Məhkəmə qərarları › İş №1(107)-210/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-210/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-210/2021 02.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1ci maddələri ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 30 mart 2021-ci il tarixli hökmü ilə, 12 avqust 1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2əbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 05 avqust 2020-ci il tarixdən 07 avqust 2020-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət (cəmi 2 gün) Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından dərhal həbsə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 30 mart 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunması, narkoloji dispanserdə qeydiyyata alınması, iş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,153 qram narkotik vasitə heroin, 0,072 qram psixotrop maddə metafetamin və bir ədəd tiyəsində “STAİNLESS STELL U.S.A” sözləri yazılmış soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı məhv edilməsi, iş üzrə 102,54 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməsi müəyyən edilmişdir. işin halları: Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,203 qram olan bir ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 0,122 qram olan bir ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini istintaqa məlum olmayan mənbədən əldə edərək daşımış, həmçinin qanunsuz olaraq 01 ədəd ov bıçağını istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq gəzdirmiş və 05 avqust 2020-ci il tarixdə saat 17:05-də Mingəçevir ŞPŞ-in Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, S.Vurğun küçəsində yerləşən “Mərkəzi poçtun”nın qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə saat 18:25 radələrində üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının arxa sağ yan cibindəki pul qabının içindən təmiz çəkisi 0,203 qram olan bir ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 0,122 qram olan bir ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və 01 ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan açılıb-qatlanan, tiyəsində “STAİNLESS STEEL U.S.A” sözləri yazılmış soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində himayəsində 2 azyaşlı uşağının, pensiyaçı valideynlərinin olmasını nəzərə alınmasını bildirərək ona ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya şikayəti eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddəlilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, himayəsində az yaşlı övladları vardır. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 avqust 2020-ci il tarixdə saat 12-13 radələrində Mingəçevir şəhəri, “Güllü bağ” deyilən ərazidə piyada gəzən zaman yerdə iki ədəd sellofana bükülmüş büküm görmüş, maraqlı olduğu üçün həmin bükümləri əyilib yerdən götürmüşdür. O, həmin bükümlərdən ağ rəngli sellofan bükümü açdıqda içərsindəkinin psixotrop maddə olan metamfetamin olduğunu, digər sellofan bükümü açdıqda içərisindəkinin narkotik vasitə olan heroin olduğunu anlamışdır. Belə ki, o, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etdiyinə görə bükümlərin içərisində olan narkotik vasitə və psixotrop maddəni quruluşundan, rəngindən tanımışdır. Bükümlərdəki narkotik vasitə və psixtop maddəni daha sonra istifadə etmək məqsədi ilə özünə məxsus pul qabının içinə qoyub əynindəki göy rəngli cins şalvarının arxa sağ yan cibində saxlamışdır. 05.08.2020-ci il tarixdə saat 17:05 radələrində Mingəçevir şəhəri, S.Vurğun küçəsindəki “Mərkəzi Poçt”un yaxınlığında olan zaman tapdığı narkotik vasitə olan heroin bükümü və psixotrop maddə olan metamfetamin bükümü əynindəki göy rəngli cins şalvarının arxa sağ yan cibindəki pul qabının içində olmuşdur. Bu zaman ona mülki paltarda şəxslər yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyərək polis şöbəsinə onu dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəlmişdir. Polis şöbəsində ona hüquqlarını müdafiə etməsi məqsədi ilə dövlət hesabına təyin edilmiş müdafiəçi X5 təqdim edilmişdir. Polis şöbəsində 05.08.2020-ci il tarixdə saat 18:25-də vəkil X2 iştirakı ilə onun üzərinə baxış və götürmə keçiriləcəyi izah olunmuşdur. O da üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona üzərinə video çəkiliş aparmaqla baxış keçiriləcəyi halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edilmişdir. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının arxa sağ yan cibindəki pul qabının içindən bir ədəd ağ rəngli sellofan büküm, bir ədəd sellofan büküm və bir ədəd açılıb-qatlanan bıçaq və digər əşyalar polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Həmin bükümlər polis əməkdaşları tərəfindən açılarkən ağ rəngli sellofan bükümün içindən quruluşundan və görünüşündən psixtrop maddə olan metamfetaminə oxşar kütlə, sellofan büküm açılarakən içindən quruluşundan və görünüşündən narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Həmin kütlələri o, 05 avqust 2020-ci il tarixdə saat 12-13 radələrində Mingəçevir şəhəri, “Güllü bağ” deyilən ərazidə piyada gəzən zaman yerdən taparaq özünə məxsus pul qabının içinə qoyub əynindəki göy rəngli cins şalvarnın arxa sağ yan cibində gizlədərək üzərində saxlamışdır. Həmçinin üzərindən aşkar edilmiş bıçağı da Mingəçevir şəhərində yerləşən bazardakı dükanların birindən tanımadığı şəxsdən 3-4 ay öncə 32 (otuz iki) manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitənin və psixtrop maddənin elektron tərəzidə çəkisi ölçülmüşdür. Müəyyən olunmuşdur ki, bir ədəd ağ rəngli sellofana bükülmüş bükümdə içərisində psixotrop maddə hesab olunan metafetaminə oxşar kütlənin ümumi çəkisi 0,18 qram, bir ədəd sellofana bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütlənin ümumi çəkisi isə 0,29 qramdır. Tərəzidə çəkildikdən sonra həmin kütlələr onun və digərlərinin iştirakı ilə zərfələşdirilərək möhürlənmiş, həmçinin aşkar edilmiş bıçaqda zərfləşdirilərək möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Baxış zamanı video çəkiliş aparılmış və foto şəkillər çəkilmişdir. Daha sonra polis əməkdaşlar onun yaşadığı Mingəçevir şəhəri, Sahil küçəsində yerləşən 9 saylı evə baxış keçirmək istədiklərini bildirmişdirlər. O, da polis əməkdaşları tərəfindən evinə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşlarının, vəkilinin, onun, digərlərinin iştirakı ilə öz razılığı ilə yaşadığı Mingəçevir şəhəri Sahil küçəsi 9 nömrəli evə baxış keçirilmiş, lakin oradan hər hansı narkotik vasitə aşkar edilməmişdir. Əməlindən peşmandır. Buna görə də barəsində yüngül cəzanın verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 Məhyəddin oğlu ifadəsində göstərmişdir ki, 05 avqust 2020-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirlməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyataxtraış tədbirinin həyata keçirilməsi çərçivəsində 05.08.2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir ŞPŞ-in əməkdaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, “Mərkəzi poçt”un yaxınlığında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişdirlər. Bundan sonra Eyyubov X6 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil Çingiz Məmmədov dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının arxa sağ yan cibindən 01 ədəd pul qabı, bir ədəd açılıb-qatlanan bıçaq, şalvarın sağ yan cibindən 22 ədəd 20 manatlıq və 3 ədəd 10 manatlıq əskinaslar olmaqla 470 manat pul, bənövşəyi rəngli kişi köynəyinin döş cibindən “Vinçester” markalı siqaret qutusu aşkar olunmuşdur. Aşkar olunmuş pul qabının içinə baxış keçirilən zaman pul qabının içərsində olan 01 ədəd 5 dollar pulu, bir ədəd ağ rəngli sellofan büküm və bir ədəd sellon büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında ağ rəngli sellofan büküm açılan zaman içərisində rəngindən, görünüşündən psixotrop maddə “metamfetamin”ə oxşar kütlə olması, digər sellofan büküm açılarkən içərisində rəngindən, görünüşündən narkotik vasitə “heroin”ə oxşar kütlə olması müəyyən olunmuşdur. Həmin 02 ədəd kütlələrin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmiş və həmçinin kütlələrin elektron tərəzidə çəkiləri ölçülmüşdür. Həmin kütlələrdən psixotrop maddə “metamfetamin”ə oxşar kütlənin ümumi çəkisi 0,18 qram və narkotik vasitə “heroin”ə oxşar kütlənin 0,29 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-in 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 02 (bir) ədəd bükümlərdəki kütlələrdən ağ rəngli sellofan bükümdə olanının psixotrop maddə “metamfetamin” olduğunu, digər sellofan bükümdəki kütlənin “heroin” olduğunu özü istifadə etmək məqsədi ilə üstündə saxladığını bildirmişdir.Həmçinin sorğu zamanı üzərindən aşkar edilib götürülmüş 01 ədəd açılıbqatlanan bıçağı Mingəçevir şəhərindəki bazarların birindən 3-4 ay öncə 32(otuz iki) manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Sahil küçəsində yerləşən 9 saylı evə özünün razılığı ilə video çəkilişdən istifadə edilməklə baxış keçirilməyə gedilmişdir. Həmin evə daxil olmamışdan əvvəl, Təqsirləndirilən şəxs könüllü olaraq bildirmişdir ki, onun yaşadığı evə baxış keçirməyimizə heç bir etirazı yoxdur və bu barədə ərizə vermişdir. Bundan sonra video çəkiliş aparmaqla, Təqsirləndirilən şəxs özü və vəkilinin iştirakı ilə onun yaşadığı evə tərəfimizdən baxış keçirilmişdir. Baxış zamanı qanunla saxlanılması qadağan edilmiş əşya və maddə aşkar edilməmişdir. Bütün hərəkətlər fotoçəçəkiliş vasitəsi ilə qeydə alınmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 birinci instansiya məhkəməsi iclasında elan edilmiş ifadəsində Şahid1 Məhyəddin oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə keçirilməsi barədə 05 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli cins şalvarının arxa sağ yan cibindən aşkar edilmiş bir ədəd pul qabına baxış keçirilən zaman 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində ümumi təmiz çəkisi 0,122 qram olan psixotrop maddə metafetaminə oxşar kütlə, 1 ədəd sellofana bükülmüş bükümün içərisində ümumi təmiz çəkisi 0,203 qram olan narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüş, eyni zamanda onun əynində olan göy rəngli cins şalvarının arxa sağ yan cibindən bir ədəd açılıb-qatlanan bıçaq aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan 05.08.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəməkimyəvi ekspertizasının 06.08.2020-ci il tarixli 17\485 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr...” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi- 0,122 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-0,203 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işində olan 05.08.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-ballistik ekspertizasının 14.08.2020-ci il tarixli 17\486 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, tiyəsində “STAİNLESS STEEL U.S.A” sözləri yazılmış bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir, istifadəyə yararlıdır. Cinayət işində olan 07.08.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 26.10.2020-ci il tarixli 929 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Cinayət işin materiallarında olan 27.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0,122 qram olan psixotrop maddə - metamfetamindən məhkəmə kimyəvi ekpertizasının tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalan qalıq 0,072 qram olan psixotrop maddə metamfetamin, ilkin xalis çəkisi 0,203 qram olan narkotik vasitə – heroindən məhkəmə kimyəvi ekpertizasının tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalan qalıq 0,153 qram olan narkotik vasitə heroin və 01 ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan açılıb-qatlanan, tiyəsində “STAİNLESS STEEL U.S.A” sözləri yazılmış soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Cinayət işi materiallarında olan Mingəçevir MKT İstehsalat Birliyindən verilmiş 22.10.2020-ci il tarixli 575 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008-ci il təvəllüdlü Eyyublu Mehin adlı uşağı vardır. Cinayət işin materiallarında olan 17.08.2020-ci il tarixli DİN-in BƏSSİ-in tələbnamədən və Bakı şəhər, Nizami rayon məhkəməsinin 10.07.2017-ci il tarixli, 1(007)135/2017 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 10.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, 10.02.2020-ci il tarixdə cəzasınının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Bundan əlavə onun üzrərindən 01 ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan açılıb-qatlanan, tiyəsində “STAİNLESS STEEL U.S.A” sözləri yazılmış soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxs X7 törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X7 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında təqsirləndirilən şəxs X11 himayəsində 2 azyaşlı uşağının, pensiyaçı valideynlərinin olmasını nəzərə alınmasını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 2008-ci il təvəllüdlü Mehin adlı azyaşlı uşağının olması, (digər qızı Aysun 2002-ci il təvəllüdlüdür) və törətdiyi cinayət əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, həmçinin onun əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivinin onun cəzasını ağırlaşdırılan hal olması müəyyən edilmişdir. Həmçinin Apellyasiya Məhkəməsi araşdırılması zamanı təqsirləndirilən şəxs X7 cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs X8 nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, X11 əvvəllər qəsdən cinayət törətməyə görə yəni, Bakı şəhər, Nizami rayon məhkəməsinin 10.07.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmiş, birinci instansiya məhkəməsi də ona cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivinin yaranmasını müəyyən etmişdir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Birinci instansiya məhkəməsi də haqlı olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, ona təyin olunmuş cəzaları Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə onun üzərində 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması müəyyən etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edərkən Cinayət Məcəlləsinin imperativ normalarını da nəzərə almış, ona təqsirli bilindiyi maddələr üzrə ən aşağı həddə yaxın həddə cəza təyin edərək ona təyin etmiş cəzaların qismən toplanmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin ona görə israrlıdır ki, cinayət işin materiallarında olan 17.08.2020-ci il tarixli DİN-in BƏSSİ-in tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ilk məhkumluğunu cəzasının sonu ilə 2014-cü il tarixdə çəkərək bitirmiş, bundan sonra hazırkı cinayət əməli də daxil olmaqla daha 2 dəfə cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş cinayət əməllərini törədərək məhkum olunmuşdur. Göründüyü kimi şəxs bir neçə dəfə məhkum edilməsinə baxmayaraq müəyyən müddət keçəndən sonra yenə də cinayət törətməyə meyilənmiş, yəni hazırkı cinayət əməlini törətmişdir. Bu hal ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha sərt cəza, azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1ci maddələri ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(051)-29/2021 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar