Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-208/2021 22.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X27, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi X13, Təqsirləndirilən şəxs2, onun müdafiəçi X5 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 311.3.1-ci maddəsi, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-in 32.5, 311.1-cü maddəsi ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətər Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 müdafiəçisi X28 tərəfindən verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən B.Məmmədov, hakimlər R.Hüseynov və N.Mirzəyevdən ibarət təkibdə) 16 mart 2021-ci il tarixli hökmü ilə, 15 avqust 1981-ci il tarixdə Ağdaş rayonu, Ağzıbir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi vəzifəsində işləmiş, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olmaqla Ağdaş rayonu, Maşad kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 CM-in 311.3.1 və 311.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 46.2-ci maddəsinə əsasən 02 (iki) il, 06 (altı) ay dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 22 may 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması; xx xxxxxx 1971-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X4 həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 CM-in 311.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 46.2-ci maddəsinə əsasən 02 (iki) il, 06 (altı) ay dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, CM-in 67-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3.000 (üç min) manat cərimə cəzasının ödənilməmiş 1210 AZN (min iki yüz on manat) hissəsi ona təyin edilmiş cəzaya tam birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il, 06 (altı) ay dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya və 1210 AZN (min iki yüz on manat) cərimə cəzasına məhkum edilməsi, cərimə cəzasının müstəqil icra edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının 21 may 2020-ci il tarixdən hesablanması, xx xxxx 1970-ci il tarixdə Ağdaş rayonu, Qarağansədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, Ağdaş rayon Telekommunikasiya qovşağının mühasibi vəzifəsində işləyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 CM-in 32.5, 311.1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 46.2-ci maddəsinə əsasən 02 (iki) il dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 02 (iki) il sınаq müddəti ilə şərti hesаb edilməsi, sınаq müddəti dövründə Təqsirləndirilən şəxs3 dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsinin onun dаimi yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilməsi, CM-in 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs3 üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini və iş yerini dəyişməmək vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs3 tətbiq olunan sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi gücündə saxlanılması, iş üzrə maddi sübut olan bir ədəd kompakt diskin cinayət işinin materiallarında saxlanılması, 10 ədəd C69989045, C64785773, A85439402, C35365791, C49680013, A37163189, C06913273, A78243077, C40724283, C43003450 nömrəli 100 Azərbaycan manatı nominallı əskinasların Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığında saxlanılmasının nəzərə alınması, iş üzrə məhkəmə məsrəfi olan 127,98 AZN (bir yüz iyirmi yeddi manat doxsan səkkiz qəpik) ekspertiza xərcinin təqsirləndirilən Təqsirləndirilən şəxs1 Nuslət oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 42,66 AZN (qırx iki manat altmış altı qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs1 25 fevral 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi vəzifəsində işləyərkən həmin Nazirlik tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən, vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən vətəndaşlardan qanunvericiliyə uyğun olaraq lazımi sənədlərin tələb olunması, müavinət, sosial yardım və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak etmək funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 21 oktyabr 2005-ci il tarixli "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa və həmin Qanunun 6.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.3 və 3.3-cü bəndlərinə əsasən ünvanlı sosial yardımla bağlı elektron formada müraciətin "Elektron hökumət" və ya Nazirliyin "e-sosial" internet portallarında yerləşdirilmiş "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətindən istifadə edilməklə doldurulmuş “Ərizə-bəyannamə”nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə göndərilməsi ilə əlaqədar həmin altsistem tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə işlədiyi həmin Şöbəyə göndərilməklə özünün icra edəcəyi tapşırıq üzrə yoxlama və uzlaşdırmaların nəticələrinin sosial yardımın təyin olunmasına imkan verəcək şəkildə həmin altsistemdə qeyd edilməklə müraciətin müsbət həllinə görə 2019- cu ilin sentyabr ayında Ağdaş rayon sakini Şahid2 barəsində Azərbaycan Respublikasının ərazisində yaşamaqla müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailə kimi sosial yardımın təyin olunması ilə əlaqədar sonuncunun atası Şahid1 cinayətin törədilməsinə məlumatları ilə yardım etməklə, maneələri aradan qaldırmaqla əldə ediləcək pul vəsaitlərini alıb, onlara sahiblik edərək özünə təqdim edəcəyini qabaqcadan vəd etmiş ünvan 3 ünvanında yerləşən Ağdaş rayon Telekommunikasiya qovşağında mühasib vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 yönləndirməklə sonuncu vasitəsilə, yəni köməkçiliyi ilə həmin qovşağın inzibati binasının qarşısında özü üçün birbaşa yolla maddi nemət olan 400 (dörd yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəmiş, təxminən 1 həftə sonra qeyd edilən məbləğdə pulu həmin qovşağın inzibati binasının qarşısında özü üçün Təqsirləndirilən şəxs3 vasitəsilə, yəni sonuncunun köməkçiliyi ilə Şahid1 rüşvət qismində almışdır. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləməklə qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi işlədiyi şöbənin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, övladı Şahid2 barəsində ünvanlı sosial yardımla bağlı əvvəlki müraciətinin təmin edilməməsinin səbəbi barədə məlumat almaq üçün 2020-ci ilin may ayının 17-də özünə müraciət edən Şahid1 əvvəlki müraciətinin təmin olunmasından yaşayış yeri barədə məlumatlarda uyğunsuzluğun aşkar edilməsi ilə əlaqədar imtina olunmasını bildirib, yenidən müraciət edəcəyi təqdirdə işlədiyi həmin sektorun məsləhətçisi Təqsirləndirilən şəxs2la birlikdə ona kömək edib həmin sosial yardımın qızı Şahid2 barəsində təyin olunmasını təmin edəcəklərini bildirib, həmin gün Ağdaş şəhəri, H.Əliyev prospekti, 97 ünvanının qarşısında Şahid1la Təqsirləndirilən şəxs2 görüşməsinə nail olub, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, həmin görüş zamanı sonuncu ilə birlikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkətə, yəni "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa və “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.3 və 3.3-cü bəndlərinə əsasən ünvanlı sosial yardımla bağlı elektron formada müraciətin "Elektron hökumət" və ya Nazirliyin "e-sosial" internet portallarında yerləşdirilmiş "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətindən istifadə edilməklə doldurulmuş "Ərizəbəyannamə"nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə göndərilməsi ilə əlaqədar həmin altsistem tərəfindən ailənin maddiməişət şəraitinin müayinəsinin aparılması barədə işlədikləri həmin Şöbəyə göndərilməklə Təqsirləndirilən şəxs2la birlikdə icra edəcəkləri tapşırıq üzrə yoxlama və uzlaşdırmaların nəticələrinin Şahid2 üçün Azərbaycan Respublikasının ərazisində yaşamaqla müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailə kimi sosial yardımın təyin olunmasına imkan verəcək şəkildə həmin altsistemdə qeyd edilməklə müraciətin müsbət həllinə görə Şahid1 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 özü və onun üçün birbaşa yolla maddi nemət olan 1.000 manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən istəmiş, həmin niyyətlə 20 may 2020-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs2 Ağdaş şəhəri, H.Əliyev prospekti, 97 ünvanında yerləşən həmin Fondun Ağdaş rayon şöbəsinin inzibati binasının 1-ci mərtəbəsində Şahid1 400 manat, 21 may 2020-ci il tarixdə saat 11 radələrində isə həmin Şöbənin inzibati binasının qarşısında 600 manat olmaqla, cəmi 1.000 (bir min) manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən almışdır. Təqsirləndirilən şəxs2 2019-cu ilin mart ayından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi vəzifəsində işləyərkən həmin Nazirlik tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən, vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən vətəndaşlardan qanunvericiliyə uyğun olaraq lazımi sənədlərin tələb olunması, müavinət, sosial yardım və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak etmək funksiyalarına malik vəzifəli şəxs kimi işlədiyi şöbənin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, sonuncu ilə birlikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkətə, yəni 21 oktyabr 2005-ci il tarixli "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa və həmin Qanunun 6.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydalarının 2.3 və 3.3-cü bəndlərinə əsasən ünvanlı sosial yardımla bağlı elektron formada müraciətin "Elektron hökumət" və ya Nazirliyin "e-sosial" internet portallarında yerləşdirilmiş "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətindən istifadə edilməklə doldurulmuş "Ərizə-bəyannamə"nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə göndərilməsi ilə əlaqədar həmin altsistem tərəfindən ailənin maddiməişət şəraitinin müayinəsinin aparılması barədə işlədikləri həmin Şöbəyə göndərilməklə Təqsirləndirilən şəxs1la birlikdə icra edəcəkləri tapşırıq üzrə yoxlama və uzlaşdırmaların nəticələrinin Ağdaş rayon sakini Şahid2 üçün Azərbaycan Respublikasının ərazisində yaşamaqla müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailə kimi sosial yardımın təyin olunmasına imkan verəcək şəkildə həmin altsistemdə qeyd edilməklə müraciətin müsbət həllinə görə sonuncunun atası Şahid1 2020-ci ilin may ayının 17-də Ağdaş şəhəri, H.Əliyev prospekti, 97 ünvanının qarşısında, Təqsirləndirilən şəxs1la aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, sonuncu və özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 1.000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəmiş, həmin niyyətlə 20 may 2020-ci il tarixdə saat 10 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti, 97 ünvanında yerləşən həmin Fondun Ağdaş rayon şöbəsinin inzibati binasının 1-ci mərtəbəsində Şahid1 400 manat, 21 may 2020-ci il tarixdə saat 11 radələrində isə həmin Şöbənin inzibati binasının qarşısında 600 manat olmaqla, cəmi 1.000 (bir min) manat məbləğində pul vəsaitini rüşvət qismində almışdır. Təqsirləndirilən şəxs3 tanışı olmaqla 25 fevral 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 cinayəti törətməsi üçün məlumatları ilə yardım etməklə və maneələri aradan qaldıraraq əldə ediləcək pul vəsaitlərini alıb, sahiblik edərək ona təqdim edəcəyini qabaqcadan vəd etməklə sonuncunun xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 21 oktyabr 2005ci il tarixli "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa və həmin Qanunun 6.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydalarının 2.3 və 3.3-cü bəndlərinə əsasən ünvanlı sosial yardımla bağlı elektron formada müraciətin "Elektron hökumət" və ya Nazirliyin "esosial" internet portallarında yerləşdirilmiş "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətindən istifadə edilməklə doldurulmuş "Ərizə-bəyannamə"nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə göndərilməsi ilə əlaqədar həmin altsistem tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə Təqsirləndirilən şəxs1 işlədiyi həmin Şöbəyə göndərilməklə sonuncunun icra edəcəyi tapşırıq üzrə yoxlama və uzlaşdırmaların nəticələrinin sosial yardımın təyin olunmasına imkan verəcək şəkildə həmin altsistemdə qeyd edilməklə müraciətin müsbət həllinə görə 2019-cu ilin sentyabr ayında Ağdaş rayon sakini Şahid2 barəsində Azərbaycan Respublikasının ərazisində yaşamaqla müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailə kimi sosial yardımın təyin olunması ilə əlaqədar sonuncunun atası Şahid1 özünün işlədiyi ünvan 3 ünvanında yerləşən Ağdaş rayon Telekommunikasiya qovşağının inzibati binasının qarşısında Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən maddi nemət olan 400 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, təxminən 1 həftə sonra qeyd edilən məbləğdə pulu həmin qovşağın inzibati binasının qarşısında sonuncu üçün Şahid1 şəxsən rüşvət qismində almaqla həmin cinayətin törədilməsində köməkçi qismində iştirak etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir Hökmdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 müdafiəçisi X28 tərəfindən apellyasiya şikayətləri verilmişdir apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətində Şəki Ağır Cinayətər Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilməsi, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin CM-in 178.2.3-cü maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında olan azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi X28 apellyasiya şikayətində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-in 42.1.3, 42.1.4-cü maddələrinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirinin sübuta yetirilməməsi əsasları ilə CM-in 311.3.1 və 311.3.2-ci maddələri ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X17 onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X28 onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X27 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətlərin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər və onların müdafiəçilərinin, zərərçəkmiş şəxslərin, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 müdafiəçisi X28 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs1 CM-in 311.3.1 və 311.3.2-ci maddələri, Təqsirləndirilən şəxs2 CM-in 311.3.1-ci maddəsi, Təqsirləndirilən şəxs3 isə CM-in 32.5, 311.1-cü maddəsi ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətər Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsinin) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində verdiyi ifadəni təsdiq edərək apellyasiya şikayətinin təmin edilərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs2 ona CM-in 311.3.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2014-cü ildən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsində müxtəlif vəzifələrdə, 2019-cu ilin mart ayından həmin şöbənin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi vəzifəsində işləmiş, xidməti vəzifəsi ünvanlı sosial yardımın təyin edilməsi, sənədləşdirilməsi və bundan irəli gələn digər proseduralar ilə bağlı ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlara qanunvericiliyin tələblərinin izah edilməsindən ibarət olmuşdur. Şöbənin müdiri 2019-cu ilin fevral ayından Şahid5 olmuşdur. 17 may 2020-ci il tarixdə iş yoldaşı Təqsirləndirilən şəxs1 işi onun icraatında olan bir nəfər şəxsin onu çöldə gözlədiyini, həmin şəxslə danışmasını demişdir. O, inzibati binanın qarşısına çıxıb adı sonradan ona məlum olan Şahid1la görüşmüş, Şahid1 həmin işin 1.000 manata düzələcəyini və pulu verdikdən sonra elektron müraciət etməsini demişdir. 20 may 2020-ci il tarixdə saat 10 radələrində Şahid1 işlədiyi şöbəyə gəlmiş, sonuncu ilə inzibati binanın birinci mərtəbəsində görüşərək 400 manat pulu almışdır. Şahid1 qalıq qalan 600 manatı növbəti gün gətirəcəyini demişdir. 21 may 2020-ci il tarixdə saat 11 radələrində Şahid1la yenidən inzibati binanın qarşısında görüşərək 600 manat pulu aldıqdan dərhal sonra prokurorluq əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin 1000 manat pulu kiməsə verməyi nəzərdə tutmamış, həmin pulu özünə götürməklə dələduzluq etməyi nəzərdə tutmuşdur. Ona görə də özünü dələduzluq əməlində təqsirli bilmişdir. Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, 17 may 2020-ci il tarixdə işlədiyi sektorun baş məsləhətçisi Təqsirləndirilən şəxs1 ona bir nəfər şəxsin bayırda gözlədiyini və ünvanlı sosial yardıma təyin verilməsi üçün 800 manat pul təklif etdiyini demiş, həmin şəxslə görüşməsini və razılaşmamasını, sonuncudan 1.000 manat pul istəməsini tapşırmışdır. O, inzibati binanın qarşısına çıxıb adı sonradan ona məlum olan Şahid1la görüşmüş, sonuncu ona ünvanlı sosial yardım almaq üçün poçt şöbəsində işləyən Təqsirləndirilən şəxs3 400 manat pul verdiyini, lakin işinin alınmadığını demişdir. O da Şahid1 həmin işin 1.000 manata düzələcəyini və pulu verdikdən sonra elektron müraciət etməsini demişdir. 20 may 2020-ci il tarixdə saat 10 radələrində Şahid1 işlədiyi şöbəyə gəlmiş, sonuncu ilə inzibati binanın birinci mərtəbəsində görüşərək 400 manat pulu almışdır. Şahid1 qalıq qalan 600 manatı növbəti gün gətirəcəyini demişdir. 21 may 2020-ci il tarixdə saat 11 radələrində Şahid1la yenidən inzibati binanın qarşısında görüşərək 600 manat pulu aldıqdan dərhal sonra prokurorluq əməkdaşları tərəfindən saxlanılmışdır. Şahid1 əvvəllər tanımamış, Təqsirləndirilən şəxs1 ona Şahid1 qızına ünvanlı sosial yardımın təyin edilməsinə imtina verildiyini, həmin məsələnin həlli üçün Şahid1 800 manat pul təklif etdiyini demiş və sonuncudan 1.000 manat pul istəməsini tapşırmışdır. Onun üçün Şahid1la görüşərək sonuncudan pulu almışdır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində verdiyi ifadəni təsdiq edərək apellyasiya şikayətinin təmin edilərək ona bəraət verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs1 ona CM-in 311.3.1 və 311.3.2-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 fevral 2019-cu il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi vəzifəsində işləmiş, xidməti vəzifəsi ünvanlı sosial yardımın təyin edilməsi, sənədləşdirilməsi və bundan irəli gələn digər proseduralar ilə bağlı ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlara mövcud qanunvericiliyin tələblərinin izah edilməsindən ibarət olmuşdur. Təxminən 2019-cu ilin mart-aprel aylarında Şahid1 qızı Şahid2 ünvanlı sosial yardım təyin olunması üçün DSMF-nin Ağdaş rayon şöbəsinə müraciət etmiş, Şahid1 ünvanlı sosial yardım haqqında qanunvericilik izah olunaraq, bunun üçün elektron qaydada müraciət etməli olduğu bildirilmişdir. Bundan sonra Şahid2 ünvanlı sosial yardımın təyin edilməsi üçün elektron müraciət etmişdir. DSMF-nin Ağdaş rayon şöbəsində ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri Şahid6 və həmin sektorda məsləhətçi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 vətəndaşın müraciətində göstərdiyi yaşayış yerinə gedib yerində baxış keçirmiş və vətəndaşın əslində orada yaşamadığını müəyyən edərək bu barədə akt tərtib etmişlər. Buna görə də Şahid2 üçün ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Bu nəticədən narazı olan Şahid1 təkrar işlədiyi şöbəyə müraciət edərək şöbə müdiri Şahid5 qəbulunda olmuş, sonuncu da Şahid1 mövcud qanunvericiliyi izah edərək ünvanı düzgün qeyd etməklə yenidən müraciət etməsini demişdir. Bundan sonra Şahid1 onun da qəbulunda olmuş və o da Şahid1 eyni qaydada qanunvericiliyi izah etmişdir. Təxminən 5-6 gün sonra Şahid1 yenidən işlədiyi şöbəyə gəlmiş, həmin şəxsin evinə baxış keçirmiş Təqsirləndirilən şəxs2 dəvət edib, sonuncudan Şahid1 imtinanın səbəblərini izah etməsini xahiş etmişdir. Bundan sonra Şahid1 görməmişdir. Şahid1 Təqsirləndirilən şəxs3 yanına göndərməmiş, sonuncu onunla əlaqə saxlamamış və Təqsirləndirilən şəxs3 Şahid1 400 manat almasını bildirməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs2 Şahid1 yanına pul danışması və pul alması üçün yox, sonuncunun qızına müavinətin düşmədiyini izah etməsi üçün və yoxlamada Təqsirləndirilən şəxs2 iştirak etdiyinə görə göndərmişdir. Əvəz Ələkbədovdan pul istəməmiş və ya Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da həmin şəxsdən pul istəmələrini deməmişdir. Məhkəmə kollegiyasınında iclasında dindirilmiş Təqsirləndirilən şəxs3 bildirmişdir ki, Əvəz adlı şəxs ünvanlı sosial yardım almaq üçün müraciət etmək məqsədi ilə gəlmişdir. O, da Əvəzin dörd övladı olduğunu bildiyindən müraciət etməyi qəbul etmişdir. Təklif edilmiş 400 manat puldan əvvəlcə imtina etmiş, sonradan ehtiyacı olduğu üçün həmin pulu götürüb may ayında qaytarmışdır. Bundan başqa o verilən suallara cavab olaraq, ünvanlı sosial yardım almaq üçün müraciət etmək istəyən vətəndaşlardan pul tələb etmədiyini, Təqsirləndirilən şəxs1 DSMFnin işçisi kimi tanıdığını, ibtidai istintaq zamanı ifadəsinin özü tərəfindən verilmədiyini, ifadələrə sadəcə imza çəkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona öz adından nə səbəbə görə pul almasını soruşmaq üçün zəng etmiş, o da pulun vətəndaş tərəfindən təqdim edildiyini, onun adından pul almadığını, ehtiyacı olduğu üçün pul aldığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona CM-in 32.5, 311.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Əvəz adlı şəxsin qudası ona gəlininə ərizə göndərmək üçün kömək etməsini demiş, 2019-cu ilin noyabr ayında Əvəz onun yanına gələrək kompüterlə ərizəni göndərmişlər. Kompüterdə adına maşın və torpaq çıxdığına görə 2020-ci ilin yanvar ayında yenidən müraciət etmiş, bu dəfə sonuncuya imtina gəlmişdir. Əvəz ona 400 manat verərək işini düzəltməsini xahiş etmiş, ehtiyacı olduğu üçün həmin pulu götürüb may ayında qaytarmışdır. Qaraşla arasında heç bir razılaşma olmamışdır. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1997-ci ildən Ağdaş rayon Telekommunikasiya şöbəsində mühasib vəzifəsində işləmiş, xidməti vəzifəsi işçilərin əmək haqqının hesablanması və təşkilatların debitor borclarının yığılmasından ibarət olmuşdur. Bundan əlavə o, yaşadığı mənzildə kasıb insanların ünvanlı dövlət sosial yardımı üçün elektron müraciətlərinin doldurulmasına köməklik etmişdir. Təxminən 2019-cu ilin sentyabr ayında Şahid1 onun yanına gələrək onu ünvanlı sosial yardımın düzəldilməsində köməklik etmək üçün DSMF-nin Ağdaş rayon şöbəsində işləyən Təqsirləndirilən şəxs1 göndərdiyini demişdir. O, Təqsirləndirilən şəxs1la telefonla əlaqə saxlayıb Şahid1 onun yanına gəldiyini demiş, Təqsirləndirilən şəxs1 isə ona telefonda Şahid1 ünvanlı sosial yardım təyin etmək üçün 500 manat pul istəməsini tapşırmışdır. Qaraşa Şahid1 kasıb olduğunu, 500 manata gücü çatmayacağını dedikdən sonra Təqsirləndirilən şəxs1 qiyməti endirərək 400 manat istəməsini tapşırmışdır. Telefon danışığı bitirdikdən sonra Təqsirləndirilən şəxs1 400 manat pul istədiyini Şahid1 demiş, sonuncu isə bir həftə sonra pulu gətirəcəyini demişdir. Təxminən bir həftə sonra Şahid1 ona 400 manat pul vermişdir. Sonradan Şahid1 qızı Şahid2 ünvanlı dövlət sosial yardımının təyin edilməsinə imtina verildiyi üçün 2020-ci ilin may ayında Şahid1 400 manat pulu ondan tələb edərək Təqsirləndirilən şəxs1 pulu istədiyini demiş, o da 400 manat pulu Şahid1 geri qaytarmışdır. Məhkəmə kollegiyasınında iclasında şahid qismində dindirilmiş Şahid1 birinci instansiya məhkəməsində verdiyi ifadəyə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qızı Şahid2 ünvanlı sosial yardım düzəltmək üçün təxminən 2019-cu ilin sentyabr ayında DSMF-nin Ağdaş rayon şöbəsinə müraciət etmiş, həmin vaxt ona ünvanlı sosial yardım məsələsinə Təqsirləndirilən şəxs1 baxdığı bildirildiyinə görə sonuncuya yaxınlaşaraq qızı Şahid2 4 azyaşlı uşağının olduğunu və əri Tahir Məmmədovun həbsdə olduğunu bildirib, qızı üçün sosial yardım düzəltməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 da onu Ağdaş rayon poçt şöbəsində işləyən Təqsirləndirilən şəxs3 yanına göndərmiş, Təqsirləndirilən şəxs3 yanında olarkən sonuncu Təqsirləndirilən şəxs1 əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ondan 400 manat pul istəməsini demiş, o, da kənddə 1 inəyinin olduğunu, satıb 400 manatı verəcəyini demişdir. Bundan sonra o, qızı və nəvələrinə aid sənədləri topladıqdan sonra inəyini satıb təxminən 2019-cu ilin sentyabr ayında 400 manat pulu "xxxx" MMC-nin Ağdaş rayon şöbəsinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs3 vermişdir. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müraciət etsə də, müxtəlif bəhanələr gətirilərək imtina cavabı verilmişdir. Onun bacısı Şahid3 ilə Təqsirləndirilən şəxs1 bacanağı Şahid4 qonşu olduğundan təxminən 2020- ci ilin aprel ayında işi düzəlmədiyi üçün bu dəfə bacısı Şahid3 Şahid4 müraciət edərək Təqsirləndirilən şəxs1 xahiş etməsini demişdir. Bir neçə gün sonra Şahid4 ona Təqsirləndirilən şəxs1 sözlərini çatdırıb Təqsirləndirilən şəxs3kı 400 manatı geri almasını və üstünə də 400 manat qoyaraq Təqsirləndirilən şəxs1 verməsini demişdir. 17 may 2020ci il tarixdə DSMF-nin Ağdaş rayon şöbəsinin qarşısında Təqsirləndirilən şəxs1la görüşmüş və sonuncudan hansı səbəblə işinin düzəlmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 çağıraraq ona sonuncu ilə söhbət etməsini demişdir. Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs3kı 400 manatı götürərək 400 manat da əlavə etməklə cəmi 800 manat pul verməsini demişdir. Təqsirləndirilən şəxs2 nağd pulunun olmadığını dedikdə isə sonuncu işin başqa formada mümkün olmadığını demişdir. Buna görə 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək baş vermiş hadisə haqqında ərizə vermişdir. 20 may 2020-ci il tarixdə həmin Baş idarənin əməkdaşları onunla əlaqə saxlayaraq Ağdaş rayonunda görüşmüşlər. Həmin əməkdaşlar ona 4 ədəd 100 manatlıq əskinas təqdim edərək həmin pulları Təqsirləndirilən şəxs2 verməsini tapşırmış və bu barədə üzərinə quraşdırılmış xüsusi texnika vasitəsilə videoçəkilişin həyata keçiriləcəyini bildirmişlər. Könüllü şəkildə razılıq verərək 20 may 2020-ci il tarixdə saat 10 radələrində DSMF-nin Ağdaş rayon şöbəsinin inzibati binasına gedərək Təqsirləndirilən şəxs2 xidməti otağına daxil olmuşdur. Təqsirləndirilən şəxs2 onunla birlikdə birinci mərtəbəyə düşmüş, inzibati binanın girişində ondan pulu götürməmişdən əvvəl 1.000 manat verməli olduğunu demişdir. Hazırda üzərində 400 manat olduğunu, pulun qalan hissəsini növbəti gün verəcəyini demişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşmış, 400 manat pulu alaraq şalvarının cibinə qoymuşdur. Bundan sonra o, inzibati binadan çıxaraq prokurorluq əməkdaşlarının yanına getmiş və Təqsirləndirilən şəxs2 əlavə olaraq 600 manat pul istədiyini bildirmişdir. Bundan sonra 21 may 2020ci il tarixdə prokurorluq əməkdaşları ona 600 manat pul verərək videoçəkiliş aparılması üçün üzərinə xüsusi texnika quraşdırmışlar. Həmin gün saat 11 radələrində o, Təqsirləndirilən şəxs2la DSMFnin Ağdaş rayon şöbəsinin inzibati binasının qarşısında görüşmüş və 600 manat pulu sonuncuya vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, heç yerdə işləməməklə bir oğlan və 3 qız olmaqla 4 övladı olmuş, əri X21 Bakı İstintaq Təcridxanasında cəza çəkmişdir. Ona ailə vəziyyəti ilə əlaqədar ünvanlı sosial yardım təyin edilməsi üçün təxminən 2019-cu ilin sentyabr ayında DSMF-nin Ağdaş rayon şöbəsinə müraciət etmişdir. Şöbədən ona ünvanlı sosial yardım məsələlərinə Təqsirləndirilən şəxs1 baxdığı deyilmiş, atası Şahid1la birgə Təqsirləndirilən şəxs1 yaxınlaşıb, ona ünvanlı sosial yardım düzəldilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 isə onları Ağdaş rayon poçt şöbəsində işləyən Təqsirləndirilən şəxs3 yanına göndərmiş, atası Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs3 yanına gedərək ünvanlı sosial yardımın təyin edilməsi üçün zəruri sənədləri təqdim etmişdir. Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs1 ilə danışaraq onlara məlumat verəcəyini demişdir. Növbəti gün atası Şahid1 yenidən Təqsirləndirilən şəxs3 yanına getmiş, sonuncu Təqsirləndirilən şəxs1la telefonla danışdıqdan sonra atası Şahid1 400 manat pul istəmişdir. Təxminən 1 həftə sonra atası Şahid1 kənddə olan inəyini satıb 2019-cu ilin sentyabr ayında 400 manat pulu "xxxx" MMC-nin Ağdaş rayon şöbəsinin inzibati binasının yanında Təqsirləndirilən şəxs3 vermişdir. Bundan sonra müxtəlif bəhanələr gətirilərək ona imtina cavabı verilmişdir. Bibisi Şahid3 Təqsirləndirilən şəxs1 qohumları ilə qonşu olduğu üçün təxminən 2020-ci ilin aprel ayında sonuncunun bacanağı Şahid4 ona kömək etməsini xahiş etmişdir. Təxminən 34 gün sonra bibisi Şahid3 atası Şahid1 və ona zəng edərək Təqsirləndirilən şəxs1 sözlərini çatdırmış, Təqsirləndirilən şəxs3kı 400 manat pulu geri almasını və üstünə 400 manat qoyub Təqsirləndirilən şəxs1 verməsini demişdir. Atası Şahid1 da razılaşaraq yenidən Təqsirləndirilən şəxs1 müraciət etmiş, sonuncu onu Təqsirləndirilən şəxs2 yanına göndərmişdir. Təqsirləndirilən şəxs2 isə atası Şahid1 1.000 manat pul istəmişdir. Ona görə də atası Şahid1 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 onun qardaşı olmaqla sonuncu qızı Şahid2 ünvanlı sosial yardım düzəltdirmək üçün 2019-cu ilin sentyabr ayında DSMF-nin Ağdaş rayon şöbəsinə müraciət etmiş və bu məqsədlə orada işləyən Təqsirləndirilən şəxs1 çatdırılması üçün Təqsirləndirilən şəxs3 400 manat vermişdir. Bununla belə işləri alınmamış və Şahid2 imtina verilmişdir. Təqsirləndirilən şəxs1 qohumu Şahid4 onun qonşusu olduğu üçün 2020-ci ilin aprel ayında sonuncuya müraciət edərək qardaşı qızı Şahid2 kömək etməsini xahiş etmişdir. Bu söhbətdən təxminən 3 gün sonra Şahid4 ona Təqsirləndirilən şəxs1la danışdığını, Şahid1 Təqsirləndirilən şəxs3 olan 400 manat pulu götürməsini və üzərinə 400 manat da qoyub Təqsirləndirilən şəxs1 verməsini demişdir. O da bundan sonra qardaşı Şahid1 zəng edib Şahid4 dediklərini çatdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1la qardaşı Şahid1 arasında olan söhbətlərdən xəbəri olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun dayısı nəvəsi, həmçinin Təqsirləndirilən şəxs1 qayınatası onun qaynıdır. Şahid1 bacısı Şahid3 ilə isə qonşudur. O, Şahid1 qızı Şahid2 ünvanlı sosial yardım təyin edilməsi üçün Təqsirləndirilən şəxs1 pul tələb etməsi barədə Şahid3 heç bir söz deməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2013-cü ilin iyun ayından DSMF-nin Ağdaş rayon şöbəsində pensiya sektorunun müdiri, 2014-cü ilin iyul ayından Bakı şəhəri Nərimanov rayon məşğulluq mərkəzinin direktoru, 2015-ci ilin sentyabr ayından Sumqayıt şəhər Məşğulluq mərkəzinin direktoru, 2015-ci ilin noyabr ayından Kürdəmir rayon Əhalinin sosial müdafiəsi mərkəzinin direktoru, 2016-cı ilin noyabr ayından DSMF-nin Mingəçevir şəhər şöbəsinin pensiya sektorunun müdiri vəzifələrində işləmişdir. 4 fevral 2019-cu il tarixdən DSMFnin Ağdaş rayon şöbəsinin müdiri vəzifəsində işləmişdir. Vətəndaşlar ünvanlı dövlət sosial yardımı almaq üçün DSMF-yə ilkin olaraq elektron qaydada müraciət edir və müvafiq məlumatları daxil edirlər. Bundan sonra isə yerli rayon şöbələrinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun işçiləri tərəfindən həmin məlumatların doğruluğunu yoxlamaq üçün vətəndaşın yaşayış yerinə yerində baxış keçirilir və müvafiq akt tərtib edilir. Məlumatların doğruluğu akt ilə təsdiq edildikdən sonra o da, şöbə müdiri kimi həmin akta əsaslanaraq elektron kabinetdə məlumatların doğruluğunu təsdiq edir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun rəhbəri olduğunu DSMFnin Ağdaş rayon şöbəsinin sosial yardım və sosial müavinətlər sektorunda müvafiq olaraq məsləhətçi və baş məsləhətçi vəzifələrində işləmişlər. Şahid2 əvvəllər ünvanlı sosial yardım almaq üçün elektron qaydada müraciət etmiş, buna uyğun olaraq sosial yardım və sosial müavinətlər sektorunun işçiləri vətəndaşın elektron sistemə daxil etdiyi məlumatları yoxlamaq üçün yaşayış yerinə getmiş və yerində baxış keçirərək akt tərtib etmişlər. Bu zaman Şahid2 əslində elektron müraciətdə qeyd etdiyi ünvanda yaşamadığı müəyyən edilmişdir. O da öz növbəsində yerli icra hakimiyyəti orqanına sorğu məktubu göndərmiş, həmin sorğunun cavabında vətəndaşın həqiqətən elektron müraciətdə göstərilən ünvanda yaşamadığı göstərilmişdir. Buna görə Şahid2 ünvanlı dövlət sosial yardımının təyin edilməsinə imtina verilmişdir. Bir neçə gün sonra isə Şahid2 atası Şahid1 onun xidməti otağına gələrək qızı üçün ünvanlı sosial yardımın təyin edilməsində kömək göstərməsini xahiş etmişdir. O da ünvanlı dövlət sosial yardımının təyin edilməsinin qanunvericilikdə nəzərdə tutulmuş proseduralarını Şahid1 izah etmiş, müraciətdə vətəndaşın yaşayış yerinin düzgün göstərilmədiyi üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsinə imtina verildiyini bildirmişdir. Şahid2 ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün sonuncudan və ya qohumlarından pul tələb etməmiş, eləcə də şöbənin hər hansı əməkdaşına vətəndaşdan pul tələb etməsi haqqında göstəriş verməmişdir. Təqsirləndirilən şəxs2 21 may 2020-ci il tarixdə Şahid1 pul tələb edərək alması barədə məlumatı olmamış və Təqsirləndirilən şəxs2 hansı səbəbdən vətəndaşdan pul tələb etdiyini bilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2004-cü ildə DSMF-nin Ağdaş rayon şöbəsində fərdi uçot sektorunun baş məsləhətçisi vəzifəsində işləməyə başlamışdır. 2016-cı ildən həmin Şöbənin sosial sığorta sektorunun müdiri, 2019-cu ilin oktyabr ayından isə həmin Şöbənin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri vəzifəsində işləmişdir. Qulluq funksiyası ünvanlı sosial yardım və digər müavinət almaq üçün müraciət edən vətəndaşların qəbul edilməsi, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq onlardan müvafiq sənədlərin tələb edilməsi və ailənin maddi-məişət şəraitinin yerində yoxlanılmasının təşkili və s. ibarət olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun rəhbərlik etdiyi sektorda müvafiq olaraq baş məsləhətçi və məsləhətçi vəzifələrində işləmişlər. Vətəndaşlar ünvanlı dövlət sosial yardımı almaq üçün ilkin olaraq "Elektron hökumət" və ya ƏƏSMN-nin "esosial" internet portalında qeydiyyatdan keçib "Ərizə-bəyannamə"ni doldururlar. "Ərizəbəyannamə"də göstərilən məlumatların düzgünlüyü və ailənin ünvanlı dövlət sosial yardımına uyğunluğu ilkin olaraq VEMTAS tərəfindən yoxlanılır. "Ərizə-bəyannamə"də müraciət edənin anket məlumatları, onun və ailə üzvlərinin adlarına olan telefon nömrələri, daşınar və daşınmaz əmlakları, ailənin aylıq gəliri və s. kimi bir sıra məlumatlar göstərilir. Həmin məlumatlar VEMTAS tərəfindən müvafiq məlumatları təqdim edən dövlət qurumunun portalı ilə sinxron qaydada yoxlanılır və həmin məlumatlarda uyğunsuzluq aşkar edildikdə sistem tərəfindən avtomatik imtina verilir. Uyğunsuzluq aşkar edilmədikdə isə DSMF-nin yerli rayon (şəhər) şöbələrinə ailənin maddi-məişət şəraitinin müayinə edilməsi üçün tapşırıq göndərilir. Həmin tapşırıqlar yerli şöbələrin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun işçiləri tərəfindən yerinə yetirilir. Belə ki, işçilər ailənin yaşadığı ünvana gedir, onun ailə tərkibi, aylıq gəliri, adına olan digər torpaq sahəsi və başqa əmlak, saxladığı ev heyvanları və quşlarının növü və sayı barədə məlumatları dəqiqləşdirib bu barədə akt tərtib edirlər. Bir sıra hallarda ailənin maddi-məişət şəraitinin müayinəsi üçün özü də sektor işçiləri ilə birlikdə yoxlamada iştirak etmişdir. Şahid2 və atası Şahid1 daha əvvəllər tanımamışdır. Şahid2 əvvəllər də bir neçə dəfə ünvanlı sosial yardım almaq üçün elektron qaydada müraciət etmiş, lakin adına olan nəqliyyat vasitəsini və başqa əmlakı bəyan etmədiyi üçün ona VEMTAS tərəfindən avtomatik imtina verilmişdir. Bundan sonra Şahid2 2020-ci ilin aprel ayında yenidən müraciət etmiş, bu dəfə məlumatların düzgünlüyü sistem tərəfindən təsdiq edildikdən sonra ailənin maddi-məişət şəraitinin müayinəsi üçün onun rəhbərlik etdiyi sektora tapşırıq gəlmişdir. 13 may 2020-ci il tarixdə həmin sektorun məsləhətçisi Təqsirləndirilən şəxs2 ilə birlikdə ailənin maddi-məişət şəraitinin müayinəsi üçün qeyd edilən ünvana getmiş və bu zaman Şahid2 qeyd edilən ünvanda yaşamadığını müəyyən etmişlər. Bu barədə müvafiq akt tərtib edilərək Təqsirləndirilən şəxs2 və onun tərəfindən imza edilmişdir. Akt şöbə müdiri Şahid5 təqdim edildikdən sonra isə sonuncu şəhər icra nümayəndəliyinə sorğu vermiş və bu zaman da Şahid2 qeyd edilən ünvanda yaşamadığına dair cavab almışdır. Buna görə ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi haqqında Şahid5 tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra baş verən proseslər barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ünvanlı sosial yardımın təyin edilməsində köməklik göstərilməsi üçün Şahid1 1.000 manat pul istəmələri barədə qətiyyən məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan Şahid1 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokoluna əsasən müəyyən edilir ki, Şahid1 ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir ki, qızı Şahid2 ünvanlı sosial yardım düzəltmək üçün Təqsirləndirilən şəxs1 müraciət etdikdə sonuncu onu Təqsirləndirilən şəxs3 yanına göndərmişdir. Təqsirləndirilən şəxs1 telefon danışığı zamanı Təqsirləndirilən şəxs3 ondan 500 manat pul istəməsini, daha sonra isə kasıb ailə olduğu üçün 400 manat pul istəməsini tapşırmışdır. O da 1 həftə sonra 400 manat pulu Təqsirləndirilən şəxs3 vermişdir. 2020-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 öz bacanağı Şahid4 vasitəsi ilə ona bildirmişdir ki, Təqsirləndirilən şəxs3kı 400 manatı geri alsın və üzərinə 400 manat da qoyaraq ona gətirib versin. O da Təqsirləndirilən şəxs1 dediyi kimi edib DSMFnin Ağdaş rayon şöbəsinə gəldikdə sonuncu onu Təqsirləndirilən şəxs2 yönləndirmişdir. Həmçinin Şahid1 və Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs3 üzünə qarşı bir daha ifadə etmiş və Təqsirləndirilən şəxs3 da Şahid1 göstərdiklərinin həqiqəti əks etdirdiyini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Şahid1 və Şahid4 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokoluna əsasən müəıyyəın edilir ki, Şahid1 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Şahid4 üzünə qarşı bildirmişdir ki, qızı Şahid2 ünvanlı sosial yardım işi düzəlmədiyi üçün 2020-ci il aprel ayında Şahid4 bacısı Şahid3 vasitəsi ilə ona 400 manat pulu Təqsirləndirilən şəxs3 almasını və üzərində 400 manat da qoyaraq Təqsirləndirilən şəxs1 verməsini demişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 19 may 2020-ci il tarixli ərizədən görünür ki, həmin ərizə ilə Şahid1 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək DSMFnin Ağdaş rayon şöbəsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı işçilərinin qızı Şahid2 ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün ondan 800 manat məbləğində rüşvət tələb etmələri haqqında müraciət etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 20 may 2020-ci il və 21 may 2020-ci il tarixli protokollardan görünür ki, DSMF-nin Ağdaş rayon şöbəsinin işçisi Təqsirləndirilən şəxs2 Şahid1 800 manat pul tələb etməsi barədə müraciətə əsasən sonuncuya 20 may 2020-ci il tarixdə C40724283, C43003450, A78243077 və C64785773 nömrəli olmaqla 4 ədəd 100 Azərbaycan manatı nominallı əskinas, 21 may 2020-ci il tarixdə isə C35365791, C49680013, C06913273, A37163189, A85439402 və C69989045 nömrəli olmaqla 6 ədəd 100 Azərbaycan manatı nominallı əskinas təqdim edilməklə həmin pulların Təqsirləndirilən şəxs2 verilməsi üçün DSMF-nin Ağdaş rayon şöbəsinin inzibati binasına göndərilmiş və hər iki vaxtda Şahid1 üzərinə danışıqların səs və video yazısının aparılması üçün xüsusi texniki avadanlıq yerləşdirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 20 may 2020-ci il və 21 may 2020-ci il tarixlərdə keçirilmiş əməliyyat-axtarış tədbirlərinin səs və video yazılarının qeydə alındığı görüntülərə baxış keçirilməsi haqqında 12 iyun 2020-ci il tarixli protokoldan görünür ki, 20 may 2020-ci il tarixdə üzərinə gizli kamera yerləşdirilmiş Şahid1 DSMF-nin Ağdaş rayon şöbəsinin inzibati binasına daxil olur və pilləkənlə 2-ci mərtəbəyə qalxdıqdan sonra sağa dönüb üzbəüz divardakı sol qapıdan otağa daxil olur. Burada o, vətəndaşların sayının çoxluğu ilə əlaqədar bir qədər gözləyir və Təqsirləndirilən şəxs2 "gəl görüm aşağı" sözlərindən sonra onlar birlikdə pilləkənlərlə 1-ci mərtəbəyə düşərək pilləkənlərin yanında söhbət etməyə başlayırlar. Onların arasında aşağıdakı məzmunda dialoq keçmişdir: Təqsirləndirilən şəxs2: "Gör nə deyirəm. Mən, bax, müdir ilə də şey elədik, yəni Allaha and olsun bu elə-belə iş deyil, özün bilirsən. Sırf yalandan olan bir şeydi də". Şahid1:"Necə yəni?" Təqsirləndirilən şəxs2:"Yəni orada yaşamırlar, eləmirlər, amma oraya qoyuruq da, zərəri yoxdur. Bunun üstünə... Səndə nə qədərdir?" Şahid1: "Dörd yüz manat". Təqsirləndirilən şəxs2: "Sən onun üstünə altı da qoyub gəlirsən, bununla da qurtarırsan. 4 dənə nəvən var, qəşəng də pul alacaq". Şahid1: "Nə qədər alacaq?" Təqsirləndirilən şəxs2: "Gəl belə danışaq. İyirmi dörd ay deyil? Dörd ayı bizim, iyirmi ayı sənin. Dörd aya nə düşsə onu səndən alacağam, amma nağd alacağam. Sən dörd yüz manata yaxın pul alacaqsan ey. Ayda dörd yüz manat alacaqsan". Şahid1: "Yox, Məharət müəllim..." Təqsirləndirilən şəxs2: "Yaxşı, onu qoyduq qırağa. Qulaq as! Bir dənənin başını bağla, gəl". Şahid1: "Min manat?" Təqsirləndirilən şəxs2: "Hə". Şahid1: "Yox ey, mən nə qədər pul ala bilərəm, təxminən?" Təqsirləndirilən şəxs2: "Qəşəng pul alacaqsan da, neynirsən". Şahid1: "Mən dünən o xanımdan pulu aldım". Burada Şahid1 əlindəki bağlamanı açmağa başlayır. Təqsirləndirilən şəxs2: "Eləmə də, çıxartma, onu saxla". Şahid1: "Mən notariusdan kağız almışdım, deyir onun vaxtı bitibdir". Təqsirləndirilən şəxs2: "Qurtarmır, sənin işin sistemdədir. Sənə imtina gəlibdir?" Şahid1: "Hə". Təqsirləndirilən şəxs2: "Vurmayıb təzədən işini?" Şahid1: "Yox ey, mənə imtina gələn gün gəldim də bura". Təqsirləndirilən şəxs2: "Hə, vaxtı qurtarıb?" Şahid1: "Nəyin?" Təqsirləndirilən şəxs2: "Sənədin vaxtı qurtarıb?" Şahid1: "Dedi ki, qurtarıb. O vaxtdan sənədi ona vermişəm. Deyir ki, notariusdan olan kağızın vaxtı qurtarıbdır". Təqsirləndirilən şəxs2: "Hə, bir dənə al da. Nə var ki orda? Bir dənə qızın gələcək də". Şahid1: "Nə gələcək?" Təqsirləndirilən şəxs2: "Bir dənə qızın gələcək, notariusdan onu eləyib gedəcək". Şahid1: "Deyirəm də, on manat, on beş manat rüsumudur". Təqsirləndirilən şəxs2: "Hə, bir dənə arayış al tez onda. Dayan görüm. Sənin işin sistemdə deyil hələ? Vurulmayıb?" Şahid1: "Sistemdədir". Təqsirləndirilən şəxs2: "Vurubdur?" Şahid1: "Yox ey, imtina gəlib də. İki gün, üç gün bundan qabaq imtina gəlib". Təqsirləndirilən şəxs2: "Dayan bir dənə görüm, dayan!" Bundan sonra Təqsirləndirilən şəxs2 pilləkənlərlə yuxarıya çıxır, 3 dəqiqə sonra telefonla danışa-danışa geri qayıdır və telefonla danışığını bitirib Şahid1la söhbətinə davam edir. Təqsirləndirilən şəxs2: "Gedirsən... " Şahid1: "Yəni məni Nigara caladınız?" Təqsirləndirilən şəxs2: "Sən neynirsən ey, mənlikdi. Sən heç nə eləmiyəcəksən ey". Şahid1: "Mən ondan gedib qızara-qızara dünən pul almışam". Təqsirləndirilən şəxs2: "Gör nə deyirəm. Sən belə eləyirsən. Sən əmanəti aldın ondan?" Şahid1: "Dörd yüz manat də". Təqsirləndirilən şəxs2: "Hə, almısan. Buradan gedirsən arayışı alırsan kənddən. Haradan almışdın? Kənddən almamışdın?" Şahid1: "Hə" Təqsirləndirilən şəxs2: "Kənddən almışdın. Gəlib bir dənə qızın orda qol çəkir. Kağızı gətirib mənə verirsən, Nigara yox. Onu mən özüm eləyəcəyəm. Oldu?" Şahid1: "Oldu. İndi başı bağlı deyəndə səkkiz yüz manat, yoxsa?" Təqsirləndirilən şəxs2: "Başı bağlı min manat". Şahid1: "Ə, Asif müəllimə de kasıb adamdı..." Təqsirləndirilən şəxs2: "Ə, nə olar, eləmə də. Kasıb deyəndə ki, sənə dörd yüz manat ayda pul veririk ey, dörd yüz manat". Şahid1: "Dörd yüz manat olanda bu nə qədər eləyir?" Təqsirləndirilən şəxs2: "Elə on min pul eləyir, on min. İyirmi dördü vur dörd yüzə. Nə qədər eləyir? Ala, vur bax". Burada Təqsirləndirilən şəxs2 mobil telefonunu çıxararaq kalkulyatordan istifadə edir. Təqsirləndirilən şəxs2: "İyirmi dörd vuraq dörd yüzə. Doqquz min altı yüz pul eləyir ey. Elə bilirsən sənə beş yüz, üç yüz pul verəcəyik?" Şahid1: "Bunu var ey. Bunu mənə Qaraş əvvəldən desəydi... 8 aydır mən..." Təqsirləndirilən şəxs2: "Hə, zərər yoxdur. Deməli bunu belə keçməli idin də sən". Şahid1: "Mən indi dörd yüzü verim sizə?" Təqsirləndirilən şəxs2: "Dörd yüzü verirsən, gedirsən notariusa, arayışı alırsan, gəlirsən notariusa qız qol çəkir, gətirib onu verirsən mənə, vəssalam. Sən daha heç nə eləmirsən. Oldu?" Şahid1: "Oldu, baş üstə". Təqsirləndirilən şəxs2: "Ver! Mən çıxacağam yuxarıya, heç kəs görməyəcək". Burada Şahid1 əlindəki bağlamanı Təqsirləndirilən şəxs2 verir. Təqsirləndirilən şəxs2: "Oldu, get sən!" Şahid1: "Oldu, sağ ol". Bundan sonra Təqsirləndirilən şəxs2 bağlamanı Şahid1 alaraq pilləkənlərlə ikinci mərtəbəyə qalxır, Şahid1 isə qapıdan çıxaraq inzibati binanı tərk edir. Protokoldan görünür ki, 21 may 2020-ci il tarixdə üzərinə gizli kamera yerləşdirilmiş Şahid1 DSMF-nin Ağdaş rayon şöbəsinin inzibati binasının qarşısına gəlir. Təqsirləndirilən şəxs2 da inzibati binadan çıxır və onlar binanın həyətində söhbət etməyə başlayırlar. Onların arasında aşağıdakı məzmunda dialoq keçmişdir: Şahid1: "Salam aleyküm". Təqsirləndirilən şəxs2: "Salam". Şahid1: "Müəllim, necəsiz?" Təqsirləndirilən şəxs2: "Sağ ol. Sən necəsən? Qız vururmu? Qıza dedin də, eləmi ki, vur?" Şahid1: "Mən qıza heç nə deməmişəm axı". Təqsirləndirilən şəxs2: "Aldın kağızı?" Şahid1: "Budur kağız". Burada Şahid1 bir gün əvvəlki söhbət zamanı Təqsirləndirilən şəxs2 notariusdan almasını tapşırdığı arayışı ona təqdim edir. Təqsirləndirilən şəxs2:"Nigar vuran deyil bu?" Şahid1:"Yox, bunu təzə almışam". Təqsirləndirilən şəxs2: "Nigar vuran da. Nigar vurub da sənin sənədlərini". Şahid1: "Bəli". Təqsirləndirilən şəxs2: "Apar ver də Nigara". Şahid1: "Əşi, mən..." Təqsirləndirilən şəxs2: "Sən neynirsən, sən mənim dediyimə qulaq as da. Nigar kimdir ki?! Mənə qulaq as!" Şahid1: "Siz mənə dediniz ki... Nigar məni daha bura yığıb e". Təqsirləndirilən şəxs2:"Yığmayacaq da, sən neynirsən onu.Bu artıq axırıncı nöqtədir.Bilirsən necədi? Bax, qulaq as! Sənin, elə bil, uşaqların... Dörd dənə uşaq... Onların bütün problemləri sistemdə yazılmışdı. Mən bunu başqasına versəm, bir həftə hələ sistemdən bunun məlumatlarını çıxaracaq. Sən narahat olma da, a kişi! Sən neynirsən bunu? Sən bunu götürüb gedirsən Nigarın yanına". Şahid1:"Nə qədər vaxta hazır olar bu?" Təqsirləndirilən şəxs2: "Sən bunu vurdur. Vurdur! Sənəd gələn kimi zəng eliyəcəm, gəl. Vurdur!" Burada Təqsirləndirilən şəxs2 Şahid1 aldığı arayışı sonuncuya geri qaytarır. Şahid1: "Sən Allah, mən bir də buralara gəlməyim də. Məni incitməyin də". Təqsirləndirilən şəxs2: "Sən kimlərdənsən kənddə?" Şahid1: "Mən Mayisin qardaşı, rəhmətlik Məcnunun qardaşı". Təqsirləndirilən şəxs2: "Əlövsət dayıgil, Elçingillə qohumluğun yoxdur?" Şahid1: "Yaxşıdır, yaxınıq da". Təqsirləndirilən şəxs2: "Onda elə onlara görə ürəkli iş görürəm. Qoy bura! Qoy bura, get!" Burada Təqsirləndirilən şəxs2 əlində saxladığı qara rəngli qovluğu açır və Şahid1 6 ədəd 100 manatlıq əskinası qovluğun içərisinə qoyur. Təqsirləndirilən şəxs2: "Get!" Şahid1: "Oldu". Təqsirləndirilən şəxs2: "Get! Bunu da ver Nigara, get". Şahid1: "Nigarın yanına gedim?" Təqsirləndirilən şəxs2: "Nigarın yanına get, bunu ver, get. Heç nə də demə! De ki, özüm danışmışam, yaxşı olacaq. Bunu ver get sən! Oldu?" Şahid1: "Bəs Nigar mənə desə ki, pul..." Təqsirləndirilən şəxs2: "Sənə heç nə deməyəcək. De ki, özüm onlarla danışdım, yaxşı olacaq. Vəssalam. Bax, belə də de!" Şahid1: "Oldu". Təqsirləndirilən şəxs2: "Get!" Protokoldan görünür ki, 21 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 600 manat məbləğində pul vəsaitini Şahid1 qəbul etməsindən dərhal sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin sabiq prokuroru X33 idarəsinin 3 nəfər əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs2 DSMF-nin Ağdaş rayon şöbəsinin inzibati binasında yerləşən xidməti otağına daxil olurlar. Əmir Qaloyev əvvəlcə özünü təqdim edir, Şahid1 şikayətinin məzmununu və əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında məhkəmənin qərarını elan edir. Təqsirləndirilən şəxs2 özünü təqdim edərək ona verilən suallara cavab olaraq göstərir ki, DSMF-nin Ağdaş rayon şöbəsinin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi vəzifəsində işləyir. Onun vəzifə funksiyası ünvanlı sosial yardımın təyin edilməsi üçün müraciət edən vətəndaşların elektron sistemdə göstərilən məlumatlarının düzgünlüyünü yerində yoxlamaqdan ibarətdir. Bu gün inzibati binanın həyətində qəbul etdiyi vətəndaş Şahid1dur. Şahid1 qızının işinə görə ona min manat verməli idi. Dörd yüz manatı vermişdi, bu gün də altı yüz manatı gətirib verdi. Min manatın qarşılığında isə qızının işi elektron sistemə daxil olduqdan sonra o, məlumatları yerində yoxlayıb təyinat verməli idi. Şahid1 işi birinci dəfə elektron sistemə daxil olduqda ona imtina verilmişdir. Buna görə də ikinci dəfə Şahid1 köməklik etmək üçün sonuncu ilə min manat müqabilində razılaşmışdır. Dünən dörd yüz manatı Şahid1 inzibati binanın daxilində, bu gün isə altı yüz manatı inzibati binanın həyətində qəbul etmişdir. Onun ünvanlı sosial yardım təyin etmək səlahiyyəti yoxdur. Həmin pulu qəbul etdikdən sonra növbəti hərəkəti ondan ibarət olmalı idi ki, vətəndaşın işi elektron sistemə daxil edildikdən sonra o, müdiri Şahid5 razılığını alıb elektron sistemə daxil edilmiş məlumatların düzgünlüyünü təsdiq etsin. Bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən bir az əvvəl Şahid1 qəbul etdiyi 600 manat məbləğində 6 ədəd 100 manatlıq əskinası, şalvarının sol yan cibindən isə dünən qəbul etdiyi 400 manat məbləğində 4 ədəd 100 manatlıq əskinası çıxarıb təqdim edir. Bir az əvvəl qəbul etdiyi 6 ədəd 100 manatlıq əskinasa xüsusi işıqlandırma cihazı vasitəsi ilə baxış keçirilən zaman hər bir əskinasın üzərində "Rüşvət 2020" sözlərinin yazıldığı müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 adına ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, 055- 67941-40 və ***-***-**-** saylı, Təqsirləndirilən şəxs1 adına 050-236- 70-50, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı, Təqsirləndirilən şəxs3 adına ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı, Şahid5 adına ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, 051-514-7216, ***-***-**-** və ***-***-**-** saylı, Şahid1 adına 050488-76-71, ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələri olmuşdur. Cinayət işinin matertiallarına əlavə edilmiş "xxxx" MMC-dən verilmiş telefonla ötürülən məlumatları əks etdirən diskə baxış keçirilməsi haqqında 11 iyun 2020ci il tarixli protokoldan görünür ki, Şahid1 istifadəsində olan 050488-76-71 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan 050860-80-71 saylı mobil nömrə arasında 12 oktyabr 2019-cu il tarixdə saat 09:43-də 28 saniyə, 14 oktyabr 2019-cu il tarixdə saat 09:02-də 55 saniyə, saat 09:38-də 6 saniyə, saat 10:03-də 19 saniyə, saat 11:13-də 29 saniyə, 1 noyabr 2019-cu il tarixdə saat 09:23də 15 saniyə, 14 noyabr 2019-cu il tarixdə saat 17:05-də 93 saniyə, 9 aprel 2020-ci il tarixdə saat 22:06-da 21 saniyə, 22:09-da 16 saniyə, 13 may 2020-ci il tarixdə saat 16:27də 136 saniyə, saat 16:34-də 465 saniyə, 16 may 2020-ci il tarixdə saat 21:04-də 592 saniyə, 18 may 2020-ci il tarixdə saat 11:15-də 28 saniyə, 19 may 2020-ci il tarixdə saat 10:33-də 16 saniyə davam edən telefon danışıqları aparılmışdır. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 051- ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan 050- ***-**-** saylı mobil nömrə arasında 22 mart 2020-ci il tarixdə saat 22:04-də 6 saniyə, 27 aprel 2020-ci il tarixdə saat 16:28-də isə 18 saniyə davam edən telefon danışıqları aparılmışdır. Protokoldan görünür ki, Şahid1 istifadəsində olan 050- ***-**-** saylı mobil nömrə ilə Şahid4 istifadəsində olan 050- ***-**-** saylı mobil nömrə arasında 19 iyul 2019-cu il tarixdə saat 19:41-də 1109 saniyə davam edən telefon danışığı aparılmışdır. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 051- ***-**-** saylı mobil nömrə ilə Şahid4 istifadəsində olan 050354-47-97 saylı mobil nömrə arasında 5 yanvar 2020-ci il tarixdə saat 17:32-də 67 saniyə, 31 yanvar 2020-ci il tarixdə saat 09:24-də 11 saniyə, 10 fevral 2020-ci il tarixdə saat 13:00-da 40 saniyə, saat 13:04-də 14 saniyə, 11 fevral 2020ci il tarixdə saat 14:22-də 112 saniyə, 13 fevral 2020-ci il tarixdə saat 18:46-da 12 saniyə, 17 fevral 2020-ci il tarixdə saat 09:52-də 33 saniyə, 18 fevral 2020-ci il tarixdə saat 17:37də 20 saniyə, 1 mart 2020-ci il tarixdə saat 20:48-də 117 saniyə, saat 23:53-də 41 saniyə, 3 mart 2020-ci il tarixdə saat 10:11-də 32 saniyə, 5 mart 2020-ci il tarixdə saat 18:39-da 81 saniyə, 3 oktyabr 2020-ci il tarixdə saat 12:10-da 10 saniyə, 10 may 2020-ci il tarixdə saat 07:50- də 201 saniyə, 11 may 2020-ci il tarixdə saat 16:25-də 28 saniyə, 18 may 2020-ci il tarixdə saat 14:47-də 21 saniyə, 21 may 2020-ci il tarixdə saat 17:09-da 691 saniyə, saat 21:16-da 64 saniyə davam edən telefon danışığı aparılmışdır. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 050- 236-70-50, ***-***-**-**, ***-***-**-** və 051490-55-55 saylı mobil nömrələr ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında mütəmadi olaraq telefon danışıqları aparılmışdır. Protokoldan görünür ki, Şahid5 istifadəsində olan 050- 345-26-33, 050-57990-71, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə Şahid1 və Təqsirləndirilən şəxs3 istifadəsində olan telefon nömrələri arasında heç vaxt telefon danışığı aparılmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-sənədlərin texniki ekspertizasının 11 iyun 2020-ci il tarixli 5/292 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 10 (on) ədəd C69989045, C64785773, A85439402, C35365791, C49680013, A37163189, C06913273, A78243077, C40724283, C43003450 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələri ilə təchiz olunmaqla mətbəə poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasının nümunələri ilə eynilik təşkil edir. Təqdim edilmiş C69989045, A85439402, C35365791, C49680013, A371631189, C06913273 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının üzərində UB işıqda görünən "Rüşvət 2020" yazıları vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 25 iyun 2020-ci il tarixli **********5 nömrəli məktubdan görünür ki, Şahid2 ünvanlı dövlət sosial yardımı üçün ilk dəfə 14 noyabr 2019-cu il tarixdə müraciət etmiş və müraciət **********20301 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin müraciətə ailə üzvü X22 adına rəsmiləşdirilmiş ***-***-**-** saylı telefon nömrəsinin bəyan edilməməsi səbəbindən 29 noyabr 2019-cu il tarixdə sistem tərəfindən imtina verilmişdir. O, 16 yanvar 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********23201 nömrəsi ilə qeydiyyata alınmışdır. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfıra bərabər olduğu üçün həmin müraciətə 16 yanvar 2020-ci il tarixdə sistem tərəfindən imtina verilmişdir. O, 24 yanvar 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********55401 nömrəsi ilə qeydiyyata alınmışdır. Öz adına olan **********29 dövlət qeydiyyat nömrəli torpaq sahəsinin qeyd edilmədiyi və ailə üzvü X11 istifadəsində 9 iyun 2015-ci il tarixdən nəqliyyat vasitəsi olduğu üçün həmin müraciətə 8 fevral 2020-ci il tarixdə sistem tərəfindən imtina verilmişdir. O, 9 mart 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********55402 nömrəsi ilə qeydiyyata alınmışdır. Ailə üzvü X11 istifadəsində 9 iyun 2015ci il tarixdən nəqliyyat vasitəsi olduğu üçün həmin müraciətə 18 mart 2020-ci il tarixdə sistem tərəfindən imtina verilmişdir. O, 15 aprel 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********55403 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin müraciətə ailənin maddiməişət şəraitinin müayinəsi nəticəsində onun "Ərizə-bəyannamə"də göstərdiyi ünvanda yaşamadığı müəyyən edildiyi üçün 14 aprel 2020-ci il tarixdə DSMFnin Ağdaş rayon şöbəsinin müdiri Şahid5 tərəfindən imtina verilmişdir. O, 29 may 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********39301 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin müraciətə 11 iyun 2020-ci il tarixdə DSMF-nin Ağdaş rayon şöbəsinin müdiri Şahid5 tərəfindən təyinat verilmişdir. Təyinatın başlama tarixi 1 may 2020-ci il, bitmə tarixi 1 may 2022-ci il, məbləği isə 341,90 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsində tərtib edilmiş 14 may 2020-ci il tarixli aktdan görünür ki, "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na 4 nömrəli əlavəyə uyğun olaraq Şahid2 müraciəti üzrə "Ərizə-bəyannamə"də yaşayış yeri kimi qeyd edilən ünvan 14 ünvanında həmin Şöbənin Ünanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri Şahid6 və həmin sektorun məsləhətçisi Təqsirləndirilən şəxs2 tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı ailənin qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmişdir. cild 1 i.v. 39 Cinayət işinin materiallarına əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 may 2020-ci il tarixli 166 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin müdiri Şahid5 14 may 2020-ci il tarixli **********9 nömrəli sorğusu əsasında verilmiş həmin məktubla ünvan 15 ünvanında Şahid2 yaşamadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 25 iyun 2020-ci il tarixli **********5 nömrəli məktubdan görünür ki, Şahid2 ünvanlı dövlət sosial yardımı üçün ilk dəfə 14 noyabr 2019-cu il tarixdə müraciət etmiş və müraciət **********20301 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin müraciətə ailə üzvü X22 adına rəsmiləşdirilmiş ***-***-**-** saylı telefon nömrəsinin bəyan edilməməsi səbəbindən 29 noyabr 2019-cu il tarixdə sistem tərəfindən imtina verilmişdir. O, 16 yanvar 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********23201 nömrəsi ilə qeydiyyata alınmışdır. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfıra bərabər olduğu üçün həmin müraciətə 16 yanvar 2020-ci il tarixdə sistem tərəfindən imtina verilmişdir. O, 24 yanvar 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********55401 nömrəsi ilə qeydiyyata alınmışdır. Öz adına olan **********29 dövlət qeydiyyat nömrəli torpaq sahəsinin qeyd edilmədiyi və ailə üzvü X11 istifadəsində 9 iyun 2015-ci il tarixdən nəqliyyat vasitəsi olduğu üçün həmin müraciətə 8 fevral 2020-ci il tarixdə sistem tərəfindən imtina verilmişdir. O, 9 mart 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********55402 nömrəsi ilə qeydiyyata alınmışdır. Ailə üzvü X11 istifadəsində 9 iyun 2015ci il tarixdən nəqliyyat vasitəsi olduğu üçün həmin müraciətə 18 mart 2020-ci il tarixdə sistem tərəfindən imtina verilmişdir. O, 15 aprel 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********55403 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin müraciətə ailənin maddiməişət şəraitinin müayinəsi nəticəsində onun "Ərizə-bəyannamə"də göstərdiyi ünvanda yaşamadığı müəyyən edildiyi üçün 14 aprel 2020-ci il tarixdə DSMFnin Ağdaş rayon şöbəsinin müdiri Şahid5 tərəfindən imtina verilmişdir. O, 29 may 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********39301 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin müraciətə 11 iyun 2020-ci il tarixdə DSMF-nin Ağdaş rayon şöbəsinin müdiri Şahid5 tərəfindən təyinat verilmişdir. Təyinatın başlama tarixi 1 may 2020-ci il, bitmə tarixi 1 may 2022-ci il, məbləği isə 341,90 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsində tərtib edilmiş 14 may 2020-ci il tarixli aktdan görünür ki, "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na 4 nömrəli əlavəyə uyğun olaraq Şahid2 müraciəti üzrə "Ərizə-bəyannamə"də yaşayış yeri kimi qeyd edilən ünvan 14 ünvanında həmin Şöbənin Ünanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri Şahid6 və həmin sektorun məsləhətçisi Təqsirləndirilən şəxs2 tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı ailənin qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 may 2020-ci il tarixli 166 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin müdiri Şahid5 14 may 2020-ci il tarixli **********9 nömrəli sorğusu əsasında verilmiş həmin məktubla ünvan 15 ünvanında Şahid2 yaşamadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Respublika üzrə rayon şöbələrinin sosial yardım və sosial müavinət sektorunun baş məsləhətçisi və məsləhətçisinin müvafiq olaraq 135429 və 135427 vəzifə kodlu qulluq funksiyalarından görünür ki,həriki vəzifəvətəndaşlara müavinətlərin, sosial yardımların vədigər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması, müavinət, sosial yardım və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak və s. funskiyalara malikdir. Cinayət işinin materiallarına əlavə edilmiş kadrların şəxsi uçot vərəqəsindən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 23 iyul 2013-cü il tarixli 0911-226 nömrəli, 18 dekabr 2017-ci il tarixli **********3 nömrəli, 19 fevral 2019-cu il tarixli **********7 nömrəli, 1 noyabr 2019-cu il tarixli **********6 nömrəli və 2 iyun 2020-ci il tarixli **********2 nömrəli əmrlərdən görünür ki,Təqsirləndirilən şəxs1 2 fevral 2009-cu il tarixdən 11 oktyabr 2011-ci il tarixədək həmin Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin Ağdaş rayon Əhalinin sosial müdafiəsi mərkəzinin sosial məişət xidməti sektorunda məsləhətçi, sonuncu tarixdən 23 iyul 2013cü il tarixədək həmin sektorda aparıcı məsləhətçi, sonuncu tarixdən 25 avqust 2016-cı il tarixədək həmin Mərkəzin mühasibat uçotu sektorunun müdiri-baş mühasib, sonuncu tarixdən 18 dekabr 2017-ci il tarixədək həmin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsində sosial yardım və sosial müavinətlər sektorunun müdiri vəzifəsində işləmiş, attestasiya imtahanında müvəffəqiyyət əldə edə bilmədiyi üçün 18 dekabr 2017-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, 19 fevral 2019-cu il tarixdə həmin Fondun Ağdaş rayon şöbəsinin sosial sığorta sektorunda baş məsləhətçi vəzifəsinə təyin edilmiş, 1 noyabr 2019-cu il tarixdə həmin Fondun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi vəzifəsinə keçirilmiş, 2 iyun 2020ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş kadrların şəxsi uçot vərəqəsindən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 15 iyul 2014-cü il tarixli 09/11-561 nömrəli, 10 sentyabr 2014-cü il tarixli 09/12-311 nömrəli, 18 sentyabr 2014-cü il tarixli 09/11-671 nömrəli. 3 noyabr 2015-ci il tarixli 09/12-229 nömrəli, 4 noyabr 2015-ci il tarixli 09/11-475 nömrəli, 8 iyul 2016-cı il tarixli 09/12-504 nömrəli, 6 dekabr 2016-cı il tarixli 09/11-1206 nömrəli, 1 noyabr 2019-cu il tarixli **********6 nömrəli və 2 iyun 2020-ci il tarixli **********2 nömrəli əmrlərdən görünür ki, Təqsirləndirilən şəxs2 16 iyul 2014-cü il tarixdən 10 sentyabr 2014-cü il tarixədək həmin Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin Ağdaş rayon Əhalinin sosial müdafiəsi mərkəzinin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi, 18 sentyabr 2014-cü il tarixdən 3 noyabr 2015-ci il tarixədək həmin Mərkəzin sosial məişət xidməti sektorunda aparıcı məsləhətçi, 4 noyabr 2015-ci il tarixdən 8 iyul 2016-cı il tarixədək həmin Mərkəzin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi, 6 dekabr 2016-cı il tarixdən 1 noyabr 2019-cu il tarixədək həmin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Sosial sığorta sektorunda məsləhətçi, sonuncu tarixdən 2 iyun 2020-ci il tarixədək həmin Fondun Ağdaş rayon şöbəsininÜnvanlı sosial yardım vəsosial müavinətlər sektorunda məsləhətçi vəzifələrində işləmiş, 2 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. "Ünvanlı dövlət sosial yardımı haqqında" 21 oktyabr 2005-ci il tarixli 1039-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" təsdiq edilmişdir. Həmin Qaydaların 2-ci bəndinə görə ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüter, mobil telefon və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə "Elektron hökumət" və ya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "e-sosial" internet portallarında yerləşdirilmiş "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətdən istifadə etməklə" Ərizəbəyannamə"ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlıyardım" (VEMTAS) altsisteminə göndərir.Sosial yardımın alınması üçün kağız üzərində müraciət edən şəxs notariat orqanı tərəfindən təsdiq edilmiş "Ərizə" və "Ərizəbəyannamə"ni Təmsilçinin yaşayış yeri üzrə həmin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinə və ya "DOST" mərkəzinə təqdim edir. Kağız üzərində edilən müraciət həmin Şöbə və ya həmin Mərkəz tərəfindən rəsmi olaraq qəbul olunur və bu barədə Təmsilçiyə müvafiq bildiriş təqdim edilir. Müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda həmin Şöbənin və ya həmin Mərkəzin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat rəsmən bir iş günü müddətində Təmsilçiyə bildirilir. Həmin Qaydaların 3-cü bəndində göstərilmişdir ki, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş həmin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin ünvanlı sosial yardım üzrə işçisinə həmin Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddiməişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Şöbənin ünvanlı sosial yardım üzrə işçisi "Ailənin maddi-məişət şəraitinin müayinəsi"ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimindəVEMTAS-a ötürür.VEMTAStərəfindənxüsusiproqram təminatı vasitəsiləhəmin məlumatların "Ərizəbəyannamə"də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır. Həmin Qaydaların 3.7.1-ci bəndinə görə sosial yardımın alınması üçün müraciətlər üzrə "Ərizəbəyannamə" dəqeydedilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda, bu, sosial yardımın təyin olunmasından imtina edilməsi üçün əsasdır. Burada ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırığın göndərilməsi nəzərdə tutulan "Şöbənin ünvanlı sosial yardım üzrə işçisi" dedikdə həmin Nazirlik yanında DSMF-nin rayon (şəhər) şöbələrinin sosial yardım və sosial müavinətlər sektorunda işləyən məsləhətçilər və baş məsləhətçilər nəzərdə tutulur. Belə ki, ünvanlı dövlət sosial yardımı üçün müraciət edən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması,"Ərizə-bəyannamə"də qeyd edilmiş məlumatların yoxlanılması, məlumatlarda uyğunsuzluğun aşkar olunması və ya olunmaması haqqında akt tərtib edilməsi həmin sektorun işçilərinə həvalə edilmişdir. Müvafiq rayon (şəhər) şöbələrinin müdirləri "Ərizə bəyannamə"də göstərilən məlumatların doğruluğunu və müraciət edən şəxsin Azərbaycan Respublikasının ərazisində yaşamaqla müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailə kimi ünvanlı dövlət sosial yardımını almaq hüququ olan şəxs olduğunu təsdiq edərkən həmin işçilər tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi aktını əsas tutur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 DSMFnin Ağdaş rayon şöbəsinin sosial yardım və sosial müavinətlər sektorunun müvafiq olaraq baş məsləhətçisi və məsləhətçisi kimi ünvanlı dövlət sosial yardımı üçün müraciət edən ailələrə təyinatın verilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malik olmasalar da, "Ərizəbəyannamə"də qeyd edilmiş məlumatların yoxlanılması və ailənin ünvanlı dövlət sosial yardımı üçün tələb olunan meyarlara cavab verməsinin müəyyən edilməsi üçün maddiməişət şəraitinin müayinəsinin aparılması və müəyyən edilmiş halların aktla təsdiq edilməsi onların vəzifələridir. Bu isə onların vəzifəli şəxs statusunu, müvafiq məsələlərlə əlaqədar hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamına səbəb olan hərəkətlər etmək səlahiyyətinə malik olmalarını təsdiq edir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 9 iyun 2020ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 9 iyun 2020ci il tarixli arayışdan və Ağdaş rayon məhkəməsinin 1(014)-10/2017 nömrəli iş üzrə 6 fevral 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Ağdaş rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 21 iyul 2020-ci il tarixli 1174 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş rayon məhkəməsinin 6 fevral 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3.000 (üç min) manat cərimə cəzasının ödənilməsi üçün əmək haqqından 1.790 (bir min yeddi yüz doxsan) manat tutularaq dövlət nəfinə keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 9 iyun 2020-ci il tarixli 1807 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 17 ünvanında 1953-cü il təvəllüdlü anası X14, 1972-ci il təvəllüdlü arvadı X12 və 1995- ci il təvəllüdlü oğlu X6 ilə birlikdə yaşamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 9 iyun 2020-ci il tarixli 1809 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 18 ünvanında 1970-ci il təvəllüdlü əri X29 və 1998-ci il təvəllüdlü oğlu X18 ilə birlikdə yaşamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş vəsiqənin surətindən və tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 əri X3 Müharibəsi veteranıdır, onkoloji xəstəlikdən əziyyət çəkir. Cinayət işinin materiallarına əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağzıbir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 9 iyun 2020-ci il tarixli 127 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş rayonu, Ağzıbir kəndində 1984-cü il təvəllüdlü arvadı X2, 2005-ci il təvəllüdlü oğlu X15 və 2008-ci il təvəllüdlü qızı X7 ilə birlikdə yaşamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş X8 tərəfindən məhkəməyə daxil olmuş müraciətdən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon Şöbəsinin təqdim etdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 dayısı X1 müharibəsi zamanı şəhid olmuş, atası onkoloji xəstədir. Cinayət işinin materiallarına əlavə edilmiş "Ağdaş rayon Mərkəzi Xəstəxanası" publik hüquq şəxs tərəfindən verilmiş 10 iyun 2020-ci il tarixli 598 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin xəstəxanada ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda olmamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxs tərəfindən verilmiş 16 mart 2020-ci il tarixli 4141 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin xəstəxanada müalicədə olmamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxs tərəfindən verilmiş 23 iyun 2020-ci il tarixli 19/51-5828 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin xəstəxanada müalicədə olmamışlar. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 21 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 22 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 23 may 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 23 may 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 23 may 2020-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Bayraz qızının barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Cınayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri, Əhmədov X9 Məcəlləsinin 311.3.1-ci maddəsi, Təqsirləndirilən şəxs3 isə Cınayət Məcəlləsinin 32.5, 311.1-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq, birinci instansiya məhkəməsi, məhkəmə kollegiyasının iclası zamanı verdikləri ifadələrə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143-146-cı mаddələrinin tələblərinə əməl edilərək şəxslər Təqsirləndirilən şəxs1 Cınayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə, Əhmədov X9 Məcəlləsinin 311.3.1-ci maddəsi ilə məhkum olunduqları cinаyət əməlini törətməkdə təqsirli olması bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək, törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, təqsirləndirilən şəxslərin cinаyət əməli Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur Təqsirləndirilən şəxs1 müdafiəçisi X28 apellyasiya şikayətində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-in 42.1.3, 42.1.4-cü maddələrinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirinin sübuta yetirilməməsi əsasları ilə CM-in 311.3.1 və 311.3.2-ci maddələri ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Cinayət Məcəlləsinin 311-ci maddəsinin mənasına görə həmin cinayət formal tərkibli olmaqla vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi anından artıq rüşvət alma cinayətinin tərkibi yaranmış olur. Təqsirləndirilən şəxs1 Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi vəzifəsində işləməklə qızına ünvanlı sosial müavinət təyin edilməsi üçün ona müraciət edən Əvəz Ələkbərovdan sonuncunun qızına ünvanlı sosial yardımın aparılması üçün Təqsirləndirilən şəxs3 vasitəsilə 500 manat pulu istədiyi andan onun əməlində rüşvət alma cinayəti başa çatmış, eyni zamanda Təqsirləndirilən şəxs3 da həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 rüşvət istəməsinə köməklik etmişdir. Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi işlədiyi işin xüsusiyyətinə görə müraciət edən hər bir şəxsin yaşadığı ünvanda ailənin maddiməişət şəraitinin müayinəsi səlahiyyətinə malik olduğundan və həmin müayinə aktının ünvanlı sosial yardımın təyin olunmasına birbaşa təsiri olduğuna görə məhkəmə kollegiyası onun əməlində rüşvət alma cinayətinin əlamətlərinin olması qənaətinə gəlir. Eyni zamanda Təqsirləndirilən şəxs2 da öz vəzifə səlahiyyətlərinə görə şəxsin yaşadığı ünvanda ailənin maddi-məişət şəraitinin müayinəsini aparan şəxs olduğundan və onun tərəfindən tətrib olunmuş aktın birbaşa ünvanlı sosial yardıma təsir edə biləcəyi nəzərə alınaraq onun tərəfindən Əvəz Ələkbərovdan ünvanlı sosial yardım üçün 1000 manat pul istədiyi andan artıq onun əməlində rüşvət alma cinayəti başa çatmışdır. Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şahid2 ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün müraciət edən Şahid1 Təqsirləndirilən şəxs3 yanına göndərmədiyini, sonuncuya Şahid1 400 manat pul almasını tapşırmadığını, bacanağı Şahid4 Şahid1 üçün ondan xahiş etmədiyini, Şahid4 800 manat pul müqabilində Şahid1 qızı Şahid2 ünvanlı sosial yardımın təyin edilməsində kömək edəcəyini demədiyini, eləcə də Təqsirləndirilən şəxs2 Şahid1 yanına pul danışması və pul alması üçün göndərmədiyini, eyni zamanda şahid Təqsirləndirilən şəxs3 onun tanımadığını, Şahid1 maddi ehtiyacı olduğu üçün pul aldığını bildirmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş telefonla ötürülən məlumatlardan görünür ki, Şahid2 ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etdiyi vaxtda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 istifadələrində olan telefon nömrələri arasında bir neçə dəfə telefon danışığı aparılmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 həmin danışıqların mahiyyətini izah edərkən Təqsirləndirilən şəxs1 ona Şahid1 əvvəlcə 500 manat, daha sonra maddi imkanını nəzərə alaraq 400 manat pul almasını tapşırdığını bildirmişdir. Keçirilmiş üzləşdirmə zamanı da Təqsirləndirilən şəxs3 həmin ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı qətiyyətlə bəyan etmişdir. Təqsirləndirilən şəxs1 ilə Şahid1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmələr zamanı da Şahid1 onu qızı Şahid2 ünvanlı sosial yardım işinin həll edilməsi üçün Təqsirləndirilən şəxs3 yanına göndərdiyini, həmin vaxt Təqsirləndirilən şəxs3 tapşırıq verərək ondan 400 manat pul almasını, Təqsirləndirilən şəxs2 isə onu Şahid1la görüşə sonuncu ilə pul danışması, 800 manata razı olmayaraq 1.000 manat tələb etməsi üçün göndərdiyini Təqsirləndirilən şəxs1 üzünə qarşı qətiyyətlə bəyan etmişlər. Məhkəmə kollegiyası əlavə olaraq qed edir ki, digər Təqsirləndirilən şəxs3 məhkəmə kollegiyasının iclasında şahid qismində verdiyi ifadə ilə ibtidai istintaq mərhələsində verdiyi ifadəsi arasında olan ziddiyyətləri mən ibtidai istintaqda elə deməmişəm sadəcə ifadəmə imza çəkmişəm şəklində izah etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 vasitəsilə, Şahid1 rüşvət qismində almışdır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələrinin tərkibi vardır. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Təqsirləndirilən şəxs1 məhkum olunduğu Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin bütün dəlilləri əsassızdır. Digər Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətində Şəki Ağır Cinayətər Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilməsi, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin CM-in 178.2.3-cü maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında olan azadlıqdan məhrutmetmə ilə bağlı olmayan yüngül cəzanın ən aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 36-cı bəndində qeyd edilir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərər çəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi yalnız dələduzluq kimi qiymətləndirilir. Belə halda təqsirkar rüşvətxorluqda vasitəçi kimi iştirak etmədiyindən əmlakı ələ keçirilmiş şəxs zərər çəkmiş, cinayət təqibi zamanı mülki iddia verdikdə isə - həm də mülki iddiaçı kimi tanınmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 əməlininin Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə düzgün tövsif edilməsi qənaətinə düz gəlmiş və haqlı olaraq həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, iş materialları ilə və məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 2019-cu ilin mart ayından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi vəzifəsində işləyərkən həmin Nazirlik tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən, vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən vətəndaşlardan qanunvericiliyə uyğun olaraq lazımi sənədlərin tələb olunması, müavinət, sosial yardım və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak etmək funksiyalarına malik vəzifəli şəxs kimi işlədiyi şöbənin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, sonuncu ilə birlikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkətə, yəni 21 oktyabr 2005-ci il tarixli "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa və həmin Qanunun 6.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydalarının 2.3 və 3.3-cü bəndlərinə əsasən ünvanlı sosial yardımla bağlı elektron formada müraciətin "Elektron hökumət" və ya Nazirliyin "e-sosial" internet portallarında yerləşdirilmiş "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətindən istifadə edilməklə doldurulmuş "Ərizə-bəyannamə"nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə göndərilməsi ilə əlaqədar həmin altsistem tərəfindən ailənin maddiməişət şəraitinin müayinəsinin aparılması barədə işlədikləri həmin Şöbəyə göndərilməklə Təqsirləndirilən şəxs1la birlikdə icra edəcəkləri tapşırıq üzrə yoxlama və uzlaşdırmaların nəticələrinin Ağdaş rayon sakini Şahid2 üçün Azərbaycan Respublikasının ərazisində yaşamaqla müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailə kimi sosial yardımın təyin olunmasına imkan verəcək şəkildə həmin altsistemdə qeyd edilməklə müraciətin müsbət həllinə görə sonuncunun atası Şahid1 2020-ci ilin may ayının 17-də Ağdaş şəhəri, H.Əliyev prospekti, 97 ünvanının qarşısında, Təqsirləndirilən şəxs1la aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, sonuncu və özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 1.000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəmiş, həmin niyyətlə 20 may 2020-ci il tarixdə saat 10 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti, 97 ünvanında yerləşən həmin Fondun Ağdaş rayon şöbəsinin inzibati binasının 1-ci mərtəbəsində Şahid1 400 manat, 21 may 2020-ci il tarixdə saat 11 radələrində isə həmin Şöbənin inzibati binasının qarşısında 600 manat olmaqla, cəmi 1.000 (bir min) manat məbləğində pul vəsaitini rüşvət qismində almışdır ki, belə olan halda onun əməli dələduzluq kimi qiymətləndirilə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, cinayətin düzgün tövsifinin mühüm sosial-siyasi və hüquqi əhəmiyyəti vardır. Düzgün olmayan tövsif təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Məhkəmələr hökm çıxararkən əməldə cinayət tərkibinin olmasını və təqsirkar tərəfindən törədilən cinayətin qanunun məhz hansı maddəsilə nəzərdə tutulduğu aydınlaşdırmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd edir Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində onun yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzasını yüngülləşdirən hallar qismində müəyyən etmiş, cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir Həmçinin apelyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 müdafiəçisi X28 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Şəki Ağır Cinayətər Məhkəməsinin 16 mart 2021ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 müdafiəçisi X28 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki Ağır Cinayətər Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-208/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-208/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver