Məhkəmə qərarları › İş №1(107)-213/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-213/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-213/2020 05.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X16, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 müdafiəçisi X17 iştirakı ilə X16 X18 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(075)-63/2020 nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X26 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (sədrlik edən P.Hacıyev) xx xxxxxxxx 2020-ci il tarixli, 1(075)-63/2020 nömrəli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 147, 147.1 və 147.2 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X16 şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. işin halları: X26 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, ona böhtan atdığına və ağır cinayətdə ittiham etdiyinə görə X8 qanunla cəzalandırılmasını xahiş etmişdir. Şikayət verən şəxs X26 öz şikayətini onunla əsaslandırmışdır ki, onun Şəki rayonu Bideyiz kəndində yerləşən 110 nömrəli pay torpağının seyrangah sahəsində olan 2.24 ha hissəsinin bir hissəsini 20 il müddətində X1 icazəsi olmadan əkib-biçmişdir. Cavabdehə dəfələrlə torpaqdan çıxarılma ilə bağlı müraciət etsə də, sonuncu heç bir məhəl qoymamış və o, 2017-ci ildə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə araşdırmasından sonra torpağının 12 sotunun cavabdehin tərəfində olduğu müəyyən edilmiş və buna görə 200 manat təzminatın cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda sözügedən iş üzrə məhkəmə prosesi Ali Məhkəmənin icraatındadır. Özü kəndli olduğuna görə ailəsi və uşaqlarını mülkiyyətində olan torpaq sahəsini əkibbecərməklə və ondan istifadə etməklə dolandırır. Başqa gəlir yeri yoxdur. X1 ona məxsus olan torpaq sahəsindən artıq 20 ildir ki, istifadə etməsi azmış kimi, yalan məlumatlarla ona böhtan atmışdır. Yalan informasiyaları nəinki öz kəndlərinə, həmçinin qonşu 4 kəndə, orada yaşayan qohumlarına da yayaraq onu rüsvay etmişdir. Həmin 4 kənddə 10000-dən çox adam yaşayır. Cavabdeh Şəki Rayon Məhkəməsinə ünvanladığı xx xxxx 2019-cu il tarixli rəsmi müraciətdə və Şəki Apelyasiya Məhkəməsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli izahatda ona qarşı şər-böhtan xarakterli, rüsvayedici, işgüzar nüfuzunu ləkələyən ifadələr işlətmişdir. Cavabdeh Şəki Rayon Məhkəməsinə verdiyi rəsmi müraciətində göstərmişdir ki, guya o, faktiki torpaq sərhəddini keçərək qeyri-qanuni istifadə etmişdir. O, və torpağı icarəyə götürən Maqsud Kərimov öz dediklərindən, yalan ifadələrindən dönmürlər. Hər ikisi şər-böhtan atmaqla böyük məbləğdə kompensasiya almaq istəyirlər. Guya ki, o, sireysdə göstərilən xətti pozaraq kanal qazmış, əkilmiş taxılı məhv etmişdir. X23 Məhkəməsinə verdiyi xx xxxxxx 2020-ci il tarixli rəsmi izahatında demişdir: “Valehin yerinə bitişik bölgüdən əlavə artıq torpağı vardır. Bunu nəzərə alsaq, onun torpağı nəinki əskik, xeyli artıqdır. Valehin özü cürbəcür haqsız şikayətlər edərək camaatı bezdirməklə, xəstəliyə tutmaqla məşğuldur. Valeh öz doğma qardaşı Salehi də torpaq üstündə polisə, məhkəmələrə sürümüş, ürəyini partladıb öldürmüşdür. Həmçinin o, ailə üzvlərinə başçılıq edərək gəlinini ölümcül döymüş, oğlunun 2 il həbsdə yatmasına və ailəsinin dağılmasına səbəb olmuşdur. Heç kim ona salam verib-almaq istəmir. Kənddə əksəriyyət adamla küsülüdür”. Onun rəsmi müraciətində və izahatında işlətdiyi fikirlər heç bir həqiqətə uyğun gəlməyən, şər-böhtan xarakterli ifadələrdir. Bu məlumatlar böhtan xarakterlidir. 130 nömrəli pay torpağının sahibi X18 pay torpaqları ilə bağlı dövlət qulluğunda çalışan havadarları ilə birləşərək nəyinsə hesabına 4 nəfər sahibin pay torpağı arasında olan torpaq sərhəddini peykə əl uzadaraq kompüterdə 90° onlara doğru döndərmiş, 40 m keçərək torpaqları zəbt etmiş və 20 il müddətində əkib-biçmişdir. Ondan başqa 3 nəfər də onun ucbatından öz torpaqlarını başqasına satmışlar. O adamlar da elə bilir ki, Rafiq Mustafayev tərəfindən süni yaradılmış sərhəd xətti əsas sərhəd xəttidir. Onun 110 nömrəli pay torpağının 0.40 ha hissəsinin məhkəməyə qədər 20 il müddətində, nəyinsə hesabına düzgün ekspert rəyinin verilməsinin ləngidilməsi, məhkəmə prosesinin uzanması səbəbindən 3 il müddətində əkib-biçib torpağından götürdüyü gəlirlə bərabər arzu olunan işlərindən yayındığına görə 20000 manat məbləğində maddi ziyan vurulmuşdur. X5 Apelyasiya Məhkəməsinə verdiyi rəsmi ifadəsində ona qarşı işlətdiyi sözlərlə “Valeh öz doğma qardaşı Salehi də torpaq üstündə polisə, məhkəmələrə sürüyüb, ürəyini partladaraq öldürmüşdür” ifadəsi ilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Şikayət verən şəxs X26 birinci instansiya məhkəməsi iclasında ərizənin məzmununa uyğun izahat verərək X8 ona böhtan atdığına və ağır cinayətdə ittiham etdiyinə görə X8 qanunla cəzalandırılmasını xahiş etmişdir. Hərəkətlərindən şikayət verilmiş şəxs X18 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında göstərmişdir ki, Şəki rayonu X13 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən onun və ailə üzvləri X7, X9, X11 və Mustafayeva (Baqılova) Aysel Rafiq qızının ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 4.53 hektar torpaq sahəsi verilmişdir. X26 ona qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi qismən təmin edilərək X16 mülkiyyətində olan və tərəfindən istifadə edilən 0.12 ha torpaq sahəsinin sərhədləri Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən tərtib edilmiş mütəxəssis rəyində göstərilən bölgü sxeminə əsasən 5 nöqtədə; 1 nöqtəsindən şərq istiqamətdə 2 nöqtəsinədək 98.1 metr, 2 nöqtəsindən cənub istiqamətində 3 nöqtəsinədək 12.4 metr, 3 nöqtəsindən qərb istiqamətində 4 nöqtəsinədək 8.5 metr, 4 nöqtəsindən qərb istiqamətində 5 nöqtəsinədək 89.5 metr, 5 nöqtəsindən şimal istiqamətdə 1 nöqtəsinədək 13.0 metr müəyyən edilməklə həmin nöqtələr arasındakı sahənin zəbtindən azad edilməsi, ondan 200 (iki yüz) manat mənəvi ziyanın alınaraq X19 verilməsi qət edilmişdir. X4 tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-19/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X26 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə qeyd edilənlər həqiqəti əks etdirmir. Sözügedən qətnamələrdə elə bir izahat verməmişdir. Bundan başqa pozulmuş hüquqları ilə bağlı aidiyyəti orqanlara müraciət etmək hər bir vətəndaşın konstitusion hüququdur. O, xüsusi ittihamçıya heç bir böhtan atmamış və ya ağır cinayətdə ittiham etməmişdir. Bütün bunları nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hərəkətlərindən şikayət verilmiş şəxs X18 məhkəməyə gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində səhhətinin vəziyyətinin məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyini qeyd etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(075)-63/2020 nömrəli qərarından narazı qalan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X26 apelyasiya şikayəti vermişdir. apelyasiya şikayətinin dəlilləri: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X26 verdiyi apelyasiya şikayətində Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(075)-63/2020 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X18 öz rəsmi müraciətində və rəsmi izahatında şər-böhtan ataraq, ağır cinayətdə ittiham etdiyi göz qabağındadır. İzahatında işlətdiyi sözlər: “Valehə heç kim salam verib, salam almır.” sübut edir ki, onun və ailəsi barədə kənd camaatı arasında işlətdiyi sözləri yaymışdır və onu qardaşının qatili kimi tanıtmışdır. Odur ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(075)-63/2020 nömrəli qərarının ləğv edilməsini, X8 CM-in 147.1 və 147.2-ci maddələri ilə cəzalandırılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X26 apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X26 əlavə olaraq bildirdi ki, o X12 qarşı şərəf və ləyaqətinə, işgüzar nüfuzuna vurulmuş iş zərərin ödənilməsinə dair tələblə məhkəməyə müraciət etmişdir. Hazırda bu mülki iş məhkəmənin icraatıdadır. Məhkəmə kollegiyasının iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 müdafiəçisi X27 çıxış edərək apelyasiya şikayətinin təmin olunmamasını və Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(075)-63/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X18 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələr: Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət -Prоsessuаl Məcəlləsinin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. CPM-in 397.2-ci mаddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kоllegiyаsı apelyasiya şikayətinin dəlillərini аrаşdırıb, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X16 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 izahatlarını dinləyib, işdə оlаn sübutları tədqiq edib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apelyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(075)-63/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarının 6-cı hissəsində qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax,Jerusalem Avstriyaya qarşı, §43). Həmin Qərarın 7-ci hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuşKo/omban/ və digərləri, §65). Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Eləcədə oxşar mövqeni paylaşan X6 xx xxxxxx 1948-ci il tarixli X22 Bəyannaməsində və xx xxxxxx 1966cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X10 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən mühafizə və müdafiə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenumunun 2-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. İqtibas edilmiş Plenum qərarının 5-ci bəndində daha sonra göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 Rafiq Camal oğlunun CM-in 147.1 və 147.2-ci maddələrini tələblərini pozduğunu göstərən, yəni təhqir və böhtan xarakterli məlumatların onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X26 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 xx.xx.2020-ci tarixli izahatına əsaslanaraq belə bir tələb irəli sürmüşdür. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenumunun yuxarıda iqtibas edilmiş qərarına görə məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X26 qeyd etdiyi kimi o, X12 qarşı şərəf və ləyaqətinə, işgüzar nüfuzuna vurulmuş zərərin ödənilməsinə dair tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kolegiyası tədqiq edilmiş faktlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarına istinad edərək hesab edir ki, Şəki Rayon X2 X18 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə dair qərar çıxarmaqda haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq X26 tərəfindən verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina etmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə və Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(075)-63/2020 nömrəli qərarı ləğv edilə bilməz. CPM-in 398.1.1-ci mаddəsinə əsаsən, аpelyаsiyаinstаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin hökm və yа qərаrınıdəyişdirmədən, apelyasiya şikayəti və ya apelyasiya protestini təmin etmədən saxlanılması haqqında qərаrqəbuledəbilər. Məhkəmə kоllegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 391, 397, 398 və 410-cu mаddələrini rəhbər tutаrаq, qərara aldı: Apelyаsiyа şikаyəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(075)-63/2020 nömrəli qərarı baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn CPM-in 410-cu mаddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kаssаsiyа şikаyəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar