Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-20/2020 10.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Məsim oğlu, Təqsirləndirilən şəxs, onun müdafiəçisi–fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Noruz oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 188.1 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Oğuz Rayon Məhkəməsinin (hakim K.Süleymanov) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx.xx.1974-cü ildə Oğuz rayonunun Şirvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, barəsində xx.xx.2019-cu ildə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2019-cu ildə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş vəOğuz rayonunun Şirvanlı kəndində Təqsirləndirilən şəxs CM-in 188.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-in 188.1-ci maddəsi ilə səkkiz min manat miqdarında cərimə cəzasına, CM-in 237.1-ci maddəsi ilə iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə ona iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və səkkiz min manat miqdarında cərimə cəzasının təyin edilməsi, onun xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək həbsdə, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək isə ev dustaqlığında saxlanıldığı, cəmi üç ay on beş günün CM-in 69.3-cü maddəsinə əsasən, bir günə iki gün hesabı ilə hesablanmaqla, yeddi ayın ona təyin edilmiş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq bir il on bir ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və səkkiz min manat miqdarında cərimə cəzasının saxlanılması, cəzaçəkmənin başlanğıcının onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonunun ərazisini, eləcə də saat 22:00-dan, saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonunun Şirvanlı kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyətinın qoyulması, üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifənin qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, ona təyin edilmiş səkkiz min manat miqdarında cərimə cəzasının müstəqil icra olunması, təyin edilmiş cərimə cəzasının məbləğinin hökm qanuni qüvvəyə mindiyi gündən bir ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilməsi, hökmün icrasına nəzarəti onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinin həyata keçirməsi, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi, narkoloji kabinetdə qeydiyyata alınması, narkomaniyadan məcburi müalicə olunduğu müddət ərzində onun müalicə olunduğu müəssisənin yerləşdiyi ünvanın Təqsirləndirilən şəxs yaşayış yeri hesab edilməsi, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi və bu qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, iş üzrə maddi sübut olan və Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra 4849,50 qram çəkidə qalan 10 ədəd narkotik tərkibli çətənə bitkiləri, ayrı-ayrı yerlərdən götürülmüş 3 ədəd torpaq nümunəsi, 1 ədəd yaba və bir ədəd dəmir vedrənin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə, cəmi 70,52 manat ekspertiza xərcinin hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs ona görə CM-in 188.1 və 237.1-ci maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir, o, qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan meşə fonduna məxsus torpaq sahəsini özbaşına zəbt edərək orada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib-yetişdirərək kultivasiya etmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan X9 X3 Meşəbəyliyinin 10 saylı meşə dolayında 12 kvadrat metr torpaq sahəsini zəbt edərək orada 2019-cu ilin iyun ayının əvvəllərində Oğuz rayonunun Şirvanlı kəndində yerləşən taxıl sahələrinin kənarından əldə etdiyi 10 ədəd narkotik tərkibli çətənə bitkilərinin şitillərini əkmiş, həmin çətənə bitkilərinin yetişməsi üçün onlara xüsusi qaydada aqrotexniki qulluq göstərib davamlı olaraq suvararaq gübrə verməklə yetişdirmiş, kultivasiya etmişdir. xx xxxx 2019-cu ildə Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs əvvəlcə hadisə yerindən qaçmış, sonra isə polis əməkdaşına yaxınlaşaraq etdiyi əməli səmimi etiraf etmiş, onun iştirakı ilə hadisə yerinə baxış keçirilən zaman həmin meşə sahəsindən Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib-becərdiyi, xüsusi olaraq qulluq göstərdiyi xeyli miqdarda – 10 ədəd ümumi çəkisi 4850 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Hökmdən Təqsirləndirilən şəxs apelyasiya şikayəti vermişdir. Hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, zərərçəkmiş hüqiqi şəxsin nümayəndəsi tərəfindən apelyasiya şikayəti, eləcə də təqsirləndirilən şəxsin apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, özümü CM-in 188.1-ci maddəsi ilə deyil, yalnız həmin Məcəllənin 237.1-ci maddəsi ilə təqsirli bilərək törətdiyim əməldən peşman olduğumu bildirərək göstərmişəm ki, kəndin ərazisində yerləşən əkin sahəsinin kənarında yabanı halda bitmiş çətənə bitkilərinin olduğunu görüb həmin bitkilərdən 10 ədəd şitili yaxınlıqda olan meşə sahəsində əkmişəm. xx.xx.2019-cu ildə, səhər saat 08 radələrində əraziyə baş çəkərkən uzaqdan polis əməkdaşlarının orada olduğunu görmüş və geri dönüb ərazidən uzaqlaşmışam. Lakin sonradan etdiyim əməldən səmimi peşman olduğum üçün əvvəldən tandığım polis əməkdaşı Şahid3 tapıb etdiyim əməl barədə könüllü olaraq məlumat verməklə mənə kömək etməsini xahiş etmişəm. İlk olaraq istintaq orqanı ifadəmi təhrif edərək iradəmin ifadəsi olmayan və ağlıma gəlmədiyi cümlələri əlavə etmiş, sonra isə məhkəmə də həmin yanlış ifadəyə əsaslanaraq mənim ifadəmi tamamilə səhv göstərmişdir. Belə ki, mən həmin narkotik tərkibli bitkilərin şitillərini həqiqətən göstərilən ərazidə əkmişəm. Lakin həmin qısa müddət ərzində hava yağmurlu olduğu üçün onları suvarmağa ehtiyac olmamış, kultivasiya etmək mümkün olmamışdır. Həmin bitkiləri əkdiyim yer heç 12 kv metrdə olmaz. Mən həmin ərazini zəbt etməmişəm. Orada olan hər hansı ağacı kəsməmiş, torpağın üst qatını korlamamış, həmin ərazini hasara almamış, mühafizə etməmişəm. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsulla tutma əməli CM-in 188.1-ci maddəsinin tərkibini yaradır. Göründüyü kimi, mən torpaq sahəsini hasarlamamış, becərməmiş, dəyişdirməmiş, həmin torpaq sahəsini başqa üsulla tutmamışam. On min hektarlarla meşə fonduna aid torpaq sahəsinin 12 kv metrində 10 ədəd bitki şitili əkmişəm. Həmin bitkilərin əkildiyi yer isə ümumilikdə 1 kv metrdir. Torpaq sahəsində 10 ədəd “dəlik-deşik'’ açdığıma görə 8000 manat miqdarında cərimə cəzasına məhkum olunmuşam. Azərbaycan Respublikası KM Plenumunun xx.xx.2015-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 188.1-ci maddəsi və İXM-nin 70-ci maddələrinin bu qərada formalaşmış hüquqi mövqeyə uyğun olaraq hüquqi müəyyənlik və mütənasiblik prinsipləri baxımından təkmilləşdirilməsi Milli Məclisə tövsiyyə edilmiş, buna kimi hüquq tətbiqedici orqanlar meşə fondu torpaqlarına qarşı yönələn hüquqazidd əmələ görə təqsiri olan şəxsi inzibati və ya cinayət məsuliyyətinə cəlb edərkən, əməlin ictimai təhlükəsizlik dərəcəsini, mülkiyyətçiyə, ətraf mühitə və. s. vurulmuş zərərin ağırlıq dərəcəsini nəzərə almaqla, onun hərəkətlərini Cinayət Məcəlləsinin 188.1-ci maddəsi və ya İXM-nin 70-ci maddəsi ilə tövsif etməli olduğu göstərilmişdir. İstintaq orqanı və məhkəmə mənim hərəkətlərimdə “Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsulla tutma” əməlini tapa bilməmişdir. Yalnız 12 kv m torpaq sahəsində 10 ədəd bitki şitilini özbaşına əkib becərdiyim üçün məni bu əmələ görə CM-in 188.1-ci maddəsi ilə təqsirli bilməkdə səhvə yol vermişdir. Düzdür, bundan sonra həm CM-in 188.1-ci maddəsi əlavələr edilməklə dəyişdirilmiş, həm də yeni İXM qəbul edilmişdir. İXM-də isə konkret olaraq bu xətanı müəyyən edən maddə müəyyən edilməmişdir. Azərbaycan Respublikası KM Plenumunun xx.xx.2015-ci il tarixli qərarı ilə bir daha meşə fondu torpaqlarına qarşı yönələn hüquqazidd əmələ görə təqsiri olan şəxsi inzibati və ya cinayət məsuliyyətinə cəlb edərkən, əməlin ictimai təhlükəsizlik dərəcəsini, mülkiyyətçiyə, ətraf mühitə və s. vurulmuş zərərin ağırlıq dərəcəsini nəzərə almaqla, onun hərəkətlərininin cinayət, yaxud inzibati xəta kimi tövsif etməli olduğu göstərilmişdir. Cinayət işi üzrə mülki iddianın olmaması o deməkdir ki, 12 kvm torpaq sahəsində 10 ədəd bitki şitilini özbaşına əkib becərmə əməli ilə torpağın mülkiyyətçisinə 1 manat miqdarında da olsa zərər vurmamışam. Bu əməlin ictimai təhlükəliyini məhkəmə nədə görmüşdür? İş üzrə cəzanı yüngülləşdirən hallar mövcud olsa da, cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Belə olan halda məhkəmənin mənə CM-in 237.1-ci maddəsində müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsinin qanuni, əsaslı və ədalətli hesab etməsi ilə razılaşmaq olmaz. Məhkəmənin mənim təqsirli bilindiyim hər iki maddənin saksiyasında cərimə cəzası olduğu halda bir maddə ilə cərimə, digəri ilə azadlığın məhdudlaşdırılması cəzası təyin etməsi də cinayət qanunun prinsiplərinə ziddir. Məhkəmənin mənə CM-in 237.1-ci maddəsində müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzası təyin etməsinin qanuni, əsaslı və ədalətli hesab etməsi ilə razılaşsam da, mənə həmin cəzanın yuxarı həddə təyin edilməsi ədalətli hesab edilə bilməz. Odur ki, onun CM-in 188.1 və 237.1-ci maddələri ilə məhkum edilməyimə dair Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməli, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, CM-in 188.1-ci maddəsi ilə bağlı onu deyirəm ki, təyin edilən cərimə çox ağırdır. Mən heç bir meşə idarəsinə, meşə zolağına ziyan verməmiş, ağac kəsməmişəm. CM-in 237.1-ci maddəsi ilə də ağır cəza verilib. Mən Tofiqi ova gəlib-gedən zamandan tanımışam. Bir dəfə meşəlik ərazidə gördüm ki, o narkotik əkib. Mən özüm tütün əkirəm, tütün sahələrim var. Gördüm ki, tütün sahəsində bu bitki özbaşına bitir. Tofiqlə danışıb dedim ki, 5-10 dənə mənə ver, mən də narkotik əkim. Əvvəllər az-az narkotikdən istifadə edirdim. Son vaxtlar istifadə etmirəm. İlk dəfədir cinayət törətmişəm, üç uşağım oxuyur. Bunu nəzərə alaraq şikayətimi təmin etməyi xahiş edirəm. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, kəndin üstündə meşəlik ərazidə kolluq olan bir hissə var orada, cəmin 10 kol çətənə əkmişdim. Həmin çətənə ştili özü bitmişdi. Mən təkcə meşəlik sahəyə apardım və orada əkdim. Çətənəni aparanda ştil formasında idi, yəni balaca idi. Aşkar olunanda isə hündürlüyü təxminən 2 metr olardı. Mən ştili ora aparanda torpağı bir lapatka dərinliyində qazmışam. Təxminən 2 aydan sonra isə polislər onu aşkar etdilər. İki ay ərzində bitkini 2-3 dəfə sulamışam. 3-4 ildir ki, marixuanadan istifadə edirdim. Bu hadisədən sonra isə narkotik vasitələrdən, ümumiyyətlə istifadə etmirəm. Gördüm ki, polis Tofiqin narkotika əkdiyi yeri tapıb və onu tutub. Ondan 20-30 metr aralı məsafədə isə mən çətənə əkmişdim. Ona görə də özüm polis şöbəsinə getdim və etiraf elədim. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin olunmasını Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün CM-in 188.1-ci maddəsinə münasibətdə ləğv edilməsini, CM-in 237.1-ci maddəsinə münasibətdə isə 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı bildirmişdir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 188.1 və 237.1-ci maddəsinin tərkibi vardır. Belə ki, CM-in 188.1-ci maddələrinin dispozisiyasında torpaq sahəsini əkmə özü həmin maddənin tərkibini yaradır. Müdafiə tərəfinin qeyd etdiyi ağac kəsməmə, torpağı korlamama halları Cinayət Məcəlləsində digər maddələrdə əks olunub və həmin maddələr üzrə məsuliyyət başqadır. Hesab edirəm ki, onun əməli düzgün tövsif olunmuş, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, CM-in 8, 41 və 58-ci maddələrinin tələbləri nəzərə alınmaqla ədalətli cəza təyin etmişdir. Ona görə də apelyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olаn sübutları tədqiq edib, tərəfləri dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs əməlində CM-in 188.1-ci maddəsinin tərkibi olmadığına görə ona bəraət verilməli, CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində zərərçəkmiş hüquqi şəxs X9 Təsərrüfat Mərkəzinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Oğuz rayonunun Şirvanlı kəndi ərazisində həmin kəndin sakini Təqsirləndirilən şəxs tərəfindən zəbt olunaraq narkotik tərkibli çətənə kollarının əkildiyi ərazi X9 Təsərrüfat Mərkəzinin 10 saylı meşə dolayının ərazisidir. Təqsirləndirilən şəxs tərəfindən meşə sahəsinin zəbt olunaraq narkotik tərkibli çətənə kolları əkilməsi barədə xx.xx.2019-cu ildə Oğuz Rayon Polis Şöbəsindən daxil olmuş məktub əsasında məlumatı olmuşdur. Daxil olmuş məlumat əsasında X9 Təsərrüfat Mərkəzinin əməkdaşları tərəfindən qeyd olunan torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən 12 kv metr ərazisinin zəbt olunaraq orada narkotik tərkibli çətənə kolları əkməsi məlum olmuşdur. Qeyd olunan ərazi meşə fondu torpağına aiddir və kənd təsərrüfatı təyinatlı deyildir. Həmin ərazinin meşə fondu torpağı olması da bu yaxınlarda bəlli olmuşdur. Son vaxtlaradək Təqsirləndirilən şəxs həmin ərazidən bağ sahəsi kimi istifadə etmişdir. Lakin Təqsirləndirilən şəxslə X9 Təsərrüfat Mərkəzi arasında heç bir icarə müqaviləsi olmamış və bu barədə müəssisəyə heç bir müraciət olmamışdır. Qeyd olunan ərazi kolluq sahə olduğu üçün X9 Təsərrüfat Mərkəzinin əməkdaşları tərəfindən həmin ərazidə narkotik tərkibli çətənə kollarının əkilməsi bu vaxtadək aşkar edilməmişdir. Həmin ərazi bələdiyyənin ərazisi, həmçinin kənd sakinlərinin istifadəsində olan bağ sahələri ilə həmsərhəd olduğundan, eyni zamanda sıx meşə örtüyü olan ərazi olmadığından diqqəti cəlb etməmişdir. Hazırki vəziyyətdə X9 Təsərrüfat Mərkəzinin zərərçəkmiş hüquqi şəxs olaraq torpaq sahəsinin qaytarılmasından başqa təqsirləndirilən şəxsdən hər hansı tələbi və ya şikayəti yoxdur. Hazırki cinayət hadisəsinin aşkar olunmasından sonra torpaq sahəsi də qanunsuz istifadədən azad olunaraq meşə fonduna qaytarılmışdır. Hazırda qeyd olunan ərazi X9 Təsərrüfat Mərkəzinin sahibliyindədir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Bundan başqa, birinci instansiya məhkəməsində şаhid qismində dindirilmiş Oğuz Rayon Polis Şöbəsinin Narkomaniyaya qarşı mübarizə qrupunun əməliyyat müvəkkili Şahid3 bildirmişdir ki, Oğuz rayonunun Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs əvəllər tanımış və onunla normal münasibətləri olmuşdur. xx.xx.2019-cu ildə, 10:20 radələrində xidməti vəzifəsini icra edərkən Oğuz şəhər avtovağzalının qarşısında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Oğuz rayonunun Şirvanlı kəndi ərazisində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini, səhər saatlarında əkdiyi narkotik tərkibli çətənə bitkilərinə qulluq etmək üçün gedərkən polis əməkdaşlarının həmin ərazidə olduğunu gördüyü üçün qorxub qaçdığını, ərazidən uzaqlaşdıqdan sonra etdiyi əməldən səmimi peşman olduğunu bildirərək köməklik göstərməsini ondan xahiş etmişdir. Ona görə də o, Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirərək şöbənin rəhbərliyinə raportla müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, həqiqətən də narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi ona məlum olmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Oğuz Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Oğuz rayonunun Şirvanlı kəndi ərazisində narkotik tərkibli çətənə bitkilərinin qanunsuz olaraq əkilib-becərilməsi barədə Oğuz Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında xx.xx.2019-cu il tarixdə, səhər saatlarında Oğuz Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X6 və həmin bölmənin polis sahə nəfəri X7 ilə birlikdə Oğuz rayonunun Şirvanlı kəndi ərazisindəki meşəlik sahəyə getmiş və qeyd olunan əraziyə yaxınlaşmışlar. Bu zaman bir nəfərin həmin yerdə narkotik tərkibli çətənə bitkilərinə qulluq etdiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsi Polis Şöbəsinə gətirmişlər və o, şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsinə gəldikləri zaman Oğuz rayonunun Şirvanlı kənd sakini Təqsirləndirilən şəxs polis əməkdaşı Şahid3 yaxınlaşaraq Şirvanlı kəndinin ərazisində narkotik vasitə olan çətənə bitkiləri əkdiyini etiraf etdiyi və xx.xx.2019-cu il tarixdə narkotik vasitəyə qulluq etməyə gedən zaman polis əməkdaşlarını görərək həmin ərazidən qaçdığı, daha sonra peşman olduğu üçün özü gələrək polisə bu barədə məlumat verdiyi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs da polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, üzərinə hal şahidlərinin və vəkilin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir şübhəli əşya aşkar olunmamışdır. Daha sonra hal şahidlərinin və vəkilin iştirakı ilə Oğuz rayonunun Şirvanlı kəndi ərazisində yerləşən, Təqsirləndirilən şəxs çətənə bitkiləri əkdiyi meşə sahəsinə gələrək həmin sahəyə baxış keçirmişlər. Baxış zamanı qeyd olunan ərazidən 10 ədəd xüsusi qaydada aqrotexniki qulluq göstərilərək yetişdirilmiş narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş narkotik tərkibli bitkilərin uzunluğu polis əməkdaşları tərəfindən ölçülmüşdür. Baxış zamanı ətrafda narkotik tərkibli çətənə bitkilərinin yetişdirmək məqsədilə diblərinə su tökməkdən ötrü bir ədəd dəmir vedrə və narkotik tərkibli çətənə bitkilərinin diblərini yumşaltmaqdan ötrü bir ədəd yaba aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar ounmuş narkotik vasitələr və əşyalar barədə soruşduqda o, çətənə bitkilərinin özünə məxsus olduğunu, öz istifadəsi üçün əkibbecərdiyini, yabadan çətənə bitkilərinin diblərini yumşaltmaq üçün, dəmir vedrədən isə narkotik bitkiləri suvarmaq üçün istifadə etdiyini bildirmişdir. Həmin ərazidən aşkar edilmiş 10 ədəd narkotik xassəli çətənə bitkiləri, yaba, vedrə və ayrı-ayrı yerlərdən götürülmüş üç ədəd torpaq nümunəsi maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq götürülüşdür. Daha sonra Təqsirləndirilən şəxs razılıq ərizəsi alınaraq yaşadığı evə baxış keçirilmiş və baxış zamanı maddi sübut əhəmiyəti kəsb edən hər hansı əşya aşkar edilməmiş, protokol tərtib olunaraq imzalanmışdır. Təqsirləndirilən şəxs özü də həmin protokola imza etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 2019-cu ilin iyul ayının sonlarında səhər saatlarında Oğuz Rayon Polis Şöbəsinin inzibati binasının qarşısından piyada keçdiyi vaxt mülki geyimdə olan bir şəxs ona yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşı olduğunu demiş və ondan polis şöbəsində bir nəfərin üzərinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. O da könüllü olaraq razılıq verib polis əməkdaşı ilə birgə polis şöbəsinə getmişdir. Polis şöbəsində ona və digər hal şahidi kimi dəvət edilmiş Şahid4 adlı şəxsə hüquq və vəzifələri izah edilmişdir. Onların yanında polis əməkdaşlarının və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs adlı şəxsin üzərinə baxış keçirilmiş, lakin heç bir şübhəli əşya aşkar edilməmişdir. Daha sonra onların iştirakı ilə Oğuz rayonunun Şirvanlı kəndi ərazisində yerləşən meşə sahəsinə gedərək əraziyə baxış keçirmişlər. Baxış zamanı qeyd olunan ərazidən, təxminən 10 ədəd yaşıl rəngli bitki aşkar olunaraq çıxarılmışdır. Baxış zamanı ətrafda bir ədəd dəmir vedrə və bir ədəd yaba da aşkar olunmuşdur. Aşkar olunmuş bitkilər kisələrə qoyularaq götürülmüşdür. Daha sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və baxış zamanı hər hansı şübhəli əşya aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid4 da mahiyyət etibarilə Şahid5 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Qeyd olunanlarla yanaşı, cinayət işinin materiallarında olan şəxsin üzərinə, hadisə yerinə və yaşayış evinə baxış keçirilməsi, maddi sübutun götürülməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan və qeyd olunan protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə, saat 10:45-dən başlayaraq əvvəlcə Oğuz Rayon Polis Şöbəsinin inzibati binasında, sonra isə Oğuz rayonunun Şirvanlı kəndində Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə, onun yaşadığı evə və həyətyanı torpaq sahəsinə, həmçinin narkotik vasitələrin əkilibbecərildiyi torpaq sahəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərində, onun yaşadığı evdə və həyətyanı torpaq sahəsində hər hansı şübhəli əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri əkib-becərdiyi ərazini əyani şəkildə göstərmiş, həmin ərazidə 12 kvadrat metr torpaq sahəsində Təqsirləndirilən şəxs əkdiyi 10 ədəd narkotik tərkibli çətənə bitkiləri, 1 ədəd yaba və bir ədəd dəmir vedrə aşkar edilmişdir. 10 ədəd narkotik tərkibli çətənə bitkiləri, 1 ədəd yaba və bir ədəd dəmir vedrə maddi sübut əhəmiyətinə malik olduğundan polis əməkdaşları tərəfindən protokol tərtib edilməklə götürülmüşdür. Həmin ərazidən ayrı-ayrı yerlərdən 3 ədəd torpaq nümunəsi də götürülmüşdür. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü də protokola imza etmişdir. Cinayət işinin materiallarında olan Oğuz rayon Qumlaq bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan müəyyən edilir ki, Oğuz rayonunun Şirvanlı kəndində Təqsirləndirilən şəxs narkotik vasitələri əkib-becərdiyi torpaq sahəsi dövlət meşə fondunun ərazisinə aid torpaq sahəsidir. Cinayət işinin materiallarında olan X9 Təsərrüfat Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubundan müəyyən edilir ki, Oğuz rayonu Şirvanlı kəndində Təqsirləndirilən şəxs narkotik vasitələri əkib-becərdiyi torpaq sahəsi Oğuz meşəbəyliyinin 10 saylı meşə dolayının ərazisidir. Qeyd edilən ərazi kənd təsərrüfatı təyinatlı deyildir. Həmin ərazidən istifadə edilməsi ilə bağlı X9 Təsərrüfat Mərkəzi ilə Təqsirləndirilən şəxs arasında hər hansı icarə müqaviləsi mövcud deyildir. Cinayət işinin materiallarında olan Oğuz Rayon Dövlət X4 aqronom mütəxəssisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydə qeyd edilmişdir ki, Oğuz rayonunun Şirvanlı kəndi ərazisində aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə vizual baxış zamanı həmin çətənə kollarının suvarıldığı, diblərinin belləndiyi müşahidə edilir. Çətənə kolları normal inkişaf etmişdir və kollarda heç bir qida çatışmamazlığı aşkar edilmir. Bu da həmin bitkilərə bütün aqrotexniki qaydalara uyğun qulluq edildiyi qənaətinə gəlməyə əsas verir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 446 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, aqronom X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən tədqiqata təqdim edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir (aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 manat təşkil edir). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 521 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş 03 (üç) ədəd torpaq nümunələrində cüzi miqdarda narkotik tərkibli çətənə bitkisinin hissəcikləri vardır. Çətənə bitkisinin hissəcikləri cüzi miqdarda olduğundan onların təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. Təqdim olunmuş torpaq nümunələrinin strukturu və münbitliyi həmin torpaqlarda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Tədqiqata təqdim olunmuş 04 (dörd) ədəd sintetik kisənin içərisindəki 10 (on) ədəd çətənə bitkilərinin köklərində olan torpaq hissəcikləri ilə 03 (üç) ədəd torpaq nümunələri qrup və cinsi əlamətlərə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 04 (dörd) ədəd sintetik kisənin içərisindəki 10 (on) ədəd çətənə bitkilərinin ümumi təmiz çəkisi 4 kiloqram 850 qramdır. Tədqiqat obyektinin 0,50 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 4 kiloqram 849,50 qram qalmışdır. Tədqiqata təqdim olunmuş 04 (dörd) ədəd sintetik kisənin içərisindəki 10 (on) ədəd çətənə bitkiləri ilə 05 (beş) ədəd sintetik kisənin içərisindəki 11 (on bir) ədəd çətənə bitkiləri tərkiblərinə görə fərqlidirlər. Tədqiqata təqdim olunmuş 05 (beş) ədəd sintetik kisənin içərisindəki 11 (on bir) ədəd çətənə bitkiləri ilə qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər (aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir). Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanması haqqında xx.xx.2019-cu il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yabanı halda bitmiş çətənə bitkilərini yığdığı ərazini əyani şəkildə göstərmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əkib-becərdiyi ərazidən götürülmüş 10 ədəd narkotik tərkibli çətənə bitkiləri, ayrı-ayrı yerlərdən götürülmüş 3 ədəd torpaq nümunəsi, 1 ədəd yaba və bir ədəd dəmir vedrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Oğuz Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 700 nömrəli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan şübhəli olan şəxsin tutulması barədə xx.xx.2019-cu il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə, saat 10:40da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun cinayət törətməkdə şübhəli şəxs qismində tutulduğu xx.xx.2019-cu ildən, saat 10:40-dan hesablanmışdır. Cinayət işinin materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından müəyyən edilir ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri, həmin qətimkan tədbirinin qalan hissəsində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Oğuz Rayon İcra Hakimiyyəti başçısının Qumlaq inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 10/25- 392 nömrəli arayışdan, nikahın bağlanması haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin nümayəndəliyin Şirvanlı kəndinin ərazisində ailə üzvləri ilə birlikdə yaşayır, onun himayəsində xx.xx.2005ci ildə anadan olmuş X10 adlı yetkinlik yaşına çatmayan bir uşağı vardır. Cinayət işinin materiallarında olan Oğuz RİH başçısının Qumlaq inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, əvvəlcə apelyasiya şikayətinin Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi ilə bəraət verilməli olması barədə dəlilinə qiymət verilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs ona görə CMin 188.1-ci maddəsi ilə təqsirləndirilib məhkum edilmişdir ki, o, qəsdən, qanunsuz olaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan X9 X3 Meşəbəyliyinin 10 saylı meşə dolayında 12 kv m torpaq sahəsini zəbt edərək orada 2019cu ilin iyun ayının əvvəllərində Oğuz rayonunun Şirvanlı kəndində yerləşən taxıl sahələrinin kənarından əldə etdiyi 10 ədəd narkotik tərkibli çətənə bitkilərinin şitillərini əkmişdir Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 188.1-ci mаddəsi ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya şikayətinin bu dəlili əsaslı olduğundan iş üzrə müfəssəl hüquqi qiymətləndirmə aparılmalı, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittiham üzrə təqsirli olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən məsələyə aydınlıq gətirilməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM-in 33-cü maddəsi) sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə faktların müəyyən edilmiş sayılması üzrə nəticələrini həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan, tam, hərtərəfli və obyektiv yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələrinin tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalar və məhkəmə kollegiyasının mülahizələri kontekstində birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü yoxlandıqda, həmin yekun məhkəmə aktının əsaslı olması müəyyən olunmur. Belə ki, CM-in 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma (Mad. 188.1) cinayət məsuliyyətinə səbəb olur. Maddənin məzmunundan göründüyü kimi, təhlil edilən cinayət obyektiv cəhətdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, habelə həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmada ifadə olunur. Maddənin dispozisiyasında nəzərdə tutulmuş mənada torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman təqsirkar qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar şəkir, orada tikinti, abadlıq işləri aparır və ya təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa şəxsə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsində təzahür edir. Torpaq sahəsini özbaşına becərmə dedikdə isə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülür. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizlənməsi və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Məhkəmə kollegiyasının qənaətinə görə, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin özbaşına becərilməsinə yönəlmiş təqsirləndirilən şəxsin qəsdi aşkarda baş verməklə torpağın qanuni sahibinin icazəsi olmadan torpaq sahəsində əkilməsi qadağan edilməyən bitkilərin əkilməsində, onlara qulluq edilməsində və onların yetişdirilməsində təzahür edir. Başqa sözlə, təqsirkar şəxs becərdiyi torpaq sahəsinin özgəyə məxsus olduğunu, torpaq sahəsinin qanuni sahibinin iradəsinin əleyhinə olaraq və torpaq sahəsinin boşaldılması tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir, habelə həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirir, kollardan, daşlardan təmizləyir, şumlayır, toxum səpir və s. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi təqsirkarın həmin torpaq sahəsində hər hansı bir bitki əkməsi deyil, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özgəyə məxsus torpaq sahəsini özbaşına hasarlaması, becərməsi və ya dəyişdirməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması çıxış edir. Yəni şəxs başqasına məxsus torpaq sahəsində heç nə əkməsə də, məsələn dövlət meşə fonduna məxsus olan torpaq sahəsini qanunsuz olaraq hasara və ya çəpərə alırsa və həmin torpaq sahəsi üzərində dövlətin mülkiyyət hüququnu aşkar surətdə bu yolla pozursa, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır. Cinayət işinin materiallarında olan sübutlardan, o cümlədən foto cədvəllərdən görünür ki, X9 X3 Meşəbəyliyinin 10 saylı meşə dolayında 12 kvadrat metr torpaq sahəsi maddənin dispozsiyasında göstərildiyi kimi, Təqsirləndirilən şəxs tərəfindən özbaşına hasarlanmamış, çəpərə alınmamış, təqsirləndirilən şəxsin həmin torpaq sahəsini becərməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması aşkar edilməmişdir. İşin görünən tərəfi odur ki, təqsirləndirilən şəxs gizli şəkildə meşə fonduna aid 12 kv m torpaq sahəsində nəinki torpağın mülkiyyətçisinin, ümumiyyətlə heç bir kəsin məlumatı olmadan narkotik tərkibli çətənə bitkisi əkmişdir. Təqsirləndirilən şəxsin bu cinayət əməli aşkar edildikdən sonra torpağın mülkiyyətçisinin məlumatı olmuşdur ki, ona məxsus torpaq sahəsinin 12 kv metrindən təqsirləndirilən şəxs ondan icazəsiz istifadə etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm CM-in 237.1-ci maddəsində nəzərdə tutulan qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama əməlinə, həm də CM-in 188.1-ci maddəsi, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmağa görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. CM-in 237.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.6-cı maddəsində isə göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il 2 nömrəli qərarının 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Göründüyü kimi, CM-in 188.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 237.1-ci maddəsində nəzərdə tutulan əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərinin hər hansı torpaq sahəsində əkilməsi başa düşülür. Burada cinayətin predmetini əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilərin, onların hissələrinin, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərin qanunsuz kultivasiya edilməsi təşkil edir. Başqa sözlə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama harada və kimə məxsus olan torpaq sahəsində əkilməsindən, kultivasiya edilməsindən asılı olmayaraq cinayət məsuliyyəti yaradır. Bu zaman o da nəzərə alınmalıdır ki, bu cinayət əməli aşkarda deyil, gizlində törədilir. İşdən görünür ki, Təqsirləndirilən şəxs qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan meşə fonduna məxsus torpaq sahəsini özbaşına zəbt edərək orada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiyinə görə CM-in 237.1-ci maddəsi ilə bərabər, həm də CM-in 188.1-ci maddəsi ilə də təqsirli bilinərək 8000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs bu əməli ilə cinayətlərin məcmusuna görə təqsirləndirilsə də, onun qəsdi yalnız tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq kultivasiya etməyə yönəlmişdir. İşin bu vəziyyəti onun törətdiyi bir cinayət əməlinə görə iki dəfə cinayət cəzasına məruz qalması, başqa sözlə bir əmələ görə iki dəfə məhkum edilməsi anlamına gətirib çıxarır ki, bu da qanunla yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsində təsbit edilmişdir ki, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair xx xxxxxx 1984-cü il tarixli 7 saylı Protokolun 4-cü (İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ) maddəsinin 1-ci bəndinə əsasən, heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. CPM-in 34-cü (Eyni əmələ görə təkrar məhkum etmənin yolverilməzliyi) maddəsində də göstərilir ki, heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Belə olan halda birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması barədə nəticə çıxarması CPM-in 144-146, 349-cu maddələrinin tələblərinə cavab verən (tam, hərtərəfli və obyektiv yoxlanılmış, sübutetmə predmeti əməlin qəsdən törədilməsi barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusundan hasil edilmiş) mühakimə kimi qiymətləndirilə bilməz. CPM-in 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcllənin 42.2.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs apelyasiya şikayəti yuxarıda şərh olunan məsələlərə dair hissədə əsaslıdır, birinci instansiya məhkəməsi həmin şikayətlə mübahisələndirilən hökmün apelyasiya qaydasında ləğv edilməsini tələb edən CPM-in 401.1 və 400.2-ci maddələrində nəzərdə tutulan pozuntuya yol vermişdir. CPM-in 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (Mad. 144). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Mad. 145). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (Mad. 146.1). Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Göründüyü kimi, Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmasını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsi vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan əlavə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Deveyer Belçikaya qarşı” iş üzrə qərarında xatırlatmışdır ki, “ittiham” termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi ilə ittiham verilərkən onun əməli CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, birinci instansiya məhkəməsində həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs əməlində ona israr edilən CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi yoxdur. Birinci instansiya məhkəməsi onu CM-in 188.1-ci maddəsi il təqsirli bilib cəza təyin edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur ki, bu da hökmün ləğv edilməsi üçün əsasdır. CPM-in 8.0.5-ci maddəsinə görə, cinayət mühakimə icraatının əsas vəzifələrindən biri təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır (CPM-in 350.2ci maddəsi). O da qeyd olunmalıdır ki, CPM-in 56.0.1-ci mаddəsinə əsаsən, bəraət almış şəxs cinаyət prosesini həyаtа keçirən orqаnın səhvi və yа sui-istifаdəsi nəticəsində vurulmuş ziyаnın ödənilməsi hüququnа mаlikdir. Bəraət hökmündə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir (CPM-in 61.2-ci maddəsi). Cinаyət prosesini həyаtа keçirən orqаnın səhvi və yа sui-istifаdəsi nəticəsində vurulmuş ziyаnın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki məhkəmə icraatı prosesində həyata keçirilir (CPM-in 63-cü maddəsi). Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi ilə təqsirləndirilə bilməz, o həmin cinayət əməlinin törədilməsində təqsirsizdir. Bu səbəbdən ona bəraət verilməli, CPM-in 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirlidir. Belə ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında ifadə verərkən özünü CM-in 237.1-ci maddəsi ilə təqsirli bilərək, cəmi 10 kol çətənə əkdiyini bildirmişdir. Həmçinin, o, ibtidai istintaq zamanı verdiyi izahatında, ifadəsində və əlavə ifadəsində bildirmişdir ki, ..Bir müddət sonra yaşadığı kəndin ərazisində yerləşən əkin sahəsinin kənarında yabanı halda bitmiş çətənə bitkilərinin olduğunu görüb həmin bitkilərdən 10 ədəd şitil gətirib yaxınlıqda olan meşə sahəsində əkmişdir. Bundan sonra o, tez-tez həmin əraziyə gələrək həmin şitillərə qulluq etmiş, yəni hər gün işə getməzdən əvvəl səhər saatlarında narkotik tərkibli çətənə kollarına qulluq etdikdən sonra işə getmişdir. ...Daha sonra həmin şəxslərlə birgə onun narkotik vasitə əkdiyi yerə gələrək əraziyə baxış keçirilmiş, baxış zamanı orada əkdiyi 10 ədəd narkotik tərkibli çətənə bitkisi polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. ...O, narkotik tərkibli çətənə bitkilərini özü istifadə etmək məqsədilə əkib becərmiş, həmin bitkilərə yalnız su ilə qulluq etmiş və diblərini yaba ilə yumşaltmışdır. Əkdiyi narkotik tərkibli çətənə kollarından heç kimə satmamışdır. Narkotik vasitə əkdiyi torpaq sahəsini heç kimdən icazə almadan istifadə etmiş, lakin həmin ərazinin ətrafı təbii kollarla əhatə olunduğundan ətrafını heç nə ilə bağlamamışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, ...Təqsirləndirilən şəxs Oğuz rayonunun Şirvanlı kəndi ərazisindəki meşə sahəsində narkotik tərkiblik çətənə bitkiləri əkdiyi bağ sahəsinə baxış keçirilmiş, qapıdan təxminən 60 metr aralıda kollarla əhatə olunmuş torpaq sahəsində 10 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs Firuz Mediyev bildirmişdir ki, həmin çətənə bitkiləri özünə məxsusdur, özü onları əkib becərmiş və qulluq göstərmişdir... ...Əkin sahəsinin ətrafından 1 ədəd yaba 1 ədəd dəmir vedrə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yabadan çətənə bitkilərinin diblərini yumşaltmaq, dəmir vedrədən isə onları suvarmaq üçün istifadə etdiyini bildirmişdir... Göründüyü kimi təqsirləndirilən şəxs Firuz Mediyev 12 kvadrat metr ərazidə narkotik vasitə olan çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini, keçən müddət ərzində iki-üç dəfə suvardığını özü etiraf etmişdir. Protokoldan da meşəlik ərzisinin 12 kv m torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən hasarlanması görünmür. Bunlardan başqa, apelyasiya şikayətinin CM-in 237.1-ci maddəsinə münasibətdə dəlilindəndən də görünür ki, təqsirləndirilən şəxs özü CM-in 237.1-ci maddəsi ilə əməlini etiraf edir, ancaq ona daha aşağı həddə, bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş edir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 237.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli düzgün olaraq CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin əməlinə görə təqsirli bilinib cəzaya məruz qalmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona CM-in 237.1-ci maddəsi ilə təyin edilmiş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını ağır hesab edərək bu cəzanın daha da yüngülləşdirilməsini xahiş edir. Bununla bağlı məhkəmə kollegiyası məsələyə iki aspektdən yanaşılmanı və məsələ üzrə həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından təhlil aparılmasını məqsədəuyğun hesab edir. Cəzanın ağır olması barədə apelyasiya şikayətinin dəlilini əsaslı hesab etməyən məhkəmə kollegiyası birinci növbədə qeyd edir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, AzərbaycanRespublikasıKonstitusiyaMəhkəməsiPlenumununxx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını (CM-in 59.1.10-cu maddəsi), qanunsuz olaraq narkotik vasitələri əkib-becərsə də, narkotik vasitələrin əkilib-becərildiyi əraziyə polis əməkdaşları tərəfindən baxış keçirilərkən onun həmin narkotik vasitələrin özünə məxsus olduğunu dərhal etiraf etməsini, törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirdiyini bildirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, habelə himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bu apektdən yuxarıda göstərilən halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi CM-in fundamental prinsiplərindən olan ədalət və humanizim pirinsipləri baxımından kifayət qədər əsaslı qəbul edilməlidir. Çünki, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən şəxsin təqsirləndirildiyi maddənin hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir halda fərdiləşdirilməsinə xidmət edir. Ona görə də Təqsirləndirilən şəxs on ədəd çətənə kolunu əkib becərməsi, həmin kolların 2 metrə qədər inkişaf etməsi üçün bitkilərə qulluq göstərməsi və onların ümumi çəkisinin 4 kiloqram 850 qram olması məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs iki il altı ay müddətə azalığın məhdudlaşdırılması cəzasının təyin edilməsi işin faktiki hallarına, CM-in ədalət və humanizm prinsplərinə uyğun olmaqla heç də apelyasiya şikayətində göstərilən kimi ağır cəza deyildir. Göstərilənlərlə yanaşı, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın islah təsiri baxımından da qanuni və əsaslı olması qənaətinə gələn məhkəmə kollegiyası qeyd edir ki, cəzа təyin edilərkən törədilmiş cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəxsiyyəti, o cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbelə təyin olunmuş cəzаnın şəxsin islаh olunmаsınа və onun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır (CM-in 58.3-cü maddəsi). CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. CM-in 237.1-ci maddəsinə görə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə cəzanı yüngülləşdirən bütün halların nəzərə alınaraq, Təqsirləndirilən şəxs iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın islah təsiri baxımından da qаnuni, əsaslı və ədalətlidir. İşdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildən xx.xx.2019-cu ildək həbsdə saxlanılmış, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək isə ev dustaqlığı qətimkan tədbirində olmuşdur. Ona görə də həmin üç ay on beş gün CM-in 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğuna və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyünə görə CM-in 93.1.2 və 93-1ci maddələrinə əsasən, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, o narkoloji kabinetdə qeydiyyata alınmalı və Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunduğu müddət ərzində onun müalicə olunduğu müəssisənin yerləşdiyi ünvan təqsirləndirilən şəxsin yaşayış yeri hesab edilməlidir. İş üzrə maddi sübut - Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra 4849,50 qram çəkidə qalan 10 ədəd narkotik tərkibli çətənə bitkiləri, ayrı-ayrı yerlərdən götürülmüş 3 ədəd torpaq nümunəsi, 1 ədəd yaba və bir ədəd dəmir vedrə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə cəmi 70,52 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. CPM-in 399.1 və 399.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apelyasiya şikayətinin və ya apelyasiya protestinin nəticələri üzrə həmin məhkəmənin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 350, 352-353, 399, 400, 401 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 188.1 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə ona bəraət verilsin. Təqsirləndirilən şəxs CPM-in 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək həbs qətimkan tədbirində və xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək ev dustaqlığı qətimkan tədbirində saxlanıldığı, cəmi üç ay on beş gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, yeddi ay ona təyin edilmiş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq bir il on bir ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonunun ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonunun Şirvanlı kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. O, cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunduğu müddət ərzində müalicə olunduğu müəssisənin yerləşdiyi ünvan onun yaşayış yeri hesab edilsin. İş üzrə maddi sübut olub Oğuz Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra 4849,50 qram çəkidə qalan 10 ədəd narkotik tərkibli çətənə bitkiləri, ayrı-ayrı yerlərdən götürülmüş 3 ədəd torpaq nümunəsi, 1 ədəd yaba və bir ədəd dəmir vedrə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə, cəmi 70,52 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-20/2020
Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-20/2020
10.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver