Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-212/2020 04.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X7, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1 və 317-2.1ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1ci maddəsi ilə məhkum edilmələrinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxx 1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 mənzil 4-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1 və 317-2.1-cimaddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 317-2.1-cimaddəsi ilə 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs1 barəsində Fuzili-Qubadlı Hərbi Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə ona təyin edilmiş cəzadan azad edilsin və o, həmin hökmə əsasən CM-nin 332.1-ci maddəsi ilə məhkumluğu olmayan hesab edilməsi, Təqsirləndirilən şəxs1 barəsində olan Lənkəran Hərbi Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli hökmündən onun xx xxxxxx 2008-ci il tarixdə saat 12 radələrində zərərçəkmiş şəxs X5 qarşı, xx xxxx 2009-cu il tarixdə saat 21:45 radələrində X9 qarşı törətdiyi əməllərlə bağlı verilmiş ittiham, residivlə bağlı müddəalar, “təkrar törədilmə ilə bağlı” CMnin 332.2.1-ci maddəsi ilə olan ittiham, CM-nin 332.2.1-ci maddəsi xaric edilsin, o, həmin hökmlə CMnin 332.2.1-ci maddəsi ilə məhkumluğu olmayan hesab edilməsi, Təqsirləndirilən şəxs1 Lənkəran Hərbi Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 332.2.1, 332.2.2 və 332.2.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi, Təqsirləndirilən şəxs1 Lənkəran Hərbi Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 332.2.1, 332.2.2 və 332.2.3-cü maddəsi ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 4 il 9 aya endirilməsi, Təqsirləndirilən şəxs1 Lənkəran Hərbi Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 332.2.1, 332.2.2 və 332.2.3-cü maddələri ilə təyin edilmiş və hazırki hökmlə üzərində saxlanılmış 4 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 2 ay 28 gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən Samux Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə təyin edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarları ilə üzərində saxlanılmış 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 7 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs1 Samux Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü üzrə təyin edilmiş, hazırkı hökmlə üzərində saxlanılmış 7 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 02 il 05 ay 26 gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən ona Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü üzrə CM-nin 317-2.1-ci maddəsi ilə təyin edilmiş 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə onun üzərində 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü üzrə təyin edilmiş, hazırkı hökmlə üzərində saxlanılmış 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 07 ay 26 gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 01 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi gündən, yəni xx xxxxxxxx 2020-ciil tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 əvvəlki hökm üzrə həbslə əlaqədar cəza çəkməsi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməməsi; xx xxxxx 1976-cı ildə Şəki rayonu Cəfərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, cəzasını çəkib bitirməmiş, Şəki rayonu Cəfərabad kəndində qeydiyyatda olmaqla faktiki olaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 30, mənzil 10-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsiilə təqsirli bilinərək 2000 manata miqdarında cərimə cəzasına məhkum edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 7(051)-24/2020 saylı qərarı ilə əvəz edilmiş, çəkilməmiş qalan 3 ay 15 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş 2000 manat miqdarında cərimə cəzası ilə tamamilə birləşdirilsin və onun üzərində qəti olaraq 3 ay 15 gün müddətinə azadlığın məhdudlaşdırılması və 2000 manat miqdarında cərimə cəzası saxlanılması, cərimə cəzasının müstəqil icra olunması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 3 ay 15 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün 06:00-dək yaşayış yerini tərk etməmək, Mingəçevir şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti və cərimə cəzasının icrasını yaşadığı yer üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi həyata keçirməsi, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanması, iş üzrə maddi sübut 01 ədəd “Nokıa” markalı “1280” modelli, “**********60921” imei kodlu mobil telefon аparatı, 02 ədəd danışıq kartı və elektrik qidalandırıcısının uc hissələri, AzərbaycanRespublikasıCPM-nin 132.0.1-cimaddəsinəəsasənhökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməsi, iş üzrə məhkəmə xərci olan 61 manat 17 qəpik məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməsi, iş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınması müəyyən edilmişdir. işin halları: Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 məhkum olunmuşdur ona görə ki, o, qəsdən cinayət törətdiyinə görə məhkum edilib X3 cəza çəkərkən yenidən qəsdən cinayət törədərək "Cəzaçəkmə müəssisələrinin X10" ilə cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə saxlanılması və istifadəsi qadağan edilmiş əşya olan mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, istifadə etmiş, həmçinin həmin mobil telefon aparatından zəng etməklə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan razılığa gələrək sonuncunun "Cəzaçəkmə müəssisələrinin X10" ilə cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi qadağan edilmiş əşya olan mobil telefon aparatının yoxlamadan gizlətməklə cəzaçəkmə müəssisəsinə keçirməsinə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 X3 cəza çəkərkən "Cəzaçəkmə müəssisələrininX10" ilə məhkumlara saxlanılması və istifadəsi qadağan olunmuş əşya olan-“**********71560” imei kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış və həmin mobil telefon aparatının üzərində olan ***-***-**-** saylı telefon nömrəsindən təxminən xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək olan müddətdə anası Şahid3 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı, həmçinin tanışı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrələrinə mütəmadi olaraq zəng edib əlaqə saxlayıb danışmaqla istifadə etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxladığı “**********71560” imei kodlu mobil telefon aparatının üzərində olan ***-***-**-** saylı telefon nömrəsindən tanışı Təqsirləndirilən şəxs2 istifadəsində olan 070663-76-06 saylı mobil telefon nömrəsinə təxminən xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək zəng edib onunla cinayət əlaqəsinə girərək "Cəzaçəkmə müəssisələrininX10" ilə cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi qadağan edilmiş əşya olan mobil telefon aparatının cəzaçəkmə müəssisəsinə gətirilməsi barədə sonuncu ilə qabaqcadan razılığa gəlmiş, Təqsirləndirilən şəxs2 da xx xxxx 2019-cu il tarixdə qısa müddətli görüş almaq üçün Şəki Penitensiar müəssisəsinə gələrkən daxilində gizlətməklə 1 (bir) ədəd “Nokia” markalı “1280” modelli, “**********60921” imei kodlu mobil telefon аparatını, 2 (iki) ədəd danışıq kartını və elektrik qidalandırıcısının uc hissələrini məhkum Təqsirləndirilən şəxs1 vermək məqsədi ilə müəssisəyə keçirmək istəyərkən müəssisənin nəzarət buraxılış məntəqəsində müəssisə əməkdaşları tərəfindən üzərinə keçirilmiş axtarış-baxış zamanı aşkar edilərək götürüldüyünə görə iradəsindən aslı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 X3 cəza çəkən məhkum Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan razılaşaraq sonuncuya vermək məqsədi ilə "Cəzaçəkmə müəssisələrininX10" ilə cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi qadağan edilmiş əşya olan - 1 (bir) ədəd mobil telefon aparatını, 2 (iki) ədəd danışıq kartını və elektrik qidalandırıcısının uc hissələrini daxilində gizlədib Şəki Penitensiar müəssisəsinə ötürməyə cəhd edərkən iradəsindən aslı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməmişdir. Belə ki, o, istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə tanışı Təqsirləndirilən şəxs1 cəzaçəkmə müəssisəsində istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında təxminən xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək mütəmadi olaraq zəng edib danışıb sonuncu ilə qabaqcadan razılaşaraq xx xxxx 2019-cu il tarixdə saat 10:58 radələrində Şəki Penitensiar müəssisəsinə qısa müddətli görüşə gələrkən "Cəzaçəkmə müəssisələrininX10" ilə cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi qadağan edilmiş əşya olan - 1 (bir) ədəd “Nokia” markalı “1280” modelli “**********60921” imei kodlu mobil telefon aparatını, 2 (iki) ədəd danışıq kartını və elektrik qidalandırıcısının uc hissələrini daxilində gizlədib məhkum Təqsirləndirilən şəxs1 vermək məqsədilə müəssisəyə keçirmək istəyərkən müəssisənin nəzarət - buraxılış məntəqəsində müəssisə əməkdaşları tərəfindən üzərinə keçirilmiş axtarış-baxış zamanı aşkar edilərək götürüldüyündən iradəsindən aslı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayəti daxil olmuşdur. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişirilərək ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X11 apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1 və 317-2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsinin) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclası zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, o, Samux Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib 7 (yeddi) il 4 (dörd) ay müddətinə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin məcəllənin 67.1-ci maddəsinə əsasən ona qəti olaraq 2 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx xxxxxxxx 2018-ci il tarixdən 2019-cu il may ayınadək cəzasını X3 çəkmiş, sonradan cəzasının bir hissəsini çəkmək üçün Penitensiar Xidmətin Həbsxanasına keçirilmişdir. O, X3 saxlanılarkən ərazidən tapdığı və gizlədərək istifadə etdiyi mobil telefon aparatının üzərində istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsindən tanışı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək onunla danışmışdır. Həmçinin danışıq əsnasında Aytəndən onu sevdiyi halda müəssisəyə onun üçün mobil telefon aparatının gətirilməsini istəmişdir. Təqsirləndirilən şəxs2 da ona vermək məqsədi ilə 1 ədəd mobil telefon aparatı, 2 ədəd danışıq kartı və elektrik qidalandırıcısının kəsilmiş uc hissələrini daxilində gizlədərək onunla görüş almaq üçün xx xxxx 2019-cu il tarixdə Şəki Penitensiar müəssisəsinə gəlmiş və görüş verilməzdən əvvəl müəssisə əməkdaşları tərəfindən üzərinə keçirilən axtarış-baxış zamanı həmin əşyalar aşkar edilərək götürülmüşdür. Etdiyi hərəkətdən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, tanışı Təqsirləndirilən şəxs1 cinayət törətdiyinə görə azadlıqdan məhrum edilərək cəza çəkir. Kamal X3 cəza çəkərkən çəzaçəkmə müəssisəsində istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə dəfələrlə zəng edərək onunla danışmışdır. Təqsirləndirilən şəxs1 söhbət əsnasında onu sevdiyi halda cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı gətirməsini istəmişdir. O, da Kamala telefon aparatı gətirəcəyinə söz vermişdir. Buna görə də Kamala vermək məqsədi ilə əvvəllər işlətdiyi mobil telefon aparatını, iki ədəd danışıq kartını və elektrik qidalandırıcısının uc hissələrini cinsiyyət orqanında gizlədərək xx xxxx 2019-cu il tarixdə Şəki Penitensiar müəssisəsinə gəlmiş, və Təqsirləndirilən şəxs1lə qısa müddətli görüş almaq üçün ərizə ilə müəssisə rəhbərliyinə müraciət etmişdir. Həmin gün saat 10:58 radələrində görüş verilməzdən əvvəl ona qadağan edilmiş əşyaların siyahısı elan edildikdən və bu barədə iltizamı imzaladıqdan sonra nəzarət-buraxılış məntəqəsində müəssisənin qadın əməkdaşı hal şahidlərinin iştirakı ilə üzərinə və əşyalarına baxış keçirmişdir. Baxış zamanı cinsiyyət orqanında gizlətdiyi 1 (bir) ədəd “Nokıa” markalı mobil telefon aparatı, 2 (iki) ədəd danışıq kartı və elektrik qidalandırıcısının uc hissələri aşkar edilərək götürülmüşdür. Bununla bağlı müəssisə əməkdaşları tərəfindən protokol tərtib olunmuş və protokolla tanış olub imzasıyla təsdiqləmişdir. Həmçinin aşkar eilərək götürülmüş əşyalar iştirakıyla zərfə qablaşdırılaraq möhürlənmiş və qeyd edilənlərlə bağlı izahatı alınmışdır. Etdiyi hərəkətdən peşmandır. Ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, X3 nəzarətçi vəzifəsində işləyir. xx xxxx 2019cu il tarixdə X3 xidmətdə olmuşdur. Həmin gün saat 10:58 radələrində müəssisədə cəza çəkən məhkum Təqsirləndirilən şəxs1 ilə qısa müddətli görüşə gəlmiş vətəndaş Təqsirləndirilən şəxs2 iltizamı imzaladıqdan sonra müəssisənin nəzarət-buraxılış məntəqəsində axtarış-baxış otağında üzərinə və əşyalarına hal şahidlərinin iştirakı ilə axtarış-baxış keçirilərkən sonuncu özünü şübhəli aparmış və tədbirdən yayınmaq istəmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 üzərinə tam axtarışbaxış keçirmiş və cinsiyyət orqanında gizlətdiyi 1 (bir) ədəd “Nokıa” markalı mobil telefon aparatı, 2 (iki) ədəd danışıq kartı və elektrik qidalandırıcısının uc hissələri aşkar edilərək götürülmüşdür. Hadisə ilə bağlı müəssisənin əməliyyat şöbəsinin əməkdaşları tərəfindən iştirakları ilə müvafiq akt tərtib edilmiş və aktla tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Həmçinin aşkar edilərək götürülmüş əşyalar zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs2 ondan aşkar edilərək götürülmüş mobil telefon aparatını və digər əşyaları məhkum Təqsirləndirilən şəxs1 istəyi ilə gətirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iclasına gəlməyən Şahid2 məhkəmə iclasında elan edilməklə tədqiq olunan cinayət işinin 46-48-ci vərəqələrində olan ibtidai istintaq dövründə verdiyi ifadəsindən onun Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 anasıdır. Oğlu Kamal cinayət törətdiyinə görə azadlıqdan məhrum edilib və 2019-cu ilin may ayınadək X3, sonradan isə Həbsxanada cəza çəkmişdir. Təqsirləndirilən şəxs2 Kamalın tanışı kimi tanımışdır. Aytənin Kamalla telefon əlaqəsi saxlayıb danışması, həmçinin Aytənin onun oğlu Kamalla qısa müddətli görüş almaq üçün Şəki Penitensiar müəssisəsinə gedəcəyi barədə məlumatı olmuşdur. X17 telefon sifariş etməsindən, Aytənin də müəssisəyə Kamal üçün mobil telefon aparatı aparmaq istədiyindən xəbəri olmamışdır. Aytəndən qadağan edilmiş əşyaların aşkar edilərək götürülməsi barədə sonradan Kamal və Aytən ona məlumat vermişlər. Həmçinin Kamal cəza çəkdiyi müəssisədən bir neçə dəfə ***-***-**-** saylı telefon nömrəsindən onun istifadəsində olmuş ***-***-**-** saylı və ***- ***-**-** saylı mobil telefon nömrələrinə zəng edərək onunla danışmışdır. Təqsirləndirilən şəxs1 X3 mоbil telefon aparatını və danışıq kartını hardan, necə əldə etməsi barədə heç bir məlumatı yoxdur. O, hər dəfə Kamalla danışarkən cəzaçəkmə müəssisəsində mobil telefon aparatı işlətməməsini ona tövsiyyə etmişdir. Cinayət işinin 7-ci vərəqəsində olan birinci instansiya məhkəməsi istintaqında elan edilməklə tədqiq olunan xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, saat təxminən 10:58 radələrində X4 əməkdaşları tərəfindən həmin müəssisənin ərazisində Təqsirləndirilən şəxs1 yanına qısa müddətli görüşə gəlmiş 1976-cı il təvəllüdlü Şəki rayonu Cəfərabad kəndində yaşayan Təqsirləndirilən şəxs2 gətirdiyi əşyalara və üzərinə baxış zamanı cinsiyyət orqanında gizlətdiyi 2 ədəd “Sim” danışıq kartı, elektrik qidalandırıcısının uc hissələri və işlək vəziyyətdə olan “NOKİA” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş “NOKİA” markalı mobil telefon aparatı və “Sim” danışıq kartları Təqsirləndirilən şəxs2 və hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Cinayət işinin 24-34-cü vərəqələrində olan birinci instansiya məhkəməsi istintaqında elan edilməklə tədqiq olunan Samux Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmündən, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən, cinayət işinin 65-66-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş tələbnamədən, cinayət işində olan Fizuli Qubadlı Hərbi Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmündən, Lənkəran Hərbi Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli hökmündən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarından görünür ki, Əliyev X13 Qubadlı Hərbi Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 3 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Lənkəran Hərbi Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli hökmü ilə CM-nin 332.2.1, 332.2.2, 332.2.3-cü maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CMnin 67 və 68-ci maddələrinə əsasən həmin hökm üzrə təyin edilmiş cəzaya Fizuli Qubadlı Hərbi Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 2 gün müddəti qismən birləşdirilərək üzərində 5 il 1 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Samux Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CMnin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Lənkəran Hərbi Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli hökmü ilə təyin edilmiş 5 il 1 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 5 ay 29 gün cəzanın qismən 4 ayı həmin hökmlə təyin edilmiş cəza ilə birləşdirilmiş və onun üzərində qəti olaraq 7 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi qərara alınmış və cəzasının əvvəli xx xxxxxx 2014cü il tarixdən hesablanmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə CMnə dəyişikliklərlə əlaqədar CM-nin 177.2.4, 186.2.1-ci maddələri hökmdən xaric edilməklə cəzası dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 CMnin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CMnin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Lənkəran Hərbi Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli hökmü ilə təyin edilmiş 5 il 1 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 5 ay 29 gün cəzanın qismən 4 ayı həmin hökmlə təyin edilmiş cəza ilə birləşdirilmiş və onun üzərində qəti olaraq 7 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 Samux Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 1(058)-34/2014 saylı hökmünə və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 7(103)-145/2017 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1., 177.2.2., 177.2.3., 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası sanksiya həddində təyin edildiyindən dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli 816-VQD saylı Qanununun təsiri altına düşmədiyindən ona həmin maddə ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Lənkəran Hərbi Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli hökmü ilə ona təyin edilmiş 05 (beş) il 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 29 (iyirmi doqquz) gün cəzanın qismən 04 (dörd) ayı bu hökmlə təyin edilmiş cəza ilə birləşdirilərək onun üzərində qəti olaraq çəkmək üçün 07 (yeddi) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxxxx 2014-cü il tarixdən hesablanmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilnib 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CMnin 67.1-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəzaya Samux Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 7 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 2 il 08 ay 26 gün hissəsi qismən birləşdirilməklə ona qəti olaraq 2 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə cəzasının əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmış, hazırkı tarixə 10 ay 26 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş kompyuter-texniki ekspertizasının xx xxxxx 2019cu il tarixli 9985 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “NOKİA” markalı “1280” modelli “**********60921” İMEİ nömrəli mobil telefon hal-hazırda işlək vəziyyətdədir, istifadə üçün yararlıdır. Ekspertiza tədqiqatının dəyəri 61,17 manat təşkil edir. Cinayət işinin 63-64-cü və 100-102-ci vərəqələrində olan birinci instansiya məhkəməsi istintaqında elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş tələbnamədən, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 244.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin 75-86-cı vərəqələrində olan birinci instansiya məhkəməsi istintaqında elan edilməklə tədqiq olunan xx xxxxxx 2019-cu il tarixli “xxxx” MMC-dən alınmış elektron məlumat daşıyıcısına (diskə) baxış keçirilməsinə dair protokol və ona əlavə edilmiş çıxarışdan görünür ki, 2019-cu ilin fevral ayının 4-dən mart ayının 4-dək olan müddət ərzində “**********71560” imei kodlu mobil telefon aparatı üzərində istifadə edilmiş 070-55628-09 saylı mobil telefon nömrəsi ilə ***-***- **-** saylı mobil telefon nömrəsi, arasında mütəmadi olaraq zənglər edilmiş, həmçinin həmin nömrələr arasında müxtəlif məzmunlu SMS-lər vasitəsi ilə əlaqə saxlanılmışdır. Belə ki, ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə xx-xx-2019-cu il tarixdə saat 00:38:57-də “Meni sevirsense virаz rаhаtаm vhrаzdа qorxurаm yenede vаcаrdiqim qeder hel edecem”, xx-xx-2019-cu il tarixdə saat 21:48:26-da “Sen meni vir telefonа sаtdin ıupurum vele sevgiye men seni tаnidim”, xx-xx-2019-cu il tarixdə 22:22:38də "Аy kаmаl hevdsim yаxsiydi neyse”, 22-022019-cu il tarixdə 23:17:47-də "n аy kаmаl xаsiyetin desilmeyiv hele”, xx-xx-2019-cu il tarixdə saat 20:14:26-da "Olerem dilenme men velke sаvаh sekiye gelsem orаn versem vereler”, xx-xx-2019-cu il tarixdə saat 02:36:42-də "Аy kаmаl vunа gore sene vel vаqlаmаq olmur uen sene dedim uen desil”, xx-xx-2019-cu il tarixdə saat 20:16:56da "Sen hemenki kаmаl sene ciddi inаnmisim lndiye qeder pulumu yedin аo”, xx-xx-2019cu il tarixdə saat 20:34:43-də "Nolu cаvаv gelmedi cunli men duzem kаmаl onu vilki nen coldeyem sen”, xx-xx-2019-cu il tarixdə saat 21:09:27-də "iceride men pene inаnmisdim аmmа sen dunem gece 2 de meni qirdim ç”, xx-xx-2019-cu il tarixdə saat 13:46:13-də “Pulu gotursen mene zeng et”, xx-xx- 2019-cu il tarixdə saat 13:49:35-də "Bаlаm indice turmede colde vgr sey gordum cаytondu ustunde sааt vаr”, xx-xx-2019-cu il tarixdə saat 13:49:38-də “onu isterdim” xx-xx-2019-cu il tarixdə saat 19:59:43-də “Yаtmisаn dаrixirаm vu gun orа geliv seni gore bilmedim pis okdum”, xx-xx-2019-cu il tarixdə saat 00:51:41-də “Kimnen dаnisirsаn o viri nomreynen аllаh vilen meslehetdi аyteni k” xxxx-2019-cu il tarixdə saat 00:51:45-də “onturu mlmаmаqdаn istifаde et аy kаmаl”, 27-022019-cu il tarixdə saat 01:02:38-də “Meni yig ay kamal”, xx-xx-2019-cu il tarixdə saat 15:03:27-də “bu nomreni qir bunan cox zeng gelib telfonunda tutublar nomreni” kimi, həmçinin ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə xx-xx-2019-cu il tarixdə saat 23:40:50-də "ay awqim knt gonder yaziwaqda bitanem men sumka duzeldirsem meni utandimazsanki geleceksenmi townu?”, xx-xx-2019-cu il tarixdə saat 23:59:55-də “bitanem ureyim partliyir uje menim daniwa bilmirem deli olmuwam get kon al yaziwaq menede wifre al sms ile yaz opurem dodaqlarindan seni canimdan cox sevirem”, xx-xx-2019-cu il tarixdə saat 02:41:46-da “dimiwdin axi icmiyecem ne oldu menim sezumu niye yere salisanki,budumu senin sevgin”, xx-xx- 2019-cu il tarixdə saat 23:42:44-də “ soxum o weye ki menim sevdiyim adam onu mene minnet qoya qoya eliyir bildin.”, xx-xx-2019-cu il tarixdə saat 20:15:46da “menim senden bawqa daniwdiqim varsa mende soxum onun agzina mene wer atma yalandan.nese da yazmiyacam bu son konturum idi sagol bu nomrenide qiracam axwa” xx-xx-2019-cu il tarixdə saat 20:15:49-da “m mamamla daniwib” xx-xx-2019-cu il tarixdə saat 13:36:57-də “meni yiq ama orda adimi cekme” kimi iş üçün əhəmiyyət kəsb edəcək SMS mətinləri vardır. Qeyd edilən telefon nömrələri arasında olan zənglərdən və SMS mətinlərindən çıxarış edilərək iş materiallarına əlavə edilmişdir. Baxış zamanı o da müəyyən olunmuşdur ki, X3n iş materiallarına əlavə edilmiş məhkum Təqsirləndirilən şəxs1 adına qeydiyyata alınmış “Görüş verilməsi və ərzaqların qəbulu vərəqəsi” də qohumluq dərəcəsi “ana” kimi qeyd edilmiş Şahid3 adına qeydiyyata alınmış ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ***-***-**-** saylı mobil telefon nömrəsi arasında da zənglər edilmişdir. Bundan başqa məhkum Təqsirləndirilən şəxs1 adına qeydiyyata alınmış “Telefon danışığının qeydiyyat vərəqəsi”ndə məhkum Təqsirləndirilən şəxs1 telefon danışıqları hüququndan istifadə edərkən zəng edib əlaqə saxladığı ***-***-**-** saylı telefon nömrəsi ilə də ***-***-**-** saylı mobil telefon nömrəsi arasında zənglər edilmişdir. Qeyd edilən elektron məlumat daşıyıcısı (disk) maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 112-ci vərəqəsində olan məhkəmə istintaqında elan edilməklə tədqiq olunan məhkum Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən anası Şahid3 istifadəsində olmuş 055490-39-29 və ***-***-**-** saylı mobil telefon nömrələrinə olunmuş və qəbul edilmiş zənglərin çıxarışlarından görünür ki, 2019-cu ilin fevral ayının 4-dən mart ayının 4-dək olan müddət ərzində “**********71560” imei kodlu mobil telefon aparatı üzərində istifadə edilmiş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ***-***-**-** və 077-54947-10 saylı mobil telefon nömrələri arasında mütəmadi olaraq zənglər edilərək əlaqə saxlanılmışdır. Cinayət işinin 121-122-ci vərəqələrində olan birinci instansiya məhkəməsi istintaqında elan edilməklə tədqiq olunan Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 7(075)-92/2019 saylı qərarı dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün onun həbsxanaya keçirilməsinin qərarla müəyyən edilmiş müddəti 1 il 6 aydan 1 ilə endirilmişdir. Cinayət işində olan Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 7(051)-24/2020 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs2 Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(051)-41/2020 saylı hökmü ilə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzası 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilmə müddətinin başlanğıcı Mİngəçevir şəhər İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Cinayət işində olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində qeydiyyata alınmışdır. Cinayət işində olan Mİngəçevir şəhər X1 xx xxxxxx 2020-ci il tarixli, 515 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin dispanserdə psixatrik müşahidədə olmamış və müraciət etməmişlər. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxs X6 törətdiyi əməldə Cinayət Məcəlləsinin 221.3-cü maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 221.3cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X6 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apellyаsiyа şikаyətindən göründüyü kimi, Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 29, 317-1.1 və 317- 2.1-ci maddələri ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran, həmin Məcəllənin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən halların olmamasını, yəni törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə almışdır. Apellyasiya Məhkəməsi araşdırması zamanı Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində əlavə yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edillmədi. Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,317-1.1 və 3172.1-cimaddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzalar qismən toplanmalıdır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs1 tərəfindən yenidən qəsdən böyük ictimai təhlükə törətməyən cinayətlərin törədilməsi Azərbaycan Respublikası CM-nin18.4.1-ci maddəsinə əsasən cinayətin residivini yaratmır. Azərbaycan Respublikası CM-in 67.1-cimaddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi hazırkı hökmlə ona təyin ediləcək cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli hökm çıxarıldığı gündən, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə 2 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 cəza çəkməsini nəzərə alaraq, onun barəsində qətimkan tədbirinin seçilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu və təqsirli bilindiyi CM-nin 29, 317-1.1 və 317-2.1-ci maddələri üzrə Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar işin faktiki hallarına, onun şəxsiyyətinə uyğun olmuşdur. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində yenidən cinayət əməli törətməsi onun barəsində cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş digər yüngülləşdirici hallarına tətbiqinə lüzum yoxdur. Elə işə bu mövqedən yanaşaraq məhkəmə kollegiyası qeyd edir ki, hadisənin ümumi mənzərəsi və Təqsirləndirilən şəxs1 davranışı və niyyəti barədə birinci məhkəmədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisəsi cəzaçəkmə müəssisəsinin rejim qaydalarının kobud şəkildə pozulması, cəzəçəkmə müəssəsinin tərbiyedici funkasiyalarına hörmətsizlik kimi ictimai dəyərlərə biganəlik motivləri ilə baş vermişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hazırkı cinayət əməli üzrə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələr sanksiyanın minimum həddində təyin edilmiş cəzanı onun şəxsiyyətinə uyğun və əsaslı olması qənaətindədir. Ona görə də onun barəsində Cinayət Məcəlləsinin 62-ci və 70-ci maddələrinin tətbiqinə, yəni təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsinə və ya ona təyin edilmiş cəzanın şərti hesab edilməsini məqsədə müvafiq hesab etmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1 və 317-2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1 və 317-2.1ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1ci maddəsi ilə məhkum edilmələrinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində müəyyən edilmiş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-212/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-212/2020
04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver