına dözməyib, mübahisədən qaçmaq üçün təqsirləndirilən şəxs gecə saat 02 radələrində evdən küçəyə çıxmışdır. Bundan sonra ona yaxınlaşan və evə getməsini tələb edən qardaşına bir neçə dəfə imtina etsə də, qolundan tutub qaldırmaq istəyən qardaşına əlində olan deşici-kəsici alətlə onu vurmuşdur. Göründüyü kimi qardaşı ilə aralarında baş vermiş mübahisənin təşəbbüskarı Təqsirləndirilən şəxs olmamış, qardaşına xəsarət yetirməsi üçün münaqişə onun tərəfindən deyil qardaşı tərəfindən başladılmışdır. Yuxarıda şərh olunanlardan, aydın olur ki, təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizimini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər, onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. Həmçinin məhkəmə kollegiyası bu arada qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir və bu halda digər motivlər ya olmamalıdır, yaxud da cinayətin törədilməsi motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə də əməlin xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası yuxarıda göstərilən qanun normasının mənası, həm Konstitusiya Məhkəməsinin, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsi plenumlarının qərarlarının izahı baxımından, həmçinin cinayət işinin faktiki hallarının gerçək vəziyyətinə əsasən bu fikirdədir ki, təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə müəyyən edilmiş bütün faktiki hallar məcmu halında qiymətləndirilməli, həmçinin belə işlərdə cinayətin motivinə dair məsələnin araşdırılması xüsusi əhəmiyyət kəsb etdiyindən, cinayətin törədilmə halları ilə yanaşı, təqsirləndirilən şəxsin əvvəlki davranışı, onun şəxsiyyəti ilə bağlı xüsusatların aydınlaşdırılması vacib şərtdir. Hazırda, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmişin və şahidlərin ifadələrindən görünür ki, mübahisə onların arasında olan şəxsi münasibətlər zəminində (təqsirləndirilən şəxsin anası ilə arasında yaranmış mübahisədən sonra evdən çıxmış, onun evə qayıtmasını israr etməsinə görə) baş vermiş və nəticədə mübahisə zamanı təqsirləndirilən şəxs yaşadığı evin qarşısındakı küçədə istintaqla müəyyən edilməyən deşici-kəsici lətlə qardaşı Zərərçəkmiş şəxs qarın boşluğuna qəsdən bir dəfə vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran böyük piyliyin və köndələn çənbər bağırsağın zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən bədən xəsarətləri yetirməklə sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs verdiyi bütün ifadələrində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki Zərərçəkmiş şəxs onun doğma qardaşı olmaqla münasibətləri normal olmuşdur. 23 sentyabr 2020-ci il tarixdə saat 02 radələrində yaşadıqları evdə paltar dolabının şurupu açıldığı üçün vintaçanla açılan şurupu bərkidən vaxt anası ilə mübahisə edərək evdən çölə çıxaraq yaşadıqları küçənin döngəsində dayanmışdır. Qardaşı Ramil onun arxasınca gələrək ona evə getməyə dəvət etmiş, qardaşına evə getməyəcəyini bildirmişdir. Ramil isə bir neçə dəfə təkrar evə getməsinə israr etdikdə əsəbləşərək əlindəki vintaçanla bir dəfə qardaşı Ramilin qarın nahiyyəsinə vuraraq qaçıb getmişdir. Vintaçanı qaçıb gedərkən küçədə yolun kənarına tullamış, həmin gecə yaşadığı evə getməmişdir. Səhəri gün qohumlardan Ramilin xəstəxanaya aparıldığını və cərrahiyyə əməliyyatı olunduğunu öyrənmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, törətdiyi əməldən peşmandır. Göründüyü kimi, tədqiq edilmiş sübutlarla hadisənin bu cür inkişaf etməsi Təqsirləndirilən şəxs cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəmnində törədildiyini göstərir. Xuliqanlıq niyyətinin olmamaması təqsirkarın ictimai təhlükəli qəsdinin ictimai qaydadnın kobud şəkildə pozulmasına və cəmiyyətə qarşı açıq-aydın hörmətsizliyin ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmişə qarşı, onun sağlamlığına ağır zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə zərərin vurulmadığını göstərir. Hazırkı işin müəyyən edilmiş gerçək vəziyyətindən bəlli olur ki, məlum cinayət əməli təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq motivi ilə deyil, aralarında olan şəxsi münasibətləri zəmnində, yəni zərərçəkmiş şəxsin ona təkrarən evə qayıtmasını bildirməsi səbəbindən ondan yaxa qurtarmaq istəyən təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 3-cü bəndində qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə qohumlar arasında şəxsi münasibətlər zəmində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl CM-in şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yuxarıda şərh edilən cinayət əməlini onun sonuncu ilə aralarında olan şəxsi münasibətə, aralarında baş vermiş mübahisəyə görə etmiş, bu motiv törədilmiş cinayətin əsas motivi kimi çıxış etmiş və təqsirkar həmin cinayəti törədərkən onun məqsədi ictimai qaydanın pozulmasına yönəlməmiş, hərəkətləri isə cəmiyyətə açıqca hörmətsizliklə müşaiyət olunmamış və bu halda əməlin xuliqanlıq niyyətilə törədilməsi istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, lakin cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, əməlin tövsifıni müəyyən edərkən bunu kifayət qədər əsaslandırmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarında qeyd edilir ki, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs məhz xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə cinayətini törətməsi barədə nəticəyə gələrkən sübutların Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qiymətləndirilməsini təmin etməmişdir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 33.1 və 33.2-ci maddələrinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və biri-biri ilə müqayisə edilir, yenisübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar ittihamda aktında qeyd edildiyi kimi Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraqi onun törətmiş olduğu cinayət əməlinin CM-in 126.1-ci maddəsi ilə ittiham olunaraq, həmin maddə ilə təqsirli bilinib məhkum edilməsini əsaslı sayır. Çünki, ibtidai istintaq orqanı tamamilə fərziyyələrə və ehtimallara əsaslanmaqla təqsirləndirilən şəxsin CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi qənaətinə gəlmişdir. Halbuki, CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Bu baxımdan da, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 126.2.4cü maddəsi ilə deyil, CM-in 126.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verməmişdir . Ona görə də apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası işdə olan sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 sentyabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Abışov X15 rayon məhkəməsinin 08.05.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon məhkəməsinin 25.03.2020-ci il tarixli qərarı ilə 03 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. CM-in 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Cəza təyin edərkən məhkəmə kollegiyası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cınayətın residividir. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-nin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yevlax rayon Məhkəməsinin 05 oktyabr 2020-ci tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 126.2.4-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 03 oktyabr 2020-ci il tarixdən hesablanmalı, hökm baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 1(091)-90/2021 saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 126.2.4-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 03 oktyabr 2020-ci il tarixdən hesablansın. Hökm baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-194/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-194/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver