Məhkəmə qərarları › İş №1(107)-216/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-216/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-216/2021 02.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X6 müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü (hakim Elman İsayev) ilə, xx xxxxxxxx 1986-cı ildə Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocalı şəhərində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 (bir) gün həbsdə saxlamanın müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 26 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi o, məhkəmə zalında həbs edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan bir ədəd “FALCON SPORT” medelli tapança, bir ədəd sandıqca, bir ədəd patron və iki ədəd gilizlər hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə verilməsi, üç ədəd CD disk isə cinayət işi materiallarında saxlanılması, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməsi müəyyən edilmişdir. işin halları: Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, “FALCON SPORT” modelli, “13-62475” nömrəli, lüləsi 9 mm kalibirli və kustar üsulla yonularaq ilkin təyinatı dəyişdirilmiş, həmin kalibirli travmatik, qaz, o cümlədən səs işarəverici patronlardan istifadə edilməklə atəş açmaq üçün uyğunlaşdırılmış, odlu silah hesab edilən tapançanı, onun komplekt hissəsi olan 01 ədəd sandıqçanı və həmin tapançada atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 03 ədəd patronları Bakı şəhər sakini və 30.06.2019-cu il tarixdə ölmüş mərhum dostu X3 2019-cu ilin may ayında istintaqa dəqiq məlum olmayan tarixdə Mingəçevir şəhəri ərazisində əvəzsiz olaraq, bir müddət saxladıqdan sonra sonuncuya qaytarıb vermək şərti ilə götürməklə qanunsuz olaraq əldə edib, əvvəlcə Mingəçevir şəhərində kimsənin yaşamadığı boş sahəlikdə torpağın altında sellofan torbanın içərisinə qoymaqla basdıraraq qanunsuz saxlamış, daha sonra həmin odlu silahı, ona aid sandıqçanı və patronları yaşadığı Bakı şəhərinə gətirmək məqsədi ilə 06.09.2020-ci il tarixdə basdırdığı yerdən götürərək, tanışı Şahid4 “xxxx” MMC-dən icarəyə götürüb idarə etmək üçün ona verdiyi Kia Optima markalı **-KK-*** dövlət nömrə nişanlı minik avtomobilinin salonunda şit üzərində yerləşən saxlanc yerinə qoymaqla avtomobili idarə edib Bakı şəhərinə gedərkən, səhvən yolu azıb Qəbələ şəhərinə gəlmiş və 07.09.2020-ci il tarixdə gecə saat 01:55 radələrində qeyd olunan avtomobili Qəbələ şəhəri Heydər Əliyev prosperkti ilə yolda müəyyən edilmiş maksimum sürət həddini aşmaqla idarə edib hərəkətdə olan zaman ərazidə xidmət aparan Qəbələ rayon polis şöbəsinin X12 Bölməsinin yol-patrul xidməti əməkdaşları tərəfindən ona edilmiş saxla tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirmiş və həmin vaxt idarə etdiyi avtomobilin salonundakı saxlanc yerində qanunsuz olaraq gəzdirməklə daşıdığı oldu silahın yol patrul xidməti əməkdaşları tərəfindən aşkarlanacağından ehtiyyat edib, həmin odlu silah hesab edilən “FALCON SPORT” modelli tapançanı, ona aid komplekt hissə olan sandıqça və döyüş sursatı hesab olunan 3 ədəd patronlarla birlikdə məsuliyyətdən yayınmaq üçün Heydər Əliyev prospektində yerləşən “Təbib” adlanan aptekin qarşısına tullayaraq oradan qaçmış və bu barədə Qəbələ rayon polis şöbəsinin növbətçi hissəsinə Şahid1 tərəfindən verilmiş məlumat əsasında əraziyə rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən sözü gedən odlu silah, ona aid sandıqça və 3 ədəd patronlar Təqsirləndirilən şəxs tulladığı yerdən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 verdikləri apellyasiya şikayətində Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökümndən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, etdiyi cinayət əməlinə görə səmimi peşmandır. Ona görə də Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs оğlu оnа qarşı irəli sürülmüş ittihаm üzrə özünü təqsirli bilərək ifаdəsində göstərmişdir ki, 05.09.2020-ci il tarixdə tanışı Şahid4 xahiş edərək avtomobil idarə etmək üçün sürücülük vəsiqəni itirdiyini, öz adına onun üçün “Renta Cardan” maşın alaraq verməsini həmin avtomobil ilə Mingəçevir şəhərinə mərhum anası Aygün İsmayılovanının il dönümü olduğundan qəbrini ziyarət etməyə gedəcəyini bildirmişdir. Şahid4 öz adına Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən “X13” şirkətindən 2 günlüyə öz adına Kia Optima markalı ** KK *** dövlət nömrə nişanlı minik avtomobili götürmüş, Mingəçevir şəhərinə gəlmiş, Mingəçevir şəhərində 2 gün qalıb anası Aygünün qəbrini ziyarət etdikdən sonra 06.09.2020-ci il tarixdə axşam saat 23:30 radələrində yenidən Bakı şəhərinə qayıtmaq qərarına gəlmişdir. 2019-cu ilin may ayında dostu olmuş mərhum X5 ona Mingəçevir şəhəri ərazisində saxlayıb sonradan qaytarıb ona vermək şərti ilə verdiyi Mingəçevir şəhərində hal-hazırda yaşayış yeri olmayan boş sahəlikdə qazıb basdıraraq gizlətdiyi “Falcon sport” markalı tapançanı, onun sandıqcasını və 3 ədəd patronları sellofan torbaya qoyub həyətdən basdırdığı yerdən götürmüş ki, özü ilə Bakı şəhərinə gətirsin və Fərhad Poladovun ailə üzvlərindən kimsə taparaq ona versin. Həmin silahı onun sandıqcasını və üç ədəd patronlarını həyətdən basdırdığı yerdən xəlvəti çıxararaq idarə etdiyi avtomobilin içərsindəki şit üzərində olan saxlanc yerində gizlətmiş, Mingəçevir şəhərindən çıxaraq Qəbələ şəhərindən keçməklə Bakı şəhərinə gedirmiş. Qəbələ rayonu ərazisinə çatarkən 07.09.2020-ci il saat 01:50 radələri olarmış yolu tanımayaraq Azpetrol yanacaq doldurma məntəqəsinin qarşısındakı dairədən X7 magistral yolu ilə getmək əvəzinə yolu səhvən Qəbələ şəhərinin mərkəzinə doğru hərəkət etmiş, Qəbələ şəhərinin mərkəzi ilə üzü kanat İstirahət mərkəzinə doğru hərəkət edib yolu səhv gəldiyini görərək yenidən üzü aşağı istiqamətə Qəbələ şəhərinin mərkəzi ilə Azpetrol yanacaq doldurma məntəqəsinə hərəkət etmiş, həmin vaxtı Qəbələ şəhərinin mərkəzində xidmət aparan YPX-nin əməkdaşları tərəfindən saxla işarəsi verilmiş, elə fikirləşmiş ki, kimsə idarə etdiyi avtomobildə silah olması barədə polisə məlumat verib bu səbəbdən polis əməkdaşlarına tabe olmayıb avtoimobili hərəkət etdirməklə qaçmış, avtomobili üzü Azpetrol yanacaq doldurma məntəqəsi istiqamətinə hərəkət etdirməklə müəyyən məsafə gələrək qorxduğu üçün idarə etdiyi avtomobildə olan Falcon Sport markalı tapancanı onun sandıqcasını və 3 ədəd patronları sellofan torba qarışıq Qəbələ şəhərinin mərkəzində yolun sağ tərəfinə Təbib adlı aptekin qarşısına tullamış, idarə etdiyi avtomobil ilə Zarağan kəndinin mərkəzinə gəlib avtomobili orada qoymaqla tanımadığı taksilərin birinə minməklə yaşadığı Bakı şəhərinə gəlmişdir. Sonradan həmin hadisə ilə bağlı barəsində Qəbələ RPŞ-də araşdırma aparıldığını bilmiş, adı çəkilən silahdan atəşdə istifadə etməmiş, dostu Fərhad Poladov tərəfindən silahı və patronları ona verərkən silahın və patronların təyinatının dəyişdirilməsini əvvəlcədən bilmiş, lakin silahın və ptronların təyinatının dəyişdirilməsini kim tərəfindən edildiyini bilməmiş, özü tərəfindən silahda və patronlarda təyinatı üzrə dəyişiklik göstərməmişdir. Birinci instansiya məhkəməsi iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Qəbələ şəhəri Heydər Əliyev prospektində yerləşən Təbib adlı aptekdə və tikinti materiallarının satışı mağazası olan Lider adlı inşaatda təmizləyici kimi işləyir. 07.09.2020-ci il tarixdə səhər saat 07:30 radələrində iş yerinə gəlib əvvəl Təbib adlı aptekin qarşısını təmizliməyə başlamaq istədikdə yaxınlıqda səkinin üzərində müxtəlif rəngləri olan selofan torba görmüş, həmin sellofan torbanı götürərək yaxınlıqdakı zibil qabına atmaq istəyərkən ağzını açıb içərisinə baxdıqda gümüşü rəngli 1 ədəd tapança olduğunu görmüş, qorxduğuu üçün heç kimə bu barədə məlumat vermədən içərisində tapança olan selofan torbanı aptekin giriş qapısının yaxınlığındakı sağ tərəfdə olan zibil qutusunun içərisinə atmaqla aptekin qarşısını təmizləmiş, tapança olan selofan torbanı zibil qutusuna atdıqdan sonra mütəmadi diqqət edirmiş ki, bəlkə tapançanı oraya tullamış şəxs onu gəlib götürəcək, lakin heç kim oraya yaxınlaşmadığından tapançanı götürərək oradan keçən tanımadığı bir neçə nəfərə göstərib onun silah olub-olmamasını soruşmuşdur. Lakin, həmin şəxslər tapançanın odlu silah olub olmamasını müəyyən edə bilməmişlər. Belə olub Qəbələ rayon polis şöbəsinə zəng vuraraq hadisə barəsində məlumat vermişdir. Polis əməkdaşları oraya gələrək hadisə yerinə baxış keçirərək həmin tapançanı götürmüşlər. Birinci instansiya məhkəməsi iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 07.09.2020-ci il tarixdə saat 00:30 radələrində Qəbələ şəhəri Heydər Əliyev prospektində DYPBnin YPXİ-nin inpektoru Şahid3 ilə birlikdə 2 nömrəli tam orta məktəbin qarşısında yol patrul avtomobili ilə xidmətdə olan zaman “KİA Optima” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün həmin prospekt ilə Qəbələ şəhərinin mərkəzi istiqamətinə doğru sürətli şəkildə hərəkət etdiyi üçün xidməti avtomobili həmin avtomobilin arxasınca sürərək ona saxla əmri versələr də avtomobilin sürücüsünün qanuni tələblərinə tabe olmayaraq Qəbələ şəhərində yerləşən Heydər Əliyev küçəsi ilə 28 may küçəsinin kəsişməsindəki işıqforun qırmızı işığına məhəl qoymayaraq öz hərəkətini Qəbələ şəhərində yerləşən mərkəzi bazar istiqamətində davam etdirmişdir. Nicat Apayev adına dörd nömrəli məktəbin qarşısındakı Heydər Əliyev prospekti ilə Vahid Qəhrəmanov küçəsinin kəsişməsindəki işıqforun da qırmızı işığının tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirməklə müəyyən məsafə gedib avtomobili yolun sağ kənarına sürərək saxlamış, yol patrul avtomobildən düşərək həmin avtomobilə doğru yaxınlaşaraq sürücüyüə özünü təqdim etmiş, lakin həmin vaxtı sürücü avtomobilin içərisində mobil telefonla danışırmış, təxminən 2 dəqiqə müddətində sürücü mobil telefonla danışdıqdan sonra avtomobilin yan qapısının şüşəsini azca aşağı salmış, sürücüdən sənədlərini təqdim etməsini xahiş etdikdə sənədlərini ona təqdim etməyərək avtomobili işə salmaqla mərkəzi bazar istiqamətində hərəkət etdirməyə başlamış, avtomobilin arxasınca Qəbələ şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinədək getsələrdə sürücünün avtomobilin sürətini daha da artıraraq Qəbələ rayonu Zarağan kəndi istiqmətinə doğru hərəkət etdiyindən avtomobili təqib etməkdən imtina edərək Azpetrol yanacaqdoldurma məntəqəsinin qarşısından geri qayıtmışlar. Sonradan onlara sözü gedən “KİA Optima” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olduğu məlum olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən hərəkətdə olarkən kənara silah tulladığını görməmiş, Elşən həmin vaxtı idarə etdiyi avtomobildə tək olmuşdur. Birinci instansiya məhkəməsi iclasında Şahid3 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 oktyabr 2020-ci il tarixli, 3/1169 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd tapança zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibirli, “FALCON SPORT” modelli “13-62475” nömrəli, səs işarəverici tapançadır, atəş açmaq üçün yararlıdır, tapançanın lüləsi kustar usulla yonularaq ilkin təyinatı dəyişdirilmişdir, halhazırda eyni kalibirli travmatik, qaz o cümlədən təqdim edilmiş kustar üsul ilə hazırlanmış patronlardan istifadə etməklə atəş açmaq üçün uyğunlaşdırılmışdır. Silahın üzərindəki zavod nişanlarında hər hansı əlavə və dəyişiklik edilməmişdir. Hazır ki vəziyyətdə odlu silah hesab edilir. İşdə olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 12 sentyabr 2020-ci il tarixli, 20/458R saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 13-62475 nömrəli silah zavod üsulu ilə xarixci dövlətdə istehsal olunmuş 9 mm kalibirli Valter PP konstruksiyalı tapançalara oxşar, FALCON SPORT modelli idman yarışlarında istifadə olunan səssiqnal tapançasıdır, həmin tapançanın lüləsinin daxili hissəsi kustar üsulla yonularaq həmin tapançanın ilkin təyinatı dəyişdirilmişdir. Bu da onu göstərir ki, həmin tapança hal-hazırda həmin kalibirli travmatik, qaz və səs-siqnal patronlarla atəş açmaq üçün uyğunlaşdırılmışdır. Həmin tapança tədqiqata təqdim edilmiş və kustar üsulla ilkin təyinatı dəyişdirilmiş patronlarla atəş zamanı odlu silahın əlamətlərini təsvir edən odlu silahdır, texniki cəhətdən sazdır və ataş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş FALCON SPORT modelli tapançaların komplekt hissəsidir-darağıdır, içərsində 9 mm kalibirli siqnal patronları yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar 9 mm kalibirli olmaqla zavod üsulu ilə istehsal olunmuş, səs-siqnal verməklə həmin kalibirli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlardır, sonradan həmin patronların gilizinin daxilinə kustar üsulla barıt komponenti və uc hissəsinə isə 4,7 mm diametrli kürə formalı qırma yerləşdirilərək ilkin təyinatı dəyişdirilmişdir və hal-hazırda tədqiqata təqdim edilmiş 9 mm kalibirli 13- 62475 nömrəli FALCON SPORT modelli tapançadan atəş zamanı döyüş sursatının əlamətlərini təsvir edir və atəş üçün yararlıdır. Qeyd: Təqdim edilmiş 03 ədəd 9 mm kalibirli patronlardan 01 ədədi eksperemental atəş zamanı, 01 ədədi isə demontaj zamanı istifadə olundu. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10.11.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.03.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddəsinə əsasən 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, bundan başqa, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.01.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən və barəsində CM-nin 67 və 68.2-ci maddələri tədbiq edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2880 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. 01.02.2013-cü il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 ay 25 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. 02.10.2014-cü ildə təyin olunmuş cərimə Dövlət Büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən, məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 228.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 verdikləri apellyasiya şikayətində Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağın olmasını, məcburi köçkün olduğunu, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, həmçinin onun cəzasını ağırlaşdırılan halları müəyyən edilməmişdir. Həmçinin Apellyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.03.2011ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsinə əsasən 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, bundan başqa, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.01.2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən və barəsində Cinayət Məcəlləsinin 67 və 68.2-ci maddələri tədbiq edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2880 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. 01.02.2013-cü il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 ay 25 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. 02.10.2014-cü ildə təyin olunmuş cərimə Dövlət Büdcəsinə ödənilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində əvvələr məhkum edilməsinə, barəsində təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad eilməsinə baxmayaraq müəyyən müddət keçəndən sonra yenə də cinayət törətməyə meyilənmiş, yəni hazırkı cinayət əməlini törətmişdir. Bu hal ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha sərt cəza, azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 1(025)-22/2021 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar