Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-211/2020 05.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə və dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxx 1985-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, аzərbаycаnlı, subаy, orta təhsilli, məhkum оlunmamış, işləməyən, ünvan 1 ünvanında pаspоrt qeydiyyatında olmаqlа həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinərək, 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, onun xx xxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay 19 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması, onun üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, onun üzərində saxlanılmış 3 (üç) il 2 (iki) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməsi, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanması, iş üzrə maddi sübut olan, 01 ədəd xidməti geyim forması olan gödəkcə və pаqоn hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1 qaytarılması, iş üzrə maddi sübut olan 01 ədəd bıçаq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə 94,60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Yusifоv Sənаn Kənаn оğlundan alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməsi, iş üzrə mülki iddianın olmamasının nəzərə alınması müəyyən edilmişdir. işin halları: Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, ibtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Yusifоv Sənаn Kənаn oğlu hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinаyətlərini törətmişdir. Belə ki, o, 19 аprel 2020-ci il tarixdə, saat 14:30-da Şəki şəhəri X5 küçəsi ilə C.Cabbarlı küçəsinin kəsişməsində, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı ünvandan aralanmaqla dayanаn zaman, «CОVİD-19» tipli kоrоnоvirus infeksiyаsının Аzərbаycаn Respublikаsı ərаzisində yаyılmаsının qаrşısının аlınmаsı məqsədilə Nаzirlər Kаbineti yаnındа Оperаtiv qərаrgаh tərəfindən xüsusi kаrаntin rejiminin tədbiq edilməsinə dаir müəyyən edilmiş qаydаlаra, yəni xüsusi icаzə оlmаdаn yаşаyış mənzilini təyinatı üzrə tərk etmək kimi kаrаntin rejimi tələblərinə nəzarətin keçirilməsi ilə əlaqədar həmin ərazidə qurаşdırılmış 1-2 saylı pоlis pоstundа xidmətdə оlmаqlа hakimiyyət nümayəndəsi оlаn Şəki ŞRPŞ-nin, Pоst Pаtrul Xidməti bölüyünün pоlis nəfəri, pоlis serjаntı Zərərçəkmiş şəxs2 оğlu ona yaxınlaşaraq yaşayış yerini tərk etmək üçün xüsusi icazəsinin olub-olmaması ilə maraqlandıqda, sonuncu polis əməkdaşının qanuni tələblərinə tabe olmaq əvəzinə heç bir səbəb olmadan onun ünvanına nalayiq söyüşlər söyərəküstünə hücum çəkib əl-qol hərəkətləri ataraq polis əməkdaşını vurmağa cəhd etmiş, orada xidmətdə оlmаqlа hakimiyyət nümayəndəsi оlаn digər polis əməkdaşı Şəki ŞRPŞ-nin, Pоst Pаtrul Xidməti bölüyünün pоlis nəfəri, pоlis serjаntı Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs yaxınlaşaraq onu intizama dəvət etməklə sakitləşdirmək istəmiş, lakin Təqsirləndirilən şəxs yenə də pоlis əməkdаşlаrının qаnuni tələblərinə tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirərək Şəki ŞRPŞ-nin Pоst Pаtrul Xidməti bölüyünün pоlis nəfəri, pоlis serjаntı Zərərçəkmiş şəxs1 da nalayiq söyüşlər söyməklə, xidməti geyim forması olan qış gödəkcəsinin sol çiyin paqonunu dartaraq qopartmış, xidməti geyim papağını vuraraq yerə salmaqla gödəkçənin səthində fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-sökülmə, paqonun səthində isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-qoparılma zədələri yetirərək, həmçinin əli ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruqla zərbələr vuraraq оnа sağ göz almasının kontuziyası, gözün ağılı qişasına qansızma, üst və alt göz qapaqlarının və gözətrafı nahiyənin travmatik şişkinliyi və yumşaq toxumalarının əzilməsi, döş qəfəsinin sol yarısının yumşaq toxumasının əzilməsi, boyunun sağ və sol yan səthinin, sağ döş körpücük oynağının və sol qalça darağı nahiyəsinin sıyrılmış yaraları kimi, dərəcəsinə görə sаğlаmlığınа yüngül zərər vurmаyа аid xəsаrət yetirərək, cinayət əməllərini davam etdirməklə yaşadığı evdən bıçaq götürüb yenidən həmin əraziyə gələrək Zərərçəkmiş şəxs1 silah qismində istifadə etdiyi ümumi uzunluğu 25 sm, dəstəyinin uzunluğu 12 sm, tiyəsinin uzunluğu 13 sm olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağını əlində nümayiş etdirib hədəqorxu gəlməklə xidməti vəzifələrini yerinə yetirərkən Şəki ŞRPŞ-nin, Pоst Pаtrul Xidməti bölüyünün pоlis nəfəri, pоlis serjаntı Zərərçəkmiş şəxs2 оğlu və Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə müqavimət göstərmiş və pоlis nəfəri Şаmxаl Məmmədоvun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti və dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti daxil olmuşdur. apellyasiya şikayətinin və protestinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Eləcə də verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsini, dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X4 apellyasiya protestinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti və apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, о, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində bir qədər spirtli içki içmiş və Aşagı Karvansarayın alt tərəfində küçələrin kəsişməsində dayanmışdır. Küçədə olan zaman əvvəllər tanıdığı Elgün də yanına gəlmiş və оnlаr bir qədər söhbət etmişlər. Bu zaman yaxınlıqdan keçən polis əməkdaşı olan Zərərçəkmiş şəxs2 оnlаrdаn karantin rejimi ilə əlaqədar icazələrinin olub-olmadığını soruşduqda o, İsəyə icazəsinin olduğunu, lakin yanında olan Elgünün icazəsinin olmadığını bildirmişdir. Bu zaman İsə оnlаrа xəbərdarıq edib evə getmələrini tapşırmışdır. Sonra İsə оna dayanmasını bildirib icazəsinin olubolmadığını soruşduqda о icazəsinin olduğunu demiş, İsə ilə söhbət zamanı ünvansız nalayiq ifadə işlətmişdir. Bu zaman İsə onunla xidmət aparan Zərərçəkmiş şəxs1 zəng vurub çağırmışdır. Arxadan yaxınlaşan Zərərçəkmiş şəxs1 onun İsə ilə dalaşdığını zənn edərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. O da əsəbləşərək Şamxalla əlbəyaxa olmuşdur. Həmin vaxtı yanında olan Elgün оnlаrı aralamaq istəmişdir. Bundan sonra о polis əməkdaşı Şamxalın hərəkətindən əsəbləşib Şamxalı qorxutmaq üçün yaxınlıqda olan evinə qaçaraq mətbəxdən dəstəyi qara rəngli mətbəx bıçağını götürmüş və Şamxalın üzərinə gedib onu qorxutmaq istəmişdir. Bu zaman Elgün оnun hərəkətlərinə mane olmaq istəmişdir. О, əlində olan bıçağı havada yelləyərək Şamxala nümayiş etdirmiş, Elgün və İsə onu araladıqda bıçaq əlindən yerə düşmüşdür. Bundan sonra o, bıçağı yerdən götürüb həmin ərazidən qaçmış və bir qədər qaçdıqdan sonra qaçmağın mənasız olduğunu düşünərək dayanmışdır. Şamxalla əlbəyaxa olduqda ola bilər ki, Şamxalın geyiminin paqon hissəsi sökülə bilərdi. Həmçinin Şamxalın papağı yerə düşmüşdür. Həmin vaxtı hadisə yerinə əlavə polis əməkdaşları gəlmişlər. Bu zaman polis əməkdaşları оnu saxlamış və polis avtomobili ilə Polis şöbəsinə gətirmişlər. Əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxslərdən üzr istəmiş və onlarla barışıq əldə etmişdir. Ona həbslə əlaqədar olmayan yüngül cəzanın verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, о, Şəki ŞRPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir, karatin rejimi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən Aşağı Karvansarayın qarşısında xidmətdə olmuş, saat 14 radələrində nahar fasiləsinə çıxmışdır. Həmin gün təxminən saat 14:30 radələrində eyni postda xidmət etdiyi digər polis nəfəri Zərərçəkmiş şəxs2 ona zəng edib bir nəfər şəxin tabesizlik və ona qarşı nalayiq ifadələr işlətməklə müqavimət göstərdiyini bildirmişdir. O, da buna görə naharını yarımçıq saxlayıb dərhal xidmət etdiyi posta getmişdir. O, xidmət etdiyi posta gedən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 üzərinə gedib onu Aşağı Karvansarayın yaxınlığında olan ağaca sıxdığını, tanımadığı bir nəfər şəxsin isə onları aralamaq istədiyinin şahidi olmuşdur. O, bu zaman onların yanına gedərək Sənanı qolundan tutub ondan sakit olmasını, qanuna tabe olmasını xahiş etmişdir. Bu vaxt Sənan onun üzərinə gəlmişdir. Həmin vaxt o, Sənanın içkili olduğunu hərəkətlərindən, üzərindən gələn içki qoxusundan hiss etmişdir. Sənanı araladıqdan sonra Sənan onun üzərinə hücum etmiş və yaxasından tutub onu vurmaq istəmiş və onlar əlbəyaxa olmuşlar. Bunu görən İsə və tanımadığı şəxs Sənanı aralamaq istəsə də o, öz hərəkətlərinə davam etmiş onun və İsanın üvanına nalayiq söyüşlər söyməklə onu vurmaq istəmişdir. Sənanla əlbəyaxa olan zaman sonuncu nalayiq söyüşlər söyməklə onun qış gödəkçəsinin sol tərəfində olan paqonu dartaraq yerindən qopartmış, papağını yerə salmış və əli ilə bədəninin müxtəlif nahiyələrinə yumruqla vurmuşdur. Bu zaman tanımadığı şəxs Sənanı aralamağa çalışmışdır. Həmin vaxt Sənan özü onların əllərindən çıxıb təxminən 15-20 metrlikdəki evlərinə getmiş və bir neçə dəqiqə sonra əlində olan mətbəx bıçağı ilə nalayiq söyüşlər söyməklə üzərinə gəlmiş və bıçağı o, tərəfə, bu tərəfə fırlatmışdır. Sənan onun üzərinə hücum edən zaman aralarında təxminən 4-5 metr məsafə olmuşdur. Sənanın onun üzərinə bıçaqla hücum etməsini görüb dərhal üzərində olan dəyənəklə Sənanı zərərsizləşdirmək istəsə də buna müəvvəffəq ola bilməmiş və dəyənək əlindən yerə düşmüşdür. Onun Sənanı zərərsizləşdirmək istədiyini görən Sənan daha da aqressivləşib ünvanına nalayiq söyüşlər söyməklə yenidən üzərinə gəlmişdir. Bu zaman tanımadığı şəxs Sənanın qarşısına keçib onu saxlamağa çalışmışdır. Sənan onun qarşısına keçən şəxsin hərəkətlərinə baxmayaraq öz hərəkətlərinə davam etmiş, onun əlindən çıxaraq üzərinə hücum etməyə çalışmışdır. Bu zaman bıçaq Sənanın əlindən yerə düşmüşdür. Sənan əlindən bıçağın yerə düşməsini görüb dərhal yaxınlıqda olan dağ tərəfə qaçmışdır. Onlar da bunu görüb onun arxasınca qaçmış və təxminən bir neçə dəqiqə sonra Sənanı saxlamışlar. Həmin ərəfədə isə onlara kömək üçün əvvəlcədən məlumat verdikləri Şəki ŞRPŞ-nin PPXB-nün komandiri Şahid3 və polis nəfəri Şahid2 hadisə yerinə gəlmişlər. Bundan sonra onlar Sənanı xidməti avtomobilə əyləşdirmişlər və Polis Şöbəsinə gətirib hadisə barədə Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişlər. Sənan onunla dartışdığı zaman Sənanın əli-qolu üzünə dəymiş, lakin ona güclü zərbə dəyməmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş və onunla barışıq əldə etmişdir. Sənandan heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi hissədə Sənanın barəsində cinayət təqibinə xitam verilməsini, CM-nin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ona həbslə əlaqədar olmayan yüngül cəzanın verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Mustаfаyev İsə Şəfаyət оğlu məhkəmə iclasında göstərdi ki, о, Şəki ŞRPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. Karatin rejimi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən Aşağı Karvansarayın qarşısında postda xidmət etmişdir. Həmin gün xidmətdə olduğu zaman növbəliyə uyğun olaraq o, saat 13-14 radələrində nahar etmişdir. Birlikdə xidmət etdiyi polis nəfəri Zərərçəkmiş şəxs1 isə ondan sonra yəni, saat 14-15 radələrində nahar etmək üçün getmişdir. Həmin vaxt təxminən saat 14:30 radələrində o, xidmətdə olan zaman Təqsirləndirilən şəxs yanında olan tanımadığı şəxsin evi tərk etmək üçün icazəsinin olmadığını bildirmişdir. O, xidməti vəzifəsi ilə əlaqədar olaraq yaxınlaşdıqda Sənanın yanında olan şəxs icazəsinin olduğunu bildirmişdir. Bu zaman o, Sənandan özünün icazəsinin olubolmadığını soruşduqda Sənan icazəsinin olmadığını bildirmişdir. O, həmin vaxt Sənana xəbərdarlıq etmişdir. Bu zaman yanında olan tanımadığı şəxs Sənanın içkili olduğunu deyib ona fikir verməməyini xahiş etmişdir. Lakin Sənan onun xəbərdarlığına məhəl qoymadığından bu barədə Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Sənan bunu görüb oradan uzaqlaşmaq istəmişdir. Lakin o, Sənanın barəsində qanuni tədbir görməkdən ötrü sonuncudan dayanmasını tələb etmişdir. Sənanın onun tələbinə məhəl qoymadığını görüb bir daha ona dayanmasını tələb etmişdir. Sənan onun ikinci dəfə “dayan” tələbindən qıcıqlanıb qəflətən geriyə dönüb üzərinə hücum etmiş və onu yaxınlıqda olan ağaca sıxışdırıb ünvanına nalayiq söyüşlər söyməyə başlamış və onu yumruqla vurmağa çalışmışdır. Sənanın bu hərəkətlərini görən yanındakı tanımadığı şəxs dərhal ikisinin arasına girib onu sakitləşdirmək istəmişdir. Lakin Sənan heç birinə məhəl qoymayıb öz hərəkətlərin davam etmişdir. Təxminən bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs1 hadisə yerinə gəlmiş və Sənanın onu ağaca sıxışdırdığını görüb dərhal onların yanına gəlmiş və onları aralamışdır. Sənan Şamxal tərəfindən aralandığını görüb yenidən sonuncunun və onun ünvanına nalayiq söyüşlər söyməklə Şamxalın üzərinə hücum etmişdir. Bu zaman Şamxal Sənanın onu vurmaması üçün özünü müdafiə etmək üçün Sənanla əlbəyaxa olmuşdur. Sənan Şamxal ilə əlbəyaxa olan zaman Sənan Şamxalın paqonunu dartıb qopartmış, papağını yerə salıb bədəninin müxtəlif nahiyələrinə əli ilə vurmuşdur. Həmin vaxt o və digər şəxs Sənanı sakitləşdirmək və etdiyi əmələ son qoymaq üçün çalışsalar da sonuncu onların heç birinə məhəl qoymaraq öz hərəkətlərinə davam etmişdir. Sənan əlbəyaxa olan zaman onlar çətinliklə olsa da onu aralaşdıra bilmişlər. Bu zaman Sənan qaçaraq təxminən 15-20 metr gedib evinə girmiş və bir neçə dəqiqə sonra əlində mətbəx bıçağı ilə geri qayıtmışdır. Sənan geri qayıdaraq yenidən qaça qaça öz söyüşlərinə davam etmiş, Şamxalın üzərinə hücum etmişdir. Sənanın bıçaqla hücum etməsini görüb həmin tanımadığı şəxs bunun qarşısını almışdır. Lakin Sənan yenə öz hərəkətlərinə davam etmişdir. Bu zaman Şamxalın əlindəki dəyənək yerə düşdüyünən Şamxal əlacsız qalıb Sənanın əlindəki bıçağı yerə salmaq üçün daşla Sənanın əlinə vurmuşdur. Həmin vaxt Sənanın əlindəki bıçağı yerə düşmüşdür. Sənan əlindən bıçağın yerə düşməsini görüb dərhal dağ tərəfə qaçmağa başlamışdır. Bu zaman onlar kömək üçün əvvəlcədən məlumat verdikləri Şəki ŞRPŞ-nin PPXB-nün komandiri Şahid3 və polis nəfəri Şahid2 hadisə yerinə gəlmişlər. Sonra onlar Sənanı xidməti avtomobilə əyləşdirmiş və Polis Şöbəsinə gətirib hadisə barədə Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişlər. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş və onunla barışıq əldə etmişdir. Sənandan heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirləndirildiyi hissədə Sənanın barəsində cinayət təqibinə xitam verilməsini, CM-nin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ona həbslə əlaqədar olmayan yüngül cəzanın verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şаhid qismində dindirilmiş Məmmədli İslаm Qаçаy оğlu ifаdəsində göstərmişdir ki, о, Şəki RŞPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. O, hər gün səhər saat 09:00-dan saat 20:00-a kimi Şəki şəhərində müxtəlif ərazilərdə xidmət aparır. xx.xx.2020-ci il tarixdə o, Şəki ŞRPŞ-nin PPXB-nün manqa komandiri Şahid3la xidmətdə olan zaman Zərərçəkmiş şəxs1 məruzə edərək xidmət etdiyi Şəki şəhəri, M.F.Axundov küçəsində vətəndaş Təqsirləndirilən şəxs ona və birlikdə xidmət etdiyi Zərərçəkmiş şəxs2 müqavimət göstərdiyini, nalayiq söyüşlər söydüyünü, evdən bıçaq gətirərək onun üzərinə bıçaqla gəldiyini, paqonun cırılmasını və xəsarət almasını bildirmişdir. Onlar da buna görə Şahid3la birlikdə xidməti avtomobillə hadisə baş vermiş əraziyə getmişlər. Onlar əraziyə gedən zaman Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmasını, nalayiq ifadələr işlətdiyini, Zərərçəkmiş şəxs1 yaxasından tutaraq dartışdırdığını, Zərərçəkmiş şəxs1 isə onu sakitləşdirməyə malışdığını görmüşlər. Həmin vaxt onlar dərhal avtomobildən düşüb yaxınlaşıb, Təqsirləndirilən şəxs sakitləşdirib, onu xidməti avtomobilə əyləşdirib polis şöbəsinə gətirmişlər. Birinci instansiya məhkəməsi iclasında şаhid qismində dindirilmiş Mаhmudоv Turаl Əmrаh оğlu ifаdəsində göstərdi ki, о, Şəki RŞPŞ-nin PPXB-nün manqa komandiri vəzifəsində işləyir. Hər gün səhər saat 09:00-dan saat 20:00-a kimi Şəki şəhərində müxtəlif ərazilərdə xidmət aparır. xx.xx.2020-ci il tarixdə o, Şəki ŞRPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ilə xidmətdə olan zaman Zərərçəkmiş şəxs1 məruzə edərək xidmət etdiyi Şəki şəhəri, M.F.Axundov küçəsində vətəndaş Təqsirləndirilən şəxs ona və birlikdə xidmət etdiyi Zərərçəkmiş şəxs2 müqavimət göstərdiyini, nalayiq söyüşlər söydüyünü, evdən bıçaq gətirərək onun üzərinə bıçaqla gəldiyini, paqonun cırılmasmı və xəsarət almasını bildirmişdir. Onlar da buna görə Şahid2 ilə birlikdə xidməti avtomobillə hadisə baş vermiş əraziyə getmişlər. Onlar əraziyə gedən zaman Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmasını, nalayiq ifadələr işlətdiyini, Zərərçəkmiş şəxs1 yaxasından tutaraq dartışdırdığını, Zərərçəkmiş şəxs1 isə onu sakitləşdirməyə malışdığını görmüşlər. Həmin vaxt onlar dərhal avtomobildən düşüb yaxınlaşıb, Təqsirləndirilən şəxs sakitləşdirib, onu xidməti avtomobilə əyləşdirib polis şöbəsinə gətirmişlər. Birinci instansiya məhkəməsi iclаsınа gəlməyən şahid Bədəlоv Elgün Sоltаn oğlu məhkəmə istintaqında elan edilməklə tədqiq olunan, işin birinci cild 81-84-cü vərəqələrindəki ifadəsində göstərmişdir ki, о, təxminən 5 il qəssab işləmiş, lakin sonradan yaxşı qazanmadığı üçün Bakı şəhərinə gedib avtovağzal ərazisində Türkiyə Cümhuriyyətinə gedən avtobuslar üçün sərnişin tapmaqla ailəsini dolandırmışdır. xx.xx.2020-ci il tarixdə saat 14:30 radələrində yaşadığı küçədə olan zaman tanıdığı Təqsirləndirilən şəxs içkili halda onun yanına gələrək söhbət etməyə başlamışdır. Söhbət zamanı Sənan xırda daşlara oynayıb onları bir qədər kənara atmışdır. Həmin daşların səsini eşidən yaxınlıqda olan polis nəfəri Zərərçəkmiş şəxs2 geriyə dönərək onlara yaxınlaşıb icazələrinin olub-olmadığını soruşmuşdur. Sənan kinayə ilə icazəsinin olmadığını demiş və buna görə polis nəfəri ilə arasında sözlə mübahisə yaranmışdır. Bu zaman İsə telefonla tanıdığı polis nəfəri Zərərçəkmiş şəxs1 zəng etdikdə o, İsədən xahiş edib Şamxal ilə danışmaq istədiyini bildirdiyinə görə İsə mobil telefonu verdikdən sonra Şamxala Sənanı tanıdığını, içkili olduğuna görə mübahisə etdiyini deyib gəlməməsini xahiş etmişdir. Lakin Şamxal orada gözləməyini deyib gələcəyini bildirmişdir. Bu zaman Sənan İsənin zəng edərək Şamxalı çağırmasını görüb daha da aqressivləşmiş və onun üzərinə getmişdir. O, mübahisənin böyüməməsi üçün onları sakitləşdirmək üçün onları ayırmağa çalışmışdır. Lakin Sənan içkili olduğuna görə sakitləşməmiş və öz hərəkətlərinə davam etmişdir. Təxminən 10-15 dəqiqə sonra hadisə yerinə Şamxal gəlmişdir. Şamxal gələn zaman o, Sənanla İsənin arasına girib onun üzərinə getməsinin qarşısını almışdır. Həmin vaxt bunu görən Şamxal dərhal onların yanına gəlmiş və Sənanın qolundan tutub aralaşdırmaq istəmişdir. Bu səfər Sənan İsənin üzərinə getməyi dayandırıb onu aralamaq istəyən Şamxalla mübahisə etməyə, sonuncunun üzərinə getməyə başlamışdır. Bu zaman o, yenə də onların arasına girib sakitləşdirmək və aralaşdırmaq istəmişdir. Lakin Sənan içkili olduğuna görə heç birinə məhəl qoymayıb öz hərəkətlərinə davam etmişdir. Təxminən bir neçə dəqiqə belə davam etdikdən sonra qəflətən evləri tərəfə getmiş və bir neçə dəqiqə sonra geri qayıdıb yola gələrək əli cibində Şamxala “sən məni aparmaq istəyirsən?” deməyə başlamışdır. O, Sənanın əlinin cibində olmasını görüb evdən bıçaq götürüb gəldiyini başa düşüb dərhal onun yanına gedib qarşısına keçmişdir. Bu zaman Sənan cibindən bıçağı çıxarmışdır. Bunu görən Şamxal bıçağı almaqdan və Sənanı zərərsizləşdirməkdən ötrü üzərində olan dəyənəkdən istifadə etmiş, lakin dəyənək yerə düşmüşdür. Onun və Şamxalın cəhdlərinə baxmayaraq Sənanı sakitləşdirmək mümkün olmamışdır. Bir qədər keçdikdən sonra o, çətinliklə də olsa Sənanın əlindən bıçağı alıb yerə atmışdır. Bundan sonra Sənan evləri tərəfə qaçmışdır. Sənan qaçdıqdan dərhal sonra isə Şamxal onu saxlamaqdan ötrü onun arxasınca qaçmış və onlar bir qədər getdikdən sonra gözdən itmişlər. Bundan sonra o, bir qədər küçədə dayanmış, sonra isə evə getmişdir. Sonradan Sənanın evlərinə getmədiyini, evlərinin yanında olan ara küçə ilə aşağı yola çıxıb qaçmaq istədiyini, lakin Şamxalın onu saxlayaraq köməyə gələn polis avtomobili ilə apardıqalarını eşitmişdir. Cinayət işinin birinci cild 13-21-ci vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, qeyd edilən tarixdə hаl şаhidləri və zərərçəkmiş şəxslər Məmmədоv Şаmxаl Fаmil oğlunun və Mustаfаyev İsə Şəfаyət oğlunun iştirаkı ilə hаdisə yerinə baxış keçirilmiş və zərərçəkmiş şəxslər hadisənin baş verdiyi şəraiti təsvir etmişlər. Cinayət işinin birinci cild 25-31-ci vərəqələrində olan xx.xx.2020-ci il tarixli könüllü təqdim olunan əşyalara baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, hadisə baş verən zaman Məmmədоv Şаmxаl Fаmil оğlunun əynində olmuş 01 ədəd xidməti geyim fоrmаsı оlаn gödəkcə və pаqоnu, həmçinin təqsirləndirilən şəxs S.Yusifоvun hаdisə vаxtı istifаdə etdiyi 01 ədəd bıçаq götürülərək baxış keçirilmiş, bаxış zаmаnı gödəkcənin pаqоn hissəsinin qоpаrıldığı, rütbəni göstərən nişаnlаrın yerindən çıxmаsı və əzilməsiаşkаr edilmişdir. Cinayət işinin birinci cild 42-ci vərəqəsində olan Şəki Narkoloji Şöbəsinin xx xxxxx 2020-ci il tarixli, 153 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Yusifоv Sənаn Kənаn oğlu yüngül dərəcə alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin birinci cild 50-51-ci vərəqələrində olan “MTE və PA ETT” Birliyinin Şəki rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 138 nömrəli rəyindən görünür ki, Məmmədоv Şаmxаl Fаmil oğlunun məhkəmə tibbi ekspertizаsı zаmаnı aşkar olunmuş xəsarətlər sağ göz almasının kontuziyası, gözün ağılı qişasına qansızma, üst və alt göz qapaqlarının və gözətrafı nahiyənin travmatik şişkinliyi və yumşaq toxumalarının əzilməsi, döş qəfəsinin sol yarısının yumşaq toxumasının əzilməsi, boyunun sağ və sol yan səthinin, sağ döş körpücük oynağının və sol qalça darağı nahiyəsinin sıyrılmış yaraları bərk küt əşyаnın (əşyаlаrın) təsirindən təsirindən törənmişlər, müddəti müаyinədən bir günə qədər vаxtа оlmаqlа, qərаrdа qeyd edilən 19 аprel 2020-ci il tаrixdə döyülmə zаmаnı əmələ gəlməsi istisnа edilmir, dərəcəsinə görə sаğlаmlığın qısа müddətə pоzulmаsınа səbəb оlаn sаğlаmlığа Yüngül zərər vurmаyа аiddirlər. Cinayət işinin birinci cild 52-53-cü vərəqələrində olan “MTE və PA ETT” Birliyinin Şəki rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 139 nömrəli rəyindən görünür ki, Mustаfаyev İsə Şəfаyət oğlunun məhkəmə tibbi ekspertizаsı zаmаnı bədən səthi üzərində xəsаrət və оnun izi аşkаr edilməmişdir. Cinayət işinin birinci cild 54-55-ci vərəqələrində olan “MTE və PA ETT” Birliyinin Şəki rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 141 nömrəli rəyindən görünür ki, Yusifоv Sənаn Kənаn oğlunun məhkəmə tibbi ekspertizаsı zаmаnı aşkar olunmuş xəsarətlər sol çiyin qurşağının ön səthinin, sağ çiyin qurşağının ön səthinin və döş qəfəsinin sağ yan səthinin sıyrıqları bərk küt əşyаnın (əşyаlаrın) təsirindən törənmişdir, müddəti qərаrdа qeyd edilən 19 аprel 2020-ci il tаrixinə uyğundur, xəsarətlərin müxtəlif şəraitlərdə əmələ gəlməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin birinci cild 102-103-cü vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Yusifоv Sənаn Kənаn oğlu təmin tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin birinci cild 160-cı vərəqəsində olan Şəki rayon Psixatriya Xəstəxanasının xx xxx 2020-ci il tarixli, 248 nömrəli arayışdan görünür ki, Yusifоv Sənаn Kənаn oğlu xx xxxxxx 2004cü il tarixdən Şəki rayon Psixatriya Xəstəxanasında şəxsiyyətin emosional davamsız pozuntusu diaqnozu ilə dispanser müşahidədədir. Cinayət işinin birinci cild 186-cı vərəqəsində olan Аzərbаycаn Respublikаsı DİN-nin BƏSİİ tərəfindən xx xxx 2020-ci il tаrixdə verilmiş tələbnamədən görünür ki, Yusifоv Sənаn Kənаn оğlu əvvəllər məhkum edilməmişdir. Cinayət işinin birinci cild 193-cü vərəqəsində olan Şəki Mənzil İstismar Sahəsi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Yusifоv Sənаn Kənаn oğlu yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin birinci cild 197-ci vərəqəsində olan Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizа Mərkəzinin 12 mаy 2020-ci il tаrixli 17/269 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim edilmiş bıçаq ümumi uzunluğu 250 mm, dəstəyin uzunluğu 120 mm, tiyəsinin uzunluğu 130 mm olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçаğıdır və sоyuq silаh hesаb edilmir. Cinayət işinin birinci cild 227-228-ci vərəqələrində olan Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizа Mərkəzinin 10iyun 2020-ci il tаrixli 3/429 nömrəli rəyindən görünür ki, təqdim edilmiş xidməti polis gödəkçəsinin və paqonun səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Gödəkçənin səthində olan zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-sökülmə zədəsidir. Paqonun səthində olan zədələr isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıbqoparılma zədələridir. Qeyd olunan zədələr müxtəlif şəraitdə, o cümlədən, qərarın təsviri hissəsində göstərilən şəraitdə də yaranması mümkündür. Cinayət işinin birinci cild 230-232-ci vərəqələrində olan məhkəmə-psixаtrik və psixoloji ekspertizаnın xx.xx.2020-ci il tаrixli 292/116 nömrəli rəyindən görünür ki, Yusifоv Sənаn Kənаn oğluhazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, halhazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Yusifоv Sənаn Kənаn oğlucinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı emosional davamsiz şəxsiyyət pozuntusu xbt 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Yusifоv Sənаn Kənаn oğluemosional davamsiz şəxsiyyət pozuntusu xbt 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Yusifоv Sənаn Kənаnoğlunun əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə idarə etmək etmək iqtidarındadır. Yusifоv Sənаn Kənаn oğluxx.xx.2020-ci il tаrixdə cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. О, cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tаm dərk etmək qabiliyyətinə malik olmuşdur. Yusifоv Sənаn Kənаn oğluxx.xx.2020ci il tаrixdə cinayət əməlini törədərkən keçirdiyi emоsiоnаl hаlın yаrаnmа səbəblərindən biri pоlis əməkdаşlаrı ilə аrаlаrındа оlаn mübаhisə оlа bilərdi. Yusifоv Sənаn Kənаn oğluxx.xx.2020-ci il tаrixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Yusifоv Sənаn Kənаn oğlunun fərdi-xüsusiyyətlərini nəzərə alaraq o, cinayət hadisəsinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavraya bilmişdir. Cinayət işinin birinci cild 251-252-ci vərəqələrində olan Şəki rayon prokuroru Mehman Xankişiyevin inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Yusifоv Sənаn Kənаn oğlunun barəsində Аzərbаycаn Respulikаsı İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. Cinayət işində olan Şəki Rayon Məhkəməsinin 1(075)-51/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Yusifоv Sənаn Kənаn oğlu barəsində Аzərbаycаn Respublikаsı CMnin 128-ci mаddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxs Yusifоv Sənаn Kənаn oğluna istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 315-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Yusifоv Sənаn Kənаn oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, birinci instansiya məhkəməsi öz hökmü ilə təqsirləndirilən şəxs Yusifоv Sənаn Kənаn oğlunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinərək, 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, onun xx xxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay 19 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması, onun üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını müəyyən etmişdir. Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, təyin edilmiş həmin cəza işin faktiki hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun deyildir. Birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1 -ci bəndində göstərilir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM- in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasma aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir, hiəmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini hökmdə əsaslandırmamış və həmin halların hansı hərəkətlərlə ifadə olunduğunu sübut etməmiş və bununla da CPM-nin 139-cu maddəsinin tələblərini pozmuşdur. CPM-nin 353.2.3-cü maddəsinə görə təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də onların qəbul edilməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Yuxarıda qeyd olunduğu kimi məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Yaşayış yerindən müsbət xarakterizə olunma isə cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunması nəticəsidir və məhkəmə CM-nin 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Təqsirləndirilən şəxs müsbət xarakterizə olunması və bunun nədə ifadə olunması, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41 -ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanunvericiliyi qarşısında duran üç vəzifəni müəyyən edir. Bu, ilk növbədə, cinayət qanunvericiliyində göstərilən obyektləri cinayətkar qəsdlərdən qorumaq;sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etmək; cinayətlərin qarşısını almaqdır. Həmin vəzifələri həyata keçirmək üçün Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət–hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 2.1 və 2.2-ci maddələri). Hazırki cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 аprel 2020-ci il tarixdə, saat 14:30-da yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı ünvandan aralanmaqla dayanаn zaman, «CОVİD-19» tipli kоrоnоvirus infeksiyаsının Аzərbаycаn Respublikаsı ərаzisində yаyılmаsının qаrşısının аlınmаsı məqsədilə Nаzirlər Kаbineti yаnındа Оperаtiv qərаrgаh tərəfindən xüsusi kаrаntin rejiminin tədbiq edilməsinə dаir müəyyən edilmiş qаydаlаra, yəni xüsusi icаzə оlmаdаn yаşаyış mənzilini təyinatı üzrə tərk etmək kimi kаrаntin rejimi tələblərinə nəzarətin keçirilməsi ilə əlaqədar həmin ərazidə qurаşdırılmış 1-2 saylı pоlis pоstundа xidmətdə оlmаqlа hakimiyyət nümayəndəsi оlаn Şəki ŞRPŞ-nin, Pоst Pаtrul Xidməti bölüyünün pоlis nəfəri, pоlis serjаntı Zərərçəkmiş şəxs2 оğlu ona yaxınlaşaraq yaşayış yerini tərk etmək üçün xüsusi icazəsinin olub-olmaması ilə maraqlandıqda, sonuncu polis əməkdaşının qanuni tələblərinə tabe olmaq əvəzinə heç bir səbəb olmadan onun ünvanına nalayiq söyüşlər söyərək üstünə hücum çəkib əl-qol hərəkətləri ataraq polis əməkdaşını vurmağa cəhd etmiş, orada xidmətdə оlmаqlа hakimiyyət nümayəndəsi оlаn digər polis əməkdaşı Şəki ŞRPŞ-nin, Pоst Pаtrul Xidməti bölüyünün pоlis nəfəri, pоlis serjаntı Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs yaxınlaşaraq onu intizama dəvət etməklə sakitləşdirmək istəmiş, lakin Təqsirləndirilən şəxs yenə də pоlis əməkdаşlаrının qаnuni tələblərinə tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirərək Şəki ŞRPŞ-nin Pоst Pаtrul Xidməti bölüyünün pоlis nəfəri, pоlis serjаntı Zərərçəkmiş şəxs1 da nalayiq söyüşlər söyməklə, xidməti geyim forması olan qış gödəkcəsinin sol çiyin paqonunu dartaraq qopartmış, xidməti geyim papağını vuraraq yerə salmaqla gödəkçənin səthində fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-sökülmə, paqonun səthində isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-qoparılma zədələri yetirərək, həmçinin əli ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruqla zərbələr vuraraq оnа sağ göz almasının kontuziyası, gözün ağılı qişasına qansızma, üst və alt göz qapaqlarının və gözətrafı nahiyənin travmatik şişkinliyi və yumşaq toxumalarının əzilməsi, döş qəfəsinin sol yarısının yumşaq toxumasının əzilməsi, boyunun sağ və sol yan səthinin, sağ döş körpücük oynağının və sol qalça darağı nahiyəsinin sıyrılmış yaraları kimi, dərəcəsinə görə sаğlаmlığınа yüngül zərər vurmаyа аid xəsаrət yetirərək, cinayət əməllərini davam etdirməklə yaşadığı evdən bıçaq götürüb yenidən həmin əraziyə gələrək Zərərçəkmiş şəxs1 silah qismində istifadə etdiyi ümumi uzunluğu 25 sm, dəstəyinin uzunluğu 12 sm, tiyəsinin uzunluğu 13 sm olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağını əlində nümayiş etdirib hədəqorxu gəlməklə xidməti vəzifələrini yerinə yetirərkən Şəki ŞRPŞ-nin, Pоst Pаtrul Xidməti bölüyünün pоlis nəfəri, pоlis serjаntı Zərərçəkmiş şəxs2 оğlu və Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə müqavimət göstərmiş və pоlis nəfəri Şаmxаl Məmmədоvun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Polis haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin İİ bəndində qeyd edilir ki, Polisin fəaliyyətinin əsas istiqamətləri 1) ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi; 2) cinayətlərin və digər xətaların qarşısının alınması və açılması; 3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsidir. Göründüyü kimi cinayət qanunvericiliyin qarşısında duran vəzifələrin həyata keçirilməsi Polis haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Polisin fəaliyyətinin əsas istiqamətləridir ki, hazırki cinayət əməli də polis əməkdaşlarına qarşı törədilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi üçün tətbiq edilir. Cinayət Qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-nin 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməiki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İşin bütün halları, təqsirləndirilən şəxsin şəxsiyyəti, ədalət prinsipi təqsirləndirilən şəxsə qanunvericiliyin tələblərinə müvafiq cəza təyin edilməsini tələb edir. Birinci instansiya məhkəməsi həmin maddələrin tələblərini nəzərə almadan Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz sayılmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin ədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya protestində qeyd edilən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə cinayət qanunvericiliyinin normasının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduu əməl nisbətən yüksək sosial təhlükəli əməl olduğundan, o, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, o, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay 19 gün təyin olunmuş cəzadan çıxılmalı, üzərində qəti olaraq 7 ay, 11 (on bir) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında dərhal həbs olunmalı, hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Cinayət-Prosessual Məcəlləsinin 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin və o, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay 19 gün təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 7 ay, 11 (on bir) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbs olunsun. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-211/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-211/2020
05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver