Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-22/2023 01.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X20 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X1, bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X15 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320.2-ci maddələri ilə bəraət verilməsinə dair Zərdab Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Gülər İsayevə tərəfindən verilmiş apelyasiya protestinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Zərdab Rаyоn Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 1(035)-11/2022 nömrəli (Hakim Tаhir Qubаdоv) hökmü ilə, xx.xx.1961-ci ildə Zərdab rayonunda аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zərdab rayonu Burunlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, bаrəsində “bаşqа yerə getməmək bаrədə iltizаm” qətimkаn tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarıldığından iş üzrə ekspertiza xərcinə görə ödənilməli olan 110 manat ekspertiza xərci dövlət hesabına aid edilməsi müəyyən edilmişdir. işin halları: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Zərdab rayon Burunlu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 15 nömrəli qərarı ilə 50 il müddətinə 10 hektar kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün icarəyə verilmiş torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair JN-7711 KOD 90510028 nömrəli şəhadətnamənin istintaqa məlum olmayan şəxs tərəfindən heyvandarlıq hissəsinin əkinçilik ilə dəyişdirilərək saxtalaşdırıldığını bilə-bilə həmin saxta sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli, 283 saylı qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarının əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarının, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi” Qaydalarına uyğun olaraq yardım almaq məqsədilə Zərdab RİHB-nın Məlikli kənd ərazisi üzrə yaradılmış komissiyasına təqdim edərək aldatmaqla 1020 manat məbləğində subsidiyanın "xxxx" ASC-də adına açılmış kart hesabına köçürülməsi yolu ilə talayaraq dələduzluq etmişdir. Bundan başqa, ittihama görə Təqsirləndirilən şəxs təkrarən xx.xx.2017-ci il tarixdə Zərdab rayon Burunlu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 15 nömrəli qərarı ilə 50 il müddətinə 10 hektar kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün icarəyə verilmiş torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair JN-7711 KOD 90510028 nömrəli şəhadətnamənin istintaqa məlum olmayan şəxs tərəfindən heyvandarlıq hissəsinin əkinçilik ilə dəyişdirilərək saxtalaşdırıldığını bilə-bilə həmin saxta sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli, 283 saylı qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarının əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarının, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi” Qaydalarına uyğun olaraq yardım almaq məqsədilə Zərdab RİHB-nın Məlikli kənd ərazisi üzrə yaradılmış komissiyasına təqdim edərək aldatmaqla 980 manat məbləğində subsidiyanın "xxxx" ASC-də adına açılmış kart hesabına köçürülməsi yolu ilə talayaraq dələduzluq etmişdir. Bundan başqa, ittihama görə Təqsirləndirilən şəxs təkrarən xx.xx.2018-ci il tarixdə Zərdab rayon Burunlu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 15 nömrəli qərarı ilə 50 il müddətinə 10 hektar kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün icarəyə verilmiş torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair JN-7711 KOD 90510028 nömrəli şəhadətnamənin istintaqa məlum olmayan şəxs tərəfindən heyvandarlıq hissəsinin əkinçilik ilə dəyişdirilərək saxtalaşdırıldığını bilə-bilə həmin saxta sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli, 283 saylı qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarının əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarının, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi” Qaydalarına uyğun olaraq yardım almaq məqsədilə Zərdab RİHB-nın Məlikli kənd ərazisi üzrə yaradılmış komissiyasına təqdim edərək aldatmaqla 1020 manat məbləğində subsidiyanın "xxxx" ASC-də adına açılmış kart hesabına köçürülməsi yolu ilə talayaraq dələduzluq etmişdir. Bundan başqa, ittihama görə Təqsirləndirilən şəxs təkrarən xx.xx.2019-ci il tarixdə Zərdab rayon Burunlu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 15 nömrəli qərarı ilə 50 il müddətinə 10 hektar kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün icarəyə verilmiş torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair JN-7711 KOD 90510028 nömrəli şəhadətnamənin istintaqa məlum olmayan şəxs tərəfindən heyvandarlıq hissəsinin əkinçilik ilə dəyişdirilərək saxtalaşdırıldığını bilə-bilə həmin saxta sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli, 283 saylı qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarının əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarının, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi” Qaydalarına uyğun olaraq yardım almaq məqsədilə Zərdab rayon DAİM-ə təqdim edərək aldatmaqla 820 manat məbləğində subsidiyanın "xxxx" ASC-də adına açılmış kart hesabına köçürülməsi yolu ilə talayaraq dələduzluq etmişdir. Bundan başqa, ittihama görə Təqsirləndirilən şəxs təkrarən xx.xx.2020-ci il tarixdə Zərdab rayon Burunlu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli ,15 nömrəli qərarı ilə 50 il müddətinə 10 hektar kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün icarəyə verilmiş torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair JN-7711 KOD 90510028 nömrəli şəhadətnamənin istintaqa məlum olmayan şəxs tərəfindən heyvandarlıq hissəsinin əkinçilik ilə dəyişdirilərək saxtalaşdırıldığını bilə-bilə həmin saxta sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli, 283 saylı qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarının əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarının, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi” Qaydalarına uyğun olaraq yardım almaq məqsədilə Zərdab rayon DAİM-ə təqdim edərək aldatmaqla 1000 manat məbləğində subsidiyanın "xxxx" ASC-də adına açılmış kart hesabına köçürülməsi yolu ilə talayaraq dələduzluq etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Zərdab Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestində hökmün qanunsuz və əsassız olduğunu əsas gətirərək ləğv edilməsini və Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs verilmiş apellyasiya protestinə etiraz edərək apellyasiya protestinin təmin edilməməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X12 apellyasiya protestinin təmin edilməsini və birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək yeni ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçi X21 verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş hüquqi şəxslər Zərdab rayon DAİM-in nümayəndəsi və Zərdab rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Zərdab rayon İcra Hakimiyyətinin nümayəndəsi X9 ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Zərdab Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli oğlu tərəfindən verilmiş apellyasiya protesti ilə tam razı oluğunu, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham hökmünün çıxarılmasını, həmçinin məhkəmə kollegiyası iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərdab rayon DAİM-in nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Zərdab və Şəki şəhərləri arasındakı məsafənin uzaq olması səbəbindən məhkəmə kollegiyası iclasında iştirak edə bilmədiyini, ona görə də məhkəmə iclasının onun işitirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Gülər İsayevə tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320.2-ci maddələri ilə bəraət verilməsinə dair Zərdab Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsinin) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərdab rayonunun Burunlu kəndində yaşayır. Zərdab rayon X6 xx.xx.1998-ci il tarixli, 01 saylı qərarına əsasən onun (və ailə üzvlərinin) mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 4.10 ha pay torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağın Mülkiyyət Hüququna dair JN-0089 kod 90510028 olan Dövlət Aktı verilmişdir. Bundan başqa Zərdab rayonu Burunlu kənd bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2005-ci il tarixli, 01 saylı icarə müqaviləsinə əsasən icarəsinə Burunlu kəndi ərazisindən 50 il müddətinə 10 ha torpaq sahəsi verilmişdir. Həmin icarə müqaviləsi əsasında ona həm də X7 Hüququna dair JN-7711 KOD 90510028 olan şəhadətnamə verilmişdir. Hən icarə müqaviləsində, həm də şəhadətnamədə torpaq sahəsinin iki məqsədlə, yəni kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə verildiyi göstərilmişdir. Ona görə də istər pay torpaq sahəsində, istərsə də icarə torpağında kənd təsərrüfatı istehsalına aid olan əkin (buğda, arpa, çəltik, yonca) əkmişdir. Ötən 16 il müddətində onun həmin icarə torpağında əkin əkməsinə heç kim - nə bələdiyyə, nə də ki, torpaqdan istifadəyə nəzərəti həyata keçirən dövlət orqanları tərəfindən pretenziya irəli sürülməmişdir. Yalnız onu qanunsuz və əsassız işdən – kənd icra nümayəndəsi vəzifəsindən çıxardığı üçün Zərdab rayon İcra Hakimiyyəti başçısı Mərdan Camalzadəyə qarşı məhkəməyə iddia verdikdən sonra ona qarşı icra başçısı Mərdan Camalzadə tərəfindən basqılar başlanmış, barəsində haq-nahaq cinayət işi başlatmaq istəmiş, polis şöbəsinə mraciət edərək, üzünə adam durdurmaq istəmiş, lakin polis şöbəsində dindirilən şəxslər onun əleyhinə izahat vermədikləri üçün barəsində cinayət işi başlanmamışdır. Bu dedikləri hazırkı cinayət işinin materialları ilə də təsdiq olunur. Bundan sonra Mərdan Camalzadə 2021-ci ilin may ayında Zərdab rayon prokurorluğuna məktub göndərərək guya onun sözügedən icarə torpağında saxta şəhadətnamə əsasında qanunsuz olaraq əkin əkməsi və subsidiya alması barədə məlumat vermiş, həmin məlumat əsasında hazırkı cinayət işi başlanmışdır. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, sözügedən icarə torpaq sahəsi ona iki məqsədlə, yəni kənd təsərrüfatı və heyvandarlıq məqsədi ilə verilmişdir. Bu barədə həm icarə müqaviləsində, həm də şəhadətnamədə açıq-aydın yazılmışdır. Məhsul bolluğunun və ərzaq təhlükəsizliyinin təmini üçün əkin əkilməsinin təşfiqi məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Höküməti hətta “subsidiya”ların verilməsinə başlamışdır ki, torpaq sahələri boş qalmasın, əkilsin, səmərəli istifadə olunsun. O, da hökümətin siyasətinə, həm də icarə müqaviləsinin şərtlərinə uyğun olaraq əkin əkmiş və subsidiya verilməsi məsələsinə baxılması üçün başqaları kimi lazımı sənədləri - şəhadətnamənin əslini Zərdab RİHB-nın Məlikli kənd ərazisi üzrə yaradılmış komissiyaya, daha doğrusu komissiyanın sədri - kənd icra nmayəndəsi Şahid4 təqdim etmişdir. Şahid4 sənədlərin və şəhadətnamənin surətini çıxartdıqdan sonra əslini ona qaytarmışdır. Şəhadətnamənin əsli hazırda da özündədir və heç bir dəyişiklik edilməmişdir. Lazım olarsa məhkəməyə təqdim edə bilər. Onun şəhadətnaməsi saxta deyildir, o, həmin şəhadətnaməni saxtalaşdırmamış, nə də ki, komissiyaya saxta şəhadətnamə təqdim etməmişdir. Ümumiyyətlə saxtalaşdırılmış halda olduğu iddia edilən şəhadətnamənin özü mövcud deyildir. Cinayət işinə əlavə edilən isə kserosurətdir. Kserosurətlər sənəd kimi qəbul edilə bilməz. O, subsidiya almaq üçün nə Məlikli kənd ərazisi üzrə yaradılmış komissiyaya, nə də ki, Zərdab rayon DAİM-ə saxtalaşdırılmış şəhadətnamə təqdim etməmişdir. Məlikli kənd ərazisi üzrə yaradılmış komissiyaya yalnız bir dəfə, yəni 2016-cı ildə müraciət etmiş və lazım olan şəhadətnamənin və Dövlət aktının əslini təqdim etmişdir. Sonrakı illərdə isə həmin komissiyaya ümumiyyətlə nə ərizə vermiş, nə də ki, hər hansı bir sənəd təqdim etməmişdir. Onun adından verilən ərizə və sənədləri kamissiyanın sədri Şahid4 özü hazırlayıb Rayon komisiyasına təqdim etmişdir. Hətta 2018-ci ildə onun adından yazılmış ərizədə onun imzası belə yoxdur, ərizə imzasızdır. 2017-ci il il üçün subsidiya alsa da, komissiyada nə ərizəsi, nə də ki, sənədləri ümumiyyətlə yoxdur. 2016-cı ildə adından yazılan ərizəni sadəcə imzlamışdır, ərizəni isə onun adından Şahid4 kompütür vasitəsi ilə çap edərək yazmışdır. 2019-cu ilə kimi qayda belə idi ki, subsidiyanın verilməsi ilə bağlı sənədlər “kənd ərazisi üzrə yaradılmış komissiya”lar tərəfindən toplanılaraq yoxlandıqdan sonra “Rayon komisiya”sına təqdim olunurdu, öz növbəsində “Rayon komisiya”sı toplanmış sənədləri yoxladıqdan sonra Azərbaycan Respublikası X13nə göndərirdi. Hesab edir ki, əgər onun sənədində hər hansı bir saxtalıq olsaydı bu komissiyalar - istər yerli, istərsə də, rayon komissiyası tərəfindən müəyyən olunardı. Lakin, həmin vaxt belə bir halı komissiylar məyyən etməmişlər. Necə ola bilər ki, ona torpağı icarəyə verən bələdiyyənin sədri həm də yerli komissiyanın üzvü olaraq sözügedən şəhaətnamədə iddia olunan dəyişikliyi (saxtalaşdırmanı) görməsin. Axı komissiyanın üzvü olan bələdiyyə sədri torpağın ona hansı məqsədlə verildiyini bilirdi. Həm də, o, subsidiya almaq üçün kamissiyaya, konkret olaraq Şahid4 saxta sənəd təqdim edə bilməzdi. Belə ki, Şahid4 kamissiya sədri olaraq ayrı-ayrı vətəndaşların əkin sahələri barədə məlumatı şişirdilmiş şəkildə verərək artıq subsidiya ayrılmasına nail olması barədə, o, özü şəxsən hələ 2014cü ildə Zərdab rayon prokurorluğuna məlumat vermiş, bu barədə araşdırma aparılmış, lakin xx.xx.2014-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Belə olan təqdirdə, o, nə üçün Şahid4 saxta sənəd verməli idi ki, o da bundan ona qarşı istifadə edə bilsin. 2019-cu ildə isə subsidiyanın verilməsi ilə bağlı sənədlər Zərdab rayon DAİM-in vasitəsi ilə X18 İnformasiya Sistemi üzərindən həyata keçirilməyə başlamışdır. O, vaxtı ilə subsidiyanın verilməsi ilə bağlı “kənd ərazisi üzrə yaradılmış komissiya”ya təqdim etdiyi sənədi – şəhadətnamə və Dövlət Aktını bu dəfə Zərdab rayon DAİM-ə də təqdim etmiş və ona subsidiya verilmişdir. 2021-ci ildən isə pay torpaq sahəsinə görə ona subsidiya verilsə də, icarə torpağına görə subsidiya verilməmişdir. Təqdim etdiyi şəhadətnamə X18 İnformasiya Sistemində hazırda da qalmaqdadır və saxta deyildir. Halbu ki, o, Zərdab rayon DAİM-ə də saxta sənəd təqdim etməkdə ittiham olunur. Ona verilən subsidiyalar "xxxx" ASC-də adına açılmış kart hesabına köçürülmüşdür. Onun adına açılmış kart hesabına təkcə icarə torpağında əkdiyi əkinə görə verilən subsidiyalar deyil, həm də pay torpağında əkin əkməyə, saxladığı baramaya, əkdiyi pambığa görə ödənilən subsidiyalar ödənilmişdir. Bu səbəbdən edilən köçürmələri ayırd edə bilməmişdir. Onun dövlətin pulunu - verilən subsidiyanı dələduzluq yolu ilə ələ keçirtmək niyyəti heç vaxt olmamışdır. O, əslində istər pay torpağında, istərsə də icarə torpağında real olaraq əkin əkmişdir. Bu istintaq materialları ilə də təsdiq olunur. Əkdiyi əkinə subsidiyanın verilməli olubolmamasını müəyyən etmək səlahiyyəti “yerli komissiya”nın, “rayon komissiyası”nın və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının funksiyasına aid olan məsələdir. O, heç kmi ona subsidiya verməyə məcbur etməmişir. Əgər ona subsidiya verilməli deyildisə, buna görə yuxarıda adını çəkdiyi qurumlar məsuliyyət daşımalıdır. Necə ki, müraciət etməsinə baxmayaraq 2021-ci ildən icarə torpağında əkdiyi əkinə görə ona subsidiya hesablanmamışdır. Ona görə də ittiham üzrə özünü təqsirli bilmir, üstündən həmin ittihamın götürülməsini, bəraətverici əsaslarla cinayət məsuliyyətindən azad olunmasını və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs Zərdab rayon İcra Hakimiyyətinin nümayəndəsi qismində dindirilən Nümayəndə2 оğlu ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli, 283 saylı qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarının əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarının, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi” Qaydalarına uyğun olaraq yardımların, yəni subsidiyaların verilməsi ilə bağlı “kənd icra nümayəndəliklərinin tabeliyində olan ərazi komissiya”ları və “rayon icra hakimiyyətinin tabeliyində olan rayon komissiyası” yaradılmışdır. O cümlədən Zərdab RİHB-nın Məlikli kənd ərazisi üzrə komissiya yaradılmışdır. 2019-cu ilə kimi qayda belə idi ki, subsidiyanın verilməsi ilə bağlı sənədlər “kənd ərazisi üzrə yaradılmış komissiya”lar tərəfindən toplanılaraq yoxlandıqdan sonra “Rayon komissiya”sına təqdim olunurdu, öz növbəsində “Rayon komissiya”sı toplanmış sənədləri yoxladıqdan sonra Azərbaycan Respublikası X13nə göndərirdi. 2019-cu ildən isə subsidiyanın verilməsi ilə bağlı sənədlər Kənd Təsərrüfatı Nazirliyinin Zərdab rayon DAİM-in vasitəsi ilə X18 İnformasiya Sistemi üzərindən həyata keçirilməyə başlamışdır. 2021-ci ilin may ayında Zərdab rayon İcra Hakimiyyəti başçısı Mərdan Camalzadəyə hazırkı Təqsirləndirilən şəxs saxta şəhadətnamə əsasında subsidiya alması barədə məlumat daxil olduğu üçün Zərdab rayon prokurorluğuna məktub göndərərək məlumat vermiş, həmin məlumat əsasında hazırkı cinayət işi başlanmışdır. Doğrudur icarə müqaviləsində və şəhadətnamədə torpaq sahəsinin Təqsirləndirilən şəxs kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə verildiyi göstərilmişdir. Lakin, sahə örüş yeri olmuşdur. Cinayət işinin istintaqı nəticəsində müəyyən olunmuşdur ki, həqiqətən Təqsirləndirilən şəxs saxta şəhadətnamə təqdim edib subsidiya alaraq cinayət etmişdir. Konkret illər üzrə Təqsirləndirilən şəxs nə qədər subsidiya alması barədə müfəssəl məlumatı yoxdur. Doğrudur Rayon İcra Hakimiyyəti başçısı Mərdan Camalzadə 2021-ci ilin aprel ayında Təqsirləndirilən şəxs Yuxarı Setilər kənd icra nümayəndsi vəzifəsindən azad etdiyi üçün Təqsirləndirilən şəxs Mərdan Camalzadəni məhkəməyə vermişdir. Lakin, hazırkı işin həmin məsələ ilə heç bir bağlılığı yoxdur. Sözügedən şəhadətnamənin konkret olaraq nə vaxt və kim tərəfindən saxtalaşdırılması, eləcə də saxtalaşdırılmış halda olan şəhadətnamənin özünün (saxta əslin) harada olması barədə onda məlumat yoxdur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs Zərdab rayon DAİM-in nümayəndəsi qismində dindirilən Nümayəndə1 оğlu ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli, 283 saylı qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarının əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarının, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi” Qaydalarına uyğun olaraq yardımların, yəni subsidiyaların verilməsi ilə bağlı “kənd icra nümayəndəliklərinin tabeliyində olan ərazi komissiya”ları və “rayon icra hakimiyyətinin tabeliyində olan rayon komissiyası” yaradılmışdır. O cümlədən Zərdab RİHB-nın Məlikli kənd ərazisi üzrə komissiya yaradılmışdır. 2019-cu ilə kmi qayda belə idi ki, subsidiyanın verilməsi ilə bağlı sənədlər “kənd ərazisi üzrə yaradılmış komissiya”lar tərəfindən toplanılaraq yoxlandıqdan sonra “Rayon komissiya”sına təqdim olunurdu, öz növbəsində “Rayon komissiya”sı toplanmış sənədləri yoxladıqdan sonra Azərbaycan Respublikası X13nə göndərirdi. 2019-cu ildən isə subsidiyanın verilməsi ilə bağlı sənədlər X3 Zərdab rayon DAİM-in vasitəsi ilə X18 İnformasiya Sistemi üzərindən həyata keçirilməyə başlamışdır. 2018-2020-ci illərdə subsidiyaların ödənilməsi üçün pul vəsaiti X13 tərəfində Rayon Maliyyə Şöbələrinə ayrılırdı, 2021-ci ildən isə X13 yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən birbaşa vətəndaşların "xxxx" ASC-də adına açılmış kart hesabına köçürülür. Subsidiyalar vətəndaşlara əkmiş olduqları bitkinin növünə və hektarına görə hesablanaraq verilir. O cümlədən Təqsirləndirilən şəxs həm pay torpaq sahəsində, həm də icarə torpağında əkin əkdiyi üçün ona 2016-2020-ci illərdə subsidiya verilmişdir. 2021-ci ildən isə ona icarə torpağına görə subsidiya verilməmişdir. Təqsirləndirilən şəxs saxta şəhadətnamə təqdim etməsi brədə onlarda heç bir məlumat olmamışdır. Bu barədə istintaqın gedişi zamanı məlumatlı olmuşlar. Sözügedən şəhadətnamənin konkret olaraq nə vaxt və kim tərəfindən saxtalaşdırılması, eləcə də saxtalaşdırılmış halda olan şəhadətnamənin özünün (saxta əslin) harada olması barədə onda məlumat yoxdur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadə verən Şahid4 ifadəsində göstərmişdir ki, Zərdab RİHB-nın Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs İntizam Məmmədoğun yaşadığı Burunlu kəndi Məlikli kənd inzibati ərazi dairəsinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli, 283 saylı qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarının əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarının, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi” Qaydalarına uyğun olaraq yardımların, yəni subsidiyaların verilməsi ilə bağlı “kənd icra nümayəndəliklərinin tabeliyində olan ərazi komissiya”ları və “rayon icra hakimiyyətinin tabeliyində olan rayon komissiyası” yaradılmışdır. O cümlədən Zərdab RİHBnın Məlikli kənd ərazisi üzrə komissiya yaradılmış və özü həmin komissiyanın sədri olmuşdur. 2019-cu ilə kimi qayda belə idi ki, subsidiyanın verilməsi ilə bağlı sənədlər “kənd ərazisi üzrə yaradılmış komissiya”lar tərəfindən toplanılaraq yoxlandıqdan sonra “Rayon komissiya”sına təqdim olunurdu, öz növbəsində “Rayon komissiya”sı toplanmış sənədləri yoxladıqdan sonra Azərbaycan Respublikası X13nə göndərirdi. 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin nəzdində X27 Mərkəzləri yarandığından artıq yerli ərazi komissiyaları ləğv edilmiş və 2019-cu ildən isə subsidiyanın verilməsi ilə bağlı sənədlər X3 Zərdab rayon DAİM-in vasitəsi ilə X18 İnformasiya Sistemi üzərindən həyata keçirilməyə başlamışdır. Aqrar islahat zamanı Təqsirləndirilən şəxs və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 4.10 ha pay torpaq sahəsi verilmişdir. Bundan başqa Zərdab rayonu Burunlu kənd bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2005-ci il tarixli, 01 saylı icarə müqaviləsinə əsasən Təqsirləndirilən şəxs icarəsinə Burunlu kəndi ərazisindən 50 il müddətinə 10 ha torpaq sahəsi verilmişdir. Həmin icarə müqaviləsinin əsasında Təqsirləndirilən şəxs həm də X7 Hüququna dair JN-7711 KOD 90510028 olan şəhadətnamə verilmişdir. Doğrudur icarə müqaviləsində və şəhadətnamədə torpaq sahəsinin kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə verildiyi göstərilmişdir. Lakin, sahə örüş yeri olmuşdur. 2010-cu ilə kimi subsidiyalar icarə müqaviləri əsasında verilirdi. 2010-cu ildən isə subsidiyaların verilməsi üçün şəhadətnamələrin təqdim edilməsi tələb olunurdu. Təqsirləndirilən şəxs həm pay torpaq sahəsini, həm də icarə torpağını həqiqətən real olaraq həmişə əkmiş və əkinə görə subsidiya almaq üçün tələb olunan sənədləri (Dövlət aktı və Şəhadətnaməni) “Məlikli kənd ərazisi üzrə yaradılmış komissiya”ya təqdim etmişdir. Təqdim olunan sənədlər özü tərəfindən yoxlanılmış, sözügedən şəhadətnamənin surəti çıxarıldıqdan sonra əsli Təqsirləndirilən şəxs özünə qaytarılmış, əkin sahələrinə baxış keçirilmiş, naturada əkin əkildiyi üçün “becərilmiş əkin sahələri və çoxillik əkmələr barədə məlumatlar” və “əkin sahələrinə baxış haqqında” Akt tərtib olunaraq “Rayon komissiya”sına göndərilmişdir. Subsidiyalar birbaşa vətəndaşların "xxxx" ASC-də adına açılmış kart hesabına köçürüldüyü üçün Təqsirləndirilən şəxs subsidiyanı həmişə özü almışdır. Hazırkı iş üzrə məhkəmə-ekserptiza mərkəzindən alınmış rəydə bəzi sənədlərdə olan yazıların onun özü tərəfindən icra edilməsinin müəyyən olunmasına gəlincə onu deyə bilər ki, sənədlərin hazırlanmasında vətəndaşa kömək etmək məqsədilə müraciətə dair ərizə və məlumat sənədlərini özləri yazmışlar. Lakin, imzanı vətəndaşın özü etmişdir. Ona görə bəzi sənədlərdə özünün xəttinin olması mümkündür. Təqsirləndirilən şəxs təqdim etdiyi şəhadətnamənin saxta olması barədə onda əvvəllər hər hansı bir məlumat olmamışdır. Nə də ki, o, Təqsirləndirilən şəxs məxsus şəhadətnaməni saxtalaşdırmamışdır. Bu barədə 2021-ci ilin may ayında Zərdab rayon İcra Hakimiyyəti başçısı X14 rayon prokurorluğuna məktub göndərərək məlumat verməsindən və həmin məlumat əsasında hazırkı cinayət işi üzrə araşdırma aparılmağa başlandıqdan sonra xəbəri olmuşdur. Sözügedən şəhadətnamənin konkret olaraq nə vaxt və kim tərəfindən saxtalaşdırılması, eləcə də saxtalaşdırılmış halda olan şəhadətnamənin özünün (saxta əslin) harada olması barədə onda məlumat yoxdur. Birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci ildən Zərdab rayon DAİM-də direktor müavini, sektor müdiri vəzifəsində işləyir. 2019-cu ildən X18 İnformasiya Sistemi işə düşmüşdür və həmin vaxtdan kənd təsərrüfatı əkinləri üçün subsidiyaların verilməsi X18 İnformasiya Sistemi üzərindən həyata keçirilməyə başlamışdır. Bu işlərlə X13 yanında Aqrar Kredit və İnkişaf Agentliyi məşğul olur. Vətəndaşlar artıq öz əkinləri barədə məlumatları elektron kabinet vasitəsilə bəyan edirlər. Sənədləri elektron qaydada sistemə yerləşdirilməsində çətinlik çəkən vətəndaşlara Zərdab rayon DAİM-in əməkdaşları tərəfindən köməklik olunur. Bunun üçün Zərdab rayon DAİM-də xidməti pəncərə vardır. Əvvəllər isə subsidiyaların verilməsi üçün sənədlərin toplanması, təqdim edilməsi, yoxlanması və subsidiyaların ödənilməsi məsələləri ilə “kənd icra nümayəndəliklərinin tabeliyində olan ərazi komissiya”ları və “rayon icra hakimiyyətinin tabeliyində olan rayon komissiyası” məşğul olurdu. Təqsirləndirilən şəxs saxta şəhadətnamə təqdim etməsi və buna görə subsidiya alması barədə onda şəxsən heç bir məlumat olmamışdır. Sözügedən şəhadətnamənin konkret olaraq nə vaxt və kim tərəfindən saxtalaşdırılması, eləcə də saxtalaşdırılmış halda olan şəhadətnamənin özünün (saxta əslin) harada olması barədə onda məlumat yoxdur. Belə ki, həmin vaxtlarda, o, Zərdab rayon DAİM-də işləməmişdir. Təqsirləndirilən şəxs Zərdab rayon DAİM-ə təqdim etdiyi və X18 İnformasiya Sisteminə işlənmiş şəhadətnamə saxta deyildir və Təqsirləndirilən şəxs olan həqiqi şəhadətnamə ilə eynidir. Belə ki, sistemə işlənmiş şəhadətnamədə də torpaq sahəsinin kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə verildiyi göstərilmişdir. X18 İnformasiya Sisteminə işlənmiş şəhadətnamənin nüxsəsini məhkəməyə təqdim edir. Təqsirləndirilən şəxs Zərdab rayon DAİM-ə təqdim etdiyi sənədlər əsasında da əvvəlki vaxtlarda sözügedən icarə torpağına görə subsidiya verilmiş, lakin, növbəti ildən, yəni 2021-ci ildən sözügedən icarə torpağına görə subsidiyanın verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin müdiri, 2020-ci ilin mart ayından 2021-ci ilin noyabr ayına kimi isə Zərdab rayon DAİM-də bitki sektorunun müdiri vəzifsində işləmişdir. Təqsirləndirilən şəxs icarəsinə torpağın verilməsinə dair Zərdab rayonu Burunlu kənd bələdiyyəsinin qərarı xx.xx.2005-ci il tarixdə qəbul olunduğundan və həmin vaxt, o, özü Zərdab rayon Torpaq şöbəsinin müdiri olduğundan X7 Hüququna dair JN-7711 KOD 90510028 olan şəhadətnamənin hazırlanmasına dair sənədlər və şəhadətnamə ilkin vəziyyətdə Komitəyə onun adından getmiş, həmin ərəfədə işdən çıxdığından və onun yerinə Şahid5 təyin edildiyindən Komitənin ekspertizasından sonra qayıtarılan şəhadətnamə Şahid5 tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxta şəhadətnamə təqdim etməsi və buna görə subsidiya alması barədə onda şəxsən heç bir məlumat olmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, əkinçilik üçün nəzərdə tutulmayan yerlərdə əkin əkildiyi halda Nazirlər Kabinetinin qərarı ilə subsidiyaların verilməsi mümkündür. Hətta 2021-ci il mövsümü üçün Zərdab rayonu ərazisində hektarlarla belə yelər vardır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək Zərdab rayon DAİM-in direktoru vəzifsində işləmişdir. 2019-cu ildən X18 İnformasiya Sistemi işə düşmüşdür və həmin vaxtdan kənd təsərrüfatı əkinləri üçün subsidiyaların verilməsi X18 İnformasiya Sistemi üzərindən həyata keçirilməyə başlamışdır. Bu işlərlə X13 yanında Aqrar Kredit və İnkişaf Agentliyi məşğul olur. Vətəndaşlar artıq öz əkinləri barədə məlumatları elektron kabinet vasitəsilə bəyan edirlər. Sənədləri elektron qaydada sistemə yerləşdirilməsində çətinlik çəkən vətəndaşlara Zərdab rayon DAİM-in əməkdaşları tərəfindən köməklik olunur. Təqsirləndirilən şəxs subsidiya almaq üçün saxta şəhadətnamə təqdim etməsi barədə onda şəxsən heç bir məlumat olmamışdır. Hazırda həmin vəzifədə işləmədiyi üçün Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlər barədə dəqiq heç nə deyə bilmir. Onu deyə bilr ki, direktor işlədiyi vaxt istintaq orqanının sorğusuna əsasən istintaq orqanına göndərdiyi şəhadətnamə və digər sənədlər X18 İnformasiya Sisteminə işlənmiş sənədlərlə eyni olmuşdur və başqa cür ola bilməz. Cinayət işində olan Torpağın Mülkiyyət Hüququna dair JN-0089 kod 90510028 olan Dövlət Aktının surətindən görünür ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə Təqsirləndirilən şəxs və ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Burunlu kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 4.10 ha torpaq sahəsi (pay torpağı) ayrılmışdır. Cinayət işində olan Zərdab rayonu Burunlu bələdiyyəsi ilə Təqsirləndirilən şəxs arasında bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, bələdiyyənin xx.xx.2005-ci il tarixli, 15 saylı qərarına əsasən Burunlu bələdiyyəsinə məxsus 10 ha torpaq sahəsi kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə 50 il müddətinə Təqsirləndirilən şəxs icarəyə verilmişdir. Cinayət işində olan X7 Hüququna dair JN-7711 KOD 90510028 olan şəhadətnamənin əslindən görünür ki, Zərdab rayonu Burunlu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 15 saylı qərarına və eyni tarixli icarə müqaviləsinə əsasən Təqsirləndirilən şəxs icarəsinə verilmiş 10 ha torpaq sahəsinin kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə verildiyi qeyd olunmuşdur. Cinayət işində olan və ünvan 1 ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi” Qaydalarına uyğun olaraq Zərdab rayonu Məlikli kənd ərazi komissiyası yaradılmış, 2016, 2017, 2018 və 2019-cu illərdə komissiyanın sədri Şahid4, üzvləri – X22 (bələdiyyə sədri), X10, X4, X16 olmuşdur. Cinayət işində olan Təqsirləndirilən şəxs adından ünvan 2 ünvanlanmış ərizədən görünür ki, mövcud qaydalara əsasən əkin sahəsinin becərilməsində sərf edilən yanacaq və motor yağlarının, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın becərilmiş əkin sahələri və çoxillik əkmələr barədə məlumatlar əsasında hesablanıb verilməsi xahiş olunmuşdur. Ərizəyə 25 may 2016-cı il tarixinə becərilmiş əkin sahələri və çoxillik əkmələr barədə məlumatların və tələb olunan sənədlərin əlavə olunduğu göstərilmişdir. Ərizə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Ərizəyə əlavə olunan 25 may 2016-cı il tarixinə “becərilmiş əkin sahələri və çoxillik əkmələr barədə məlumatlar”dan və 12 may 2016-cı il tarili “əkin sahələrinə baxış haqqında” Aktdan görünür ki, Zərdab rayonu Məlikli kənd ərazi komissiyasının sədri və üzvlərinin işirakı ilə Təqsirləndirilən şəxs pay torpaq sahəsinə və icarəsinə verilmiş torpaq sahəsinə baxışın keçirildiyi, 06 ha sahədə yonca, 05 ha sahədə çəltik və 03 ha sahədə buğdanın əkildiyinin müəyyən olunduğu göstərilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs adından ünvan 2 ünvanlanmış ərizədən görünür ki, mövcud qaydalara əsasən əkin sahəsinin becərilməsində sərf edilən yanacaq və motor yağlarının, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın becərilmiş əkin sahələri və çoxillik əkmələr barədə məlumatlar əsasında hesablanıb verilməsi xahiş olunmuşdur. Ərizəyə 01 iyun 2018-ci il tarixinə becərilmiş əkin sahələri və çoxillik əkmələr barədə məlumatların və tələb olunan sənədlərin əlavə olunduğu göstərilmişdir. Ərizə Təqsirləndirilən şəxs tərəfindən imzalanmamışdır. Ərizəyə əlavə olnunan 01 iyun 2018-ci il il tarixinə “becərilmiş əkin sahələri və çoxillik əkmələr barədə məlumatlar”dan və may 2016-cı il tarili “əkin sahələrinə baxış haqqında” Aktdan görünür ki, Zərdab rayonu Məlikli kənd ərazi komissiyasının sədri və üzvlərinin işirakı ilə Təqsirləndirilən şəxs pay torpaq sahəsinə və icarəsinə verilmiş torpaq sahəsinə baxışın keçirildiy, 08 ha sahədə buğda, 02 ha sahədə çəltik, 02 ha sahədə arpa və 02 ha sahədə yoncanın əkildiyinin müəyyən olunduğu göstərilmişdir. Cinayət işində olan Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə tərəfindən Zərdab rayon prokurorluğuna ünvanlanmış 01/569 saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Zərdab rayonu Burunlu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 15 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlığın inkişafı məqsədi ilə Təqsirləndirilən şəxs icarəsinə verilmiş 10 ha torpaq sahəsinə dair verilmiş X7 Hüququna dair JN-7711 KOD 90510028 olan şəhadətnamənin sonuncu tərəfindən saxtalaşdırılaraq torpağın təyinatının əkin kimi göstərməklə dövlətdən uzun illər saxta yolla subsidiya alaraq dövlətin vəsaitini saxta yolla mənimsədiyini bildirərək onun törətdiyi cinayət əməlini araşdıraraq əməlinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Məktuba iki ədəd X7 Hüququna dair JN-7711 KOD 90510028 olan şəhadətnamənin surətləri əlavə edilmişdir. Həmin məktuba əlavə edilmiş X7 Hüququna dair JN-7711 KOD 90510028 olan şəhadətnamələrdən birində torpağın kənd təsərrüfatı və əkinçilik üçün verildiyi, digərində torpağın kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün verildiyi qeyd olunmuşdur. Əlavə edilən şəhadətnamələr kserosurətdən ibarətdir. Cinayət işində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zərərçəkmiş şəxs2 tərəfidən Zərdab rayon prokurorluğuna və Zərdab rayon Polis Şöbəsinə ünvanlanmış 88-R saylı, xx.xx.2021-ci il tarixli, 94-R saylı, xx.xx.2021-ci il tarixli və 164-R saylı, xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs icarəsinə verilmiş 10 ha torpaq sahəsində həqiqətən yonca, buğda, arpa və çəltik əkinləri əkmişdir. Cinayət işində olan Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə tərəfindən Zərdab rayon Polis Şöbəsinə ünvanlanmış 01/1202 saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2017, 2019 və 2020-ci illərdə barama və pambıqçılıq üçün subsidiya aldığı qeyd olunmuşdur. Cinayət işində olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2014-cü il və xx.xx.2021-ci il tarixli qərarladan görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayonu Məlikli kəndi üzrə icra nümayəndəsi (kənd ərazi komissiyasının sədri) Şahid4 əkin sahələrinə görə subsidiyaların verilməsində rəqəmlərin şişirtməsi və sənədləri saxtalşdırması barədə Zərdab rayon prokurorluğuna şikayət ərizələri göndərmiş, lakin Şahid4 əməllərində cinayət hadisəsi olmadığından hər iki şikayət üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zərərçəkmiş şəxs2 MİHO/1275-2-2022-50 saylı, xx.xx.2022-ci il tarixli və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin MİHO/1222-2-2022-1975 saylı, xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, məhkəmənin sorğusuna əsasən Təqsirləndirilən şəxs tərəfinən 2019 və 2020-ci illər üçün subsidiyanın alınması üçün həmin təşkiltlara təqdim olunmuş sənədlərin surətləri məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş X7 Hüququna dair JN-7711 KOD 90510028 olan şəhadətnamədə torpağın kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün verildiyi qeyd olunmuşdur. Cinayət işində olan Zərdab Rayon Məhkəməsi tərəfindən Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadəyə ünvanlanmış 1(035)-11/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubdan və həmin məktuba cavab olaraq Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə tərəfindən verilmiş 01/651 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunun məzmunundan görünür ki, hazırkı cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanması üçün saxta olduğu iddia edilən X7 Hüququna dair JN-7711 KOD 90510028 nömrəli şəhadətnamənin Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən əldə olunma mənbəyi (yəni, kim tərəfindən və nə vaxt təqdim olunması) barədə məhkəməyə yazılı məlumatın verilməsi xahiş olunmuş, lakin həmin şəhadətnamənin əldə olunma mənbəyi (yəni, kim tərəfindən və nə vaxt təqdim olunması) barədə məlumtın əldə etmək mümkün olmamışdır. Cinayət işində olan məhkəmə-xətşünaslıq ekpertizasının xx.xx.2021-ci il tarixli 4/1053-5/830 saylı rəyindən görünür ki, - məhkəmə-xəttşnaslıq ekspertizası üzrə: 1.1 . Ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs adına olan JN-7711 nömrəli 90510028 kodlu X7 hüququna dair şəhadətnaməsinin 2-ci vərəqinin aşağı hissəsində “DTXK-nin zərdab rayon şöbəsinin müdiri Şahid2” qrafasındakı imza - Şahid5 tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, ********* nömrəli cinayət işinin 1-ci cildinin i/v 43- 44-də, i/v 53-də, i/v 77-də, i/v 87-də, i/v 101-də olan Təqsirləndirilən şəxs adına olan JN- 7711 nömrəli 90510028 kodlu X7 hüququna dair şəhadətnamələrinin (6 ədəd) ikinci vərəqlərinin kserosurətlərində aşağı hissədə “DTXK-nin Zərdab rayon şöbəsinin müdiri Şahid5” qrafalarında montaj yolu ilə yerəşdirilərək surəti çıxarılmış imzalar - Şahid5 tərəfindən icra olunmuş imzaların əksidir. 1.3. Ekspertizaya təqdim edilmiş ********* nömrəli cinayət işinin 01 cildinin 83-cü vərəqəsində olan Təqsirləndirilən şəxs adına olan “Kənd Təsərrüfatı məhsullarının istehlakçıların əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi qaydaları” na bir nömrəli əlavədə (ərizə) “imza” qrafasındakı imza i/v 84-də olan məlumatlar “imza qrafasındakı imza-Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 1.4. Ekspertizaya təqdim edilmiş ********* nömrəli cinayət işinin 01 cildinin 83-cü vərəqəsində olan Təqsirləndirilən şəxs adına olan “Kənd Təsərrüfatı məhsullarının istehlakçıların əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi qaydaları” na bir nömrəli əlavədə (ərizə) “Zərdab Məlikli 16 ci” yazıları olan Təqsirləndirilən şəxs adına olan “Kənd Təsərrüfatı məhsullarının istehlakçıların əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi qaydaları” na 1 nömrəli əlavədəki (ərizə) yazılar - Şahid4 tərəfindən icra edilmişdir.
2. Ekspertizaya təqdim edilmiş ********* nömrəli cinayət işinin 01 cildinin 83-cü vərəqəsində olan Təqsirləndirilən şəxs adına olan “Kənd Təsərrüfatı məhsullarının istehlakçıların əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi qaydaları” na bir nömrəli əlavədə (ərizə) “Təqsirləndirilən şəxs M, İ.N. Məmmədov” yazıları i/v 84-də olan məlumatdakı qara rəngli rəngləyici maddələrlə icra olunmuş yazılar xətt Təqsirləndirilən şəxs tərəfindən yox. Şahid4 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. -Sənədin ekspertizası üzrə:
1. Tədqiqaata təqdim edilmiş cinayət işinin cildinin 43, 53, 77, 87, 101-ci vərəqlərdəki Təqsirləndirilən şəxs adına JN-7711 kod 90510028 nömrəli torpaqlardan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrinin surətlərini ikinci səhifəsinin 8, 10, 11 və 14-cü sətirlərindəki çap yazılar, 3-cü səhifəsinin “Qonşu torpaqlar” hissəsindəki çap yazılar, möhür əksi və imza, 44-cü vərəqindəki Təqsirləndirilən şəxs adına JN-7711 kod 90510028 nömrəli torpaqlardan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin surətinin 3-cü səhifəsinin “Qonşu torpaqlar” hissəsindəki çap yazılar, möhür əksi və imza montaj yolu ilə yerləşdirilərək surəti çıxarılmışdır.
2. Tədqiqata təqdim edilmiş X2 adına JN-7711 kod 90510028 nömrəli torpaqlardan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin əslində olan “Şahid2” sözünün qaşırısındakı imza cinayət işinni 83-cü vərəqindəki Təqsirləndirilən şəxs ərizəsində, 84-cü vərəqindəki “məlumat” adlı sənəddə olan imzalar hər hansı texniki yollar vasitəsilə deyil, bir başa qələmlə icra edilmişdir. Cinayət işində olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X11 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, X2 əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan Zərdab RİHB-nin Məlikli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, X11 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan X11 tərəfindən məhkəməyə təqdim olunan ərizənin məzmunundan görünür ki, o, ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 178.2.2 və 320.2-ci maddəsi ilə özünü təqsirli bilmədiyinin, ona verilən ittihamın şərböhtan olduğunu bildirərək hər iki maddə üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, X11 Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmamış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, birinci instansiya məhkəməsi X5 bəraət verilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxs qismində tanınmış Zərdab rayon İcra Hakimiyyətinin və Zərdab rayon DAİM-nin nümayəndələrinin ifadələrindən, şahid (Məlikli kənd ərazi komissiyasının sədri olmuş) Şahid4 ifadəsindən və araşdırılan iş materiallarındakı digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu hüquqi mövqe ilə razılaşır və hesab edir ki, apelyasiya protestinin dəlilləri qanuni və əsaslı olan məhkəmə hökmünün ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunmalıdır ki, cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtlərindən bəhs edən CPM-in İİ fəslinin 33-cü (Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi) maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir (CPM-in 143.1-ci mad.). Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (CPM-in 144-cü mad.). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145-ci mad.). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci mad). Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarına əsasən Təqsirləndirilən şəxs (ailə üzvlərinin) mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 4.10 ha pay torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağın Mülkiyyət Hüququna dair JN-0089 kod 90510028 olan Dövlət Aktı verilmişdir. Bundan başqa Zərdab rayonu Burunlu kənd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarına və aralarında bağlanmış xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən Təqsirləndirilən şəxs icarəsinə Burunlu kəndi ərazisindən 50 il müddətinə 10 ha torpaq sahəsi verilmişdir. Bu barədə ona həm də X7 Hüququna dair JN-7711 KOD 90510028 olan şəhadətnamə verilmişdir. Həm icarə müqaviləsində, həm də şəhadətnamədə torpaq sahəsinin iki məqsədlə: kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə verildiyi göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs sözügedən 10 ha icarə torpağının ona həm də kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verildiyini hesab edərək, orada hər il kənd təsərrüfatı istehsalına aid olan əkin (buğda, arpa, çəltik, yonca) əkmişdir. Ötən müddət ərzində onun həmin icarə torpağında əkin əkməsinə heç kim - nə bələdiyyə, nə də ki, torpaqdan istifadəyə nəzərəti həyata keçirən dövlət orqanları tərəfindən heç bir irad edilməmiş, pretenziya irəli sürülməmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli 283 saylı qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarının əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarının, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi” Qaydalarına uyğun olaraq yardımların, yəni subsidiyaların verilməsi 2019-cu il tarixə kimi icra hakimiyyətləri, 2019-cu ildən isə X3 rayon DAİM-in vasitəsi ilə X18 İnformasiya Sistemi üzərindən həyata keçirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs əkdiyi əkinlərə görə yardımların, yəni subsidiyaların verilməsi üçün torpağa dair yuxarıda adı çəkilən Dövlət Aktını və Şəhadətnaməni müvafiq olaraq Məlikli kənd icra nümayəndəliyi üzrə komissiyaya və DAİM-in vasitəsi ilə X18 İnformasiya Sisteminə təqdim edərək, əkdiyi əkini bəyan etmiş və müvafiq olaraq ona əkdiyi əkinlərə görə yardımlar, yəni subsidiyalar verilmişdir. Sonradan Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə tərəfindən Zərdab rayon prokurorluğuna ünvanlanmış 01/642 saylı, xx.xx.2021-ci il tarixli məktuba əsasən istintaq orqanı tərəfindən araşdırma aparılaraq cinayət işi başlanılmış və yekunda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320.2-ci maddələri ilə hazırkı ittiham verilmişdir. Təqsirləndirilən şəxs ittihamla razılaşmayaraq məhkəməyə ərizə verərək hər iki maddə üzrə haqqında bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 320.2-ci maddələri ilə verilən ittiham üzrə düzgün nəticəyə gəlinməsi üçün cinayət işi üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlara, eləcə də məhkəmə istintaqının gedişində toplanmış sübutlara və işin məhkəmə istintaqı zamanı müəyyən olunmuş hallarına Azərbaycan Respublikasının Konstitusiyası və cinayət prosesual qanunvericiliyinə uyğun qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 10.1-ci maddəsinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 32.2.7-ci maddəsinə görə məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İttiham aktından və cinayət işinin materiallarından müəyyən olunur ki, istintaq orqanı özü də sözügedən icarə torpağı ilə bağlı Təqsirləndirilən şəxs adına verilən X7 Hüququna dair JN-7711 KOD 90510028 olan şəhadətnamənin istintaqa məlum olmayan şəxs tərəfindən heyvandarlıq hissəsinin əkinçilik ilə dəyişdirilərək saxtalaşdırıldığını qeyd etmişdir. Ümumiyyətlə saxtalaşdırılmış halda olduğu iddia edilən şəhadətnamənin özü (saxta əsli) cinayət işinin materiallarında mövcud deyildir. İstintaq orqanı saxtalaşdırıldığı iddia edilən şəhadətnamənin “saxta əslni”nin mövcud olduğunu müəyyənləşdirməmiş, əldə edib cinayət işinə əlavə etməmiş, sübut kimi tanımamışdır. Cinayət işinə əlavə edilən saxtalaşdırıldığı iddia edilən şəhadətnamənin kserosurətidir. Məhkəmə hesab edir ki, kserosurətlər heç kim, xüsusən də dövlət orqanları və ya onların vəzifəli şəxsləri tərəfindən hüquqverən sənəd kimi qəbul edilə bilməz və edilməməli idi. Əks halda belə sənədin qəbul edilməsinin riskini özləri daşımalıdır. Bundan başqa ittihama görə Təqsirləndirilən şəxs 2016, 2017 və 2018-ci illərdə “Məlikli kənd icra nümayəndəliyi üzrə komissiya”ya ərizə və sözgedən saxta şəhadətnaməni təqdim etdiyi iddia olunsa da, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünün ifadəsi ilə yanaşı cinayət işinin materialları ilə onun yalnız bir dəfə, yəni 2016cı ildə həmin komissiyaya ərizə verdiyi öz təsdiqini tapmışdır. Həm də Təqsirləndirilən şəxs həmin vaxt şəhadətnamənin əslini təqdim etdiyini, kamissiyanın sədri tərəfindən şəhadətnamənin surəti çıxarıldıqdan sonra əslinin ona geri qaytarıldığını və adından çap üsulu ilə yazılmış ərizəni imzaladığını bildirmişdir. Əks hal istintaq orqanı tərəfindən sübut olunmamışdır. 2017-ci ilə dair ümumiyyətlə cinayət işində hər hansı bir sübut yoxdur, 2018-ci ilə dair ərizə isə yenə də çap üsulu ilə onun adından yazılmış olsa da, Təqsirləndirilən şəxs tərəfindən imzlanmamışdır. Ona görə də məhkəmə hesab edir ki, nə qədər ki, sənədlərin toplanması, yoxlanması və qəbulu işi ilə istər yerli, istərsə də rayon komissiyaları məşğul olmuşlar və komissiyada təmsil olunan üzvləri qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunan sənədin əslini və ya notariat qaydada təsdiq olunmuş surətini qəbul etməyə vəzifələrinə görə borclu idilər, lakin buna əməl etməmişlər, bunun riskini müraciət edən şəxs deyil, dövlət orqanları özləri daşımalıdır. Cinayət işinin materialları ilə əks hal hər hansı bir digər mötəbər sübutlarla təsdiq olunmadığından məhkəmə Təqsirləndirilən şəxs dəlillərini daha inandırıcı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs dəlillərini həm də ona görə inandırıcı hesab edir ki, ittihama görə Təqsirləndirilən şəxs 2019-2020-ci illər üzrə X3 Zərdab rayon DAİM-ə də saxta şəhadətnamə təqdim etdiyi iddia olunsa da, Təqsirləndirilən şəxs özünün ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən əvvəllər Zərdab rayon DAİM-in direktor müavini, hazırda isə sektor müdiri vəzifəsində işləyən Şahid3 ifadəsindən Təqsirləndirilən şəxs Zərdab rayon DAİM-ə təqdim etdiyi və X18 İnformasiya Sisteminə işlənmiş şəhadətnamənin saxta olmadığı, təqdim olunmuş şəhadətnamə ilə torpaq sahəsinin kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə verildiyi göstərilən həqiqi şəhadətnamə ilə eyni olduğu müəyyən edilmiş və o, sisteminə işlənmiş həmin şəhadətnamənin nüxsəsini məhkəməyə təqdim etmişdir. O cümlədən məhkəmə istintaqı zamanı məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin MİHO/1222-2-2022-1975 saylı, xx.xx.2022-ci il tarixli müşayətedici məktubu ilə məhkəməyə göndərilən Təqsirləndirilən şəxs 2019 və 2020-ci illər üçün subsidiyanın alınması məqsədi ilə təqdim etdiyi şəhadətnamənin sistemə işlənmiş nüxsəsi ilə eynilik təşkil etdiyi qeyd olunan X7 Hüququna dair JN-7711 KOD 90510028 olan şəhadətnamənin surətindən də təqdim olunmuş şəhadətnamənin saxta olmadığı və torpaq sahəsinin kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə verildiyi göstərilən həqiqi şəhadətnamə ilə eyni olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs qarşı bilə-bilə saxta sənədlərdən istifadə etmə ittihamı üzrə hüquqi dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, saxtalaşdırıldığı iddia edilən şəhadətnamənin “saxta əslni”nin mövcudluğu istintaq orqanı tərəfindən müəyyənləşdirilmədiyindən, həmin saxtalaşdırıldığı iddia edilən şəhadətnamə əldə edilib cinayət işinə əlavə edilmədiyindən və iş üzrə sübut kimi tanımadığından, eləcə də cinayət işinə əlavə edilən nüxsə kserosurətdən ibarət olduğundan və saxtalaşdırıldığı iddia edilən şəhadətnamənin bilavasitə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilməsi (istifadə edilməsi) mötəbər və şübhədənkənar sübutlarla təsdiq olunmadığından ittiham həmin hissədə sübut edilməmişdir. Məhkəmə “Məlikli kənd icra nümayəndəliyi üzrə komissiya”nın sədri olmuş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqdim olunan sənədin (sözügedən şəhadətnamənin) əslinin və ya notariat qaydada təsdiq olunmuş surətinin qəbul edilməməsi ilə yanaşı Təqsirləndirilən şəxs saxta şəhadətnamə təqdim etməsi halı başqa mötəbər sübutlarla isbat olunmadığından, eləcə də yuxarda müəyyən olunmuş diqqətəlayiq hallar fonunda həmin ifadə Təqsirləndirilən şəxs təqsirli bilinməsi üçün yetərincə mötəbər hesab edilə bilməz. İttihamın Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci 18 avqust tarixli 283 saylı qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarının əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarının, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi” Qaydalarına uyğun olaraq yardım almaq məqsədilə Zərdab RİHB-nın Məlikli kənd ərazisi üzrə yaradılmış komissiyaya və Zərdab rayon DAİM-ə saxta sənəd təqdim edərək aldatmaqla yuxarıda qeyd edilən məbləğlərdə subsidiyanın "xxxx" ASC-də adına açılmış kart hesabına köçürülməsi yolu ilə talayaraq dələduzluq etməsi hissəsinə gəlincə məhkəmə qeyd etməyi lazım bilir ki, birincisi yuxarıda müəyyən olunduğu kimi saxtalaşdırıldığı iddia edilən şəhadətnamənin məhz Təqsirləndirilən şəxs tərəfindən Zərdab RİHB-nın Məlikli kənd ərazisi üzrə yaradılmış komissiyaya və Zərdab rayon DAİMə təqdim edilməsi sübuta yetirilməmiş, ümumiyyətlə işdə olan kserosurətdən ibarət saxtalaşdırıldığı iddia edilən şəhadətnamənin əldə olunma mənbəyi istintaqla müəyyən edilməmişdir. Məhkəmənin sorğusuna əsasən Zərdab rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cavab məktubunda da saxtalaşdırıldığı iddia edilən şəhadətnamənin əldə olunma mənbəyini müəyyən etmək ümkün olmamışdır. İkincisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci 18 avqust tarixli 283 saylı qərarının məzmunundan aydın olur ki, subsidiyalar əkilmiş əkinlərə görə verilir. Hazırkı cinayət işinin materialları və məhkəmə istintaqı zamanı müəyyən olunmuş işin hallarından görünür ki, Təqsirləndirilən şəxs əsassız olaraq subsidiya almamışdır. O, icarə müqaviləsinin şərtlərinə uyğun olaraq, həm də real olaraq bəyan edilən ölçüdə kənd təsərrüfatı məhsullarına aid olan əkinləri həqiqətən əkmişdir və buna görə ona subsidiya hesablanaraq verilmişdir. Bütün bunlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli, 283 saylı qərarına uyğun olmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respubliaksı Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli 7 saylı qərarında Plenum qeyd etmişdir ki;
1. Qeyd edilsin ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər.
2. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər.
3. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir.
5. Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Azərbaycan Respubliaksı Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli 7 saylı qərarındakı hüquqi mövqeyindən aydın olur ki, şəxsin əməli o vaxt dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş olsun, təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyəti olmasın, həmçinin şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmasın və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulsun, habelə təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. İşin yuxarıda müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs subsidiya almaqda niyyəti özgənin əmlakının əvəzsiz olaraq öz mülkiyyətinə keçirməyə yönəlməmişdir. Onun niyyəti icarə müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli 283 saylı qərarının mahiyyətinə uyğun olaraq əkin əkilməsi və becərilməsi öhdəliyin yerinə yetirilməsinə yönəlmişdir. Həm də bu zaman, o, əvvəlcə öhdəliyini yerinə yetirmiş, yəni real olaraq əkini əkmiş, sonra əkdiyi əkini subsidiya almaq üçün bunu bəyan etmişdir. Yəni onun niyyəti (subsidiya alması) öhdəliyini yerinə yetirdikdən sonra həyata keçmişdir. O, həm də tələb olunan əkini əkib-becərməklə subsidiyanın verilməsinin şərtləri ilə bağlı öhdəlikləri şübhəsiz yerinə yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində dələduzluq cinayətinin əlamətləri də yoxdur. Məhkəmə sözügedən icarə torpağının təyinatı ilə bağlı məsələyə toxunaraq qeyd etməyi lazım bilir ki, istər icarə müqaviləsində, istərsə də, sözügedən şəhadətnamədə torpaq sahəsinin Təqsirləndirilən şəxs icarəsinə iki məqsədlə: kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə verildiyi göstərilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs orada əkin əkməyi mümkün hesab edərək, hər il kənd təsərrüfatı istehsalına aid olan əkin (buğda, arpa, çəltik, yonca) əkmişdir. Ötən 15 il müddətində onun həmin icarə torpağında əkin əkməsinə nə bələdiyyə, nə də ki, torpaqdan istifadəyə nəzərəti həyata keçirən dövlət orqanları tərəfindən heç bir etiraz edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, sözügedən icarə torpağının təyinatı pozulmuş olsa belə, bu ona hazırkı ittihamı vermək üçün əsas vermir. Bu halda olsa-olsa onun əməli Azərbaycan Respublikası İXM-nin 247-ci maddəsinə əsasən inzibati xəta kimi qiymətləndirilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, istintaq orqanı iddia olunan cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair hər hansı bir mötəbər və şübhədənkənar sübut əldə etmədən hazırkı ittihamı irəli sürmüşdür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-cü və 145.1-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış digər sübutlarla qarşılıqlı və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı ittihamın verilməsinin əsası kimi çıxış edən, kserosurətdən ibarət olmaqla saxtalaşdırılmış olduğu iddia edilən X7 Hüququna dair JN-7711 KOD 90510028 olan şəhadətnamənin (kserosurətinin) mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi kifayət qədər şübhə doğurur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 178.2.2 və 320.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verməklə qanuni və əsaslı qərar qəbul etmişdir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göründüyü kimi, Konstitusiyada təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmasını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsi vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, Cinayət Prosessual Məcəllənin 138.2-ci maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 63-cü maddəsin əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən suiistifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Gülər İsayevə tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320.2-ci maddələri ilə bəraət verilməsinə dair Zərdab Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(035)-11/2022 saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Gülər İsayevə tərəfindən verilmiş apelyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320.2-ci maddələri ilə bəraət verilməsinə dair Zərdab Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(035)-11/2022 saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
İş üzrə sədrlik edən hakim: Akif Eyvazov