Məhkəmə qərarları › İş №1(107)-199/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-199/2021

01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-199/2021 01.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, Təqsirləndirilən şəxs hüquqi varisi X1, təqsirləndirlən Təqsirləndirilən şəxs müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X3, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X5 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 25 fevral 2021-ci il tarixli hökmü ilə, xx xxxxxx 1976-cı ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, оrta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ucar şəhəri, Xətai küçəsi, ev 80-də qeydiyyaatda olan və Ucar şəhər H.Əliyev prospekti, dalan 1, ev 4-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Alahverən oğlunun 29 aprel 2020-ci il tarixdən 11 iyun 2020-ci il tarixədək həbsdə, 11 iyun 2020-ci il tarixdən isə ev dustaqlığında olduğu 9 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə iki gün hesabı ilə hesablanmaqla 1 (bir) il 7 (yeddi) ay 24 (iyirmi dörd) gün kimi müddət müəyyən olunsun və həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla, qəti olaraq 10 (on) ay 06 (altı) gün müddətə аzаdlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs Alahverən оğlunun üzərinə “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X11 hemodializ şöbəsində proqramlı hemodializ müalicə alması nəzərə alınmaqla Ucar, Ağdaş və Yevlax rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn ünvan 1 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs Alahverən oğlunun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs Alahverən oğlu ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, Təqsirləndirilən şəxs götürülmüş, Ucar Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 1,87 qram və 01 (bir) ədəd kibrit qutusunda içərisində 05 (beş) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,79 qr, 0, 84 qr, 0, 90 qr, 1,08 qr, 1,19 qr, ümumi təmiz çəkisi 6,67 qram olan, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 6,55 qram qalan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməsi, Təqsirləndirilən şəxs 51 (əlli bir) manat 06 (altı) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, Təqsirləndirilən şəxs оğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, habelə hökmün qalan hissədə icra edilməsi yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. işin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Allahverdi oğluna elan edilmiş ittihamın mahiyyəti onda ibarətdir ki, o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi, ümumi təmiz çəkisi 6,67 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı satış məqsədilə əldə edib saxlamış, üzərində daşımış, 29 aprel 2020-ci il tarixdə, saat 18 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar şəhəri, A.Səhhət küçəsində saxlanılaraq Ucar Rayon Polis Şöbəsinə dəvət olunmuş, üzərində şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli gödəkçənin sağ cibində bir ədəd kibrit qutusunda 05 ədəd kağız bükümlərdə ayrı-ayrılqda təmiz çəkiləri 0.79 qram, 0.84 qram, 0.90 qram, 1.08 qram, 1.19 qram və bir ədəd kağız bükümdə təmiz şəkisi 1,87 qram olan narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Ucar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmişdir. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, İİ dərəcəli hüqüqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Ucar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cinayət və cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq daha ağır cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya protestinə etiraz verərək iş üzrə apellyasiya protestinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən Təqsirləndirilən şəxs hüquqi varisi X4 və Təqsirləndirilən şəxs müdafiəçiəsi X6 yazılı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Təqsirləndirilən şəxs 21 may 2021-ci il tarixdə vəfat etdiyi üçün Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə onun barəsində başlanmış cinayət təqibinə xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında çıxış edən dövlət ittihamçısı X8 apellyasiya protestinin qismən təmin edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsini, lakin 21 may 2021-ci il tarixdə vəfat etdiyi üçün barəsində başlanmış cinayət təqibinə xitam verilməsini xahiş etdi. hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materialını araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü ləğv edilməli və Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki Təqsirləndirilən şəxs 21 may 2021-ci il tarixdə böyrək çatışmazlığı səbəbindən ölmüşdür. Bu səbədən də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Ucar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 1(063)-2/2021 saylı hökmü ləğv edilməldir. Həmçinin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Allahverdi oğluna elan edilmiş ittihamın mahiyyəti onda ibarətdir ki, o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi, ümumi təmiz çəkisi 6,67 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı satış məqsədilə əldə edib saxlamış, üzərində daşımış, 29 aprel 2020-ci il tarixdə, saat 18 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar şəhəri, A.Səhhət küçəsində saxlanılaraq Ucar Rayon Polis Şöbəsinə dəvət olunmuş, üzərində şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli gödəkçənin sağ cibində bir ədəd kibrit qutusunda 05 ədəd kağız bükümlərdə ayrı-ayrılqda təmiz çəkiləri 0.79 qram, 0.84 qram, 0.90 qram, 1.08 qram, 1.19 qram və bir ədəd kağız bükümdə təmiz şəkisi 1,87 qram olan narkotik vasitələr aşkar edilərək götürülmüşdür. İş mаteriаllаrındа оlаn “cinаyət işinin bаşlаnmаsı və istintaq aidiyyəti üzrə verilməsi hаqqındа” Ucar Rаyоn Pоlis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı Elçin Neymanovun 30 aprel 2020-ci il tаrixli qərаrının təsviri hissəsində göstərilir: “..... 29 aprel 2020-ci il tаrixdə, saat 18 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində Ucar şəhəri, Ş.İ.Xətai küçəsində qeydiyyatda olmaqla, H.Əliyev prospektində yaşayan Təqsirləndirilən şəxs Ucar şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə dəvət edilmiş, şəxsi axtarış zamanı onun üzərindən 6,67 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür”. İş mаteriаllаrındа оlаn “şəxsi axtarış aparılması haqqında” 29 aprel 2020-ci il tаrixli prоtоkоldаn görünür ki, Təqsirləndirilən şəxs əynində boz rəngli gödəkçənin sağ cibində saxladığı bir ədəd kibrit qutusunun içindəki beş ədəd kağız bükülünü və həmin cibində saxladığı bir ədəd konfet kağızına bükülmüş bükülünü təqdim edərək bildirmişdir ki, həmin kibrit qutusunun içndə olan beş ədəd kağız büküldə olan və bir ədəd ayrıca saxladığı kağız büküldə olan narkotik vasitə olan qurudulmuş marixuanalardır, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə aludəçisidir, həmin bükümlər ona məxsusdur. Şəxsi axtarış zamanı fotoşəkillər çəkilmiş, iştirakçılaraq nümayiş olunaraq fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 30 aprel 2020-ci il tarixli, 17/527 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd kibrit qutusunda olan......” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-1,87 qram və 01 (bir) ədəd kibrit qutusunun içərisində 05 (beş) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,79 qr., 0,84 qr., 0,90 qr., 1,08 qr., 1,19 qram, ümumi təmiz çəkisi-6,67 qram olan bütki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, 06 (altı) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət təqibi — cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir. Hazırda baxılan işdən də göründüyü kimi Təqsirləndirilən şəxs 21 may 2021-ci il tarixli, ölüm haqqında şəhadətnaməyə əsasən “dəqiqləşdirilməmiş böyrək çatışmazlığı” səbəbindən ölmüşdür. CPM-in 39.1.5-ci maddəsində göstərilir ki, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. CPM-in 43.3-1-ci maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü ləğv edilməli və Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməldir. Həmçinin məhkəmə kollegiyası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs götürülmüş, Ucar Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 1,87 qram və 01 (bir) ədəd kibrit qutusunda içərisində 05 (beş) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,79 qr, 0, 84 qr, 0, 90 qr, 1,08 qr, 1,19 qr, ümumi təmiz çəkisi 6,67 qram olan, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 6,55 qram qalan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Bundan əlavə iş materiallarında olan ekspertiza xərclərinə dair 30 aprel 2020-ci il tarixli 17/257 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 51 (əlli bir) manat 06 (altı) qəpik təşkil etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən iş üzrə 51 (əlli bir) manat 06 (altı) qəpik məbləğində ekspertiza xərci dövlət büdcəsinə aid edilməlidir. İş üzrə mülki iddia yoxdur. nəticəvi hissə Qeyd edilənlərə əsаsən və CPM-in 39,43.3-1,396, 407-410-cu mаddələrini rəhbər tutаrаq məhkəmə kollegiyаsı, qərara aldı: Dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 1(063)-2/2021 saylı hökmü ləğv edilsin və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 43.3-1-ci maddələrinə əsasən barəsində başlanmış cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs götürülmüş, Ucar Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 1,87 qram və 01 (bir) ədəd kibrit qutusunda içərisində 05 (beş) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,79 qr, 0, 84 qr, 0, 90 qr, 1,08 qr, 1,19 qr, ümumi təmiz çəkisi 6,67 qram olan, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 6,55 qram qalan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs öldüyündən iş üzrə 51 (əlli bir) manat 06 (altı) qəpik məbləğində ekspertiza xərci dövlət büdcəsinə aid edilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar