Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-212/2021 24.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X8, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələri ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 1(091)-99/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X5 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə) 31 mart 2021-ci il tarixli, 1(091)-99/2021 nömrəli hökmü ilə xx xxxx 1985-ci ildə Ağcabədi rayonu Hacılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəki Rayon Məhkəməsinin 27.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş və cəzası çəkilməmiş, Ağcabədi rayonu Hacılar kəndində pasport qeydiyyatda olan və həbs edilənə kimi ünvan 1 ünvanında yaşamış, 12 noyabr 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələri ilə təqsirli bilinib 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddətin həmin cəzaya hesablanması, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu vaxtdan, yəni 12 noyabr 2020-ci ildən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə və təkrar keçmiş qayınanası Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla qəsdən öldürməyə, bununla da onları qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci ildə, saat 14 radələrində yaşadığı ünvan 1 ünvandakı evin yataq otağında faktiki birlikdə yaşadığı keçmiş arvadı Zərərçəkmiş şəxs1 həmin evin onlara qardaşı Şahid1 tərəfindən alındığını, onunla birgə yaşaya bilmədiyini, müxtəlif bəhanələrlə dəfələrlə evdə mübahisələr yaratdığını, dəfələrlə onu döyməsini, məhkəmə qaydasında boşandıqlarını, buna görə də evi tərk edib getməli olduğunu bildirməsi ilə bağlı ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlmişdir. Cinayətkar niyyətini həyata keçirmək məqsədilə əvvəlcə onunla mübahisə etdikdən sonra yaşadıqları evin həyətyanı sahəsinə çıxmış Zərərçəkmiş şəxs1 hər iki əli ilə boğazından tutub sıxaraq boğmağa başlamış, daha sonra boğazından tutmağa davam edərək evin qarşısına gətirib orada onu havaya qaldırıb pilləkənlərdəki yüksəklikdən yerə çırpmışdır. Qəsdini davam etdirməsinə heç kəsin mane olmaması üçün evin həyətinin darvazasını arxadan bağlamış, həmin anda evin yataq otağına qaçıb gedən Zərərçəkmiş şəxs1 arxasınca evə daxil olub mətbəxdən məişət təyinatlı bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağını götürüb yataq otağına gəlmiş və qəsdinin davamı olaraq əvvəlcə əli ilə Zərərçəkmiş şəxs1 boğazından tutub sıxaraq otaqdakı çarpayının üstünə yıxmış, sonuncunun ona sakitləşməsi, vurmaması üçün yalvarmasına məhəl qoymadan, həmçinin sonuncunun anası Zərərçəkmiş şəxs2, azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdlü Şahid2 və xx.xx.2012ci il təvəllüdlü Şahid3 yataq otağında bu hərəkətləri müşahidə etmələrinə baxmayaraq, onların gözləri qarşısında xüsusi iztirab və əzab verdiyini dərk edərək, müstəsna dərəcədə rəhmsizlik göstərib, xüsusi amansızlıq nümayiş etdirməklə əlindəki mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 boyun nahiyəsinə bir dəfə, döş qəfəsinin sol ön tərəfinə bir dəfə vuraraq ona həyat üçün təhlükəli olan bir ədəd boynun ön səthinin qırtlağın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası xarakterli sağlamlığa ağır zərərvurmaya aid olan, bir ədəd döş qəfəsinin ön sol yan səthinin, daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası xarakterli sağlamlığa yüngül zərərvurmaya aid olan ümumilikdə iki ədəd bıçaq xəsarətləri və iki ədəd sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən sol kürəkaltı nahiyənin və sol budun döyülmə zamanı əmələ gəlməyə uyğun olan sıyrılmış yaraları xəsarətləri yetirmişdir. Bu zaman otaqda Təqsirləndirilən şəxs hərəkətlərini müşahidə edən xx.xx.1947-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 cinayətkar qəsddən xilas etmək niyyəti ilə ictimai borcunu yerinə yetirməyə çalışaraq həmin otaqda olan odun sobasının yanındakı maşanı götürərək Təqsirləndirilən şəxs baş nahiyəsinə vuraraq ona sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən başın ənsə nahiyəsinin əzilmiş-sıyrılmış yarası xəsarəti yetirməklə Zərərçəkmiş şəxs1 qəsdən öldürülməsinə mane olmağa çalışmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 çarpayıya yıxılaraq hərəkətsiz qalmasını, boynundan qan axdığını görüb öləcəyini düşünərək arxaya çevrilmiş, onun cinayətkar əməlinə ictimai borcunu yerinə yetirməsi ilə bağlı olaraq mane olmağa çalışan Zərərçəkmiş şəxs2 qızı Zərərçəkmiş şəxs1 qəsdən öldürülməsinin qarşısını almağa çalışdığını dərk edərək bununla əlaqədar təkrar qəsdən öldürmək məqsədilə sonuncununu qızı Zərərçəkmiş şəxs1, azyaşlı nəvələri Şahid2 və Şahid3 gözləri qarşısında xüsusi iztirab və əzab verdiyini dərk edərək, müstəsna dərəcədə rəhmsizlik göstərib, xüsusi amansızlıq nümayiş etdirməklə, ona aşkar sürətdə xüsusi ağrılar yetirdiyini dərk edib, bunu arzulayaraq əlindəki bıçaqla bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vuraraq Zərərçəkmiş şəxs2 qarnın ön divarının sol qabırğaaltı nahiyədə iki ədəd daxilə qarın boşluğuna keçən, piylikdə bir ədəd, nazik bağırsaq müsariqələrində bir ədəd, nazik bağırsağın treys bağının yaxınlığında nazik bağırsağın bir ədəd deşilmiş-kəsilmiş yaraları və daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları xarakterli dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid cəmi iki ədəd, qarnın ön divarının peritonarxası sahəyə nüfuz edən üç ədəd deşilmiş-kəsilmiş yarası xarakterli dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid cəmi üç ədəd, qarnın ön divarının iki ədəd boşluğa nüfuz etməyən kəsilmiş yarası, başın təpə və alın-təpə nahiyəsinin deşilmiş-kəsilmiş yarası xarakterli dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid cəmi üç ədəd, sol əlin ikinci barmağının kəsilmiş yarası xarakterli sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən cəmi bir ədəd olmaqla ümumilikdə doqquz bıçaq xəsarətləri yetirmiş, həmin anda onun öldüyünü düşünmüş, Zərərçəkmiş şəxs1 isə özündə güc taparaq çətinliklə də olsa hadisə yerindən qaçdığını bilərək qəsdini başa çatdırmaq məqsədilə sonuncunu axtarmış, bu məqsədlə həmin yaşayış evinin bir neçə otağına və qonşuluqda yaşayan şəxslərin həyətinə baxmış, lakin həmin vaxt Zərərçəkmiş şəxs1 evdən qaçaraq küçədə olan şəxsləri qışqırıb səsləməklə yardıma çağırmasına görə oraya polis, təcili tibbi yardım əməkdaşları və digər şəxslərin gəlməsi, habelə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi-cərrahi yardım göstərilməsi nəticəsində həyatları xilas edildiyindən Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə qəsdini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə və Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla təkrar qəsdən öldürməyə, yəni onları qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayətləri verilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələrindən dəyişdirilərək CM-in 126.1-ci maddəsinə tövsif edilməsi barədə yeni hökm qəbul edilməsini, həmin əmələ görə nəzərdə tutulmuş cəzaya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti olaraq tətbiq edilməsi barəsində yeni hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 1(091)-99/2021 nömrəli hökmünün ləğv edilməsini və ona köməklik göstərilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Təqsirləndirilən şəxs apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, onun ifadələri, hadisədən dərhal sonra şöbəyə gedib cinayət aləti ilə təslim olması, ilkin olaraq onun xəsarət alması, bu xəsarət nəticəsində təbii refleks olaraq özünü müdafiə etmək üçün hadisənin baş verməsi, zərərçəkmiş şəxslərin ekspert rəyinə özlərinin xeyrinə təsir göstərə bilmələri, müstəntiqin zərərçəkmiş şəxslərin vəkili kimi işə yanaşmasını göz ardı etmişlər. Araşdırma aparmadan qərar çıxarılmışdır. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 1(091)-99/2021 saylı hökmü qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 29, 120.2.3cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələri ilə ona elan edilmiş ittihamla özünün təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun zərəçəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürmək niyyəti olmamışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadələrində bildirmişdir ki, əgər onları öldürmək və ya həyatdan məhrum etmə niyyəti olsaydı, əlində bu niyyəti icra etməyə real imkan olduğu halda həmin cinayəti tam icra edərək başa çatdırardı. Sadəcə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 onun keçmiş arvadı olduğu və hadisə baş verən günədək də eyni ünvanda yaşadıqları üçün həmin gün aralarında yaranmış mübahisə zamanı zərəçəkmişin ona qarşı qanunsuz hərəkətləri və tələbi ilə əlaqədar olaraq o, mətbəx bıçağı ilə Rəvanəni qorxutmağa çalışmışdır. Lakin həmin vaxt həmin otaqda olan zərəçəkmişin anası və təqsirləndirilənin keçmiş qaynanası Zərərçəkmiş şəxs2 odun sobasının yanından maşanı götürərək onun başının arxa nahiyəsindən bir neçə dəfə şiddətli zərbələr endirmişdir. Özünü müdafiə etmək məcburiyyətində qalan Təqsirləndirilən şəxs isə ona qarşı yönəlmiş qəsddən özünü qorumaq və Zərərçəkmiş şəxs2 da qorxutmaq məqsədilə, ağrının şiddətindən özünü itirərək ona da bir neçə zərbə endirmişdir. Vurulan zərbələrin endirilmə nahiyələrinə diqqət yetirdikdə görə bilərik ki, həmin nahiyələr həyat üçün əhəmiyyət kəsb edən hissələrə endirilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə özünü yalnız CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirərərk CM-nin 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələri ilə ona qarşı irəli sürülmüş ittihamlar üzrə bəraət verilməsini xahiş etmişdir. Əgər, həqiqətən də, təqsirləndirilən şəxs CM-nin 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələrində nəzərdə tutulmuş ağır cinayət əməllərini törətmək istəsəydi, həmin cinayəti niyyətinə uyğun olaraq icra edib başa çatdırmış olardı. Göründüyü kimi istintaq orqanının həmin nəticəyə gələrək təqsirləndirilən şəxsin əməlinin CM-nin 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələr üzrə tövsif etməsi absurd olduğu qədər, həm də obyektiv və ədalətli sayıla bilməz. İbtidai istintaq orqanı və birinci instansiya məhkəməsi cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq cinayət işinin istintaqını hərtərəfli, tam və obyektiv aparmamış, ittihamın əsaslı həlli üçün mühüm əhəmiyyətə malik xüsusatlara səthi yanaşaraq təqsirləndirilən şəxsin əməlini hüquqi baxımdan düzgün qiymət verilməmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələri ilə bəraət verilməlidir və onun əməli CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Əlavə olaraq apellyasiya şikayətinə baxılarkən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların mövcudluğu, himayəsində iki azyaşlı uşağının olması, zərəçəkmişlərin ona qarşı qanunsuz hərkətlər etməsi, təqsirləndirilənin müsbət xarakterizə olunması, birinci dəfə cinayət törətdiyi və əməlindən səmimi peşman olduğu nəzərə alınmalıdır. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxslərə bıçaq zərbələri vursa da, onları öldürmək niyyəti olmamışdır. Belə ki, onları qorxutmaq və ani refleks olaraq özünü qorumaq istəmişdir. Qayınanası maşa ilə onun başına vurduğundan özündə olmamışdır. İbtidai istintaq zamanı və Şəki Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadələrini təsdiq edir. Özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilir və hesab edir ki, onun əməli həmin maddəyə tövsif edilməlidir. Ona görə də apellyasiya şikayətlərinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X10 apellyasiya şikayətlərinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətlərinin təmin olunmasını, Şəki Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 1(091)-99/2021 nömrəli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CMin 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələrindən dəyişdirilərək Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsi barədə yeni hökm çıxarılmasını, həmin əmələ görə nəzərdə tutulmuş cəzaya Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti olaraq tətbiq edilməsi barəsində yeni hökm çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, təqsirləndirilən şəxsdən şikayətçidirlər. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X8 apellyasiya şikayətlərinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2021-ci il tarixli 1(091)- 99/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli və Şəki Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 1(091)-99/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəхs qismində ifadə vermiş Qаsımоv Fuаd Nаzim оğlu CM-nin 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələri ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailədə münaqişə olmuş, mübahisə zamanı Rəvanə yüksək səslə danışdığı üçün onun sifətinə bir dəfə şillə ilə vurmuşdur. Qayınanası Ceyhun da arxadan maşa ilə onun başının arxa nahiyəsinə vurmuş, o da əsəbləşib mətbəxə keçib orada olan stolun üstündəki mətbəx bıçağını götürüb yenidən otağa qayıtmış, qaynanasını vurmaq istəyəndə arvadı Rəvanə aralarına keçmiş, həmin vaxt bıçaqla qayınanasına zərbə vurmaq istəyəndə bıçaq arvadı Rəvanənin boyun nahiyəsinə dəymişdir. Rəvanə əli ilə boğazını tutmuş, az sonra Rəvanənin boğazından qan axdığını görmüş, onun qolundan tutub çəkib çarpayının üstünə yıxmış, sonra nə etdiyini və nə baş verdiyini xatırlamır. Karvansarayın yanında polis əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmiş, arvadına və qaynanasına xəsarət yetirdiyi bıçağı təqdim etmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla vuraraq xəsarətlər yetirməkdə onları öldürmək məqsədi və niyyəti olmamışdır. Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, aralarında olan münaqişələrə görə 2016-cı ilin oktyabr ayında Rəcəblə rəsmi boşanmış, məhkəmədən sonra Rəcəbdən evinə gəlməməsini, çıxıb getməsini tələb etsə də, Rəcəb həmin evdən getməmiş, həmin evdə bir yerdə yaşamışlar. 2019-cu ildən anası Zərərçəkmiş şəxs2 onlarla birlikdə yaşayır. 12.11.2020-ci ildə saat 10 radələrində Rəcəblə bir evdə çox yaşaya bilməməsini, özünə bir iş tapmasını, pul qazanmasını, evdən çıxmasını ona bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, həmin vaxt Rəcəb əsəbiləşərək əgər çıxıb gedirsə, anası Ceyhunun da çıxıb getməsini bildirmiş və onunla mübahisə etmişdir. Rəcəbi sakitləşdirmək üçün özü çıxmasını, sonra anası da çıxıb gedəcəyini bildirmişdir. Anası getməyə hazırlaşanda birdən Rəcəb anasının alt paltarlarını götürüb anasına demiş ki, “tez olub evdən çıxsın, paltarları aparıb küçəyə atacaq”. Sonra anasının ünvanına nalayiq söyüşlər söymüş, o da Rəcəbə demişdir ki, paltar atılacaqsa, onun paltarları küçəyə atılmalıdır. Bundan sonra şkafdan sellofan torbada olan Rəcəbin paltarlarını götürüb evdən çıxmış, yaşadığı evin darvazasının arxasına çataraq darvazadan çölə boylandıqda Rəcəb ona yaxınlaşıb evin həyətinə doğru onu arxadan dartaraq hər iki əli ilə boğazından tutub sıxaraq onu boğmağa başlamış və orada onu yerə çırpmış, daha sonra Rəcəb onu boğazından tutub qaldırmış və boğazından tutmağa davam edərək evin qarşısına gətirib orada onu havaya qaldırıb, yüksəklikdən yerə çırpmış, başı yerdəki betona dəymiş, buna görə də bir anlıq huşunu itirsə də, özünü tez toparlayıb ayağa qalxmışdır. Həmin vaxt böyük qızı Aylin də onların yanlarında, çöldə olmuşdur. Ayağa qalxanda Rəcəbin darvazanı arxadan bağladığını bilmiş, anası həmin vaxt yaşadıqları evin həyətində olmuş və baş verənləri görmüşdür. Yerdən qalxandan sonra evə keçmiş, qapıdan içəri girən kimi, evin giriş qapısının yanında Rəcəb də arxasınca evə girmiş və bir əli ilə onun boğazının qabaq hissəsindən, bir əli ilə isə arxa hissəsindən tutub sıxaraq onu boğmuş, həmin vaxt otaqda uşaqlar və anası olmamışdur. Rəcəb yenə boğazından tutub onu havaya qaldırıb yan üstə yerə çırpmış, bir anlıq özünü itirmiş, huşunu toplayıb ayağa qalxan zaman Rəcəbin mətbəxdən üstünə doğru əlində bıçaq gəldiyini görmüş, Rəcəb ona yaxınlaşanda qızlarının evin içində olduğunu görmüş, qızları atalarından dayanmasını xahiş etmiş, həmin vaxt özü Rəcəbdən sakitləşməsini bir neçə dəfə xahiş etmiş, lakin Rəcəb onun dediklərinə məhəl qoymayaraq yaxınlaşıb sol əli ilə boğazından tutub onu aparıb evin küncündəki taxta çarpayının üstünə yıxmış, ayaqları çarpayıdan sallanan vəziyyətdə olmuş, həmin vaxt bir əliylə dəmir çarpayının baş hissəsindən yapışıb qalxmaq istəyəndə Rəcəb bıçaqla onun sol ayağının bud hissəsindən bir dəfə vurmuş, Rəcəb həmin vaxt bıçaqla onun qarın nahiyəsinə xəsarət yetirmək istəsə də, müqavimət göstərdiyi üçün ayağını qaldıran zaman bıçaqla onun ayağına xəsarət yetirmiş, əlləri və ayaqları ilə Rəcəbə müqavimət göstərmişdir. Daha sonra Rəcəb bıçaqla onun kürək nahiyəsinin sol yan hissəsinə, həmçinin döş qəfəsinin ön sol yan hissəsindən vurmuşdur. Rəcəbə yalvararaq vurmamasını, buraxmasını desə də Rəcəb onu buraxmamış, bu zaman azyaşlı qızı Nurgünün ona baxdığını görmüşdür. Rəcəbə yalvarmış ki, “uşaqlar görür, qorxacaqlar, buraxsın, bıçaqla onu vurmasın”. Nurgünün qorxduğunu hiss edib ona “qızım üzünü çevir, baxma” deyəndə boğazının sağ hissəsinə Rəcəbin bıçaqla vurduğunu hiss etmiş, həmin vaxt uşaqlarına səslənərək getmələrini söyləmiş, bu zaman Rəcəb bıçağı artıq onun boğazına soxmuşdur. Rəcəb bıçaqla onun boğazının qırtlaq hissəsini kəsməyə çalışmışdır. Rəcəb onun boğazından xəsarət yetirdiyi və artıq qan gəldiyi üçün onun öldüyünü zənn etdiyinə görə onu buraxmış, Rəcəb onun üstündən qalxandan sonra, bir az özünə gəlib ayağa qalxanda görmüşdür ki, Rəcəb anasını dəmir çarpayının üstünə yıxıb bıçaqla dəfələrlə sol böyür hissəsinə vurur. Anası ona demişdir ki, “qaç, canını qurtar”. Qızlarına qaçıb qonşuları çağırmalarını demiş, lakin qızları onun dediklərini başa düşmədikləri üçün özü küçəyə çıxmış, küçədə, yaşadıqları evin qarşısında qonşulardan heç kim olmamış, fikirləşmişdir ki, birdən Rəcəb arxasınca gələr, ona görə çox çətinliklə, ayaqyalın vəziyyətdə aşağı düşüb evdən təxminən 50 metr aşağıda yerləşən mağazaya getmiş, həmin mağazanın satıcısına demiş ki, “mən Rəcəbin arvadıyam, Rəcəb bıçaqla məni vurub, polis çağırın”. Sonra küçədən keçən bir avtomobili saxladıb həmin avtomobilin sürücüsünə əri Rəcəbin bıçaqla onu vurub xəsarət yetirdiyini demiş, polis çağırmasını xahiş etmiş, həmin avtomobildə azyaşlı uşaq olduğundan sürücüyə demiş ki, getsin, uşaq qorxa bilər. Daha sonra yol ilə yuxarı tərəfə gedən zaman avtobus dayanacağı tərəfdə avtomobil onu görüb saxlamış, həmin avtomobilin sürücüsü polis əməkdaşı olmuş, sürücüyə demiş ki, “əri Rəcəb onu bıçaqla vurub, polis çağırsın”. Həmin şəxs kiməsə zəng vurmuş, bir az sonra polis və təcili tibbi yardım əməkdaşları gəlmişdir. Xəstəxanadan evə buraxıldıqdan sonra azyaşlı qızlarıyla söhbət edən zaman ona məlum olmuşdur ki, Rəcəb onu bıçaqla vurduqdan sonra onun evdən qaçıb getməsinə baxmayaraq Rəcəb yaşadıqları evin otaqlarında onu axtarmış, küçəyə çıxaraq onu tapmağa çalışmışdır. Azyaşlı qızı Aylin ona demişdir ki, hadisə vaxtı Rəcəb ona bıçaqla xəsarətlər yetirdikdən və o, yaşadığı evdən qaçdıqdan sonra Rəcəb Aylindən onun harada olduğunu, hansı tərəfə getdiyini soruşmuş, Aylin atasına onun harada olduğunu bilmədiyini dedikdə Rəcəb evin otaqlarında, qonşu evlərdə onu axtarmışdır. Rəcəbin bıçaqla onlara xəsarət yetirməkdə məqsədi onu və anasını öldürmək olmuş, Rəcəb onu və anasını bıçaqla vurub xəsarət yetirən zaman qızlarının hər ikisi də evdə olmuş, Rəcəbin onlara bıçaqla vurub xəsarət yetirdiyini görmüşlər. Təqsirləndirilən şəxsdən şikayətçidir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir. Azyaşlı Şahid2 məhkəmədə ifadəsində göstərmişdir ki, 12 noyabr 2020-ci ildə atası anasını və nənəsini vuran zaman görmüşür. Birinci instansiya məhkəməsində azyaşlı Şahid3 məhkəmədə azyaşlı Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 məhkəmədə ifadəsində göstərmişdir ki, 12.11.2020-ci ildə saat 14:30 radələrində, nahar fasiləsindən sonra yaşadığı evdən çıxıb öz şəxsi avtomobiliylə Şəki ŞRPŞ-nə qayıdarkən Şəki şəhəri Giləhli küçəsinə çatdıqda avtobus dayanacağına tərəf qaçan bir nəfər qadın görmüş, həmin şəxs onun maşınına tərəf qaçmış, qadının əllərinin və boğaz nahiyəsinin qanlı olduğunu görmüş, dərhal maşından düşüb həmin qadından nə baş verdiyini soruşmuş və dərhal Şəki ŞRPŞ-nin Növbətçi Hissəsinə və 103 xidmət mərkəzinə də zəng edərək hadisə barədə məlumat vermiş, yaralı qadını yolun kənarına çəkərək polis və təcili tibbi yardım əməkdaşlarının gəlməsini gözləmişdir. Hadisə yerinə gələn polis əməkdaşlarına hadisə baş verən evi göstərmiş və həmin vaxt həmin evdə üzərində odeyal olan qanlı vəziyyətdə yaşlı qadın görmüş və həmin qadının küçədə qarşılaşdığı qadının anası olduğunu bilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12.11.2020-ci ildə saat 16 radələrində əmisi qızı Gülər Mustafayeva ona zəng edərək bacısıgilin evində polis əməkdaşları olmasını bildirmişdir. Evə gəldikdə bacısı Rəvanə və anası Ceyhunun kürəkəni Rəcəb tərəfindən bıçaqlandığını bilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 12.11.2020-ci ildə, günorta saatlarında tanımadığı bir nəfər qadın yaralı vəziyyətdə onun işlədiyi dükanın qarşısına gələrək polisə zəng etməsini xahiş etmiş, həmin qadının boğaz nahiyəsinin və əllərinin qanlı olduğunu görmüş, nə hadisə baş verdiyini bilmədiyindən qadına demişdir ki, “ilk öncə təcili tibbi yardıma zəng etsin, tibb işçiləri gələrək ona ilkin tibbi yardım göstərsinlər”. O, qadını görən zaman düşünmüşdür ki, evdə iş görən zaman xəsarət almışdır. Həmin qadın bir daha xahiş etmiş ki, “o, ilk öncə təcili olaraq polisə zəng etsin”. Elə bu vaxt marketin qarşısında bir taksi dayanaraq sərnişin düşürən kimi həmin qadın tanımadığı taksi sürücüsünə tərəf qaçaraq həmin sürücüdən polisə zəng etməsini xahiş etmiş, taksi sürücüsü təcili olaraq onu xəstəxanaya çatdırsın deyə qadına maşına minməsini xahiş etmiş, qadın həmin taksi sürücüsündən də ilk əvvəl polisə zəng etməsini xahiş etmiş, qadın həmin taksi sürücüsünə də fikrini izah edə bilmədiyi üçün yuxarı istiqamətdə olan avtobus dayanacağına tərəf qaçmış və həmin vaxt eyni istiqamətdən gələn maşını saxlatmış, həmin maşının içindən polis geyim formasında olan bir nəfər düşmüş, qadının vəziyyətini görən kimi polisə və təcili tibbi yardıma zəng edərək məlumat vermişdir. Bir az sonra polis və təcili tibbi yardım əməkdaşları gələrək həmin qadına ilkin tibbi yardım göstərmiş, həmin qadın təcili tibbi yardım maşınına əyləşdikdən sonra qadının yaşadığı evə tərəf getmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin qadının həyat yoldaşı onu və anasını bıçaqlamışdır. Cinayət işinə əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 12 noyabr 2020ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağıdır, hadisə yerindən bir ədəd odeyal, bir ədəd uşaq gödəkçəsi, bir ədəd ağ rəngli parça, bir ədəd yastıq üzü, bir ədəd dəsmal, bir ədəd qadın plaşı, bir ədəd yorğan, bir ədəd maşa, bir ədəd X16 2 plus markalı mobil telefon və bir ədəd Xiaomi Redmi M2003J15SS modelli mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinə əlavə edilmiş 12 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq ağ rəngli metaldan olmaqla dəstəyi qara rəngli ebonitdəndir. Bıçağın ümumi uzunluğu 23,7 sm, tiyənin uzunluğu 13,7 sm, dəstəyi isə 10 sm-dir. Tiyənin eni 1,8 sm, dəstəyin eni isə 2 sm-dir. Tiyənin bir tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Dəstəyin əsas hissəsinə qara rəngli ebonit hissə bərkidilmişdir. Tiyənin ucundan 4 sm məsafədə 0,4 sm diametrdə deşik vardır. Bıçağın tiyəsinin üzərində dairənin içərisində üç ədəd 6 rəqəmi, həmçinin “SANLİU” sözləri həkk olunmuşdur. Məhkəmə-tibbi ekspertizasının 26 noyabr 2020-ci il tarixli 494 №-li rəyindən görünür ki, “Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: boynun ön səthinin qırtlağın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş, döş qəfəsinin ön sol yan səthinin, daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol kürəkaltı nahiyənin və sol budun sıyrılmış yaraları. Bu xəsarətlərdən boynun ön səthinin, qırtlağın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş, döş qəfəsinin ön sol yan səthinin, daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası iti kəsici əşyanın və ya alətin (əşyaların və ya alətlərin) təsirindən əmələ gəlmişdir, maddi sübut qismində təqdim olunmuş bıçağın təsirindən əmələ gəlməsi istisna edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən 12.11.2020-ci il tarixə uyğundur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər; sol kürəkaltı nahiyənin və sol budun sıyrılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən 12.11.2020-ci il tarixinə uyğundur, xəsarətin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 26 noyabr 2020-ci il tarixli 495 №-li rəyindən görünür ki, “Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: qarnın ön divarının sol qabırğaaltı nahiyədə 2 (iki) ədəd daxilə qarın boşluğuna keçən, piylikdə bir ədəd, nazik bağırsaq müsariqələrində bir ədəd, nazik bağırsağın treys bağının yaxınlığında nazik bağırsağın bir ədəd deşilmiş-kəsilmiş yaraları və daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları, qarnın ön divarının peritonarxası sahəyə nüfuz edən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yarası, qarnın ön divarının iki ədəd boşluğa nüfuz etməyən kəsilmiş yarası, başın təpə və alın-təpə nahiyəsinin deşilmiş-kəsilmiş yarası, sol əlin İİ barmağının kəsilmiş yarası iti kəsici əşyanın və ya alətin (əşyaların və ya alətlərin) təsirindən əmələ gəlmişdir, maddi sübut qismində təqdim olunmuş bıçağın təsirindən əmələ gəlməsi istisna edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən 12.11.2020-ci il tarixə uyğundur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər.” Məhkəmə-tibbi ekspertizasının 30 dekabr 2020-ci il tarixli, 16/494 №-li rəyindən görünür ki, “Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: boynun ön səthinin qırtlağın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş, döş qəfəsinin ön sol yan səthinin, daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol kürəkaltı nahiyənin və sol budun sıyrılmış yaraları. Bu xəsarətlərdən boynun ön səthinin qırtlağın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası iti kəsici əşyanın və ya alətin təsirindən əmələ gəlmişdir, maddi sübut qismində təqdim olunmuş bıçağın təsirindən əmələ gəlməsi istina edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən 12.11.2020-ci il tarixə uyğundur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir; döş qəfəsinin ön sol yan səthinin, daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası iti kəsici əşyanın və ya alətin təsirindən əmələ gəlmişdir, maddi sübut qismində təqdim olunmuş bıçağın təsirindən əmələ gəlməsi istina edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən 12.11.2020-ci il tarixə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; sol kürəkaltı nahiyənin və sol budun sıyrılmış yaraları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən 12.11.2020-ci il tarixinə uyğundur, xəsarətin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Bu xəsarətləri aldıqdan sonra zərərçəkmiş yeriyə bilər və məqsədyönlü hərəkətlər etməsi mümkündür”. Məhkəmə-tibbi ekspertizasının 30 dekabr 2020-ci il tarixli, 15/495 №-li rəyindən görünür ki, “Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: qarnın ön divarının sol qabırğaaltı nahiyədə 2 (iki) ədəd daxilə qarın boşluğuna keçən, piylikdə bir ədəd, nazik bağırsaq müsariqələrində bir ədəd, nazik bağırsağın treys bağının yaxınlığında nazik bağırsağın bir ədəd deşilmiş-kəsilmiş yaraları və daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları, qarnın ön divarının peritonarxası sahəyə nüfuz edən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yarası, qarnın ön divarının iki ədəd boşluğa nüfuz etməyən kəsilmiş yarası, başın təpə və alın-təpə nahiyəsinin deşilmişkəsilmiş yarası, sol əlin İİ barmağının kəsilmiş yarası iti kəsici əşyanın və ya alətin (əşyaların və ya alətlərin) təsirindən əmələ gəlmişdir, maddi sübut qismində təqdim olunmuş bıçağın təsirindən əmələ gəlməsi istisna edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən 12.11.2020-ci il tarixə uyğundur. Bu xəsarətlərdən; qarnın ön divarının sol qabırğaaltı nahiyədə 2 (iki) ədəd daxilə qarın boşluğuna keçən, piylikdə bir ədəd, nazik bağırsaq müsariqələrində bir ədəd, nazik bağırsağın treys bağının yaxınlığında nazik bağırsağın bir ədəd deşilmiş-kəsilmiş yaraları və daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər; qarnın ön divarının peritonarxası sahəyə nüfuz edən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, qarnın ön divarının iki ədəd boşluğa nüfuz etməyən kəsilmiş yarası, başın təpə və alın-təpə nahiyəsinin deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; sol əlin İİ barmağının kəsilmiş yarası sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Bu xəsarətləri aldıqdan sonra zərərçəkmişin hər hansı bir hərəkət etməsi dəqiqələrlə ölçülən vaxt vahidi ərzində mümkündür”. Məhkəmə-tibbi ekspertizasının 16 dekabr 2020-ci il tarixli, 496 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: başın ənsə nahiyəsinin əzilmiş-sıyrılmış yarası bərk-küt əşyanın təsirindən törənmişdir, dəmir maşa ilə vurulması zamanı əmələ gəlməsi istisna edilmir, müddəti qərarda qeyd edilən 12.11.2020-ci il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Kompleks məhkəmə-bioloji, məhkəmə-trasoloji və məhkəmə soyuq silahlar ekspertizasının 22 dekabr 2020-ci il tarixli, 921/2020-MTBŞ №-li rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstərici: A/H(İİ) 2. Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi:A/H/(İİ) 3. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi:A/H/(İİ) 4.Ekspertizaya təqdim olunmuş odeyal, uşaq gödəkçəsi, ağ rəngli parça, yastıq üzü, dəsmal, qadın plaşı, yorğan, Zərərçəkmiş şəxs2 məxsus kofta, şalvar, kalkotqa, Zərərçəkmiş şəxs1 məxsus mayka, şalvar, kofta və bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Belə olan halda bu qan ləkələri A beta/H/(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs məxsus ola bilər. 5. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus şalvar, pulover üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Kompleks məhkəmə-bioloji, məhkəmə-trasoloji və məhkəmə soyuq silahlar ekspertizasının 29 dekabr 2020-ci il tarixli, 592-MTKŞ/2020 №-li rəyindən görünür ki, İ.1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus plaşın ön sol yaxalığında on ədəd, plaşın kapüşonun ön sol səthində bir ədəd, plaşın sol qolunun ön səthində üç ədəd; köynəyin ön orta nahiyəsindən bir ədəd; lasinin ön sol ayağının bayır səthində bir ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. 2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus mayka üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus plaşın ön sol yaxalığında, köynəyin ön orta nahiyəsindən aşkar edilmiş deşilmişkəsilmiş zədələr onun bədəninin döş qəfəsinin ön sol yan səthində olan deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Plaşın kapüşonun ön sol səthində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin boynun ön səthinin deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. 4. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus sviterin ön sol aşağı hissəsində altı ədəd; şalvarın ön sol yuxarı səthində üç ədəd; kalqotkanın ön sol yuxarı hissəsində aşkar edilmiş dörd ədəd deşilmiş-kəsilmiş zədələr, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. 5. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus sviterin ön sol aşağı hissəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin qarnın ön divarının sol qabırğaaltı nahiyədə olan deşilmiş-kəsilmiş yaraları ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Şalvarın ön sol yuxarı səthində və kalqotkanın ön sol yuxarı hissəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin qarnın ön divarının peritonarxası sahəyə nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. 6. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 bədəninin başın təpə və alın-təpə nahiyəsində, sol əlin İİ barmağında olan kəsilmiş yaralar onun paltarı üzərində öz əksini tapmamışlar. Bu da, həmin nahiyələrin paltarların örtülməməsi ilə izah oluna bilər. 7. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və pulover üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 8. Ekspertizaya təqdim edilmiş uşaq gödəkçəsi, parça, yastıq üzü, odeyal, yorğan üzü və dəsmal üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. İİ.1. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Kompleks məhkəmə-daktiloskopik və lifli materialların ekspertizasının 25 yanvar 2021-ci il tarixli, 6/67, 13/43 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin, 01 ədəd kalqotkanın; Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd maykanın, 01 ədəd köynəyin; Təqsirləndirilən şəxs məxsus qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd poliverin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən 01 ədəd koftanın səthi üzərində tapılmış bozumtul qara rəngli təbii pambıq lifləri cins əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərində tapılmış bozumtul qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş bıçağın dəstəyinin və tiyəsinin səthi üzərində əl-barmaq və papilyar naxış izləri aşkar edilmədi”. Məhkəmə-psixiatrik ekspertizasının 24.11.2020-ci il tarixli, 643 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırkı ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmur. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi, psixiatriya müəssisələrində qeydiyyatda durmaması, istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun az ifadəli olması əsas verir. Məhkəmə-psixoloji ekspertizasının 22 yanvar 2021-ci il tarixli, 11 nömrəli rəyindən görünür ki, Şahid3 hadisə baş verdiyi tarixdə baş vermiş cinayət hadisəsini iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətindədir, baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Şahid3 baş vermiş hadisə ilə bağlı yalan danışmağa və özündən uydurmağa meylli deyildir. Şahid3 fərdi və yaş xüsusiyyətlərini, hadisənin baş verdiyi konkret şəraiti nəzərə alaraq, yoxlanılan iş üçün vacib olan halları düzgün qəbul edə və dərk edə bilmişdir. Məhkəmə-psixoloji ekspertizasının 22 yanvar 2021-ci il tarixli, 12 nömrəli rəyindən görünür ki, Şahid2 hadisə baş verdiyi tarixdə baş vermiş cinayət hadisəsini iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətindədir, baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Şahid2 baş vermiş hadisə ilə bağlı yalan danışmağa və özündən uydurmağa meylli deyildir. Şahid2 fərdi və yaş xüsusiyyətlərini, hadisənin baş verdiyi konkret şəraiti nəzərə alaraq, yoxlanılan iş üçün vacib olan halları düzgün qəbul edə və dərk edə bilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasından, eləcə də hökmdən görünür ki, xx.xx.1985-ci il tarixdə Ağcabədi rayonu, Hacılar kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs 14.12.2017-ci ildə Şəki ŞRPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 128 (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ********* cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunmuş, Şəki Rayon Məhkəməsinin 27.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə aylıq qazançının 20% -i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. 17.01.2018-ci il tarixdə hökm qanuni qüvvəyə minmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Şəki rayonu üzrə İcra və probasiya Şöbəsinin 29.01.2021-ci il tarixli, 110/10 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli, 1(075)-105/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs islah işləri cəzasını çəkməmişdir. CMnin 84-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət işləri üzrə hökmlər 2 il müddətinə icra edilmədikdə onun icra müddəti keçmiş olur. CM-nin 128-ci maddəsində göstərilən cinayətlər isə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab edilir. Odur ki, Şəki Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın icra müddəti keçdiyindən yeni hökm ilə cəza təyin edilən zaman nəzərə alınmır. Cinayət işində olan Şəki Rayon Məhkəməsinin 03.11.2016-cı il tarixli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında Şəki Rayon Qeydiyyat Şöbəsində bağlanmış 29.11.2011-ci il tarixli nikah pozulmuşdur. Kollegiya bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Kollegiya belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahidlər Şahid2, Şahid3, Şahid4, Şahid1, X1, Şahid5 apellyasiya instansiya məhkəməsi və birinci instansiya məhkəməsində verdikləri ifadələrə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Kollegiya hökmdən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin Təqsirləndirilən şəxs əməlinin CM-nin 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələrindən CM-in 126.1-ci maddəsinə tövsif edilməli olması barədə dəlilinə münasibət bildirərərək hesab edir ki, həmin hissə əsassızdır. Təqsirləndirilən şəxs ona verilən ittihamla razılaşmayaraq CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini bildirərək özünü həmin maddə ilə təqsirli bilsə də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 29,120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələri ilə düzgün tövsif olunmuşdur. Kollegiya ona görə belə qənaətə gəlir ki, məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlara əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Apellyasiya şikayətləri üzrə aparılmış araşdırmanın nəticələrinə əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2021-ci il tarixli hökmünün əsassız və qanunsuz olması, Şəki Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxsin əməlini CM-in 126.1-ci maddəsi ilə deyil, 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələri ilə düzgün qiymətləndirməməsi və ona ağır cəza tətbiq etməsi barədə şikayətin dəlilləri məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə və təkrar keçmiş qayınanası Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla qəsdən öldürməyə, bununla da onları qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə kollegiyasının iclasında işin faktiki halları və sübutlar tədqiq edilərkən müəyyən olunur ki, hadisənin baş verməsi, inkişafı və nəticəsi bir-birini tamamlayır, sübutlar bir-biri ilə üst-üstə düşür və onların arasında heç bir ziddiyyət qalmır. Bütün bunlar onu göstərir ki, təqsirləndirilən şəxsin apellyasiya şikayətlərində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Əksinə, həmin sübutlara əsasən, kollegiya belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməlində CMin 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələrinin tərkibi vardır, apellyasiya şikayətlərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətlərində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla sübuta yetmir, apellyasiya şikayətlərinin dəlilləri təqsirləndirilən şəxsin formal mülahizələrinə əsaslanır ki, bu da mahiyyətcə düzgün olan hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, CPM-in 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Təqsirləndirilən şəxsin barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyаsının qənаətinə görə, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58.3-cü mаddəsinin tələblərinə riаyət etməklə onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək qiymətləndirdiyi bütün halları kifayət qədər nəzərə almış və ona bu halların məcmuyuna uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. CM-in 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi-onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla, habelə təkrar zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar şəxsi öldürməyə cəhd) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə cəhdə görə təqsirləndirilir. CM-in qeyd olunan maddələrinin sanksiyalarına görə, həmin əməlləri törədən şəxslər on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Ancaq CM-in 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3cü mаddəsinə uyğun olaraq törədilmiş cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzаnı yüngülləşdirən və ağırlaşdıran hаllаrın omasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsına və аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınаrаq Təqsirləndirilən şəxs həmin mаddələrin sаnksiyаlarındа nəzərdə tutulаn qаnuni cəzа təyin etmiş, təyin etdiyi cəzаnın növünü və həddini, habelə cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qаnun pozuntusunа yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən hаllаrın аydınlаşdırılmаmаsı və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş mаteriаllаrı ilə müəyyən edilməmişdir. Belə olаn hаldа, kollegiya CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа şikаyətinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya şikayətləri təmin edilmədən, onun CM-in 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 1(091)-99/2021 nömrəli hökmü isə baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 399, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələri ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 1(091)-99/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-212/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-212/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver