Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-214/2020 26.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 nümayəndəsi və vəkili X21, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 və müdafiəçisi Müdafiəçi iştirakları ilə X14 X28 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə və şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(046)- 77/2020 nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X31 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) xx xxxxxxxx 2020-ci il tarixli, 1(046)-77/2020 nömrəli nömrəli qərarı ilə X14 xüsusi ittiham qaydasında X28 barəsində verdiyi şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilmişdir. işin halları: X31 xüsusi ittiham qaydasında ərizə ilə müraciət edərək, xx xxxx 1984-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Göyçay şəhəri Nizami küçəsi, ev 29, mənzil 9-da yaşayan, işləməyən X28 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək ona cəza təyin edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X31 öz şikayətini onunla əsaslandırmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Göyçay şəhəri Nizami küçəsi, ev 29, mənzil 9-da yaşayan X28 xx xxxx 2020-ci il tarixdə Göyçay şəhərində Göyçay Rayon X26 hüquqi şəxsin Təcili və X19 Stansiyasının dəhlizində Göyçay Rayon X26 hüquqi şəxsin direktoru X14 və ailəsinin ünvanına uca səslə nalayiq ifadələr işlədərək «öz yaxınların gətirsin kişi olub-olmadığımı sübut edim» deyərək X14 şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltmışdır. Bununla da, X28 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət əməli baş verən vaxt X4, X22, X23, X15 və X24 hadisə yerində olmuş və şahidi olduqları hadisə barədə akt tərtib etmişlər. Buna görə də, X28 barəsində CM-in 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək ona cəza təyin edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin müdafiəçisi Nümayəndə birinci instansiya məhkəməsi iclasında şikayətin məzmununa uyğun izahat verərək X28 barəsində CM-in 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək ona cəza təyin edilməsini xahiş etmişdir. Hərəkətlərindən şikayət verilmiş şəxs X11 müdafiəçisi Müdafiəçi şikayətə dair etiraz və mülahizə təqdim edərək göstərmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X28 xx xxxxx 2013-cü il tarixdə müvafiq əmrlə Göyçay rayon MərkəziXəstəxanasının Təcili və X19 Stansiyasına sürücü vəzifəsinə təyin olunmuş, işə qəbul edildikdən sonra ona sanitar avtomobil təhkim edilmişdir. İşlədiyi müddət ərzində daima işinə vicdanla yanaşaraq, üzərinə düşən öhdəlikləri vaxtında, dəqiq icra etmişdir. 2020-cı ilin fevral ayında Təcili və X19 Stansiyasının kollektivinin əmək haqqının bir hissəsi qeyri-qanuni tutulduğu üçün bir qrup həkim və texniki işçilər məsələni aydınlaşdırmaq üçün Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB-in Göyçay rayon X26 Hüquqi şəxsin mühasibatlıq şöbəsinə getmiş, mühasibatlıqdan tutulmaların texniki səhv olduğu, növbəti aylarda tutulan əmək haqlarının geri qaytarılacağı bildirilmişdir. Dövlət tibb müəssisələrində də çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə ölkə prezidenti tərəfindən sosialyönümlü Sərəncam verilmişdir. Sözügedən Sərəncama uyğun olaraq mart ayından X11, eləcə də X28 ilə birgə işləyən Təcili və X19 Stansiyasının əməkdaşlarının əmək haqqları aylıq vəzifə maaşının 3- 5 mislinədək müddətli əlavələrin olunmadığını, nəticə etibarı ilə Prezident tərəfindən verilən sərəncamın tələblərinin yerinə yetirilmədiyini görüb, X28 TƏBİB-in tabeçiliyində olan Göyçay rayon X26 Hüquqi şəxsə müraciət etmişdir. Həmin müraciətlə bağlı Təcili və X19 Stansiyasında iclas təşkil edilmiş, şikayətləri dinlənilmişdir. Şikayətləri dinləyən Göyçay rayon X26 Hüquqi şəxsin hüquqşünası, mühasibi və direktor müavini bildirdi ki, ölkə Prezidentinin sözügedən sərəncamı digər şəhər və rayonların səhiyyə müəssisələri tərəfindən icra ediləcəyi halda, bizlərin də əmək haqqına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavələr olunacaq. Bundan sonra Təcili və X19 Stansiyasının 39 əməkdaşı ölkə prezidentinə müraciət edərək, sanitar avtomobillərin köhnə olması, onların təmiri üçün zəruri ehtiyat hissələrinin, dərman preparatlarının, tibbi avadanlıqların, xüsusi tibbi geyimlərin verilməməsi, eləcə də əmək haqqına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavələrin olunmaması və bunun üçün müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. Müraciətdən sonra, qaldırdırılmış problemlərin bir hissəsi qismən həll olunsa da, əmək haqqına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavələr olunmamışdır. X16 təhkim olunmuş sanitar avtomobilin mühərrikinin sıradan çıxması nəticəsində zəruri ehtiyat hissələrinin verilməsi üçün Göyçay rayon X26 Hüquqi şəxsin mühasibatlığına müraciət etmişdir. Zəruri ehtiyat hissələrinin bir hissəsi verilsə də, qalan ehtiyat hissələri, eləcə də usta xərci verilməmişdir. Bu işləri həyata keçirmək üçün isə təxminən 600 manat pul vəsaiti tələb olununduğundan aldığı əmək haqqı bunu qarşılamağa imkan verməmişdir. Bunun üçün dəfələrlə Göyçay rayon X26 Hüquqi şəxsə müraciət etmiş, müraciətinə görə Namin adlı şəxs X16 zəng edərək direktor Elçin Bilalovun onu çağırdığını bildirmiş və Elçin Bilalovun qəbuluna gəlməyini tələb etmişdir. Elçin Bilalovun qəbulunda olduqları zaman Elçin Bilalov qeyd edilən şikayətlərlə bağlı tədbir görəcəyini bildirmiş, şikayətə görə onu danlamışdır. Elçin Bilalovun qəbulundan çıxaraq işlədiyi Təcili və X19 Stansiyasına gələrək, olanlar barədə iş yoldaşlarına bildirmişdir. Baş verənlərdən təxminən üç gün sonra, Təcili və X19 X13 yaxın olan bəzi əməkdaşları ona yaxınlaşaraq, X20 əməkdaşları barədə nalayiq ifadələr işlətmədiyini, yalan danışdığını, bunun üçün cavab verəcəyini bildirmişlər. Bundan sonra həmin şəxslər Elçin Bilalova xəbər vermişlər ki, guya Təcili və X19 Stansiyasının dəhlizində onun və ailə üzvlərinin ünvanına uca səslə nalayiq ifadələr işlədərək “öz yaxınların gətirsin kişi olub-olmadığımı sübut edim” sözlərini demişdir. Bütün bunlar uydurma olmaqla, həqiqəti əks etdirmir. CM-in 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin X28 tərəfindən törədilməsinin sübutu kimi şikayət vermiş şəxs, X2, X7, X8, X5 və X9 yazdıqları saxta izahatlara əsaslanmışdır. Halbu ki, həmin vaxt orada izahatları alınmış şəxslərdən başqa Stansiyanın əməkdaşları da orada olmuşdur ki, onlar Nəzakət Nuriyevadan, Məlahət Məmmədovadan, Gülsurə Nəsirovadan, Nazirə Həmidovadan və Təranə Yediyarovadan fərqli olaraq məhkəmə iclasına dəvət ediləcəkləri halda, olanların tam əksini bildirəcəklər. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə əməlimdə cinayət əlamətlərinin mövcud olmaması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə, o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Xüsusi ittiham qaydasında verilmiş hazırki şikayətdə təhqir kimi hesab edilən əməl – xx xxxx 2020-ci il tarixdə Göyçay şəhərində Göyçay rayon X26 hüquqi şəxsin Təcili və X19 Stansiyasının dəhlizində X12 Göyçay RMX-nın Publik Hüquqi şəxsin direktoru Elçin Bilalovun və ailə üzvlərinin ünvanına uca səslə nalayiq ifadələr işlədərək “öz yaxınların gətirsin kişi olubolmadığımı sübut edim” sözlərini deməsindən ibarətdir. Hesab edir ki, fiziki şəxslərlə bağlı məlumat dedikdə onların şəxsiyyəti, sosial mənşəyi, cinsi, təhsili, vətəndaşlığı, ailə, sosial və əmlak vəziyyəti, səhhəti, fiziki və psixoloji durumu, yaşı, fəaliyyət qabliyyəti, məşğuliyyəti, məhkumluğu, vərdişi, həyat tərzi, tərcümeyi - halı, öhdəlikləri, davranışı, müsbət və ya mənfi cəhətləri, xarakteri və s. barədə açıqlanan və çatdırılan, həqiqi və ya yanlış olan konkret bilgidir. Hazırki şikayətin verilməsinə səbəb olan ifadələrdə isə ünvan sahibi barəsində hər hansı bir konkret bilgi, yəni məlumat əks olunmamışdır. Həm də, sözügedən ifadələrdə istifadə olunan sözlər ayrı-ayrılıqda rəsmi və ədəbi dildə istifadə edilən sözlər olmaqla hər hansı bir nalayiq məna daşımırlar və bu baxımdan həmin sözlərdən qurulan ifadələr də təhqiredici və alçaldıcı kimi qiymətləndirilə bilməz. Həmçinin, qeyd olunan ifadələrdə səsləndirilmiş sözlər qramatik cəhətdən düzgün qurulmadığından və natamam olduğundan həmin cümlələrin hansı məna daşıdığı da qeyrimüəyyəndir və belə olan halda müəllif sahibinin məqsədini, o cümlədən qəsdini də müəyyən etmək mümkün deyildir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs isə təhqir hesab etdiyi həmin sözlərin mənasını şikayətində açıqlamamış, həmin sözlərlə şərəf və ləyaqətinin təhqir olunmasının nədə ifadə olunmasını əsaslandırmamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(046)-77/2020 nömrəli nömrəli qərarından narazı qalan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X31 apellyasiya şikayəti vermişdir. apellyasiya şikayətinin dəlilləri: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X31 verdiyi apelyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(046)-77/2020 nömrəli nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xüsusi ittiham qaydasında verdiyi şikayəti icraatına qəbul etməkdən imtina edən hakim, qərarda X11 əməlində cinayət əlamətlərinin olmamasını, ona istinad edilən əməldə Cinayət Məcəlləsinin 148-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayətin əlamətlərinin olmadığını göstərir. Qeyd edilən nəticəyə gələn hakim işin faktiki hallarından çox nəzəri hallara əsaslanmış, ‘Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci və 6-cı bəndlərinə istinad etməklə kifayətlənmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları kifayət qədər araşdırmamış, təqdim edilmiş sübutları nəzərə almamışdır. Xüsusi ittihamçı kimi məhkəməyə təqdim etdiyi sübutlarla müəyyən olunur ki, X28, xx xxxx 2020-ci il tarixdə Göyçay şəhərində Göyçay rayon X26 hüquqi şəxsin Təcili və X19 Stansiyasının dəhlizində onun və ailəsinin ünvanına uca səslə nalayiq ifadələr işlədərək «öz yaxınların gətirsin kişi olub-olmadığımı sübut edim» deyərək onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Qeyd edilən ifadə onun şəxsiyyətini alçatlmaqla direktoru olduğum publik hüquqi şəxsin Təcili və X19 Stansiyasında, yəni rəhbəri olduğu orqanda işçilərin əhatəsində Elvin Məmmədov tərəfindən işlədilərək onun işgüzar nüfuzuna da xələl gətirmişdir. Elvin Məmmədovun, onun yaxınlarına kişi olub-olmadığını sübut etmək istədiyini bildirməsi açıq-aşkar təhqirdir (ola bilər kimsə bu ifadəyə sakit yanaşsın, ancaq bir kişi üçün ailəsinin adını başqa kişinin çəkib kişiliyini sübut etmək istəməsi təhqir hesab olunur) və işçilərin əhatəsində işlədildiyi üçün kütləvi formada yayılmışdır. X43, onun məhkəməyə təqdim etdiyi aktı imzalamış hadisə şahidlərindən əlavə başqa bir neçə nəfərin də hadisə yerində olduğunu məhkəmədə dindirilərkən etiraf etmişdir. X34 xx xxxx 2020-ci il tarixdə yazdığı, surətini məhkəməyə təqdim etdiyi izahatda törətdiyi əməli özü etiraf etmişdir. Buna baxmayaraq, hakim hazırlıq iclasında heç bir araşdırma aparmadan Elvin Məmmədovun əməlində cinayət tərkibi əlamətlərinin olmaması qənaətinə gəlmiş və şikayətimin icraata qəbul edilməsindən imtina etmişdir. Cinayət mühakimə icraatının qarşısında duran vəzifələrin səmərəli şəkildə həll sdilməsinin zəruri şərtlərindən biri cinayət prosesində icrası məcburi olan qərarlar qəbul etmək səlahiyyəti olan şəxslərin obyektivliyi və qərəzsizliyidir. Hazırkı halda hakim obyektiv qərar verməməklə onun hüquqlarını pozmuşdur. X28 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayəti xx xxxxxx 2020-ci il tarixli qərarla icraatına qəbul etməkdən imtina edən hakim gəldiyi nəticəni şikayətin məzmununun CPM-in 293.3.2-ci və 293.3.6-cı maddələrinin tələblərinə uyğun olmaması ilə əsaslandırmışdır. Hakim qeyd edilən qərarı verərkən Evin Məmmədovun əməlində CMin 148-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayətin əlamətlərinin olmadığını göstərmədiyi halda xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə şikayətini icraata götürməkdən imtina edərkən Elvin Məmmədovun əməlində cinayət əlamətlərinin olmamasını əsas kimi qeyd etmişdir. Odur ki, Göyçay rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(046)- 77/2020 saylı qərarının ləğv edilməsi və X11 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə toplanmış materilların baxılması üçün Göyçay Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 vəkili X32 apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X28 və müdafiəçisi Müdafiəçi apelyasiya şikayətinin təmin olunmamasını və Göyçay rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(046)-77/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X31 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələr: Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət -Prоsessuаl Məcəlləsinin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. CPM-in 397.2-ci mаddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kоllegiyаsı apelyasiya şikayətinin dəlillərini аrаşdırıb, tərəflərin izahatlarını dinləyib, işdə оlаn sübutları tədqiq edib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apelyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(046)-77/2020 nömrəli nömrəli qərarı ləğv edilməli və xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə toplanmış materiallar baxılması üçün Göyçay Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. CM-in 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltmadır. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nəlayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nəlayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. CM-in 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətləri subyektiv cəhətdən yalnız bir-başa qəsdlə törədilə bilər. CM-in 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət bir başa qəsdlə törədilmiş hesab edilir. Xüsusi ittihamçı tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin düzünə qəsdini, şərəf və ya ləyaqətini ləkələyən məlumatları yaymasını dərk etməsini və bunu arzu etməsinə dair məhkəməyə yetərincə sübutlar təqdim etmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarının 6-cı hissəsində qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax,Jerusalem Avstriyaya qarşı, §43). Həmin Qərarın 7-ci hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuşKo/omban/ və digərləri, §65). Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Eləcədə oxşar mövqeni paylaşan X3 xx xxxxxx 1948-ci il tarixli X30 Bəyannaməsində və xx xxxxxx 1966cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X10 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən mühafizə və müdafiə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenumunun 2-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. İqtibas edilmiş Plenum qərarının 5-ci bəndində daha sonra göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 nömrəli qərarının 8-ci bəndinə əsasən Xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafıq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsixüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməsi barədəqərar qəbul edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işdə olan xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, X22, X17, X18, X6 və X1 Elvin Mansur oğlunun Göyçay RMX publik hüquqi şəxsin direktoru Elçin Bilalovun ailəsinə və yaxınlarına nalayiq və təhqiramiz ifadələr işlətdiyini öz imzaları ilə təsdiq etmişlər. Bundan başqa işdə olan X11 tərəfindən verilmiş izahatın surətindən görünür ki, o öz izahatında hadisə vaxtı Məlahət, Nazilə, Sadəgül, Raqif, Azər və Elman adlı şəxslərin orada olmasını təsdiq etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi X11 tərəfindən işlədilmiş ifadələrin təhqir xarakterli məlumatlar olub-olmasını aydınlaşdırmadan və ya məhkəmə-linqvistik ekspertizası təyin etmədən, ümumilikdə isə iş materiallarını araşdırmadancinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmaması əsası ilə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsinədair yanlış nəticəyə gəlmişdir. CPM-in 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-in 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin ərizəsi əsasında CM-in 147 (Böhtan), 148 (Təhqir), 165.1 (Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (İxtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə təqsirləndirilən şəxs qismində tanınırlar. Həmin qərarın 11-ci bəndində isə qeyd olunmuşdur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Həmin qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. CPM-in 301.1.1-ci maddəsinin tələblərinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda məhkəmə baxışı təyin edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X31 tərəfindən verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina etməkdə haqlı olmamışdır. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(046)-77/2020 nömrəli nömrəli qərarı ləğv edilməli və xüsusi ittiham qaydasında şikayət üzrə materiallar birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməlidir. Məhkəmə kоllegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 302, 397, 398 və 407-cu mаddələrini rəhbər tutаrаq, qərara aldı: Apelyаsiyа şikаyəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(046)-77/2020 nömrəli nömrəli qərarı ləğv edilsin və xüsusi ittiham qaydasında şikayət üzrə materiallar birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn CPM-in 410-cu mаddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kаssаsiyа şikаyəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-214/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-214/2020
26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver