Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-215/2021 12.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 08 aprel 2021-ci il tarixli hökmü ilə xx xxxxx 1969-cu ildə Yevlax rayonu Gülövşə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Mingəçevir şəhəri Mənzil İstismar Sahəsi və Abadlaşdırma İdarəsində qaynaqçı işləyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, Mingəçevir şəhəri, Şəfa bağlar massivi Samux küçəsi nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun şübhəli şəxs qismində tutulduğu 15 yanvar 2021-ci ildən 17 yanvar 2021-ci ilədək həbsdə saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Mingəçevir şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməsi, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanması, Mingəçevir şəhər Narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 460.12 qram (459.95 və 0.17) olan qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəflərinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməsi, iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdır. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 460.22 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 15 yanvar 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X12 əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki rayonu Qayabaşı kəndi ərazisində, saat 15:15 radələrində saxlanılaraq Şəki rayonu Turan qəsəbəsi ərazisində yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin X12 inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq 15 yanvar 2021-ci il tarixdə, saat 17:00 radələrində üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qəhvəyi rəngli gödəkçənin iç hissəsindən istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd sellofan torbada 460.00 qram və əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd papirosda 0.22 qram olmaqla, ümumi təmiz çəkisi 460.22 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdur. Hökmdən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Hökmdən apellyasiya şikayəti və apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökm cəza hissəsində ədalətsiz və əsassız olduğundan dəyişdirilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə qanuna müvafiq qaydada azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Çünki məhkəmənin təyin etdiyi cəza törədilmiş cinayət nəticəsində baş vermiş nəticəyə münasibətdə uyğun deyildir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsinə baxaraq, onun məsuliyyətini yüngülləşdirən hallarla yanaşı, CM-nin 58-ci maddəsinin tələbinə uyğun təqsirkarın yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şəxsiyyətini nəzərə alan hallar kimi göstərsə də, onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olunduğunu, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Cinayət qanunvericiliyinə əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, birbaşa qəsdlə törətmiş, cinayətin əsas obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, əlavə obyektləri isə bir sıra ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret olaraq müəyyən insanın-fərdin sağlamlığıdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş İ Siyahısında şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarı 500 qram müəyyən etmmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib özündə saxladığı 460,22 qram narkotik vasitə olan qurudulmuş marixuana isə şəxsi istehlak miqdarının yuxarı həddindən 92,044 dəfə çox olmaqla külli miqdar həddindədir. CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hazırki iş üzrə məhkəmə tərəfindən qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələbləri nəzərə alınmamış, təqsirləndirilən şəxs tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edilən narkotik vasitənin şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə çox olması, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs məhz 177 09-23 ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, azadlığın 144-67-OT məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalət prinsipi pozulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından cüzi artıq (məsələn 115/202 10-20 qram və sair) olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin 1 edilə biləcək cəza ilə uyğun cəza təyin edilməsi bu sahədə cəza təyininə dair mövcud məhkəmə təcrübəsi ilə uyğunsuzluq təşkil etməklə ədalətlilik prinsipinin pozulması deməkdir. Bundan başqa, məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı, çox ciddi problemlərdən biridir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini və onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. 234.1- Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin ci il tarixli üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın illyasiya ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi məsinin hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman əsasə olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin n, z xahiş təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin Qeyd hissəsinin birinci bəndidə göstərilmişdir ki, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekusorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. İşin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs dövlət orqanlarına könüllü təqsirini boynuna almamış, narkotik vasitəni könüllü surətdə təhvil vermək üçün təşəbbüs göstərməmiş, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlarla ifşa olunmuş, ibtidai istintaqda və məhkəmə baxışı zamanı 15 yanvar 2021-ci il tarixdə Oğuz rayonundan qaz quşu almaq üçün yaşadığı Mingəçevir şəhərindən Şəki rayonu, Qayabaşı kəndinə gəlməsini, Oğuz rayonuna getmək üçün avtomaşın gözlədiyi dayanacağın arxa hissəsinə keçəndə divarın dibində yerdə qara rəngli sellofan torba olmasını və açdıqda içərisində bitki kütləsi olduğunu görməsini, torbanın içində bir ədəd siqaret giləsi də olması, torbanın içərisindəki kütlənin narkotik vasitə marixuana olduğunu bilməsini, sellofan torbada olan narkotik vasitəni polisə təhvil vermək məqsədilə gödəkçəsinin içərisinə qarın nahiyəsinə qoymasını, daha sonra Oğuz rayonuna getmək fikrindən daşınıb Mingəçevir şəhərinə qayıtmaq qərarına gəlməsini, lakin yolun kənarında olan zaman yanında maşın dayanması və avtomobildən iki polis əməkdaşının düşüb onu Şəki ŞRPŞ-nin X14 aparılması kimi ifadə verməklə narkotik vasitənin mənbəyini dövlət orqanlarından gizlətməklə yanaşı ifadələrində səmimi olmamışdır. Bu halda məhkəmə cəza təyini zamanı səmimi peşmançılığı nəzərə ala bilməzdi. Ona görə də məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs əməlindən səmimi peşimançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Mingəçevir şəhəri 5 saylı MİS tərəfindən verilmiş xasiyyətnaməyə əsasən müəyyən etmiş, lakin bu halın nədə ifadə olunması, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamasına baxmayaraq, şəxsi istehlak miqdarından 92 dəfə çox, yəni ümumi çəkisi 460,22 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş təqsirləndirilən şəxsə qarşı bunun nəyə görə cəza təyini zamanı qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir Məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış, cazasızlıq mühiti formalaşdırmışdır. Həmçinin iş materiallarında Təqsirləndirilən şəxs ailəyə ümumiyyətlə qazanc gətiribgətirməməsini, yeganə qazanc gətirən olub-olmamasını, onun azadlıqdan məhrum etmə cəzasına məhkum olacağı halda hansı səbəbə görə ailə vəziyyətinə mənfi təsir göstərəcəyi dedikdə hansı meyarların nəzərdə tutulduğunu, yəni ailə vəziyyəti dedikdə nəyi nəzərdə tutduğu, qeyd edilənləri təsdiq edən hər hansı bir sübut növü mövcüd olmamaqla məhkəmə tərəfindən hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməmişdir. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış, cəzasızlıq mühiti formalaşdırmışdır. Məhkəmə bütün bunları nəzərə aİmayaraq Təqsirləndirilən şəxs yüngüllüyünə görə açıqaydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici ləqsədinin tələblərini pozmuşdur. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları düzgün müəyyən etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, əsassız olaraq ona törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül, azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir ki, həmin cəza qanunda nəzərdə tutulmuş məqsədlərinə nail ola bilməz. Ona görə də Təqsirləndirilən şəxs Cm-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Şəki Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli hökmü ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməlidir. Prosses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X8 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək protestin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli hökmü ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs bildirdi ki, himayəsində iki uşağı var, həyat yoldaşı xərçəng xəstəliyindən əziyyət çəkir. Əməlindən peşmandır. Ona görə apellyasiya protestinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X6 apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apellyasiya protesti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apellyasiya protestindən və dövlət itthamçısının apellyasiya protestinin dəlillərinə münasibətindən görünür ki, o, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı yüngül hesab edir və həmin cəzanın ağırlaşdırılmasını istəyir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmçinin, həmin qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-in 8-ci maddəsində qeyd olunmuşdur ki, cinаyət törətmiş şəxs hаqqındа tətbiq ediləncəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normasının və adı çəkilən qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir İşin halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinə uyğun olaraq, narkotik vasitəni saxlayaraq daşımağa görə ittiham olunur. Bu əməlinə görə o, həmin maddənin sanksiyasına uyğun olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 58.3-cü maddəsi). Göründüyü kimi, qanunverici CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə azadlıqdan məhrum etmə cəzası ilə bərabər, bir ildən üç ilə qədər azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutmuşdur. Cinayət işində olan (i. v.122) Mingəçevir şəhər 5 nömrəli MİS tərəfindən verilmiş 02 mart 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1970-ci il təvəllüdlü X1 (arvadı), 2003-cü il təvəllüdlü X2 (övladı) və 2009-cu il təvəllüdlü X3 (övladı) ibarət ailə üzvləri vardır. CM-in 59.1.4-cü maddəsinə əsasən,cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdiriən haldır. CM-in 59.2-ci maddəsinə uyğun olaraq məhkəmə CM-in 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Bundan əlavə, həmin MİS tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterli bir şəxs kimi səciyyələndirilərək göstərilmişdir ki, Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1, m. 17-də yaşadığı müddətdə rəsmi olaraq qonşulardan onun haqqında heç bir şikayət daxil olmamışdır. O da qeyd olunmalıdır ki, cinayət işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, təqsirləndirilən şəxsin həyat yoldaşı ikinci qrup əlildir, ağ ciyər xərcəngindən əziyyət çəkir və xəstəliyi ilə əlaqədar daimi qulluğa ehtiyacı vardır. Bu baxımdan Təqsirləndirilən şəxs ailəsinə qulluq etməli olduğu, ailəni dolandıran şəxs olduğu nəzərə alınmalıdır. CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların heç biri iş üzrə mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının yüngül və ədalətsiz olması barədə apellyasiya protestinin dəlilləri ilə razılaşa bilmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri baxımından da mütənasib hesab edir. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 1-ci bəndində göstərilir ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədini təmin etməlidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərаrın 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Göründüyü kimi, cinayət qanunu və Ali Məhkəmənin Plenumunun qərarı məhkumun islah olunmasını cəzanın məqsədi kimi təsdiq edərək, cinayət-hüquq tədbirlərinin tətbiqi ilə onu cəmiyyət üçün təhlükəsiz və ziyansız insana çevirməkdən ötrü şəxsiyyətin dəyişdirilməsini nəzərdə tutur. Başqa sözlə, məhkumun islah edilməsinin yekun nəticəsi ona yönəldilir ki, residiv cinayətə yol verilməsin, yaxud da residivlik minumum həddə qədər azalsın. Məhkumu islah etməklə, məhkumdakı zərərli vərdiş və yönəlişləri neytrallaşdırmaqla, məhkumu belə yönəlişlərdən xilas etməklə, onu yeni cinayət törətməkdən çəkindirmək olar, yəni cəzanın effektli tətbiqi ilə residivin subyektiv amillərinin təsirini neytrallaşdırmaq mümkündür. Beləliklə, məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri üzrə hüquqi qiymətləndirmə apararkən birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlmiş və bunun əsaslarını təhlil etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmsinin hökmü işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgündür. Apellyasiya protestinin dəlilləri formal mülahizələrə əsaslanır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təyin etdiyi cəzanın növünü və həddini düzgün müəyyən etmişdir. Ona görə də apellyasiya protestinin təmin edilib Şəki Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmünün dəyişdirilməsi üçün əsas yoxdur. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-215/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-215/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver