Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-211/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 1(091)-22/2020 saylı hökmündən təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi1 Novruz oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 1(091)-22/2020 saylı hökmü ilə (sədrlik edən Rəşid Hüseynov, hakimlər Bilal Məmmədov və Nahid Mirzəyev) xx xxx 1991-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamiş, işsiz, İsmayıllı şəhəri, Q.Nəbi küçəsi ev 18-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 188.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 188.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.1-ci və 237.2.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddətin həmin cəzaya hesablanması, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplanmaqla üzərində qəti cəza 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 14 may 2019-cu ildən hesablanması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi, məhkəmə iclas zalında həbs edilməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması hökm edilmişdir. xx xxxxxx 1991-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, işsiz, İsmayıllı şəhəri M.Orucov küçəsi ev 82-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 188.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.1-ci və 237.2.3-cü maddələri ilə 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddətin həmin cəzaya hesablanması, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaqla üzərində qəti cəza 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 14 may 2019-cu ildən hesablanması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi, məhkəmə iclas zalında həbs edilməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları. Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslər məhkum olunmuşdur ona görə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək məqsədi ilə məlum olmayan vaxtda və mənbədən çətənə bitkisinin toxumlarını əldə edib, bu məqsədlə 28 aprel 2019-cu ildə birlikdə İsmayıllı rayonunun Qoşakənd bələdiyyəsinə aid, İsmayıllı rayonunun Ağbulaq kəndinin ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüquqları olmadan 2 (iki) kvadratmetr torpaq sahəsini kolkosdan təmizləyərək çətənə bitki toxumlarının əkilib becərilməsi üçün münbit şərait yaratmaqla özbaşına tutmuşlar, sonra isə çətənə bitkisinin toxumlarını həmin yerə səpib qanunsuz olaraq əkərək tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən ümumilikdə 327 ədəd çətənə bitkisini peyin və gübrə verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmişlər. 14 may 2019-cu ildə, saat 07 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onların birlikdə qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdikləri 15 smdan 25 smdək uzunluğunda, təmiz çəkisi 2 kiloqram 10 qram olan, külli miqdar təşkil edən 327 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 11,68 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, daşımaqla üzərində saxlamış, 14 may 2019-cu ildə İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən üzərinə baxış keçirilən zaman əynində olmuş hərbi geyim forması olan kitelin sağ cibindən 1 ədəd sellofan bükümün içərisində 11,41 qram çəkidə və həmin kitelin sol cibindən “Winston” markalı 1 ədəd siqaret qutusuna yerləşdirilmiş 1 ədəd siqaretin içərisinə doldurulmuş vəziyyətdə 0,27 qram çəkidə, ümumilikdə 11,68 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 1(091)-22/2020 saylı hökmündən təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi1 Novruz oğlu tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2020-ci il tarixli 1(107)-125/2020 nömrəli hökmü ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs1 qarşı CM-in 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona CM-in 188.1-ci maddəsi ilə bəraət verilmiş və ona cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə əhatə olunduğundan CM-in 234.1-ci maddəsi ona verilmiş ümumi ittihamdan çıxarılmışdır. Təqsirləndirilən şəxs1 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı 14 may 2019-cu il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan çətənə preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilmiş və yaşadığı yer üzrə ərazi Narkoloji Dispanserində profilaktik qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs2 qarşı CM-in 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona CM-in 188.1-ci maddəsi ilə bəraət verilmiş və ona cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs2 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı 14 may 2019-cu il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan çətənə preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilmiş və yaşadığı yer üzrə ərazi Narkoloji Dispanserində profilaktik qeydiyyata alınmışdır. İş üzrə ekspertiza xərci 34 (otuz dörd ) manat 35 (otuz beş) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 17 ( on yeddi) manat 17 ( on yeddi) qəpik olmaqla tutularaq dövlət hesabına keçirilməsi, maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd sellofan torbada tədqiqatdan sonrakı yaş vəziyyətdə təmiz çəkisi 2 kq 9,10 qram olan 327 ədəd çətənə bitkiləri, həmçinin 1 ədəd şəffaf bükümdə tədqiqatdan sonrakı vəziyyətdə təmiz çəkisi-11,36 qram marixuana, 1 ədəd papirosun içərisində tədqiqatdan sonrakı vəziyyətdə təmiz çəkisi-0,22 qram marixuananın məhv edilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2021-ci il tarixli 1(102)-491/2021 nömrəli qərarı ilə kassasiya protestinin qismən təmin edilməsi, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2020-ci il tarixli hökmü “Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə əhatə olunduğundan ona verilmiş ümumi ittihamdan çıxarılması” hissəsində ləğv edilərək cinayət işinin apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Apellyasiya Şikayətinin dəlilləri Müdafiəçi1 Novruz oğlu apelyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 1(091)-22/2020 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 CM-in 188.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 CM-in 188.1, 237.2.1 və 237.2.3-cü maddələri üzrə verilmiş ittiham üzrə əməllərində cinayət tərkibi olmadığına görə bəraət verilməsini xahiş etmişdir. Proses iştirakçılarınıni ifadələri Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı X9 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Təqsirləndirilən şəxs1 son sözündə xahişlərinin nəzərə alınmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətnin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya şikayəti qismən təmin edilməli və Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 1(091)-22/2020 saylı hökmü Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini və apellyasiya şikayətinin təmin edilərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 dekabr 2018-ci ildə İsmayıllı rayonunun İvanovka kəndində yerləşən İvanovka kafesində olan zaman İsmayıllı rayon polis şöbəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid8 oturduğu kabinetə daxil olmuş, tək oturub bir büküm qurudulmuş marixuananı kazbekə doldurub çəkmək istəmiş, qurudulmuş marixuananın bir bükümü isə cibində olmuşdur. Nurlanı görüb onu tutacağından qorxub çəkməyə hazırlaşdığı marixuananı əzib yerə tökmüşdür. Həmin vaxt Nurlan ona tərpənməməyini deyib üzərinə baxış keçirəcəyini demiş, Nurlan tək özü ciblərini yoxlayıb baxış keçirib sol cibində olan adi kağızın içərisində bir büküm marixuananı aşkar edərək götürmüşdür. Artıq Nurlanın onu polis şöbəsinə aparıb tutacağından çəkinib istifadəsində olan ***-***-**-** mobil nömrəsindən əvvəlcədən tanışlığı olan Nurlanın yeznəsi Vüsalın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib danışmaq istədikdə Nurlan telefonu ondan alıb özü Vüsalla danışıb onu narkotiklə tutduğunu və onun Vüsalla danışmaq istədiyini demişdir. Nurlan mobil telefonda Vüsalla aralarında nə isə danışdıqda sonra yanına gələrək ona demişdir ki, “səni buraxıram, ancaq səhər Vüsalla görüşərsən”. Nurlan idarə etdiyi “VAZ-21074” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu İvanovka kafesinin qarşısında düşürtmüşdür. Nurlana üzərindən aşkar edib götürdüyü narkotik vasitəni özünə qaytarmasını xahiş etdikdə Nurlan üzərindən götürdüyü narkotik vasitəni ona qaytarmayıb yanından uzaqlaşıb avtomobillə çıxıb getmişdir. Şahid8 Vüsalla danışıb bu işi yoluna qoymağını desə də konkret olaraq ona nə qədər pul verəcəyini deməmişdir. Səhəri gün saat 11 radələrində Vüsalın mobil telefonuna zəng edib yanına gəlmək istədiyini, nə qədər pul verəcəyini soruşduqda Vüsal özünə məxsus olan Qəbələ yolunun üstündə yerləşən “Əlillər” kafesi deyilən yerdə olduğunu, pulun telefon söhbəti olmadığını və ora gəlməyimi demişdir. Həmin kafeyə gedib kafenin içərisində kabinetdə Vüsal ilə oturub görüşüb çay içib söhbət edərkən Vüsala 600 manat pul tapdığını, bundan artıq pul verməyə maddi imkanının olmadığını, həmin məsələni Nurlanla danışıb yoluna qoymağını xahiş etmişdir. Vüsal da ona təklif etdiyi pulla kifayətlənib həmin pulu verməyini bildirmiş, cibindən 6 ədəd 100 manatlıq pul əskinaslarından ibarət 600 manat pulu açıq formada birbaşa Vüsalın özünə vermişdir. Vüsalda həmin pulu qohumu Nurlana verəcəyini deyib pulu şalvarının sağ cibinə qoymuşdur. 2019-cu ilin aprel ayının əvvəlində Vüsal səhər saatlarında özünə məxsus istifadəsində olan ***-***-**-** mobil nömrəsindən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib kafesinə gəlməyini, onunla görüşmək istədiyini, Nurlanın sözü olduğunu bildirmişdir. Nurlan ona demişdir ki, “telefon söhbəti deyil, görüşəndə deyərəm”. Vüsala məxsus Qəbələ yolunun üstündə yerləşən kafesinə gedib kabinetdə görüşmüş, onların yanında həmin vaxt başqa heç kim olmamışdır. Vüsal ona Nurlanın dediyinə görə möhkəm oğlan olduğunu, onunla narkotiklə bağlı iş görülə biləcəyini demişdir. Vüsal söhbət zamanı Nurlanın sözünü çatdırdığını demişdir. Nurlan da ona zəng edərək Vüsalla görüşməyini bildirmiş, söhbət zamanı Nurlanın ona dediyinə görə onun narkotik tərkibli bitkini qulluq etməklə yetişdirməyini, əldə olunan narkotik vasitəni özünün satıb hər 1 kiloqramına görə ona 1000 manat pul verəcəyini, narahat olmamağını bildirmişdir. Vüsala qorxduğunu, həbs oluna biləcəyini dedikdə Vüsal narahat olmamağını, həmin işin arxasında Nurlanın özünün dayandığını demiş, Vüsalın dedikləri ilə razılaşmış və Vüsal da Nurlanın özünün onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən 3-4 gün sonra əməliyyat müvəkkili Şahid8 öz mobil telefonu ilə istifadəsində olan ***-***-**-** mobil telefonuma zəng edib görüşmək istədiyini bildirmiş, söhbət zamanı Nurlana evdə olduğunu və gəlib məhlədə görüşə biləcəklərini bildirmişdir. Həmin vaxtlar Nurlan ona 055- 941-17-32, 055 678-10-91, ***-***-**-** və ***- ***-**-** mobil nömrələri ilə zəng etmişdir. Nurlan ona küçəyə çıxmağını, yaşadığı küçəyə gələcəyini demiş, yaşadığı evin yaxınlığında yerləşən Həcər küçəsində Nurlanla görüşmüşdür. Şahid8 qəhvəyi rəngli özünün idarə etdiyi “VAZ-2107” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmişdir. Nurlan maşının sağ qabaq oturacağında əyləşmiş, avtomobildə onlardan başqa heç kim olmamışdır. Nurlan ona Vüsalla danışdığı kimi onunla iş görəcəyini bir daha demiş və açıq sellofan torbada təxminən 700-800 ədəd marixuana toxununu ona verib həmin toxumları əkməyini bildirmişdir. Toxumları harada əkməyini soruşduqda Nurlana toxumları əkmək üçün ona yer göstərəcəyini demişdir. Nurlanla birlikdə onun idarə etdiyi avtomaşınla İsmayıllı rayonu Lahıc istiqamətində getmişlər. Hara gedəcəyini bilməmiş, Nurlan mülki geyimdə olmuşdur. Nurlan Lahıc yolunun yanında “Girdiman” çayına çatdıqda yoldan sağ tərəfə dönüb çayın içi ilə aşağı istiqamətdə 2-3 km getmiş, yolda narahatlıq olduğuna görə Nurlan avtomobili saxlayıb meşəlik bir ərazidə düşmüş, piyada Nurlanın ona göstərdiyi istiqamətdə gedərkən Nurlan ona həmin əraziyə başqa heç kimin gəlib-getmədiyini, hərdən bir qoyun və mal sürüsü olan çobanların gəlib getdiyini, ona verdiyi çətənə bitkisinin toxumlarını əkməyi üçün yer hazırlamağını bildirmişdir. Orada su arxı olan bir yerin yanında taxta parçası ilə kolkosu əzərək orada çətənə bitkisinin toxumlarını əkmək üçün yer düzəltmiş, Nurlan da ona kolkosu əzməkdə köməklik göstərmişdir. Təxminən 10-15 dəqiqə işlədikdən sonra Nurlan ona xidməti işlərinin çox olduğunu, oradan getməklərini və onun sonra özünün gəlib orada çətənə bitkilərinə qulluq göstərməyini və özü ilə işləmək üçün zəruri alətlər gətirməyini bildirmişdir. Rayona qayıtmışlar. Nurlan onu yaşadığı küçədə düşürtmüş, sonra isə özü çıxıb getmişdir. Səhəri gün yenidən səhər tezdən özü ilə bel, dəhrə, bağ qayçısı, sellofan, çörək və s. ərzaqlar götürüb idarə etdiyi “Niva” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağbulaq kəndi ərazisindəki meşə sahəsinə getmişdir. Orada gətirdiyi alətləri maşından düşürüb meşənin içərisinə aparmış, su arxının yanında kolluq yeri təmizləyib təxminən 1 metr enində 2 metr uzunluğunda ərazini belləyib orada Nurlanın ona verdiyi bütün toxumları səpmişdir. Təxminən orada 2-3 saat işlədikdən sonra Nurlana zəng edərək toxumları səpdiyini və üzərini sellofanla örtdüyünü demişdir. Nurlan ona ağıllabaşla hərəkət etməyini demişdir. O, əvvəllər öz istifadəsi üçün 2017-ci ildə yay ayında Xanagah kəndinin meşə sahəsində hazırda dəqiq yerini xatırlamadığı ərazidə bir-iki kol narkotik vasitə əkdiyindən narkotik vasitənin necə kultivasiya olunmasından məlumat olmuşdur. Nurlan ona avtomobili ilə həmin yerə çox getməməyini, kiminsə onu görə biləcəyini demişdir. Orada işləmək üçün beli, dırmığı, dəhrə, baltanı, həmçinin su vermək üçün vedrələri də orada kolluqda gizlətmişdir. Çünki hər dəfə həmin əşyaları götürüb aparmaq çətinlik yaratmışdır. 5 may 2019-cu ildə saat 09 radələrində Nurlanın mobil telefonuna zəng edib verdiyi toxumları əkdiyini və həmin toxumların artıq bitdiyini demişdir. Nurlan mobil telefonda ona ehtiyatlı olmağını və düzgün hərəkət etməyini bildirmiş, gün aşırı olmaqla tək özü narkotik vasitəni əkdiyi yerə gedib su verib qulluq etmiş və avtomaşını ilə yenidən geri qayıtmışdır. 13 may 2019-cu ildə səhər saatlarında Nurlan mobil telefonuna zəng edib görüşməli olduğunu demiş, Nurlan ona Təzəkənd qəbristanlığının yanında onu gözləməyini və gəlib onu oradan götürüb öz avtomaşını ilə aparmağını bildirmiş, o da həmin yerə getmişdir. Nurlan onun avtomobilinə əyləşmiş və yolla gedərkən ona demişdir ki, “sənin adın şöbədə hallanır, əməliyyat qurula bilər, gedək həmin yerə baxaq, görüm şitillər nə boydadı, əgər əməliyyat bu istiqamətdə yönələrsə mən əməliyyatçıları buradan yayındırım”. Nurlanla birlikdə həmin yerə getmiş, Nurlan ona şitillərin artıq böyüdüyünü deyib onları ayrı-ayrı əkmək üçün yer hazırlamağını bildirmişdir. Nurlan həmçinin ona kollarının sayının az olduğunu, lakin ona toxum çox verdiyini demiş, oradan Nurlanla birlikdə bellə torpaqda bir neçə quyu da qazmışlar. Oradan Nurlan birlikdə geri qayıdıb onu Təzəkənd kəndində qəbiristanlığın yaxınlığında maşının yanında düşürtmüş, sonra isə evə qayıtmışdır. 13 may 2019-cu ildə dostu Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə zəng edib görüşmək istədiyini bildirmiş, 13 may 2019-cu ildə, təxminən saat 14 radələrində Süleyman ilə İsmayıllı şəhərində “Azpetrol” yanacaq doldurma məntəqəsində yerləşən “Talıstan” çay evində görüşmüş və çay içərək söhbət etmişlər. Süleymana demişdir ki, “mənə meşədən şax qırmağa kömək etmək lazımdır, mənimlə birlikdə gedə bilərsən?”. Süleyman ona günorta saat 12-yə qədər kömək edə biləcəyini, ev götürdüyünü və ustalıq etdiyini, həmin müddətdən artıq işləməyə vaxtının olmadığını demişdir. Əsl məqsədi isə Süleymanı da ona torpaqda qazdığı çalalara çətənə şitillərini əkməkdə köməklik göstərməsi olmuşdur. Əvvəlcədən ona deməsə də Süleyman həmin yerə getdikdən sonra ona ətraflı olaraq hər şeyi başa salıb başqa heç kimə heç nə deməyəcəyini tapşıracaqdı. 13 may 2019-cu ildə saat 21 radələrində Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan 055-275- 65-15 saylı mobil nömrəyə zəng edərək onu güddüklərini, başqa avtomobillə narkotik tərkibli bitkiləri əkdiyi yerə getməyini demişdir. O, isə Nurlana zəng edərək yeznəsi Vüsalla danışdığını, onun da bədənində ağrılar olduğundan onu apara bilməyəcəyini demiş, Nurlan isə gecə şöbədə olacağını və onu gəlib öz avtomaşını ilə apara biləcəyini demiş, o, da razılaşmışdır. Səhər tezdən Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin yerə getməyi planlaşdırmış, Nurlana da bu barədə demiş və həmin dostunu şax qırmaq adı ilə ora apardığını demiş, əslində isə əkdiyi narkotik bitkisinin şitillərini çıxarıb çalalarda əkmək istəmişdir. 14 may 2019-cu ildə saat 03 radələrində Şahid8 istifadəsində olan 055- ***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək “hazırsan getməyə?” deyə bildirmiş, o, isə ona hazır olduğunu bildirmişdir. Nurlan 1-2 dəfə telefonuna zəng etmiş, o, da Süleymanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib hazırlaşmağını və gəlib onu götürəcəklərini demişdir. Süleymanın mobil nömrəsinə 1-2 dəfə zəng etmişdir. Nurlan idarə etdiyi “Vaz21074” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək “Talıstan” restoranının arxasında evlərinin yaxınlığında Həcər küçəsində avtomobili saxlamış və Nurlanın avtomobilinə əyləşmişdir. Nurlan ona sinif yoldaşı Süleymanın hazır olubolmadığını soruşduqda Nurlana Süleymanın hazır olduğunu demişdir. Bundan sonra isə İsmayıllı şəhəri, M.Orucov küçəsinə getmiş, orada Süleyman avtomobilin arxa oturacağında əyləşmişdir. Nurlan avtomobili idarə edərək onları Girdiman çayının içərisində düşürtmüşdür. Nurlan onlara avtomobilinin çirkələnəcəyini deyib getmək istəməmiş, Nurlan onları düşürdükdən sonra çıxıb getmişdir. Saat 06 radələri olmuş, o və Süleyman piyada həmin yerə getmişlər. Ətraf ərazilər kol olduğu üçün Süleyman ona demişdir ki, “sən məni şax qırmağa gətirmisən?, lakin buralar başdan ayağa kolluqdur”. Süleymana şax olan yeri göstərəcəyini deyib aldadaraq narkotik bitkiləri əkdiyi yer istiqamətində aparmışdır. Hər ikisinin əynində köhnə əsgər gödəkçəsi olmuşdur. Süleyman ilə kolluqda bitkiləri əkdiyi yerə girərkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt polis əməkdaşları ora hal şahidləri və aqronom dəvət edib baxış keçirəcəklərini bildirmişlər. Şahid8 əvvəlcədən tutulduğu halda da onu həbsdən azad edəcəyini dediyi üçün baxış zamanı Nurlanın adını çəkməmiş, qorxduğundan Süleymanla birlikdə narkotik tərkibli həmin bitkiləri əkib-becərdiyini bildirmişdir. Baxış zamanı orada olan bitkilər çıxarılıb sayılmış və ümumi sayının 327 ədəd olması müəyyən olunmuşdur. Baxış zamanı fotoşəkillər və videoçəkiliş də aparılmış, bu barədə protokol tərtib edilmiş, o, da tərtib edilmiş protokolun doğruluğunu imzası ilə təsdiqləmişdir. İbtidai araşdırma zamanı isə Təqsirləndirilən şəxs1 ona CM-nin 188.1-ci, 234.1-ci, 237.2.1-ci və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə mart ayında İsmayıllı rayonun Xanagah kəndinə aid meşə sahəsində əkdiyi 3 ədəd çətənə bitkisinin toxumlarından evində saxlamış və 2019cu ilin aprel ayında həmin toxumları əkmək qərarına gəlmiş, sinif yoldaşı və dostu Təqsirləndirilən şəxs2 onun narkotikdən istifadə etdiyini bildiyinə görə bu barədə təklif etmiş, Süleyman onun marixuana əkməyi ilə bağlı təklifi ilə razılaşmışdır. 2019-cu ilin aprel ayının 28-də gündüz dostu Təqsirləndirilən şəxs2 ilə İsmayıllı rayonun Ağbulaq kəndinə aid meşə sahəsinə getmiş və meşədə toxumları əkmək üçün yer axtarmışlar. Meşədə xeyli gəzdikdən sonra kənarları sıx bağlı olan bir yer tapmış, Süleymanla qərara gəlmişlər ki, həmin yerdə toxumları əksinlər. Tapdıqları yerin kənarlarını bağlamışlar. Özləri ilə balta, bel, dırmıq və sair alətlər götürmüşlər. Narkotik vasitə əkəcəyi yerin içərisində olan maneəçilik yaradan ağacları da kəsmişlər. Həmin yeri narkotik əkmək üçün hazır vəziyyətə gətirmişlər. Həmin yer 20 metr uzunluğunda və 4 metr enində olmuşdur. Bundan sonra isə həmin yerin ortasında 2 metr uzununda, 1 metr enində yeri özləri ilə apardıqları bellə belləyib, dırmıq vasitəsi ilə də dırmıqlamışlar. Sonra hər ikisi apardıqları toxumları bellədikləri yerə səpmişlər. Həmin yerin yaxınlığındakı tanımadığı şəxsə məxsus mal fermasının həyətində olan peyinlərdən 6 kisə gətirmişlər. Peyindən toxumların üzərinə səpmişlər, eləcə də həmin yerə gübrə də səpmişlər. Tapdıqları yerin yanından su arxı keçmiş, orada kol-kosun içərisindən 3 ədəd vedrədə tapmışlar. Vedrələrlə su daşıyıb səpdikləri toxumları sulamışlar. Bundan sonra nazik ağaclardan kəsib hər iki uclarını yerə basdırmış və xırda parnik düzəltmiş, ardınca isə özləri ilə apardıqları şəffaf plyonkanı ağacların üzərinə örtmüşlər, plyonkanın yerə dəyən hissələrinə torpaq tökmüşlər. Apardıqları alətləri də orada gizlətmişlər. 3 günün tamamında yenidən həmin yerə getmişlər, parnikin üzərini açıb toxumları sulamışlar. Həmin vaxtı səpdikləri toxumlar bitmiş, xırda ştillər çıxmış, şitillərin sayını bilməmişdir. Təxminən 1 həftə sonra yenə həmin yerə getmişlər və ştilləri sulamışlar. 28 ədəd quyu qazmışlar. 13 may 2019-cu ildə axşam saatlarında istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə Süleymanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək bildirmişdir ki, “gecə yola çıxaq və səhər 5-də orada olaq ki, ştilləri quyulara əkək”. Süleyman da onunla razılaşmışdır. 14 may 2019-cu ildə saat 02 radələrində Süleyman ilə təkrarən həmin yerə getmişlər. Saat 07 radələrində şitilləri əkdikləri yerə çatmışlar və orada hər ikisi həmin ştilləri ayrı-ayrı quyulara basdırmaq istəyərkən İsmayıllı RPŞ-nin əməkdaşları onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim edərək narkotik vasitə əkməkdə şübhəli olduqlarını bildirmişlər. Şahid1 birinci instansiya məhkəməsi iclsasında ifadəsində göstərmişdir ki, İsmayıllı şəhər sakinləri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İsmayıllı rayonunun Ağbulaq kəndi ərazisində, Girdiman çayının yaxınlığında kolluq yerdə narkotik tərkibli bitkiləri əkib-becərməsi ilə əlaqədar İsmayıllı rayon polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar 14 may 2019-cu ildə əməliyyat- axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar 14 may 2019-cu ildə saat 07 radələrində Ağbulaq kəndində kolluq ərazidə polis əməkdaşları ilə olarkən həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin yerə gəldiklərini görüb onlara yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olduqlarını bildirib bu barədə əməliyyat-axtarış tədbiri qərarının olduğunu bildirdikdə onlar etiraf edərək orada narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiklərini və dəqiqliklə göstərə biləcəklərini demişlər. Hadisə yerinə baxış zamanı iştirak etmək üçün İsmayıllı rayon X17 Mərkəzinin Bitkiçilik sektorunun müdiri X8 da aqronom mütəxəssis kimi iştirak etmək üçün dəvət edilmişdir. Həmin vaxt İsmayıllı rayon Qoşakənd icra nümayəndəsi Şahid4 və Qoşakənd bələdiyyəsinin sədri Şahid5 həmin proses zamanı iştirak etmək üçün dəvət edilmiş, onlara hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra həmin yerə baxış keçirilmiş, baxış zamanı köməklik etmək üçün RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis başserjantı X6 da həmin yerə gəlmişdir. Kolluq əraziyə baxış zamanı 2 metr uzunluğunda 1 metr enindəki ərazidə 327 ədəd çətənə bitkilərinə bənzər kol aşkar olunmuş, açıq aydın görsənmişdir ki, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aqronom mütəxəssis Paşa Məmmədov da həmin bitkilərə qulluq göstərildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin çətənə bitkilərinin kimə məxsus olduğunu və nə məqsədlə əkib-becərdiklərini soruşduqda həmin şəxslər həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, özləri istifadə etmək məqsədi ilə 2019cu ilin aprel ayında əkib-becərdiklərini demişlər. Bundan sonra həmin bitkilər sellofan torbaya qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edildikdən sonra o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Bundan sonra həmin şəxsləri polis şöbəsinə gətirmiş, polis şöbəsində həmin şəxslər şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, həmin proses zamanı iştirak etməsə də məlum olmuşdur ki, şəxsi axtarış zamanı həmin şəxsin üzərindən 1 ədəd papirosun içərisində narkotik vasitəyə bənzər quru bitki kütləsi və 1 ədəd sellofan bükümün içərisində marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Həmin kütlələr çəkildikdə çəkisinin 12,41 qram çəkidə olması müəyyən edilmişdir. Şahidlər X10, Şahid2, Şahid3, Şahid6, Şahid7 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Şahid X8 birinci instansiya məhkəməsi iclasında ifadəsində göstərmişdir ki, 14 may 2019-cu ildə saat 07:00 radələrində Ağbulaq kəndinin meşə ərazisində 1 metr enində 2 metr uzunluğunda parnik formasındakı yerdə hündürlükləri 15 sm-dən 25 sm-ə qədər birbirinə sıx şəkildə əkilmiş 327 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Həmin ərazinin ətrafı kolluqdan təmizlənmiş, bitkilərə baxıldıqda həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyi açıq aydın görsənmişdir. Həmin bitkilər əkilmiş yerdə bitkilər alaq otlarından təmizlənmiş və su verilmişdir. Orada torpaqda bir neçə ədəd qazılmış yuvalar da olmuşdur. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və həmin aşkar edilmiş 327 ədəd narkotik tərkibli çətənə bitkilərini bir yerdə əkib-becərdiklərini etiraf etmişlər. Şahid4 birinci instansiya məhkəməsi iclasında ifadəsində göstərmişdir ki, 14 may 2019-cu ildə saat 07 radələrində Ağbulaq kəndi ərazisində Girdiman çayının yaxınlığındakı kolluq əraziyə baxış keçirilməsində hal şahid qismində iştirak etmişdir. Baxış zamanı 2 metr uzunluğunda 1 metr enindəki ərazidə hündürlüyü 15 sm-dən 25 sm hündürlüyə qədər 327 ədə çətənə bitkilərinə bənzər kol aşkar edilmişdir. Rauf Süleymanov və Təqsirləndirilən şəxs2 həmin çətənə bitkilərinin birlikdə əkib becərdiklərini göstərmişlər. Şəxsi axtarış zamanı Raufun əynindəki əsgər gödəkçəsinin kitelindən 1 ədəd siqaretin içərisində narkotik vasitəyə bənzər quru bitki kütləsi aşkar edilmiş və çəkildikdə çəkisinin 0,94 qram olması müəyyən edilmişdir. Həmin şəxsin üzərindəki kitelin sağ yan cibindən 1 ədəd sellofan bükülü aşkar edilmiş və açıldıqda müəyyən edilmişdir ki, içərisində narkotik vasitəyə bənzər bitki kütləsi vardır. Çəkisi 12,41 qram olmuşdur. Süleymanın üzərində şəxsi axtarış keçirilsə də onun üzərində hər hansı narkotik vasitəyə bənzər kütlə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Şahid5 birinci instansiya məhkəməsi iclasında Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Şahid8 birinci instansiya məhkəməsi iclasında ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayında Təqsirləndirilən şəxs1 narkotik vasitə əkib becərmək istəməsi barədə ona agentura məlumatı daxil olmuş və o məlumatı araşdırmışdır. Raufun gecə saatlarında köhnə geyim əşyaları götürüb öz “Niva” markalı **-FH-*** avtomobili ilə Lahıc istiqamətində getməsini, səhər saatlarında üstü başı toz torpaq evinə qayıtmasını müəyyən etmiş, bu məlumatları gizli agenturanın verdiyi məlumat əsasında dəqiqləşdirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 izləməyə başlamış və Rauf Süleymanının bir nəfər şəxslə Lahıc istiqamətində getdiyini görmüşdür. Hava qaranlıq olduğu üçün Rauf Süleymanınlının yanında kimin olduğunu bilməmiş, çünki Raufu çox yaxından izləməmiş, sonuncunun onu tanıyacağından ehtiyat etmişdir. Təqsirləndirilən şəxs1 nə işlə məşğul olmasını tam dəqiqləşdirmədiyi üçün şöbə rəhbərliyinə bu barədə məlumat verməmişdir. Təxminən 2019-cu ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs1yenə izlədiyi vaxt onun özünə məxsus “Niva” markalı avtomobili ilə Bakı şəhəri istiqamətində gedərkən Girdiman çayın üzərindəki körpüyə çatmamış sağa döndüyünü və çayın yan kənarında yolla cənub istiqamətində getdiyini görmüş, belə olduqda o, da Girdiman çayının üzərindəki körpünü keçərək avtomobilini kənarda saxlayaraq Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin hara getməsini müşahidə etmiş və təxminən 20 dəqiqə müşahidə etdikdən sonra avtomobilin işığından Təqsirləndirilən şəxs1 harada dayanmağını müəyyənləşdirə bilmişdir. Təqsirləndirilən şəxs1 olduğu yeri müəyyən etdikdən sonra hava soyuq olduğu üçün geri qayıtmış və daha sonra bu barədə İsmayıllı rayon polis şöbəsinin əməliyyat işləri üzrə müavini Əbülfət Abdullayevə şifahi məlumat vermişdir. Əbülfət müəllim də həmin faktı dəqiq araşdırmağını ona tapşırmış və həmin günün səhəri günorta saatlarında Təqsirləndirilən şəxs1 getdiyi istiqamətdə gedib həmin yeri dəqiqləşdirmişdir. Ərazinin İsmayıllı rayonunun Ağbulaq kəndinin ərazisində yerləşən iti axan su arxının kənarı olmaqla ətraf sıx kolluq olduğunu görmüşdür. Oğurluqdan və narkotik əkilib becərilməsindən şübhələnmişdir. Təqsirləndirilən şəxs1 dayandığı yerdən çox uzaqda fermanın yerləşməsini nəzərə alıb oğurluq ehtimalını düşünməmiş və narkotik əkib becərilməsindən daha çox şübhələnmişdir. İti sürətlə axan su arxından keçməyin mümkün olmadığını və suyun ətrafında ayaq izlərinin olduğunu görmüş, ayaq izləri ilə hərəkət etmiş, ayaq izlərinin suya çatanda itdiyini müəyyənləşdirmişdir. Suyu keçib meşəlik ərazidə təxminən 20 sm dərinliyində, 10-15 quyu qazıldığını, ətrafının kollardan təmizləndiyini aşkar etmişdir. Ayaq izinin düşməməsi üçün həmin sahəyə daxil olmamış və bilmişdir ki, həmin yerdə çox ehtimal ki, narkotik vasitə kultivasiya ediləcəkdir. Həmin vaxtdan bir aydan çox müddət həmin yeri nəzarətində saxlamış və bu müddət ərzində hərdən həmin yerə gedəndə orada quyuların sayının çoxaldığını, təxminən 2x1 metr ərazidə nəyinsə əkildiyini, ora yarım dairəvi formada çubuqların basdırıldığını, torpaq sahəsinin nəm vəziyyətdə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs1 bu müddət ərzində yenə izləmiş, Raufun həmin əraziyə gecə saatlarında getməsini müşahidə etmiş və 2019cu ilin aprel ayının ortalarında həmin yerə baxmağa gedən zaman çətənə bitkilərinin şitillərinin olduğunu müəyyənləşdirmiş, bu barədə hər dəfə əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik- leytenantı Əbülfət Abdullayevə məlumat vermiş və aprel ayında yağışlar çox yağdığı üçün əməliyyat tədbiri keçirib Təqsirləndirilən şəxs1 ifşa etməyi baş tutmamışdır. May ayının əvvəlində artıq havalar isinmiş və agentura yenə Təqsirləndirilən şəxs1 həmin yerə gedib gəlməsi barədə ona məlumat vermişdir. 13 may 2019-cu ildə, saat 19 radələrində Təqsirləndirilən şəxs1 ilə İsmayıllı şəhərində “Lüks” marketin yaxınlığında qarşılaşmış və Təqsirləndirilən şəxs1 ilə hal əhval tutmuşdur. Rauf ona avtomobilinin nasaz olmasından şikayətlənmiş, Rauf ondan gecə saat 2-3 radələrində onu Lahıc qəsəbəsi istiqamətində aparmağı xahiş etmiş, Raufa problem olmadığını və apara biləcəyini bildirmişdir. 14 may 2019-cu ildə, gecə saat təxminən 03 radələrində Raufun mobil telefonuna zəng edib onun Lahıc istiqamətində gedib-getməyəcəyini soruşmuş və həmçinin Raufa maşınını ona verə biləcəyini, gedib işini aşırmağını demişdir. Rauf da ona yatıb qaldığını, hazırlaşıb gələcəyini demiş, həmin vaxt Əbülfət müəllimə zəng edib demişdir ki, “Rauf məndən onu Lahıc istiqamətində aparmağımı xahiş edir, çox güman ki, o, narkotik əkib becərdiyi yerə gedə bilər, əməliyyat tədbiri qurmaq və həmin yerdə post qurmaq lazımdır”. Həmin tarixdə İsmayıllı rayon polis şöbəsinin CAB-nin baş əmnəliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Polis əməkdaşları gecə vaxtı həmin əraziyə gedərək post qurmuşlar. Təxminən 1 saat sonra saat 04 radələrində Rauf istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edərək onu “Zaminbankın” arxa tərəfindən götürməyini xahiş etmiş və o, “Vaz-21074” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edib Raufla görüşmüşdür. Rauf avtomobilin qabaq oturacağında əyləşmiş, yola düşərkən Rauf ona əmisi nəvəsi olan Süleymanı da götürməyini xahiş etmişdir. Avtomobilini idarə edib Raufun göstərişi ilə M.Orucov küçəsində avtomobilini bir qapının qarşısında saxlamış, həmin vaxt Süleyman avtomobilin arxa oturacağına əyləşmiş, sonra isə avtomobili sürüb Lahıc istiqamətində getmişdir. X14 soyadının Mahmudov, atasının adının isə Ələkbər olduğunu qeyd etmişdir. O, Rauf ilə Süleymanı Girdiman körpüsünə 150 metr qalmış sağa tərəf burulub 50 metr hərəkət etdikdən sonra avtomobilini saxlamış, orada Rauf ilə Süleyman həmin yerdə düşmüşlər. Rauf və Süleyman onları kiminsə gəlib götürəcəyini bildirmiş, bu barədə Əbülfət müəllimə məlumat vermiş, Rauf ilə Süleymanın əvvəl müəyyən etdiyi istiqamətdə getdiklərini demiş və sonra isə polis şöbəsinə qayıtmışdır. Özü əməliyyat tədbiri keçiriləcək yerə getməmişdir ki, Rauf tutulduqdan sonra ondan şübhələnməsin. Həmin gün saat 07-08 radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində Rauf ilə Süleymanı əvvəl müəyyən etdiyi yerdə İsmayıllı rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıldığını bilmişdir. İstər Raufa, istərsə də Süleymana narkotik tərkibli çətənə kolları əkməyi bildirməmiş, onlar ilə birlikdə çətənə bitkiləri əkməmişdir. Raufu narkotik vasitə çəkməsi ilə əlaqədar saxlamamış, ondan Vüsalın vasitəsi ilə pul almamışdır. Rauf və Süleyman ona şər atırlar. Törətdikləri cinayətin məsuliyyətindən yaxa qurtarmaq üçün, həm də biləvasitə onların yaxalanmasını o ələ verdiyi üçün ondan qisas almaq üçün həmin narkotik vasitələrin onun təklifii ilə əkib becərmələrini bildirmişlər. Şahid X3 birinci instansiya məhkəməsi iclasında məhkəmədə ifadəsində göstərmişdir ki, Şahid8 bir neçə dəfə Rauf adlı şəxsin narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi barədə ona şifahi məlumat vermiş, o, isə Nurlana həmin məlumatları dəqiqləşdirməyini demişdir. 14 may 2019-cu ildə gecə saatlarında Nurlan onun mobil telefonuna zəng edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yerə getdiyini ona demiş, əməliyyat tədbiri keçirilməsi üçün iştirak etmələrindən ötrü əməliyyat müvəkillərini yanına çağırmış, söhbət zamanı baş əməliyyat müvəkkili Şahid3 da həmin şəxslərin narkotik əkib becərmələri barədə məlumatının olduğunu demiş və sonuncu raportla şöbə rəhbərliyinə müraciət edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul etmiş, əməliyyat-təhqiqat qrupu yaradılmış və saat 7 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkilərini əkib becərdikləri yerə daxil olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış, törətdikləri cinayət əməlini etiraf etmişlər. Şahid X7 birinci instansiya məhkəməsi iclasında ifadəsində göstərmişdir ki, qaynı Nurlan İsmayıllı rayon polis şöbəsində narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. Nurlan Raufu 2018-ci ilin dekabr ayında narkotiklə bağlı saxlamamış, Rauf ona zəng etməmiş, Rauf ona Nurlana çatması üçün pul verməmiş, həmçinin Raufa narkotik əkib becərməsi barədə söz deməmiş, Nurlan qaynı olduğu üçün və həm də polis əməkdaşı olaraq Raufu narkotik əkib becərdiyinə görə ifşa etdiyi üçün onu və Nurlanı şərləyir. İş materiallarına əlavə edilmiş 16 oktyabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, İsmayıllı rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət ərizələrində və izahatlarında İsmayıllı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid8 hərəkətləri ilə bağlı göstərdikləri faktlar öz təsdiqini tapmadığından CPM-in 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizanın 14 may 2019-cu il tarixli 282 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən əkilib-becərilmiş 327 ədəd...” sözləri yazılmış sellofan torbanın içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan torbada ümumi sayı 327 ( üç yüz iyirmi yeddi) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 2 kiloqram 10 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs1 üzərində aşkar olunaraq götürülmüş” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 11,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin zərfin içərisindəki 01 (bir) ədəd papirosun içərisində təmiz çəkisi-0,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin papirosun içərisində, təmiz çəkisi-0,20 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş 327 (üç yüz iyirmi yeddi) ədəd bitkilər, 01 (bir) ədəd şəffaf bükümdə və 01 (bir) ədəd papirosun içərisində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Aqronom- mütəxəssis X4 14.05.2019-cu il tarixli aqronom rəyinə əsasən 327 (üç yüz iyirmi yeddi) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə edilmiş 20 iyul 2019-cu il tarixli 538 və 539 nömrəli nömrəli rəylərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə edirlər. Narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkirlər. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacları vardır. Narkoloji kabinetdə qeydiyyata alınmaları məsləhətə görülür. İş materiallarına əlavə edilmiş İsmayıllı rayonu Qoşakənd bələdiyyəsindən alınmış 5 avqust 2019-cu il tarixli 34 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi ərazi Qoşakənd bələdiyyəsinin tabeliyində olan Ağbulaq kəndinin kolluq ərazisinə aid olmaqla kənd təsərrüfatı təyinatlı deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. İş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrədən çıxan və daxil olan zənglərə dair çıxarışlar götürülərək baxış keçirilmiş, bu barədə əməliyyat tapşırığı verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mütəmadi olaraq bir-biriləri ilə əlaqə saxladıqları müəyyən edilmişdir. İş üzrə İsmayıllı RPŞ-dən alınmış 27 iyun 2019-cu il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 naməlum mənbədən əldə etdikləri çətənə bitkisinin toxumlarını 2019-cu ilin aprel ayında İsmayıllı rayonu Ağbulaq kəndi ərazisində əkərək, bitən 327 ədəd çətənə bitkilərinə qulluq göstərmiş, narkotik tərkibli çətənə bitkilərinin əkilməsində onlara başqa heç kim köməklik göstərməmiş, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 14 aprel 2019-cu il tarixdən, 14 may 2019-cu il tarixədək Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə mütəmadi əlaqə saxlanılmış, əməliyyat tədbiri keçirilən gün gecə saatlarında mobil telefon danışıqları olmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş 11,68 qram marixuananı haradan əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, öyrənilən işdən bəlli olur ki, işə baxan əvvəlki apellyasiya instansiyası məhkəməsi Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 1(091)-22/2020 saylı hökmünü ləğv edərək yeni hökm çıxarmış, Təqsirləndirilən şəxs1 qarşı CM-in 188.1ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona CM-in 188.1-ci maddəsi ilə bəraət verilmiş, CM- in 234.1ci maddəsi ilə verilmiş ittiham CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə əhatə olunduğundan CM-in 234.1-ci maddəsi ona verilmiş ümumi ittihamdan çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası isə Təqsirləndirilən şəxs1 əməlində CM-in 188.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2020-ci il tarixli 1(107)-125/2020 nömrəli hökmünü “CM-in 234.1-ci maddəsinin Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan çıxarılması” hissəsində ləğv etmiş və cinayət işini həmin hissədə yeni məhkəmə baxışına təyin etmişdir. Ali Məhkəmənin Cinayət Kollegiyasının həmin qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət – hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Oxşar məsələləri tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011-ci il tarixli qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndinə əsasən tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlanmalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallar- yəni Təqsirləndirilən şəxs1 çəkisi 2 kiloqram 10 qram olan, külli miqdar təşkil edən 327 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini peyin və kübrə verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etdiyi əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin tərkib hissəsi ilə, üzərində aşkar edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd sellofan bükümün içərisində 11,41 qram çəkidə və həmin kitelin sol cibindən “Winston” markalı 1 ədəd siqaret qutusuna yerləşdirilmiş 1 ədəd siqaretin içərisinə doldurulmuş vəziyyətdə 0,27 qram çəkidə, ümumilikdə 11,68 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın tərkib hissələrinin eyni olması onu deməyə əsas verir ki, Rauf Süleymanov üzərində aşkar olunmuş narkotik vasitəni kultivasiya etmiş olduğu 327 ədəd çətənə bitkilərində yığıb qurutmuşdur. Bununla da o, bütövlükdə CM-in 237-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və onların hissələrini toplama) cinayətini törətmişdir. Konstitusiya Məhkəməsinin Qərarında qeyd edildiyi kimi, əməlin CM-in 237-ci maddəsi ilə tövsif edilməsi üçün tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması əhəmiyyət kəsb etmir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 11,68 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, daşımaqla üzərində saxlaması, İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən..... üzərinə baxış keçirilən zaman həmin narkotik vasitənin aşkar olunaraq götürülməsi məhkəmələr tərəfindən mübahisəsiz müəyyən olunmuş faktiki hallardır. CM-in 234.1-ci maddənin dispozisiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma kimi əlamətlər nəzərdə tutulmuşdur. CMnin 237.1-ci maddəsinin dispozisiyasında isə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları toplama) kimi əlamətlər nəzərdə tutulmuşdur. Göründüyü kimi qeyd edilən maddələrin cinayət əməlinin cəhətləri və dispozisiyalarında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluq yoxdur. Belə olduğu təqdirdə məhkəmə toplanmış narkotik vasitənin işin faktiki hallarına uyğun gəldiyi nəticəyə əsasən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif edə bilər.(bu iş üzrə verilmiş ittihama uyğun) Bundan əlavə CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhətinə aid olan əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə və ya toplama anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab etmişdir ki, apellyasiya məhkəmə kollegiyasının “Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin Təqsirləndirilən şəxs1 verilmiş ümumi ittihamdan çıxarılmasına”, habelə işin faktiki halarına uyğun olmayan əməlin hüquqi tövsifinə dair gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. ”Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 06 iyul 2021-ci il tarixli qərarından görünür ki, toplanılan narkotik tərkibli bitkilərdən (onların hissələrindən) satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddəsi ilə tövsif edilməlidir. Hazırki cinayət işi üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki hallar – yəni Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini kultivasiya etməsi, həmin bitkilərin hissələrindən toplayaraq kustar üsulla qurudulmuş marixuana hazırlayaraq saxlaması, eləcə də kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrindən toplayaraq bir hissəsinin qurudulması üçün yerə sərməklə saxlaması, ümumilikdə yəni ümumi təmiz çəkisi 2 kiloqram 10 qram olan, külli miqdar təşkil edən 327 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri və təmiz çəkisi 11.68 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana üzərində aşkarlanaraq götürülməsi tam təsdiq olunmuşdur. Yuxarıda istinad edilən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 06 iyul 2021-ci il tarixli qərarında gəldiyi hüquqi mövqe oxşar hallarda təqsirkarın əməllərinin CM-in 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Ona görə də məhkəmə kollegiyasının fikrinə görə birinci instansiya məhkəməsi CPMin 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək Təqsirləndirilən şəxs1 əməlinin CM-in 234.1 və 237.2.1 və 237.2.3cü maddələri ilə düzgün tövsif etmişdir. Sadalanan sübutlar yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 234.1 və 237.2.1 və 237.2.3-cü maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə, şərh olunanlara və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarında müəyyən edilən hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 Novruz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 1(091)-22/2020 saylı hökmü ilə təqsirləndirilən şəxsə CM-in 66.3-cü maddəsi ilə qəti cəza təyin edilməsi hissəsində dəyişdirilməli, CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci 237.2.1-ci və 237.2.3-cü maddələri ilə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 4 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 barəsində CM-in ayrıayrı maddələri üzrə cəzanın həddini müəyyən edərkən düzgün nəticəyə gəlsə də, lakin cəzaların məcmuyu üzrə cəza təyin edərkən məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, əməllərin ictimai təhlükəliliyini kifayət qədər nəzərə almamış və ona həddindən artıq ağır cəza təyin etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cəzaların məcmuyu üzrə təyin edilmiş cəzanın həddi ədalət və hümanizm prinsiplərinin tələblərinə uyğun olaraq azaldılmalıdır. CPM-in 398.1.4-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellysiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 394, 397-399, 407-410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 Novruz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2020-ci il tarixli 1(091)-28/2020 nömrəli hökmü Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə qəti cəza təyin edilməsi hissəsində, məhkum Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci 237.2.1-ci və 237.2.3-cü maddələri ilə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 4 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №1(107)-211/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-211/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver