Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-21/2023 26.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022ci il tarixli 1(091)-176/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rafail Əliyev (sədrlik edən), Nahid Mirzəyev (məruzəçi) və Bilal Məmmədovdan ibarət tərkibdə) 18 oktyabr 2022-ci il tarixli 1(091)-176/2022 hökmü ilə xx xxxx 1987-ci il tarixdə Gürcüstan Respublikası Dmanisi rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, Gürcüstan Respublikası Dmanisi rayonu, 9 aprel küçəsi ev 189-da qeydiyyatda olan və tutulanadək Bakı şəhəri, Sabunçu rayonu,Yeni Ramana qəsəbəsində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, CM-in 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əcnəbi olduğudan, barəsində əlavə cəza olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının tətbiq edilməsi və ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra məcburi qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması, iş üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 30.945 qram çəkidə narkotik vasitə olan heroinin, 189.015 qram çəkidə psixotrop maddə olan metamfetaminin, içərisində metamfetamin hissəcikləri olan 01(bir) ədəd şüşə lampanın və 79,874 qram çəkidə narkotik vasitə olan tiryəkin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 189,115 qram olan psixotrop maddəmetamfetamin, külli miqdarda, yəni ümumi təmiz çəkisi 31,045 qram olan narkotik vasitə heroin və külli miqdarda, yəni ümumi təmiz çəkisi 79,974 qram olan narkotik vasitə tiryək əldə etmiş, qeyd edilənlərdən psixotrop maddə olan metamfetaminin 4,757 qram çəkidə hissəsini üzərində, qalanını, yəni 184,358 qram çəkidə olan hissəsini, eləcə də çəkisi 31,045 qram olan narkotik vasitə heroin və çəkisi 79,974 qram olan narkotik vasitə tiryəki 19 mart 2022ci il tarixdə, saat 14:20 radələrində Zaqatala şəhəri, Bakı küçəsində idarə etdiyi “Mercedes-Benz E 220” markalı GE FF-534-XX qeydiyyat nişanlı avtomobildə satış məqsədilə qanunsuz olaraq saxlayıb daşıyarkən Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin avtomobillə birgə Zaqatala Rayon Polis Şöbəsinə gətirilib üzərində həmin gün saat 15:05 radələrində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sol yan cibindəki siqaret qutusunun içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,757 qram olan psixotrop maddə metamfetamin və içərisində cüzi miqdarda metamfetamin hissəcikləri olan 01 ədəd şüşə lampa, daha sonra həmin gün saat 15:40 radələrində idarə etdiyi “Mercedes-Benz E 220” minik markalı GE FF-534-XX qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sol ön oturacağın altındakı qara rəngli sellofan torbanın içərisindən yapışqan parça lentə bükülmüş iki ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 17,271 və 13,774 qram, ümumi təmiz çəkisi 31,045 qram olan narkotik vasitə heroin, yapışqan parça lentə bükülmüş bir ədəd sellofan bükümdə təmiz çəkisi 184,358 qram olan psixotrop maddə metamfetamin və yapışqan parça lentə bükülmüş bir ədəd sellofan bükümdə, təmiz çəkisi 79,974 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Hökmdən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Hökmdən apellyasiya protesti, o cümlədən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəx Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 1(091)-176/2022 nömrəli qərarının ləğv edilməsini və barəsində ədalətli qərar verilməsinin təmin edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən (Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə) təqsirli bilərək göstərmişdir ki, onun üzərindən çıxan narkotik vasitəni qəbul edir. Ancaq maşından çıxan narkotik vasitə ona məxsus deyildir. Əməlimin AR CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini xahiş edir. Maşına baxış keçirilən zaman narkotik vasitə aşkar ediləndə mən həmin narkotik vasitənin ona məxsus olmadığını və həmin torbalarda olan əl izlərinin ekspertizasının keçirilməsini tələb etsə də buna məhəl qoyan olmamışdır. Ona görədə Gürcüstan Respublikası səfirliyinin nümayəndəsinin məhkəmə baxışı iclasında iştirak etməsini xahiş edir. Bu barədə ərizəsini də müdafiəçisinə təqdim etmişdir. Eyni zamanda ekspertizanın keçirilməsini də xahiş edir. Onun qanında nə tiryək və nə də kakos aşkar edilməmişdir. Ona görə də ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 1(091)-176/2022 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində ədalətli qərar verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o polis əməkdaşları tərəfindən saxlanılarkən dərhal, müdafiəçinin iştirakı olmadan üzərinə və avtomobilinə baxış keçirilmişdir. Həmin baxış hərəkətləri rəsmiləşdirilməmişdir. Bundan başqa o, 1 saat ərzində polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı olmadan əsassız olaraq saxlanılıbdır. Daha sonra prosessual hərəkətlər başlanılıb. Müdafiəçi dəvət olunub. Tərəflərin iştirakı ilə bu dəfə prosessual qaydalara uyğun olaraq baxış keçirilib. Həmin baxış hərəkətləri video qeydə alınıbdır. Həmin vaxtı narkotik vasitə aşkar edilib. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona məxsus olmadığını qeyd etmişdir. Əvvəlki baxış zamanı bu narkotik vasitə aşkar edilmədiyini də qeyd etmişdir. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı, İ dərəcəli hüquqşünas X4 hökmün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparılmadan araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 1(091)- 176/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 2020-ci ildə Gürcüstan Respublikasından Bakı şəhərində işləməyə gəlmiş, Bakı şəhərində yerləşən Sədərək bazarında müəyyən müddət satıcı işləmiş, 14 yaşından qurudulmuş marixuana istifadə etmiş və 2020-ci il tarixdən isə metamfetamin istifadə etmişdir. O, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə əvvəllər məhkum olunmuş, 2014-cü ildə azadlığa çıxmışdır. O, pandemiya ilə əlaqədar Bakı şəhərində qalmış və novruz bayramından sonra Gürcüstan Respublikasına getməyi planlamışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından bank kartına pul köçürmə yolu ilə 125 manata 5 qram psixotrop maddə olan metamfetamin almış, həmin narkotik maddəni əynində olan gödəkçənin sol yan cibində saxlamışdır. Belə ki, həmin şəxs Yasamal rayonu ərazisində yerləşən Ülvi şadlıq sarayının yanındakı zibilliyə narkotik vasitələri atmış və o, narkotik vasitələri gedib oradan götürmüşdür. O, İran vətəndaşı ilə ancaq “İnstagram” sosial şəbəkəsi ilə əlaqə saxlamış, həmin şəxsin profil adı “PatıKoki” olmuşdur. Daha sonra o, həmin gün tanımadığı həmin şəxsdən nisyə olaraq təxminən 300 qram çəkidə psixotrop maddə metamfetamin, narkotik vasitə heroin və tiryək almışdır. O, həmin narkotik vasitələri və psixotrop maddəni idarə etdiyi “Mersedes-Benz E220” markalı GE FF-534-XX dövlət qeydiyyat nişanlı avtomobildə oturacağın altında saxlamışdır. O, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində idarə etdiyi avtomobil ilə Zaqatala şəhərinə gəlmiş, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində həmin avtomobillə Zaqatala şəhər mərkəzi bazarında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitəsinin istifadəsində və daşınmasında şübhəli olmasını bildirərək onu polis şöbəsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Zaqatala Rayon Polis Şöbəsinə gəlmiş, polis şöbəsində onu şübhəli şəxs qismində tutmuş, ona dövlət hesabına vəkil X5 təqdim edilmiş, həmçinin Gürcüstan vətəndaşı olduğu üçün tərcüməçi dəvət edilmişdir. Müdafiəçinin, tərcüməçinin və polis əməkdaşlarının iştirakları ilə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz əşya, maddə, narkotik vasitə olub-olmaması soruşulmuşdur. O, əynində olan gödəkçənin sol cibində siqaret qutusunun içərisində olan sellofan bükümdəki metamfetamini və metamfetamini çəkmək üçün istifadə etdiyi lampanı təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkiləndə sellofan bükümlə birlikdə ümumi çəkisi 5.01 qram təşkil etmişdir. Aşkar edilən kütlə və lampa 1 ədəd zərfdə qablaşdırılaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan sonra polis şöbəsində onun razılığı əsasında idarə etdiyi “MersedesBenz E 220” markalı GE FF-534-XX dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobilin sol ön oturacağının altında qara rənqli sellofan torbanın içində 4 ədəd kütlə aşkar edilmişdir. O, məsuliyyətdən yayınmaq üçün baxış zamanı həmin kütlələrin ona aid olmadığını bildirmişdir. Baxış zamanı yapışqan lentə bükülmüş 4 ədəd kütlələr polis əməkdaşları tərəfindən kəsilərək açılmış, 2 ədəd kütlənin içində narkotik vasitə olan heroin, 1 ədəd kütlənin içində narkotik vasitə metamfetamin və digər kütlədə isə narkotik vasitə olan tiryək aşkar edilmişdir. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra metamfetamin və heroinin olduğu kütlələr 1 ədəd zərfdə qablaşdırılaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan sonra tiryəkə oxşar kütlədə elektron tərəzidə çəkilmiş və həmin kütlədə 1 ədəd zərfdə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, aşkar edilmiş narkotik vasitə vəpsixotrop maddəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Yasamal rayonu Ülvi şadlıq sarayının yanında olan zibilliyin kənarından öz istifadəsi üçün əldə etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə iş yoldaşı ilə birlikdə Zaqatala rayonu ərazisində xidmətdə olduğu zaman, daxil olan əməliyyat məlumatına əsasən şəhərin mərkəzi bazarında olan “Mersedes-Benz E220” markalı GE FF-534-XX dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və maddələrin saxlanmasında, daşınmasında və satışında şübhəli olduğu üçün Zaqatala Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra müdafiəçinin və tərcüməçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilməsinə başlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümündə, psixotrop maddə metamfetaminə bənzər kütlə təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, daha sonra Təqsirləndirilən şəxs razılığı əsasında idarə etdiyi “Mersedes-Benz E 220” markalı GE FF-534-XX dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin sol ön oturacağının altından 01 ədəd qara rəngli sellofan torbada yapışqan lentə bükülmüş 4 ədəd kütlə aşkar edilmiş, həmin sellofan bükümlər açıldıqda içərisində narkotuik vasitə heroinə, psixotrop maddə metamfetaminə və narkotik vasitə tiryəkə oxşar kütlələr aşkar olunaraq elektron tərəzidə çəkilməklə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 hər biri ayr-ayrılıqda Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixdə saat 14:20-də üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Gürcüstan Respublikasının vətəndaşı, Gürcüstan Respublikası Dmanisi rayonu, 9 aprel küçəsi ev 189-da qeydiyyatda olan Mamedov X6 şəhəri, Bakı küçəsində yerləşən Zaqatala şəhər bazarının yaxınlığında saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmişdir. Müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı şəxsin əynində olan gödəkçənin sol yan cibindəki siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,01 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd şüşə lampa aşkar edilərək götürülmüş, müvafiq foto şəkillər və şəxsi axtarışın əks olunduğu CD disk protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs həmin tarixdə yazılı ərizə verərək polis əməkdaşları tərəfindən ona məxsus avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşlarının, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı sonuncuya məxsus avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Mercedes Benz E 220 minik markalı GE FF-534-XX qeydiyyat nişanlı avtomobilin sol ön oturacağının altındakı qara rəngli sellofan torbanın içərisindən yapışqan parça lentə bükülmüş iki ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda çəkiləri 14,88 və 19,95 qram olan narkotik vasitə heroinə, yapışqan parça lentə bükülmüş bir ədəd sellofan bükümdə çəkisi 187,78 qram olan psixotrop maddə metamfetaminə və yapışqan parça lentə bükülmüş bir ədəd sellofan bükümdə, çəkisi 81,15 qram olan narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüş, müvafiq foto şəkillər və baxışın əks olunduğu CD disk protokola əlavə olunmuşdur. Məhkəmə eskpertizasının 20 mart 2022-ci il tarixli 17/253 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar olunmuş ……» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-4,757 gümüşü rəngli kağıza bükülmüş01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi- 98.808 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Başlığı deşilmiş 01 (bir) ədəd şüşə lampanın içərisində aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri-metamfetamin hissəcikləridir. Həmin metamfetamin hissəcikləri-cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 02 ədəd narkotik vasitə olan ……» sözləri və imzalar yazılmış zərfin içərisindəki, yapışqan parça lentə bükülmüş 02 (iki) ədəd sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri-17,271 qr., 13,774 qr., ümumi təmiz çəkisi – 31,045 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes markalı GE FF-534-XX dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş……» sözləri və imzalar yazılmış zərfin içərisindəki, yapışqan parça lentlə bükülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi -184,358 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş……» sözləri və imzalar yazılmış zərfin içərisindəki, yapışqan parça lentlə bükülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-79,974 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan metamfetamin ilə digər 01 (bir) ədəd zərfin içərisindəki yapışqan parça lentlə bükülmüş 01 (bir) ədəd sellofan bükümdə olan metamfetamin tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, başlığı deşilmiş 01 (bir) ədəd şüşə lampanın içərisindən aşkar edilmiş metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlə digər 02(iki) ədəd bükümlərdə olan metamfetaminlərin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi “Mersedes-Benz E 220” markalı GE FF-534-XX dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş narkotik vasitə və psixotrop maddənin Emil Məmmədovun haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məhkəmə-narkoloji ekspertizasının 03 iyun 2022-ci il tarixli 788 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin miqdarı, ayrı-ayrı olmaqla 04 (dörd) bükümdə olması və işdə olan digər sənədlərə əsaslanır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan daşımasına dair ifadəsini məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünü müdafiə xarakterli ifadə kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri və iş materiallarında olan digər sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayət əməlinin onun tərəfindən törədilməsi haqqında işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməlini onun törətməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl həyata keçirilən əməliyyat axtarış tədbirləri zamanı, o cümlədən narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə kolegiyası ona görə belə qənaətə gəlir ki, məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 189,115 qram olan psixotrop maddəmetamfetamin, külli miqdarda, yəni ümumi təmiz çəkisi 31,045 qram olan narkotik vasitə heroin və külli miqdarda, yəni ümumi təmiz çəkisi 79,974 qram olan narkotik vasitə tiryək əldə etmiş, qeyd edilənlərdən psixotrop maddə olan metamfetaminin 4,757 qram çəkidə hissəsini üzərində, qalanını, yəni 184,358 qram çəkidə olan hissəsini, eləcə də çəkisi 31,045 qram olan narkotik vasitə heroin və çəkisi 79,974 qram olan narkotik vasitə tiryəki 19 mart 2022-ci il tarixdə, saat 14:20 radələrində Zaqatala şəhəri, Bakı küçəsində idarə etdiyi “Mercedes-Benz E 220” markalı GE FF-534-XX qeydiyyat nişanlı avtomobildə satış məqsədilə qanunsuz olaraq saxlayıb daşıyarkən Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin avtomobillə birgə Zaqatala Rayon Polis Şöbəsinə gətirilib üzərində həmin gün saat 15:05 radələrində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sol yan cibindəki siqaret qutusunun içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,757 qram olan psixotrop maddə metamfetamin və içərisində cüzi miqdarda metamfetamin hissəcikləri olan 01 ədəd şüşə lampa, daha sonra həmin gün saat 15:40 radələrində idarə etdiyi “Mercedes-Benz E 220” minik markalı GE FF-534-XX qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sol ön oturacağın altındakı qara rəngli sellofan torbanın içərisindən yapışqan parça lentə bükülmüş iki ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 17,271 və 13,774 qram, ümumi təmiz çəkisi 31,045 qram olan narkotik vasitə heroin, yapışqan parça lentə bükülmüş bir ədəd sellofan bükümdə təmiz çəkisi 184,358 qram olan psixotrop maddə metamfetamin və yapışqan parça lentə bükülmüş bir ədəd sellofan bükümdə, təmiz çəkisi 79,974 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların tərtib edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, qurudulmuş marixuana narkotik vasitədir, onun 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq hissəsi isə külli miqdar hesab edilir. Məhkəmə kollegiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da, gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10), həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8), qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (maddə 1.0.11) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan qanun normasının mənası və plenum qərarının izahı baxımından, bununla yanaşı cinayət işinin faktiki hallarına əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə müəyyən edilmiş bütün faktiki hallar məcmu halında qiymətləndirilməlidir. Belə ki, apellyasiya şikayətinin dəlillərinə tənqidi yanaşan məhkəmə kollegiyası məhkəmə iclasında müəyyən edilmiş hallara görə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi və üzərindı saxladığı narkotik vasitələri satmaq niyyətində olmadığı və özünün istifadəsi üçün saxlaması barədə ifadəsi məsuliyyətdən azad olunmaq niyyəti ilə verilmiş və özünü müdafiə xarakteri daşıyır. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü və məcbur qalıb etirafedici ifadələr verdiyini, habelə yalnız üzərindən aşkar olunan metamfetaminin ona məxsus olduğunu bildirsə də, iş materiallarından görünür ki, ibtidai istintaq zamanı döyülməsi barədə məlumat verməmiş, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən, təqsirləndirilən şəxs qismində dindirilərkən qeyd edilən xüsusatla bağlı heç nə bildirməmiş, istintaq təcridxanasına qəbul olunarkən müayinə olunduğu zaman üzərində hər hansı xəsarət aşkar olunmamış və həmin müəssisəyə qəbul edilərkən də döyülmə faktı ilə bağlı məlumat verməmişdir. Həmçinin, iş materiallarında olan ekspert rəyindən görünür ki, şəxsin üzərindən aşkar olunan psixotrop maddə metamfetamin ilə avtomobildən aşkar olunan psixotrop maddə metamfetamin eyni tərkibə malik olmuşdur. Odur ki, onun polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması, habelə yalnız üzərindən aşkar olunan metamfetaminin ona məxsus olması ilə bağlı qeyd etdikləri öz təsdiqini tapmadığından, məhkəmə şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır. Əksinə şəxsin ibtidai istintaq zamanı narkotik vasitənin, psixotrop maddə metamfetaminin əldə edilməsi ilə bağlı verdiyi ifadəsində göstərdiyi xüsusatlar yalnız onun özünə məlum olan hallar olmaqla hərtərəfli olduğu üçün, həmçinin obyektiv həqiqəti əks etdirdiyi, işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyü üçün məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı sayır və ona elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Eyni zamanda, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə də tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin və psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin avtomobildən narkotik vasitə heroinlə bərabər, psixotrop maddə metamfetaminin, narkotik vasitə tiryəkin aşkar olunması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edərək üzərində və avtomobilində saxlamışdır. Ona görə də apellyasiya şikayətinin bununla bağlı dəlili də sübut olunmadığından əsassızdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Velikova Bolqarıstana qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında göstərilmişdir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Beləliklə, aparılmış araşdırmanın nəticələrinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli deyil, 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair həm təqsirləndirilən şəxsin, həm onun müdafiəçisinin göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Şahidlərin ifadələri, ekspert rəyləri və s. kimi hallar bir-birini tamamlayır, bir-biri ilə üst-üstə düşür, sübutlar arasında heç bir ziddiyyət qalmır. Bütün bunlar onu göstərir ki, təqsirləndirilən şəxsin apellyasiya şikayətlərində göstərdiyi xüsusatlar məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təkzib olunur. Əksinə, həmin sübutlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən də göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını, ağırlaşdıran halları (əməlində cinayətin təhlükəli residivinin olması), məhkumluğu ödənilmədiyi, götürülmədiyi halda yenidən cinayət törətməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək qiymətləndirdiyi bütün halları kifayət qədər nəzərə almış və ona bu halların məcmuyuna uyğun olan qanuni və ədalətli cəza təyin etmiş, təyin etdiyi cəzanın növünü və həddini, habelə cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəza ilə bağlı da aşağıdakıları qeyd edir. Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməs iCinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar, həmçinin CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Həmçinin apelyasiya məhkəməsi araşdırılması zamanı təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Birinci instansiya məhkəməsi əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilib 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir.. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir, məhkumluğu yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində kifayət qədər əsaslar olmadan barəsində həbs ilə əlaqədar olmayan cəza növünün tətbiqini əsaslı və ədalətli hesab etmək olmaz. Ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Buna görə də X2 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971 ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq dövründə cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə barəət verilməsinə, həmçinin onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 1(091)-176/2022 nömrəli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Məhkəmə kollegiyаsı Cinayət Prosessual Məcəlləsinin 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа şikаyətinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 1(091)-176/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 1(091)-176/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-21/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-21/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver