Məhkəmə qərarları › İş №1(107)-226/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-226/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-226/2021 17.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağsu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prorukorluğu tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) 11 mart 2021-ci il tarixli, 1(016)- 11/2021 saylı hökmü ilə, xx.xx.1985-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 yanvar 2021-ci il tarixdən 21 yanvar 2021-ci il tarixədək saxlanıldığı 2 (iki) gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməməsi, yaşayış yerini hər gün gecə saat 23:30-dan səhər saat 07:00-dək tərk etməməsi, elektron nəzarət vasitələrini gəzdirməsi, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməsi, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut kimi tanınmış - 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan - 02 ədəd zərfdə, ümumi çəkisi 440,38 qram olan qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə xərcin Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, X1, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilməsi müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs 2020-ci ilin yay aylarında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 440,48 qram təmiz çəkidə kustar üsulla hazırlanmış, narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, üzərində daşımaqla, yaşadığı Ağsu şəhəri, M.Ə. Rəsulzadə küçəsində yerləşən evinin həyətində saxlamış, 20 yanvar 2021-ci il tarixdə saat 10:20-də Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində şöbəyə gətirilmiş, həmin tarixdə saat 10:50-də şöbənin inzibati binasında üzərinə baxış keçirilərkən, əyninə geydiyi qara rəngli paltosunun sağ yan cibində, bir ədəd “Prima” markalı siqaret qutusunun içərisində 10,48 qram, həmçinin həmin tarixdə saat 12:50-də yaşadığı evin həyətindəki tikilinin içərisində, sellofan torbada 430 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, təxminən 2020-ci ilin yay aylarında Ağsu rayon ərazisindən keçən Ağsu çayının sahilində olarkən iki ədəd çətənə kolu aşkar etmişdir. Narkotik vasitələrdən istifadə etdiyi üçün həmin ağacların üzərində olan yarpaqlarını sellofan torbaya yığaraq özünə məxsus yaşadığı evə gətirmiş, evin həyətində olan əl damı kimi istifadə olunan tikilidə qurudaraq gizlətmişdir. Yığdığı narkotik vasitə olan marixuanın müəyyən miqdarını gündəlik olaraq istifadə etsə də, narkotik vasitənin bir hissəsi gizlətdiyi yerdə qalmışdır. 20 yanvar 2021-ci il tarixdə əl damında gizlətdiyi marixuanadan özü istifadə etmək üçün bir az siqaretin boş qutusuna yığmış və həmin qutunu əyninə geyindiyi qara rəngli paltosunun sağ yan cibinə qoymuşdur. Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə piyada hərəkətdə olarkən, polis əməkdaşları onu saxlamış, ona narkotik vasitədən istifadə etdiyini və bununla bağlı məlumatları olduğunu, onlarla birlikdə Ağsu rayon Polis Şöbəsinə getməyi ona təklif etmişlər. Onunla söhbət aparan şəxslərin polis əməkdaşları olduğunu bilmiş və onlarla getməyinə razılıq vermiş, birlikdə şöbəyə gəlmişlər. Daha sonra, ona şübhəli şəxs qismində tutulduğu izah olunmuş, öz istəyi ilə vəkillə təmin olunmuş, dəvət olunmuş vəkilin iştirakı, foto və video çəkiliş ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulmuş, o, üzərində narkotik vasitə olmasını etiraf etmişdir. O, əynində olan qara rəngli paltosunun sağ yan cibində olan “Prima” markalı siqaretin boş qutusuna yığdığı marixuananı cibindən çıxararaq masa üzərinə qoymuşdur. Həmin mariuxuana qutu qarışıq elektron tərəzidə çəkilmiş və çəkisinin 14,3 qram olmasını görmüşdür. Daha sonra, o, yaşadığı evin həyətindəki əl damında sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana gizlətdiyini, onu bildirdiyi yerə aparsalar, həmin narkotik vasitəni də təqdim edə bilər demişdir. Onunla birlikdə hüquqlarını müdafiə edən vəkil və polis əməkdaşları onun göstərdiyi yerə gəlmiş, sonra o, əl damında sellofan torbada gizlətdiyi marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Onun iştirakı ilə həmin marixuana sellofan qarışıq elektron tərəzidə çəkilmiş və çəkisinin 450 qram olmasını görmüşdür. Üzərindən və gizlətdiyi yerdən aşkar olunaraq götürülmüş marixuanalar ayrı-ayrılıqda zərflərin içərisinə qoyularaq ekspertizaya göndəriləcəyi üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokollar tərtib olunmuş, tərtib olunmuş protokollar onun hüquqlarını müdafiə edən vəkil və polis əməkdaşları tərəfindən imzalanmışdır. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərmişdir ki, o, Ağsu rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Ağsu şəhər sakini kimi tanıyır. Onunla hər hansı bir münasibəti, ünsiyyəti yoxdur. Onun narkotik vasitə qəbul etməsi, qanunsuz üzərində saxlaması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Ağsu rayon Polis Şöbəsinin İTB-nin PPX tağımının manqa komandiri, Kamal Babayevlə birlikdə 20 yanvar 2021-ci il tarixdə, saat təxminən 10:20 radələrində Təqsirləndirilən şəxs yaşadığı Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən bina evinin yaxınlığında saxlamış, ona narkotik vasitədən istifadə etməsi, qanunsuz olaraq üzərində saxlaması barədə məlumatı olduğunu, həmin məlumatı yoxlamaq məqsədi ilə polis şöbəsinə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs ilk əvvəl üzərində narkotik vasitə olmadığını bildirmiş, daha sonra onlarla polis şöbəsinə getməyə razılaşmış və birlikdə şöbəyə getmişlər. Polis şöbəsinə gəldikdən sonra tərəfindən toplanmış material qərar qəbul edilməsi üçün RPŞnin TQ-na verilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu bildirilmiş və onun öz istəyi ilə vəkil dəvət olunmuşdur. Bundan sonra, çəkilişlə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli, paltosunun sağ yan cibindən 1 ədəd “Prima” markalı siqaret qutusunu çıxarmış və masa üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisində narkotik vasitənin olduğunu bildirmişdir. Siqaret qutusunun içərisinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, içərisində yaşıl kütlə, spesfik iyə məxsus ilk görünüşdən marixuanaya bənzər kütlədir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər kütləni 2020-ci ilin yay aylarında Ağsu rayonun ərazisindən keçən Ağsu çayının sahilindən tapdığı iki ədəd çətənə kollarının yarpaqlarını qurudaraq əldə etməsini, qalan narkotik vasitənin digər hissəsinin yaşadığı evinin, həyətində olan əl damı dediyi tikilidə gizlətməsini, həmin kütləni könüllü olaraq təqdim edə biləcəyini bildirmişdir. Daha sonra, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş, aşkar olunmuş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı bina evinin həyətində yerləşən tikiliyə baxış keçirilmiş, həmin tikilinin içərisindən Təqsirləndirilən şəxs sellofan torba çıxarmış və təqdim etmişdir. Həmin torbanın içərisində spesfik iyə məxsus, ilk görünüşündən narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuş, həmin kütlənin də dəqiq çəkisini və tərkibini müəyyən etmək üçün ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Daha sonra, bu barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş, tərtib olunmuş protokolu Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə edən vəkil və baxışda iştirak edən şəxslər imzalamışlar. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X6 ilə eyni məzmunlu ifadə verdi. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərmişdir ki, o, Ağsu şəhəri, M.Rəsulzadə küçəsində yerləşən ev 21, mənzil 7-də oğlu Təqsirləndirilən şəxs və nəvəsi Firuzə Mirzəyeva ilə birlikdə yaşayır. Oğlu Azadın həyat yoldaşı, X10 2016-cı ildə xəstəlikdən rəhmətə getmişdir. Hazırda oğlu Azad və nəvəsi Firuzə onun himayəsi altındadır. Azad heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs evə gələndə ara bir ondan pis qoxu gəldiyini hiss etmişdir. Lakin dəqiqliklə onun hansı maddə qəbul etməsini isə bilməmiş və bu barədə ondan heç nə soruşmamışdır. Azad 20 yanvar 2020-ci il tarixdə yaşadığı evin həyətindəki əl damı kimi istifadə etdiyi tikiliyə baxış keçirilən zaman gizlətdiyi sellofan torbanın içərisində olan marixuananı polis əməkdaşlarına təhvil vermişdir. Azad evə gəldikdən sonra, marixuananı Ağsu çayının sahilindən tapdığı iki ədəd çətənə kollarının yarapqlarından dərib tikilinin içərisində qurtuduğunu və istifadə etdiyini demişdir. O, bir ana kimi onu danlamışdır. Bildirir ki, oğlunun səhətində problemlər olduğu üçün, o, demək olar ki, onu hər ay müayinə və müalicəyə aparır. O, Azadla söhbət edəndən sonra oğlu ona narkotik vasitə olan qurudulmuş marixuanadan uzun müddətdir ki, istifadə etdiyni demişdir. Azad narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün onu nəzarətdən buraxmır. “Cinayət işinin başlanılması və istintaq aidiyyətı üzrə göndərilməsi haqqında” 20 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyətı üzrə Ağsu rayon X8 Qrupuna göndərilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 20 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə 10:35-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 20 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, 20 yanvar 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq polis şöbəsinə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı o, əynində olan qara rəngli paltosunun sağ yan cibindən 1 ədəd “Prima” markalı siqaret qutusunu və içərisinə qoyduğu, narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. “Axtarış və götürmə aparılması haqqında” 20 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 21, mənzil 7 ünvanında olan yaşadığı evin həyətindəki tikilinin içərisində, sellofan torbada 430 qram narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 20 yanvar 2021-ci il tarixli, 17/53 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş siqaret qutusunda olan kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusunda, təmiz çəkisi - 10,48 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşaldığı binanın həyətində olan... aşkar olunmuş kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi - 430 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd siqaret qutusunda olan qurudulmuş marixuana ilə 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Qeyd hissəsində: Marixuananın ümumi təmiz çəkisi – 440,48 qram, tədqiqata sərf edildi - 0,10 qram, (hər ob-0,05 qram.) qalıq – 440,38 qram. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 20 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 18 yanvar 2021-ci il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin 21 yanvar 2021-ci il tаriхli, 52 sаylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs оğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkоlоji kabinetdə profilaktik qеydiyyаtа alınması məsləhət görülür. “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olunmuşdur. “Maddi sübut kimi tanınma haqqında” 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, 02 ədəd zərfdə, ümumi çəkisi – 440,48 qram qablaşdırılaraq möhürlənmiş vəziyyətdə olan narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prorukorluğu tərəfindən apellyasiya protesti daxil olmuşdur. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Baş Prorukorluğunun verdiyi apellyasiya protestində Ağsu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(016)-11/2021 saylı hökmü ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(016)-11/2021 saylı hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X2 birinci instansiya məhkəməsi hökmünü apellyasiya protestinə münasibətdə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X11 apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünü dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(016)-11/2021 saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsin nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli birinci instansiya məhkəməsi tərəfindən Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1 maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Baş Prorukorluğunun verdiyi apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayəti işi üzrə Ağsu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(016)-11/2021 saylı hökmü ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri əsaslı deyil. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 234.1-ci mаddəsi ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarından da bu anlama gəlmək olar ki, təqsirləndirilən şəxsin əməlində satış məqsədinin müəyyən olunması üçün narkotik vasitələrin miqdarı mütləq şərtdir. Yəni belə halda narkotik vasitənin miqdarı çox olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi). CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Təqsirləndirilən şəxsə cəza təyin edərkən birinci instansiya məhkəməsi, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə almışdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən birinci instansiya məhkəməsi, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət əməli törətməsini və himayəsində 2010-cu il ildə doğulmuş uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq birinci instandiys məhkəmsi düzgün hesab etmişdir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Məhkəmə kollegiyası bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır: Birincisi o, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirir; İkincisi Təqsirləndirilən şəxs оğlunun himаyəsində olan 1 azyaşlı övladı olması. Üçüncüsü, təqsirləndirilən şəxs ilk gündən səmimi ifаdə verməklə istintаqın gedişinə köməklik etməsi, müsbət xаrаkterizə оlunmаsı оnun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, onun, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir. Dördünçüsü, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran heç bir hal yoxdur, cəzasını yüngülləşdirən hаllаr isə mövcuddur. Həmçinin onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onun hüquq və azadlıqların müəyyən çərçivədə məhdudlaşdırılmasına gətirəcəkdir, bu da onu gələcəkdə də azadlığın itirilməsinə səbəb olan əməllərdən çəkindirəcəkdir. Bundаn bаşqа məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi, onun ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırar və bu da ilk növbədə onun himаyəsində оlаn azyaşlı övladının maddi və mənəvi cəhətdən inkişaflarına pis təsir göstərər. Belə ki, BMT Baş Assambleyanın 20 noyabr 1959-cu il tarixli Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipi də uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün valideyinlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyümələrini vurğulamışdır. Həmçinin 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi qeyd edilmişdir. Göründüyü kimi BMT Baş Assambleyanın və BMT Konvensiyasının bu prinsipləri baxımından da Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsini məqsədə uyğun hesаb etmir Qeyd edilən hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən yüngül cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın ağırlaşdırılmasına əsas görməyərək həmin protestin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Azərbaycan Respublikası Baş Prorukorluğu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağsu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar