Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-219/2021 03.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşаviri İbrаhimоv Rəhmаn Kərim oğlu, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxslərin hüquqi varisləri X32 və X10 iştirakı ilə, Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü, 120.2.7-ci, 120.2.9-cu, 29, 120.2.2-ci, 29, 120.2.10-cu, 232.1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Hüseynov, hakimlər N.Mirzəyev və B.Məmmədovdan ibarət tərkibdə) 01 aprel 2021-ci il tarixli, 1(091)-79/2021 nömrəli hökmü ilə, xx xxxx 1982-ci ildə İsmayıllı rayonunun Bizlan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonunun Bizlan kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşamış, 10 may 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü, 120.2.7-ci, 120.2.9-cu, 29, 120.2.2-ci, 29, 120.2.10-cu, 232.1-ci maddələri ilə təqsirli bilinməsi, CM-nin 120.2.4-cü, 120.2.7-ci, 120.2.9-cu, 29, 120.2.2-ci, 29, 120.2.10-cu maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum etmə cəzasına, CM-nin 232.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunmaqla Təqsirləndirilən şəxs qəti cəza ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanması, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 10 may 2020-ci ildən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını həbsxanada çəkməsi, ekspertiza xərci 615 (altı yüz on beş) manat 16 (on altı) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməsi, maddi sübut olan və X9 saxlanılan 2 ədəd bıçaq, iki ədəd sintetik ip, kişi papağı, dəmir qayçı, döşəkağı, balış üzü, yorğan üzü, 2 ədəd qanabənzər nümunələr, Zakir Məmmədovun meyitinə baxış zamanı götürülmüş öndən düymə ilə bağlanan sviter, tünd göy-mavi-ağ rəngli dama naxışları olan, yaxası zəncirbəndlə bağlanan uzunqol köynək, tünd qəhvəyi rəngli şalvar, boz rəngli alt köynəktuman dəsti, qara rəngli corablar, meyitin qollarının arxadan bağlanılmasında istifadəsində olan qırmızı rəngli şal, ayaqlarının bağlanılmasında istifadə olunan mavi rəngli dəsmal, meyitin sağ və sol əllərindən götürülmüş dırnaq nümunələri, Zərinə Məmmədovanın meyitinə baxış zamanı götürülmüş yaşıl rəngli xalat, bənövşəyi rəngli gecə köynəyi, üzərində göy rəngli gül təsvirləri olan ağ rəngli trusik, ayaqlarında olmuş 2 ədəd tünd qəhvəyi rəngli corablar, meyitin əllərinin arxadan bağlanılmasında istifadə olunan ağ və narıncı rəngli təsərrüfat ipləri, ayaqlarının bağlanılmasında istifadə olunan ağ rəngli dəsmal, meyitin boynunda boş bağlanmış vəziyyətdə olan göy və narıncı rəngli şal (2 ədəd), sağ və sol əllərindən götürülmüş dırnaq nümunələri, bir ədəd tıxac, armatur parçası, bir ədəd rezin hissəcik məhv edilməsi, Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli cins şalvar, qəhvəyi rəngli gödəkçə, qara rəgli, sinə hissəsi çəhrayıya çalan damalı rəngli uzunqol köynəyin sahibi Təqsirləndirilən şəxs qaytarılması, 22 ədəd boş patron olan tüfəng qatarı, 1 (bir) ədəd 16 mm kalibrli dolu patron və bir ədəd qoşalüləli ov tüfəngin dövlət nəfinə əvəzsiz olaraq müsadirə edilməsi, 1 ədəd təsbeh və Simens markalı 1 ədəd telefonun hüquqi varis X27, 1 ədəd Nokia markalı mobil telefonun hüquqi varis X12 qaytarılması, 10 may 2020-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş və Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi texniki təminat şöbəsinin maliyyə sektorunda depozit hesabında saxlanılan 9489 (doqquz min dörd yüz səksən doqquz) manatın Şahid6 verilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs qəsdən xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmüş, qəsdən xuliqanlıq niyyəti ilə təkrarən adam öldürməyə cəhd etmiş, həmçinin odlu silahı talamışdır. Belə ki, Təqsirləndirilən şəxs 8 may 2020-ci ildə, saat 21 radələrində İsmayıllı rayonunun Bizlan kəndində yaşayan ögey babası X16 yaşadığı evə gəlib, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən, 5-ci döngə, ev 50 ünvanındakı özünə məxsus fərdi yaşayış evini satmaq istədiyi üçün atası, qardaşı və digər ailə üzvləri ilə aralarında yaranmış narazılığa baxmayaraq, evi satdığına görə narazılığın böyüməsindən ehtiyat etdiyi üçün Zakir Tapdıqov və onun arvadı X11 ilə söhbət edərək onlardan bir böyük kimi valideynlərinin və qardaşı Zərərçəkmiş şəxs onun işlərinə qarışmasına irad bildirmələrini xahiş etmişdir. Zakir Tapdıqovun valideynlərinin onun özünü də saymadıqlarına və hörmət etmədiklərinə görə xahişinə əməl edə bilməyəcəyini bildirməsi, habelə həmin vaxt Zərinə Məmmədovanın kobud surətdə ondan evdən çıxmasını tələb etməsi, Zakir Tapdıqovun isə həmin vaxt onu nalayiq söyüşlə söyməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə ilə əlaqədar əsəbiləşərək qisas niyyəti ilə sonuncuları həyatdan məhrum etmək qərarına gəlib bu məqsədlə, həyətə girərkən həyətdə olan itin hücumundan qorunmaq üçün özü ilə gətirdiyi və evin giriş qapısının bayır tərəfində, pilləkənin üzərinə qoyduğu 33 sm uzunluğunda, 2,4 sm diametrində olan armatur parçasını götürüb 02.04.1954-cü ildə anadan olmuş, 66 yaşlı, ahıl və onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərinə Məmmədovanı yaxın qohum hesab edilən əri Zakir Tapdıqovun gözü qarşısında, sonuncuya əzab verdiyini dərk etməklə xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə sol qaşüstü nahiyəsindən qəsdən vuraraq sonuncuya baş beyinə və onun qişaları altına qansızmalar, alın sümüyünün açıq, təpə və kəllə əsası sümüyünün qapalı xətti sınığı, baş-beyin maddəsinin ödemi, sol qaş qövsünün yarası, alın nahiyəsinin, sol qaş qövsünün, alt dodaq haşiyəsinin, sağ bazu oynağının, alt çənə nahiyəsinin, boyunun, sağ kürək nahiyəsinin qançırları, hər iki gözün üst qapağının, sol gözaltı nahiyənin qansızmaları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə huşsuz vəziyyətə salmış, bundan sonra odun parçasını götürərək özünü qorumaq istəyən 15.11.1938-ci ildə anadan olmuş, 81 yaşlı, ahıl və onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zakir Tapdıqovu qəsdən öldürmək məqsədilə burun kökündən armatur parçası ilə qəsdən vuraraq sonuncuya baş beyinə və onun qişaları altına qansızmalarla müşayiət olunan alın və sol gicgah sümüyünün qapalı-xətti, burun sümüyünün açıq-qəlpəli sınığı, burnun, sağ gözaltı nahiyənin, alın nahiyəsinin, sağ qulaq seyvanının yaraları, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin qansızmaları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə huşsuz vəziyyətə salmış, bundan sonra o, Zakir Tapdıqovu və Zərinə Məmmədovanı öldürməyə yönəlmiş əməlini başa çatdırmaq üçün Zərinə Məmmədovanın əllərini arxadan sintetik iplə, ayaqlarını isə dəsmal ilə, həmçinin Zakir Tapdıqovun əllərini arxadan və ayaqlarını dəsmal ilə bağlayaraq yaralı vəziyyətdə özlərinə yardım etmək, yaxud başqalarını yardıma çağırmaq imkanından məhrum etməklə iztirab çəkib əziyyətlə öləcəklərini dərk edərək onları qəsdən yerdə uzanıqlı onun üçün aşkar surətdə köməksiz vəziyyətdə qoyub evdən çıxmış, Zakir Tapdıqov və Zərinə Məmmədova aldıqları xəsarətlərdən hadisə yerində ölmüş, bununla da o, qəsdən onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi xüsusi amansızlıqla həyatdan məhrum edərək öldürmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs 8 may 2020-ci ildə, saat 21 radələrində İsmayıllı rayonunun Bizlan kəndində yaşayan ögey babası X22 və onun arvadı X6 qəsdən xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətlərindən istifadə etməklə öldürdükdən sonra onların əl və ayaqlarını bağlamaq məqsədi ilə evin küncündə olan kisənin ağzına bağlanmış sintetik ipi açarkən həmin kisənin içərisində İsmayıllı rayon polis şöbəsi tərəfindən 6 noyabr 2012-ci ildə verilmiş 125/95 nömrəli şəhadətnamə əsasında X23 məxsus zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ-B” modelli, “170232-58” nömrəli, xarici çaxmaqlı, saz vəziyyətdə olan, qoşalülə, 650 (altı yüz əlli) manat dəyərində yivsiz odlu ov silahını görüb, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən, 5-ci döngə, ev 50 ünvanındakı özünə məxsus fərdi yaşayış evini satdıqdan sonra İsmayıllı rayonuna qayıdarkən onda yaranmış qardaşı Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarını həyata keçirmək məqsədi ilə həmin silahı talamaq qərarına gəlmiş və bu məqsədlə həmin yivsiz odlu ov silahını götürüb qəsdən talayaraq evdən çıxmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evini satdıqdan dərhal sonra həmin evi satmamasını ona məsləhət görməsini və bunda ona maneçilik törətməsini səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan qardaşı Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, şəxsi münasibətlər zəminində ögey babası X22 və onun arvadı X6 qəsdən xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətlərindən istifadə etməklə öldürdükdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən, 5-ci döngə, ev 50 ünvanındakı özünə məxsus fərdi yaşayış evini satdıqdan sonra İsmayıllı rayonuna qayıdarkən onda yaranmış qardaşı Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarını həyata keçirmək məqsədi ilə ögey babası Zakir Tapdıqova məxsus, sonuncunun evindən taladığı zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ-B” modelli, “170232-58” nömrəli, xarici çaxmaqlı, saz vəziyyətdə olan, qoşalülə yivsiz odlu ov silahı və istintaqla müəyyən olunmamış vaxtda və mənbədən əldə etdiyi həmin ov silahı üçün nəzərdə tutulan 16 kalibrli patronlarla silahlanaraq, 8 may 2020-ci ildə, saat 22 radələrində etdiyi “Hyundai H100” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İsmayıllı rayonunun Bizlan kəndində yerləşən qardaşı Zərərçəkmiş şəxs yaşadığı ev istiqamətində getmiş, qardaşı Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında küçənin kənarı ilə gəldiyini görüb, öz şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoymaqla həmin evin yaxınlığında oturduğu maşının yan şüşəsindən maşının qarşısına tərəf gələn qardaşı Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə qarın nahiyəsindən nişan almaqla 4-5 metr məsafədən gülləli patron ilə bir dəfə atəş açmış, Zərərçəkmiş şəxs qarnını tutaraq kənara yıxıldığını görüb sonuncunu həyatdan məhrum etdiyini zənn edərək idarə etdiyi avtomobil ilə dərhal hadisə yerindən uzaqlaşmış, təsadüf nəticəsində güllə Zərərçəkmiş şəxs dəymədiyindən o, iradəsindən asılı olmayan səbəblərə görə təkrarən qəsdən adam öldürmə niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən xuliqanlıq niyyəti ilə öldürməyə cəhd etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(091)-79/2021 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(091)-79/2021 saylı hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmünü əsassız, ədalətsiz və nəticədə qanunsuz hesab edir, məhkumun ailə vəziyyətinə, sağlamlıq vəziyyəinə, şəxsiyyətinə uyğun deyildir. Belə ki, cinayət işi materiallarında olan kompleks stasionar məhkəmə-psixoloji və psixiatrik ekspertizasının 90 saylı rəyində də göstərilir ki, Təqsirləndirilən şəxs “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu” xəstəliyindən əziyyət çəkir. O, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən pisixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Əslində isə Təqsirləndirilən şəxs həmin vaxt, yəni cinayət törədən zaman tam anlaqsız olmuş, o, anlaqlı olsa idi, heç vaxt özündən də cox istədiyi baba-nənəsinə qarşı belə bir hərəkət eləməz idi. Həkim komissiyası zərərçəkmiş tərəfindən şikayət olar deyənə belə bir rəy vermiş və bu rəydə də Təqsirləndirilən şəxs həmin vaxt öz hərəkətlərini dərk etmək, onları idarə etmək iqtidarında olmadığını göstərmişdir. Həmin rəyin 4-cü suala cavabında həkim göstərir ki, Azərbaycan Respublika Səhiyyə Nazirliyi kollegiyasının 12 iyun 2009-cu il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol” tələblərinə görə Təqsirləndirilən şəxs hal-hazırda epileptik tutmaların olmamasına baxmayaraq, həmin tutmaların yenidən baş verməsi və təkrarlanmaması üçün onun istənilən şəraitdə həkim nəzarəti altında antikonvulsiv preparatlarda preventiv medikamentoz terapiyanı fasiləsiz davam etdirməsi məsləhət bilinir. 6-cı sualın cavabında göstərilir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətdə aqressivlik, qəzəb yaranması, həmin halın yaranması, onda müəyyən edilən şəxsiyyət pozuntusu ilə əlaqədar olmuş, o, cinayət törədərkən emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam həcmdə dərk və idarə etmək qabiliyyətinə malik olmamışdır. Birinci instansiya məhkəməsində, təkrar məhkəmə-psixoloji və psixiatrik ekspertizasının keçirilməsi haqqında vəsatət versə də və bunun üçün kifayət qədər əsaslar olsa da, məhkəmə vəsatəti təmin etməmiş, zərərçəkmiş tərəfin istəyinə uyğun xəstə bir şəxsi ömürlük azadlıqdan məhrum olunması haqqında hökm çıxarmışdır. Beləliklə, Şəki Ağır Cinayətlər Məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələblərini pozaraq, xəstəliyini nəzərə almadan cinayət törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcimdə dərk etmək və onları tam həcimdə idarə etmək iqtidarından məhrum olmasını nəzərə almamış, ona həddən artıq ağır cəza, ömürlük azadlıqdan məhrunetmə cəzasını təyin etmişdir. Bundan başqa, iş materiallarında olan xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs gözəl ailə başçısı olmaqla, himayəsində 2 azyaşlı övladı var, yaşadığı yerdə müsbət xarakterizə olunur. Yaşadığı ərazidə ondan nümayəndəliyə heç bir şikayət və məlumat daxil olmamışdır. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(091)- 79/2021 nömrəli hökmü ləğv edilərək Təqsirləndirilən şəxs haqqında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edilməlidir. Proses iştirakçılarının dəlilləri Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamda özünü qismən təqsirli hesab edərək bildirmişdir ki, xəstə adamdır, ancaq onu müalicə etdirmiyiblər, həbsə atıblar. X26 cənabları olan yerdə belə ədalətsizlik yoxdur. Xəstələrə, yaşlılara yaxşı münasibəti Heydər baba qurmuşdur. Heydər baba sağ olsa idi, onu türməyə yox, xəstəxanaya göndərərdi. Necə ki ailəsini, allahı, nənəsini, babasını unutdu, hakim də allahı unutdu. Ədaləti bərpa eləməyi sixahiş edir. Onu heç kim götürmür, ordan ora atırlar burdan bura. Hər gün iynə vurular. Bu xəstəlik elə şeydir ki, onu belə edib. O, babasını, onu böyüdən insanı öldürmüşdür. Nənəsinin qardaşı olan Pənah dayısından, xala və dayılarından onlara yaşatdığı acıya görə üzr istəyir. Bu əməli qəsdən törətməmişəm. Normal insan olsaydı, bunu etməzdi. Anlaqsızdır, xəstəliyinə görə cinayət törətmiş, qəsdən öldürməmişdir. Ona dünən 8 iynə, bir sistem vurulmuşdur. Özünü idarə edə bilmir. Ya kimisə zərər yetirməli, ya da özünü öldürməlidir. Bu vəziyyətə artıq dözə bilmir. Odur ki, ailə vəziyyəti, himayəsində azyaşlı uşaqlarının olması, xəstəliyi nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Birinci instansaiya məhkəməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü, 120.2.7-ci, 120.2.9-cu, 29,120.2.2-ci, 29,120.2.10-cu, 232.1-ci maddələri ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən bir ildən artıq olar ki, valideynləri və qardaşları ona evi satmağa imkan verməmişlər. Alıcı gətirən kimi gəlib çatır, ya alıcını geri qaytarır, ya da müxtəlif yollarla onun evi satmasına mane olmuşlar. Onun evi satmaq istəməsinə nəyə görə mane olmalarını bilmir. 6 may 2020-ci ildə tanışı Mehmana zəng vuraraq evi satmaq istədiyini bildirmiş və 11.000 manata satmışdır. Mehman ona bank vasitəsi ilə 10000 manat köçürmüş, həmin pulu bankdan götürmüşdür. Axşam tərəfi də Şamaxinkadan taksi ilə kəndə gəlmişdir. Asan xidmətdə olduğu zaman atasıgil qonşulardan onun evi satmağı barədə xəbər alaraq Bakı şəhərinə çıxmışlar. May ayının 7-si axşam tərəfi İsmayıllıya gəlmişdir. Bizlan kəndinə girəndən sonra maşını kəndin ortasında saxlayıb, kəndin ortasında dəmir yığdığı yerdən armatur parçası götürərək ögey babası Zakirgilə getmişdir. Həmin armatur parçasını da babasıgilin itindən özünü qorumaq məqsədi ilə götürmüşdür. Zakirgilə getməkdə məqsədi bu olmuşdur ki, onunla məsləhət etsin ki, Şamo və atasıgil onun başına oyun açırlar, bəlkə, onları Zakir başa sala bilər. Zakirgilə həyətə daxil olanda əlində olan armaturu pilləkənin üstündə qapının yanına qoyaraq içəri daxil olmuşdur. Dərdimi Zakirə danışmış, ona valideynlərinin və Şamonun ona qarşı hərəkətləri barədə deyərək babasından xahiş eləmişdir ki, «sən böyüksən, ata-anamı, Şamonu başa sal, bu hərəkətlərindən əl çəksinlər». Babası da ona bildirmişdir ki, onlarla arası yoxdur, onlar özünü görəndə lağa qoyub gülürlər, onun sözünü eşitməzlər, öz başının çarəsinə baxsın. Zərinə də həmin vaxt ona demişdir ki, «sən də dur çıx get bu evdən». Zərinəyə əsəbi olduğu üçün demişdir ki, «mən babamla məsləhətə gəlmişəm, sən də bir tərəfdən mənim başımı xarab eləmə». Babası ona «Zərinəyə əl vursan sənin var yoxunu belə edərəm» deyə nalayiq ifadə işlətmişdir. Otaqdan çıxıb qapıya yan tərəfə yerə qoyduğu armaturu götürüb yenidən otağa qayıtmışdır. Zərinəyə «indi armaturu təpənə vurum?» demiş, Zərinə ona cavab verməmiş, sağ əlindəki armaturla yerdə oturmuş vəziyyətdə olan Zərinənin başına vurmuşdur. Zərinə yanıüstə yerə yıxılmış, Zakir də yerindən qalxaraq peçin qarşısından odun parçası götürərək üstünə gəlmiş, əlindəki armaturla onun da başından vurmuşdur. Zakir də zərbədən sonra döşəklərin yanına yıxılmışdır.Onları vurmaqda məqsədi onları qorxutmaq olmuşdur. Onları qətiyyən öldürmək fikri olmamışdır. Zakiri və Zərinəni başından armaturla vurandan sonra hər ikisinin huşu getmişdir. Birinci babasının əllərini arxadan otaqda olan dəsmalla bağlamış, sonra da babasının ayaqlarını da dəsmalla bağlamışdır. Babasının əl ayağını bağlayandan sonra onu üzüaşağı qoymuşdur. Sonra huşsuz vəziyyətdə olan nənəsinin əvvəlcə əllərini arxadan otaqda olan iplə bağlamış, sonra isə ayaqlarını da dəsmalla bağlamışdır. Nənəsinin əlini bağlamaq üçün ipi otaqdakı peçlə içəri otağın qapısı arasındakı küncdə olan meşoğun ağzından kəsib götürərkən həmin meşoqda tüfəng olduğunu görmüşdür. Onların hər ikisini üzüaşağı vəziyyətdə qoyub tüfəngi meşoqdan çıxarıb götürmüş və otaqdan çıxmışdır. Ara yolda Fazilin evinin yaxınlığında Şamo ilə qarşılaşmışdır. Şamonun yanında oğlu İmaməli də olmuşdur. İmaməli Şamodan təxminən 6-7 metr aralı olmuşdur. Şamonu görüb maşını saxlamış, Şamo ona yaxınlaşanda maşına minən zaman tüfəngin hər iki lüləsini patronla doldurduğu tüfəngi əlinə götürüb maşının özü tərəfdən yan şüşə yerindən çıxarıb havaya atəş açmışdır. Kanistr dolu benzini götürüb həyətə girmişdir. Həyətə girəndə evdən Sevinci çağırmışdır. Sevinc çolə çıxanda ondan uşaqları götürüb evdən çıxmasını tələb etmiş, bildirmişdir ki, evi yandıracaqdır. Sevinc dərhal uşaqları götürüb evdən çıxıb darvazaya tərəf getmişdir. Kanistri açıb evin içərisinə atmış, sonra əlindəki tüfənglə kanistrə bir atəş açmışdır ki, alışsın. Atəşdən sonra benzin alışmadığından cibindəki alışqanla benzini yandırmış, dərhal da oradan uzaqlaşmışdır. Valideynlərini qorxutmaq məqsədi ilə həmin evin beton döşəməli eyavanının döşəməsinə və torpaq döşəməli boş otağına benzin tökərək yandırmışdır ki, onları qorxutsun. Tüfəngi yolda kolluğun üzərinə atmışdır. Gecəni qəbirsanlığın ərazisində yatmışdır. Ertəsi gün qozlu bulaqda yatmaqla günü keçirmiş, axşam isə tanımadığı yol maşını ilə Bakı şəhərinə getmişdir. Bakıda bacısıgilə getmiş, orada da polislər onu saxlayıb, İsmayıllı şəhərinə gətirmişlər. Zakiri və Zərinəni yaralı və əl qolu bağlı vəziyyətdə qoyub gedərkən onların ölə biləcəkləri ağlına gəlməməmişdir. Onları ona görə bağlı qoyub getmişdir ki, səs-küy salıb onun Şamonu güllə ilə vurmaq planına mane ola bilməsinlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçi deyil. Qardaşı Təqsirləndirilən şəxs heç bir səbəb olmadan günahsız insanları öldürmüşdür. Ortada mal, mülk, torpaq yoxdur. Demək ki, onun ağlı yerində deyil. Onun psixi xəstə olmasının nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X24 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxslərin hüquqi varisləri X32 və X5 Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə zərərçəkmiş şəxslərin hüquqi varislərinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(091)-79/2021 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiyia məhkəməsində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Vüsal ailəsi üçün Bakıda tikdikləri evi bir neçə dəfə satmaq istəmişdir. Lakin o, Aqşin, atası, anası, Vüsalın özünün arvadı razı olmamışlar ki, Vüsal həmin evi satsın. Çünki, istəməmişlər ki, Vüsal və ailəsi evsiz qalsın. Həmin evi Vüsal satsa yenidən ev tikmək və ya almaq çətin olardı. Vüsal özü həmin evi satacağını, gah Qazel alıb işləyəcəyini, gah da kənddə torpaq alacağını tez-tez demişdir. May ayının 6-sı Vüsal Bakı şəhərinə getmişdir. Həmin vaxt Vüsalın getməyindən onların xəbərimi olmayıb. Ertəsi gün, ayın 7-si Vüsalın arvadı Ramilə Bakı şəhərindəki qonşuları ilə danışanda ona deyiblər ki, Vüsal gəlib evi Mehmana satıb. Bundan sonra Ramilə onlara bu barədə bildirəndə o, anası, atası, Vüsalın arvadı Ramiləni və oğlunu Bakı şəhərinə yola salmışdır ki, gedib Vüsalı tapsın, evi geri qaytarsınlar. Onlar Bakı şəhərinə getmiş, orada Mehman adlı şəxs evə gəlib, bildirib ki, evi Vüsaldan 10 000 (on min) manata alıbdır. Atasıgil də ona iradını bildirəndə Mehman da deyib ki, pulumu qaytarın, evi verim. Vüsal Mehmanın pulunu qaytarmayıb, atasıgildə həmin evdə qalıblar ki, evə heç kim girməsin. Vüsal isə atasıgili Bakı şəhərində qoyaraq, ayın 7-si kəndə gəlibdir. Vüsal kəndə gələndən sonra harada qalmasını bilməmişdir. Vüsal ayın 7-si kəndə gələndə onun həyətində olan özünün RAF markalı maşınını götürüb həyətdən çıxmışdır. Həmin gün Vüsalın harada qalması ilə maraqlansa da, Vüsalı tapa bilməmişdir. 8 may 2020-ci ildə saat 10 radələrində küçədə, qapının qarşısında Vüsalın oğlu İmaməli ilə dayandığı zaman Vüsalın maşınına oxşar maşının küçəyə tərəf gəldiyini, onlara çatmamış paralel küçəyə döndüyünü görmüşdür. İmaməliyə həmin maşınının Vüsalın maşınına oxşadığını demiş, onunla birgə həmin maşının arxasınca getmişdir. Həmkəndlisi Fazilin qapısının qarşısında Vüsalın maşınının dayandığını görmüşdür. Vüsal özü maşının içərisində oturmuşdur. Onlar maşına qabaq tərəfdən yaxınlaşmışlar. Vüsal bu vaxt havaya atəş açmışdır. Vüsalın onu öldürmək məqsədi iolmamışdır. Vüsal atəş açan kimi maşını sürüb getmişdir. Evinə çatmağa 30 metr qalanda arvadı Sevinc ona tərəf qaça -qaça gəlmişdir ki, Vüsal evi yandırıb, tez gəlsin. Həyətə girəndə evin eyvanında daş döşəmənin üzəri və içəri otağın torpaq döşəməsinin üzəri yanan vəziyyətdə olmuş, haray salmış, qonşular köməyə gələrək yanğını söndürmüşlər. Evin eyvanının tavanında bir az hissədə plastik materialdan olan lambirin, otağın qapı yerinin çərçivəsi yanmışdır. Evə elə də çox maddi ziyan dəyməmişdir. Təxminən 100 manatlıq ziyan dəymiş olar. Həmin ziyana görə Vüsaldan heç bir şikayəti və tələbi yoxdur. Evə gələndə Vüsalı görməmişdir. Sevincin bildirdiyinə görə Vüsal həyətə daxil olan kimi, havaya tüfənglə iki atəş açıb, Sevincə deyib ki, «uşaqları da götür evdən çıx, evi yandıracam». Həmin vaxt da evdə Sevinc və iki uşağı olub. Sevinc də uşaqları götürərək həyətə çıxan kimi Vüsal otağa benzin ataraq yandırıb və dərhal da maşını ilə çıxıb gedibdir. Yanğını söndürəndən sonra 102-yə zəng edərək məlumat vermiş, polislər gəlmişlər. Polislərə baş verən hadisə barədə məlumat vermiş, səhərə kimi polislər evi mühafizə etmişlər ki, Vüsal yenidən qayıda bilər. Ertəsi gün may ayının 9-u saat 11 radələrində atasıgil Bakıdan gəlmişlər. Bundan sonra onların evin yaxınlığındakı küçədə Zakirgilin qonşuları yığılmış, onların bildirdiyinə görə Zakirgilin işıqları yansa və çağıran olsa da səs verən olmamış, evə baxanda isə Zakirin və arvadı Zərinənin evdə meyiti tapılmışdır. Sonradan məlum olmuşdur ki, onları Vüsal öldürübdür. Vüsal ilə barışmışdır. Ondan heç bir təəbi və şikayəti yoxdur. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X32 ifadəsində göstərmişdir ki, Atası Zərinə ilə evləndikdən sonra İsmayıllı rayonunun Bizlan kəndində yaşayıbdır. 9 may 2020-ci ildə saat 9 radələrində ona Zərərçəkmiş şəxs telefonla zəng edərək atası Zakirin və Zərinənin əl-qolunun bağlanılaraq öldürüldüyünü bildirmişdir. Sonradan məlum olmuşdur ki, atasıgili Təqsirləndirilən şəxs qətlə yetirmişdir. Atası Zakirin və anası Zərinənin hər zaman pul və qızıl zinət əşyaları olmuş və Təqsirləndirilən şəxs da bunu yaxşı bildiyi üçün, tamah məqsədilə, planlı şəkildə onları öldürdükdən sonra evi qarət edərək qaçıb gizlənmişdir. Belə ki, mərhum atası Tapdıqov Zakirin daim üzərində pulu olmuş, hər ay pensiyasından əlavə onlara maddi dəstək göstərmişlər, bundan əlavə əkin sahələrini, mal-qarasını (camışlar və atlar) satmış, həmçinin bağdakı meyvələri (qoz, alma, armud) satdığı üçün dam üzərində pul olmuşdur. Sonuncu dəfə də qeyd edilən əmlaklarının satılmasından təxminən 12000-15000 manat pul üzərilərində (evdə, sandıqda) olmuşdur. Təqsirləndirilən şəxs bunu bildiyi üçün əvvəlcədən plan quraraq 08.05.2020-ci ildə onu oldürmüşdür. Vüsala ən ağır cəzanın verilməsini tələb edir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X17 ifadəsində göstərmişdir ki, bacısı Zərinə Zakirlə evlənəndən sonra İsmayıllı rayonunun Bizlan kəndində Zakirin evində yaşamışdır. 9 may 2020-ci ildə saat 10 radələrində Hafiz ona zəng edərək Zərinənin yaşadığı evə gecə basqın olduğunu, Zakir və Zərinənin öldürüldüyünü bildirmişdir. Sonradan məlum olmuşdur ki, Zakir və Zərinəni Təqsirləndirilən şəxs qətlə yetirmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona ən ağır cəza verilməsini tələb edir. Birinci instansiya məhkəməsinin iclasında şahidlər Şahid1, X18, X30, Şahid2, Şahid4 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifalə vermişlər. Birinci instansiya məhkəməsinin iclasında Şahid3 ifadəsində göstərmişdir ki, İsmayıllı rayonunun Bizlan kəndində qaynatasıgildə yaşayır. Bakı şəhərində, Sabunçu rayonunda 2 otaqlı evləri var. Həmin evdə 2008-ci ildən yaşayırlar. Həmin evi torpaq sahəsi alaraq ikisi tikmişdir. Həmin evi dəfələrlə Vüsal satmaq istəmişdir. Ancaq razı olmamışlar ki, yaşayacaq yerləri olmamışdır. Lakin həmin evi Vüsal Mehmana 10.000 manata satmışdır. Həmin gün saat 10-da qaynanası zəng edib Vüsalın nənəsi ilə babasını öldürdüyünü bildirmişdir. Vüsalın Zakir və Zərinəni hansı səbəbdən öldürməsi ona məlum deyil. Depozitdə olan pulun Mehmana qaytarılmasına etiraz etmir. Birinci instansiya məhkəməsinin iclasında Şahid5 ifadəsində göstərmişdir ki, 08 may 2020-ci ildə 9 may 2020-ci ildə saat 9 radələrində həyətə düşəndə Zakirgilin eyvanda işığın yanılı qaldığını görmüşdür. Eyvanda işığın yanılı qalması ona maraqlı gəlmiş, toyuqcücələrinin də hələ damdan çıxmadığını, toyuq damının qapısının da bağlı olduğunu görmüşdür. Onların darvazalarına yaxınlaşaraq darvazanı açıb içəri baxmaq istədikdə it qapının qarşısında olduğundan keçə bilməyib, Zakirin və Zərinənin ayaqqabılarının pilləkəndə olduğunu görmüşdür. Elə oradan da Zakirin əl telefonuna zəng eləmişdir. Cavab verən olmamışdır. Bundan sonra digər qonşulara da bu barədə deyəndə ona bildirmişlər ki, əvvəlki gecə Təqsirləndirilən şəxs qardaşının evini yandırıb, buna görə kənddə polislər var. O da Şamogilin qapısına gedərək orada olan bir qrup polis əməkdaşına məlumat vermişdir. Bundan sonra da polislərlə birgə Zakirgilin həyətə gəlib evə baxanda Zakirin və Zərinənin evdə əl-qolları bağlanmış vəziyyətdə meyitlərini aşkar ediblər. Birinci instansiya məhkəməsinin iclasında Şahid6 ifadəsində göstərmişdir ki, Vüsaldan evi 11 000 manata almışdır. Saat 10 radələrində Asan xidmətə gedib, orada Vüsalın evinin qaz və işıq sənədlərini onun adına keçirmişlər. O da evi almağı rəsmi olsun deyə Respublika Bankına 10000 manat Vüsalın adına pul qoyub, elə orada da Vüsal həmin pulu bankdan çıxararaq götürmüşdür. Vüsalla belə razılaşmışlar ki, qalan 1000 manat pulu da 1-2 aya imkanı olanda verəcəkdir. Bundan sonra da Vüsal evinin açarlarını ona vermişdir. Həmin gün saat 16 radələrində Vüsal ona zəng edərək bildirmişdir ki, valideynlərinin ona ev satmağı barədə məlumatı olub, valideynləri istəyirlər ki, həmin evi qardaşına satsın. O da Vüsala əgər evi valideynləri başqasına satmaq istəyirdisə, onu niyə oyuna salıblar. Ondan xahiş etmişdir ki, gətirib pulunu qaytarsın, qazın, işığın sənədlərini yenidən onun adına keçirsinlər. Vüsal bildirmişdir ki, bir-iki saata əlaqə saxlayacaq. Vüsalla danışandan sonra baş verənlər barədə atasına bildirmişdir. Atası da deyib ki, evin açarını dəyişdir. O da evə gedəndə Vüsalın valideynləri və arvadının artıq həmin evdə olduğunu görmüşdür. Qapını döyəndə Vüsalın valideynləri hay-küylə qarşılarına çıxmışlar, anası çox səs-küy salmışdır. Onlara evi Vüsalın təklifi ilə aldığını bildirmişdir. Onlardan da xahiş etmişdir ki, onun pulunu qaytarın, evi istəmir. Vüsalın valideynləri onu Vüsalın qardaşı ilə telefon vasitəsi ilə danışdırıblar, Vüsalın qardaşı pulu özünün verəcəyini demişdir. Həmin vaxt Vüsalla da danışıb, Vüsal demişdir ki, “həmin evi sənə satmışam, başqa söhbət ola bilməz, halal əziyyətimlə tikdiyim evdir, onu da sənə satmışam, mənim işimə valideynlərim qarışa bilməz”. Vüsal belə desə də, onun valideynləri evdən çıxmamışlar. Həmin vaxt Vüsalla bir neçə dəfə danışaraq pulu geri istəsə də, Vüsalın pulu verməyəcəyini başa düşmüşdür. Verdiyi pul hazıradək qaytarılmayıbdır. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsinin iclasında Şahid7 ifadəsində göstərmişdir ki, 09 may 2020-ci ildə saat 2 radələrində yaşadığı evin qapısı döyülmüşdür. Əvvəlcə qapını açmamış, az sonra qapını açıb baxanda Vüsalı eyvanda döşəmənin üzərində uzanmış vəziyyətdə görmüşdür. Vüsal onu görüb onunla salamlaşıb, Xəyaləni soruşmuşdur. Sonra Vüsal arvadının və uşaqlarının harada olduğunu soruşmuş, o da xəbəri olmadığını bildirmişdir. 10 dəqiqə evdə oturandan sonra öz evinə gedəcəyini bildirmişdir. O gedəndən 20-30 dəqiqə sonra evə polis işçiləri gələrək ondan Vüsalın gəlib-gəlmədiyini soruşublar, o da onlara Vüsalın az əvvəl getdi yini bildirmişdir. Polislər gələndən sonra ona məlum olmuşur ki, Vüsal polis tərəfindən axtarılır. Vüsalın nənə və babasını qətlə yetirməyini isə ertəsi gün, yəni 10 may 2020-ci ildə qohumlardan eşitmişdir. Cinayət işinin materiallarında olan 10 may 2020-ci il tarixli baxış keçirilməsinə dair protokoldan görünür ki, «baxış keçirilən yer İsmayıllı rayonunun Bizlan kəndində yerləşən mərhum X23 məxsus yaşayış evinin qarşısındakı yolun kənarıdır. Həmin yol X23 məxsus həyətyanı sahəyə giriş darvazasına perpendikulyar olmaqla ağaclıq sahəyə doğru gedir, yolu eni 5-9 metr arasında dəyişir. Zakir Tapdıqova məxsus həyətyanı sahəyə giriş darvazasından 170 metr məsafədə yolun yuxarı hissəsində ağac, kol və ot bitkiləri ilə örtülü sahə yerləşir, Təqsirləndirilən şəxs bildirdiyinə görə Zakir Tapdıqovu və Zərinə Məmmədovanı vurmaq üçün istifadə etdiyi armatur parçasını həmin yerdə dayanaraq göstərilən ağaclıq sahənin içərisinə doğru atmışdır. Onun göstərdiyi sahəyə baxış keçirilərkən yolun sağ kənarından 7.5 metr məsafədə ağaclıq sahənin içərisində yerdə yaş vəziyyətdə olan ot bitkilərinin arasında, uzunluğu 33 sm, diametri 2.4 sm olan, üzəri uzununa burulma formasında naxışlı armatur parçası aşkar olundu. Təqsirləndirilən şəxs bildirdi ki, həmin armatur parçası onun ifadəsində göstərdiyi Zakir Tapdıqovu və Zərinə Məmmədovanı vurmaq üçün istifadə etdiyi və atdığı armatur parçasıdır. Həmin armatur parçası qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi Zakir Tapdıqovun evindən götürdüyü qoşalüləli ov tüfəngini tulladığını bildirdiyi valideynlərinə məxsus yaşayış evlərinin yaxınlığındakı əraziyə baxış keçirili. Həmin yer İsmayıllı rayon İcra Hakimiyyətinin Bizlan İƏD üzrə nümaynədəliyinin inzibati binasının aşağı tərəfində, həmin binadan 90 metr məsafədə, Təqsirləndirilən şəxs valideyinlərinin yaşayış evindən 75 metr məsafədə, Təqsirləndirilən şəxs valideyinlərinin isifadəsində olan dirrik sahəsinin kənarında yerləşən hündür kol bitkiləri ilə örtülü sahədir. Həmin kol bitkilərinin içərisinə baxış zamanı kol bitkilərinin içərisində yerdən 1.2 metr məsafə hündürlükdə kolların üzərində və kənardan yalnız qundaq hissəsi görünən qoşalüləli ov tüfəngi aşkar olundu. Həmin ov tüfəngi tərəfimdən qablaşdırılaraq götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs üzərində patronlar olduğunu bildirdiyi tüfəng qatarını atdığını bildirdiyi çayxanın yanına baxış keçirildi. Həmin çayxana İsmayıllı rayonunun Bizlan kəndində İsmayıllı-Bakı yolunun kənarında yerləşir, həmin çayxana X15 məxsusdur, çayxananın yan tərəfindən kəndin içərisinə doğru yol gedir, Təqsirləndirilən şəxs bildirdi ki, tüfəng qatarını həmin çayxananın yan tərəfinə, yolun kənarına atmışdır. Həmin əraziyə baxış zamanı tüfəng qatarı aşkar olunmadı. Həmçinin müəyyən olundu ki, həmin yer yolun kənarı olduğundan gediş-gəlişin gur olduğu yerdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 05.06.2020-ci il tarixli, 17 saylı rəyindən görünür ki, X3 meyitində aşkar edilmiş xəsarətlər baş beyinə və onun qişaları altına qansızmalarla müşayiət olunan alın və sol gicgah sümüyünün qapalıxətti, burun sümüyünün açıq-qəlpəli sınığı, burnun, sağ gözaltı nahiyənin, alın nahiyəsinin, sağ qulaq seyvanının yaraları, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin qansızmaları bərk-küt əşya (alət) təsirindən Z.Ş.Tapdıqovun ölümdən az-əvvəl törənmişlər, həyatidirlər, baş vermiş ölümlə səbəbli əlaqəlidirlər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdir. X3 meyitində aşkar edilmiş xəsarətlər qısa bir müddət ərzində yetirildiyindən onların yetirilmə ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün deyil. X3 meyitində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər bir neçə zərbənin təsirindən törənməsi inkar edilmir. X3 meyitində aşkar edilmiş xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdi. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər mərhum X23 yetirilən vaxt o, müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Z.Ş.Tapdıqovanın meyitinin meyitxanada müayinəsindən 15-24 saat əvvəl baş vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 05.06.2020-ci il tarixli, 18 saylı rəyindən görünür ki, X4 meyitində aşkar edilmiş xəsarətlər-baş beyinə və onun qişaları altına qansızmalar, alın sümüyünün açıq, təpə və kəllə əsası sümüyünün qapalı xətti sınığı, baş-beyin maddəsinin ödemi, sol qaş qövsünün yarası, alın nahiyəsinin, sol qaş qövsünün, alt dodaq haşiyəsinin, sağ bazu oynağının, alt çənə nahiyəsinin, boyunun, sağ kürək nahiyəsinin qançırları, hər iki gözün üst qapağının, sol gözaltı nahiyənin qansızmaları bərk-küt əşya(alət) təsirindən Z.B.Məmmədovanın ölümdən azəvvəl törənmişlər, həyatidirlər, baş vermiş ölümlə səbəbli əlaqəlidirlər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdir. X2 meyitində aşkar edilmiş xəsarətlər qısa bir müddət ərzində yetirildiyindən onların yetirilmə ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün deyil. X2 meyitində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər bir neçə zərbənin təsirindən törənməsi inkar edilmir. X2 meyitində aşkar edilmiş xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdi. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər mərhumə X7 yetirilən vaxt o, müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Z.B.Məmmədovanın meyitinin meyitxanada müayinəsindən 15-24 saat əvvəl baş vermişdir. 30.07.2020-ci il tarixli, 392/2020 MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, X4 ABO sistemi üzrə qrup göstəricisi: Oalfa,beta /H/(İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). X19 ABO sistemi üzrə qrup göstəricisi: Oalfa,beta /H/(İ) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən). Ekspertizaya təqdim edilmiş Z.Ş.Tapdıqova məxsus uzunqol köynək, bir ədəd jaket, alt kişi köynəyi, alt kişi şalvarı, əl-üz dəsmalı, şal, Z.B.Məmmədovaya məxsus gecə köynəyi, qadın yaylığı, xalat, qadın trusiki, əl-üz dəsmalı, qadın yaylığı, hadisə yerindən balış üzü, yorğan üzü, mələfə, 02 ədəd çubuqlu bambığ tamponlar, Təqsirləndirilən şəxs məxsus gödəkcə üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi BO sistemi üzrə tədqiq edildikdə yalnız “H”antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa,beta (İ) qruplu bir şəxsə, o cümlədən də X7 və ya X23 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Z.Ş.Tapdıqova məxsus şalvar, bir cüt corablar, Z.B.Məmmədovaya məxsus corablar N1,2, bir ədəd armatur parçası, ağ rəngli sintetik iplər. Bir ədəd tüfəng qatarı, Təqsirləndirilən şəxs məxsus uzunqol köynək üzərində qana şüphəli ləkələr aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bir ədəd armatur parçasının üzərində dəri, piy toxumasına şübhəli hissəciklər aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bir ədəd kişi papağı, qoşalülə ov tüfəngi, bir ədəd qayçı, Təqsirləndirilən şəxs məxsus cins şalvar, 02 ədəd bıçaqlar üzərində olan ləkələrdə qan aşkar olunmadı. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik və trasoloji ekspertizasının 03 iyul 2020-ci il tarixli, 3/475, 3/476, 3/477, 3/478, 6/1123 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ-B” modelli, “170232-58 nömrəli, xarici çaxmaqlı, qoşalülə tüfəngidir – yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadə (atəş) üçün yararlıdır, tətiyə toxunmadan ondan özözünə atəş açılmır. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron 16 mm kalibrli olmaqla həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edimək üçün nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış patrondur və istifadəyə (atəşə) yararlıdır. -Tədqiqata təqdim edilmiş 22 (iyirmi iki) ədəd giliz, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, patronun atəşlə ayrılmış hissələridirgilizləridir, döyüş sursatı hesab edilmirlər, istifadəyə yarasızdırlar. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet ov tüfənglərində istifadə edilən patrondaşdır, təyinar üzrə istifadəyə yararlıdır, döyüş sursatı və ya onun hissəsi hesab olunmur. -Tədqiqata təqdim edilmiş 1 və 2 rəqəmləri ilə işarələnmiş bıçaqlar kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat məişət təyinatlı mətbəx bıçaqlarıdır, soyuq silah hesab edilmir. -Tədqiqtata təqdim edilmiş 1 (bir) ədəd predmet yivsiz (hamarlülə) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən, zavod üsulu ilə hazırlanmış, 16 kalibrli patronun daxilində atəş komponentlərinin bir hissəsi kimi doldurulması üçün nəzərdə tutulan və atəş zamanı istifadə olunmuş tıxacdır (konteynerdir), döyüş sursatı hesab edilmir. -Təqdiqata təqdim edilmiş silahın lülə kanallarından atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahdan atəş (atəşlər) açılmışdır. -Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs “ məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən odlu silahdan açılan atəş nəticəsində mərmilərinqırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. -Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. -Tədqiqata təqdim edilmiş bir ədəd rezin hissəciyin səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. -Tədqiqata təqdim edilmiş predmetlərdən xalatın, köynəyin, şalvarın üzərində rəyin təsviri hissəsində qeyd olunan mexaniki zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələrdən xalatın, köynəyin üzərində olan zədələr hər-hansı bərk predmetlə kontakda olması, sürtünməsi, ilişməsi nəticəsində yarana bilən cırılma zədələrdir. Təqdim edilmiş şalvarın üzərində olan zədə isə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik sökülmə zədəsidir. Lakin bu cür zədələrin yaranma xarakterini nəzərə almaqla onların yaranma mexanizmini kriminalistik tədqiqatla müəyyən etmək mümkün deyil. -Təqdim edilmiş digər predmetlərin üzərində hər-hansı bir mexaniki zədə aşkar edilmədi. -Tədqiqata təqdim edilmiş geyim əşyalarının cib hissələrində dəmir birləşmələrinə məxsus izlər aşkar edildi. Lakin aşkar edilmiş dəmir mikrohissəciklərin izləri hər hansı əşyanın formasını daşımadığına görə həmin izlərin hansı dəmir əsaslı ərintidən hazırlanmış əşyadan qalmasını demək mümkün olmadı. Cinayət işinin materiallarında olan məhkəmə-lifşünaslıq ekspertizasının 23.06.2020ci il tarixli, 6/841 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X7 məxsus olduğu qeyd edilən 01 ədəd xalat, 01 ədəd gecə köynəyinin, 01 ədəd alt tumanın, 01 cüt corabın, 02 ədəd yaylığın; Z.B.Məmmədovanın meyitinin ayaqlarının bağlanmasında istifadə olunan 01 ədəd dəsmalın; X28 məxsus olduğu qey edilən 01 ədəd sviterin, 01 ədəd köynəyin, 01 ədəd şalvarın, 01 ədəd alt geyim köynəyinin, 01 ədədalt geyim şalvarının (dəsr), 01 cüt corabın; Z.Ş.Tapdıqovun meyitinin qollarının arxadan bağlanmasında istifadə olunan 01 ədəd şalın və ayaqlarının bağlanmasında istifadə olunan dəsmalın; Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın və 01 ədəd köynəyin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X7 məxsus olduğu qeyd edilən 01 ədəd xalatın səthi üzərindən tapılmış boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədədşalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X23 məxsus olduğu qeyd edilən 01 ədəd jaketin səthi üzərindən tapılmış boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədədşalvarın tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, X4 və X8 və sol əl barmaqlarının dırnaqlarından kəsilərək götürülmüş dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri və həmçinin Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın və 01 ədəd köynəyin tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan kompleks stasionar məhkəmə-psixoloji və psixiatrik ekspertizasının 28.09.2020-ci il tarixli, 90 nömrəli rəyindən görünür ki, stasionar məhkəmə psixiatrik ekspertizası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı psixiatrik ekspertiza zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiq və fərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci, 2-ci, 3-cü və 9-cu suallar üzrə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu” ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. 4-cü sual üzrə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 12 iyun 2009-cu il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol” tələblərinə görə Təqsirləndirilən şəxs hal-hazırda epileptik tutmaların olmamasına baxmayaraq, həmin tutmaların yenidən baş verməsi və təkrarlanmaması üçün onun istənilən şəraitdə həkim nəzarəti altında antikonvulsiv preparatlarla preventiv medikamentoz terapiyanı (qıcolma əleyhinə dərman vasitələri ilə qoruyucu mülaicəni) fasiləsiz davam etdirməsi məsləhət görülür. 5-ci sual üzrə. Təqsirləndirilən şəxs emosional-irad sferasında qıcığa qarşı həssaslıq, özünü iradi olaraq tənzimləməsində çətinlik, diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), təfəkkürünün torpid olması, abstrakt anlayışların dərk edilməsinin və proqnozlaşdırılmasının nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, qavrama prosesində lənglik aşkar olunur. İnadkarlıq, hövsələsizlik, kobudluq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. 6-cı sual üzrə. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində aqressivlik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən şəxsiyyət pozuntusu ilə əlaqədar olmuşdur. 7-ci sual üzrə. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən fizioloji affekt halında (güclü ruhi həyəcan vəziyyətində) olmamışdır. 8-ci sual üzrə. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam həcmdə dərk və idarə etmək qabiliyyətinə malik olmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10.12.2020-ci il tarixli, 9/4951 nömrəli rəyindən görünür ki, aparılmış tədqiqatın nəticələrinə görə, Bakı şəhərində yerləşən ovçu mağazalarında mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZB” modelli, 170232-58 nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəngin 8 may 2020-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 650 (altı yüz əlli) manat müəyyən olunur. Cinayət işinin materiallarında olan telefon məlumatlarının olduğu diskə baxış keçirilməsi barədə 02 iyul 2020-ci il tarixli protokoldan görünür ki, «Üzərində Baksell BKC/LGL 7220/20 yazısı olan disk ilkin olaraq istifadəmdə olan “ACER” markalı komputerin diskavod hissəsinə qoyuldu və baxıldı. Həmin diskdə üç ədəd qovluqğun olduğu müəyyən edildi. Həmin qovluqların hər birinə ayrılıqda daxil olunaraq baxış keçirildi. 055 *** ** ** nömrəli BakSell MMC-yə məxsus nömrənin İsmayıllı rayonunun Bizlan kənd sakini Təqsirləndirilən şəxs adına olması, anten dairəsi məlumatlarına əsasən 055 *** ** ** nömrəli BakSell MMC-yə məxsus nömrənin 07 may 2020-ci il tarixdə saat 16 radələrinədək Bakı şəhəri ərazisində, 08 may 2020-ci il tarixdə saat 22 radələrində İsmayıllı rayonunu Bizlan kəndi ərazisində , 09 may 2020-ci il tarixdə İsmayıllı şəhəri ərazisində olması, 055 *** ** ** nömrəyə Şahid6 məxsus 050 *** ** ** mobil nömrəsindən 10 may 2020-ci il tarixədək «Vüsal mən sabah saat 6-da tezdənnən gedib şikayətimi edəcəm», «şikayət etsəm sənə pis olacaq» kimi çoxsaylı və eyni məzmunlu SMS məntlərin daxil olduğu müəyyən olundu. İstintaq üçün əhəmiyyət kəsb edəcək başqa hal aşkar edilmədi. Qeyd olunan qovluqların içərisindəki qeydlər kağız formasında çıxarılaraq protokola əlavə edildi». Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin 18.08.2020-ci il tarixli arayışından görünür ki, TOZ-B modelli, 16 kalibrli, 170232-58 nömrəli yivsiz tüfəng DİN-nin Baş informasiya analitik mərkəzində talanmış və itirilmiş silahların uçotları üzrə müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan İsmayıllı RPŞ-dən daxil olmuş 09.06.2020-ci il tarixli, 169-11085-1220 nömrəli məktubdan görünür ki, İsmayıllı RPŞ-nin “Odlu silahların uçotu və qeydiyyatı kitabı”nda İsmayıllı rayon Bizlan kənd sakini X16 adına 06.11.2012-ci il tarixdə, 125/95 nömrəli şəhadətnamə əsasında təyinatı üzrə istifadəsinə icazə verilmiş “Tula” markalı, 16 çaplı, qoşa lülə, 170232 nömrəli yivsiz lüləli ov silahının olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan DSMF PHŞ-nin İsmayıllı rayon filialından daxil olmuş 08.09.2020-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, İsmayıllı rayon Bizlan kənd sakini xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Nazirlik tabeliyində DSMF publik hüquqi şəxsin İsmayıllı rayon fdilialında İİ qpup əlil olmaqla aylıq pensiya məbləği 231 (iki yüz otuz bir) manat 37 qəpik təşkil edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsindən daxil olmuş 14.09.2020-ci il tarixli, 760 nömrəli məktubundan görünür ki, İsmayıllı rayon şöbəsində qeydiyyatda olan 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamı”nin “Xəstəliklər cədvəli”nin 17 b maddəsinin İ qrafasına əsasən 20.10.2000-ci il tarixdən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək ehtiyata keçirilmişdir. Cinayət işinin materiallarında olan İsmayıllı RMX PHŞ-dən daxil olmuş 19.09.2020-ci il tarixli 1590 nömrəli məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü İsmayıllı rayonunun Bizlan kəndində qeydiyyatda olan, lakin faktiki olaraq ünvan 4 ünvanında yaşayan Qədirov X20 RMX-Cİ PHŞ-in poliklinika şöbəsinin “Ruhi-əsəb” kabinetində dispanser qeydiyyatdadır. 01.09.2020-ci il tarixində RMX-nın Təcili X1 “Nevralgiya” diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan İsmayıllı rayonunun Bizlan kənd icra nümayəndəliyindən daxil olmuş 27 may 2020-ci il tarxli, 29 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonunun Bizlan kənd sakini Qədirov X20 rayon İH-nin Bizlan kənd İƏD üzrə nümayəndəliyində 20162020-ci illər üzrə 01 nömrəli qaytanlanmış Təsərrüfat başına kitabın 40-cı səhifəsində 19 saylı şəxsi hesabda qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri Sabunçu rayonunda müvəqqəti yaşayır. Cinayət işinin materiallarında olan İsmayıllı RMX PHŞ-dən daxil olmuş 31.05.2020-ci il tarixli, №776 nömrəli məktubdan görünür ki, İsmayıllı rayon Bizlan kəndində qeydiyyatda olan və yaşayan 1982-ci il təvəllüdlü Qədirov X20 rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin ruhi-əsəb kabinetində 26.05.1998-ci il tarixindən “Epilepsiya nəticəsində yaranan şəxsiyyətin dəyişməsi” diaqnozu ilə ruhi-əsəb kabinetində dispanser qeydiyyatdadır, narkoloji və nevroloji kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan İsmayıllı RPŞ-dən daxil olmuş 01.06.2020-ci il tarixli, 169-10354-1220 nömrəli məktubdan və tələbnamədən görünür ki, məhkumluğu yoxlanılmış Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü, 120.2.7-ci, 120.2.9-cu, 29, 120.2.2-ci, 29, 120.2.10-cu, 232.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən və zərərçəkmiş şəxsin, habelə şahidlərin ibtidai araşdırma zamanı, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 120.2.4cü, 120.2.7-ci, 120.2.9-cu, 29, 120.2.2-ci, 29, 120.2.10-cu, 232.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməli düzgün tövsif olunmuş və o, tərətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Təqsirləndirilən şəxs elan edilmiş cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsini mübahisələndirsə də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü, 120.2.7-ci, 120.2.9-cu, 29, 120.2.2-ci, 29, 120.2.10-cu, 232.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və düzgün tövsif olunmuşdur. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, …İsmayıllı şəhərində tanımadığı mağazadan patron qatarı, beş ədəd təkgülləli patron və bir qutunun irəsində yarımçıq olmaqla sayını xatırlamadığı qədər qırma ilə doldurulmuş patronlar almışdır. Aldığı patronlar 16 kalibrli olmuşdur. Həmin patronları almaqda məqsədi bu olmuşdur ki, qardaşı Şamo onun işlərinə qarışdığına görə Bakı şəhərindən qayıdanda onu öldürsün. Fikirləşmişdir ki, kənddən ova gedən və s. şəxslərdən ov adı ilə tüfəng tapa bilər. …Zərinə də həmin vaxt ona demişdir ki, «sən də dur çıx get bu evdən». Zərinəyə əsəbi olduğu üçün demişdir ki, «mən babamla məsləhətə gəlmişəm, sən də bir tərəfdən mənim başımı xarab eləmə, durub indi səni də öldürəcəm, gedib Şamogili də öldürəcəm». Həmin vaxt babası ona «Zərinəyə əl vursan sənin var yoxunu belə edərəm» deyə nalayiq ifadə işlətmişdir» … «Tüfəngi qardaşını öldürmək üçün götürmüşdür». Fazilin evinin yaxınlığında Şamo ilə qarşılaşmışdır. Şamonun yanında oğlu İmaməli də olmuşdur. İmaməli Şamodan təxminən 6-7 metr aralı olmuşdur. Şamonu görüb maşını saxlamış, Şamo ona yaxınlaşanda maşına minən zaman tüfəngin hər iki lüləsini patronla doldurduğu tüfəngi əlinə götürüb maşının özü tərəfdən yan şüşə yerindən çıxarıb Şamonun qarın nahiyəsinə tuşlamış, Şamoya yaxın gəlməməsini bildirmiş, Şamo sol tərəfdən yaxınlaşaraq «mənəm, atəş açma» desə də o, bir atəş açmışdır. Şamo həmin vaxt ondan 3-4 addım məsafədə olmuşdur. Atəş açandan sonra Şamo qarnını tutub maşınının qabağına tərəf yıxılmış, elə bilmişdir ki, tüfənglə onu vurmuşdur. Atəş açanda İmaməli də Şamonun arxasında ondan 6-7 metr məsafədə olmuşdur. Maşını sürəndə Şamo maşının qabağından sağ tərəfə atılmış, keçib maşını evə tərəf sürmüşdür.» Zərərçəkmiş şəxs isə ibtidai istintaq zamanı verdiyi iifadəsində bildirmişdir ki, .. Vüsal oturan tərəfinə 2 metr yaxınlaşaraq «Vüsal, nə var, nə yox» deyə ona yaxınlaşmaq istədikdə Vüsal özü tərəfdən maşının aşağı olan yan şüşə yerindən tüfəng çıxardaraq ona tərəf tutmuş, tüfəngi görüb qorxusundan yanında olan İmaməli ilə birgə maşının qabağından digər tərəfinə, sağ tərəfinə keçmişdir. O, digər tərəfə keçərkən tüfəngdən atəş açılmış, lakin Vüsalın atəşi havaya, yoxsa hansısa istiqamətə atdığını bilməmişdir...Vüsal maşını sürüb gedərkən o və İmaməli maşının sağ tərəfində olmuşdur. Bunlardan başqa, Təqsirləndirilən şəxs barədə verilmiş kompleks stasionar məhkəmə-psixoloji və psixiatrik ekspertizasının 28.09.2020-ci il tarixli, 90 nömrəli rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu” ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Bundan başqa, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 12 iyun 2009-cu il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol” tələblərinə görə Təqsirləndirilən şəxs hal-hazırda epileptik tutmaların olmamasına baxmayaraq, həmin tutmaların yenidən baş verməsi və təkrarlanmaması üçün onun istənilən şəraitdə həkim nəzarəti altında antikonvulsiv preparatlarla preventiv medikamentoz terapiyanı (qıcolma əleyhinə dərman vasitələri ilə qoruyucu mülaicəni) fasiləsiz davam etdirməsi məsləhət görülür. Göründüyü kimi, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində qeyd etdiyi Təqsirləndirilən şəxs cinayət törədən zaman anlaqsız vəziyyətdə olması, həkim komissiyasının zərərçəkmiş tərəfin şikayət vermək ehtimalı olduğu üçün belə bir rəyin verməsi və təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi zərurəti haqqında dəlillər əsaslı deyil. Apelyasiya şikayətində göstərilən xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmamışdır. Ona görə də Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə zərurət yoxdur. Təqsirləndirilən şəxs həddən artıq ağır cəzanın təyin edilməsi barədə apellyasiya şikayətinə gəlincə isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs məhkum edildiyi CM-in 120.2.4-cü, 120.2.7-ci, 120.2.9-cu, 29, 120.2.2-ci, 29, 120.2.10-cu maddələrinin sanksiyasına əsasən, o, on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına, CM-in 232.1-ci maddəsinin sanksiyasına əsasən isə üç ildən beş ilədək azadlıqdan məhrum etmə müddətə cəzasına məhkum edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və аğırlаşdırаn hаllаrın olmasını, təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini, habelə Təqsirləndirilən şəxs iki qoca, bir birinə yaxın qohum olan şəxslərin gözləri qarşısında xüsusilə amansızcasına köməksiz şəxsi öldürmək məqsədi ilə armatur parçası ilə başlarına, bədənlərinin müxtəlif nahiyələrinə vuraraq ağır dərəcəli bədən xəsarəti yetirməklə halsız vəziyyətə gətirdikdən sonra onların əlləri və ayaqlarını bağlamaqla köməksiz vəziyyətdə qoymaqla öldürməsini, sonra odlu silahı oğurlayaraq qardaşı Zərərçəkmiş şəxs atəş açaraq öldürməyə cəhd etməsini, daha sonra gətirdiyi benzini evə tökərək yandırmaq istəməsi kimi hərəkətlərini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli olan ömürlük azadlıqdan məhrum etmə cəzası təyin etmiş, eləcə də cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа şikаyətinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(091)-79/2021 hökmü isə baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. nəticəvi hissə Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, və 407-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(091)-79/2021 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-219/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-219/2021
03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver