Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-202/2021 15.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Şükürov İmanverdi Həşimxan oğlu və Eyvazov Akif Məhərləm oğlundаn ibаrət tərkibdə, X6 iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X5, zərər çəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 1(046)-34/2021 nömrəli hökmündən zərər çəkmiş şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclаsındа baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 02 mart 2021-ci il tarixli (046)- 34/2021 nömrəli hökmü ilə, xx xxxxxxx 1966-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanda pasport qeydiyyatda olmaqla Göyçay şəhəri ünvan 2yyatda olan və yaşayan, 22.12.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, məhkəmə baxışınadək həbsdə saxlandığı iki günün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılıb, üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, onun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, onun cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona göstərilmiş 11 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 66 manatın dövlət büdcəsindən Göyçay Rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülməsi, hökmün icrasının Göyçay Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması müəyyən edilmişdir. Zərər çəkmiş şəxs X1 Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 1(046)-34/2021 saylı hökmündən apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 1(046)-34/2021 saylı hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2021-ci il tarixli, 1(107)-202/2020 nömrəli qərarı ilə zərər çəkmiş şəxs X2 apellyasiya şikayəti hərəkətsiz saxlanılmış, cinayət işi zərərçəkmiş şəxs X3 tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi ilə bağlı CPM-in 386-cı maddəsi ilə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi üçün Göyçay Rayon Məhkəməsinə qaytarılmışdır. Göyçay Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərarı ilə zərər çəkmiş şəxs X3 tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilmiş və apellyasiya şikayətinə baxılması üçün iş Şəki Abellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərər çəkmiş şəxs X3 özü tərəfindən tərtib edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə razılığa gəldiklərini, ona görə də apellyasiya şikayətindən imtina etdiyini göstərərək, apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X10 zərər çəkənin ərizəsinin qəbul edilərək, apellyasiya icraatına xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyаsının iclаsındа iştirаk edən dövlət ittihаmçısı X9 verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyаsı zərər çəkmiş şəxs X2 apellyasiya şikayətindən imtinа etməsinə dair ərizəsini müzаkirə edərək, dövlət ittihаmçısının fikrini nəzərə alaraq hesab edir ki, zərər çəkmiş şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 390.1-ci madəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 391.11-ci maddəsində göstərilir ki, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Göründüyü kimi, zərər çəkmiş şəxs X3 özü tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasını istəmir və həmin şikayətə baxılmasına xitam verilməsini xahiş edir. Belə olаn hаldа məhkəmə kollegiyаsı hesаb edir ki, X2 apellyasiya şikayətindən imtina etməsi nəzərə аlınаrаq onun tərəfindən Göyçay Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 1(046)-34/2021 nömrəli hökmündən verilmiş apellyasiya şikayətinin bаxılmаsınа xitаm verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390, 391, 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Zərər çəkmiş şəxs X2 apellyasiya şikayətindən imtinа etməsi qəbul olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 1(046)-34/2021 saylı hökmündən zərər çəkmiş şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə bаxılmаsınа xitаm verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-202/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-202/2021
15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver