Məhkəmə qərarları › İş №1(107)-21/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-21/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-21/2021 11.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X11, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair X18 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(091)-99/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X18 Məhkəməsinin (sədrlik edən B.Məmmədov) xx xxxxxxxx 2020-ci il tarixli, 1(091)- 99/2020 nömrəli hökmü ilə, xx xxxxx 1995-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı əvvəllər məhkum olunmamış, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi,cəza çəkmə müddətinin başlanğıcının xx xxxxxx 2020-ci il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 102,54 AZN (yüz iki manat, əlli dörd qəpik) ekspertiza xərciTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan – Ağdaş rayon Polis Şöbəsində saxlanılan 2,61 qram narkotik vasitə olan heroin, iki ədəd plastik butulka və bir rulon aliminiumun məhv edilməsi, dörd ədəd beş manatlıq pul əskinasları Ağdaş rayon Polis Şöbəsinə təhvil verilməsi, cinayət törədilərkən istifadə edilən bir ədəd elektron tərəzi iş üzrə xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılmasl, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməsi, narkoloji kabinetdə qeydiyyatda olmasının nəzərə alınması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2020-ci ilin yanvar ayının əvvəllərində Ağdaş şəhəri Maşad küçəsindən ümumilikdə külli miqdarda təmiz çəkiləri 2,9 qram narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitələri 07 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,042 qram, 0,035 qram, 0,510 qram, 0,597 qram, 0,608 qram, 0,607 qram və 0,501 qram olmaqla bükümlərə bükməklə satış məqsədilə qanunsuz olaraq saxlayıb daşımış, xx.xx.2020-ci il tarixdə saat 1500 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı həmin narkotik vasitələrdən 02 ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,042 və 0,035 qram, ümumi təmiz çəkisi 0,077 qram narkotik vasitə olan heroini Ağdaş şəhəri M.İsayev küçəsində 20 manata şərti alıcı Şahid1 qanunsuz olaraq satmışdır. Həmçinin xx.xx.2020-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs özünə məxsus VAZ-2106 markalı 03- BJ-793 dövlət qeydiyyat nişanlı avtomobilin əl əyləcinin yanında külli miqdarda satış məqsədilə qanunsuz olaraq saxladığı 05 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.510 qram, 0.597 qram, 0.608 qram, 0.607 qram və 0.501 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. X18 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-72/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hökmdən narazıdır. Belə ki, aşağıdakı əsaslara görə X18 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli Hökmü təqsirli bilinən şəxsə qarşı günahının olması sübuta yetirilmədən qeyri qanuni yolla cəza tədbirinin görülməsi, cinayət prosesi prinsiplərinin və çəkişmə prinsipinin pozulmasına ciddi əməl edilməməsi səbəbindən dəyişdirməlidir. Belə ki, şahid qismində ifadə verən polis mayoru X5 öz ifadəsində bildirmişdir ki, narkotik maddələrin bir hissəsi yerə dağılsa da daha sonra şahid qismində ifadə verən polis baş leytnantı Şahid11 öz ifadəsində bildirmişdir ki, narkotik vasitələr bükümlərdə idi, yəni yerə dağılmadı. Şahid qismində ifadə verən polis leytnantı Şahid9 öğlu öz ifadəsində bildirmişdir ki, narkotik vasitələrin yerə dağılmasından xəbəri yoxdur. Hal şahidi kimi ifadə verən Şahid6 öz ifadəsində bildirmişdir ki, narkotik vasitələrin bir hissəsi yerə düşdü və əldə qalan narkotik maddəni çəkdilər. Hal şahidi qismində ifadə verən Şahid8 öz ifadəsində qeyd etmişdir ki, narkotik vasitələrin yerə dağılmasını görməmişdir və onlar bir və ya iki bükümdən ibarət olmuşdur. Hal şahidlərinin və şahidlərin ifadələrində olan uyğunsuzluqlar ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaratmışdır. Bununla bağlı vəsatət verərək hal şahidlərin və şahidlərin ifadələrinin sübutlar siyahısından çıxarılmasını xahiş etsə də məhkəmə tərkibi tərəfindən vəsatəti təmin edilməmiş və hökm qəbul edərkən buna münasibət bildirməmişlər. Təqsirləndirilən şəxs öz ifadəsində bildirmişdir ki, o, narkotik vasitəsini külli miqdarda, satmaqda özünü təqsirli bilmir. Yalnız iki qramdan az olmaqla heroini öz istifadəsi üçün saxlamaqda özünü təqsirli bilir. Şahid1 narkotik vasitə satmamışdır. Onun ağrıları olduğunu bildirdiyi üçün öz istifadəsi üçün saxladığı narkotik vasitənin bir hissəsini R.Gülsabaha vermişdir. Gülsabahdan aldığı 20 manat pulu borc olaraq almışdır. R.Gülsabah öz ifadəsində təsdiq edir ki, F.Rüstəmdən narkotikanı istəyərkən ağrıları olmasını bildirmişdir. Cinayət işi materiallarında R.Gülsabahm şərti alıcı olması dəfələrlə qeyd olunmuşdur. Avropa Məhkəməsinin Vanyan Rusiya Federasiyası, X1rşı ipesidentlərindən məlumdur ki, şərti alıcının işə cəlb edilməsi şəxsin cinayət törətməyə təhrik edilməsi kimi qiymətləndirilir. Ona görə də şəxsin bu əsaslarla cinayət məsuliyyətinə cəlb edilməsi yol verilməzdir. Bundan başqa iş üzrə məhkəmə kimyəvi ekspertiziyasmı təkrar təyin etmədi. Narkotik vasitənin kimyəvi tərkibinin müəyyən olunması barədə vəsatəti təmin edilmədi. Vəsatətin təmin olunmamasına səbəb iş üzrə kimyəvi ekspertiziya təyin olunmuş və həmin ekspertin rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələr qerayindir. Şahid1 təqdim etdiyi qerain ilə kimyəvi tərkib eynidir. Lakin bu ekspert rəyi mənim vəsatətimdə qoyduğum sualları tam əhatə etmir. Həmçinin şahidlərin ifadələrində göstərilən narkotik vasitələrin torpağa qarışması faktı nəzərə alınmayıb. Narikotik vasitənin torpağa qarışması kaktı ilə əlaqədar Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin nə qədərini torpaq təşkil etdiyi nə qədərinin narkotik vasitəsinin təsirini azaldan qoşqulardan nə qədərini isə təmiz narkotik vasitə olduğu müəyyən edilməliydi. Çünki, xx.xx.2005-ci il tarixli 961-İİQ nömrəli Azərbaycan Respublikası qanununa əsasən narkotik vasitələrin çəkisi təmiz halda qramlarla göstərilməlidir. Ancaq Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə qerain təmiz halda deyil torpağa qarışmış halda çəkilmiş və buna görədə qerain üçün nəzərdə tutulmuş 2 qram külli miqdar həddini keçmişdir. Bu da onu sübut edir ki, təqsirləndirilən şəxs F.Rüstəm ifadəsində göstərdiyionda olan narkotik vasitəsinin 2 iki qramdan az olması yerə dağıldıqdan və torpağa qarışdıqdan sonra çəkilərkən 2 qramdan artıq göstərilməsi heç də özünü müdafiə edən ifadə deyil və şahid ifadələrinə sübut edilmiş reallıqdır. Bu reallığın düzgün qiymətləndirilməsi X18 Məhkəməsinin Hakimlər kolleqiyasının tərkibi tərəfindən işə qərəzli yanaşmasını özlərini Hakim kimi deyil ittiham tərəfi kimi aparmasını sübut edir. Təqsirləndirilən şəxs təqsirli olunması Hakim tərəfindən sübuta yetirilmədi. X18 Məhkəməsi cinayət rosesini həyata keçirərkən Cinayət Prosessual Məcəlləsinin maddələrini təqsirli bilinən şəxsə qarşı düzgün tətbiq etməməsi və işin hallarında ən əsas şahidlərin F.Rüstəmin xeyrinə ifadə verməsi və cinayət işi üzrə vacib şahidlərin məhkəmə iclas zalına çağrılmaması onu sübut edir ki, təqsirli bilinənin günahı yoxdur. Bundan başqa məhkəmə iclas zalında Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 32.1-ə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəflərin çəkişməsi əsasında həyata keçirilməlidir. Məhkəmənin gedişat qaydasını pozan Hakim icazə vermirdi ki, cinayət mühakimə icraatı tərəflərin çəkişmə yoluyla həyata keçirilsin və öz mövqeyini müdafiə etməyə icazə verilmirdi. Qanunda göstərilən tələblərin pozulması ilə aparılan Məhkəmə iclası prosessual hərəkətlərin və qəbul olunmuş Hökmün ədalətli hüquqi qüvvəsi ola bilməz. Belə ki, cinayət tərkibli bütün halları hərtərəfli, tam və obyektiv X18 Məhkəməsində Hakimlər tərəfindən araşdırılmamışdır. Təqsirləndirilən şəxs kimi dinləmədilər. Əvvəlcədən hazırlanmış senari ilə Məhkəmə iştirakçıları işlərini görürdülər və bizim etirazlarını məhkəmə zalında dinləsələr də onun ifadələrini özünü müdafə sayaraq heç bir əhəmiyyət vermədilər. Halbuki, ittiham tərəfinin təqdim etdiyi şahidlərin və hal şahidlərinin ifadələriylə təqsirləndirilən şəxsin ifadələri tam üstüstə düşmüşdür. Təqsirləndirilən şəxsi bir insan kimi tanımaq istəməməkləri və şəxsiyyətinə hörmət etməməkləri Hakimlərin davranışında göz qabağında olmuşdur. Beləliklə Hakimlərin qanunu saymaması onda əsaslı şübhə yaradırdı və açıq aşkar narkotiklə mübarizədə Dövlət siyasətinə guya dəstək verməkləri açıq aşkara hiss olunurdu. Belə ki, yalan ifadə verən şahidlər və hal şahidləri barəsində xüsusi qərardad çıxarılması barədə verdiyi vəsatətin təmin olunmaması və məhkəmə tərkibi tərəfindən heç bir münasibət bildirilməməsi Hakimlərin itiham tərəfi mövqeyini tutması bir daha təsdiqini tapır. Yəni yalan ifadə verən şahidlər polis əməkdaşlarıdır, hal şahidləri isə ittiham tərəfi tərəfindən təqdim olunmuşdur. Bu da sonda ədalətli qərarın qəbul edilməməsiylə nəticələndi. X18 Məhkəməsinin xx xxxxxxxx 2020-cu il tarixliiş № 1 (091 )-99/2020 saylı Hökmündən ağır cəza təyin olunması, prosesual hüquq normalarının düzgün tətbiq edilməməsi, faktiki halların araşdırılmaması sübuta yetirilir və elə bu səbəbdən o belə hesab edir ki, Hökm dəyişdirilməli və cinayət işinə yenidən baxılmalıdır. Odur ki, Təqsirləndirilən şəxs əməlinin CMin 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməklə yeni hökm çıxarılmasınlı xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi çıxışında apelyasiya şikayətini müdafiə edərək Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməklə yeni hökm çıxarılmasınlı xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X15 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, X18 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-72/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apelyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, X18 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-72/2020 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda qismən təqsirli hesab edərək ifadəsində bildirdi ki, avtomobilində aşkar edilmiş narkotik vasitənin çəkisi 2 qram olmuşdur. Belə ki, o narkotik maddələrin istifadəçisi, həm də xəstəsi olduğundan həmin narkotik maddənin bir qismini istifadə etmişdir. Lakin, heç vaxt kiməsə narkotik vasitə satmamışdır. Ağdaş şəhərində Maşad küçəsində tapdığı həmin narkotik vasitəni özündə olan tərəzi ilə çəkərək şəxsi istifadəsi üçün saxlamışdır. O Ağdaş rayon sakini kimi tanıdığı Şahid1 narkotik vasitə satmamış, Şahid1 ona zəng vuraraq narkotik vasitəyə ehtiyacı olduğundan ona həmin narkotik vasitəni ona pay vermişdir. Polis əməkdaşları onun əlini sıxanda həmin vaxt stola təpik vurduğundan narkotik vasitə yerə dağılmış, yerdən yığılıb çəkildikdən sonra narkotik vasitənin çəkisi 2 qramdan artıq olmuşdur. Həmçinin, polis əməkdaşları onu saxlayan zaman onun üstündə 120 manat pul olduğunu bildirmişdir. Eləcədə, o 2-ci şahidi tanımadığını və onunla telefon danışıqları olmadığını bildirdi. O, özünü CM-in 234.4.3-cü maddəsi ilə yox, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayının əvvəllərində Ağdaş şəhərində Maşad küçəsi ilə gedən zaman qarşısına çıxan sellofan bükümü açıb baxdıqda içərisində kağız bükümlərə bükülmüş narkotik vasitə olan heroin olduğunu görmüş, ağrıları olduğu üçün narkotik vasitədən istifadə etdiyinə görə həmin narkotik vasitəni də ağrıları olan zaman istifadə etmək məqsədilə özündə saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayon sakini kimi tanıdığı Şahid1 ona zəng edərək ondan narkotik vasitə istəmiş, saat 15 radələrində Gülsabah Ağdaş şəhəri M.İsayev küçəsinə gəldikdən sonra orada sonuncu ilə görüşüb 20 manat pul aldıqdan sonra Gülsabaha Maşad küçəsindən tapdığı narkotik vasitələrdən 02 ədəd kağız bükümünü vermişdir. Gülsabaha həmin narkotik vasitəni pay vermiş, 20 manatı isə Gülsabahdan borc almışdır. Gülsabah getdikdən sonra Polis Əməkdaşları oraya gələrək ona üzərində, evində və avtomobilində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat olduğuna görə baxış keçirilməsi üçün məhkəmənin qərarı olduğunu bildirdikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs kimi müdafiəçi və iki hal şahidinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd alışqan, qara rəngli gödəkçənin sağ yan cibində altı ədəd 10 manatlıq, bir ədəd 20 manatlıq pul əskinasları və bir ədəd 50 qəpiklik pul əskinasları, gödəkçənin sol iç cibindən ətir və əl dəsmalı, şalvarın sol yan cibindən 04 ədəd 5 manatlıq pul əskinasları aşkar olunmuşdur. Pul əskinaslarının surətləri ilə üzərində olan pul əskinasları eyniləşdirlən zaman Gülsabahın ona verdiyi dörd ədəd 5 manatlıq pul əskinasları ilə eynilik təşkil etmişdir. Sonra özünə məxsus Vaz-2106 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman əl əyləcinin yanından bir ədəd elektron tərəzi və beş ədəd içərisində qəhvəyi rəngli toz halında kütlə olan kağız büküm aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, çəkilərini xatırlamasa da 2 qramdan az olmuşdur. Həmin vaxt stola təpik vurduğundan narkotik vasitə yerə dağılmış, yerdən yığılıb çəkildikdən sonra narkotik vasitənin çəkisi 2 qramdan artıq olmuşdur. Bundan başqa avtomobilinin salonundan narkotik vasitə istifadə etmək üçün saxladığı iki ədəd plastik butulka, bir rulon aliminium falqa, bir ədəd portmanat, bir ədəd Samsung markalı mobil telefon və bir ədəd tiyəsi qara olan bıçaq aşkar edilmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edildikdən sonra həmin protokolu imzalamışdır. Narkotik vasitənin çəkisi ilə razılaşmamış, çünki onun avtomobilində 04 ədəd büküm olmuşdur. Külli miqdarda narkotik vasitə satmaq məqsədi olmamış, onda aşkar olunan narkotik vasitənin çəkisi 2 qramdan az olmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid X2 ifadəsində bildirdi ki, küçədə dayanan zaman Təqsirləndirilən şəxs polis əməkdaşları tutub məhlədə olan atasının qarajına apardılar. Sonra Fikrətin atası qapını döyüb atası olduğunu və onuda içəri buraxılmasını dedi. Atasını içəri buraxanda o digər qapıdan evin qapısı tərəfə getmişdir. Bu an Fikrətin atasının səsini eşitmiş, həmin zaman o polislərə yerə tökülən narkotiki tozlu-torpaqlı halda hara yığırsız söyləmişdir. İşə yenidən baxan apelyasiya instansiya məhkəməsi aşağıda tədqiq edilən sübutlara görə təqsirləndirilən şəxsin həm birinci, həm də apelyasiya məhkəməsinin iclasında CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrini qeyri səmimi və uyğun olaraq bununla bağlı apelyasiya şikayətinin dəlillərini əsaslı saymır. Çünki, məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəldən tanıdığı Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə sonuncunun cinayət əməlini ifşa etmək qərarına gələrək xx xxxxxx 2020-ci il tarixdə saat 1250 -də Rüstəmlə telefonla söhbət zamanı Rüstəmin ona 20 manata narkotik vasitə sata biləcəyini dedikdən sonra Ağdaş rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət edib Rüstəmin narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması barədə məlumat vermişdir. Bundan sonra Polis Şöbəsində iki hal şahidinin iştirakı ilə dörd ədəd 5 manatlıq olmaqla cəmi 20 manat pul əskinaslarının surətləri çıxarılaraq ona verilmiş, saat 1445–də polis şöbəsindən çıxaraq Rüstəmlə telefonla əlaqə saxlayaraq sonuncu ilə görüşmək üçün Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən artezianın yanına getmişdir. Bir neçə dəqiqə sonra Rüstəm yanına gələrək ona içərisində narkotik vasitə heroin olan iki ədəd kağız büküm vermiş, həmin narkotikin müqabilində Polis Əməkdaşları tərəfindən ona verilmiş 20 manat pulu Rüstəmə vermişdir. Rüstəmdən aldığı kağız bükümləri aparıb Polis Şöbəsində təqdim etmiş, həmin bükümlər iki hal şahidinin iştitakı ilə açılarkən içərisindən qəhvəyi rəngli, toz halında maddə aşkar edilmiş, elektron tərəzidə çəkilən zaman isə hər birinin 0,11 qram, ümumilikdə 0,22 qram olduğu müəyən edilmişdir. Bu barədə protokol tərtib olunduqdan sonra həmin protokolu digər iştirakçılarla birlikdə imzalamışdır. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 1430 radələrində Ağdaş rayon Polis Şöbəsinin qarşısından keçərkən polis əməkdaşları ona yaxınlaşaraq hal şahidi qismində iştirak etməsini təklif etmiş, polislərlə razılaşdıqdan sonra Ağdaş rayon Polis Şöbəsində Gülsabah adlı şəxsə dörd ədəd 5 manatlıq olmaqla cəmi 20 manat pul verilərək həmin pulların kserosurətləri çıxarılaraq polis əməkdaşlarında saxlanılmışdır. Gülsabah həmin pulla Rüstəm adlı şəxsdən narkotik vasitə alıb gələcəyini bildirdikdən sonra Polis Şöbəsindən çıxıb getmiş, təxminən 20-25 dəqiqə isə yenidən Polis Şöbəsinə qayıdaraq iki ədəd qara rəngli kağız büküm təqdim etmişdir. Gülsabah həmin bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu və heroini Rüstəm adlı şəxsdən aldığını bildirmişdir. Bükümlər açılan zaman içərisindən toz və kristal halında, qəhvəyi rəngli maddə aşkar edilmiş, həmin maddə elektron tərəzidə çəkilən zaman hər biri 0,11 qram olmaqla, ümumilikdə 0,22 qram olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid7 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 1530 radələrində Ağdaş şəhəri H.Aslanov küçəsi ilə piyada gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə və üzərinə keçirilən baxış və şəxsi axtarışda hal şahidi qismində iştirak etməsini təklif etmiş, polis əməkdaşlarına etiraz etməyərək sonuncularla həmin ünvana getmişdir. H.Aslanov küçəsi 2 ünvanında yerləşən evin həyətindəki təmiri sexində digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd alışqan, qara rəngli gödəkçənin sağ yan cibində olan altı ədəd 10 manatlıq, bir ədəd 20 manatlıq pul əskinasları və bir ədəd 50 qəpiklik sikkə, gödəkçənin sol döş iç cibindən ətir və əl dəsmalı, şalvarın sol yan cibindən dörd ədəd 5 manatlıq pul əskinasları aşkar olunmuşdur. Aşkar edilmiş pul əskinasları ilə kağız üzərində surəti çıxarılmış pul əskinaslarının surətləri eyniləşdirilərkən dörd ədəd 5 manatlıq pul əskinasları ilə kağız üzərində olan pul əskinasların surətinin eynilik təşkil etdiyi müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs məxsus olan “VAZ 2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin salonundan əl əyləcinin yanında bir ədəd elektron tərəzi, beş ədəd sellofan büküm aşkar edilmişdir. Sellofan bükümlər açılarkən içərisindən toz və kristal şəklində qəhvəyi rəngli narkotik maddələrə oxşar maddələr aşkar edilmiş, həmin beş ədəd sellofan bükümlər elektron tərəzidə çəkilərək çəkiləri müəyyən edilmişdir. Daha sonra həmin avtomobilin salonundan narkotik vasitəni istifadə etmək üçün iki ədəd plastik butulka, bir rulon aliminium falqa, bir ədəd portmanat, bir ədəd mobil telefon və bir ədəd tiyəsi qara rəngli olan bıçaq aşkar edilmişdir. Aşkar edilmiş pul əskinasları, avtomaşından aşkar olunmuş əşyalar, həmçinin sellofan bükümlər zərfdə qablaşdırıldıqdan sonra üzərinə möhür vurularaq götürülmüşdür. Baxışdan sonra tərtib olunmuş protokol iştirakçılarla birlikdə onun tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək Şahid8 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid11 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayonu Dovudlu kənd sakini Şahid1 ərizə ilə rayon Polis Şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması və buna görə həmin şəxsin cinayət əməlini ifşa etmək istədiyini bildirmişdir. Ərizə ilə əlaqədar tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilərək Şahid1 Təqsirləndirilən şəxs 20 manata narkotik vasitə alacağını bildirməsindən sonra iki hal şahidinin iştirakı ilə Şahid1 dörd ədəd 5 manatlıq olmaqla cəmi 20 manat pul verilmiş, həmin pulların kserosurətləri çıxarılaraq özlərində saxlamışlar. Şahid1 Polis Şöbəsindən çıxdıqdan sonra Ağdaş rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid10 və Turan Məmmədəli ilə Şahid1 müşahidəsini həyata keçirmişlər. Saat təxminən 1450 -də Şahid1 Ağdaş rayon Polis Şöbəsindən çıxaraq yoldan keçən taksi ilə Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən Humanitar Kollecə tərəf getmiş, orada artezianın yanında dayandıqdan sonra bir nəfər şəxs Gülsabaha yaxınlaşaraq sonuncuya nə isə vermişdir. Gülsabah da həmin şəxsə nə isə verdikdən sonra saat 1505 -də Polis Şöbəsinə qayıdaraq cibindən 02 ədəd kağız büküm çıxardıb təqdim edərək həmin bükümün içərisində Rüstəmdən aldığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Bükümlər açılan zaman içərisindən qəhvəyi rəngli, toz halında maddələr aşkar edilmiş, həmin bükümlər elektron tərəzidə çəkilən zaman hər biri 0,11 qram olmaqla, ümumilikdə 0,22 qram təşkil etmişdir. Bükümlər zərfə qablaşdırılaraq möhürləndikdən sonra hal şahidləri və iştirakçılar zərfi imzalamışlar. Bundan sonra əməliyyat-istintaq qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 nömrəli ünvana getmiş, Rüstəmi küçəyə çağırıb sonuncuya qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli olduğunu, həmçinin üzərində və evində narkotik vasitə saxladığı barədə məlumat olduğunu bildirdirərək evinə baxış keçirilməsi barədə məhkəmənin qərarını təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya təyin edilmiş müdafiəçinin və iki hal şahidinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd alışqan, qara rəngli gödəkçənin sağ yan cibindən altı ədəd 10 manatlıq, bir ədəd 20 manatlıq pul əskinasları və bir ədəd 50 qəpiklik pul əskinasları, gödəkçənin sol iç cibindən ətir və əl dəsmalı, şalvarın sol yan cibindən dörd ədəd 5 manatlıq pul əskinasları aşkar olunmuşdur. Gülsabaha verilmiş pul əskinaslarının surətləri ilə Rüstəmin üzərindən aşkar edilmiş pul əskinasları eyniləşdirilən zaman Rüstəmin üzərindən aşkar edilmiş dörd ədəd 5 manatlıq pul əskinasları ilə Gülsabaha verilmiş pul əskinaslarının surətlərinin eyni olduğu müəyyən edilmişdir. Daha sonra Rüstəmə məxsus Vaz-2106 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman əl əyləcinin yanından bir ədəd elektron tərəzi və beş ədəd kağız büküm aşkar edilmişdir. Kağız bükümlər açılan zaman içərisindən qəhvəyi rəngli, toz halında kütlə aşkar edilmiş, həmin bükümlər elektron tərəzidə çəkilən zaman müvafiq olaraq 0,66, 0,55, 0,65, 0,67 və 0,59 qram olduğu müəyyən olunmuşdur. Bundan başqa avtomobilin salonundan narkotik vasitə istifadə etmək üçün nəzərdə tutulmuş iki ədəd plastik butulka, bir rulon aliminium falqa, bir ədəd portmanat, bir ədəd Samsung markalı mobil telefon və bir ədəd tiyəsi qara olan bıçaq aşkar edilmişdir. Aşkar edilmiş əşyalar qablaşdırılaraq götürülmüş, baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə heç nə əlavə olunmamış, sonuncu özünü müdafiə üçün ifadəsində o cür göstərmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin rəisi Şahid4, əməliyyat müvəkkili Şahid9 və Şahid10, eyni məzmunlu ifadələr verərək Şahid11 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 17 saylı rəyində göstərilmişdir ki, təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs istismarında olan VAZ-2106 markalı avtomobildən aşkar edilmiş sözləri yazılmış 05 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,510 qram, 0,597 qram, 0,608 qram, 0,607 qram, 0,501 qram, ümumi təmiz çəkisi 2,823 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim edilmiş, üzərində Şahid1nun Təqsirləndirilən şəxs satın aldığı narkotik sözləri yazılmış zərfin içərisindəki 02 ədəd gümüşü-qara rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram və 0,035 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim edilmiş 05 ədəd sellofan bükümlərdə olan heroinlər ilə 02 ədəd gümüşü-qara rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 404 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 114 nöməli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin vaxt kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı üzvi dissosiativ (konversion) pozuntusu, arabir funksional tutmalarla XTB 10 F06.5 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materiallrı, tibbi sənədlər, anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs üzvi dissosiativ pozuntusu, arabir funksional tutmalarla XTB 10 F06.5 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğundan o, hazırki cinayət əməlini törədərkən və əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilmiş Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, xx xxx 2020-ci il tarixli qərarı ilə həbs müddəti iki ay, yəni xx xxxx 2020-ci il tarixə kimi uzadılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X7 Vilayəti Buzulunsk rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli hökmü ilə X10 Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsi ilə 01 (bir) il 06 (altı) ay müüdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmiş, xx xxxxxx 2018-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsi tərəfindən CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx xxxxxx 2018-ci il tarixdə AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 83 nömrəli məktubdan görünür ki, ünvan 3 saylı ünvanda yaşayan Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində “Həşiş narkomaniyası” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər X16 üzrə Nümayəndəsinin təqdim etdiyi xx xxx 2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs оğlu 2020-ci ilin yanvar ayının əvvəllərində Ağdaş şəhəri Maşad küçəsindən ümumilikdə külli miqdarda təmiz çəkiləri 2,9 qram narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitələri 07 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,042 qram, 0,035 qram, 0,510 qram, 0,597 qram, 0,608 qram, 0,607 qram və 0,501 qram olmaqla bükümlərə bükməklə satış məqsədilə qanunsuz olaraq saxlayıb daşımış, xx.xx.2020-ci il tarixdə saat 1500 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı həmin narkotik vasitələrdən 02 ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,042 və 0,035 qram, ümumi təmiz çəkisi 0,077 qram narkotik vasitə olan heroini Ağdaş şəhəri M.İsayev küçəsində 20 manata şərti alıcı Şahid1 qanunsuz olaraq satmışdır. Həmçinin xx.xx.2020-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs özünə məxsus VAZ-2106 markalı 03- BJ-793 dövlət qeydiyyat nişanlı avtomobilin əl əyləcinin yanında külli miqdarda satış məqsədilə qanunsuz olaraq saxladığı 05 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.510 qram, 0.597 qram, 0.608 qram, 0.607 qram və 0.501 qram narkotik vasitə olan heroinlər aşkar edilərək götürülmüşdür. Hazırda Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətindən bəlli olur ki, o müdafiə etdiyi şəxsin CM-in 243.4.3-cü maddəsi ilə deyil, CM-in 234.1-ci maddəsi ilə təqsirli hesab edir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin bu dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə Təqsirləndirilən şəxs bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcədə bununla bağlı apellyasiya şikayətində gösərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apellyasiya şikayətlərinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Çünki, təqsirləndirilən şəxs apellyasiya şikayətində ona CM-in 234.1-ci maddəsi ilə ittiham edilməli olduğu halda, CM-in 234.4.3-cü maddəsi ilə ittiham edildiyini bildirsədə, bu hal iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən məhkəmə kollegiyası apellyasiya şikayətinin narkotik vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi üçün təkrar ekspertizanın keçirilməsi barədə dəlilinə qiymət verərək, həmin dəlil əsassız bilir. Belə ki, öyrənilən işdən aydın olur ki, iş üzrə məhkəmə-kimyəvi ekspertizası keçirilmiş və iş materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 17 saylı rəyində göstərilmişdir ki, təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs istismarında olan VAZ-2106 markalı avtomobildən aşkar edilmiş sözləri yazılmış 05 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,510 qram, 0,597 qram, 0,608 qram, 0,607 qram, 0,501 qram, ümumi təmiz çəkisi 2,823 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim edilmiş, üzərində Şahid1nun Təqsirləndirilən şəxs satın aldığı narkotik sözləri yazılmış zərfin içərisindəki 02 ədəd gümüşü-qara rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram və 0,035 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim edilmiş 05 ədəd sellofan bükümlərdə olan heroinlər ilə 02 ədəd gümüşü-qara rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Aapellyasiya şikayətinin narkotik vasitənin torpağa qarışmış şəkildə çəkilməsinə dair dəlilinə gəlincə məhkəmə kollegiyası hesab edir ki, bu dəlillər yalnız təqsirləndirilən şəxsi müdafiə xarakteri daşıyır. Çünki, yenə də iş materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 17 saylı rəyindən görünür ki, təqdim edilmiş maddələrin tərkibində narkotik maddələrin əlamətlərini və eyni tərkibli olub-olmadıqlarını müəyyən etmək üçün əvvəlcə rəng testi, sonra isə NTX (nazik təbəqəli xromatoqrafiya) analizi aparılmışdır. Aparılmış rəng testi və NTX analizinin nəticəsində müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən maddələr tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Göründüyü kimi, həmin ekspert rəyi ilə yalnız narkotik vasitənin təmiz çəkisi müəyyən edilmişdir. Həmçinin, öyrənilən apellyasiya şikayətinin məzmunundan aydın olur ki, həmin apellyasiya şikayətinin müəllifi həm də, cinayət işi üzrə vacib şahidlərin məhkəmə iclas zalına çağrılmamasını mübahisəndirmişdir. Lakin, tədqiq edilən işdən birinci instansiya məhkəməsi tərəfindən iş üzrə bütün şahidlərin dindirilərək, ifadələrinin tədqiq edildiyi müəyyən olunur. Azərbaycan Respublikasının "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının dövriyyəsi” haqında xx xxxx 2005-ci il tarixli Qanunun 1.0.10 maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində, həmçinin hazıkı məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 234.4.3-cü maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 234.4.3cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir. Belə ki, kollegiya təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrıayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X4 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası X18 Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, X18 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-72/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti təmin edilməsin. X18 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-72/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar