Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-204/2024 28.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin sədri Quliyev Nuru Nadir oğlu, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Göyçay Rayon Məhkəməsinin hakimi və sədri Elçin Qurbanovun özünün-özünə verdiyi etirazın təmin olunması barədə Şəki Apellyasiya Məhkəməsinin hakiminin qərarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Göyçay Rayon Məhkəməsinin hakimi və sədri X2 öz-özünə etiraz etmiş və Göyçay Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 1(046)-21/2024 nömrəli qərarı ilə etirаz məsələsinə baxılması üçün iş materialları Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin hakimi Şükürov İmanverdi Həşimxan oğlunun 28 fevral 2024-cü il tarixli, 1(107)-204/2024 nömrəli qərarı ilə Göyçay Rayon Məhkəməsinin hakimi və sədri X1 özü-özünə verdiyi etiraz təmin edilmiş və həmin qərar ərazi üzrə məhkəmə aidiyyətinin dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinin sədrinə təqdim edilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, Şəki Apellyasiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 1(107)-204/2024 nömrəli qərarı ilə Göyçay Rayon Məhkəməsinin hakimi və sədri X1 özü-özünə verdiyi etiraz təmin edildiyindən, ərazi üzrə məhkəmə aidiyyəti dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 109.3.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özüözünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir; 109.5-ci maddəsinə əsasən birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir. 76.1-ci maddəsinə əsasən cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən, aşağıdakı hallarda dəyişdirilə bilər: 76.1.1-ci maddəsinə əsasən bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özü-özünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə; 76.1.2-ci maddəsinə əsasən məhkəmənin bütün hakimləri özü-özlərinə verdikləri və ya onlara edilmiş etiraz təmin edildikdə; 76.2-ci maddəsinə əsasən bu Məcəllənin 76.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair qərar müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən qəbul edilir. Göstərilənlərə əsasən, belə qənaətə gəlirəm ki, Şəki Apellyasiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 1(107)-204/2024 nömrəli qərarı ilə etiraz təmin olunduğundan məhkəmənin ərazi aidiyyəti dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi baxımından Göyçay rayonuna daha yaxın olan Ucar Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrı və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 109 və 76-cı mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİM: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №1(107)-204/2024
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-204/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver