Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-200/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X10 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X17, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 oğlu, onların müdafiəçiləri Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və X2 iştirakları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 isə CM-in 32.5 234.4.1, 32.5, 234.4.3, 32.5, 237.2.1 və 32.5, 237.2.3-cü maddələri ilə məhkum olunmalarına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2021-ci il tarixli 1(091)-14/2021 nömrəli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər B.Məmmədov (sədrlik edən), R.Hüseynov və N.Mirzəyevdən ibarət təkibdə) 11 mart 2021-ci il tarixli 1(091)-14/2021 nömrəli hökmü ilə 02 avqust 1993-cü ildə İsmayıllı rayonu Qalınçaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, İİ qrup əlil, İsmayıllı rayonunun Qalınçaq kəndində qeydiyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunan cəzaları qismən toplamaqla ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun 05 sentyabr 2019-cu il tarixdən 05 aprel 2020-ci il tarixə kimi həbsdə olduğu 07 (yeddi) ay müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, əməlində cinayət tərkibi olmadığına görə ona CM-in 188.1-ci maddəsi ilə bəraət verilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı 11 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilərək həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalında dərhal həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, xx xxxxx 1964-cü ildə İsmayıllı rayonu Qalınçaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, İsmayıllı rayonu Qalınçaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X7 saxlanılan Təqsirləndirilən şəxs2 CM-in 234.4.1, 237.2.1 və 237.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 təyin olunan cəzaları qismən toplamaqla qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, əməlində cinayət tərkibi olmadığına görə ona CM-in 188.1-ci maddəsi ilə bəraət verilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı 10 sentyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxxx 1995-ci ildə İsmayıllı rayonu Mücühəftaran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu Qalınçaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 CM-in 32.5 234.4.1, 32.5, 234.4.3, 32.5, 237.2.1 və 32.5, 237.2.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 32.5 234.4.1 və 32.5, 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.5, 237.2.1 və 32.5, 237.2.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, ona təyin olunan cəzaları qismən toplamaqla, qəti olaraq ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, əməlində cinayət tərkibi olmadığına görə ona CM-in 32.5, 188.1-ci maddəsi ilə bəraət verilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbsə alınıdığı 11 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi və barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə məhkəmə məsrəfi olan 103,65 AZN ekspertiza xərcinin təqsirləndirilən şəxslərin hər birindən 34,55 AZN tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan bir ədəd ağ rəngli plastik qab, bir ədəd alminium biton, bir ədəd qaz balonu, 2709 kq 998,00 qram olan 1527 ədəd çətənə bitkiləri, təmiz çəkisi 2 kiloqram 199,95 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmamış marixuana, təmiz çəkisi 599,95 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmamış marixuana, təmiz çəkisi 3 kq 19,95 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, on səkkiz ədəd çətənə bitkisinin hissələri, otuz üç ədəd çətənə bitkisinin hissələri, əlli altı ədəd çətənə bitkisinin hissələri, təmiz çəkisi 285.00 qram narkotik vasitələrə aid olmayan üzvi maddələrin məhv edilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, ibtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib istintaqa məlum olmayan vaxtda və mənbədən çətənə bitkisinin toxumlarını əldə edərək, bu məqsədlə 2019-cu ilin mart ayının ortalarında İsmayıllı rayonunun Qalınçaq kəndinin ərazisində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X26 X3 rayonu Qalınçaq meşəbəyliyinin 7 saylı dolayına aid torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 10 metr enində 30 metr uzunluğunda olan 300 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyərək çətənə bitki toxumlarının əkilib-becərilməsi üçün münbit şərait yaratmaqla özbaşına tutmuş, çətənə bitkisinin toxumlarını həmin yerə səpib əkib becərməklə qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən, ümumilikdə 1527 ədəd çətənə bitkilərini gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək 1,2 metrdən 4,8 metrədək hündürlüyə çatdırmaqla kultivasiya etmiş, bundan sonra o, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə bitkilərinin hissələrindən toplayaraq kustar üsulla külli miqdar təşkil edən 3 kiloqram 20 qram (üç kiloqram iyirmi qram) çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə edərək həmin yerdə kolluqda qırmızı rəngli sellofan bağlamanın içərisində gizlədərək saxlamış, habelə satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə bitkisinin hissələrindən yığıb toplayaraq kustar üsulla külli miqdar təşkil edən, ümumi təmiz çəkisi 2 kiloqram 800 qram (iki kiloqram səkkiz yüz qram) olan narkotik vasitə qurudulmayan marixuana hazırlayıb əldə edərək həmin qurudulmamış marixuananın 2 kiloqram 200 qram (iki kiloqram iki yüz qram) çəkidə olan hissəsini ağ rəngli sintetik kisənin içərisində, 600 qram (altı yüz qram) çəkidə olan hissəsini isə göy rəngli sellofan bağlamanın içərisində kolluq yerdə gizlədərək saxlamış, Təqsirləndirilən şəxs2 2019-cu ilin avqust ayının əvvəllərində dəqiq tarixi istintaqa məlum olmayan gündə həmin ərazidə təsadüfən rastlaşdığı Təqsirləndirilən şəxs3 onunla birlikdə meşədə çətənə bitkiləri əkib-becərdiklərini, bu barədə başqa heç kimə deməməsini və çətənə bitkilərinin əkildiyi əraziyə kənar şəxslərin gələ biləcəyi halda ona və Təqsirləndirilən şəxs2 məlumat verərsə Təqsirləndirilən şəxs3 pul verəcəyini dedikdə sonuncu həmin cinayətin törədilməsinə məlumatları, cinayətin törədilməsi üçün maneələrin aradan qaldırılması, cinayətin izlərinin gizlədilməsi yolu ilə kömək göstərəcəyinə qabaqcadan vəd verərək onlarla əlbir olmuş, aralarında olan razılığa əsasən çətənə bitkilərinin əkildiyi yer istiqamətində gedən cığırı 5 sentyabr 2019cu il tarixədək müxtəlif günlərdə müşahidə etməklə cinayətlərin edilməsini asanlaşdıran əlverişli şərait yaradaraq törədilməsinə, yəni onun Təqsirləndirilən şəxs2lə birlikdə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaları, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə, hissələrini toplamaqla kultivasiya etmələri və satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxlamaları kimi cinayətlərinin törədilməsinə köməklik etmiş, 5 sentyabr 2019-cu il tarixdə, saat 17 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun Təqsirləndirilən şəxs2lə və köməkçi qismində Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 2710 kiloqram (iki min yeddi yüz on kiloqram) olan, külli miqdar təşkil edən 1527 (min beş yüz iyirimi yeddi) ədəd çətənə bitkiləri, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə hazırlayıb əldə edərək qırmızı rəngli sellofan torbada saxladığı külli miqdar təşkil edən, 3 kiloqram 20 qram (üç kiloqram iyirmi qram) çəkidə qurudulmuş marixuana, ağ rəngli sintetik kisənin və göy rəngli sellofan bağlamanın içərisində saxladığı külli miqdar təşkil edən, ümumilikdə 2 kiloqram 800 qram (iki kiloqram səkkiz yüz qram) çəkidə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib istintaqa məlum olmayan vaxtda və mənbədən çətənə bitkisinin toxumlarını əldə edərək, bu məqsədlə 2019-cu ilin mart ayının ortalarında İsmayıllı rayonunun Qalınçaq kəndinin ərazisində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X26 X3 rayonu Qalınçaq meşəbəyliyinin 7 saylı dolayına aid torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 10 metr enində 30 metr uzunluğunda olan 300 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyərək çətənə bitki toxumlarının əkilib-becərilməsi üçün münbit şərait yaratmaqla özbaşına tutmuş, çətənə bitkisinin toxumlarını həmin yerə səpib əkib becərməklə qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən, ümumilikdə 1527 ədəd çətənə bitkilərini gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək 1,2 metrdən 4,8 metrədək hündürlüyə çatdırmaqla kultivasiya etmiş, bundan sonra o, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə bitkilərinin hissələrindən toplayaraq kustar üsulla külli miqdar təşkil edən 3 kiloqram 20 qram (üç kiloqram iyirmi qram) çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə edərək həmin yerdə kolluqda qırmızı rəngli sellofan bağlamanın içərisində gizlədərək saxlamış, habelə satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə bitkisinin hissələrindən yığıb toplayaraq kustar üsulla külli miqdar təşkil edən, ümumi təmiz çəkisi 2 kiloqram 800 qram (iki kiloqram səkkiz yüz qram) olan narkotik vasitə qurudulmayan marixuana hazırlayıb əldə edərək həmin qurudulmamış marixuananın 2 kiloqram 200 qram (iki kiloqram iki yüz qram) çəkidə olan hissəsini ağ rəngli sintetik kisənin içərisində, 600 qram (altı yüz qram) çəkidə olan hissəsini isə göy rəngli sellofan bağlamanın içərisində kolluq yerdə gizlədərək saxlamış, 2019-cu ilin avqust ayının əvvəllərində dəqiq tarixi istintaqa məlum olmayan gündə o, həmin ərazidə təsadüfən rastlaşdığı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1lə birlikdə meşədə çətənə bitkiləri əkib-becərdiklərini, bu barədə başqa heç kimə deməməsini və çətənə bitkilərinin əkildiyi əraziyə kənar şəxslərin gələ biləcəyi halda ona məlumat verərsə Təqsirləndirilən şəxs3 pul verəcəyini dedikdə sonuncu həmin cinayətin törədilməsinə məlumatları, cinayətin törədilməsi üçün maneələrin aradan qaldırılması, cinayətin izlərinin gizlədilməsi yolu ilə kömək göstərəcəyinə qabaqcadan vəd verərək onlarla əlbir olmuş, aralarında olan razılığa əsasən çətənə bitkilərinin əkildiyi yer istiqamətində gedən cığırı 5 sentyabr 2019-cu il tarixədək müxtəlif günlərdə müşahidə etməklə cinayətlərin edilməsini asanlaşdıran əlverişli şərait yaradaraq törədilməsinə, yəni onun Təqsirləndirilən şəxs1lə birlikdə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaları, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə, hissələrini toplamaqla kultivasiya etmələri və satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxlamaları kimi cinayətlərinin törədilməsinə köməklik etmiş, 5 sentyabr 2019-cu il tarixdə, saat 17 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun Təqsirləndirilən şəxs1 və köməkçi qismində Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 2710 kiloqram (iki min yeddi yüz on kiloqram) olan, külli miqdar təşkil edən 1527 (min beş yüz iyirimi yeddi) ədəd çətənə bitkiləri, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə hazırlayıb əldə edərək qırmızı rəngli sellofan torbada saxladığı külli miqdar təşkil edən, 3 kiloqram 20 qram (üç kiloqram iyirmi qram) çəkidə qurudulmuş marixuana, ağ rəngli sintetik kisənin və göy rəngli sellofan bağlamanın içərisində saxladığı külli miqdar təşkil edən, ümumilikdə 2 kiloqram 800 qram (iki kiloqram səkkiz yüz qram) çəkidə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs3 2019-cu ilin avqust ayının əvvəllərində dəqiq tarixi istintaqa məlum olmayan gündə İsmayıllı rayonu Qalınçaq kəndinin ərazisində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X26 X3 rayonu Qalınçaq meşəbəyliyinin 7 saylı dolayına aid ərazidə təsadüfən rastlaşdığı Təqsirləndirilən şəxs2 sonuncunun həmkəndliləri Təqsirləndirilən şəxs1 ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib istintaqa məlum olmayan vaxtda və mənbədən çətənə bitkisinin toxumlarını əldə edərək, bu məqsədlə 2019-cu ilin mart ayının ortalarında İsmayıllı rayonu Qalınçaq kəndinin ərazisində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X26 X3 rayonu Qalınçaq meşəbəyliyinin 7 saylı dolayına aid torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 10 metr enində 30 metr uzunluğunda olan 300 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyərək çətənə bitki toxumlarının əkilib-becərilməsi üçün münbit şərait yaratmaqla özbaşına tutmaları, çətənə bitkisinin toxumlarını həmin yerə səpib əkib becərməklə qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən, ümumilikdə 1527 ədəd çətənə bitkilərini gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək 1,2 metrdən 4,8 metrədək hündürlüyə çatdırmaqla kultivasiya etmələri, bundan sonra Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə bitkilərinin hissələrindən toplayaraq kustar üsulla külli miqdar təşkil edən 3 kiloqram 20 qram (üç kiloqram iyirmi qram) çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə edərək həmin yerdə kolluqda qırmızı rəngli sellofan bağlamanın içərisində gizlədərək saxlamaları, habelə satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə bitkisinin hissələrindən yığıb toplayaraq kustar üsulla külli miqdar təşkil edən, ümumi təmiz çəkisi 2 kiloqram 800 qram (iki kiloqram səkkiz yüz qram) olan narkotik vasitə qurudulmayan marixuana hazırlayıb əldə edərək həmin qurudulmamış marixuananın 2 kiloqram 200 qram (iki kiloqram iki yüz qram) çəkidə olan hissəsini ağ rəngli sintetik kisənin içərisində, 600 qram (altı yüz qram) çəkidə olan hissəsini isə göy rəngli sellofan bağlamanın içərisində kolluq yerdə gizlədərək saxlamaları barədə öyrənmiş, o, Təqsirləndirilən şəxs2 ona həmin cinayətlər barədə başqa heç kimə deməməsi, çətənə bitkilərinin əkildiyi əraziyə kənar şəxslərin gələ biləcəyi halda məlumat verəcəyi, yəni həmin cinayətlərin törədilməsinə məlumatları, cinayətin törədilməsi üçün maneələrin aradan qaldırılması, cinayətin izlərinin gizlədilməsi yolu ilə kömək göstərəcəyi təqdirdə yekunda əldə edəcəkləri gəlirdən asılı olaraq pul verəcəyi barədə təklifi ilə razılaşaraq, bu sahədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 köməklik göstərəcəyinə qabaqcadan vəd verib onlarla əlbir olmuş və aralarında olan razılığa əsasən çətənə bitkilərinin əkildiyi yer istiqamətində gedən cığırı 5 sentyabr 2019cu il tarixədək müxtəlif günlərdə müşahidə etməklə cinayətlərin edilməsini asanlaşdıran əlverişli şərait yaradaraq törədilməsinə köməklik etmiş, 5 sentyabr 2019-cu il tarixdə, saat 17 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə və köməkçi qismində onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 2710 kiloqram (iki min yeddi yüz on kiloqram) olan, külli miqdar təşkil edən 1527 (min beş yüz iyirimi yeddi) ədəd çətənə bitkiləri və satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlayıb əldə etdikləri, qırmızı rəngli sellofan torbada saxladıqları külli miqdar təşkil edən 3 kiloqram 20 qram (üç kiloqram iyirmi qram) çəkidə qurudulmuş marixuana, ağ rəngli sintetik kisənin və göy rəngli sellofan bağlamanın içərisində saxladıqları külli miqdar təşkil edən, ümumilikdə 2 kiloqram 800 qram (iki kiloqram səkkiz yüz qram) çəkidə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir Hökmdən verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətində Təqsirləndirilən şəxs3 verilmiş ittihamı CM-in 307.1-ci maddəsinə tövsif edərək, ona həmin maddə ilə ittiham hökmü çıxarılmasını və əməlində olan yüngülləşdirici halları nəzərə alaraq ona veriləcək cəzanı, onun bu cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq həmin cəzanı şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətində hökmün Təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının ifadələri Təqsirləndirilən şəxs3 məhkəmə kollegiyasının iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, dayısı 2019-cu ilin iyun ayında meşəbəyi kimi işə düzəlmiş, heç yerdə işləmədiyi üçün dayısı onu özünə köməkçi götürmüşdür. Dayısı ona meşə ərazisini gəzməyi, harda nəyin olduğunu öyrənməyi, bundan sonra meşəni təmizləməyi tapşırmışdır. O da axşam saat altı radələrində meşə ərazisini gəzməyə başlamışdır. İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları da meşə ərazisini gəzərək narkotik vasitələrin əkildiyi sahəni axtarmış, onun həmin ərazidə gəzdiyini görmüşlər. Meşəni gəzərkən dar bir cığır görmüş, həmin cığırla heç kim işləməmişdir. Cığırın yanında iki ədəd iri gövdəli ağac yıxılmış, kənddə qaz olmadığından həmin ağacları doğrayıb satmasını fikirləşmişdir. Həmin ərazidən qayıdıb kəndə gələndə Təqsirləndirilən şəxs1 soruşmuşdur ki, “meşədə filan ərazidə olmusan?”, o da cavabdında orada olduğunu təsdiq etmişdir. Sonra Vüqar ona həmin əraziyə getməməsini demişdir. Bunun səbəbini soruşduqda Vüqar orada işinin olduğunu, həmin yer barədə kiməsə deyəcəyi təqdirdə ondan inciməməsini ona bildirmişdir. Qorxusundan dayısına da heç nə deməmişdir. Sentyabr ayının dördündə saat 15-16 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları həmin yeri aşkar etmişlər. Vüqar “həmin yeri sən satmısan” ona demişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 ona verilən sualları cavablandıraraq bildirmişdir ki, Vüqar tutulandan sonra ona “ya səni də tutduracam, ya da kömək et mən burdan çıxım” dediyi üçün qorxusundan Vüqara pul vermiş, tutulacağını bilsəydi, pul verməzdi. Həmin pulu Vüqara çatdırması üçün Hafizə vermiş, Hafizə verdiyi 4900 manat pulu isə sonuncu Vüqara verməmişdir. Hafiz qapı qonşu olduğu üçün həmin pulu Vüqara verməsini xahiş etmiş, onların üçünü bağlayan amil onların qonşu olmaları olmuşdur. Onu da narkotik vasitələrin əkildiyi yeri görüb xəbər vermədiyi üçün tutmuşlar. Hafizi narkotik vasitələrin əkildiyi yerdə görməmişdir. Meşə ərazisində narkotik vasitələrin əkilməsindən dayısının xəbəri olmamış, onlar tutulandan sonra dayısı bu barədə xəbər tutmuşdur. İbtidai istintaq dövründə vəkili olmamış, “Təqsirləndirilən şəxs2lə həmin cığırın yanında görüşmüşəm və Hafiz mənə həmin ərazini müşahidə et” deyə ifadə verməmişdir. 5 yaşı olanda başına balta düşüb, 11 tikiş qoyublar, ona görə də yaddaşında problem var. Lakin belə bir ifadə verməsi yadına gəlmir. Cavanlığının nəzərə alınmasını və ona güzəşt edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə kollegiyasının iclasında özünü təqsirli bilməyərək ifadəsində göstəmişdir ki, toxumların gül toxumu olduğunu zənn etmişdir. Həmin toxumları Təqsirləndirilən şəxs1 ondan almış, sonrakı hadisələrin heç birindən xəbəri olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 ona verilən sualları cavablandıraraq bildirmişdir ki, polis şöbəsində ona çox təzyiqlər olmuş, lakin polisin ona təzyiq etməsi barədə heç bir orqana şikayət etməmişdir. Vüqarın həmin toxumları harda əkməsindən xəbəri olmamış, Vüqar bu barədə ona deməmişdir. 2400 manatı Vüqarın atasına verilməsi üçün Kamran ona vermişdir. Kamran Vüqarın atası ilə dalaşdığından və aralarında münasibət olmadığdan həmin 2400 manatı onun özünə yox, Hafizə vermişdir. Həmin 2400 manatı da uşağının müalicəsi üçün xərcləmiş, sonradan geri qaytarmışdır. İbtidai istintaq zamanı vəkili olmuşdur. Ədalətli qərar qəbul edlməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs3 müdafiəçisi X1 Allahverdiyev barəsində verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki Cinayətlər Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmünün ona münasibətdə ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki Cinayətlər Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X17 apellyasiya şikayətlərinə etiraz edərək onların təmin edilməməsini və Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını, apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 1(091)- 31/2020 1(091)-14 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ilin mart ayının ortalarında saat 11 radələrində yaşadığı kəndin girişində yerləşən qəbiristanlığın yaxınlığından keçərkən orada zibil toplanan ərazidən içərisində çoxlu sayda, təxminən 200-300 ədəd toxum olan bir ədəd selofan torba tapmışdır. Torbada olan toxumların hansı bitki toxumu olmasını ilk öncə bilməmiş, sellofan bükümü əlində götürüb yaşadığı evə doğru hərəkət etmişdir. Bu zaman qəbiristanlığın aşağı tərəfində həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 birlikdə dayanmasını görmüş, həmin şəxslərə yaxınlaşıb əlində sellofanda olan torbanın içərisindəki toxumların hansı bitki toxumu olmasını soruşduqda Vüqar sellofanı ondan alıb həmin bitki toxumlarının çətənə bitki toxumu olmasını bildirərək ondan almışdır. Həmin yerə başqa şəxslər də yaxınlaşdığından artıq o, da bu barədə Vüqara bir söz bildirməyib oradan uzaqlaşmışdır. Bundan bir neçə gün sonra küçə qapısının qarşısında Vüqar və Kamranla görüşərkən sonuncular ona aldıqları bitki toxumlarının çətənə bitkiləri olduğunu, özləri İsmayıllı rayonun Qalınçaq kənd ərazisində əkib, bitkilərə qulluq edəcəklərini, bitkilər böyüdükdən sonra isə bitkilərin hissələrini qırıb satış üçün hazırlayacaqlarını, satdıqları marixuana narkotik vasitəsindən əldə etdikləri puldan ona da müəyyən məbləğdə pul ayıracaqlarını demişlər. 06 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulduğunu eşitmişdir. Təxminən 1 həftə sonra 2019-cu ilin sentyabr ayının ortalarında dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı rayonun Qalınçaq kəndində yaşadığı evin qarşısında tək dayandığı vaxt Kamran ona yaxınlaşaraq 50 və 100 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 2400 manat pulu ona verib onun ağsaqqal olduğunu və istintaq zamanı adını hallandırmaması üçün həmin pulu Vüqarın atası Feyruza çatdırmasını demişdir. Həmin məbləğdə pulu Kamrandan almış, lakin ailə üzvləri həmin vaxtlar xəstələndiyi üçün ehtiyacı olduğundan pulu Feyruza verməyərək özü xərcləmişdir. Hazırki vaxta qədər narkotik vasitə istifadə etməmiş, kimdənsə narkotik vasitə almamış və kiməsə narkotik vasitə satmamışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyinə görə İsmayıllı rayonun Qalınçaq kənd meşə ərazisində meşəbəyi işləyən dayısı İdris İsayevə köməklik etmiş, təxminən 2019-cu ilin avqust ayının əvvələrində tək meşə ərazisində olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə meşənin içərisində rastlaşmışdır. Hafiz onu görüb yaxınlaşaraq orada nə iş gördüyünü soruşduqda sonuncuya dayısına köməklik göstərdiyini bildirib, bu səbəbdən meşə ərazisini gəzdiyini demişdir. Hafiz ona meşənin içərisində olan cığırı göstərib həmin cığıra daxil olub-olmadığını soruşduqda o, həmin cığıra daxil olmadığını deyib, orada nə olması barədə maraqlandıqda Hafiz ona ağzını möhkəm tutmasını, orada çətənə bitkiləri olduğunu demişdir. Hafizə bu barədə heç kimə bir söz deməyəcəyini demiş, Hafiz ona həmin əraziyə kənar şəxslərin daxil olmasının qarşısını alacağı təqdirdə işin sonunda ona pul verəcəyini demişdir. Təxminən 10 gün sonra yaşadığı evə doğru gedərkən yolun başında Hafizlə görüşərkən Hafiz ona həmin cığırın sonunda ərazini kolkosdan təmizləyib, orada digər qonşusu Təqsirləndirilən şəxs1 ilə ilə birlikdə çoxlu sayda çətənə bitkiləri əkdiyini, həmin bitkilərə Vüqarla birlikdə qulluq edib yetişdirdiyini, lakin son zamanlar Vüqar xəstələndiyindən ev şəraitində müalicə aldığını, bu səbəbdən özü əkdikləri bitkilərə qulluq edib yetişdirə bilmədiyini, ağaclar çox olduğundan sulamaqda çətinlik çəkdiyini, bu səbəbdən bu işdə kömək etməyini, həmin çətənə bitkilərinin əkildiyi yerin mühafizə etməsini ona demişdir. Hafizin təklifi ilə razılaşmış, hər gün meşə ərazisinə gedib meşəyə odun yığmaq üçün gələn tanımadığı şəxsləri müxtəlif bəhanələr ilə oradan uzaqlaşdırmışdır. Həmin yerin kimsə tərəfindən aşkar edilməməsinə çalışmış, özü həmin cığırın sonuna gedib orada dəqiq olaraq neçə ədəd çətənə bitkilərinin əkilməsini görməmişdir. Orada təxminən 200-300 metr kənarda dayanıb həmin ərazini mühafizə etmişdir. 05 sentyabr 2019-cu il tarixdə axşam saatlarında yaşadığı evdə olarkən həmin gün Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə əkməsini ona bildirdiyi çətənə bitkilərinin olduğu yerin polis əməkdaşları tərəfindən aşkarlandığını və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılaraq həmin yerə baxış keçirildiyini və əkilən çətənə bitkilərinin götürüldüyünü bilmişdir. Bundan sonra Vüqarın həmin əməlini Hafizlə birlikdə törtəməsini etiraf etsə, Hafiz onun da həmin çətənə bitkilərinin əkilməsindən məlumatı olmasını deyəcəyini və həbs ediləcəyindən narahatlıq keçirtmişdir. Vüqar tutulduqdan 2-3 gün sonra Hafiz yaşadığı küçədə onu görüb yaxınlaşaraq Vüqarın istintaq zamanı onun adını hallandırmaması və həbsdən çıxarmaqdan ötrü pul lazım olmasını deyib bu işdə həm onun, həm də Vüqara köməklik göstərməsini demişdir. Həmin vaxtlar onun pulu olmadığından bu barədə atası Qənimətə əsl həqiqəti bildirməyib Vüqarın həbsdən çıxmasına köməklik etmək istədiyini, sonra onun pulunu qaytaracağını demişdir. Atası Qənimət özünə məxsus Vaz 2101 markalı avtomobili 1400 manata tanımadığı şəxsə sataraq pulu ona vermiş, o da, həmin 1400 manat pulu 2019-cu ilin sentyabr ayının ortalarında dəqiq tarixini xatırlamadığı gündə Qalınçaq kəndində yaşadığı küçədə Hafizə vermişdir. Sonra isə atası “Kapital bank”ın İsmayıllı rayon filialından 5016 manat kreditlə pul götürmüş, həmin puldan da 2100 manatını yaşadığı Qalınçaq kəndində Vüqarın adını hallandırmaması və həbsdən çıxmasına kömək etmək üçün Hafizə vermişdir. Bundan bir neçə gün sonra 900 manat və 500 manat pulu da Hafizə vermişdir. Hafiz ümumilikdə ondan 4900 manat pul almış, bundan sonra isə Hafizdən Vüqarın işinin nə yerdə olmasını və nəyə görə həbsdən çıxara bilməməsini soruşduqda Hafiz Vüqarın işinin yaxşı olacağını, hər dəfə müxtəlif bəhanələr gətirib həbsdən çıxacağını demişdir. Sonradan Hafizin onu aldadaraq 4900 manat pulunu öz şəxsi işləri üçün həll etdiyini, Vüqarın həbsdən buraxılması üçün heç bir iş görmədiyini bilmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayının ortalarında həmkəndlisi Təqsirləndirilən şəxs2lə sonuncunun yaşadığı evin həyətində söhbət edən zaman Hafiz ona yaxşı bir pullu iş olduğunu və ona xəbər edəcəyini bildirmişdir. Hafizdən iş barəsində soruşmasa da, iş alınacağı təqdirdə ona xəbər etməsini bildirmişdir. Təxminən 5-6 gün sonra 2019-cu ilin mart ayının Hafizlə görüşüb yenidən söhbət edərkən sonuncu ona bir nəfər şəxsin ona əmanət verəcəyini, həmin əmanəti götürməsini və həmin şəxslə birlikdə sonuncunun göstərdiyi getməsini bildirmişdir. Bu barədə Hafizdən heç bir söz soruşmadan razılaşmış, Hafiz həmin şəxsin artıq kəndə çatdığını, kəndin girişində yerləşən qəbiristanlığın yaxınlığında yerləşən Pirin yanına gedib həmin şəxsi gözləməsini bildirmişdir. Hafizin yaşadığı evin həyətindən çıxaraq sonuncunun bildirdiyi yerə gəlmiş, təxminən 1-2 dəqiqə orada dayandıqdan sonra qırmızı rəngli “Vaz 2107” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil ona yaxınlaşmışdır. Avtomobili idarə edən şəxs qabaq yan pəncərəni aşağı salıb ona həmin yerə göndərilib-göndərilmədiyini soruşmuş, həmin şəxsə Hafizin göndərdiyi şəxs olduğunu dedikdən sonra həmin şəxs avtomobilin qabaq sağ pəncərəsindən bir ədəd sellofan bükülünü ona vermişdir. Həmin sellofanda nə olmasını soruşmamış və həmin şəxsin deməsindən sonra sonuncunun arxasınca getmişdir. Həmin şəxs avtomobili idarə edib qarşıda, özü isə piyada avtomobilin arxasınca kənd yolu ilə İsmayıllı rayonu Qalınçaq kənd meşəsinə doğru hərəkət etmişdir. Təxminən 300-400 metr məsafə hərəkət etdikdən sonra meşənin girişində həmin şəxs avtomobilini saxlayıb avtomobildən yerə düşüb meşəyə doğru piyada hərəkət etmişdir. Təxminən meşənin içərisi ilə 45 dəqiqə piyada hərəkət edib 5 km məsafə qət etdikdən sonra həmin şəxs kol-kosun arasında olan cığırı göstərib orada gözləməyini bildirmiş, sonra isə bir nəfər şəxsin ona yaxınlaşacağını, işin sonunda ona 6000 (altı min) manat pul çatacağını dedikdən sonra özü isə qayıdıb getmişdir. Təxminən 10-15 dəqiqə sonra iki saat əvvəl həyətində söhbət etdiyi Hafiz həmin yerə gəlmiş, əlində saxladığı sellofan bükülünü Hafizə vermişdir. Sonra isə Hafizlə birlikdə cığırla kol-kosun içərisinə doğru irəliləmiş, cığırın sonunda həmin ərazinin təxminən 5-6 metr enində kvadrat formasında kol-kosdan təmizləndiyini görmüşdür. Hafiz ona sellofanda çətənə bitki toxumlarının olduğunu, onun çətənə bitkiləri əkilmiş yeri mühafizə etməli olmasını demişdir. Hafizlə razılaşdıqdan sonra birlikdə Hafizin əvvəlcədən kol-kosdan təmizlədiyi yerin kənarında şumlayaraq yararlı hala saldığı ərazidə Hafiz selofanda olan toxumları özü səpmişdir. Artıq həmin vaxt Hafizin ona dediyi işin çətənə bitkisi əkilməsi işi olduğunu bilmiş, həmin ərazidən bir-iki metr kənarda su çıxan quyudan su götürüb gətirib Hafizə vermiş, Hafiz isə toxumları səpdiyi yeri sulamışdır. Bundan başqa toxumların səpildiyi yerin ətrafında səpdikləri toxumlar cücərdikdən sonra həmin yerə əkmələri üçün quyular qazmışlar. Su qablarını əvvəlcədən Hafiz özü gətirmiş, sellofanda təxminən bir ovuc toxum olmuş, bundan sonra Hafizlə birlikdə həmin yerdən çıxıb yaşadıqları evə gəlmişlər. Hafiz evə çatan zaman özünün bir həftə sonra gedib səpdiyi çətənə bitki toxumlarına baxacağını, sonra isə onunla birlikdə gedəcəyini bildirmişdir. Təxminən bir həftə sonra Hafizlə küçədə görüşən zaman toxumlara gedib baxdığını bildirmiş, bundan bir həftə sonra isə birlikdə həmin əraziyə getməyi qərara almışlar. Təxminən 2019-cu ilin aprel ayının sonunda ikisi birlikdə həmin yerə gəlmiş, Hafizin qazıb hazırladığı quyudan su qabları ilə su götürüb Hafizə vermişdir. Hafiz səpdiyi toxumlar olan yeri suvarmış, təxminən 25-30 dəqiqə sahədə olub yenidən yaşadıqları kəndə qayıtmışlar. 20 gün sonra Hafizlə birlikdə yenə həmin əraziyə gələrək səpilmiş toxumlardan cücərmiş olanlarının bəzilərini quyular qazılaraq quyulara əkmişlər. Hafizlə birlikdə köməkləşib digər cücərmiş toxumların da əkilməsi üçün ərazini təmizləyərək genişləndirib kol-kosdan təmizləmişdir. Təxminən 2019-cu ilin may ayının əvvələrində Hafizlə birlikdə cücərmiş toxumların əkilməsindən ötrü sonuncuya quyu qazmaqda köməklik göstərmiş, təxminən 40- 45 ədəd quyu qazıb cücərmiş ştillərdən həmin quyulara birlikdə əkmişdir. Həmin vaxt artıq çoxlu sayda quyulara cücərmiş çətənə bitkiləri əkildiyindən bitkiləri suvarmaq çətinlik yaratmış, bu səbəbdən əkin üçün təmizlədiyi yerin sonunda, su qatının torpaq örtüyə yaxın ərazidə su çıxarmaq üçün əvvəlki quyunu bir qədər qazıb dərinləşdirmişdir. Artıq iş başa çatdıqdan sonra öz aralarında Hafizin özünün həmin əraziyə gəlib əkilmiş çətənə bitkilərinə qulluq edəcəyinə, onun isə həmin əraziyə kənardan nəzarət edib, hər hansı bir şəxs ora gələrsə, bu barədə Hafizə məlumat verəcəyinə razılaşmışlar. Həmin vaxtdan 25 iyul 2019cu il tarixə kimi üç dəfə ora gedib həmin yerə kənardan baxaraq nəzarət etmiş, lakin çətənə bitkilərinin əkildiyi yerə girməmişdir. Sinir xəstəliyi olduğu üçün müalicə aldığından iyul ayının 25-dən sonra yaşadığı evdə ev şəraitində müalicə olunmuş, təxminən 20 avqust 2019-cu il tarixdə qonşusu Təqsirləndirilən şəxs3 ona zəng edərək xəstələndiyi üçün Hafizin həmin çətənə bitkilərinin olduğu yerə mühafizə etməkdən ötrü Kamranla danışıb razılaşdığını bildirmişdir. Hafizlə Kamranın hansı formada öz aralarında sövdələşdiklərini bilməmişdir. 05 sentyabr 2019-cu il tarixdə saat 15 radələrində özünü polis əməkdaşı kimi təqdim edən bir nəfər mülki geyimli şəxs yaşadığı evin həyətinə gələrək ona birlikdə polis şöbəsinə getməyini bildirmişdir. Həmin şəxsin ona sellofan torbada çətənə toxumları verən şəxs olduğunu və İsmayıllı RPŞ-nin X5 Şahid2 adlı əməkdaşı olduğunu bilmişdir. Nurlan və digər iki polis əməkdaşı ilə birlikdə İsmayıllı Rayon Polis Şöbəsinə gedərkən yolda Nurlan ona narahat olmamasını, hər şeyin yaxşı olacağını, rəisin yanına daxil olduqda özünü yazıq kimi aparıb kasıb adam olmağını bildirməsini demişdir. Polis əməkdşları ilə birlikdə polis şöbəsinə gəlib, şöbənin üçüncü mərtəbəsinə çıxdıqda pilləklənlə üzbəüz olan rəis müavinin otağına daxil olmuş, rəis müavini Əbülfət müəllim ona Qalınçaq kəndinin meşə sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyi yerdə fotoşəklinin olduğunu demişdir. Bundan sonra o, avtomobil ilə digər polis əməkdaşları ilə birlikdə çətənə bitkiləri olan əraziyə aparılmışdır. Orada onun və hal şahidlərinin iştirakı ilə çətənə bikilərinin olduğu əraziyə baxış keçirilmiş, baxış zamanı o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Şahid2 adını çəkməmişdir. Nurlan ona hər şeyin yaxşı olacağını dediyindən işini qurtaracağını fikirləşib sonuncunun sözünə aldanmışdır. Həmin ərazini özünün kol-kosdan təmizləyib əkin üçün yararlı vəziyyətə saldığını və daha sonra quyular qazaraq çətənə bitki toxumlarını orada əkdiyini, qazdığı quyudan su çıxardıb verərərək qulluq göstərdiyini, diblərini yumşaltdığını, alaq otlarından təmizlədiyini, ümumiyyətlə böyümüş çətənə bitkilərinin özünün tək əkdiyini bildirmişdir. Həmin əraziyə baxış zaman 1527 (min beş yüz iyirmi yeddi) ədəd çətənə bitkiləri, 1 ədəd sellofan bağlamaqda 1 kioqram 330 qram qurudulmuş marixuana, 1 ədəd göy rəngli və 1 ədəd ağ rəngli sintetik kisənin içərisində aşkar edilmiş 2 kiloqram 970 qram qurudulmamış marixuananın özünə məxsus olduğunu demişdir. Əslində hadisə yerində aşkar edilmiş qurudulmuş və qurudulmamış marixuanadan xəbəri olmamışdır. Bundan sonra həmin yerə baxış keçirilib fotoşəkillər çəkilərək protokol tərtib edilmiş, kamera ilə video çəkiliş aparılmışdır. Digər iştirakçılar kimi protokolu imzalamış, bundan sonra rayon polis şöbəsinə gətirilmişdir. Həbs olunduqdan sonra artıq ona heç bir kömək olunmayacağını başa düşüb bütün həqiqəti sonradan istintaqa danışmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X26 X4 meşəbəyliyinin meşəbəyi köməkçisi vəzifəsində işləyən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 5 sentyabr 2019-cu il tarixdə İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Qalınçaq meşəbəyliyinin 7 saylı dolayının ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs1 iştirakı ilə meşə ərazisində narkotik vasitəyə bənzər bitki kolları, həmçinin yaş və quru marixuanaya bənzər bitki kütlələrinin aşkar edildiyini eşitmişdir. Həmin çətənə bitkiləri 1527 (min beş yüz iyirmi yeddi) ədəd olmuş, həmin yerdən 2 kq 800 qram qurudulmamış marixuana və 3 kiloqram 20 qram qurudulmuş marixuana, həmçinin çətənə bitkisinin hissələri aşkar olunaraq götürülmüşdür. Onun və X26 Təsərrüfatı Mərkəzinin digər vəzifəli şəxslərinin Qalınçaq meşəbəyliyinin 7 saylı dolayında çətənə bitkiləri əkilib-becərilməsindən məlumatları olmamışdır. Təqsirləndirilən şəxslərlə barışmış, sonunculardan heç bir şikayət və tələbləri olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İsmayıllı Rayon Polis şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 İsmayıllı rayonunun Qalınçaq kəndindəki meşə sahəsində narkotik tərkibli çətənə bitkilərini əkməsi barədə İsmayıllı rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 narkotik vasitələrin kultivasiya edildiyi ehtimal olunan İsmayıllı rayonunun Qalınçaq kəndi ərazisinə daxil olan meşəlik ərazinin torpaq sahəsinə baxış keçirilməsi üçün yaradılmış əməliyyat-istintaq qrupuna daxil olan İsmayıllı Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 və X5 əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 5 sentyabr 2019-cu il tarixdə saat 14 radələrində idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısına getmişlər. Şahid2 yoldan keçən tanımadıqları bir nəfər şəxsdən Vüqarı çağırmalarını xahiş etmiş, Vüqar qapının qarşısına çıxdıqdan sonra digər polis əməkdaşları ilə birlikdə Vüqara Qalınçaq kəndinin meşə ərazisində narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə şübhəli olduğunu bildirib həmin əraziyə birlikdə baxış keçiriləcəyini bildirdikdə sonuncu etiraf edərək həmin ərazidə narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini bildirmişdir. Dəvət edilmiş iki nəfər hal şahidinin, aqronom mütəxəssisin və Təqsirləndirilən şəxs1 iştirakı ilə sonuncunun göstərdiyi meşə sahəsinə keçirilən baxış zamanı təxminən 10 metr enində və 30 metr uzunluğunda ərazidə hündürlükləri 1 metrdən 3,5 metrə qədər 1527 ədəd spesifik iyi olan yaşıl rəngli narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilər aşkar olunmuşdur. Baxış zamanı aqronom qismində iştirak edən İsmayıllı rayon X27 Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi X11 həmin bitkilərin kəskin iyindən və formasından çətənə bitkilərinə oxşadığını və həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, diblərinin yumşaldıldığını və gübrə verildiyini bildirmişdir. Baxış zamanı bitki kollarının yaxınlığında kolluq ərazidə ağ rəngli sintetik kisə, göy və qırmızı rəngli sellofan torbalar aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 qırmızı rəngli sellofan bağlamanın içərisində həmin ərazidə əkib-becərdiyi çətənə bitkisinin hissələrindən qurutmaqla əldə etdiyi marixuana olduğunu, ağ rəngli sintetik kisənin və göy rəngli sellofan torbanın içərisində isə əkib-becərdiyi çətənə bitkisinin hissələrindən qurutmaq üçün yığıb saxladığı yaş halda bitki hissələri olduğunu, həmin bitki hissələrinin özünə məxsus olduğunu, buna görə də kolluqda gizlətdiyini bildirmişdir. Sellofan bağlamalar açıldıqda göy və ağ rəngli sellofan torbaların içərisində yaş, qırmızı rəngli sellofan torbanın içərisində isə quru halda narkotik vasitəyə bənzər bitki kütlələrinin olması müəyyən edilmişdir. Qırmızı rəngdə olan torbadakı narkotik vasitəyə bənzər bitki kütləsinin çəkisinin olduğu sellofan torba ilə birlikdə 3,330 (üç kiloqram üç yüz otuz) qram, ağ və göy rəngli sellofan torbaların içərisində olan yaş haldakı narkotik tərkibli vasitəyə bənzər bitki kütlələrinin olduqları göy və ağ rəngli sintetik kisə birlikdə çəkisinin isə 2,970 (iki kiloqram doqquz yüz yetmiş) qram olduğu müəyyən edilmişdir. Ərazidə baxış davam etdirilərkən ərazidə kolların üzərinə atılmış, kökündən çıxarılmaqla kəsilmiş narkotik tərkibli vasitəyə bənzər qismən yaş zoğlu bitki hissələri, həmçinin həmin bitki hissələrinin kənarında kolların üzərinə atılmış zoğ hissələri ilə birlikdə quru halda narkotik vasitəyə bənzər bitki kütlələri aşkar olunmuşdur. Həmin bitki kütlələrindən 10-15 metr aralıda həmin ərazidə kol və ağacların arasında ağac budaqlarından düzəldilmiş yataq yerinin üstündə quru halda gövdə hissələri ilə birlikdə quru halda narkotik vasitəyə bənzər bitki kütlələri də aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin bitki hissələrinin də hər birinin özünə məxsus olduğunu, həmin yerdə bitkilərə qulluq göstərdikdən sonra istirahət etdiyini bildirmişdir. Bitki kollarının əkildiyi yerin yaxınlığında dərinliyi 2 metrə qədər olan su quyusu və quyuya rahat düşmək üçün pilləkən, su quyusunun yanında ağ rəngli plasmas qab, aliminium su qabı, qaz balonu, açıq çəhrayı rəngdə üzvi maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 su quyusunu özünün qazdığını, həmin quyudakı suyu yanında olan ağ rəngli plastik qabdan istifadə etməklə ərazidə aşkar edilmiş narkotik tərkibli vasitələrə bənzər bitki kollarını suladığını bildirmişdir. Həmçinin alüminium qaba (bitona) isə qazdığı quyudan su tökərək içmək üçün su saxlamaq məqsədi ilə istifadə etmiş, qaz balonundan isə içmək məqsədi ilə su qızdırarkən istifadə etmiş, açıq çəhrayı rəngdə kimyəvi maddənin də özünə məxsus olmaqla kübrə olduğunu və həmin maddədən də ərazidə aşkar edilmiş bitkilərin yaxşı inkişaf etməsi üçün dibinə töküb istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş 1527 ədəd narkotik vasitəyə bənzər yaş halda bitkilər, eləcədə narkotik vasitəyə oxşar kütlələr və digər aşkar olunmuş əşyalar qablaşdırılaraq götürülmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İsmayıllı Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid4, X14, Post- Patrul Xidmət Tağımının polis nəfərləri Şahid6 və Şahid5, hal şahidləri qismində iştirak etmiş Şahid8, Şahid7 və X27 Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi işləyən X11 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İsmayıllı Rayon Polis X13 Mübarizə Qrupunun əməliyyat müvəkkili işləmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərmişdir ki, əməliyyat müvəkkili işlədiyi dövrdə Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi üçün ifşa etdiyindən sonuncu onun barəsində həqiqətə uyğun olmayan ifadə vermiş, əməliyyat tədbirindən əvvəl Vüqarla görüşməmiş, sonuncu ilə heç bir münasibəti olmamışdır. Vüqara sellofan bükülü verməmiş və çətənə bitkiləri əkib-becərməsi müqabilində pul verəcəyini deməmişdir. Təqsirləndirilən şəxs1 barəsində çətənə bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olduğu üçün məlumatı dəqiqləşdirib rəhbərliyə məruzə etmiş, 05 sentyabr 2019-cu il tarixdə əməliyyat tədbiri keçirilən gün Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısından o, Şahid3 və Şahid1 tərəfindən İsmayıllı rayonunun Qalınçaq kəndinə meşə sahəsinə aparılmışdır. Cinayət işinin materiallarında olan: Məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2019-cu il tarixli 507 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 03 (üç) ədəd sellofan torbaların içərisində yaş vəziyyətdə ümumi təmiz çəkiləri 2710 kiloqram olan ümumilikdə 1527 (bir min beş yüz iyirmi yeddi) ədəd bitkiləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Rəşid Zülfüqarlının 05.09.2019-cu il tarixli rəyinə əsasən 1527 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 1 rəqəmi ilə işarələnmiş ağ rəngli sintetik kisənin içərisində təmiz çəkisi 2 kiloqram 200 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş 2 rəqəmi ilə işarələnmiş göy rəngli sellofan torbanın içərisində, təmiz çəkisi 600,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş 3 rəqəmi ilə işarələnmiş qırmızı rəngli sintetik kisənin içərisində təmiz çəkisi 3 kiloqram 20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 4 rəqəmi ilə işarələnmiş sellofan torbanın içərisində yaş vəziyyətdə ümumi təmiz çəkisi 4 kiloqram 500 qram olan 18 (on səkkiz) ədəd bitki hissələri narkotik tərkibli çətənə (kannasbi) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş 5 rəqəmi ilə işarələnmiş sellofan torbanın içərisində yaş vəziyyətdə ümumi təmiz çəkisi 6 kiloqram 400 qram olan 33 (otuz üç) ədəd bitki hissələri narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş 6 rəqəmi ilə işarələnmiş sellofan torbanın içərisində yaş vəziyyətdə ümumi təmiz çəkisi 8 kiloqram 700 qram olan 56 (əlli altı) ədəd bitki hissələri narkotik tərkibli çətənə (kannasbi) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş 1527 (min beş yüz iyirmi yeddi) ədəd çətənə bitkiləri, 107 (yüz yeddi) ədəd çətənə bitkisinin hissələri, qurudulmuş və qurudulmamış marixuanalar ilə tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd şəffaf sellofan torbanın içərisində, təmiz çəkisi 285.00 qram olan maddə narkotik vasitələrə aid deyildir. Məhkəmə-narkoloji ekspertizasının 25 sentyabr 2019-cu il tarixli 698 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının 16 aprel 2020-ci il tarixli 249 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 16 aprel 2020-ci il tarixli 251 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə psixiatrik ekspertizasının 18 sentyabr 2019-cu il tarixli 489 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Mərkəzi Sinir sisteminin üzvi xəstəliyi “Travmatik mənşəli” nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozğunluqları ilə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07,0 xəstəlik keçirməsinə baxmayaraq, həmin xəstəlik və onda müşahidə edilən davranış pozuntuları az ifadəli olduğundan, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X26 Təsərrüfatı Mərkəzindən alınmış 20 sentyabr 2019-cu il tarixli 892 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonunun Qalınçaq kəndininin inzibati ərazisində yerləşən meşə sahəsində 1527 (min beş yüz iyirmi yeddi) ədəd çətənə bitkilərinin aşkar olunduğu ərazi X26 X4 meşəbəyliyinin 7 saylı meşə dolayının ərazisidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkumluğu olmamışdır. İsmayıllı Rayon Mərkəzi Poliklinikasından alınmış 16 sentyabr 2019-cu il tarixli 473 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonu Qalınçaq kənd sakini, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 RMP-nin “Narkoloji” kabinetində qeydiyyatda yoxdur, lakin “Ruhi-əsəb” kabinetində 29.10.2012-ci il tarixindən “Baş-beyin travması (doğuş travması) nəticəsində yaddaş və intelektin enməsi, qıcolma tutmaları ilə anamnezində” diaqnozu ilə qeydiyyatdadır. İsmayıllı Rayon Mərkəzi Poliklinikasından alınmış 31 mart 2020-cu il tarixli 126 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonu Qalınçaq kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 RMP-nin “Narkoloji” və “Ruhi-əsəb” kabinetlərində dispanser qeydiyyatında yoxdurlar. 4 fevral 2020-ci il tarixli qərarın surətindən görünür ki, X12 və Təqsirləndirilən şəxs1 şikayət ərizələrində və izahatlarında İsmayıllı RPŞ-nin NMQ-nun sabiq əməliyyat müvəkkili Şahid2 hərəkətləri ilə bağlı göstərdikləri faktlar, həmçinin Feyruz Fətəliyevin şikayət ərizəsində İsmayıllı RPŞ-nin sabiq əməliyyat işləri üzrə rəis müavini Əbülfət Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı göstərdikləri faktlar öz təsdiqini tapmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 25 may 2020-ci il tarixli Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 13 may 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində CM-in 178.1-ci maddəsi ilə cinayət təqibinə hissəvi xitam verilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Qalınçaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07.04.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 həqiqətən İsmayıllı rayonu Qalınçaq kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Qalınçaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Fətəliyev X16 rayonu Qalınçaq kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Qalınçaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07.04.2020-ci il tarixli və 03.10.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən İsmayıllı rayonu Qalınçaq kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir, himayəsində 2006-cı ildə anadan olmuş Rəvan Qarayev və 2013-cü ildə anadan olmuş Bağı Qarayev adlı uşaqları varıdr. 1992-ci ildə anadan olmuş oğlu X21 silahlı qüvvələr tərkibində ön cəbhədə Qarabağın azad olunması uğrunda 44 günlük Vətən müharibəsində kəşfiyyatçı kimi iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə X21 Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Qarabağ ordeni ilə, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə, 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 İİ qrup əlildir. “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 05 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 1927-də şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 27 dekabr 2019-cu il tarixli qərarı ilə 03 (üç) ay müddətinə, yəni 05 aprel 2020-ci il tarixə kimi uzadılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 yanvar 2020-ci il tarixli 4(107)-2/2020 saylı qərarı ilə İsmayıllı Rayon Məhkəməsinin qərarı dəyişdirilərək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 5 aprel 2020-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 05 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 08 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 09 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 CM-in 32.5 234.4.1, 32.5, 234.4.3, 32.5, 237.2.1 və 32.5, 237.2.3-ci maddələrində, Təqsirləndirilən şəxs2 isə 234.4.1, 237.2.1 və 237.2.3-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən şəxslər və şahidlərin birinci instansiya məhkəməsində və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri təqsirləndirilən şəxslərə elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətmələrini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkum olunduqları cinаyət əməllərini törətməkdə təqsirli olmaları bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək, törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 cinayət əməlləri CM-in 32.5 234.4.1, 32.5, 234.4.3, 32.5, 237.2.1 və 32.5, 237.2.3-ci maddələri, Təqsirləndirilən şəxs2 cinayət əməlləri isə 234.4.1, 237.2.1 və 237.2.3-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Apellyasiya şikayətlərinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bunlarla razılaşmır və hesab edir ki, bu dəlillərinin heç bir əsası yoxdur. Belə ki, Təqsirləndirilən şəxs3 müdafiəçisinin apellyasiya şikayətində əsas dəlil kimi onun əməlinin CM-in 307.1-ci maddəsinə tövsif edilməli olması ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ...hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 9.1.3, 33.1 və 33.2-ci maddələri). Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, cinayətin düzgün tövsifinin mühüm sosial-siyasi və hüquqi əhəmiyyəti vardır. Düzgün olmayan tövsif təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Məhkəmələr hökm çıxararkən əməldə cinayət tərkibinin olmasını və təqsirkar tərəfindən törədilən cinayətin qanunun məhz hansı maddəsilə nəzərdə tutulduğunu aydınlaşdırmalıdırlar. Təqsirləndirilən şəxs3 əməlinin CM-in 32.5 234.4.1, 32.5, 234.4.3, 32.5, 237.2.1 və 32.5, 237.2.3-ci maddələri ilə deyil, CM-in 307.1-ci maddəsi ilə tövsif edilməli olması barədə apellyasiya şikayətinin dəlilləri məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 2019-cu ilin avqust ayının əvvəllərində dəqiq tarixi istintaqa məlum olmayan gündə İsmayıllı rayonu Qalınçaq kəndinin ərazisində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X26 X3 rayonu Qalınçaq meşəbəyliyinin 7 saylı dolayına aid ərazidə təsadüfən rastlaşdığı Təqsirləndirilən şəxs2 sonuncunun həmkəndliləri Təqsirləndirilən şəxs1 ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib istintaqa məlum olmayan vaxtda və mənbədən çətənə bitkisinin toxumlarını əldə edərək, bu məqsədlə 2019-cu ilin mart ayının ortalarında İsmayıllı rayonu Qalınçaq meşəbəyliyinin 7 saylı dolayına aid torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 10 metr enində 30 metr uzunluğunda olan 300 kvadrat metr torpaq sahəsini kolkosdan təmizləyərək çətənə bitki toxumlarının əkilib-becərilməsi üçün münbit şərait yaratmaqla özbaşına tutmaları, çətənə bitkisinin toxumlarını həmin yerə səpib əkib becərməklə qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən, ümumilikdə 1527 ədəd çətənə bitkilərini gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək 1,2 metrdən 4,8 metrədək hündürlüyə çatdırmaqla kultivasiya etmələri, bundan sonra Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə bitkilərinin hissələrindən toplayaraq kustar üsulla külli miqdar təşkil edən 3 kiloqram 20 qram (üç kiloqram iyirmi qram) çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə edərək həmin yerdə kolluqda qırmızı rəngli sellofan bağlamanın içərisində gizlədərək saxlamaları, habelə satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə bitkisinin hissələrindən yığıb toplayaraq kustar üsulla külli miqdar təşkil edən, ümumi təmiz çəkisi 2 kiloqram 800 qram (iki kiloqram səkkiz yüz qram) olan narkotik vasitə qurudulmayan marixuana hazırlayıb əldə edərək həmin qurudulmamış marixuananın 2 kiloqram 200 qram (iki kiloqram iki yüz qram) çəkidə olan hissəsini ağ rəngli sintetik kisənin içərisində, 600 qram (altı yüz qram) çəkidə olan hissəsini isə göy rəngli sellofan bağlamanın içərisində kolluq yerdə gizlədərək saxlamaları barədə öyrənmiş, o, Təqsirləndirilən şəxs2 ona həmin cinayətlər barədə başqa heç kimə deməməsi, çətənə bitkilərinin əkildiyi əraziyə kənar şəxslərin gələ biləcəyi halda məlumat verəcəyi, yəni həmin cinayətlərin törədilməsinə məlumatları, cinayətin törədilməsi üçün maneələrin aradan qaldırılması, cinayətin izlərinin gizlədilməsi yolu ilə kömək göstərəcəyi təqdirdə yekunda əldə edəcəkləri gəlirdən asılı olaraq pul verəcəyi barədə təklifi ilə razılaşaraq, bu sahədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 köməklik göstərəcəyinə qabaqcadan vəd verib onlarla əlbir olmuş və aralarında olan razılığa əsasən çətənə bitkilərinin əkildiyi yer istiqamətində gedən cığırı 5 sentyabr 2019-cu il tarixədək müxtəlif günlərdə müşahidə etməklə cinayətlərin edilməsini asanlaşdıran əlverişli şərait yaradaraq törədilməsinə köməklik etmiş, 5 sentyabr 2019-cu il tarixdə, saat 17 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə və köməkçi qismində onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 2710 kiloqram (iki min yeddi yüz on kiloqram) olan, külli miqdar təşkil edən 1527 (min beş yüz iyirimi yeddi) ədəd çətənə bitkiləri və satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlayıb əldə etdikləri, qırmızı rəngli sellofan torbada saxladıqları külli miqdar təşkil edən 3 kiloqram 20 qram (üç kiloqram iyirmi qram) çəkidə qurudulmuş marixuana, ağ rəngli sintetik kisənin və göy rəngli sellofan bağlamanın içərisində saxladıqları külli miqdar təşkil edən, ümumilikdə 2 kiloqram 800 qram (iki kiloqram səkkiz yüz qram) çəkidə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası digər Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 da apelyasiya şikayətinin dəlilləri ilə də razılaşa bilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə hökmünün ləğv edilməsi üçün yetərli deyildir. Belə ki, iş materiallarında olan sübutlardan müəyyən olunur ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmişdir. Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin Təqsirləndirilən şəxs2 ona verilən ittiham üzrə cinayət əməllərini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən cinayət əməllərini törətməsi onun özünün ifadəsi, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 əməlində CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülən cinayət əməllərini törətmişdir. Ona məhkum olunduğu CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxslərin müdafiəçilərinin apellyasiya şikayətlərində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla sübuta yetmir, apellyasiya şikayətlərinin dəlilləri təqsirləndirilən şəxslər Kamran Allahverdiydev və Təqsirləndirilən şəxs2 formal mülahizələrinə əsaslanır ki, bu da mahiyyətcə düzgün olan hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, CPM-in 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və аğırlаşdırаn hаllаrın olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn aşağı həddə qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı və ibtidai istintaq dövründə cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayələrininin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2021-ci il tarixli 1(091)-14/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-ci maddələri, Təqsirləndirilən şəxs3 isə CM-in 32.5 234.4.1, 32.5, 234.4.3, 32.5, 237.2.1 və 32.5, 237.2.3-ci maddələri ilə məhkum olunmalarına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2021-ci il tarixli 1(091)- 14/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-200/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-200/2021
21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver