Məhkəmə qərarları › İş №1(107)-22/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-22/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-22/2022 12.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X5, müdafiəçi-Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2021ci il tarixli 1(019)-55/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 1(019)-55/2021 nömrəli (hakim Hümbət Səlimov) hökmü ilə, xx.xx.1995-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olan, Balakən rayonu Mahamalar kəndində pasport qeydiyyatında olan və ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilnib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3(üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 29 aprel 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunması, onunnarkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X13 Şəxsinə göndərilməsi, iş üzrə 107.91 (bir yüz yeddi manat 91 qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməsi, iş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan təmiz çəkisi 6.04 qram çəkidə və kompleks məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizanın rəyindən sonra faktiki çəkisi 6.02 qram olan narkotik vasitə-qurudulmuş marixuana, ümumi təmiz çəkisi 1.239 qram çəkidə və kompleks məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizanın rəyindən sonra faktiki çəkisi 1.039 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0.337 qram çəkidə və kompleks məhkəmə- bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizanın rəyindən sonra faktiki çəkisi 0.237 qram olan psixotrop maddəmetamfetamin və hər birinin içərisindən cüzi miqdarda metamfetamin hissəcikləri aşkar edilmiş ağ kağızdan hazırlanmış 01 ədəd boruşəkilli bükülü hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin,1 manatlıq pul əskinası dövlət nəfinə müsadirə olunsun. 01 ədəd CD diski cinayət işinin materiallarında saxlanılması müəyyən edilmişdir. işin halları: Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 1(019)-55/2021 nömrəli hökmü ilə əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixdə Balakən şəhəri, M.Əsədov küçəsi ilə piyada hərəkət edərək evinə getdiyi zaman taparaq qəsdən, qanunsuz olaraq əldə etdiyi dəmir qutunun içərisində olan 1 ədəd sellofan bükümdəki 6,04 qram çəkidə narkotik vasitə marixuananı, 1 ədəd sellofan bükümdəki 1,239 qram çəkidə kustar üsulla hazırlanmış heroini və 1 ədəd sellofan bükümdəki 0,337 qram çəkidə psixotrop maddə olan kustar üsulla hazırlanmış metamfetamini daşıyaraq yaşadığı ünvan 1 ünvanına gətirdikdən sonra narkotik vasitə olan heroini hər birində təmiz çəkiləri-0.751 qram, 0.115 qram, 0.281 qram, 0.092 qram olmaqla biri politilen, 3 ədədi isə gümüşü kağız bükümlərə ayırmaqla 4 ədəd bükümlərdə, psixotrop maddə metamfetamini isə hər birində təmiz çəkiləri-0.129 qram, 0.044 qram, 0.052 qram, 0.043 qram, 0.069 qram olmaqla biri politilen, 4 ədədi isə qızılı-ağ kağız bükümlərə ayırmaqla 5 ədəd bükümlərdə qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə, 01 ədəd sellofan bükümdə, təmiz çəkisi-6.04 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı isə aşkar etdiyi vəziyyətdə, həmin bükümdə qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, öz istehlakı məqsədi ilə yenidən həmin dəmir qaba qoyaraq əynində olan şalvarının sağ arxa cibində daşıyaraq saxlamışdır. 29.04.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Balakən rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində həmin tarixdə saat 23 radələrində onun üzərində şəxsi axtarış keçirilən zaman qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə edib daşıyaraq saxladığı həmin heroin və metanfetamin, eləcə də satış məqsədi olmadan, qəsdən, qanunsuz olaraq, əldə edib daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda həmin marixuana onun üzərindən, yəni qeyd edilən dəmir qabın içərisində şalvarının arxa sağ cibindən aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin dizpozisiyasında nəzərdə tutulmuş cinayət əməlləri Təqsirləndirilən şəxs tərəfindən törədilmədiyivə onların belə cinayət törətməsi nə ibtidai istintaq, nə də birinci instansiya məhkəməsində sübuta yetirildiyindən ona bəraət verilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz ərizəsi verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayətinin təmin olunmasını, Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 bildirdi ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən həm birinci instansiya məhjkəməsi, həm də apellyasiya instansiya məhkəməsi zamanı özünü təqsirli bilmiş, barəsində fiziki və pisixi zorakılığa qalması barədə heç bir şikayət etməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki,fərdi əməklə məşğul olaraq bərbər işləyir. Əvvəllər narkotik vasitələrdən istifadə etsə də hazırda istifadə etmir. 28.04.2021-ci il tarixdə saat 23-24 radələrində altı-yeddi nəfər polis əməkdaşı onun işlədiyi obyektə gəlmişlər və onu tutub üzərinə baxış keçirtmişlər. Sonra onun işlədiyi obyektdə axtarış apararaq oranı dağıtmışlar, lakin heç nə tapmamışlar. Bundan sonra onu Balakən rayon Polis Şöbəsinə gətirmişlər. Orada onu sıxıb, döyüb etiraf etdirmişlər ki, onda narkotik vasitə olmuşdur. O, narkotik vasitə tapmamış, onda narkotik vasitə olmamışdır. Ondakı xəsarət də maşına dəymə nəticəsində deyil, polislərin döyməsi nəticəsində yaranmışdır. Barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Balakən RPŞ-nin X2 baş əməliyyat müvəkkili vəzifəsində, polis polkovnik-leytenantı rütbəsində xidmət edir. 29 aprel 2021-ci il tarixdə Balakən şəhəri, M.Əsədov küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərində satış məqsədilə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olması və Təqsirləndirilən şəxs Balakən şəhəri, Heydər Əliyev prospektində yerləşən kişi bərbərxanasının qarşısında dayanması barədə aldığı məlumat əsasında Balakən RPŞ-yə məxsus idarə etdiyi “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Balakən RPŞ-nin X2 əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3lə qeyd edilən yerə getmişlər. Həmin vaxt saat təxminən saat 22:30 radələri olmuşdur. Orada bərbərxananın qarşısında bir nəfər şəxs olduğunu, həmin şəxsin əlamətlərinin ona verilən məlumatda Təqsirləndirilən şəxs zahiri və əynindəki geyiminin əlamətləri olaraq qeyd edilən əlamətlərə uyğun olduğunu görüb avtomobili saxlayıb ona yaxınlaşıb özlərini təqdim etmiş, həmin şəxs özünün Təqsirləndirilən şəxs olmasını təsdiq etmişdir. Onlar ona narkotik vasitələrin satışı ilə məşğul olması, üzərində satış məqsədilə narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olduğunu bildirərək Balakən RPŞ-nə dəvət etdikləri vaxt o qəfildən qaçmaq istədikdə ayağı büdrəyərək sol tərəfi dayanmış vəziyyətdə olan “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə dəyərək yıxılmışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs Balakən RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış keçirilən zaman onun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1 və digər polis əməkdaşları ilə birlikdə o da iştirak etmişdir. Şəxsi axtarış zamanı “Panasonic” markalı videokamera ilə videoçəkiliş aparılmışdır. Balakən RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı başqa bir qanunsuz saxladığı əşya varsa könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan cins şalvarın arxa sağ cibindən 1 ədəd dəmir qutu çıxarıb təqdim etmiş, həmin qutunun içərisinə baxıldıqda oradan 1 ədəd sellofan bükümdə tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi, 1 ədəd polietilen və 3 ədəd gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd polietilen və 4 ədəd qızılı-ağ rəngli kağız bükümlərdə psixotrop maddə olan metamfetaminə oxşar maddə, içərisində psixotrop maddənin hissəciklərinə oxşar maddə hisəcikləri olan 1 manatlıq pul əskinasından və ağ kağızdan hazırlanmış 2 ədəd boruşəkilli bükülülər aşkar edilmişdir. Elektron tərəzi vasitəsilə çəkildikdə 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin sellofanla birlikdə çəkisi 6.19 qram, 1 ədəd polietilen və 3 ədəd gümüşü rəngli kağız bükümlərdə olan narkotik vasitə heroinə oxşar maddənin polietilen və kağız bükümlərlə birlikdə çəkisi 1.69 qram, 1 ədəd polietilen və 4 ədəd qızılı-ağ rəngli kağız bükümlərdə psixotrop maddə olan metamfetaminə oxşar maddənin sellofan və kağız bükümlərlə birlikdə çəkisi 0.94 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirildiyi zaman əlavə olaraq qanunsuz olaraq saxlanılan əşya, vasitə aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi, 1 ədəd polietilen və 3 ədəd gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd polietilen və 4 ədəd qızılı-ağ rəngli kağız bükümlərdə olan psixotrop maddə metamfetaminə oxşar maddə, içərisində psixotrop maddənin hissəciklərinə oxşar maddə hissəcikləri olan 1 manatlıq pul əskinasından və ağ kağızdan hazırlanmış 2 ədəd boruşəkilli bükülülər 1 ədəd kağız zərfə qoyulub üzəri möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə olan marixuana və heroinə, psixotrop maddə metamfetaminə oxşar kütlələri 28.04.2021-ci il tarixdə yaşadığı evə gedərkən küçədə yerdən tapdığını, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini öz şəxsi istifadəsi üçün, narkotik vasitə heroinə oxşar maddə və psixotrop maddə metamfetaminə oxşar maddəni isə satmaq üçün üzərində saxladığını bildirmişdir. O,həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs polis Şöbəsinə dəvət edilərkən,Polis Şöbəsində olarkən ona heç bir fiziki və ya psixi təsir göstərilməmişdir.Təqsirləndirilən şəxs Polis şöbəsinə dəvət edilərkən qaçmaq istəmiş həmin vaxt maşına dəymişdir. Döyülməsi barədə Təqsirləndirilən şəxs göstərdiyi xüsusastların heç biri həqiqətə uyğun deyildir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Qarayev X15 RPŞ-nin X2 baş əməliyyat müvəkkili Şahid2 ilə eyni məzmunlu ifadə verərək ifadəsində onun göstərdiklərini təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Balakən RPŞ-nin X2 sabiq əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə teleqram göndərərək iş yerinin dəyişməsi ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərini dinləyib, işdə olan sənədlərə baxaraq Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Balakən RPŞ-nin X2 əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki,Balakən RPŞ-nin X2 əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. 29 aprel 2021-ci il tarixdə Balakən RPŞ-nin X2 baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid2 Balakən şəhəri, M.Əsədov küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərində satış məqsədilə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olması və Təqsirləndirilən şəxs özünün Balakən şəhəri, Heydər Əliyev prospektində yerləşən kişi bərbərxanasının qarşısında dayanması barədə aldığı məlumat əsasında Şahid2 və Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3lə Balakən RPŞ-yə məxsus “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə qeyd edilən yerə getmişlər. Həmin vaxt saat təxminən 22:30 radələri olmuşdur. Orada bərbərxananın qarşısında bir nəfər gənc oğlanın dayandığını, həmin şəxsin daxil olan məlumatda Təqsirləndirilən şəxs zahiri və əynindəki geyiminin əlamətləri olaraq qeyd edilən əlamətlərə uyğun gəldiyini görüb avtomobili saxlayıb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs özünün Təqsirləndirilən şəxs olmasını təsdiq etmişdir. Ona narkotik vasitələrin satışı ilə məşğul olması, üzərində satış məqsədilə narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olduğunu bildirərək Balakən RPŞ-yə dəvət etdikdə o qəflətən qaçmaq istədikdə ayağı büdrəyərək sol tərəfi dayanmış vəziyyətdə olan “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilin qabaq sol küncünə dəyərək yerə yıxılmışdır.Daha sonra onlar Təqsirləndirilən şəxs Balakən RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış keçirilən zaman onun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1 və digər polis əməkdaşları ilə birlikdə o da iştirak etmişdir. Şəxsi axtarış başlamazdan əvvəl baş təhqiqatçı, polis mayoru Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı başqa bir qanunsuz saxladığı əşya varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın arxa sağ cibindən 1 ədəd dəmir qutu çıxarıb təqdim etmiş, həmin qutunun içərisinə baxıldıqda oradan 1 ədəd sellofan bükümdə tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi, 1 ədəd polietilen və 3 ədəd gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd polietilen və 4 ədəd qızılı-ağ rəngli kağız bükümlərdə psixotrop maddə olan metamfetaminə oxşar maddə, içərisində psixotrop maddənin hissəciklərinə oxşar maddə hissəcikləri olan 1 manatlıq pul əskinasından və ağ kağızdan hazırlanmış 02 ədəd boruşəkilli bükülülər aşkar edilmişdir. Elektron tərəzi vasitəsilə çəkildikdə 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin sellofanla birlikdə çəkisi 6.19 qram, 01 ədəd polietilen və 03 ədəd gümüşü rəngli kağız bükümlərdə olan narkotik vasitə heroinə oxşar maddənin polietilen və kağız bükümlərlə birlikdə çəkisi 1.69 qram, 1 ədəd polietilen və 4 ədəd qızılı-ağ rəngli kağız bükümlərdə psixotrop maddə olan metamfetaminə oxşar maddənin sellofan və kağız bükümlərlə birlikdə çəkisi 0.94 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirildiyi zaman əlavə olaraq qanunsuz olaraq saxlanılan əşya, vasitə aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi, 1 ədəd polietilen və 3 ədəd gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd polietilen və 4 ədəd qızılı-ağ rəngli kağız bükümlərdə psixotrop maddə olan metamfetaminə oxşar maddə, içərisində psixotrop maddənin hissəciklərinə oxşar maddə hissəcikləri olan 1 manatlıq pul əskinasından və ağ kağızdan hazırlanmış 2 ədəd boruşəkilli bükülülər 1 ədəd kağız zərfə qoyulub üzəri Balakən RPŞ-nin “Arayışlar üçün” 185 nömrəli möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə olan marixuana və heroinə, psixotop maddə metamfetaminə oxşar kütlələri 28.04.2021-ci il tarixdə yaşadığı evə gedərkən Balakən şəhəri, M.Əsədov küçəsində yerdən tapdığını, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini öz şəxsi istifadəsi üçün, narkotik vasitə heroinə oxşar maddə və psixotrop maddə metamfetaminə oxşar maddəni isə satmaq üçün üzərində saxladığını bildirmişdir. İşin 20-23-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında 29 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 29 aprel 2021-ci il tarixdə saat 23:15 radələrindən 23:45 radələrinədək davam edən şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs əynində göy rəngli gödəkçə, qırmızı rəngli köynək, göy rəngli cins şalvar, qara rəngli dəri ayaqqabı olmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən dəmir qutu çıxararaq təqdim etmişdir. Həmin qutu açıldıqda qutunun içərisində qayçı, gümüşü falqalı kağızlar, alışqan olmuşdur. Bundan əlavə qutudan şəffaf polietilen bükümdə tünd yaşıl rəngli spesifik iyə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur.Bundan əlavə şəffaf sellofan bükümdə kristal formada psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Digər şəffaf polietilen bükümdə tünd qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Qutunun içərisindən iki ədəd kağız borucuqlar aşkar olunmuşdur. Qutuda olan gümüş falqalı kağız bükümü açdıqda kristal formada psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Digər gümüşü rəngli kağız bükümü açdıqda tünd qəhvəyi rəngli toz halında heroinə oxşar maddə aşkar olunmuşdur. Daha 3 ədəd gümüş falqalı bükümlərdə psixotrop maddə metamfetaminə oxşar maddə, iki ədəd gümüş falqalı kağız bükümlərdə tünd qəhvəyi rəngli tünd qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Aşkar olunmuş 1 ədəd polietilen bükümdə olan tünd yaşıl rəngli spesifik iyi olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkildikdə çəkisi 6.19 qram gəlmişdir. 1 ədəd polietilen və 3 ədəd gümüş falqalı kağıza bükülmüş tünd qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə oxşar maddə elektron tərəzidə çəkilmiş və çəkisi 1.69 qram gəlmişdir. Digər 1 ədəd polietilen və 4 ədəd gümüş falqalı kağız bükümlərdə olan psixotrop maddə metamfetaminə oxşar maddə elektron tərəzidə çəkilmiş və çəkisi 0.94 qram gəlmişdir. Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd polietilen bükümdə narkotik tərkibli qurudulmuş marixuanaya oxşar kütlə, 4 ədəd bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və 5 ədəd bükümdə kristal formada psixotrop maddə metamfetaminə oxşar maddə, 2 ədəd kağız borular 01 ədəd kağız zərfə qoyularaq möhürlənərək maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş maruixuanaya oxşar kütlənin özü tərəfindən qəbul edildiyini, psixotrop maddə olan metamfetaminə oxşar maddə və narkotik vasitə heroinə oxşar maddəni isə satacağını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni, narkoitk vasitə heroinə oxşar maddəni və psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddəni 28.04.2021-ci il tarixdə evə gedən zaman yolda yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları onun kişi bərbərxanasının qarşısında dayandığı zaman özlərini təqdim etdikdə qaçan zaman maşına dəydiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axarış aparılan zaman videoçəkiliş aparılmış, çəkiliş diski protokola əlavə edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılardan şikayət, təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 30-33-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X14 Bölməsinin 30 aprel 2021-ci tarixli, 17/313 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübutlar....” sözləri yazılmış zərfin içərisindəki ; -01 ədəd sellofan bükümdə, təmiz çəkisi-6.04 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. -01 ədəd polietilen və 03 ədəd gümüşü rəngli kağız bükümlərdə uyğun olaraq ayrıayrılıqda təmiz çəkiləri-0.751 qr, 0.115 qr, 0.281 qr, 0.092 qr, ümumi təmiz çəkisi 1.239 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroinlərdir. -01 ədəd polietilen və 04 ədəd qızılı-ağ rəngli kağız bükümlərdə uyğun olaraq ayrıayrılıqda təmiz çəkiləri-0.129 qr, 0.044 qr, 0.052 qr, 0.043 qr, 0.069 qr, ümumi təmiz çəkisi0.337 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminlərdir, -1 manatlıq pul əskinasından və ağ kağızdan hazırlanmış 02 ədəd boruşəkilli bükülülərin hər birinin içərisindən aşkar edilmiş cüzi miqdarda maddə hissəcikləri-metamfetamin hissəcikləridir. Həmin metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərinin müəyyən etmək mümkün olmadı. İşin 119-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Gəncə Şəhəri Narkoloji Dispanserinin 22 may 2021-ci il tarixli 569 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 18-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2021-ci ildə saat 23:00-də-də Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 79-82-ci vərəqələrində olan Balakən Rayon Məhkəməsinin 01 may 2021-ci il tarixli 4(019)-35/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 iyul 2021-ci il tarixdən hesablanmışdır. Həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu bildirmişdir. İşin 88-91-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsininin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli 4(107)42/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Rspublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədlbiri seçilməsinə dair Balakən Rayon Məhkəməsinin 01 may 2021-ci il tarixli 4(019)-35/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu bildirmişdir. İşin 84-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 110-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Mahamalar kəndində qeydiyyatdadır. İşin 111-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İbrahimov X1 qeydiyyatda olmasına baxmayaraq ,faktiki olaraq ailəsi ilə birgə şəhərin M.Əsədov küçəsi 65 saylı ünvanda yaşayır. İşin 111/ a vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Mahamalar kənd sakinidir, himayəsində atası, anası qardaşı, arvadı və 18.11.2020-ci il təvəllüdlü qızı Aylin vardır. İşin 112-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X19 Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 18.01.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 493158 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 18.11.2020ci ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X7 qeyd edilmişdir. İşin 121-130-cu vərəqələrində olan 26 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut 01 (bir) ədəd möhürlənmiş zərfdə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 6.04 qram çəkidə və kompleks məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizanın rəyindən sonra faktiki çəkisi 6.02 qram olan narkotik vasitə-qurudulmuş marixuana, ümumi təmiz çəkisi 1.239 qram çəkidə və kompleks məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizanın rəyindən sonra faktiki çəkisi 1.039 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0.337 qram çəkidə və kompleks məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizanın rəyindən sonra faktiki çəkisi 0.237 qram olan psixotrop maddəmetamfetamin və hər birinin içərisindən cüzi miqdarda metamfetamin hissəcikləri aşkar edilmiş 1 manatlıq pul əskinasından və ağ kağızdan hazırlanmış 02 ədəd boruşəkilli bükülülər saxlanması üçün Balakən RPŞ-yə təhvil verilmişdir. Cinayət işinin istintaqı zamanı və şəxsi axtarışlar zamanı həkk edilmiş 01 ədəd CD diski obyektiv və iş materiallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin dizpozisiyasında nəzərdə tutulmuş cinayət əməlləri Təqsirləndirilən şəxs tərəfindən törədilmədiyivə onların belə cinayət törətməsi nə ibtidai istintaq, nə də birinci instansiya məhkəməsində sübuta yetirildiyindən ona bəraət verilməsini xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə kollegiyasında verdiyi ifadəsində Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ona qarşı irəli sürülən cinayət əməlini törətmədiyini bildirsə də, ancaq cinayət işində olan şəxsi axtarış və götürmə barədə protokoldan və video görüntüdən (cild 1, i. v. 20-23), 30 aprel 2021-ci ildə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən (cild 1, i. v. 37-39, 59-61), görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə olan marixuana və heroinə, psixotrop maddə metamfetaminə oxşar kütlələri 28.04.2021-ci il tarixdə yaşadığı evə gedərkən küçədə yerdən tapdığını, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini öz şəxsi istifadəsi üçün, narkotik vasitə heroinə oxşar maddə və psixotrop maddə metamfetaminə oxşar maddəni isə satmaq üçün üzərində saxladığını bildirmişdir Bundan başqa Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Balakən Rayon Məhkəməsinin 01 may 2021-ci ildə keçirilən məhkəmə iclasında verdiyi izahatdan (cild 1 i. v. 79-82), görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu bildirmişdir. Bundan başqa, iş materiallarında olan Gəncə Şəhəri Narkoloji Dispanserinin 22 may 2021-ci il tarixli 569 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bunlardan əlavə, məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 bildirmişdir ki, Təqsirləndirilən şəxs polis şöbəsində işgəncəyə, qəddar, qeyri-insani rəftara, fiziki və psixi təsirə məruz qalması ilə bağlı tərəflərindən Balakən Rayon Prokurorluğuna məlumat verilmiş, lakin iş üzrə hər tərəfli, tam və obyektiv araşdırma aparılmadan prokurorluğun müstəntiqi X11 tərəfindən 17 iyul 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 17 iyul 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından tərəfimizdən şikayət verilmişdir. Bundan sonra şikayətimiz təmin olunmuş sözügedən qərar qanunsuz hesab edilmiş və iş yenidən araşdırma aparılması üçün Balakən Rayon Prokurorluğuna qaytarılmışdır. Balakən Rayon Prokurorluğunun 12 yanvar 2022-ci il tarixli 68C-21 nömrəli məktubundan görünür ki, Balakən Rayon Prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X11 tərəfindən 21 dekabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdi. Digər tərəfdən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Beləliklə, Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi X8 apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 44.2.2, 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2021ci il tarixli 1(019)-55/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar