Məhkəmə qərarları › İş №1(107)-220/2020

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-220/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-220/2020 11.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, müdafiəçi-Şəki Regional vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (sədrlik edən hakim Rəfayel Şirinov) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxxx 1997-cüil tarixdə İsmayıllı şəhərində anadanolmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, İsmayıllı şəhəri M.F.Axundov küçəsi ev 34-A, mənzil 1 ünvanındaqeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə və xx xxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 03 (üç) ay 15 (on beş) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, hökmün təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməsi, onun üzərində saxlanılmış 02 (iki) il 02 (iki) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməsi, Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməsi, Təqsirləndirilən şəxs sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməsin və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin İcra və Probasiya Şöbəsinə gəlməsinin tapşırılması,sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, iş üzrə maddi sübut, mülki iddia tələbi və ekspertiza xərcinin olmamasının nəzərə alınması müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmiş, eləcə də həmin hərəkətləri ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, xx xxx 2020-ci il tarixdə saat 20:00 radələrində tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə İsmayıllı şəhərində yerləşən “Göl” kafesində pivə içərək söhbət etdikləri zaman aralarında yaranmış mübahisə zamanı ictimai yer hesab olunan kafedə ətrafda digər şəxslərin olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməklə, o cümlədən kafenin iş rejimini pozmaqla silah qismində istifadə etdiyi pivə bakalı ilə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən bir dəfə qəsdən vurmaqla sonuncuya qapalı kəlləbeyin travması və baş beyin sirkələnməsi ilə müşayət olunan sağdan alın sümüyünün ön divarının və burun sümüyünün az yerdəyişən sınığı, sağ qaş qövsünün, sağ gözün bayır bucağının (sağ almacıq nahiyəsinin) yaraları, sağ gözün ağlı qişasına qansızma xəsarətlərindən ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, habelə Zərərçəkmiş şəxs2 icarədarı olduğu həmin kafedəki bir ədəd 0,5 litr tutumlu pivə bakalını sındıraraq məhv etməklə sonuncuya 3 (üç) manat dəyərində ziyan vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İş üzr yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün CM-nin 70-ci maddəsinin tətbiqi barədə müddəasının hökmdən xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxs, onun müdafiəçisi və zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Müdafiəçia Müdafiəçi dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə yazılı etiraz verərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 apelyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq çıxışında bildirdi ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli hesab etmir, zərərçəkmiş şəxlər ilə barışmışdır, ona qarşı heç bir şikayət ve tələbləri olmadığından barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 apelyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsi hökmünün apellyasiya protestinin dəlillərinə münasibətdə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası məhkəmə iclasına onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla apelyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisi, habelə dövlət ittihamçısının apelyasiya protesti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Apelyasiya protesti təmin edilməməli,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ləğv edilərək yeni hökm çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, xx xxx 2020-ci il tarixdə saat 19:00 radələrində Rəvan adlı tanışı ilə birlikdə İsmayıllı şəhərindəki “Göl” kafesinə getmişlər. Kafedə tanışları Vüsal və Gündüz pivə içirmişlər. Onlarla görüşərək bir masa arxasında birlikdə əyləşmişlər və onlar da pivə içməyə başlamışlar. Bir qədər söhbət etdikdən sonra Gündüz onun sol tərəfində keçib əyləşmiş və ona “avtomobilini mənə ver, mən onu 180 sürətlə idarə edəcəm” demişdir. O, Gündüzə həmin sürətlə avtomobili idarə edə bilməyəcəyini demiş və aralarında bu zəmində mübahisə yaranmışdır. Gündüz ona “gəl mərcləşək, sən ver avtomobili mən sürüm əgər 180 km/saat sürətlə idarə edə bilsəm sən mənə 100 manat pul verəsən, yox əgər həmin sürətlə idarə edə bilməsəm mən sənə 100 manat pul verəcəm”deyə bildirmişdir. O, Gündüzə mərcləşməyəcəyini bildirmişdir. Gündüz isə avtomobili götürüb sürmək istədiyini demiş, o isə Gündüzə içkili olduğundan avtomobili verməyəcəyini demişdir. Gündüz içkinin təsirindən onun və ailəsinin ünvanına nalayiq söyüşlər söymüş və masadan qalxıb getməsini tələb etmişdir. O, bundan əsəbiləşərək ayağa qalxmış və masanın üstündəki şüşə bakalı götürərək sonuncunun sifətinin sağ nahiyəsindən bir dəfə vurmuşdur. Bakal sınaraq hissələrə ayrılmışdır. Gündüzə ikinci, üçüncü zərbə endirməyə imkanı olsa da bunu etməmiş və hərəkətlərini dayandırmışdır. Sonra isə kafedən çıxaraq taksi ilə yaşadığı evə getmişdir. Həmin günü saat 23:00 radələrində polis şöbəsinə dəvət olunmuş və orada Gündüzü vuraraq xəsarət yetirməsini səmimi etiraf etmişdir. Onun Gündüzə xəsarət yetirmək niyyəti olmamış, sonuncunun onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsi belə bir əməli törətməyə vadar etmişdir. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddəsi ilə təqsirli saymır, zərərçəkmişi vurduğuna görə səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəmiş və onlarla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbləri yoxdur. O, anadangəlmə 2-ci qrup əlildir. Zərərçəkmiş şəxslərin onunla barışdığını, onlara vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır, münasibətləri həmişə yaxşı olmuş, aralarında ədavət və düşmənçiliyi olmamışdır. xx xxx 2020-ci il tarixdə saat 18:00 radələrində tanışı Vüsalla İsmayıllı şəhərindəki “Göl” kafesinə getmişlər. Orada pivə sifariş verərək içməyə başlamışlar. Bu zaman Rahil və digər tanışı Rəvan kafeyə daxil olmuş və onun təklifi ilə bir masa arxasında əyləşmişlər. Onlar birlikdə pivə içərək söhbət etmişlər. Söhbət zamanı Rahilə avtomobili ilə İsmayıllı şəhərində gəzməyi təklif etmiş, avtomobili özünün idarə edəcəyini bildirmişdir. Rahil ona içkili olduğu üçün avtomobilini verməyəcəyini demişdir. Bu zaman o, Rahilə “sən avtomobilini mənə ver, mən avtomobilini 180 km/saat sürətlə idarə edəcəyəm” demişdir. Rahil yenə ona içkili olduğu üçün avtomobilini verməyəcəyini demişdir. O Rahilə “əgər avtomobilini idarə edə bilməsəm sənə 100 manat verəcəm, idarə edə bilsəm sən mənə 100 manat verərsən” deyərək mərcə durmasını təklif etmişdir. Rahil isə ona mərcə durmayacağını və avtomobili verməyəcəyini bildirmişdir. Bu zəmində aralarında mübahisə yaranmışdır. O, Rahilə masasından getməsini tələb etmişdir. Rahil isə masadan getməyəcəyini bildirmiş, ona görə də əsəbləşərək Rahilin və ailəsinin ünvanına nalayiq söyüş söymüdür. Rahil masadan qalxıb kafenin çıxışına doğru bir-iki addım atmış, geri qayıdaraq masanın üzərindəki pivə bakalını götürərək qəfildən onun sifətinin sağ tərəfindən bir dəfə zərbə endirmişdir. Bakal qırılaraq yerə dağılmış, o isə aldığı zərbədən yerə yıxılmışdır. Sonra isə Rahim kafedən çıxıb getmişdir. Vüsal, Rəvan və kafeni işlədən Ramiq onu yerdən qaldıraraq üzünü yumuşlar. O, kafedən çıxaraq xəstəxanaya getmiş, və orada ona tibbi yardım olunmuşdur. Həmin gün o, Bakı şəhəri 1 saylı klinik xəstəxanasına aparılmış və doqquz gün müddətində müalicə olunmuşdur. Sonradan Təqsirləndirilən şəxsla barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, xx xxx 2020-ci il tarixdən İsmayıllı şəhərindəki “Göl” kafesini şifahi razılıq əsasında icarəyə götürərək işlətməyə başlamışdır. Kafedə işlənən bütün əşyaları özü almışdır. xx xxx 2020-ci il tarixdə saat 19:00 radələrində tanışları Gündüz və Vüsal gələrək pivə içməyə başlamışlar. Bir qədər sonra Rahil və Rəvan da kafeyə gəlmiş, Gündüzgilin əyləşdikləri masada əyləşərək pivə içməyə davam etmişlər. O isə işçilərlə birlikdə kafenin həyətində çay içmişdir. Bir müddətdən sonra yüksək danışıq səslərinin gəldiyini eşidib kafeyə daxil olmuşdur. Rahil, Gündüz, Vüsal və Rəvanın uca səslə söhbət etdiklərini görmüşdür. Təxminən bir-iki dəqiqədən sonra yenidən kafenin daxilindən mübahisə səsləri, şüşə qırılması səslərini eşidərək içəri girmiş, bu zaman Gündüzün yerdə yıxıldığını görmüşdür. Rahil isə bir müddət sonra kafeni tərk etmişdir. O Vüsal və Rəvanla birlikdə Gündüzü ayağa qaldırmış, yerdəki şüşə qırıntılarını görərək Rahilin Gündüzü bakalla vurduğunu bilmişdir. Onlar Gündüzün əlüzünü yumuşlar. Sonra isə Gündüz kafedən getmişdir. O, bakalının qırıntılarını süpürüb atmış, bir qədər sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. O, pivə bakalının bir ədədini üç manata almışdır. Hadisə zamanı kafedə bir ədəd şüşədən olan pivə bakalı sınmış, başqa əşyalarına zərər vurulmamışdır. Sonradan Rahil ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şahid X9 оğlu ifadə verərək göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 18:00 radələrində tanışı Gündüzlə İsmayıllı şəhərindəki “Göl” kafesinə gedərək pivə içməyə başlamışlar. Bir azdan tanışları Rahil və Rəvan kafeyə daxil olmuş və Gündüzün təklifi ilə bir masa arxasında əyləşmişlər. Onlar birlikdə pivə içərək söhbət etmişlər. Söhbət zamanı Gündüz Rahilə avtomobili ilə İsmayıllı şəhərində gəzməyi təklif etmiş, avtomobili özünün idarə edəcəyini bildirmişdir. Rahil ona içkili olduğu üçün avtomobilini verməyəcəyini demişdir. Bu zəmində aralarımnda mübahisə yaranmış və Gündüz Rahilə mərcə durmasını təklif etmişdir. Rahil mərcə durmayacağını və avtomobili verməyəcəyini bildirmişdir. Gündüz Rahilə masasından getməsini tələb etmişdir. Rahil isə masadan getməyəcəyini bildirmiş, ona görə də əsəbləşərək Rahilin və ailəsinin ünvanına nalayiq söyüş söymüdür. Rahil masadan qalxıb kafenin çıxışına doğru bir-iki addım atmış, geri qayıdaraq masanın üzərindəki pivə bakalını götürərək qəfildən Gündüzün sifətinin sağ tərəfindən bir dəfə zərbə endirmişdir. Bakal qırılaraq yerə dağılmış, Gündüz isə aldığı zərbədən yerə yıxılmışdır. Rahil isə kafedən çıxıb getmişdir. Onlar Gündüzü yerdən qaldıraraq üzünü yumuş və Gündüz xəstəxanaya getmişdir. Birinci instansiya məhkəməsi iclasında şаhid qismində dindirilmiş Cəfərov Rəvan Rövşən oğlu şahid Vüsal Salmanov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Səhhəti ilə əlaqədar olaraq üzürlu səbəblərdən birinci instansiya məhkəməsi baxışı iclasına gələ bilməmiş cinayət işi üzrə Şahid ibtidai istintaqa verdiyi ifadəsi məhkəmə iclasında oxunub elan olunmuşdur. Şahid ibtidai istintaqa verdiyi ifadəsində zərərçəkmiş şəxs Rahid Pirvəlizadə ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020ci il tarixli 220 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-qapalı kəllə-beyin travması və baş beyin sirkələnməsi ilə müşayət olunan sağdan alın sümüyünün ön divarının və burun sümüyünün az yerdəyişən sınığı, sağ qaş qövsünün, sağ gözün bayır bucağının (sağ almacıq nahiyəsinin) yaraları, sağ gözün ağlı qişasına qansızma bərk-küt əşya (alət) təsirindən törənmişdir, həmin xəsarətlər xx xxx 2020-ci il tarixdə və ekspertizanin təyin edilməsinə dair qərarda təsvir olunan şəraitdə törənməsi istisna edilmir, həmin xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Cinayət işi materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli 176 nömrəli sərxoşluq dərəcəsinin müəyyən edilməsinə dair tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdəki tibbi müayinəsi zamanı sərxoşluğu olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş İsmayıllı rayon X4 X7 şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 457 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. xx xxx 2020-ci il tarixdən “Ensofolopatiya kəllə daxili hipertenziya qıcolma tutulmalar” diaqnozu ilə “nevroloji” kabinetində dispanser qeydiyyatındadır. Cinayət işi materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsindən İİ qrup ümumi səbəbdən əlil kimi 130 (bir yüz otuz) manat sosial müavinət alır. Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli 308 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, halhazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (İsmayıllı RMX-dan verilmiş xx xxxx 2020-ci il tarixli 457 saylı arayış, abmulator kitabçadan çıxarış, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasından verilmiş 3098 saylı sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, onda əsəbiliyə və konfiliktə meyillilik müşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiya ilə cavab verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş İsmayıllı şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri M.F.Axundov küçəsi ev 34 A, mənzil 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, subaydır, İİ qrup əlil olmaqla təqaüd alır, həmin ünvanda yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş “Şahdağ MMC” firması tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 33 nömrəli məktubdan görünür ki, 2020-ci ilin may ayına bir ədəd 0,5 litrlik pivə bakalının qiyməti təxminən 3 manat təşkil edir. Cinayət işi materiallarına əlavə edilmiş Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxx 2020-ci il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 23:35-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020ci il tarixli 4(037)-19/2020 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və həmin tarixdə barəsində 03 (üç) ay müdətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və ev dustaqlığının əvvəli şübhəli şəxs qismində tutulduğu andan, yəni xx xxx 2020-ci il tarixdə saat 23:35-dən hesablanmışdır. İş materiallarina əlavə edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyindən onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayətləri qalmamışdır. (cild 1, iş v. 245-246) Yuxarıda qeyd edildiyi kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı CM-in 127.2.3 və 221.3-cü maddələri ilə ittiham irəli sürülmüş, birinci instansiya məhkəməsi də təqsirləndirilən şəxsi həmin maddələr üzrə təqsirli bilərək barəsində ittiham hökmü çıxarmışdır. Apellyasiya məhkəməsi hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən CM-in 127.2.3-cü və 221.3-cü maddələri ilə ittiham verildiyindən onun barəsində apellyasiya protesti üzrə işə yenidən baxan məhkəmə kollegiyası hər iki maddə üzrə gəldiyi hüquqi nəticəsini aşağıda qeyd edilənlər ilə əsaslandırır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qarşı CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə ittihamın irəli sürülməsi əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs ona görə CM-in həmin maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ki, ona görə ki, o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmiş, eləcə də həmin hərəkətləri ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, xx xxx 2020-ci il tarixdə saat 20:00 radələrində tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə İsmayıllı şəhərində yerləşən “Göl” kafesində pivə içərək söhbət etdikləri zaman aralarında yaranmış mübahisə zamanı ictimai yer hesab olunan kafedə ətrafda digər şəxslərin olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməklə, o cümlədən kafenin iş rejimini pozmaqla silah qismində istifadə etdiyi pivə bakalı ilə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən bir dəfə qəsdən vurmaqla sonuncuya qapalı kəlləbeyin travması və baş beyin sirkələnməsi ilə müşayət olunan sağdan alın sümüyünün ön divarının və burun sümüyünün az yerdəyişən sınığı, sağ qaş qövsünün, sağ gözün bayır bucağının (sağ almacıq nahiyəsinin) yaraları, sağ gözün ağlı qişasına qansızma xəsarətlərindən ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, habelə Zərərçəkmiş şəxs2 icarədarı olduğu həmin kafedəki bir ədəd 0,5 litr tutumlu pivə bakalını sındıraraq məhv etməklə sonuncuya 3 (üç) manat dəyərində ziyan vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2. Eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda-iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma-iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 127.2. Eyni əməllər: 127.2.1. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə; 127.2.2. xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə; 127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə; 127.2.4. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə törədildikdə; bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə onun törətmiş olduğu cinayət əməlinin motivi xuliqanlıq kimi qiymətləndirilərək zərərçəkmiş şəxsə az ağır zərərvurma kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində xuliqanlıq motivi mövcud deyildir. Bu hal iş materialları, xüsusən də zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiq olunur. Belə ki, birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır, münasibətləri həmişə yaxşı olmuş, aralarında ədavət və düşmənçiliyi olmamışdır. xx xxx 2020-ci il tarixdə saat 18:00 radələrində tanışı Vüsalla İsmayıllı şəhərindəki “Göl” kafesinə getmişlər. Orada pivə sifariş verərək içməyə başlamışlar. Bu zaman Rahil və digər tanışı Rəvan kafeyə daxil olmuş və onun təklifi ilə bir masa arxasında əyləşmişlər. Onlar birlikdə pivə içərək söhbət etmişlər. Söhbət zamanı Rahilə avtomobili ilə İsmayıllı şəhərində gəzməyi təklif etmiş, avtomobili özünün idarə edəcəyini bildirmişdir. Rahil ona içkili olduğu üçün avtomobilini verməyəcəyini demişdir. Bu zaman o, Rahilə “sən avtomobilini mənə ver, mən avtomobilini 180 km/saat sürətlə idarə edəcəyəm” demişdir. Rahil yenə ona içkili olduğu üçün avtomobilini verməyəcəyini demişdir. O, Rahilə “əgər avtomobilini idarə edə bilməsəm sənə 100 manat verəcəm, idarə edə bilsəm sən mənə 100 manat verərsən” deyərək mərcə durmasını təklif etmişdir. Rahil isə ona mərcə durmayacağını və avtomobili verməyəcəyini bildirmişdir. Bu zəmində aralarında mübahisə yaranmışdır. O, Rahilə masasından getməsini tələb etmişdir. Rahil isə masadan getməyəcəyini bildirmiş, ona görə də əsəbləşərək Rahilin və ailəsinin ünvanına nalayiq söyüş söymüdür. Rahil masadan qalxıb kafenin çıxışına doğru bir-iki addım atmış, geri qayıdaraq masanın üzərindəki pivə bakalını götürərək qəfildən onun sifətinin sağ tərəfindən bir dəfə zərbə endirmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu və təqsirli bilindiyi xuliqanlıq cinayətinin nəzərdə tutulduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə, əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeyidlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münaqişə zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 2004-cü il tarixli qərarında da müdafiə edilir. Həmin qərarın 3-cü bəndinə görə zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Elə işə bu mövqedən yanaşaraq məhkəmə kollegiyası qeyd edir ki, hadisənin ümumi mənzərəsi və təqsirləndirilən şəxsin davranışı və niyyəti barədə birinci məhkəmədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisəsi cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri ilə baş verməmişdir. Zərərçəkmiş şəxslərin ifadəsindən də göründüyü kimi, təqsirləndirən şəxsin törətmiş olduğu cinayət əməlində xuliqanlıq motivi yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təzahür edən əməl mövcud olmamışdır. Hazırkı baxılan cinayət hadisəsinin baş vermə səbəbi Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs ilə masa ətrafında söhbət zamanı Rahilə avtomobili ilə İsmayıllı şəhərində gəzməyi təklif etməsi, avtomobili özünün idarə edəcəyini bildirməsi, Rahilin isə ona içkili olduğu üçün avtomobilini verməyəcəyini deməsi, bu zaman Zərərçəkmiş şəxs1 Rahilə “sən avtomobilini mənə ver, mən avtomobilini 180 km/saat sürətlə idarə edəcəyəm” deməsi, Rahil yenə ona içkili olduğu üçün avtomobilini verməyəcəyini deməsi, onun Rahilə “əgər avtomobilini idarə edə bilməsəm sənə 100 manat verəcəm, idarə edə bilsəm sən mənə 100 manat verərsən” deyərək mərcə durmasını təklif etməsi, Rahilin isə ona mərcə durmayacağını və avtomobili verməyəcəyini bildirməsi səbəbindən bu zəmində aralarında mübahisə yaranması olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs məxsus avtomaşını içkili vəziyyətdə idarə etmək istəməsi səbəbindən təqsirləndirilən şəxs ilə arasında yaranmış mübahisəyə və eləcə də təqsirləndirilən şəxsin hərəkətləri ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurması ilə bağlı təqsirləndirilən şəxsin CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirli bilinməsi əsassızdır. Eyni mövqe B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında nümayiş etdirilmişdir. Belə ki, burada göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Hazırki cinayət işinin araşdırılması zamanı isə məhkəmə kollegiyası müəyyən etdi ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 20:00 radələrində tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə İsmayıllı şəhərində yerləşən “Göl” kafesində söhbət etdikləri zaman Gündüz ona “avtomobilini mənə ver, mən onu 180 sürətlə idarə edəcəm” demiş, o, Gündüzə həmin sürətlə avtomobili idarə edə bilməyəcəyini demiş və aralarında bu zəmində mübahisə yaranmışdır. Gündüz ona “gəl mərcləşək, sən ver avtomobili mən sürüm əgər 180 km/saat sürətlə idarə edə bilsəm sən mənə 100 manat pul verəsən, yox əgər həmin sürətlə idarə edə bilməsəm mən sənə 100 manat pul verəcəm”deyə bildirmişdir. O, Gündüzə mərcləşməyəcəyini bildirmişdir. Gündüz isə avtomobili götürüb sürmək istədiyini demiş, o isə Gündüzə içkili olduğundan avtomobili verməyəcəyini demişdir. Gündüz içkinin təsirindən onun və ailəsinin ünvanına nalayiq söyüşlər söymüş və Təqsirləndirilən şəxs bundan əsəbiləşərək masanın üstündəki şüşə bakalı götürərək sonuncunun sifətinin sağ nahiyəsindən bir dəfə vurmuşdur. Bunsdan sonar isə Təqsirləndirilən şəxs ordan uzaqlaşaraq çıxıb getmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 2004-cü il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göründüyü kimi hazırkı işdə də mübahisə şəxsi münasibətlər zəminində, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanılmaqla yanaşı, təqsirləndirilən şəxsin ümumiyyətlə hərəkəti masanın üstündəki şüşə bakalı götürərək zərərçəkmiş şəxsin sifətinin sağ nahiyəsindən bir dəfə vurması olmuş və bununla onun hərəkəti başa çatmışdır. O, zərərçəkmiş şəxsi bakalla bir dəfə vurduqdan sonar isə çıxıb getmişdir ki, bununla onun hərəkətlərinin sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsi baş verməmişdir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qarşı CM-nin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittihama gəldikdə isə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmiş, eləcə də həmin hərəkətləri ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Yuxarıda qeyd edilən Plenum Qərarının 5-ci bəndində göstərilir ki, Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Göründüyü kimi, qeyd edilən qərar xuliqanlıq niyyətini məhs cinayətin motivi ilə bağlamışdır ki, hazır ki, işdə isə müəyyən olunur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi onun və ailəsinin ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən vurmuşdur. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx xxxxxx 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Göründüyü kimi plenum qərarı xuliqanlıq niyyəti ilə əməlin tövsüfü zamanı hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın cinayəti törətmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazım olduğunu qeyd etmişdir. Hazırki cinayət işində isə aydın və mübahisəsiz şəkildə müəyyən olunur ki, hadisənin təşəbbüskarı təqsirləndirilən şəxs deyil və münaqişənin yaranmsının səbəbkarı zərərçəkmiş şəxs özüdür. Bundan başqa iş materialları ilə o da təstiq olunur ki, mübahisə və dalaşma zərərçəkmişin təşəbbüsü ilə, məhs onun hüquqa zidd hərəkətləri səbəbindən baş vermişdir ki, bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməkdə təqsirli bilinə bilməz və onun əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsüf edilməlidir. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, CPM-in 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən isə, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Habelə, CPM-in 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü və 221.3-cü maddələri ilə ittiham verilərkən onun əməli CPM-in 144- 145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirilməmişdir. Təqsirləndirilən şəxs əməlində ona istinad edilən CM-in 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət tərkibi yoxdur. Birinci instansiya məhkəməsi onları CM-in 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirli bilib cəza təyin edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur ki, bu da hökmün ləğv edilməsi üçün əsasdır. CPM-in 398.1.2-ci maddəsinə əsasən apelyasiya şikаyətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərаr çıxarmağa haqlıdır. CPM-in 399-cu maddəsinə müvafiq olaraq, (399.1.2) məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; (399.1.4) cinayət qanunu normasının düzgün tətbiq edilməməsi-apelyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. CPM-in 401.1 və 401.1.1-ci maddələrinə görə, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. CPM-in 403.0 və 403.0.3-cü maddələrinə əsasən, cinayət qanunu normasının düzgün şərh (təfsir) edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri olmamasını yazılı şəkildə ifadə etmişlər. Zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmənin əsaslarını müəyən edən Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət-Prosesual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət-Prosesual Məcəlləsinin 397.5-ci maddəsində qeyd edilir ki, Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Cinayət-Prosesual Məcəlləsinin 398.1.3-cü maddəsidə isə göstərilir ki, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyə haqlıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməli, ona cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ izah edilməli, Kəbirov X6 Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməli, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışması və onlara dəymiş ziyanı tamamilə ödəməsi nəzərə alınaraq onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 399.1, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası hökm etdi: Apelyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilsin və ona cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ izah edilsin. Kəbirov X6 Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışması və onlara dəymiş ziyanı tamamilə ödəməsi nəzərə alınaraq onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: /imza/ Hаkimlər: /imzalar/ Əsli ilə düzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar