Məhkəmə qərarları › İş №1(107)-207/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-207/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-207/2020 04.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin Şəki Apelyasiya məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas X6, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkum edilmələrinə dair Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (sədrlik edən hakim H.Səlimov) xx xxxxxxxx 2020-ci il tarixli ilə, xx.xx.1992-ci ildə Balakən rayonu Gərəkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməyən, məhkum olunmamış, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə оna qəti оlаrаq 3 (üç) il 6 (altı) ay müddətə аzаdlıqdаn məhrum etmə cəzаsının təyin edilməsi, onun 21 fevral 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılması və onun üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə “Balakən Rayon Mərkəzi Xəstəxanası” X13 göndərilməsi; xx.xx.1998-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməyən, məhkum olunmamış, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılması, onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzasını yaşayış yeri üzrə çəkməsi, Təqsirləndirilən şəxs1 Ramazan oğlunun üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanması, Təqsirləndirilən şəxs1 Ramazan oğlunun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə “Balakən Rayon Mərkəzi Xəstəxanası” X13 göndərilməsi, iş üzrə 34.55 (otuz dörd manat əlli beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 Ramazan oğlundan və Təqsirləndirilən şəxs2 tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan Misirov Kənan Bəyoğlan oğlundan götürülmüş ekspert rəyindən sonra ümumi təmiz çəkisi 0,47 qram olan narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 götürülmüş ekspert rəyindən sonra ümumi təmiz çəkisi 6,59 qram olan və Təqsirləndirilən şəxs2 götürülmüş ekspert rəyindən sonra ümumi təmiz çəkisi 139,57 qram olan narkotik vasitəqurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməsi, iş üzrə maddi sübut olan 06 ədəd DVD diskləri iş materiallarında saxlanılması, Təqsirləndirilən şəxs1 Ramazan oğluna aid hissədə hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Kənan Misirxanovun məhkəmə baxışı zamanı bilə-bilə yalan ifadə verməsi ilə bağlı əməlində CM-nin 297.1-ci maddəsinin tərkibi olduğundan, onun həmin hərəkətlərinin araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna məlumat verilməsi müəyyən edilmişdir. işin halları: Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum olunmuşdur ona görə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə tanışı olan Balakən rayonu Mahamalar kənd sakini Şahid3 öz istifadəsindən ötrü narkotik vasitə əldə etmək üçün ona verdiyi 10 manat pula özündən 15 manat pul əlavə edərək cəmi 25 manat pula Balakən rayonu Gərəkli kənd sakini olan tanışı Təqsirləndirilən şəxs2 Gərəkli kəndinin ərazisində xx.xx.2020-ci il tarixdə saat 21 radələrində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7,1 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana alıb əldə edərək daşıyıb üzərində saxlamış, əvvəlcədən aldığı 10 manatın müqabilində həmin narkotik vasitənin bir hissəsini, yəni 0,49 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananı istifadə etməsi üçün xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Balakən rayonu Mahamalar kəndinin ərazisində Şahid3 vermiş, qalan hissəsini, yəni 6,61 qram qurudulmuş marixuananı isə öz istehlakı üçün üzərində saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Balakən RPŞnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Misirov X3 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 alıb ona verdiyi bir ədəd sellofan bükümdəki ümumi təmiz çəkisi 0,49 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana Şahid3 əynindəki cins şalvarın sağ cibindən aşkar edilərək götürülmüş, xx xxxxxx 2020-ci il tarixdə saat 02 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində Xalayev X4 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 aldığı 7,1 qram narkotik vasitə-qurudulmuş marixuananın qalan hissəsi – ümumi təmiz çəkisi 6,61 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana onun əynindəki cins şalvarın arxa cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 2019-cu ilin yay aylarında dağ massivindən tapdığı yabanı halda bitmiş 1 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən topladığı toxumları yaşadığı evin həyətində əkmiş, həmin toxumlardan bitmiş 01 ədəd çətənə bitkisini aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 2019-cu ilin oktyabr ayında həmin çətənə bitkisinin üzərindən hissələrini toplayıb qurutmaqla qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda-146,69 qram kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı daşıyaraq yaşadığı evin həyətindəki sanitar qovşağında saxlamış, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində tanışı olan Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 həyətində saxladığı ümumi təmiz çəkisi 146,69 qram olan həmin narkotik vasitə-qurudulmuş marixuananın bir hissəsini, təmiz çəkisi 7,1 qram olan narkotik vasitə-qurudulmuş marixuananı 25 manat pula Balakən rayonu Gərəkli kəndinin ərazisində satmış, qalan hissəsini, yəni şəxsi istehlak miqdarından artıq miqdarda-139.59 qram narkotik vasitə-kustar üsulla hazırlanmış qurudulmuş marixuananı satış məqsədi olmadan qəsdən, qanunsuz olaraq öz istifadəsi üçün Balakən rayonu Gərəkli kəndində yaşadığı evin həyətindəki sanitar qovşağında bir ədəd sellofan torbada saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində Misirov X3 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 alıb ona verdiyi ümumi təmiz çəkisi 0,49 qram olan narkotik vasitəqurudulmuş marixuana Şahid3 əynindəki cins şalvarın sağ cibindən aşkar edilərək götürülmüş, xx xxxxxx 2020-ci il tarixdə saat 02 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində Xalayev X4 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 25 manat pula aldığı 7,1 qram narkotik vasiitəqurudulmuş marixuananın qalan hissəsi-ümumi təmiz çəkisi 6,61 qram olan narkotik vasitəqurudulmuş marixuana onun əynindəki cins şalvarın arxa cibindən aşkar edilərək götürülmüş, xx xxxxxx 2020-ci il tarixdə saat 09-10 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində Abbasov X5 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub Balakən rayonu Gərəkli kəndində yaşadığı evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman onun yaşadığı evin həyətindəki sanitar qovşağından bir ədəd sellofan torbada saxladığı ümumi təmiz çəkisi 139,59 qram olan kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin xaric edilməsini, onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, yəni 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X8 apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X10 apellyasiya şikayətinə etiraz etmədiklərini bildirərək qanunamüvafiq qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X11 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər və onların müdafiəçilərinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkum edilmələrinə dair Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsinin) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında təqsirləndirilən şəxs qismində dindiriilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayonu Gərəkli kəndində anası Sevda Abbasova ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. 2019cu ilin yay aylarının birində dağdan tapdığı yabanı halda bitmiş çətənə bitkisinin üzərindən yığdığı 3-4 ədəd toxumu yayda yaşadığı evin həyətyanı torpaq sahəsində əkibbecərmişdir. Həmin toxumlardan bitmiş bir ədəd çətənə bitkisinin üzərindən 2019-cu ilin oktyabr ayında hissələrini yığıb özü istifadə etmək üçün yaşadığı evin həyətindəki ayaq yolunda gizlətmişdir. Özü narkotik vasitədən istifadə etdiyinə görə arada bir saxladığı yerdən qurudulmuş marixuananı götürüb istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 zəng edərək ondan narkotik vasitə almaq istədiyini bildirmişdir. Həsrətə narkotik vasitə satmağa razılaşaraq onunla xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Balakən rayonu Gərəkli kəndinin ərazisində görüşmüşdür. Həsrətə cibində apardığı narkotik vasitəni vermişdir. Həsrətdə qarşılığında ona 25 manat pul vermiş, lakin o pulu Həsrətin özünə qaytarmış, narkotik satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 qurudulmuş marixuana verdiyi zaman həmin marixuananı tərəzidə çəkməmişdir. Həsrət tanışı olduğundan ona gözəyarı artıqlaması ilə qurudulmuş marixuana vermişdir. Üzərində narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğundan xx.xx.2020 ci il tarixdə səhər tez radələrində polis əməkdaşları onu Balakən RPŞ-yə aparmışlar. Polis şöbəsində ona təqdim olunmuş vəkil siyahısından seçdiyi vəkil Müdafiəçi2 və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparılan zaman üzərindən qanunsuz heç bir əşya aşkarlanmamışdır. Üzərində axtarış aparılarkən yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik vasitə olan qurudulmuş marixuananı saxladığını polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.2020-ci il tarixdə səhər Balakən rayonu Gərəkli kəndində yaşadığı evə və həyətyanı torpaq sahəsinə baxış keçirmişlər. Baxış keçirilən zaman həyətdəki ayaqyolunda bir ədəd sellofan torbada saxladığı narkotik vasitə-qurudulmuş marixuananı polis əməkdaşlarına təqdime tmişdir. Təqdim etdiyi bir ədəd sellofan torbada olan narkotik vasitə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilərkən 155,50 qram gəlmişdir. Polis əməkdaşları həmin saxladığı narkotik vasitəni bir ədəd zərfə qoyu bmöhürləyib götürmüşlər. Baxış keçirilərkən yaşadığı evdən və həyətyanı torpaq sahəsindən başqa heç bir qanunsuz əşya aşkarlanmamışdır. Həm üzərində axtarış aparılan zaman, həmdə yaşadığı evə baxış keçirilərkən fasiləsiz videoçəkilişdən istifadə edilmişdir. Protokol tərtib edilmişdir. Yaşadığı evdə narkotik vasitə olan qurudulmuş marixuana saxlamağını ondan başqa heç kim bilməmişdir. Əvvəllər Təqsirləndirilən şəxs1 və ya hər hansı başqa bir şəxsə narkotik vasitə satmamışdır. Həmçinin Kənan adlı şəxsi əvvəllər tanımamış və ona narkotik vasitə satmamış, Həsrət də ondan Kənan üçün narkotik vasitə almasını və 25 manat pulun 10 manatının Kənana məxsus olduğunu deməmişdir. İbtidai istintaq zamanı düzgün olmayaraq ifadə vermişdir ki, narkotik vasitəni Həsrətə 25 manata satmışdır. O, narkotik vasitəni Həsrətə satmamış, pay olaraq vermişdir. Həsrət ona 25 manatı vermiş, lakin o götürməmişdir. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Göstərdiklərini nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayonu Mahamalar kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamış və psixi xəstəliklərdən əziyyət çəkməmişdir. Özü narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir. Təxminən bir il olar ki, qurudulmuş marixuanadan az-az istifadə edir. İstifadə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı da təsadüfən meşədən və ya çay kənarından tapdığı yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin üzərindən birdəfəlik istifadə miqdarında yığıb çəkmişdir. Gərəkli kənd sakini olan Təqsirləndirilən şəxs2 onun tanışıdır. Onun Mahirbəyin narkotik vasitə istifadəçisi olduğundan xəbəri olmuşdur. Hətta bir neçə dəfə birlikdə narkotik vasitə də çəkmişlər. Birlikdə çəkdikləri zaman istifadə etdiyi narkotik vasitə qeyd etdiyi kimi yabanı halda bitmiş çətənə biktisindən yığdığı narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs2 da özündə olan narkotik vasitədən istifadə etmişdir. Əvvəllər Mahirbəydən istifadə etmək üçün narkotik vasitə almamış və ya Mahirbəy ona pay olaraq narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs2la yaxşı münasibətləri olmuşdur. Şahid3 Bəyoğlun oğlu da həmkəndlisi və tanışıdır. Kənanın da narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğunu bilir. Onunla da yoldaşlıq münasibətləri olmuşdur. Mahirbəylə Kənanın isə tanışlığı yoxdur. xx.xx.2020-ci il tarixdə narkotik vasitədən istifadə etmək istədiyinə görə Mahirbəylə öz telefonunda olan Whatsapp proqramı ilə danışaraq narkotik vasitə tapmağını Mahirbəydən xahiş etmişdir.Mahirbəylə münasibətləri yaxşı olduğundan Mahirbəy ona bu işə baxacağını bildirmişdir. Pulla bağlı ona heç nə deməmiş, çünki Mahirbəy ona özündə narkotik vasitənin olduğunu, kimdənsə tapdığını və ya özündən satacağını konkret olaraq deməmişdir. Bu işə baxacağını bildirmişdir. Elə həmin gün, xx.xx.2020-ci il tarixdə Şahid3la telefonuna yüklənmiş «Vootsap» proqramı vasitəsi ilə danışdığı zaman Kənan ona narkotik vasitədən istifadə etmək istədiyini, 10 manat pulunun olduğunu, həmin pula bir çəkimlik narkotik vasitə tapıb almağını ondan xahiş etmişdir. Onda da 15 manat pul olmuşdur. Təqsirləndirilən şəxs2la Vootsap proqramı vasitəsi ilə yenidən əlaqə saxlayaraq özünə narkotik vasitə təşkil etməyini xahiş etmişdir. Yəni, əgər Mahirbəydə varsa 25 manat pul müqabilində ona istifadə etməsi üçün narkotik vasitə satmağını birdə xahiş etmişdir. Təqsirləndirilən şəxs2 da ona bu işi düzüb-qoşacağını bildirmişdir. Mahirbəyə Kənan üçün də narkotik vasitə alacağını deməmişdir. Mahirbəyin Kənanla münasibəti olmadığından, əgər Kənan üçün də aldığını desə bundan ehtiyat edəcəyini və narkotik vasitəni satmayacağını fikirləşmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə satdığını kimdənsə eşitməmiş və onun daimi narkotik vasitə satıcısı olduğunu əminliklə deyə bilmir. Lakin Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğundan onda özü istifadə etməkdən ötrü ehtiyat üçün saxladığı narkotik vasitə olacağını hesab etmiş və aralarında yaxşı münasibətləri olduğundan sözünü yerə salmayacağını və əgər narkotik vasitə varsa verəcəyini fikirləşmişdir. Bu səbəbdən də narkotik vasitə almaq üçün Mahirbəyə müraciət etmişdir. Mahirbəy 25 manat pul qarşılığında ona narkotik vasitə satmağa razı olmuşdur. xx.xx.2020-ci il tarixdə axşam radələrində Şahid3 ilə Mahamalar kəndində görüşmüş, Kənan ona 10 manat pul verərək özü istifadə etməsi üçün narkotik vasitə almağını bir daha xahiş etmişdir. Vootsap vasitəsi ilə danışarkən də narkotik vasitəni başqa şəxsdən alacağını Kənana demiş, lakin həmin şəxsin kim olduğunu deməmişdir. Kənan həmin narkotik vasitəni onun başqa şəxsdən alıb verəcəyini bilmişdir. Hətta Kənanla aralarında olan Vootsap sms-lərindən də görünür ki, Kənan onu tələsdirir və ona «hələ sənin ora gedib gəlməyinə var» məzmununda sms yazır. Kənan özü də bunu təsdiq edə bilər. Kənandan götürdüyü 10 manatın üstünə özü 15 manat pul qoyaraq Təqsirləndirilən şəxs2la axşam saat 21 radələrində Gərəkli kəndində görüşmüş və ondan bir kağız bükülüdə narkotik vasitə almışdır. O,danışıqlarına uyğun olaraq 25 manat pulu Mahirbəyə vermiş, lakin Mahirbəy pulu onun özünə qaytarmış, istəməmişdir. Mahirbəy həmin narkotik vasitəni ona tərəzidə çəkərək verməmiş və ya həmin narkotik vasitənin çəkisinin nə qədər olduğunu deməmişdir. Narkotik vasitənin çəkisi ilə bağlı Mahirbəylə aralarında heç bir söhbət olmamışdır. Mahirbəy ona bir neçə çəkimlik narkotik vasitəni gözəyarı vermişdir. Mahirbəyin verdiyi narkotik vasitəyə baxanda verdiyi 25 manat pula yetdik yox, daha çox narkotik vasitəni ona verdiyini görmüşdür. Özü əvvəllər narkotik vasitəni almasa da narkotik vasitələrin təxmini qiymətlərini bildiyindən Mahirbəyin ona verdiyi narkotik vasitənin 50 manat dəyərində və daha artıq dəyərdə olduğunu görmüşdür. Mahirbəyin aralarında olan yaxşı münasibətə görə 25 manatlıq yox, daha artıq məbləğə yetdik narkotik vasitəni ona əlavə olaraq verdiyini bilmişdir. xx.xx.2020-ci il tarixdə axşam saat 22 radələrində Mahamalar kəndində Şahid3la görüşərək Təqsirləndirilən şəxs2 25 manata aldığı narkotik vasitənin 10 manat dəyərində olan bir çəkimlik hissəsini ayırıb ona vermiş və Kənanın 10 manatını özünə qaytarmışdır. Narkotik vasitənin qalan hissəsini isə istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin yerdə də Kənandan ayrılmışlar. xx.xx.2020-ci il tarixdə gecə radələrində polis əməkdaşları onu üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində ona təqdim edilmiş vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi1 və digər polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparılmışdır. Axtarış zamanı əynindəki cins şalvarın arxa cibində siqaret kağızına bükərək saxlamış olduğu narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları üzərindən aşkarlanmış narkotik vasitəni elektron tərəzidə çəkmişlər. Həmin bir ədəd bükümdə saxladığı narkotik vasitənin ümumi çəkisi 7,99 qram olmuşdur. Həmin narkotiki bir ədəd ağ zərfə qoyaraq möhürləyib maddi sübut kimi götürmüşlər. Üzərindən başqa heç bir şey aşkarlanmamışdır. xx.xx.2020-ci il tarixdə səhər radələrində polis əməkdaşları Mahamalar kəndində yaşadığı evə də baxış keçirmiş və baxış zamanı heç bir qanunsuz əşya aşkarlanmamışdır. Üzərində axtarış aparılan zaman və yaşadığı evə baxış keçirilən zaman fasiləsiz videoçəkilişdən istifadə edilmişdir. Üzərindən aşkarlanmış narkotik vasitə olan qurudulmuş marixuananı özü istifadə etmək üçün saxlamışdır. Üzərində narkotik vasitə saxlamağını Şahid3 və ona narkotik vasitəni satmış Təqsirləndirilən şəxs2 bilmişdir. Başqa heç kimin bu barədə məlumatı olmamışdır. Əvvəllər Mahirdən narkotik vasitə almamış, nə də Mahirbəy ona narkotik vasitəni pay olaraq verməmişdir. Heç vaxt narkotik vasitələrin əkilib-becərilməsi və satışı ilə məşğul olmamışdır. Bundan əvvəl heç vaxt üzərində və ya hər hansı başqa bir yerdə narkotik vasitələri saxlamamışdır. Mahirbəy 25 manat pul qarşılığında ona narkotik vasitə satmağa razı olsa da narkotiki verərkən onun verdiyi 25 manatı geri özünə qaytarmış, narkotik satmadığını bildirmişdir. O, da Kənanın 10 manatını özünə qaytarmışdır. Lakin ibtidai istintaq zamanı ona heç bir təzyiq təsir olmasa da bunları qorxusundan deməmişdir. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Göstərdiklərini nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Balakən rayonu Mahamalar kəndində anası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 onun tanışıdır. Onunla yaxın tanışlıq münasibətləri vardır. Narkotik vasitə olan qurudulmuş marixuanadan bəzən az-az istifadə edir. Təqsirləndirilən şəxs1də narkotik vasitə istifadəçisi olduğunu bilir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1lə istifadəsində olan 070 ******* nömrəli mobil telefona yüklədiyi Vootsapp roqramı vasitəsi ilə danışdığı zaman Həsrətdən özüüçün 10 manatlıq narkotik vasitə tapmağını, yəni kimdənsə almağını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 özünün narkotik vasitə satmadığını bilmiş, lakin narkotik vasitə istifadəçisi olduğundan kimdənsə alıb ona verməyini xahiş etmişdir. Həsrət kömək edəcəyini, yəni başqa bir şəxsdən alıb gətirəcəyini ona bildirmişdir. Həsrət özü üçün də öz puluna narkotik vasitə almaq fikrində olduğunu ona demişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 20-21 radələri arasında Təqsirləndirilən şəxs1lə Balakən rayonu Mahamalar kəndində görüşüb 10 manat pulu ona vermişdir. Həsrət ona gözləməyini, gedib kimdənsə alıb ona narkotik vasitə gətirəcəyini bildirmişdir. Həsrətin narkotik vasitəni kimdən alıb gətirəcəyi ilə maraqlanmamış, Həsrət özüdə bu barədə ona heç nə deməmişdir. Sonradan istintaq zamanı Həsrətin həmin narkotik vasitəni Mahirbəy adlı Gərəkli kənd sakinindən aldığını bilmişdir. Təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs1 onun gözlədiyi yerə gəlmiş və əlindəki kağız bükümdə olan narkotik vasitəqurudulmuş marixuananın 10 manatlıq hissəsini ayırıb ona vermiş, qalan hissəsini isə cibinə qoyaraq üzərində saxlamışdır. Həsrət onun 10 manat pulunu da özünə qaytarmış, aldığı narkotik vasitəyə görə pul vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona narkotik vasitə almağının müqabilində pul və ya hər hansı başqa bir şey verməmiş, nədəki, verməyi vəd etməmişdir. Həsrət ondan heç bir qazanc və mənfəət əldə etməmişdir. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları onu üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona təqdim olunmuş vəkillər siyahısından seçmiş olduğu vəkil Hidayət Muradovun və digər polis əməkdaşlarının iştirakı ilə onun üzərində axtarış keçirmiş və axtarış zamanı onun əynindəki cins şalvarın sağ cibində sellofan bükümdə saxlamış olduğu narkotiki polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun üzərində olan narkotiki elektron tərəzidə çəkmiş, həmin bir ədəd sellofan bükümdə saxladığı narkotik vasitə 0,71 qram gəlmiş, həmin narkotiki bir ədəd ağ zərfə qoyaraq möhürləmiş və maddi sübut kimi götürmüşlər. Onun üzərindən başqa qanunsuz heçnə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları onun yaşadığı ünvana baxış keçirmiş, yaşadığı ünvandan da qanunsuz heç nə aşkar olunmamışdır. Hüqüqlarını müdafiə edən vəkil Hidayət Muradovun iştirakı ilə ekspert rəyi ilə tanış olduğu zaman üzərindən aşkarlanmış narkotik vasitənin çəkisinin ekspert rəyinə görə 0,49 qram olduğu bilmişdir. O, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ona verdiyi 10 manatı geri qaytarmasını bildirməmişdir. Balakən rayon polis şöbəsində ona heç bir fiziki və psixi təsir göstərilməsə də o, qorxduğu üçün belə ifadə vermişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Balakən rayonu Mahamalar kənd sakini Şahid3 üzərində narkotik vasitə saxlaması barədə ona məlumat daxil olmuş və bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edərək bildirmişdir. xx.xx.2020-ci il tarixdə gecə radələrində Şahid3 onun tərəfindən Balakən RPŞ-yə gətirilmişdir. Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Şahid3 üzərində axtarış aparılmasında iştirak etmişdir. Axtarışda ondan başqa Şahid3 hüquqlarını müdafiə edən vəkil Hidayət Muradov, təhqiqatçı Natiq Muradov, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və KTQ-nun baş inspektoru Sadiq Vəzirov iştirak etmişlər. Axtarış başlamazdan əvvəl təhqiqatçı Natiq Muradov Şahid3 üzərində qanunsuz saxladığı əşya varsa təqdim etməyi təklif etmişdir. Şahid3 üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki cins şalvarın sağ cibindən bir ədəd sellofan bükümdə narkotik vasitəyə oxşar bitki kütləsini çıxardıb təqdim etmişdir. Həmin bitki kütləsinin narkotik vasitə oduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını və tanışı Təqsirləndirilən şəxs1 10 manata aldığını bildirmişdir. Təqdim edilmiş bitki kütləsi elektron tərəzidə çəkildikdə çəkisi 0,71 qram olmuşdur. Həmin sellofan bükümdə olan bitki kütləsi bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. Şahid3 üzərindən qanunsuz başqa heç bir əşya aşkarlanmamışdır. Axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Axtarış fasiləsiz videoçəkilişlə qeydə alınmışdır. Şahid3 üzərində şəxsi axtarış aparılan zaman aşkarlanmış narkotik vasitəni Təqsirləndirilən şəxs1 10 manata aldığını bildirdiyinə görə xx.xx.2020-ci il tarixdə gecə Təqsirləndirilən şəxs1 onun tərəfindən Balakən RPŞ-yə gətirilmişdir. Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmasında iştirak etmişdir. Axtarışda Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1, təhqiqatçı Natiq Muradov, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və KTQ-nun baş inspektoru Sadiq Vəzirov da iştirak etmişlər. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən əynindəki cins şalvarının arxa cibində saxladığı bir ədəd kağız bükümdə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim edərək həmin bitkinin narkotik vasitə olduğunu bildirmiş və həmin narkotik vasitəni Balakən rayonu Gərəkli kənd sakini Mahirbəy adlı şəxsdən 25 manata aldığını demişdir. Təqdim edilmiş bir ədəd kağız bükümdə narkotik vasitəyə oxşar bitki kütləsi elektron tərəzidə çəkilərkən çəkisi 7,99 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar bitki kütləsi bir ədəd zərfə qoyularaq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Şahid3 narkotiki satmamışdır. Kənan ona 10 manat pul verərək istifadə etməsi üçün narkotik vasitə almağını ondan xahiş etmiş, o da Şahid3 götürdüyü 10 manat pulun üstünə əlavə olaraq 15 manat pul qoyaraq Gərəkli kənd sakini Mahirbəydən 25 manatlıq narkotik vasitə almış və həmin nakotik vasitənin 10 manatlıq hissəsini Şahid3 vermişdir. Digər 15 manatlıq narkotik vasitəni isə özündə saxlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Axtarış fasiləsiz videoçəkilişlə qeydə alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 həm öz üzərindən, həm də Şahid3 üzərindən aşkarlanmış narkotik vasitəni Gərəkli kənd sakini olan Mahirbəy adlı şəxsdən aldığını bildirdiyinə görə xx.xx.2020-ci il tarixdə səhər radələrdə Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs2 onun tərəfindən Balakən RPŞ-yə gətirilmişdir. Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmasında iştirak etmişdir. Axtarışda Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edən vəkil Müdafiəçi2, təhqiqatçı Natiq Muradov, RPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid1 və KTQ-nun baş inspektoru Sadiq Vəzirov iştirak etmişlər. Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qanunsuz əşya, vasitə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qanunsuz əşya, vasitə olmadığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış aparılan zaman qanunsuz hər hansı bir əşya, vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tanıdığını bildirmişdir. xx.xx.2020-ci il tarixdə onunla Gərəkli kəndində görüşdüyünü və bu zaman Təqsirləndirilən şəxs1 25 manat dəyərində narkotik vasitə satdığını demişdir. Təqsirləndirilən şəxs2 hal-hazırda yaşadığı ünvanda narkotik vasitə saxladığını, saxladığı narkotik vasitəni həyətyanı sahəsinə əkmiş olduğu 3-4 ədəd çətənə bitkilərinin birindən yığdığını bildirmişdir. Həmin saxladığı narkotik vasitəni təqdim edəcəyini demişdir. Axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Axtarış fasiləsiz videoçəkilişlə qeydə alınmışdır. xx.xx.2020-ci il tarixdə səhər saat 10 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirilmişdir. Baxışda Təqsirləndirilən şəxs2, onun hüquqularını müdafiə edən vəkil Müdafiəçi2, təhqiqatçı Natiq Muradov, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və KTQ-nun baş inspektoru Sadiq Vəzirov iştirak etmişlər. Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda narkotik vasitənin olduğunu bildirərək yaşadığı evin həyətində olan ayaqyolunu göstərərək onun içərisində taxta döşəmənin üstündə saxladığı bir ədəd sellofan torbada narkotik vasitə-qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olduğu yeri göstərmişdir. Bir ədəd sellofan torbada saxladığı qurudulmuş marixuanaya oxşar bitki kütləsini yaşadığı evin həyətyanı sahəsində əkdiyi 3-4 ədəd çətənə bitkisinin birindən yığaraq qurudub şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 satmış olduğu 25 manat dəyərində narkotik vasitə ilə sellofan torbadakı narkotik vasitənin eyni olduğunu demişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd sellofanda olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə 155,50 qram gəlmişdir. Həmin bitki kütləsi bir ədəd ağ zərfə qoyularaq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs2 həyətyanı sahəsində olan yeri göstərərək bildirmişdir ki, orada yay aylarında çətənə toxumlarını əkmiş, onlardan yalnız biri yetişmiş, həmin bir ədəd bitkidən yığaraq evin həyətində saxlamışdır. Təqsirləndirilən şəxs2 qeyd etdiyi yerdə heç bir bitki qalıqları, kökləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirilən zaman əlavə heç nə aşkar edilməmişdir. Baxış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır.Baxış fasiləsiz videoçəkilişlə qeydə alınmışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşin 1-ci cild 1-21-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Balakən rayonu Mahamalar kənd sakini Şahid3 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında Balakən RPŞ-yə dəvət olunmuş, təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Polis əməkdaşlarının və onun seçdiyi vəkil X2 iştirakı ilə Şahid3 üzərində şəxsi axtarış aparılmışdır. Şahid3 üzərində qanunsuz əşya, vasitə varsa təqdim etməsi bildirilmişdir. Şahid3 üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki cins şalvarın sağ cibindən bir ədəd sellofan bükümdə narkotik vasitəyə oxşar bitki kütləsini təqdim etmişdir. Həmin bitki kütləsinin narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün saxladığını, narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs1 10 manata aldığını bildirmişdir. Təqdim edilmiş bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilərkən 0,71 qram gəlmişdir. Həmin bitki kütləsi olan sellofan büküm bir ədəd kağız zərfə qoyulmuş, möhürlənmiş və təhqiqatçı tərəfindən maddi sübut kimi götürülmüşdür. Şahid3 üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Şəxsi axtarış «Sony» markalı videokamera vasitəsi ilə qeydə alınmışdır.İştirakçılar tərəfindən hər hansı bir şikayət və vəsatət daxil olmamışdır. Protokol tərtib olunmuş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 1-ci cild 40-42-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Balakən RPŞ-nə Balakən rayon Mahamalar kənd sakini Şahid3 üzərində narkotik vasitə saxlaması ilə bağlı məlumat daxil olmuş, həmin məlumat əsasında xx.xx.2020-ci il tarixdə Şahid3 Balakən RPŞ-yə gətirilmiş, şübhəli şəxs qismində tutularaq onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən bir ədəd sellofan bükümdə narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Həmin bitki kütləsini haradan əldə etməsi barədə Şahid3 soruşduqda o, saxladığı narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs1 10 manata aldığını bildirmişdir. Balakən rayonu Mahamalar kənd sakini Xalayev X4 RPŞ-yə gətirilərək şübhəli şəxs qismində tutulmuş və onun üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılarkən onun əynindəki cins şalvarının arxa cibində saxlamış olduğu bir ədəd kağız bükümdə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim edərək həmin bitkinin narkotik vasitə olduğunu bildirmiş və həmin narkotik vasitəni Balakən rayonu Gərəkli kənd sakini Mahir adlı şəxsdən 25 manata aldığını bildirmişdir. Təqdim edilmiş bir ədəd kağız bükümdə narkotik vasitəyə oxşar bitki kütləsi elektron tərəzidə çəkilərkən 7,99 qram gəlmişdir. Həmin narkotik vasitəyə oxşar bitki kütləsi bir ədəd zərfə qoyularaq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid3 narkotiki satmamışdır. Kənan ona 10 manat pul verərək istifadə etməsi üçün narkotik vasitə almağını ondan xahiş etmiş, Şahid3 götürdüyü 10 manat pulun üstünə əlavə olaraq 15 manat pul qoyaraq Gərəkli kənd sakinindən 25 manatlıq narkotik vasitə almış və həmin vasitənin 10 manatlıq hissəsini Şahid3 vermişdir. Digər 15 manatlıq narkotik vasitəni isə özündə saxlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa qanunsuz hər hansı əşya, vasitə aşkar edilməmişdir. Şəxsi axtarış «Sony» markalı videokamera ilə qeydə alınmış və videogörüntünün olduğu disk protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən hər hansı bir şikayət və vəsatət daxil olmamışdır. Protokol tərtib olunmuş, ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. İşin 1-ci cild 67-69-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan RPŞ-yə gətirilmiş, təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 üzərindən qanunsuz hər hansı bir əşya, vasitə aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs2 bildirmişdir ki, yaşadığı evində narkotik vasitə saxlayır. Həmin tədbirlərin davamı olaraq Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda narkotik vasitənin olduğunu bildirərək yaşadığı evin həyətyanı sahəsində olan sanitar qovşağını göstərərək onun içərisində taxta döşəmənin üstündə saxladığı bir ədəd sellofan torbada olan içərisində narkotik vasitə-qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olduğu yeri göstərmişdir. Bir ədəd sellofan torbada saxladığı qurudulmuş marixuanaya oxşar bitki kütləsini yaşadığı evin həyətyanı sahəsində əkdiyi 3-4 ədəd çətənə bitkisinin birindən yığaraq qurudub şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 satmış olduğu 25 manat dəyərində narkotik vasitə ilə sellofan torbadakı narkotik vasitənin eyni olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd sellofanda olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi elekiron tərəzidə çəkildikdə 155,50 qram gəlmişdir. Həmin bitki kütləsi bir ədəd ağ zərfə qoyularaq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs2 həyətyanı sahəsində kolun kənarında olan yeri göstərərək bildirmişdir ki, orada yay aylarında 6-7 ədəd çətənə toxumunu əkmiş, onlardan yalnız biri yetişmiş, həmin bir ədəd bitkidən yığaraq evin həyətində saxlamışdır. Təqsirləndirilən şəxs2 qeyd etdiyi yerdə heç bir bitki qalıqları, kökləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirilən zaman əlavə heç nə aşkar edilməmişdir. Baxış «Sony» markalı videokamera vasitəsi ilə qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə olunmuşdur. Baxış zamanı iştirakçılar tərəfindən əlavə vəsatət və şikayətlər daxil olmamışdır. Baxış zamanı protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 1-ci cild 91-93-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X9 Bölməsinin xx xxxxxx 2020-ci il tarixli 119 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid3 üzərindən aşkar edilmiş bitki kütləsi” sözləri və imzalar yazılmış zərfi açdıqda içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-0,49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 6,61 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindən aşkar edilmi...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi - 139,59 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətən (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş hər 03 (üç) ədəd zərfin içərisində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin 2-ci cild 17-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məhkəmə-Narkoloji ekspert komissiyasının xx xxxx 2020-ci il tarixli 190 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 2-ci cild 18-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məhkəmə-Narkoloji ekspert komissiyasının xx xxxx 2020-ci il tarixli 192 nömrəli rəyindən görünürki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cild 35-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 21 fevral 2020-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 01:25-də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 1-ci cild 56-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, xx xxxxxx 2020-ci ildə saat 07:35-də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 1-ci cild 161-162-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmış və qərar icra edilməsi üçün surəti Balakən RPŞ-nə göndərilmişdir. İşin 1-ci cild 165-166-cı vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmış və qərar icra edilməsi üçün surəti Balakən RPŞ-nə göndərilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid3 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşin 2-ci cild 23-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 389 nömrəli arayışdan görünür ki, Xalayev X4 rayonu Mahamalar kəndində yaşayır, himayəsində işləməyən atası, anası və qardaşı vardır. İşin 2-ci cild 25-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 1-ci cild 203-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cild 212-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 345 nömrəli arayışdan görünür ki, Abbasov X5 rayonu Gərəkli kəndində yaşayır. İşin 1-ci cild 211-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 1-ci cild 204-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2095 nömrəli təkrar ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərdən sui-istifadə etməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Müayinə zamanı abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, öz vəziyyətinə tənqidi münasibətin formalaşmasını nəzərə alaraq, həmçinin narkomaniya xəstəliyinə xas olan xarakterik klinik təzahürlərin sönməsi ilə əlaqədar, hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin xaric edilməsini, onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, yəni 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Apelyasiya məhkəməsi təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə tənqidi yanaşaraq hesab edir ki, onlar əsassızdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 2019-cu ilin yay aylarında dağ massivindən tapdığı yabanı halda bitmiş 1 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən topladığı toxumları yaşadığı evin həyətində əkmiş, həmin toxumlardan bitmiş 01 ədəd çətənə bitkisini aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 2019-cu ilin oktyabr ayında həmin çətənə bitkisinin üzərindən hissələrini toplayıb qurutmaqla qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda-146,69 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı daşıyaraq yaşadığı evin həyətindəki sanitar qovşağında saxlamış, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində tanışı olan Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 həyətində saxladığı ümumi təmiz çəkisi 146,69 qram olan həmin narkotik vasitə-qurudulmuş marixuananın bir hissəsini, təmiz çəkisi 7,1 qram olan narkotik vasitə-qurudulmuş marixuananı 25 manat pula Balakən rayonu Gərəkli kəndinin ərazisində satmış, qalan hissəsini, yəni şəxsi istehlak miqdarından artıq miqdarda-139.59 qram narkotik vasitə-kustar üsulla hazırlanmış qurudulmuş marixuananı satış məqsədi olmadan qəsdən, qanunsuz olaraq öz istifadəsi üçün Balakən rayonu Gərəkli kəndində yaşadığı evin həyətindəki sanitar qovşağında bir ədəd sellofan torbada saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində Misirov X3 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 alıb ona verdiyi ümumi təmiz çəkisi 0,49 qram olan narkotik vasitə qurudulmuş marixuana Şahid3 əynindəki cins şalvarın sağ cibindən aşkar edilərək götürülmüş, xx xxxxxx 2020-ci il tarixdə saat 02 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində Xalayev X4 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 25 manat pula aldığı 7,1 qram narkotik vasiitə-qurudulmuş marixuananın qalan hissəsi-ümumi təmiz çəkisi 6,61 qram olan narkotik vasitə-qurudulmuş marixuana onun əynindəki cins şalvarın arxa cibindən aşkar edilərək götürülmüş, xx xxxxxx 2020-ci il tarixdə saat 09-10 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində Abbasov X5 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub Balakən rayonu Gərəkli kəndində yaşadığı evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman onun yaşadığı evin həyətindəki sanitar qovşağından bir ədəd sellofan torbada saxladığı ümumi təmiz çəkisi 139,59 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 7,1 qram narkotik vasitəni Təqsirləndirilən şəxs1 satmaması, pay olaraq verməsi barədə məhkəmə baxışında verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmadığı, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunduğu üçün məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış ifadə hesab edərək sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələrinin mahiyyətini anlayır. CM-nin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə özünü təqsirli bilir. 2019cu ilin yay aylarının birində dağdan tapdığı yabanı halda bitmiş çətənə bitkisinin üzərindən yığdığı 3-4 ədəd toxumu yayda yaşadığı evin həyətyanı torpaq sahəsində əkib-becərmişdir. Həmin toxumlardan bitmiş bir ədəd çətənə bitkisinin üzərindən 2019-cu ilin oktyabr ayında hissələrini yığıb özü istifadə etmək üçün yaşadığı evin həyətindəki ayaqyolunda gizlətmişdir. Özü narkotik vasitədən istifadə etdiyinə görə arada bir saxladığı yerdən qurudulmuş marixuananı götürüb istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 zəng edərək ondan narkotik vasitə almaq istədiyini bildirmişdir. Həsrətə narkotik vasitə satmağa razılaşaraq onunla xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Balakən rayonu Gərəkli kəndinin ərazisində görüşmüşdür. Həsrətə cibində apardığı narkotik vasitəni vermişdir. Həsrətdə qarşılığında ona 25 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 qurudulmuş marixuana satdığı zaman həmin marixuananı tərəzidə çəkməmişdir. Həsrət tanışı olduğundan ona gözəyarı artıqlaması ilə qurudulmuş marixuana vermişdir. Narkotik vasitə satmasada qurudulmuş marixuanının qramının təxminən 10 manata və ya ondan artıq qiymətə olduğunu bilir. 5 manatada, 6 manatada, 15 manatada, yəni müxtəlif qiymətlərə ola bilər. Qurudulmuş marixuananın keyfiyyətinə görə qiymətləridə dəyişir. Həsrətədə marixuananı tərəzidə çəkərək və ya qiymət hesablayaraq verməmişdir. Həsrət tanışı olduğundan ona 25 manat dəyərində yox, 50 manat dəyərində, bəlkədə daha çox qurudulmuş marixuana vermişdir. Həsrətin özü nədə bu barədə deməmişdir. Üzərində narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğundan xx.xx.2020-ci il tarixdə səhər tez radələrində polis əməkdaşları onu Balakən RPŞ-yə aparmışlar. Polis Şöbəsində ona təqdim olunmuş vəkil siyahısından seçdiyi vəkil Müdafiəçi2 və polis əməkdaşlarının iştirakı üzərində axtarış aparılan zaman üzərindən qanunsuz heç bir əşya aşkarlanmamışdır. Üzərində axtarış aparılarkən yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik vasitə olan qurudulmuş marixuananı saxladığını polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.2020-ci il tarixdə səhər Balakən rayonu Gərəkli kəndində yaşadığı evə və həyətyanı torpaq sahəsinə baxış keçirmişlər. Baxış keçirilən zaman həyətdəki ayaq yolunda bir ədəd sellofan torbada saxladığı narkotik vasitə-qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəni qorxub verdiyini bildirsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki ki, iş materiallarından görünür ki, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, yəni o azadlıqda olmuş, müdafiəçisi olmuş, ona hər hansı təsir, təzyiq olduğu halda bu barədə müvafiq dövlət orqanına məlumat vermək imkanı olmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi işin hallarına uyğun və daha inandırıcı olduğuna, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla təsdiq olunduğu üçün məhkəmə onun həmin ifadələrini sübut kimi qəbul edir. Həmçinin Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 narkotik vasitəni ona satmaması, onun verdiyi 25 manatı götürməməsi, özünün də Şahid3 verdiyi 10 manatı sonuncuya qaytarması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmadığı, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunduğu üçün məhkəmə bu ifadəni Təqsirləndirilən şəxs2 müdafiə etməyə hesablanmış ifadə hesab edərək sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, təxminən bir il olar ki, qurudulmuş marixuanadan az-az istifadə edir. Gərəkli kənd sakini Təqsirləndirilən şəxs2 tanışıdır. Onun narkotik vasitə istifadəçisi olduğundan xəbəri olmuşdur. Hətta bir neçə dəfə birlikdə narkotik vasitə də çəkmişlər. Birlikdə çəkdikləri zaman istifadə etdiyi narkotik vasitə qeyd etdiyi kimi yabanı halda bitmiş çətənə biktisindən yığdığı narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs2 da özündə olan narkotik vasitədən istifadə etmişdir. Əvvəllər Mahirbəydən istifadə etmək üçün narkotik vasitə almamış və ya Mahirbəy ona pay olaraq narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs2la yaxşı münasibətləri olmuşdur. Şahid3 Bəyoğlun oğlu da həmkəndlisi və tanışıdır. Kənanın da narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğunu bilir. Onunla da yoldaşlıq münasibətləri olmuşdur. Mahirbəylə Kənanın tanışlığı yoxdur. xx.xx.2020-ci il tarixdə narkotik vasitədən istifadə etmək istədiyinə görə Mahirbəylə öz telefonunda olan Whatsapp proqramı ilə danışaraq narkotik vasitə tapmağını Mahirbəydən xahiş etmişdir. Mahirbəylə münasibətləri yaxşı olduğundan Mahirbəy ona bu işə baxacağını bildirmişdir. Pulla bağlı ona heç nə deməmişdir, çünki Mahirbəy ona özündə narkotik vasitənin olduğunu, kimdənsə tapdığını və ya özündən satacağını konkret olaraq deməmişdi. Bu işə baxacağını bildirmişdi. Elə həmin gün, xx.xx.2020-ci il tarixdə Şahid3la telefonuna yüklənmiş «Whatsapp» proqramı vasitəsi ilə danışdığı zaman Kənan ona narkotik vasitədən istifadə etmək istədiyini, 10 manat pulunun olduğunu, həmin pula bir çəkimlik narkotik vasitə tapıb almağını ondan xahiş etmişdir. Onda da 15 manat pul olmuşdur. Təqsirləndirilən şəxs2la whatsapp proqramı vasitəsi ilə təzədən əlaqə saxlayaraq özünə narkotik vasitə təşkil etməyini xahiş etmişdir. Yəni, əgər Mahirbəydə varsa 25 manat pul müqabilində ona istifadə etməyi üçün narkotik vasitə satmağını bir də xahiş etmişdir. Təqsirləndirilən şəxs2 da ona bu işi düzübqoşacağını bildirmişdir. Mahirbəyə Kənan üçün də narkotik vasitə alacağını deməmişdir. Mahirbəyin Kənanla münasibəti olmadığından əgər Kənan üçün də aldığını desə bundan ehtiyat edəcəyini və narkotik vasitəni satmayacağını fikirləşmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə satdığını kimdənsə eşitməmişdir və onun narkotik vasitə satıcısı olduğunu hesab etmir. Lakin Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğundan onda özü istifadə etməkdən ötrü ehtiyat üçün saxladığı narkotik vasitə olacağını hesab etmiş və aralarında yaxşı münasibətləri olduğundan sözünü yerə salmayacağını və əgər narkotik vasitə varsa verəcəyini fikirləşmişdir. Bu səbəbdən də narkotik vasitə almaq üçün Mahirbəyə müraciət etmişdir. Mahirbəy 25 manat pul qarşılığında ona narkotik vasitə satmağa razı olmuşdur. xx.xx.2020-ci il tarixdə axşam radələrində Şahid3 ilə Mahamalar kəndində görüşmüş, Kənan ona 10 manat pul verərək özü istifadə etməsi üçün narkotik vasitə almağını bir daha xahiş etmişdir. Vatsap vasitəsi ilə danışarkən də narkotik vasitəni başqa şəxsdən alacağını Kənana demişdir, lakin həmin şəxsin kim olduğunu deməmişdir. Kənan həmin narkotik vasitəni onun başqa şəxsdən alıb verəcəyini bilmişdir. Hətta Kənanla aralarında olan vatsap sms-lərindən də görünür ki, Kənan onu tələsdirir və ona «hələ sənin ora gedib gəlməyinə var» məzmununda sms yazır. Kənan özü də bunu təsdiq edə bilər. Kənandan götürdüyü 10 manatın üstünə özü 15 manat pul qoyaraq Təqsirləndirilən şəxs2la axşam saat 21 radələrində Gərəkli kəndində görüşmüş və 25 manat pulu verərək ondan bir kağız bükülüdə narkotik vasitə almışdır. Mahirbəy həmin narkotik vasitəni ona tərəzidə çəkərək verməmiş və ya həmin narkotik vasitənin çəkisinin nə qədər olduğunu deməmişdir. Narkotik vasitənin çəkisi ilə bağlı Mahirbəylə aralarında heç bir söhbət olmamışdır. Mahirbəy ona bir neçə çəkimlik narkotik vasitəni gözəyarı vermişdir. Mahirbəyin verdiyi narkotik vasitəyə baxanda verdiyi 25 manat pula yetdik yox, daha çox narkotik vasitəni ona verdiyini görmüşdür. Özü əvvəllər narkotik vasitəni almasa da narkotik vasitələrin təxmini qiymətlərini bildiyindən Mahirbəyin ona verdiyi narkotik vasitənin 50 manat dəyərində və daha artıq dəyərdə olduğunu görmüşdür. Mahirbəyin aralarında olan yaxşı münasibətə görə 25 manatlıq yox, daha artıq məbləğə yetdik narkotik vasitəni ona əlavə olaraq verdiyini bilmişdir. Mahirbəylə həmin narkotik vasitənin çəkisi ilə əlaqədar olaraq heç nə danışmayaraq ona pulu verib təşəkkür edib piyada Mahamalar kəndinə Kənanın onu gözlədiyi yerə qayıtmışdır. xx.xx.2020-ci il tarixdə axşam saat 22 radələrində Mahamalar kəndində Şahid3la görüşərək Təqsirləndirilən şəxs2 25 manata aldığı narkotik vasitənin 10 manat dəyərində olan bir çəkimlik hissəsini ayırıb ona vermişdir. Narkotik vasitənin qalan hissəsini isə istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin yerdə də Kənandan ayrılmışlar. xx.xx.2020-ci il tarixdə gecə radələrində polis əməkdaşları onu üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində ona təqdim edilmiş vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi1 və digər polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparılmışdır. Axtarış zamanı əynindəki cins şalvarın arxa cibində siqaret kağızına bükərək saxlamış olduğu narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri qorxub verdiyini bildirsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki iş materiallarından görünür ki, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, yəni o azadlıqda olmuş, müdafiəçisi olmuş, ona hər hansı təsir, təzyiq olduğu halda bu barədə müvafiq dövlət orqanına məlumat vermək imkanı olmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi işin hallarına uyğun və daha inandırıcı olduğuna, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla təsdiq olunduğu üçün məhkəmə onun həmin ifadələrini sübut kimi qəbul edir. Habelə şahid qismində dindirilmiş Şahid3 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 verdiyi 10 manatı sonuncunun ona qaytarması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmadığı, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunduğu üçün məhkəmə bu ifadəni təqsirləndirilən şəxsləri müdafiə etməyə hesablanmış ifadə hesab edərək sübut kimi qəbul etmir. Belə ki, Şahid3 məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, Balakən rayonu Mahamalar kəndində anası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 tanışıdır. Onunla yaxın tanışlıq münasibətləri vardır. Narkotik vasitə olan qurudulmuş marixuanadan bəzən az-az istifadə edir. Təqsirləndirilən şəxs1də narkotik vasitə istifadəçisi olduğunu bilir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1lə istifadəsində olan 070 ******* nömrəli mobil telefona yüklədiyi Vatsap proqramı vasitəsi ilə danışdığı zaman Həsrətdən özü üçün 10 manatlıq narkotik vasitə tapmağını, yəni kimdənsə almağını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 özünün narkotik vasitə satmadığını bilir, lakin narkotik vasitə istifadəçisi olduğundan kimdənsə alıb ona verməyinin xahiş etmişdir. Həsrət kömək edəcəyini, yəni başqa bir şəxsdən alıbgətirəcəyinionabildirmişdir. Həsrət özü üçün də öz puluna narkotik vasitə almaq fikrində olduğunu ona demişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 20-21 radələri arasında Təqsirləndirilən şəxs1lə Balakən rayonu Mahamalar kəndində görüşüb 10 manat pulu ona vermişdir. Həsrət ona gözləməyini, gedib kimdənsə alıb ona narkotik vasitə gətirəcəyini bildirmişdir. Həsrətin narkotik vasitəni kimdən alıb gətirəcəyi ilə maraqlanmamış, Həsrət özü də bu barədə ona heç nə deməmişdir. Sonradan istintaq zamanı Həsrətin həmin narkotik vasitəni Mahirbəy adlı Gərəkli kənd sakinindən aldığını bilmişdir. Təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs1 onun gözlədiyi yerə gəlmiş və əlindəki kağız bükümdə olan narkotik vasitə-qurudulmuş marixuananın 10 manatlıq hissəsini ayırıb ona vermiş, qalan hissəsini isə cibinə qoyaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs1 ona narkotik vasitə almağının müqabilində pul və ya hər hansı başqa bir şey verməmişdir, nə dəki, verməyi vəd etməmişdir. Sonradan da Həsrətə bunun müqabilində pul verməsi və ya hər hansı bir onun xeyrinə olan xidməti göstərməsi ilə bağlı heç bir razılıqları olmamışdır. Həsrətə verdiyi 10 manatın müqabilində Həsrət ona yaxşılıq etmək məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananı başqa tanımadığı şəxsdən alıb ona gətirib vermişdir. Şahid3 Birinci instansiya məhkəmə baxışı zamanı verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi həmin ifadələri qorxub verdiyini bildirsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki ki, iş materiallarından görünür ki, o, sözügedən işdə şahid qismində dindirilmiş, ona hər hansı təsir, təzyiq olduğu halda bu barədə müvafiq dövlət orqanına məlumat vermək imkanı olmuşdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələri işin hallarına uyğun və daha inandırıcı olduğuna, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla təsdiq olunduğuna görə məhkəmə onun həmin ifadələrini sübut kimi qəbul edir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 məhkəmə iclasında qeyd etdiklərinə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Ona görə də məhkəmə kollegiyası onun ibtidai istintaq zamanı qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşdüyünü və cinayət işində olan digər sübutlarla birbirini tamamladığını əsas götürərək ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Beləliklə, hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmaması qənaətinə gəlmiş, nəticədə ona azadlıqdan məhrum etmə növündə cəza təyin edərək aşağı həddə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Apellyasiya Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 törətdiyi əmələ münasibətdə onun cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 nisbətən sərt (uzunmüddətli) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona görə də həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkum edilmələrinə dair Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkum edilmələrinə dair Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar