Məhkəmə qərarları › İş №1(107)-206/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-206/2020

29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-206/2020 29.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, Məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X3 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsiləndirilməsinə dair Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(025)-26/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (sədrlik edən hakim A.Əliyev) xx xxxxxxxx 2020-ci il tarixli, 1(025)-26/2020 nömrəli hökmü ilə, xx.xx.1976-cı ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, evli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, bаrəsində «xxxx» qətimkаn tədbiri seçilmiş, hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək xxxxdə saxlanıldığı 04 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəlinin xx xxxxxxxx 2020-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək, “xxxx” qətimkan tədbiri ilə əvəz edilərək onun məhkəmə iclas zalında dərhal xxxxə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “xxxx” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilərək onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə məhkəmə məsrəfi olan 51,06 (əlli bir manat altı qəpik) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan qalıq çəkisi 7,39 qr, 7,26 qr, 6,36 qr, 7,90 qr, 6,51 qr, 6,50 qr, 7,72 qr, 6,95 qr, 6,75 qram, ümumi çəkisi – 63,34 qram olan qurudulmuş marixuananın məhv edilməsihökm edilmişdir. İşin halları: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(025)-26/2020 nömrəli hökmü ilə, Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 2019-cu ilin sentyabr ayının ortalarında Qəbələ rayonu Nic qəsəbəsi ərazisində, Qaraməryəm-İsmayıllı-Şəki maqistral yolunun 84-cü kilometrliyinin sağ ehtiyyat hissəsində, “X4 Ferma yanı” kimi tanınan ərazidən yabanı halda bitmiş, çətənə (kannabis) bitkisini toplamaqla, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək, hazırlayıb saxlamaqla və üzərində gəzdirərkən, xx.xx.2020-ci il tarixdə saat təxminən 01:30 radələrində idarə etdiyi “Vaz 21214” markalı **-SR-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Qaraməryəm-İsmayıllı- Şəki magistral yolunun 55-ci km-də Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində Qəbələ şəhəri istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobilin işıqlandırma sistemindən düzgün istifadə etmədiyindən BDYPİ-in 4-cü tağımının YPX-nin əməkdaşları tərəfindən saxlanılaraq, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən üzərinə və avtomobilinə baxış keçirilərkən, onun əynindəki qara rəngli gödəkçənin sağ cibindən şəxsi istehlak miqdarından artıq miqdarda şəffaf sellofan torbanın içərisində 9 ədəd kibrit qutusunda olan, hər birinin xalis çəkisi 7,39 qr, 7,26 qr, 6,36 qr, 7,90 qr, 6,51 qr, 6,50 qr, 7,72 qr, 6,95 qr, 6,75 qram, ümumi təmiz çəkisi 63,34 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(025)-26/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətlərinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiə etdiyi şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulduğu halda məhkəmə təqsirləndirilən şəxsə 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası verməklə humanizm və ədalətlilik prinsiplərinə əməl etməmişdir. Təqsirləndirilən şəxs ailəlidir, himayəsində iki azyaşlı övladı vardır. Yaşadığı yerdən müsbət xarakterizə olunur. Əvvəllər məhkum olunmamışdır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(025)-26/2020 nömrəli hökmünün dəyişdirilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər alternativ cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o ailəlidir, azyaşlı övladı vardır. Bundan başqa atası onkoloji xəstədir. Etdiyi əməldən peşmandır. Odur ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(025)-26/2020 nömrəli hökmünün dəyişdirilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər alternativ cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apelyasiya şikayətinə uyğun izahat verərək Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(025)-26/2020 nömrəli hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər alternativ cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs apelyasiya şikayətinə uyğun izahat verərək Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(025)-26/2020 nömrəli hökmünün dəyişdirilərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər alternativ cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətlərinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(025)-26/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərarqəbuledəbilər. CPM-in 399.1 və 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 405.1.1-ci maddəsində göstərilir ki, cəzanin öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apelyasiya instansyası məhkəməsi birinci instansya məhkəmisinin hökmünü dəyişdirə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin apellyasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya şikayətlərinin təmin edilməməsi, barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsiləndirilməsinə dair cinayət işi üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(025)-26/2020 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməli, təyin edilmiş azadlıqdan məhrumetmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(025)-26/2020 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək düzgün olaraq belə nəticəyə gəlmişdir ki,Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayının ortalarında Qəbələ rayonu Nic qəsəbəsi ərazisində, Qaraməryəm-İsmayıllı-Şəki maqistral yolunun 84-cü kilometrliyinin sağ ehtiyyat hissəsində, “X4 Ferma yanı” kimi tanınan ərazidən yabanı halda bitmiş, çətənə (kannabis) bitkisini toplamaqla, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək, hazırlayıb saxlamaqla və üzərində gəzdirərkən, xx.xx.2020-ci il tarixdə saat təxminən 01:30 radələrində idarə etdiyi “Vaz 21214” markalı **-SR-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 55-ci km-də Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində Qəbələ şəhəri istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobilin işıqlandırma sistemindən düzgün istifadə etmədiyindən BDYPİ-in 4-cü tağımının YPX-nin əməkdaşları tərəfindən saxlanılaraq, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən üzərinə və avtomobilinə baxış keçirilərkən, onun əynindəki qara rəngli gödəkçənin sağ cibindən şəxsi istehlak miqdarından artıq miqdarda şəffaf sellofan torbanın içərisində 9 ədəd kibrit qutusunda olan, hər birinin xalis çəkisi 7,39 qr, 7,26 qr, 6,36 qr, 7,90 qr, 6,51 qr, 6,50 qr, 7,72 qr, 6,95 qr, 6,75 qram, ümumi təmiz çəkisi 63,34 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülməklə CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bununla yanaşı məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşsa da, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı sərt hesab etməklə cəzanın məqsədlərinə uyğun bilmir. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarnı, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzanı yüngülləşdirən hallardan bəhs edən CM-in 59.1-ci maddəsində cəzanı yüngülləşdirən halların dairəsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxslərin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində azyaşlı olmasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi törətdiyi əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə cəza təyin edərkən, CM-in 8.1 və 58.3-cü maddələrinə əsasən ədalət prinsipini və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəratinə təsirini nəzərə aldığını hökmdə qeyd etsə də, ancaq həmin halları kifayət qədər nəzərə almadan Təqsirləndirilən şəxs 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Halbuki, məhkəmə onun şəxsiyyətini, cəzasını yüngülləşdirən diqqətəlayiq digər halları nəzərə almaqla onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edə bilərdi. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, həmçinin yuxarıda qeyd edilənləri Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edərək, eləcədə cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi üzrə bu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(025)-26/2020 nömrəli hökmü Təqsirləndirilən şəxs münasibətdə cəzaya aid hissədə dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş аpellyаsiyа şikayətləri təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun, CM-in 69.3-cü maddəsinə əsasən xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək xxxxdə saxlanıldığı 04 gün, xx xxxxxxxx 2020-ci il tarixdən bu günədək yəni, xx xxxxxxx 2020-ci il tarixədək xxxxdə olduğu 1 ay 19 gün, cəmi 3 ay 8 gün müddət 1 günə 2 gün hesabı ilə hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il, 08 (səkkiz) ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsindəseçilmiş «xxxx» qətimkantədbiriləğvedilərəkməhkəməiclaszalındaxxxxdəndərhalazadolunsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan daimi yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin Qəbələ rayonunun ərazi hüdudlarını tərk etməmək və yaşayış yerini günün müəyyən vaxtı yəni axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Məcburi müalicədə olduğu müddətdə onun yaşayış yeri müvafiq tibb müəssisəsinin yerləşdiyi yer hesab edilsin. Həmin müddətdə cəzanın icrasına nəzarət müvafiq tibb müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın icrası Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar