Məhkəmə qərarları › İş №1(107)-223/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-223/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-223/2021 17.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid2 və zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X11 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən Şahid1) 30 mart 2021-ci il tarixli, 1(091)-62/2021 nömrəli hökmü ilə, xx xxxxxx 1991-ci ildə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Malbinəsi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Biləcəri qəsəbəsi, DSK yolu, mədən 1, yeni evlərdə kirayədə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 120.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddətin təyin edilmiş cəzaya hesablanması, Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ciddi rejimli cəzasəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu vaxtdan, yəni 29 iyun 2019-cu ildən hesablanması, Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, CM-in 95.0.1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi, maddi sübut olan və Yevlax Rayon Prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli cins şalvar, 1ədəd ağ rəngli polo (qısaqol) köynək və üzərində rəsmlər olan göy-sarı rəngli polo (qısaqol) köynək təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid2 qaytarılması, N.Şahid2 məxsus 1 ədəd qara-boz rəngli trusa, 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli ayaqqabı, 1 ədəd qara rəngli kəmər, 1 ədəd cırılmış vəziyyətdə göy, ağ, yaşıl və açıq qəhvəyi zolaqları olan qısaqol kişi köynəyi zərərçəkmiş şəxsin hüquqi varisi X6 qaytarılması, Bir ədəd mətbəx bıçağı, hadisə yerindən aşkar edilmiş 1, 2, 3, 4, nömrələri ilə işarələnmiş şüşə qırıntıları, 1, 2, 3, 4 5, 6, 7 nömrələri ilə işarələnmiş qanabənzər ləkə nümunələri, 04 ədəd daş parçaları, 01 ədəd şifer parçası, bint kəsiyi, torpaq nümunəsi, qurumuş bitki qalıqları və Təqsirləndirilən şəxs əl-barmaq izlərinin məhv edilməsi, Azercell, Bakcell və Azerfon MMCdən daxil olan rabitə məlumatlarını özündə əks etdirən disklərin cinayət işində saxlanması, Ekspertiza xərci 314 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs 28 iyun 2019-cu ildə saat 00 radələrində bacısı oğlu Nazim Hüseynovun 29 iyun 2019-cu il tarixə planlaşdırılan sünnət mərasimində iştirak etmək məqsədi ilə valideynləri, bibisi oğlanları- Şahid7 və X12 ilə Bakı şəhərindən yeznəsi X7 yaşadığı ünvan 1 ünvanında yerləşən evə gəlmişdir. Orada olarkən yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Nicat Hüseynovla onun və atası Şahid1 arasında Nicatın onların ünvanına nalayiq ifadələr işlətdiyinə görə baş vermiş mübahisədən yayınmaq məqsədilə ailə üzvləri ilə birlikdə əmisi arvadı Şahid5 yaşadığı Yevlax rayonu, Malbinəsi kəndində yerləşən evinə getmişdir. Bundan sonra N.N.Hüseynov yeznəsi Şahid4 təkidi ilə onlarla barışmaq məqsədilə 29 iyun 2019-cu ildə saat 02 radələrində sonuncu ilə birlikdə taksi ilə Yevlax rayonun, Malbinəsi kəndinə gəlmiş, Nicat Hüseynov sərxoş vəziyyətdə əlində olan boş pivə şüşəsini silah qismində istifadə etməklə həmin vaxt küçədə olan atası Şahid1 üz nahiyəsinə qəflətən vurmaqla ona “sağ qaşın bayır bucağının və almacıq nahiyəsinin bir ədəd əzilmiş yarası” ilə müşaiyət olunan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etməsi nəticəsində yaranmış səs-küyü eşidib küçəyə çıxıb Nicat Hüseynovu sakitləşdirmək istəyərkən sonuncu əlində olan pivə şüşəsi ilə onun da bədəninin müxtəlif nahiyələrinə vuraraq ona “sol əlinin arxa səthinin, sol saidin orta 1/3-nin arxa səthinin, sağ baldır nahiyəsinin, sağ ayaq pəncəsinin üst səthinin, sağ ənsə nahiyəsinin sıyrıqları” ilə nəticələnən sağlamlığa zərər vurmayan və əlamətinə görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmisdir. Bundan hiddətlənərək Nicat Hüseynovdan qisas alıb onu öldürmək qərarına gəlmiş və bu məqsədlə geri qayıdıb Şahid5 yaşadığı evin darvazasından həyətə daxil olaraq evin giriş qapısının yaxınlığındakı daşın üzərində olan bir tərəfi (küpü) küt, digər tərəfi kəsici-itilənmiş, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək geri qayıdıb Nicat Hüseynovun üzərinə hücum edərək öldürmək məqsədi ilə bıçaqla bir dəfə qarın nahiyəsindən qəsdən zərbə endirərək ona “qara ciyərin zədələnməsi, kəskin qan itirmə ilə nəticələnən qarınüstü nahiyənin sağ iç hissəsinin daxilə keçən deşilmiş-kəsilmiş yarası” ilə müşayiət olunan yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə X8 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 1(091)-62/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X11 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Muradın onu öldürmək məqsədi olmamışdır. İş üzrə ifadə verən şəxslər Nicatın Murada hücum etdiyini, butulka qırığı ilə onu vurduğunu bildirmişlər. Nicat Muradı butulka ilə vurduqdan sonra onun hər hansı müqavimət göstərmək imkanı olmamışdır. Psixi problemləri olan, fiziki və əqli cəhətdan zəif olan Muradın zərəçəkmiş şəxsi öldürməsi inandırıcı deyil. Odur ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 124-cü maddəsinə tövsif edilməsini və həmin maddədə nəzərdə tutulan daha yüngül cəza verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protesti verərək CM-in 60-cı maddəsinə dair müddəanın hökmdən xaric edilməklə təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X11 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsə yüngül cəza verilmişdir. Odur ki, təqsirləndirilən şəxsə yuxarı həddə verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X11 tərəfindən verilmiş apellyasiya şikayətinin və apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən zərərçəkmiş şəxsin hüquqi varisi X10 nümayəndəsinin verdiyi apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X11 tərəfindən verilmiş apellyasiya şikayətinin və apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar Apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi Apellyasiya instansiyası məhkəməsi tərəfindən Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. CPM-in 398.1.4-cü maddsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1.4-cü maddəsinə görəcinayət qanunu normasının düzgün tətbiq edilməməsi; Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X11 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 1(091)-62/2021 nömrəli hökmü dəyişdirilməlidir. Belə ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirsə də, məhkəmə kollegiyası həmin dəlillərə görə Təqsirləndirilən şəxs əməlinin CM-in 124-cü maddəsinə tövsif edilməsi üçün əsaslı saymır və bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Digər tərəfdən, məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri bilir ki, birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 120.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxs və müdafiəçisi həm də birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, daha yüngül cəza təyin edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X11 isə apellyasiya şikayətində təqsirləndirilən şəxsə yuxarı həddə cəza verilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə (CM-in 120.1-ci maddəsinin sanksiyasında doqquz idən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 oktyabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül və ya daha ağır həddə cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin məlum hökmünün həmin təyin edilmiş cəzaya aid hissədə qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin məlum dəlillərinə hüquqi qiymət vermək istəyir. Belə ki, birinci instansiya məhkəməsi hökmdə “hadisə zərərçəkmiş N.N.Hüseynovun qeyri-hüquqi hərəkətləri nəticəsində baş vermişdir” müddəasını qeyd edərək həmin halı CM-in 59.1.8-ci maddəsinə əsasən təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qəbul etmişdir. Lakin, işə təkrar baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qanunvericiliyin tələbləri baxımından bu fikirdədir ki, birinci instansiya məhkəməsiməlum nəticəyə gələrkən haqlı olmamışdır. Çünki, məhkəmə nəzərə almamışdır ki, CM-in 59.1.8-ci maddəsində nəzərədə tutulan cəzanı yüngülləşdirən hal “cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi” kimi müəyyən edilmişdir. İmperativ norma kimi müəyən edilən CM-in 60.1-ci maddəsi yalnız CM-nin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün halların mövcud olduğu təqdirdə tətbiq edilməsini mümkün edir. Qeyd edilən maddələrdə nəzərdə tutulmayan digər hallarda CM-in 60.1-ci maddəsinin tətbiqi istsna edilir. CM-in 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərdə tutulmuşdur. Bu zaman zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri təqsirkarı cinayətə sövq edən mühüm viktimoloji amil kimi çıxış etməli və belə vəziyyətdə sonuncunun öz hərəkətlərinə lazımi nəzarət etmək və onu idarə etmək imkanlarından məhrum olması nəzərdə tutulur. Göründüyü kimi hökmdə qeyd edilən “hadisə zərərçəkmiş qeyri-hüquqi hərəkətləri nəticəsində baş vermişdir” kimi cəzanı yüngülləşdirən hal CM-nin 59.1.8-ci maddəsində nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə kollegiyası bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X11 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 1(091)-62/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi “hadisə zərərçəkmiş N.N.Hüseynovun qeyri-hüquqi hərəkətləri nəticəsində baş vermişdir” hissəsində dəyişdirilməli və CM-in 59.1.8-ci maddəsində müəyyən edilmiş qaydada “cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi” onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X11 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. İş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 1(091)-62/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi “hadisə zərərçəkmiş N.N.Hüseynovun qeyri-hüquqi hərəkətləri nəticəsində baş vermişdir” hissəsində dəyişdirilsin və Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsində müəyyən edilmiş qaydada “cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi” onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar