Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-216/2020 13.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs,Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair X7 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Məhkəməsinin (hakimlər B.Məmmədov (sədrlik edən), N.Mirzəyev və R.Hüseynovdan ibarət tərkibdə) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1999-cu ildə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən İsmayıllı şəhəri, H.Z.Tağıyev küçəsi, ev 19-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək üçil altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, xx xxxxxx 2020-ci ildən xx xxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu iki günün ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq üç il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı xx xxxxxxxx 2020-ci il tarixdənhesablanması,iş üzrə məhkəmə məsrəfi olan 65 AZN ekspertiza xərcinin ondan tutularaq dövlət büdcəsinə ödənilməsi, cinayət işi üzrə maddi sübut olan İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan bir ədəd jaket, bir ədəd köynək və bir ədəd maykanın zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalında həbs olunması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 19:30 radələrində ailə qurmaq məqsədilə İsmayıllı rayon Mircan kənd sakini, xx.xx.1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə Ağdaş rayon Gürcuva kəndinə gəlmiş xx.xx.2001-ci il təvəllüdlü bacısı Şahid1 evlərinə aparmaq istəyərkən Zərərçəkmiş şəxslə aralarında Ağdaş rayon Gürcuva kəndində, küçədə baş vermiş mübahisə zamanı bıçaqla sonuncunun döş nahiyyəsindən qəsdən bir dəfə vuraraq ona, döş qəfəsinin ön sağ nahiyəsinin döşyanı xətt üzrə İX-X qabırğarası sahənin daxilə keçən yarası, hemopnevmotoraks ilə müşayət edilən həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, həmçinin verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, etdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlində cəzasını ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə almamış, son nəticədə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Bundan əlavə, iş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən, həmçinin onun məhkəmə iclasında verdiyi ifadəsindən də görünür ki, o Təqsirləndirilən şəxslə barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını göstərmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxs barədə CM-in 70-ci maddəsini tətbiq etmək imkanı olduğu halda bunu etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətinin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə xx xxxxxx 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələri kifayət qədər nəzərə almamışdır. Ona görə dəgöstərilən halları cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirərək və bu halların məcmusunu nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah və tərbiyə oluna bilməsi qənaətinə gələrək X7 Məhkəməsinin xx xxxxxxxx 2020-ci tarixli hökmünü dəyişdirərək, həmin hökmlə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarasınız. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə evə gələrkən anamın ağladığını görüb nə baş verdiyini soruşdum. Anam mənə bacımın Nicat adlı şəxs tərəfindən qaçırıldığını dedi. Atam gələndən sonra Nicatgilin evlərinə getsək də, həmin vaxt orada heç kim olmadığından, Nicatın əmisinin evinə getdik. Nicatın əmisi ilə söhbət edib sonuncudan Nicatın atasının telefon nömrəsini alıb əlaqə saxladıq, Nicatın atası Elman onlara Nicatın Lamiyəni qaçırmasından məlumatlarının olmadığını dedi. Elman Ağdaş rayonunda yaşayan yeznəsinə zəng vurub Nicat və Lamiyənin Ağdaş rayonunun Gürcüva kəndində Nicatın bibisigildə olmasını dedikdən sonra atama məxsus olan Mersedes Benz markalı avtomobillə Ağdaş rayonunun Gürcüva kəndinə getdik. Həmin vaxt Gürcüva kəndində Nicatın bibisi və bibisinin həyat yoldaşı ilə görüşdük, Nicatın bibisi və bibisinin əri bizə əvvəl bacımı verməyəcəklərini desələr də, atam Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdikdən sonra bacımı gətirdilər. Bacım bizi görən kimi onu məcburi gətirdiklərini, öz istəyi ilə gəlmədiyini deyib ağlamağa başladı. Lamiyə avtomobilimizə əyləşdi. Nicat avtomobilin qapısını açaraq bacımın qolundan tutaraq sonuncunu dartaraq avtomobildən çölə çıxartmağa cəhd etdi. Bu vaxt bacım yerə yıxıldı. Mən də buna görə əsəbləşib Nicatı bir dəfə bıçaqla vurdum. Orada kənd camaatı yığılmışdı. Ondan sonra avtomobilə oturub birbaşa İsmayıllı şəhərindəki evimizə getdik. Nicat bacımın qolundan tutub dartanda avtomobildə dəmir axtarsam da, tapa bilmədim. Bu zaman avtomobildən əlimə bıçaq keçdi. Əvvəl avtomobildə bıçaq olduğunu bilmirdim. Zərərçəkmiş şəxslə barışmışam. Onun məndən heç bir şikayəti yoxdur. Səhv etmişəm, əməlimdən peşmanam. Ona görə də bütün bunların nəzərə alınaraq apelyasiya şikayətimin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X3pellyasiya şikayətinin təmin edilməsini, X7 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyası çərçivəsində ona aşağı həddə cəza etmişdir. Təqsirləndirilən şəxsə münasibətdə CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxslə əvvəllər də düşmənçilik münasibətim olmamışdır, indi də yoxdur, Toğrulla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də nəzərə alınmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət- Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlilləriniməhkəmə istintaqı aparmadan araşdırıb, işdə olаn sübutları tədqiq edib, tərəflərin çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə, apellyasiya şikayəti təmin edilməli, iş üzrə X7 Məhkəməsinin xx xxxxxxxx 2020-ci tarixli hökmü dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsini mübahisələndirməsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-cü (Sübutların toplanılması), 144-cü (Sübutların yoxlanılması), 145-ci (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün toplanmış sübutlar birinci instansiya məhkəməsinin iclasında araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmişdir. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin təqsirli olması, cəzalanmalı olmaması, ona təyin edilmiş cəzanın növü və həddi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası, həmçinin Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli bilinməsi və cəzalanmalı olması, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, ona təyin edilmiş cəzanın növü və həddi barədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Eyni zamanda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin edilməsi barədə apellyasiya şikayətinin dəlilini də əsaslı hesab edir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunu məhkumun islah olunmasını cəzanın məqsədi kimi təsdiq edərək, cinayət-hüquqi tədbirlərinin tətbiqi ilə onu cəmiyyət üçün təhlükəsiz və ziyansız insana çevirməkdən ötrü şəxsiyyətin dəyişdirilməsini nəzərdə tutur. Başqa sözlə, məhkumun islah edilməsinin yekun nəticəsi ona yönəlir ki, residiv cinayətə yol verilməsin yaxud da minimum residivlik azalsın. Məhkumu islah etməklə, məhkumdakı zərərli vərdiş və yönəlişləri neytrallaşdırmaqla, məhkumu belə yönəlişlərdən xilas etməklə, onu yeni cinayət törətməkdən çəkindirmək olar. Başqa sözlə, cəzanın effektli tətbiqi ilə residivin subyektiv amillərinin təsirini neytrallaşdırmaq mümkündür. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində cəza çəkmədən də islah olunması mümkündür. Ona görə də ona cəza şərti olaraq tətbiq edilə bilər. Belə ki, CM-in 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Göründüyü kimi, qanunverici şərti məhkumetmənin təyin edilməsi üçün zəruri şərt olaraq məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasını müəyyən etmişdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi - onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. İş mаteriаllаrındаn və məhkəməyə təqdim olunmuş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək, əməlindən peşman olduğunu bildirmişdir, baş verənlərdən əzab çəkir, özünü məzəmmət edir. O, ümumiyyətlə əvvəllər məhkum olunmamış, ilk dəfə qeyd olunan cinayət əməlini törətmişdir. Bundan başqa, o, zərərçəkmiş şəxslə barışaraq razılıq əldə etmiş və bu gün zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş üzrə cəzanı ağırlaşdıran heç bir hal yoxdur. Belə olan halda, məhkəmə kollegiyаsı CM-in 70.2-ci mаddəsinə uyğun olаrаq, törədilmiş cinаyətin xаrаkterini, ictimаi təhlükəlilik dərəcəsini, birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən olunmuş cəzаnı yüngülləşdirən hаllаrı, cəzаnı аğırlаşdırаn hаllаrın olmаmаsını nəzərə аlaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı çəkmədən də islah olunmasını mümkün hesab edir. Göründüyü kimi, qanunverici şərti məhkumetmənin təyin edilməsi üçün zəruri şərt olaraq məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair 22 sentyabr 2008ci il tarixli qərarında göstərilmişdir ki, onu da qeyd etmək lazımdır ki, şərti məhkum etmə xüsusi cinayət-hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Şərti məhkum etmə CM-in 70.1-ci maddəsinə görə beş əsas cəzaya münasibətdə (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddət azadlıqdan məhrum etmə) tətbiq edilir. Şərti məhkum etmədə məhkum ona müəyyən olunmuş sınaq müddəti daxilində öz davranışı ilə islah olunmasını sübut etməlidir. Şərti məhkum etmə zamanı məhkəmə qeyd olunan cəzalardan birini təyin edir və ikinci mərhələdə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq həmin cəzanı şərti hesab edir və məhkuma sınaq müddəti müəyyən edir (6 aydan 5 ilədək). Beləliklə, şərti məhkum etmə zamanı ümumi qaydalarla təyin edilən cəza məhkumluq yaradır, lakin cəza real icra olunmur. Şərti məhkum olunmuş şəxs ittiham hökmünün qüvvəyə mindiyi andan məhkum sayılır. Şərti məhkum etmə cəzasızlıq demək deyil və cəzadan azad olunma kimi də hesab oluna bilməz. O cəzanın xüsusi növü olmasa da, onun bəzi elementlərini özündə ehtiva edir. Məsələn, o yalnız məhkəmə hökmu ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq olunur və bu şəxs üçün bəzi məhdudiyyətlərin mövcudluğu ilə müşayiət olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən isə məhkumların islah edilməsi – onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şərti məhkumetmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza icra olunmasa da, təyin olunan cəza qanunla müəyyən olunmuş xüsusi formada şərti həyata keçirilir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq da cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmış, ibtidai istintaq zamanı qanun pozuntusuna yol verilməmişdir. Beləliklə, apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası yekun nəticəyə gələrək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, X7 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilməli, CM-in 70-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs CM-in 126.1-cimaddəsilə təqsirli bilinib üç il altı ay müddətə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə və xx xxxxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci ilədək həbsdə qaldığı, ümumilikdə bir ay iyirmi üç gün çıxılmalı və üzərində qalan üç il dörd ay yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzası iki il sınaq müddəti ilə şərti olaraq tətbiq edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməli və onun üzərinə davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişdirməmək, habelə ictimai faydalı əməklə məşğul olmaq və zərərli vərdişlərdən çəkinmək vəzifəsi qoyulmalı, baxılmış apellyasiya şikayətinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kоllegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 394, 397-399, 407 və 410-cu mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair X7 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin. CM-in 70-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsiilə təqsirli bilinib üç il altı ay müddətə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə və xx xxxxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci ilədək həbsdə qaldığı ümumilikdə bir ay iyirmi üç gün çıxılsın və üzərində qalan üç il dörd ay yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzası iki il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddətində Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin və o, davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişdirməsin, qanuna və cəmiyyət maraqlarına uyğun olmayan məqsədlərlə insanların toplaşdığı yerlərə getməmək, ictimai faydalı əməklə məşğul olmaq, ailəsinə maddi yardım göstərmək,zərərli vərdişlərdən çəkinmək, asudə vaxtını səmərəli keçirmək, davranışına nəzarət edən orqanın çağırışlarına vaxtında gəlmək və nümunəvi davranışı ilə islah olunmasını sübut etmək vəzifələri qoyulsun. Baxılmış apellyasiya şikayətinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-216/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-216/2020
13.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver