Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-20/2021 17.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və və Zərərçəkmiş şəxs3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəlsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxx 1983-cü ildə Şəki rayonu Baş Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu Baş Zəyzid kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Hadisə əks olunan bir ədəd disk iş materiallarında saxlanılması, iş üzrə 200 manat maddi ziyanının ödənilməməsi, məhkəmə xərclərinin və mülki iddianının olmaması nəzərə alınması müəyyən edilmişdir. işin halları: Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərərək, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, xx xxxxx 2020-ci il tarixdə, saat 14:45 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ictimai yer hesab olunan, Şəki rayonu Baş Zəyzid kənd ərazisində yerləşən, Şəki rayonu Baş Zəyzid Bələdiyyəsinə məxsus inzibati binada fəaliyyət göstərən Şəki Şəhər İcra Hakimiyyəti başçısının Baş Zəyzid kənd X15 üzrə nümayəndəliyinə gələrək əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış və əxlaq normalarının ziddinə olan, 30 dəqiqə ərzində icra nümayəndəliyin iş rejimini pozan hərəkətlər edərək Şəki Şəhər İcra Hakimiyyətinin başçısının Baş Zəyzid kənd X15 üzrə nümayəndəsi Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə hədələyib qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmin vaxt inzibati binada olan vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın pozulmasının qarşısını alan, Şəki rayon, Vərəzət kənd sakini Lətifov X7 İbadova yaxınlaşaraq onu nizam-intizama dəvət edib, pozulmuş ictimai qaydanın bərpasına çalışsa da sonuncu aqressiv formada qeyd olunan xuliqanlıq hərəkətlərinə davam etməklə Zərərçəkmiş şəxs2 üzərinə hücum edib yumruqla bədənin müxtəlif nahiyələrinə vuraraq ona fiziki ağrı yetirmiş, bununla yanaşı inzibati binanın plastik materialdan hazırlanmış giriş qapısının şüşəsini və inzibati binada olan dəmir barmaqlıqların bəzəklərini sındırması ilə nəticələnən hərəkətlər etməklə Şəki rayonu Baş Zəyzid Bələdiyyəsinə ümumilikdə 200 manat maddi ziyanlıq vuraraq qərəzli xuliqanlıq cinayətini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti daxil olmuşdur. apellyasiya şikayətinin və protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin isə təmin edilməməsini və Şəki Rayon Məhkəməsini xx xxxxxxxx 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X13 apellyasiya protestinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs ilə barışmadığını, ondan şikayətçi olduğunu, ona görə də apellyasiya protestinin təmin edilərək Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanının hələ də ödənilmədiyini bildirərək apellyasiya protesti üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslər, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəlsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs оğlu ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şəki şəhərində yerləşən Peşə məktəbində qaynaqçılıq fakultəsini bitirsə də ixtisas üzrə işləmir. Sərbəst olaraq çəkiliş edib müxtəlif kanallara həmin çəkilişləri verir və buna görə qonorar alır, ailəsini dolandırır. Ona məlum olmuşdur ki, onların ev telefon nömrəsi sosial şəbəkədə paylaşıblar və kəndin sahə rəisinin telefon nömrəsini almaq məqsədilə xx.xx.2020-ci il tarixdə günorta vaxtlarında yaşadıqları kəndin icra nümayəndəliyinə yaxınlaşmış, icra nümayəndəsi ilə görüşmək istəmişdir. Üç dəfə zəng etdikdən sonra icra nümayəndəsi Zərərçəkmiş şəxs1 idarəyə gəlmiş və onu qəbul edə bilməyəcəyini bildirmişdir. O, isə həmin zaman yüngül içkili olmuşdur və əsəbləşərək nalayiq ifadələr işlətmişdir. Həmin vaxt icra nümayəndəliyinə gələn Məzahir adlı kənd sakini ona sakit olmasını deməklə irad bildirmiş, o, da Zərərçəkmiş şəxs2la məsələyə qarışdığına görə mübahisəyə başlamış, lakin vurmamışdır. İcra nümayəndəsinin Zərərçəkmiş şəxs2 otağına apardıqdan sonra dəmir barmaqlıqları silkələyərək sahə polisinin nömrəsini istəmiş və bu zaman Əhmədov Fariz otaqdan çıxaraq ona təpik zərbələri vurmuşdur. Daha sonra oraya gələn Emin onu binadan çölə çıxarmış və hadisə yerinə gələn polis əməkdaşları onun qolunu buraraq avtomobilə otuzdurmuşlar. Ümumiyyətlə hadisə nəticəsində xəsarət almışdır, kimin tərəfindən xəsarət yetirildiyini bilmir, binaya ziyan vurmamışdır, onun hərəkətlərini əks etdirən video isə birtərəfli qaydada çəkilmişdir. Özünü qismən təqsirli bilərək etdiyi əməldən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə almaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirdi ki, Şəki rayonu Baş Zəyzid kənd icra nümayəndəsi vəzifəsində çalışır. İcra nümayəndəliyinin binası olmadığına görə uzun illərdir ki, icra nümayəndəliyi kənddə olan Bələdiyyəyə məxsus inzibati binada yerləşir. Təqsirləndirilən şəxsi kənd sakini kimi tanıyır. Hadisə baş verən gün günorta saatlarında Təqsirləndirilən şəxs onunla əlaqə saxlamış, bir məsələ ilə bağlı görüşməli olduqlarını söyləmişdir. İdarəyə gəldikdə binada səs küy olduğunu, idarəyə daxil olduqda təqsirləndirilən şəxsi içkili vəziyyətdə olduğu üçün ayaq üstə çətinliklə dayandığını və məhkəmə zalında təkrarlanması mümkün olmayan nalayiq ifadələr işlətdiyini görmüşdür. O, Qorxmaza içkili olduğu üçün zərurət olmadığı halda onu qəbul edə bilməyəcəyini, sabahsı gün yenidən yaxınlaşmasını xahiş etmişdir. Lakin xidməti otağından sahə rəhisinə hadisə barədə məlumat vermişdir. Çünki həmin vaxt dəhlizdən yenədə Qorxmazın səsi gəlib, o, hərəkətlərini davam etdirib. Buna görə də digər otaqda olan müavini Elşada Qorxmazın hərəkətlərini telefonla videoya çəkməsini tapşırmış və dəhlizə çıxmışdır. Dəhlizdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə mübahisə etdiyinin, Məzahirə fiziki zor tətbiq etdiyinin şahidi olmuş onları ayıraraq Zərərçəkmiş şəxs2 otağına aparmışdır. Otaqda olarkən şüşə sınması səsi gəlmişdir. Dəmir barmaqlıqların qırılması naticəsində Qorxmaz yenidən otağa daxil olmuş və zor tətbiq etmək məqsədi ilə Məzahirin üstünə getmişdir. O, Qorxmazın hərəkətini görüb dərhal onun qolundan tutub çölə çıxarmışdır. Həmin anda Qorxmazla arasında yalnız qolundan tutaraq onu çölə çıxarmağa çalışarkən təmas yaranmışdır, başqa halda ona toxunmamışdır, Qorxmaz özünə bəraət qazandırmaq üçün ona şər atır. Ümumiyyətlə təqsirləndiril şəxs ondan polisin nömrəsini istəməmişdir, əsaslı hal olmadığı halda qəbula daxil olmaq istəmişdir. Onun, Qorxmazın telefon nömrəsinin yayılmasından xəbəri olmamışdır, daha sonra polis bölməsində öyrənmişdir, əgər ayıq və sakit halda yaxınlaşıb bildirsə bu məsələ ilə bağlı onu qəbul edə bilərdi. Hadisə tam şəkildə videoya çəkilib və məhkəməyə təqdim olunmuşdur. Hadisədən sonra Qorxmazın səhvini başa düşəcəyini ümüd etmişdir, lakin Təqsirləndirilən şəxs əksinə internet səyfəsində onun haqqında şər böhtan xarakterli məlumatlar yaymağa davam edir. Təqsirləndirilən şəxsdən şikayətçidir, məhkəmədən Təqsirləndirilən şəxs ən ağır cəzanın verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində bildirdi ki, hazırda işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxslə hadisəyə qədər tanışlığı olmayıb. xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında karantin qaydalarına uyğun olaraq müvafiq qaydada 2 saatlıq icazə aldıqdan sonra pay torpağında işləmək üçün arayış almağa görə icra nümayəndiliyinə gəlmişdir. O, nümayəndəliyə daxil olan zaman Təqsirləndirilən şəxs sərxoş halda dəmir barmaqlığın yanında dayanaraq ucadan nalayiq söyüşlər söydüyünü görmüşdür. Səs-küy olduğunu görüb qoşulmaq istəmədiyi üçün həyətdə mübahisənin bitməsini gözləmişdir. Daha sonra icra nümayəndəsinin gəldiyini görüb onun arxası ilə binaya daxil olmuşdur. Lakin binada eyni halın davam etdiyini görmüş, ətrafa narahatçılıq verdiyini Təqsirləndirilən şəxs bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, karantin rejimi ilə bağlı sms icazəsinin vaxtına az qalıb Qorxmaz isə onun işini icra etməyə imkan vermir. Lakin təqsirləndirilən şəxs əsəbləşərək onun üstünə gəlmiş, yumruq zərbələri ilə vurmağa çalışmış, lakin sərxoş olduğu üçün özü yıxılmışdır. O, da öz növbəsində özünü müdafiə etmişdir. Lakin Təqsirləndirilən şəxsı vurmamışdır, halbuki o, yıxılanda onu təpikliyə bilərdi. Daha sonra icra nümayəndəsi onu otağına dəvət etdiyindən, o, otaqda olmuşdur. Bu zaman dəhlizdən ayna sınmasının səsi gəlmişdir. Bir neçə dəqiqə sonra Qorxmaz yenidən mübahisə üçün otağa daxil olmuş, lakin icra nümayəndəsi Qorxmazın qolundan tutaraq çölə çıxarmışdır. Təqsirləndirilən şəxsdən küsməmişdir, ondan şikayət etmək niyəti olmamışdır, ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur, himayəsində azyaşlı uşağı var. Ona görə də təqsirləndirilən şəxsə mümkün qədər yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində bildirdi ki, Şəki rayonu Baş Zəyzid kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. Bələdiyyinənin inzibati binası Şəki rayonu Baş Zəyzid kəndində yerləşir. Həmçinin həmin inzibati binada onlardan başqa icra nümayəndəsi, kənd kitabxanası və mədəniyyət şöbəsi fəaliyyət göstərir. Təqsirləndirilən şəxsi kənd sakini kimi tanıyır və onunla heç bir düşmançılığı yoxdur. O, hadisə vaxtı idarədə olmamışdır, hadisədən həmin günün axşamı xəbər tutmuşdur. Səhər işə gələrkən giriş qapısının şüşəsinin sınmasını, dəmir barmaqlığın əyilməsi və sınmasını görmüşdür və hadisənin şahidləri bunun sərxoş halda olan Təqsirləndirilən şəxs törətdiyini ona söyləmişlər. İş üzrə 200 manat məbləğində ziyan hesablanmışdır və ziyan ödənməmişdir. Lakin təqsirləndirilən şəxs hazırda kənd qəbristanlığında iştimai əsaslarla müəyyən işlərin görülməsində qaynaqçı kimi köməklik göstərir və vurulan ziyanı ödəyəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəki rayonu Baş Zəyzid kənd İƏD üzrə nümayəndəliyində mühasib vəzifəsində işləyir. Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır və onula heç bir düşmənçiliyi yoxdur. xx xxxxx 2020-ci il tarixdə nahardan qayıdanda əlində pivə butulkasını tutmuş sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs dəhlizdə oturan görmüşdür. Gəlməsinin səbəbini soruşmuş, icra nümayəndəsinin gec gələcəyini, sərxoş halda binaya daxil ola bilməyəcəyini söyləmişdir. Qorxmazdan karatinlə bağlı icazəsi olub olmadığını soruşub, Qorxmaz cibindən “press” sözü yazılmış vəsiqəyə oxşar kağız çıxarıb jurnalist olduğunu, icazə almağa ehtiyacının olmadığını deyib müsahibə almaq istədiyini deyib. O. İsə öz növbəsində müsahibə verməyəcəyini bildirmiş və digər vətəndaşlara mane olduğu üçün çöldə gözləməsini xahiş etmişdir. Otağa keçdikdən sonra Qorxmazın dəmir barmaqlığı silkələdiyini, söyüş söydüyünü, səs küy saldığını eşidib. O, dəhlizdən səslərin yüksəlməsi səbəbilə otaqdan çıxdıqda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 əlbəyaxa dava vəziyətində görüb onları aralamışdır. Məzahirin icra nümayəndəsinin otağına girdikdən sonra bu dəfə dəhlizdən ayna sınması səsi gəldiyini eşitmiş, daha sonra isə icra nümayəndəsinin Qorxmazın qolundan tutaraq çölə çıxarmağa çalışdığının şahidi olmuşdur. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəki rayonu Baş Zəyzid kənd İƏD üzrə nümayəndəliyində müavin vəzifəsində işləyir. Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır və onunla heç bir düşmənçiliyi yoxdur. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona üç dəfə zəng edərək Arizin nömrəsini istəmişdir. O, hər səfərində də Arizin nömrəsini vermişdir. Həmin gün nahardan qayıdarkən Qorxmazın sərxoş halda idarədə olduğunu görmüşdür. Bir müddət sonra Ariz özü də idarəyə gəlmiş Qorxmaza sərxoş olduğundan onu qəbul edə bilməyəcəyini söyləmişdir. Beləliklə də gərginlik artmış, təqsirləndirilən şəxs məhkəmədə səslənə bilməyəcək nalaiq ifadələr işlətmiş, dəmir barmaqlığı silkələmişdir. Zərərçəkmiş şəxs1 onu otağından çağırıb sübut üçün Qorxmazı videoya çəkməsini tapşırmışdır. O, da özünə məxsus mobil telefon ilə Qorxmazın təxminən bir saat çəkən əməlini videoya çəkmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşının qaynıdır, onunla münasibətləri yaxşıdır. xx xxxxx 2020-ci il tarixdə, saat 14:40 radələrində karantin ilə əlaqədar işsizlərə ayrılmış 190 manat pul ilə maraqlanmaq üçün icra nümayəndəliyinə gəlmişdir. Nümayəndəliyin binasına daxil olduqda qohumu Qorxmazın sərxoş vəziyyətdə ucadan səsküy saldığını, nümayəndəliyin dəmir dəmir barmaqlığı silkələdiyini şahidi olmuşdur. O, Qorxmazın içkili olduğuna görə özünü idarə edə bilmədiyini görüb onu sakitləşdirmək üçün çölə çıxarmışdır. Qapının şüşəsinin sınmasını görməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:45 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin xx.xx.2020-ci il tarixli 125 nömrəli protokolunda göstərmişdir ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olması müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şəki rayonu Baş Zəyzid Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə törətdiyi hadisə nəticəsində inzibati binanın giriş qapısının şüşəsini sındırması və dəmir barmaqlığın bir hissəsini zədələməsi nəticəsində inzibati binaya təxminən 200 manat ziyan dəymişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, əməliyyat sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində məlumat yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş X5 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs X2 dispanser müşahidəsində yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Şəki Rayon Mərkəzi X10 Şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Şəki Şəhər İcra Hakimiyyətinin Baş Zəyzid İcra Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X1, həyat yoldaşı X3 və oğlu xx.xx.2018-ci il təvəllüdlü X14 ilə birlikdə Şəki rayonu Baş Zəyzid kəndində yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə edilir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə baş vermiş hadisəni əks etdirən 01 ədəd DVD diskdə olan görüntülərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Şəki rayonu Baş Zəyzid kənd Bələdiyyəsinə məxsus inzibati binada nalayiq ifadələr işlətməsi, Zərərçəkmiş şəxs2 üzərinə hücum etməsi, onu vurmağa cəhd etməsi və digər hərəkətlər etməsi müəyyən olunur. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, birinci instansiya məhkəməsi öz hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını müəyyən etmişdir. Dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, təyin edilmiş həmin cəza işin faktiki hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun deyildir. Birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1 -ci bəndində göstərilir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM- in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir, həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini hökmdə əsaslandırmamış və həmin halların hansı hərəkətlərlə ifadə olunduğunu sübut etməmiş və bununla da CPM-nin 139-cu maddəsinin tələblərini pozmuşdur. CPM-nin 353.2.3-cü maddəsinə görə təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də onların qəbul edilməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41 -ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanunvericiliyi qarşısında duran üç vəzifəni müəyyən edir. Bu, ilk növbədə, cinayət qanunvericiliyində göstərilən obyektləri cinayətkar qəsdlərdən qorumaq; sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etmək; cinayətlərin qarşısını almaqdır. Həmin vəzifələri həyata keçirmək üçün Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət–hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 2.1 və 2.2-ci maddələri). Hazırki cinayət işinin materiallarından görünür ki, o, xx xxxxx 2020-ci il tarixdə, saat 14:45 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ictimai yer hesab olunan, Şəki rayonu Baş Zəyzid kənd ərazisində yerləşən, Şəki rayonu Baş Zəyzid Bələdiyyəsinə məxsus inzibati binada fəaliyyət göstərən Şəki Şəhər İcra Hakimiyyəti başçısının Baş Zəyzid kənd X15 üzrə nümayəndəliyinə gələrək əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış və əxlaq normalarının ziddinə olan, 30 dəqiqə ərzində icra nümayəndəliyin iş rejimini pozan hərəkətlər edərək Şəki Şəhər İcra Hakimiyyətinin başçısının Baş Zəyzid kənd X15 üzrə nümayəndəsi Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə hədələyib qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmin vaxt inzibati binada olan vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın pozulmasının qarşısını alan, Şəki rayon, Vərəzət kənd sakini Lətifov X7 İbadova yaxınlaşaraq onu nizam-intizama dəvət edib, pozulmuş ictimai qaydanın bərpasına çalışsa da sonuncu aqressiv formada qeyd olunan xuliqanlıq hərəkətlərinə davam etməklə Zərərçəkmiş şəxs2 üzərinə hücum edib yumruqla bədənin müxtəlif nahiyələrinə vuraraq ona fiziki ağrı yetirmiş, bununla yanaşı inzibati binanın plastik materialdan hazırlanmış giriş qapısının şüşəsini və inzibati binada olan dəmir barmaqlıqların bəzəklərini sındırması ilə nəticələnən hərəkətlər etməklə Şəki rayonu Baş Zəyzid Bələdiyyəsinə ümumilikdə 200 manat maddi ziyanlıq vuraraq qərəzli xuliqanlıq cinayətini törətmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs etdiyi cinayət əməlini Şəki rayonu Baş Zəyzid kənd ərazisində yerləşən, Şəki rayonu Baş Zəyzid Bələdiyyəsinə məxsus inzibati binada fəaliyyət göstərən Şəki Şəhər İcra Hakimiyyəti başçısının Baş Zəyzid kənd X15 üzrə nümayəndəliyinə gələrək həyata keçirmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxslərin Zərərçəkmiş şəxs1 öz idarəçilik funksiyasını yerinə yetirərkən ona qarşı hazırkı cinayətinin əməlinin törədilməsi əməlin ictimai təhlükəliliyini artırır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi üçün tətbiq edilir. Cinayət Qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinə əsasən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İşin bütün halları, təqsirləndirilən şəxsin şəxsiyyəti və ədalət prinsipi təqsirləndirilən şəxsə qanunvericiliyin tələblərinə müvafiq cəza təyin edilməsini tələb edir. Birinci instansiya məhkəməsi həmin maddələrin tələblərini nəzərə almadan Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz sayılmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin edilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq apellyasiya protestinin cinayət qanununun müddüalarına uyğun daha ağır cəzanın təyin edilməsi ilə bağlı dəlillərini əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl nisbətən yüksək sosial təhlükəli əməl olduğundan, o, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəlsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli və ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılmalı, üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs olunmalı və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Cinayət-Prosessual Məcəlləsinin 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəlsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin və ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbs olunsun. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: /imza/ Hаkimlər: /imzalar/ Əsli ilə düzdür İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-20/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-20/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver