Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-220/2022 13.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin sədri Quliyev Nuru Nadir oğlu, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin hakimlərinə və İsmayıllı Rayon Məhkəməsinin sədri Rəfayel Şirinovun özü-özünə verdiyi etirаzın təmin olunması barədə Şəki Apellyasiya Məhkəməsi hakiminin qərarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təqsirləndirilən şəxs Xəlilov X1 Rayon Məhkəməsinin hakimlərinə və İsmayıllı Rayon Məhkəməsinin sədri Rəfayel Şirinov özü-özünə etiraz etmiş və İsmayıllı Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 1(037)-30/2022 saylı qərarı ilə etirаz məsələsinə baxılması üçün iş materialları Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin hakimi Eyvazov Akif Məhərləm oğlunun 10 may 2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin hakimlərinə və İsmayıllı Rayon Məhkəməsinin sədri Rəfayel Şirinovun özü-özünə verdiyi etirаz təmin edilmiş və həmin qərar ərazi üzrə məhkəmə aidiyyətinin dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinin sədrinə təqdim edilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, Şəki Apellyasiya Məhkəməsinin 10 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin hakimlərinə və İsmayıllı Rayon Məhkəməsinin sədri Rəfayel Şirinovun özü-özünə verdiyi etirаz təmin edildiyindən, ərazi üzrə məhkəmə aidiyyəti dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən, aşağıdakı hallarda dəyişdirilə bilər: 76.1.1-ci maddəsinə əsasən bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özü-özünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə; 76.1.2. məhkəmənin bütün hakimləri özü-özlərinə verdikləri və ya onlara edilmiş etiraz təmin edildikdə; 76.2-ci maddəsinə əsasən bu Məcəllənin 76.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair qərar müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən qəbul edilir. Göstərilənlərə əsasən, belə qənaətə gəlirəm ki, Şəki Apellyasiya Məhkəməsinin 10 may 2022-ci il tarixli qərarı ilə etiraz təmin olunduğundan məhkəmənin ərazi aidiyyəti dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi baxımından İsmayıllı rayonuna daha yaxın olan Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrı və CPM-in 76-cı maddəsini rəhbər tutаrаq, QƏRARA ALDİM: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №1(107)-220/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-220/2022
13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver