Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-203/2021 10.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Məlikov Vəzirxan İsgəndərov oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 19 mart 2021-ci il tarixli hökmü ilə xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, 18 dekabr 2020-ci il tarixdən 19 mart 2021-ci il tarixədək həbsdə saxlandığı 91 gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün hesabı ilə hesablanmaqla 6 (altı) ay 2 gün ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il, 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının Mingəçevir Şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhər ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, onun məhkəmə iclas zalından dərhal azad edilməsi, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, qərarın icrasının Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılması, iş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan bir ədəd 7,62 kalibrli olmaqla “Naqan” modelli, zavod üsulu ilə istehsal olunmuş tapança və 03 ədəd patronun dövlət nəfinə müsadirə edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilməsi, iş üzrə 65,15 manat məbləğdə ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməsi, iş üzrə mülki iddianın olmaması, vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaitinin hesabına həyata keçirilməsi və göstərilən hüquqi yardıma görə 150 manatın dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VEN: **********. Hesab № AZ 34İBAZ**********4153005270 saylı hesabına köçürülməsi müəyyən edilmişdir İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək saxladığı 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə istehsal edilmiş yivli, saz vəziyyətdə olan, atəşə yararlı, üzərindəki zavod nişanları silinmiş odlu silah hesab edilən “Naqan” sistemli revolveri, 6 (altı) ədəd zavod üsulu ilə hazırlanmış 7,62 kalibrli olmaqla, həmin kalibrə malik “Naqan” sistemli revolverdə istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, yararlı patronları üzərində gəzdirmiş, 18 dekabr 2020-ci il tarixdə saat 21:55 radələrində Mingəçevir ŞPŞnin əməkdaşları tərəfindən keçirildiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 9 saylı binanın altında yerləşən “OBA” marketin qarşısında saxlanılmış, həmin yerdə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın kəmərinə keçirdiyi zavod üsulu ilə istehsal edilmiş yivli, saz vəziyyətdə olan, üzərindəki zavod nişanları silinmiş odlu silah hesab edilən “Naqan” sistemli revolveri və əynindəki yaşıl rəngli qış gödəkcəsinin sağ yan cibindən ağ rəngli salfet kağızına bükülmüş 6 (altı) ədəd zavod üsulu ilə hazırlanmış 7,62 kalibrli olmaqla, həmin kalibrə malik “Naqan” sistemli revolverdə istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən yararlı patronlar aşkar edilərək götürülmüşdür. Hökmdən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Hökmdən apellyasiya şikayəti və apellyasiya protestinə qarşı etiraz verilməmişdir APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı göstərilən tələblərini nəzərə almamış, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin qeyd olunan xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticəsi, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs daha ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Belə ki, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə qəsdin bilavasitə obyekti silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğularla davranma sahəsində ictimai təhlükəsizlikdir, əməl təqsirin formasına görə birbaşa qəsdlə törədilmiş və az ağır cinayətlər kateqoriyasına aiddir. CM-nin 228.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 3 ilədək nəzərdə tutulmuşdur ki, bu da həmin cinayətin xarakter və ictimai təhlükəliliyinə görə az ağır cinayətlərə aid olduğunu göstərir. Lakin məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayət olmasına əsaslanmışdır ki, bunda da səhvə yol vermişdir. Bundan başqa cinayət işində olan 18 dekabr 2020-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə protokoldan və protokola əlavə edilmiş diskdəki videogörüntülərə baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs 18 dekabr 2020-ci il tarixdə, saat 21:55-də Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 9 saylı binanın altında yerləşən “OBA” marketin qarşısı ilə piyada şəkildə hərəkət edərkən Mingəçevir ŞPŞ-nin əməkdaşları ona yaxınlaşıb saxladıqdan sonra həmin yerdə onun üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman onun əynində olan göy rəngli cins şalvarın arxa tərəfdən kəmərinə keçirdiyi odlu silah hesab edilən “Naqan” sistemli revolver və əynindəki qış gödəkcəsinin sağ yan cibindən ağ rəngli salfet kağızına bükülmüş 6 ədəd 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Naqan” sistemli revolverdə istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən yararlı patronlar aşkar edilərək götürülmüşdür (iş vərəqi 26- 30). Göründüyü kimi Təqsirləndirilən şəxs odlu silah hesab edilən “Naqan” sistemli revolveri və həmin silahda istifadə edilmək üçün nəzərdə tutulmuş 6 (altı) ədəd patronları nəinki qanunsuz əldə etmiş, hətta küçədə piyada gəzərkən də onları üzərində gəzdirmişdir ki, bu da onun törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini göstərir. Bundan əlavə 18 dekabr 2020-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə protokoldan və protokola əlavə edilmiş diskə baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynindəki qış gödəkcəsinin sağ yan cibində gizlədərək saxladığı 01 ədəd şəffaf sellofan bükümünün içərisində ümumi təmiz çəkisi 0,44 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür ki, bu əməlinə görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün sübutların qiymətləndirilməsi haqqında qərarın surəti aidiyyəti üzrə Mingəçevir ŞPŞ-nin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir (iş vərəqi 26-30, 120-128). Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək üzərində gəzdirməsindən əlavə, qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi şəxsiyyətini mənfi xarakterizə etməklə onun cinayət törətməyə, qanunsuz əməllərə meyilli və çətin islah olunan şəxs olmasına dəlalət edən haldır. Lakin məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəliliyini və təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən halları təhlil edərkən bu kimi halları qiymətləndirməmiş və ona cəza təyin edərkən nəzərə almamışdır. Qeyd olunanlardan əlavə məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməli səmimi etiraf etməsini və peşmançılıq hissi keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində qiymətləndirmişdir. Sadalanan yüngülləşdirici hallar məhkəmə tərəfindən qanun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 72.1 -ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 72.2-ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1 ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs isə belə hərəkətlər müəyyən edilməmişdir. Onun məsuliyyətini yüngülləşdirmək üçün əməlindən peşman olmasını bildirməsi isə qeyd olunanlara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edərək peşman olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, belə bir nəticəyə gəlməyinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün əsaslandırıcı hissəsində göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Beləliklə də, məhkəmə yüngülləşdirici halları, törədilmiş cinayətin böyük ictimai təhlükəli törətməyən cinayət olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş cəza növünü müəyyən edərkən nəzərə almış və hesab etmişdir ki, qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Lakin məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, əsassız olaraq ona törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq Təqsirləndirilən şəxs yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Mingəçevir şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmü ona təqsirli bilindiyi maddə üzrə daha ağır - yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Rəhman İbrahimov apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək apellyasiya protestinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə daha ağır-yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya protestinin dəlillərinə münasibət bildirən təqsirləndirilən şəxs Orxan Verdiyev apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Fərid Əliyev apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya protesti təmin edilməli və Mingəçevir Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməli törətməsini mübahisələndirməsələr də, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmiş, təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmiş, buna görə də təyin edilmiş cəza törədilmiş cinayətə mütənasib olmamışdır. Belə ki, protestin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinə görə isə cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normalarının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, 2 saylı qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələr bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edərkən, onların hərəkətlərinin məqsədi və motivini, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyini və ələ keçirilmə üsulunu, onların növünü, miqdarını, dəyərini və döyüş xüsusiyyətlərini nəzərə almalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər katerqoryasına aid olmaqla, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlərə aiddir və bilavasitə obyekti silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğularla davranma sahəsində ictimai təhlükəsizlikdir. Bundan başqa, cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynindəki qış gödəkcəsinin sağ yan cibində gizlədərək saxladığı 01 ədəd şəffaf sellofan bükümünün içərisində ümumi təmiz çəkisi 0,44 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür ki, bu əməlinə görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün sübutların qiymətləndirilməsi haqqında qərarın surəti aidiyyəti üzrə Mingəçevir ŞPŞ-nin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Belə olan halda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək üzərində gəzdirməsindən əlavə, qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsinin şəxsiyyətini mənfi xarakterizə etməklə onun cinayət törətməyə, qanunsuz əməllərə meyilli və çətin islah olunan şəxs olmasını dəlalət etməsinə dair apellyasiya protestin dəlilləri ilə razılaşır. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək üzərində gəzdirməsindən əlavə, qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi şəxsiyyətini mənfi xarakterizə etməklə onun cinayət törətməyə, qanunsuz əməllərə meyilli və çətin islah olunan şəxs olmasına dəlalət edən haldır. Lakin məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəliliyini və təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən halları təhlil edərkən bu kimi halları qiymətləndirməmiş və ona cəza təyin edərkən nəzərə almamışdır. Qeyd olunanlardan əlavə məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməli səmimi etiraf etməsini və peşmançılıq hissi keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində qiymətləndirmişdir. Sadalanan yüngülləşdirici hallar məhkəmə tərəfindən qanun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 72.1 -ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 72.2-ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1 ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs isə belə hərəkətlər müəyyən edilməmişdir. Onun məsuliyyətini yüngülləşdirmək üçün əməlindən peşman olmasını bildirməsi isə qeyd olunanlara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edərək peşman olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, belə bir nəticəyə gəlməyinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün əsaslandırıcı hissəsində göstərməmişdir. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyəti cəmiyyət üçün təhlükəli olaraq qalmaqdadır və onun azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkmədən islah olunacağı inandırıcı görünmür, habelə azadlıqda qalacağı təqdirdə onun yenidən cinayət törətməsi riski aradan qalxmamışdır. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda ona qəti olaraq 1 il, 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər (CMin 56.1.2). CPM-in 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən isə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Beləliklə, birinci instansiya məhkəməsinin hökmünün qanuniliyi və əsaslılığını yoxlayan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cinayət qanunu norması düzgün tətbiq etmədiyinə və təyin edilmiş cəza məhkumun şəxsiyyətinə uyğun olmadığına görə, apellyasiya protesti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə təqsirli bilinərək ona təyin edilmiş 1 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, Təqsirləndirilən şəxs 18 dekabr 2020-ci ildən 19 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 91 gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası bir gün bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 1 il azadlıqdan məhrum etmə cəzasından çıxılaraq 8 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri ləğv olunmalı və barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanımalıdır. CPM-in 398.1.4-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405 və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə təqsirli bilinərək ona təyin edilmiş 1 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs 18 dekabr 2020-ci ildən 19 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 91 gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası bir gün bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 1 il azadlıqdan məhrum etmə cəzasından çıxılaraq 8 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri ləğv olunsun və barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-203/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-203/2021
10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver