Məhkəmə qərarları › İş №1(107)-200/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-200/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-200/2022 25.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 17 mart 2022-ci il tarixli hökmü ilə, xx xxxx 1959-cu ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, "xxxx" MMC-də Ucar rayonu ərazisində təmzlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Ucar şəhəri, Ş.İ.Xətai küçəsi, ev 7-də qeydiyyatda olan və Ucar şəhəri, Dədə Qorqud küçəsi, ev 2, mənzil 3-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli 17 mart 2022-ci il tarixdən hesab edilməsi, Təqsirləndirilən şəxs bаrəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 dəymiş zərərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməsi müəyyən edilmişdir. işin halları: Ucar Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs özgənin əmlаkını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibаrındаn sui-istifаdə edib оnа sosial müavinət düzəldəcəyinə dair yаlаndаn vəd verib аldаdаrаq 03 dekabr 2020-ci il tarixdə, saat təxminən 10 radələrində Ucar şəhəri, 28 May küçəsi ərazisində yerləşən “Mərkəzi Bazar”ın yaxınlığında 660 manat məbləğində pulunu ələ keçirib Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib ona oğlu X9 Federasiyası Moskva İqtisad Universitetində iqtisadiyyat fakültəsi üzrə bakalvr dərəcəsində aldığı təhsilə görə verilən diplomun Azərbaycan Respublikası ərazisində keçərli sayılması üçün təsdiq etdirəcəyinə dair yalandan vəd verməklə aldadaraq, 05 dekabr 2020-ci il tarixdə, saat təxminən 13 radələrində Ucar şəhəri, Azərbaycan küçəsi ərazisində 3000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib ona dövlət tərəfindən əlillər üçün pulsuz verilməsi nəzərdə tutulan avtomobilin alınmasına köməklik edəcəyinə dair yalandan vəd verməklə aldadaraq, 2020-ci ilin may ayının sonlarında Ucar şəhəri, H.Əliyev prospektində yerləşən çayxana ərazisində 1150 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib ona oğlu X2 barəsində Ucar Rayon Polis Şöbəsində 23 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə ibtidai istintaq müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsinə və eləcə də məhkəmə istintaqının sonunda azadlığın məhdudlaşdırılması (qolbağ) və ya icbari cəza növündə hökm çıxarılmasına nail olmaqla Rüstəm Rüstəmlinin azadlıqdan məhrum edilməyəcəyinə dair yalandan vəd verməklə aldadaraq, 24 aprel 2021-ci il tarixdə, saat təxminən 14 radələrində ünvan 1ında yerləşən evdə 4000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs4 qarşı dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərinin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şаhidlərin ifаdələri, eləcə də iş üzrə tоplаnmış və məhkəmə bаxışındа tədqiq edilmiş digər sübutlarla təsdiq оlunur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ucar Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Ucar Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə bağlı olmayan daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti və verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 apellyasiya şikayətinin təmin olunmasını, Ucar Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsini, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X3 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbləri olmadığından apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Kəmaləddin oğlu və Zərərçəkmiş şəxs4 məhkəmə iclasına gəlməmişlər. Zərərçəkmiş şəxs4 teleqram ilə məhkəmə kollegiyasına müraciət edərək ona vurulmuş ziyanın ödənilmədiyini, ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisi və zərərçəkmiş şəxslər, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Dağlıq Qarabağ uğurunda gedən döyüşlərdə iştirak etmiş və 1-ci “Qarabağ müharibəsi” veteranıdır. Birinci nikahından iki övladı olub və boşanmışdır. Sonra isə Rusiya Federasiyasında ailəli olmuş, həyat yoldaşı vəfat etmiş və 24 yaşlı bir qızı Rusiya Federasiyasında yaşayır. Özü hazırda "xxxx" MMCdə fəhlə işləyir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X5 tanıyır. Zərərçəkmiş şəxs4 onun vəfat etmiş qardaşı Talehin həyat yoldaşıdır. Zərərçəkmiş şəxs2 tanışı Fətəli vasitəsilə tanımışdır. Təxminən 2020-ci ilin noyabr ayında o və tanışı Fətəli torpaq alqı-satqısı ilə bağlı işində Zərərçəkmiş şəxs2 köməklik etmişlər. 2020-ci ilin dekabr ayının əvvəlində o, Ucar şəhəri, N.Nərimanov küçəsində mərkəzi poçtun qarşısında Zərərçəkmiş şəxs2la görüşmüşdür. Söhbət zamanı Mayis ona sosial təqüdünü bərpa etmək üçün həyat yoldaşının adına olan torpağın sənədləşdirilməsi ilə məşğul olduğunu demişdir. O, Mayisə bu işdə köməklik edə biləcəyini deyərək bu söhbəti 500 manata düzəldə biləcəyini demişdir. Torpağı sənədləşmə yolu ilə başqa şəxsə bağışlamağına da zərurət olmadığını demiş, Mayis də onunla razılaşmışdır. O, 02 dekabr 2021-ci il tarixdə, axşam saatlarında Mayisə zəng vuraraq sosial təqaüdünün düzəlməsi üçün razılaşdıqları 500 manat pulu səhər gətirib ona verməsini tapşırmıışdır. O, 03 dekabr 2021-ci il tarixdə, saat təxminən 10 radələrində Mayislə Ucar şəhəri, 28 May küçəsi ərazisində “Mərkəzi Bazar”ın yerləşdiyi küçədə görüşmüşdür. Həmin vaxtı nə onun, nə də ki, Mayisin yanında heç kim olmamışdır. Mayis orada ona 500 manat pulu vermişdir. O, pulu götürdükdən sonra Mayisə 2021-ci ilin yanvar ayının birindən sosial təqaüdünün düzələcəyini demişdir. Lakin sonradan o, Mayisin sosial təqaüdünü düzəldə bilməmişdir. Mayisdən aldığı 500 manat pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Mayis hər dəfə ondan zəng vurub işinin nə yerdə olduğunu soruşduğunda Mayisin pulunu xərclədiyi üçün məcbur olaraq hər dəfə yalan danışaraq işinin tezliklə düzələcəyini demişdir. O, 2022-ci ilin yanvar ayının əvvəllərində Mayisdən aldığı 500 manat pulu qaytarmağa çalışacağını qeyd etmişdir. Zərərçəkmiş şəxs1 təxminən 2020-ci ilin sentyabr ayından tanıyır. Zərərçəkmiş şəxs1lə aralarında nomral münasibətlər vardır. Hər hansı ədavət və düşmənçilik yoxdur. O, təxminən 2020-ci ilin noyabr ayının axırlarında tanışı Zərərçəkmiş şəxs1lə Ucar şəhəri ərazisində görüşərkən söhbət zamanı Zərərçəkmiş şəxs1 ona oğlunun Rusiya Federasiyasında təhsil aldığını, oğlunun diplomunun Azərbaycan Respublikası ərazisində keçərli sayılması üçün təsdiqlənməsindən ötrü köməklik lazım olduğunu demişdir. O, Zərərçəkmiş şəxs1 oğlunun diplomunu Təhsil Nazirliyində təsdiq etdirə biləcəyini bildirmiş, Xaləddindən bu işin müqabilində nə qədər pul verə biləcəyini maraqlandıqda Xaləddin ona 3000 manat pulununun olduğunu, həmin məbləğdən artıq məbləğdə pul verə bilməyəcəyini demişdir. O, konkret olaraq Xaləddinə on gün ərzində xəbər edəcəyini bildirmişdir. Həmin ərəfədə Xaləddinlə bir dəfə görüşüb oğlunun diplomunu da almışdır. O, 2020-ci ilin dekabr ayının dördündə Xaləddinlə telefon əlaqəsi saxlayaraq həmin işdə köməklik edə biləcəyini deyərək, dediyi məbləğdə pulu hazır etdikdən sonra səhəri gün görüşməyi təklif etmiş, Xaləddin də onunla razılaşmışdır. O, 05 dekabr 2021-ci il tarixdə, saat təxminən 13 radələrində Xaləddinlə tanışları Şahid2 işlədiyi Ucar şəhəri, Azərbaycan küçəsi ərazisində yerləşən qəssabxananın qarşısında görüşmüşlər. Həmin görüşdə Hacı da iştirak etmişdir. Xaləddin Hacının yanında 30 ədəd 100 manatlıq pul əskinasını, ümumilikdə 3000 manat pulu sayaraq ona vermişdir. O, Xaləddindən pulu aldıqdan sonra diplomun 3 ay “gözlənmə” müddətinin olduğunu, 3 aydan sonra diplomu təsdiq etdirib verəcəyini bildirmişdir. Daha sonra isə karantin düşdüyündən, bəzi dövlət idarə və müəssisələrin işində fasilələr yarandığına görə, müvafiq komissiyalar işləmədiyinə görə o, Xaləddinin oğlunun diplomunu təsdiq etdirə bilməmişdir. Həmin ərəfədə də Xaləddindən aldığı 3000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hətta həmin söhbətdən təxminən 3 ay sonra o, Xaləddinə zəng vuraraq 260 manat borca pul da istəmiş, Xaləddin də həmin pulu Hacıdan götürə biləcəyini demişdir. O, 260 manat pulu Hacıdan götürmüş, o, Zərərçəkmiş şəxs1 3000 manat pulu oğlunun diplomunun təsdiq olunmasına görə, 260 manat pulu isə borc olaraq almışdır. Zərərçəkmiş şəxs1 3000 manat pulunu da 2022-ci ilin yanvar ayının onunadək qaytarmağa çalışacağını qeyd etmişdir. Zərərçəkmiş şəxs3 təxminən 2019-cu ildən tanıyır. Zərərçəkmiş şəxs3la aralarında nomral münasibətlər vardır. Hər hansı ədavət və düşmənçilik yoxdur. Fətalı ilə tanış olduqdan sonra demək olar ki, hər gün Ucar şəhəri, H.Əliyev küçəsində yerləşən Fətalının daimi oturduğu çayxanada əyləşib çay içmişlər. Təxminən 2020-ci ilin may ayının sonlarında tarixini xatırlamadığı gündə o, Fətalı ilə görüşüb çay içərkən söhbət zamanı Fətalı ona əlillərə dövlət hesabına pulsuz verilən avtomobillərdən əldə etmək üçün tanış axtardığını demişdir. O da cavabında Fətalıya orada tanışının olduğunu, Fətalı üçün oradan növbədənkənar əlillər üçün nəzərdə tutulan avtomobil ala və yaxud da Fətalını həmin avtomobildən almaq üçün növbəyə yazdıra biləcəyini demişdir. Bunun müqabilində Fətalıdan 1150 manat pul istəmişdir. O Fətalıya yalandan həmin pulu iş gördüyü adama verərək, oradan Fətalıya avtomobil verilməsini təmin edəcəyini demişdir. Səhəri gün Fətalı ilə yenidən həmin çayxanada görüşərkən Fətalı ona 1150 manat pul vermişdir. Həmin vaxtı yanlarında heç kim olmamışdır. O, Fətalıdan 1150 manat pulu aldıqdan sonra “narahat olma uzağı 2 aya işin düzələcək” demişdir. Lakin sonradan o, yol-nəqliyyat hadisəsi keçirmişdir. Həmin pulu da öz sağlamlığının bərpa olunmasına xərcləmişdir. Hal-hazırda Fətalı ilə barışmışdır. Fətalının ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 onun vəfat etmiş qardaşı Talehin həyat yoldaşıdır. 22 aprel 2021-ci il tarixdə qardaşı oğlu X12 Rayon Polis Şöbəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. O, Rüstəmin rayon ərazisində narkotik vasitə satdığını hələ tutulmamışdan bir neçə müddət əvvəl eşidərək bacısı vasitəsi ilə Zərərçəkmiş şəxs4 xəbər göndərmişdir. Arzu da onun guya ki, oğlunu şərlədiyini demişdir. Həmin söhbətdən sonra o, qardaşının ailəsinə yaxın getməmişdir. Zərərçəkmiş şəxs4 ilə onun arasında ata mülkiyyəti ilə bağlı mübahisə olmuşdur. Zərərçəkmiş şəxs4 başqa ünvanda qeydiyyatda olduğu halda onun qeydiyyatda olduğu ünvan 1ında yerləşən evdə yaşayırlar. O isə dörd ildir ki, buna görə kirayələrdə yaşayır, o, Rüstəmin tutulduğunu eşitdikdən sonra Arzugilin evinə getmişdir. Həmin vaxtı Arzunun qardaşı Bəxtiyar da orada olmuşdur. Oturub birlikdə söhbət edən zaman o, Arzuya oğlu Rüstəmin işini həll edə biləcəyini, oğlunun ibtidai istintaq müddətində zaminlikdə saxlanılmasına, işi məhkəməyə göndərildikdən sonra barəsində azadlığın məhdudlaşdırılması növündə və ya digər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növündə hökmün çıxarılmasına nail ola biləcəyini deyərək, onlara qısa müddət ərzində özlərində olan və qohum əqrabadan nə qədər bacarırlarsa pul toplamağı tapşırmışdır. 24 aprel 2021-ci il tarixdə, saat təxminən 14 radələrində o, yenidən Arzunun yaşadığı evə getmişdir. Həmin vaxtı Bəxtiyar da orada olmuşdur. O, Arzudan nə qədər pul düzəldə bildiyini soruşmuş, Arzu da ona 4000 manat pul düzəltdiyini demişdir. O, Arzuya 4000 manat pulla həmin işi həll edə biləcəyini demiş, Arzu qardaşı Bəxtiyarın yanında 4000 manat pulu ona vermişdir. O, pulu aldıqdan sonra yalandan həmin şəxslərin yanında halhazırda xatırlamadığı tanışlarından birinə zəng edərək “müəllim gəlirəm, səbrli olun çatıram” sözləri ilə danışaraq telefon danışığını tez sonlandırmışdır. O, həmin danışığı Arzu və qardaşının ona inanmaları üçün etmiş, yoxsa həmin şəxslərin ona pul verməyəcəklərini əvvəlcədən bilmişdir. Arzu və qardaşına yalandan danışıdığı adamın işi düzüb-qoşduğu adam olduğunu və həmin adamın Göyçay rayonu, Müskürlü kəndinin başında gözlədiyini demişdir. Pulu aldıqdan sonra çıxıb getmiş, təxminən 1 saatdan sonra geri qayıdaraq Arzu və qardaşı Bəxtiyara yalandan işi həll etmək üçün lazımi adamla görüşdüyünü və pulu həmin adama verdiyini bildirmişdir. Daha sonra növbəti həftənin birinci günü Arzunun qardaşı Bəxtiyar onunla telefon əlaqəsi saxlayaraq görüşüb Rüstəmin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə saxlanılması üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki şəhərində yerləşən İstintaq Təcridxanasına göndərildiyini demişdir. O isə həmin şəxslərə narahat olmamağı deyərək, yalandan iş gördüyü adamın Rüstəmi 10 gün ərzində saxlanıldığı istintaq təcridxanasından geri qaytaracağını və həbsdən azad etdirəcəyinə söz verdiyini demişdir. Sonradan da Arzugili işlərinin bu gün-sabah düzələcəyini deməklə bir müddət aldatmaqda davam etmişdir. Arzudan aldığı 4000 manat pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmədən yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq az ağır cinayət törətməyə görə məsuliyyətə cəlb olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs3 dəymiş zərəri ödəməsini, həmin şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və müharibə veteranı olmasını nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hal-hazırda fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin sentyabr ayından tanıyır. İldırımla aralarında nomral münasibətlər vardır, hər hansı ədavət və düşmənçilik yoxdur. Onun X15 2014- 2018-ci illər ərzində Moskva İqtisad Universitetində iqtisadiyyat fakültəsi üzrə bakalvr dərəcəsində təhsil alaraq həmin unuiversitetin diplomunu əldə etmişdir. X15 diplomu əldə etdikdən sonra həmin diplomun Azərbaycan Respublikası ərazisində keçərli sayılması üçün təsdiq olunması zərurəti yaranmışdır. Təxminən 2020-ci ilin noyabr ayının axırlarında o, tanışı Təqsirləndirilən şəxsla Ucar şəhəri ərazisində görüşərkən söhbət zamanı İldırım ona oğlunun diplomunu Təhsil Nazirliyində təsdiqlədə biləcəyini demişdir. Ondan bunun üçün nə qədər pul verə biləcəyini maraqlandıqda o, İldırıma 3000 manat pulunun olduğunu, həmin məbləğdən artıq məbləğdə pul verə bilməyəcəyini demişdir. Ona konkret söz deməsi üçün İldırım ondan 10 gün vaxt istəmişdir. 2020-ci ilin dekabr ayının 4-də İldırım onunla telefon əlaqəsi saxlayaraq ona həmin işdə köməklik edə biləcəyini deyərək, dediyi məbləğdə pulu hazır etdikdən sonra səhəri gün görüşməyi təklif etmişdir. O da İldırımla razılaşmış, həmin 3000 manat pulu İldırımla olan söhbətindən keçən on gün ərzində öz inəklərini satmaqla hazır etmişdir. 05 dekabr 2020-ci il tarixdə, saat təxminən 13 radələrində o, İldırımla tanışı Şahid2 işlədiyi Ucar şəhəri, Azərbaycan küçəsi ərazisində yerləşən qəssabxananın qarşısında görüşmüşdür. Həmin görüşdə Hacı da iştirak etmişdir. Onun Hacı ilə uzun müddətdir ki, tanışlığı olduğu üçün, həmin söhbətdə pulu İldırıma verərkən Hacının da yanında olmağını istəmişdir. O, Hacının yanında 30 ədəd 100 manatlıq pul əskinası formasında ümumilikdə 3000 manat pulu sayaraq İldırıma vermişdir. İldırım ondan pulu aldıqdan sonra diplomun 3 ay “gözlənmə” müddətinin olduğunu, 3 aydan sonra diplomu təsdiq etdirib ona verəcəyini bildirmişdir. O, X15ə məxsus həmin diplomu İldırıma 3000 manat pulu verməmişdən təxminən 1 həftə əvvəl vermişdir. Üç ay müddət keçdikdən sonra o, İldırımla əlaqə saxlayıb diplomun aqibəti ilə maraqlandıqda İldırım hər dəfəsində bu gün-sabah düzələcəyini deyərək onu müxtəlif bəhanələrlə aldatmağa başlamışdır. Hətta həmin ərəfələrdə İldırım ona zəng vuraraq qonaqlarının olduğunu, qonaqları ilə oturub restoranda çörək yeməli olduğunu, lakin pulu olmadığını deyərək, ondan 260 manat borc pul istəmiş, həmin borc pulu təxminən 3-4 gün ərzində qaytaracağını demişdir. O da həmin pulu gedib tanışı Hacıdan almasını demişdir. İldırım gedib həmin pulu Hacıdan aldıqdan sonra, o, 260 manat pulu Hacıya vermişdir. Lakin o gündən bu günədək İldırım ondan diplom işinə görə aldığı 3000 manat pulu və 260 manat borc pulu geri qaytarmamışdır. Diplom işinə görə İldırımla sonralar əlaqə saxladıqda İldırım karantin rejimini və pandemiyanı bəhanə edərək, guya ki, idarələrin işləmədiyini, onun oğlunun diplomunun təsdiq olunmasının pandemiyaya görə yubandığını bəhanə etməyə başlamışdır. Daha sonra İldırımın yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını eşitmişdir. Bir müddətdən sonra o, İldırımdan pulunu istəyəndə İldırımın ondan başqa əlavə adamları da aldatdığını öyrənmişdir. Bundan sonra İldırımın onun nə işini düzəltməyəcəyini, nə də ki, pulunu geri qaytarmayacağını başa düşdüyü üçün Ucar Rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Ona dəymiş zərər ödənilməmişdir, odur ki, Təqsirləndirilən şəxs yuxarı həddə ağır cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Qarabağ müharibəsinin qazisidir, 1992-ci ildən 1996-cı ilədək Qarabağda hərbi xidmətdə olmuşdur, müharibə iştirakçısı kimi ayda 80 manat təqaüd alır. Təqsirləndirilən şəxs tanışı Fətəli vasitəsilə tanımışdır. Təxminən 2020-ci ilin noyabr ayında İldırım və tanışı Fətəli torpaq alqı-satqısı ilə bağlı işində ona köməklik etmişlər. Həmin vaxtlarda da onun aldığı sosial təqaüd kəsilmişdir. Bu barədə İldırımın yanında danışmış, İldırım onun sosial təqaüdünün kəsilməyindən xəbərdar olmuşdur. Daha sonra o, kəsilən təqaüdünü bərpa etmək üçün müraciət edərkən ona Zərdab rayonunda həyat yoldaşının adına 0,71 hektar pay torpağı olduğuna görə sosial təqaüd düşmədiyi bildirildiyindən, təqaüd almağı üçün həmin pay torpağının bağışlanma yolu ilə sənədləşdirilməsi zərurəti ortaya çıxmışdır. Həmin vaxtı o, qeyd olunan işlərlə məşğul olmuşdur. 2020-ci ilin dekabr ayının əvvəlində o, Ucar şəhəri, N.Nərimanov küçəsində mərkəzi poçtun qarşısında Təqsirləndirilən şəxsla görüşmüşdür. Söhbət zamanı İldırıma sosial təqaüdünü bərpa etmək üçün həyat yoldaşının adına olan torpağın sənədləşdirilməsi ilə məşğul olduğunu demiş, İldırım da ona bu söhbəti 660 manata düzəldə biləcəyini, torpağı sənədləşmə yolu ilə başqa şəxsə bağışlamağına da zərurət olmadığını bildirmişdir. Torpağın sənədləşdirmə prosesi uzun çəkəcəyindən, İldırımın təklifi ona asan yol kimi görünmüş və inandırıcı gəlmişdir. O, İldırımla razılaşmış, 02 dekabr 2020-ci il tarixdə, axşam saatlarında İldırım ona zəng vuraraq onun sosial təqaüdünün düzəlməsi üçün razılaşdıqları 660 manat pulu səhər gətirib özünə verməyi tapşırmışdır. 03 dekabr 2020-ci il tarixdə, saat təxminən 10 radələrində o, İldırımla Ucar şəhəri, 28 May küçəsi ərazisində “Mərkəzi Bazar”ın yerləşdiyi küçədə görüşmüşdür. Həmin vaxtı İldırımın yanında heç kim olmamış, o, 660 manat pulu orada İldırıma vermişdir. İldırım pulu götürdükdən sonra 2021-ci ilin yanvar ayının 1-dən onun sosial təqaüdünün düzələcəyini demiş, lakin 2021-ci ilin yanvar ayı tamam olsa da o, sosial təqüdünü ala bilməmişdir. Bu barədə İldırımdan soruşduqda İldırım ona hər dəfə bu gün-sabah düzələcəyini deyə-deyə onu bir neçə ay gözlətmişdir. Sonralar o, İldırımı tapa bilməmiş, daha sonra İldırımın onu aldatdığını başa düşərək, ondan aldığı 660 manat pulu geri qaytarması üçün Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ona dəymiş zərər ödənilməmişdir, odur ki, Təqsirləndirilən şəxs yuxarı həddə ağır cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, hal-hazırda heç bir yerdə işləmir, Qarabağ müharibəsi iştirakçısıdır, 1992-ci ildən 1994-cü ilin fevral ayının 2-dək müharibədə iştirak etmişdir, İ qrup əlildir, əlilliyə görə müavinət və həmçinin Prezident təqaüdü alır. Təqsirləndirilən şəxs təxminən 2019-cu ildən tanıyır. İldırımla aralarında nomral münasibətlər vardır. Hər hansı ədavət və düşmənçilik yoxdur. İldırımla tanış olduqdan sonra demək olar ki, hər gün birlikdə Ucar şəhəri, H.Əliyev küçəsində yerləşən onun daimi oturduğu çayxanada əyləşib çay içmişlər. Təxminən 2020-ci ilin may ayının sonlarında tarixini xatırlamadığı gündə o, İldırımla görüşüb çay içərkən söhbət zamanı əlillərə dövlət hesabına pulsuz verilən avtomobillərdən əldə etmək üçün tanış axtardığını demişdir. İldırım da cavabında ona orada tanışının olduğunu, onun üçün oradan növbədənkənar əlillər üçün nəzərdə tutulan avtomobil ala və yaxud da onu həmin avtomobildən almaq üçün növbəyə yazdıra biləcəyini demiş, bunun müqabilində ondan 1150 manat pul istəmişdir. İldırımın həmin pulu iş gördüyü adama verərək, oradan ona avtomobil verilməsini təmin edəcəkdir. İldırımla aralarında yaxın münasibət olduğu üçün o, İldırıma inanaraq dedikləri ilə razılaşmışdır. Səhəri gün İldırımla yenidən həmin çayxanada görüşərək 11 ədəd yüz manatlıq, 1 ədəd isə 50 manatlıq əskinaslar formasında ümumilikdə 1150 manat pulu İldırıma vermişdir. Həmin vaxtı yanlarında heç kim olmamışdır. İldırım ondan 1150 manat pulu alıdqdan sonra “narahat olma uzağı 2 aya işin düzələcək” demişdir. Həmin iki ay tamam olduqdan sonra o, İldırımdan həmin işin nə yerdə olduğunu maraqlandıqda İldırım ona işini danışdığını, narhat olmağa əsas olmadığını, karantin düşdüyünə görə bir qədər çətinlik yarandığını demişdir. O, səbrlə gözləməyə başlamışdır. 2020-ci ilin sentyabr ayında vətən müharibəsi başladığı üçün, İldırım sonradan da həmin müharibəni bəhanə etmiş, daha sonra İldırım hər gün işinin bu gün-sabah düzələcəyini deyərək onu aldatmağa başlamışdır. 2021-ci ilin iyun ayında o, İldırımın yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını eşitmiş, xəstəxanaya yanına getmiş və İldırım ona xəstəxanadan çıxdıqdan sonra bu işi həll edəcəyinə dair yenidən söz versə də, sonradan yenə də vədinə əməl etməmişdir. O, İldırımın yalan danışdığını görüb, yalanlarından bezib məcbur qalaraq Ucar Rayon Polis Şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Ona dəymiş zərər ödənilmişdir, bu barədə ərizə vermişdir, buna baxmayaraq Təqsirləndirilən şəxs qanuni qaydada cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun vəfat etmiş həyat yoldaşı Talehin qardaşıdır, aralarında normal münasibətlər vardır, hər hansı ədavət və düşmənçilik yoxdur. 22 aprel 2021-ci il tarixdə oğlu X12 Rayon Polis Şöbəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Oğlu Rüstəm saxlanıldıqdan sonra səhəri gün, yəni 23 aprel 2021-ci il tarixdə qaynı İldırım onlara gəlmiş, həmin vaxtı qardaşı Şahid1 da onlarda olmuşdur. Oturub birlikdə söhbət edən zaman qaynı İldırım ona oğlu Rüstəmin işini həll edə biləcəyini, Rüstəmin ibtidai istintaq müddətində zaminlikdə saxlanılmasına, işi məhkəməyə göndərildikdən sonra barəsində azadlığın məhdudlaşdırılması növündə və ya digər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növündə hökmün çıxarılmasına nail ola biləcəyini deyərək, ona qısa müddət ərzində özündə olan və qohum-əqrabadan nə qədər bacarırsa pul toplamağı tapşırmışdır. O da qaynı İldırıma inanmış, İldırım çıxıb getdikdən sonra o, özündə olan puldan əlavə qohuməqrəbadan da müəyyən miqdarda pul borc alıb 4000 manat pul toplaya bilmişdir. 24 aprel 2021-ci il tarixdə, saat təxminən 14 radələrində qaynı İldırım onlara gəlmiş, həmin vaxtı qardaşı Bəxtiyar da onlarda olmuşdur. İldırım ondan nə qədər pul düzəldə bildiyini soruşmuş, o, İldırıma 4000 manat pul düzəltdiyini bildirmiş, İldırım da 4000 manat pulla həmin işi həll edə biləcəyini demişdir. O, qardaşı Bəxtiyarın yanında həmin 4000 manat pulu İldırıma vermişdir. İldırım pulu aldıqdan sonra onların yanında kiməsə zəng edərək “müəllim gəlirəm, səbrli olun çatıram” sözləri ilə danışaraq telefon danışığını sona çatdırmışdır. Onlar İldırımın telefonda kiminlə danışdığını bilməmişlər. Amma İldırımın dediyinə görə danışdığı adam işi düzüb, qoşan adam olmuş və həmin adam İldırımı Müskürlü kəndinin başında gözləmişdir. İldırım pulu aldıqdan sonra çıxıb getmiş, təxminən 1 saatdan sonra geri qayıdaraq işi həll etmək üçün lazımı adamla görüşdüyünü və pulu həmin adama verdiyini bildirmişdir. Həftənin birinci günü onlar oğlu Rüstəmin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə saxlanılması üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki şəhərində yerləşən İstintaq Təcridxanasına göndərildiyini öyrənmişlər. Daha sonra qardaşı Bəxtiyar İldırımla zəngləşib görüşərək bu barədə İldırıma bildirdikdə də qaynı İldırım onlara narhat olmamağı tapşırmış, iş gördüyü adamın guya ki İldırıma oğlu Rüstəmi 10 gün ərzində saxlanıldığı istintaq təcridxanasından geri qaytaracağını və həbsdən azad etdirəcəyinə söz verdiyini demişdir. Lakin on gün keçdikdən sonra oğlu Rüstəmin işində hər hansı müsbət irəliləyişin olmadığını görərək İldırımdan bu barədə soruşduqda İldırım hər gün “bu gün-sabah düzələcək” deyərək günügünə satmaqla məşğul olmuşdur. Daha sonra 2021-ci ilin iyun ayında İldırım yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış, bir müddət görsənməmişdir. Ondan sonra da nə oğlu Rüstəm Rüstəmlini həbsdən azad etdirmiş, nə də ki, ondan aldığı 4000 manat pulu geri qaytarmışdır. Daha sonra o, İldırımın həmin pulu geri qaytarmayacağını və onu aldatdığını başa düşmüşdür. Ona görə də ərizə ilə Ucar Rayon Polis Şöbəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Ona dəymiş zərər ödənilməmişdir, odur ki, Təqsirləndirilən şəxs daha ağır cəzanın ən yuxarı həddində cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar ifadə vermişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar ifadə vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən аlınmış tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində оlаn Ucar Rayon İcra Hakmiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xаrаkterizə оlunmuşdur. Cinayət işində оlаn 085834 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Ucar Rayon Məhkəməsinin 17 mar 2022-ci il tarixli hökmü ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırmasını CM-in 59.1.13-cü maddəsinə, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək əməlindən səmimi peşmаnçılıq çəkməsini, yaşadığı yerdən müsbət xarakterizə olunmasını və müharibə veteranı olmasını CM-in 59.2-ci maddəsinə əsasən оnun cəzаsını yüngülləşdirən hallar kimi nəzərə almış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi araşdırması zamanı zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs2 Kəmaləddin oğlu da ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onlara vurulmuş ziyanın tam şəkildə ödənildiyini bildirmişlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs2 Kəmaləddin oğlu barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin apelyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını onun şəxsiyyətinə və işin faktiki hallarına uyğun və əsaslıdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 178.2.2-ci maddəsinin törədilməsinə görə şəxslər dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini onun şəxsiyəti və törətdiyi cinayət əməlinə görə cəzanın məqsədlərinin təmin olunması, o cümlədən Zərərçəkmiş şəxs4 vurulmuş ziyanın hal-hazırkı mərhələyədək aradan qaldırılmaması baxımından əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli hökmünü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar