Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-218/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X6, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və müdafiəçisi X1, Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(046)-63/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (sədrlik edən hakim İ.Fəttahov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx.xx.1999-cu ildə Göyçay rayonunda anadan olmuş, subay, orta təhsilli, məhkum olunmamış, Göyçay şəhəri M.P.Vaqif küçəsi, ev 128-də qeydiyyatda olan və yaşayan,barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 məhkəmə baxışınadək həbsdə saxlandığı bir gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə zalından həbsə alınması, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin həbsə alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması, Həmin hökmü ilə, xx.xx.1981-ci ildə Göyçay rayonunda anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, Göyçay şəhəri, H.Əliyev prospekti ev 209-da qeydiyyatda olan və Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, dalan 2, ev 5-də yaşayan,barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs3 CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs3 hazırkı hökm üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzasına Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü üzrə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzasının çəkilməmiş qalan 2750 manat hissəsi CM-in 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək Təqsirləndirilən şəxs3 qəti olaraq 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzası və 2000 manat miqdarında cərimə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs3 təyin olunmuş 2000 manat miqdarında cərimə cəzasının CM-in 68.2-ci maddəsinə əsasən müstəqil icra olunması, Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin həbsə alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, iş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 10.49 qram çəkidə olan narkotik vasitə həşişin məhv edilməsi, İş üzrə ümumilikdə 123 məbləğində ekspertiza xərcinin 35.97 manatı Təqsirləndirilən şəxs1, 51.06 manatı Təqsirləndirilən şəxs2 və 35.97 manatı Təqsirləndirilən şəxs3 tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına ödənilməsi Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev dalan 2, ev 5-də yaşayan tanışı Təqsirləndirilən şəxs3 ilə telefonla danışıb razılaşdıqda sonra 1 bükümü 10 manat olmaqla, cəmi 40 manat məbləğində pul ödəməklə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsində əldə etdiyi 4 ədəd siqaretin gümüşü kağızında qablaşdırılmış 4,25 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişin 2 bükümdə qablaşdırılmış 2,21 qram hissəsini xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 vermiş, xx xxxxxx 2020-ci il tarixdə saat 02 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qalan 2 ədəd bükümdə qablaşdırılmış həmin narkotik vasitəni Göyçay şəhəri ərazisində daşıyarkən saxlanılıb rayon polis şöbəsinə gətirilib üzərinə baxış keçirilərkən əynində olan göy-ağ rəngli gödəkçəsinin sağ yan cibindən 2 ədəd siqaretin gümüşü rəngli kağızında qablaşdırılmış ümumi 2,04 qram çəkidə kustar üsulla narkotik vasitə həşiş aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan müddətdə və mənbədən istintaqa məlum olmayan çəkidə narkotik vasitə çətənə bitkisindən kustar üsulla hazırlanmış həşiş əldə etdikdən sonra xx xxxxxx 2020-ci il tarixdə 19 radələrində həmin narkotik vasitənin 4 ədəd bükümdə qablaşdırılmış 4,25 qram hissəsini tanışı Göyçay şəhəri Vaqif küçəsi ev 2 yaşayan Təqsirləndirilən şəxs2 Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində ümumilikdə 40 manata satdıqdan sonra, Allahverdi həmin narkotik vasitənin 2 ədəd bükümdə qablaşdırılmış hissəsini Təqsirləndirilən şəxs1 vermiş, xx xxxxxx 2020-ci il tarixdə saat 00 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 üzərinə Göyçay RPŞ-də baxış keçirilərkən onun əynindəki qara rəngli şalvarının sol yan cibindən siqaretin gümüşü rəngli kağızında qablaşdırılmış 2,21 qram çəkidə kustar üsulla narkotik vasitə həşiş, xx xxxxxx 2020-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 üzərinə Göyçay RPŞ-də baxış keçirilərkən əynində olan göy-ağ rəngli gödəkçəsinin sağ yan cibindən siqaretin gümüşü rəngli kağızında qablaşdırılmış ümumi 2,04 qram çəkidə kustar üsulla narkotik vasitə həşiş aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdə 22 radələrində Göyçay şəhəri ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilib üzərinə baxış keçirilərkən əynində olan gödəkçəsinin sol yan cibindən 2 ədəd siqaretin gümüşü rəngli kağızında qablaşdırılmış ümumi çəkisi 0,7 qram kustar üsulla hazırlanmış həşiş aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(046)-63/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən onun cavan olmasını, ilk dəfə cinayət törətməsini, səmimi peşmançılıq çəkməsini, valideynlərinin xəstə olmasını nəzərə almamışdır. Hesab edir ki, ona həbslə əlaqədar olmayan cəza təyin edilə bilərdi. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(046)-63/2020 nömrəli hökmünü ləğv edərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar yoxdur. Belə ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən əməlini könüllü etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı xəstə uşağının olmasını, qəyyumluğundan sağlamlıq imkanları məhdud şəxsin olmasını, ailə vəziyyətinin ağır olmasını, himayəsində yaşlı anasının olmasını nəzərə almamışdır. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs3 maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən Dövlət ittihamçısı оğlu tərəfindən apelyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 müdafiəçisi X3 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs təqsirini səmimi etiraf edir, onun ailə vəziyyətini nəzərə alıb təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs2 cavan olmasını, ilk dəfə cinayət törətməsini, səmimi peşmançılıq çəkməsini, valideynlərinin xəstə olmasını nəzərə alıb cəzasının yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 Təqsirləndirilən şəxs3 əməlini könüllü etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı xəstə uşağının olmasını, qəyyumluğunda sağlamlıq imkanları məhdud şəxsin olmasını, ailə vəziyyətinin ağır olmasını, himayəsində yaşlı anasının olmasını nəzərə alıb təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs3 əməlini könüllü etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı xəstə uşağının olmasını, qəyyumluğunda sağlamlıq imkanları məhdud şəxsin olmasını, ailə vəziyyətinin ağır olmasını, himayəsində yaşlı anasının olmasını nəzərə alıb təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apelyasiya şikayətlərinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(046)-63/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslərin və müdafiəçilərinin apelyasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(046)-63/2020 nömrəli hökmü onlara münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs3 CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs2 əməlinin CM-in 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 əməlinin CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlinin CM-in 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, daha yüngül cəza təyin edilməsini xahiş etmişlər. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxslərin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetməcəzasını təyin etməklə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxslər təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X4 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinəmühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində kifayət qədər əsaslar olmadan barələrində təyin edilmiş cəzaların yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(046)-63/2020 nömrəli nömrəli hökmü ilə bağlı apelyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin tövsifini, onların barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 CM-in 234.2-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(046)-63/2020 nömrəli nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(046)-63/2020 nömrəli onlara münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-218/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-218/2020
12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver