Məhkəmə qərarları › İş №1(107)-227/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-227/2021

17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-227/2021 17.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs1 və müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs4 və müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 221.3 və 315-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 CM-in 126.2.2, 126.2.4, 221.3 və 315-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(091)-29/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən N.Mirzəyev, hakimlər R.Hüseynov və B.Məmmədovdan ibarət tərkibdə) 05 aprel 2021-ci il tarixli, 1(091)-29/2021 nömrəli hökmü ilə, xx xxxxxx 1995-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində yeddi azyaşlı uşağı olan, natamam orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllərməhkum olunmamış,ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 221.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, o, Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmiş və cəzaçəkmə müddətinin başlanğıcı 24.05.2020-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxxx 1993-cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, qeyri-rəsmi evli olmaqla himayəsində dörd azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21.05.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxxxxx 1989-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, qeyri-rəsmi evli və himayəsində səkkiz azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21.05.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması 16 avqust 1977-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs4 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20.05.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Yevlax rayon prokurorluğunda “Maddi sübutların saxlanılması otağında” saxlanılan bir ədəd ağac parçası və 03 ədəd daş parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi hökm edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(091)-29/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs3 18 may 2020-ci il tarixdə saat 15.00 radələrində Yevlax rayonu Ceyhun Əzizov küçəsi və yaxınlıqda yerləşən küçələrdə yaşayan sakinlər arasında koronavirus pandemiyasının yayılmasının kütləvi hal alması ilə əlaqədar infeksiyanın rayonun digər ərazilərində yayılmasının qarşısının alınması məqsədilə Yevlax Rayon Polis Şöbəsinin şəxsi heyəti və daxili qoşunların hərbi qulluqçuları tərəfindən 14 may 2020-ci il tarixdən tətbiq edilən həmin ərazidə giriş-çıxışa qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması məqsədilə bir qrup şəxs halında qəsdən polis əməkdaşları tərəfindən qoyulmuş postlara yaxınlaşaraq orada ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə polis əməkdaşları və hərbi qulluqçuların ünvanına nalayiq ifadələr işlədərək yüksək səslə qurulmuş postların dağıdılmasını və məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmiş, həmin vaxt polis əməkdaşları tərəfindən onlarla profilaktik söhbətlər aparılmasına və evlərinə qayıtmalarına razı salınmağa cəhd göstərilməsini görüb ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərib polis əməkdaşlarının qanuni tələblərinə əhəmiyyət verməyərək yerdən götürdüyü daş parçalarını silah qismində istifadə etməklə polis əməkdaşları və hərbi qulluqçuların istiqamətinə atmaqla, o cümlədən daş parçası ilə həmin vaxt xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar həmin yerə cəlb edilmiş xidməti geyim formasında olan hakimiyyət nümayəndəsi hesab olunan Yevlax Rayon Polis X3 polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 baş nahiyəsinə xuliqanlıq niyyəti ilə bir dəfə vurmaqla ona “açıq kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, sağ təpə nahiyəsinin kəskin epidural hematoması, sağ alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli basılmış sınığı, sağ təpə nahiyəsinin əzilmişcırılmış yarası, sağ təpə-gicgah nahiyəsinin dərialtı hematoması” ilə nəticələn həyat üçün təhlükəli olan ağır zərər vuran bədən xəsarəti yetirməklə sağlamlığına ağır zərər vurmuşdur Təqsirləndirilən şəxs1 18 may 2020-ci il tarixdə saat 15.00 radələrində Yevlax rayonu Ceyhun Əzizov küçəsi və yaxınlıqda yerləşən küçələrdə yaşayan sakinlər arasında koronavirus pandemiyasının yayılmasının kütləvi hal alması ilə əlaqədar infeksiyanın rayonun digər ərazilərində yayılmasının qarşısının alınması məqsədilə Yevlax Rayon Polis Şöbəsinin şəxsi heyəti və daxili qoşunların hərbi qulluqçuları tərəfindən 14 may 2020-ci il tarixdən tətbiq edilən həmin ərazidə giriş-çıxışa qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması məqsədilə qəsdən bir qrup şəxs halında polis əməkdaşları tərəfindən qoyulmuş postlara yaxınlaşaraq orada ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə polis əməkdaşları və hərbi qulluqçuların ünvanına nalayiq ifadələr işlədərək yüksək səslə qurulmuş postların dağıdılmasını və məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmiş, həmin vaxt polis əməkdaşları tərəfindən onlarla profilaktik söhbətlər aparılmasına və evlərinə qayıtmalarına razı salınmağa cəhd göstərilməsini görüb ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərib polis əməkdaşlarının qanuni tələblərinə əhəmiyyət verməyərək yerdən götürdüyü daş parçalarını silah qismində istifadə etməklə polis əməkdaşları və hərbi qulluqçuların istiqamətinə atmaqla, o cümlədən daş parçası ilə həmin vaxt xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar həmin yerə cəlb edilmiş xidməti geyim formasında olan hakimiyyət nümayəndəsi hesab olunan Yevlax Rayon Polis X38 Xidməti Bölməsinin polis serjantı, Zərərçəkmiş şəxs3 bir dəfə vurub “sağ budun orta 1/3-nin yan səthinin qançırı” kimi dərəcəsi təyin edilməyən xəsarət yetirməklə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs2 18 may 2020-ci il tarixdə saat 15.00 radələrində Yevlax rayonu Ceyhun Əzizov küçəsi və yaxınlıqda yerləşən küçələrdə yaşayan sakinlər arasında koronavirus pandemiyasının yayılmasının kütləvi hal alması ilə əlaqədar infeksiyanın rayonun digər ərazilərində yayılmasının qarşısının alınması məqsədilə Yevlax Rayon Polis Şöbəsinin şəxsi heyəti və daxili qoşunların hərbi qulluqçuları tərəfindən 14 may 2020-ci il tarixdən tətbiq edilən həmin ərazidə giriş-çıxışa qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması məqsədilə qəsdən bir qrup şəxs halında polis əməkdaşları tərəfindən qoyulmuş postlara yaxınlaşaraq orada ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə polis əməkdaşları və hərbi qulluqçuların ünvanına nalayiq ifadələr işlədərək yüksək səslə qurulmuş postların dağıdılmasını və məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmiş, həmin vaxt polis əməkdaşları tərəfindən onlarla profilaktik söhbətlər aparılmasına və evlərinə qayıtmalarına razı salınmağa cəhd göstərilməsini görüb ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərib polis əməkdaşlarının qanuni tələblərinə əhəmiyyət verməyərək yerdən götürdüyü daş parçalarını silah qismində istifadə etməklə polis əməkdaşları və hərbi qulluqçuların istiqamətinə atmaqla, o cümlədən daş parçası ilə həmin vaxt xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar həmin yerə cəlb edilmiş xidməti geyim formasında olan hakimiyyət nümayəndəsi hesab olunan Yevlax Rayon Polis X38 Xidməti Bölməsinin polis serjantı, Zərərçəkmiş şəxs3 bir dəfə vurub “sol körpücükaltı nahiyənin qançırı” kimi dərəcəsi təyin edilməyən xəsarət yetirməklə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs4 18 may 2020-ci il tarixdə saat 15.00 radələrində Yevlax rayonu Ceyhun Əzizov küçəsi və yaxınlıqda yerləşən küçələrdə yaşayan sakinlər arasında koronavirus pandemiyasının yayılmasının kütləvi hal alması ilə əlaqədar infeksiyanın rayonun digər ərazilərində yayılmasının qarşısının alınması məqsədilə Yevlax Rayon Polis Şöbəsinin şəxsi heyəti və daxili qoşunların hərbi qulluqçuları tərəfindən 14 may 2020-ci il tarixdən tətbiq edilən həmin ərazidə giriş-çıxışa qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması məqsədilə qəsdən bir qrup şəxs halında polis əməkdaşları tərəfindən qoyulmuş postlara yaxınlaşaraq orada ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə polis əməkdaşları və hərbi qulluqçuların ünvanına nalayiq ifadələr işlədərək yüksək səslə qurulmuş postların dağıdılmasını və məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmiş, həmin vaxt polis əməkdaşları tərəfindən onlarla profilaktik söhbətlər aparılmasına və evlərinə qayıtmalarına razı salınmağa cəhd göstərilməsini görüb ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərib polis əməkdaşlarının qanuni tələblərinə əhəmiyyət verməyərək yerdən götürdüyü daş parçalarını silah qismində istifadə etməklə polis əməkdaşları və hərbi qulluqçuların istiqamətinə atmaqla, o cümlədən daş parçası ilə həmin vaxt xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar həmin yerə cəlb edilmiş xidməti geyim formasında olan hakimiyyət nümayəndəsi hesab olunan Yevlax Rayon Polis X2 müstəntiqi, polis kapitanı Zərərçəkmiş şəxs1 bir dəfə vurub “sağ körpücükaltı nahiyəsinin sıyrığı” kimi dərəcəsi təyin edilməyən xəsarət yetirməklə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(091)-29/2021 nömrəli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(091)-29/2021 nömrəli hökmünün ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(091)-29/2021 nömrəli hökmünün ləğv edilməsini və CPM-nin 42.1.4-cü maddəsinin tələbinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(091)-29/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 onun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs4 onun müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X22 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Zülfüqar oğlu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasına onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayətləri ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(091)-29/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 əlavə olaraq birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsinə uyğun izahat verərək hadisə vaxtı ümumiyyətlə orada olmadığını, heç bir cinayət əməli törətmədiyi üçün heç kimlə barışmadığını, heç bir peşmaçılığı olmadığını bildirmiş və ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi iclasında özünü ona CM-nin 221.3, 315-ci maddələri ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, səs eşidib hadisə yerinə getmişdir. Nahar vaxtı küçədə səs-küy eşidib baxdıqda camaatın toplaşdığını görmüşdür. O, kimdən nə baş verdiyini soruşsa da, məlumat ala bilməmişdir. Həmin vaxt hadisə yerində polis əməkdaşlarını görməmişdir. Orada camaatın çoxluğundan mərkəz tərəfi görə bilmədiyindən, o, mərkəz tərəfə getmiş, orada nə baş verdiyini öyrənməkdən ötrü bir qədər dayandıqdan sonra işə getmişdir. Hadisə yerində daş və ya küt alət istifadə etməmiş və daş atmamışdır. Hadisə yerində Əlini görmüş, Əli də ona oraya yenicə gəldiyini və nə baş verdiyini bilmədiyini demişdir. Hazırda heç bir cinayət əməli törətmədiyi üçün heç kimlə barışmır, heç bir peşmaçılığı da yoxdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs1 özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, qeyri-rəsmi olaraq evlidir. Qeyri-rəsmi evlilikdən 4 övladı vardır. Fərdi olaraq fəhləliklə məşğul olmuşdur. Məhkumluğu yoxdur. 18.05.2020-ci il tarixdə o, atası ilə birlikdə divar hörən zaman günorta saatlarında onlardan təxminən 200-300 metr məsafədə səs-küy gəlməsini eşitmişdir. Bir müddət öncə həmin ərazidə xüsusi karantin rejimi tətbiq edilmişdir. Yaşadığı küçə və yaxınlığındakı küçələrdə “Covid-19” infeksiyası yoluxmuş şəxslər çox olduğundan həmin ərazidə bariyerlər qoyularaq polis əməkdaşları tərəfindən insanların küçəyə girişçıxışına məhdudiyyət qoyulmuşdur. O, səs-küy gələn yerə gedib nə olmasını maraqlanmaq istəmiş və atasını iş başında qoyub səs-küy gələn yerə getmişdir. Oraya çatarkən onlar tərəfdə yaşayan şəxslərin bəzilərinin polis əməkdaşlarına yolu bağlamalarına görə etirazlarını bildirirdiklərini eşitmişdir. Orada olan qadınlar və kişilər qışqıraraq səs-küy salmışlar. O, hadisə yerinə gələrkən orada olan bariyerləri dağıtmışdır, ancaq bundan başqa hər hansı hərəkət etməmiş və polis əməkdaşlarına qarşı da hər hansı fiziki zordan istifadə etməmişdir. Ona sonradan orada baş verənlərlə bağlı videogörüntülər təqdim edilmiş, o, videogörüntüdə özünü görmüşdür. Münaqişə vaxtı əynində boz rəngli köynək və açıq mavi rəngli cins şalvar olmuşdur. Hazırda etdiyi əməldən peşmandır, o, heç kəsə qarşı daşla fiziki zor tətbiq etməmişdir. Sadəcə qışqıraraq etirazını bildirmişdir. Ancaq hər hansı küt alətdən və ya daşdan istifadə etməmişdir. Orada olan şəxslərin tələblərinin nədən ibarət olduğunu dəqiq bilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs4 əlavə olaraq birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsinə uyğun izahat verərək hadisə vaxtı ümumiyyətlə orada olmadığını, oğlunun hadisədə iştirak etdiyini, heç bir cinayət əməli törətmədiyi üçün heç kimlə barışmadığını, heç bir peşmaçılığı olmadığını bildirmiş və ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs4 birinci instansiya məhkəməsi iclasında özünü ona CM-nin 221.3, 315-ci maddələri ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, hadisə günü balaca qızını dilənmək üçün Balakən rayonuna qoyub qayıtmışdır. Polislərin yolu bağladıqlarını görmüşdür. Polislər ona xüsusi karantin rejiminin olmasını bildirib girişin olduğunu, ancaq çıxışa icazə verilmədiyini bildirmişlər. O isə polis əməkdaşlarına arvadı Şəkərnazı da götürüb Balakən rayonuna qayıtmalı olduğunu bildirmişdir. Bundan sonra evinə getmişdir. Arvadı Şəkərnaz və kiçik oğlu Heydəri də özü ilə götürüb Yevlax rayonundan özünə məxsus avtomobillə Balakən rayonuna yola düşmüşdür. Əvvəlcə onu polislər buraxmamışlar. O isə kənar tərəfdən keçib gedə bilmişdir. Şəkiyə çatanda ona zəng edərək polis əməkdaşlarına kiminsə daş atdığını, lakin həmin şəxsin kim olmasının məlum olmadığını bildirmişlər. Həmin gün Balakən rayonunda kirayədə qalmışdır. 20 may 2020-ci il tarixdə Balakəndə kirayədə qaldığı evə polis əməkdaşları gəlmiş və polis əməkdaşları ev sahibinə bir nəfər şəxsin şəklini göstərib Balakən rayonuna həmin adamın narkotik vasitə gətirdiyini bildirmişlər. O da şəkilə baxanda həmin şəxsin oğlu Pərviz olduğunu görmüşdür. O, oğlu Pərvizin ümumiyyətlə Balakən rayonuna gəlmədiyini bildirmişdir. Sonra polis əməkdaşları ona telefonda videoçəkiliş göstərmişlər. O da hadisəni görmüş və hadisə vaxtı orada olmadığını bildirmişdir. Sonra polis əməkdaşları onu Yevlax rayonuna aparmışlar. O, Yevlax RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Zərərçəkmiş şəxs1 tanımır, Zərərçəkmiş şəxs1 daşla vurmamışdır. Polis əməkdaşı Şahid1 tanımışdır, onun onlarla əvvəldən qərəzliyi olmuşdur. O, hadisə vaxtı ümumiyyətlə orada olmamışdır. Hazırda heç bir cinayət əməli törətmədiyi üçün heç kimlə barışmır, heç bir peşmaçılığı da yoxdur Təqsirləndirilən şəxs3 birinci instansiya məhkəməsi iclasında özünü ona CM-nin 126.2.2, 126.2.4, 221.3 və 315-ci maddələri ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, polis əməkdaşlarına daş atılan zaman orada olmamışdır. Sonradan həmin yerə gələndə hamınının saxlanıldığını görmüşdür. Onu da tutub Gəncə şəhərində yerləşən istintaq təcridxanasına göndərmişlər. Həmçinin bildirmişdir ki, hadisə baş verən gün orada olan gəlinlərinə polis əməkdaşları söz atmış, o da körpü tərəfə getmiş, orada olan polis əməkdaşlarından və hərbçilərdən bu barədə maraqlandıqda həmin şəxslər ona heç kimə söz atmadıqlarını və yaxud söyüb təhqir etmədiklərini bildirmişlər. Həmin vaxt orada 100-200 nəfər adam olmuşdur. Həmin şəxslər orada yerləşən mağaza tərəfə getmək istəmiş, ancaq polis əməkdaşları tərəfindən buraxılmamışlar. Narazılıq isə onunla bağlı olmuşdur ki, koronavirus pandemiyası ilə bağlı yollar bağlanmış və heç kimi evdən çölə çıxmağa qoymamışlar. Artıq 4 gün idi ki, evdən çölə çıxa bilməmiş, SMS götürüb çıxanda da polis əməkdaşları maneəçilik törətmişlər. Hadisə vaxtı isə heç kəsə daş atmamışdır və heç kimə xəsarət yetirməmişdir. Hazırda heç bir cinayət əməli törətmədiyi üçün heç kimlə barışmır, heç bir peşmaçılığı da yoxdur. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs3 özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, qeyri-rəsmi olaraq evlidir və 7 övladı var. Tutulana kimi fərdi qaydada usta kimi işləmişdir. Onların yaşadıqları ərazidə koronavirus infeksiyası geniş yayıldığından xüsusi karantin rejimi tətbiq edilmiş, bu səbəbdən həmin ərazidə şəxslərin yaşadıqları küçələrə giriş-çıxış bağlanılmışdır. 18.05.2020-ci il tarixdə saat 14 radələrində yaşadığı evdə olarkən gəlinləri Gülbahar evə gəlib ağlaya-ağlaya özünün küçədə tanımadığı, polis geyimində olan olan bir nəfər tərəfindən təhqir edilməsini bildirmişdir. Gülbahar özünün körpü tərəfdə söyülməsini dediyi üçün o, körpü tərəfə getmiş, orada olan polis əməkdaşları və hərbçilərdən bu barədə maraqlandıqda həmin şəxslər ona heç kimi söyüb təhqir etmədiklərini bildirmişlər. Bundan sonra o, evə qayıtmışdır. Təxminən 15-20 dəqiqə sonra “Kitay” mağazası adlanan yerdə səs-küy gəlməsini eşidib oraya getmiş, orada olan şəxslərlə birlikdə polis əməkdaşlarına qışqıraraq postların yığışdırılmasını tələb etmişdir. Daha sonra ətrafda olan şəxslər polislərin və hərbçilərin istiqamətinə daş atmağa başlamış, daşları atmaqda məqsəd qoyulmuş postları dağıdıb yola keçmək olmuşdur. Hadisə vaxtı xatırlamadığı şəxslər polis əməkdaşlarına tərəf daş atmışlar. O, orada olan digər polis əməkdaşlarına, həmçinin hərbçilərə heç bir daş atmamışdır. Köməyə əlavə qüvvə gəldikdən sonra onlar dağılmışlar. Bundan sonra Bakı şəhərinə çıxıb getmişdir. Bir neçə gün sonra ona atası Heydəri həbsdən azad edəcəklərini deyib onun gəlmək istədiyini bildirmişlər. 23.04.2020-ci il tarixdə Bakıdan Yevlaxa gəlmişdir. Daha sonra isə 24.05.2020-ci il tarixdə rayon polis şöbəsinin əməkdaşı Kərim onun yaşadığı evə gəlmiş və onu evdən götürüb polis şöbəsinə aparmışdır. İlkin ifadəsində Zərərçəkmiş şəxs2 daş atmasını bildirsə də, bununla atasının buraxılacağını düşündüyü üçün belə bir ifadə vermişdir. Hadisə vaxtı nə o fiziki zor tətbiq etmiş, nə də ona qarşı hansısa şəxs tərəfindən fiziki zor tətbiq edilmişdir. Həmin yerə yığışmış şəxslərin də əsas səbəbi küçələrə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və xüsusi karantin rejiminin sonlandırılması olmuşdur. Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi iclasında özünü ona CM-nin 221.3, 315-ci maddələri ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, 18.05.2020-ci il tarixdə səhər tezdən işə getmək istəmiş, lakin uşağı xəstə olduğundan onu xəstəxanaya aparmışdır. Xəstəxanadan evə qayıtdıqdan sonra küçədə camaatın toplaşdığını görüb həmin tərəfə getmişdir. Polisdən etiraz barədə soruşub məlumat aldıqdan sonra evə qayıtmış və yeməyini yeyib işə getmişdir. Hazırda heç bir cinayət əməli törətmədiyi üçün heç kimlə barışmır, heç bir peşmaçılığı da yoxdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs2 özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, qeyri-rəsmi olaraq evlidir və 7 övladı vardır. Fərdi olaraq fəhləliklə məşğul olmuşdur. Əvvəllər Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə şərti olaraq azadlıqdan məhrum edilmişdir. 18.05.2020ci il tarixdə arvadı Xatirə ilə birlikdə Yevlax rayon mərkəzi xəstəxanasından evə gedərkən “yolkalıq” deyilən ərazidə, “kitay mağazası” adlanan yerin qarşısında asfalt yola çoxlu sayda onların yaşadıqları ərazidə yaşayan şəxslərin yığıldığını görmüşdür. O, əvvəlcə elə bilmişdir ki, orada kimisə avtomobil vurmuşdur. Həmin günü o, arvadı ilə birlikdə Yevlax rayon mərkəzi xəstəxanasına getmək üçün həmin ərazidə xidmət aparan polis əməkdaşlarından icazə alıb yaşayış yerini tərk etmişdir. Səs-küyü görüb bu vaxt arvadı da həyəcanlanıb qorxmuşdur. Həmin vaxt onlar taksi ilə evə qayıdırmışlar. O, arvadına “qorxma, indi düşüb baxaram görüm nə olub” dedikdən sonra avtomobildən düşüb “kitay” mağazası adlanan dükanın yanına gəlmişdir. Orada bir qadın qışqırmış, danışdıqlarından anlamışdır ki, etirazlarının səbəbi karantin rejiminin sonlanmasını istəmələridir. O da etiraz əlaməti olaraq polis əməkdaşlarından birinə “karantin rejimini sonlandırın, camaatın yolunu açın, qoyun camaat gedib çörək qazansın” demişdir. Bundan sonra istifadə etdiyi “Samsung A10” markalı telefonun videokamerası ilə hadisəni videoqeydə almaq istəmişdir. Həmin vaxt həyəcandan videokameranın başlatma düyməsinə toxunmamışdır. Polis əməkdaşları bir neçə dəfə onlara evlərinə dağılıb getməyi təklif etsələr də, onlar buna əməl etməmiş və yolun açılması üçün etirazlarını davam etdirmişlər. Bir müddət sonra sakitləşib evlərinə getmişlər. Bir neçə gün sonra Bərdə rayonuna getmişdir. Orada Yevlax RPŞ-nin əməkdaşları gəlib onu tapıb Yevlax rayonuna aparmışlar. Törətdiyi əməldən peşmandır. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə etmiş və həmin ifadəyə uyğun ifadə verməklə göstərmişdir ki, 18 may 2020-ci il tarixdə koronovirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə Yevlax şəhərində “qaraçılar məhəlləsi” adlanan yerdə giriş-çıxışın qarşısını almaq üçün xidmətdə olmuşdur. Həmin tarixdə hərbi qulluqçu Nağızadə ilə birlikdə həmin ərazidə dayanıb nəzarət etmişlər. Saat 14 radələrindən sonra Ş.İ.Xətai küçəsi tərəfdən bir qrup şəxsin gəldiyini görmüşdür. Həmin şəxslər onlara tərəf şüşə qırıntıları atmağa başlamışlar. Polis əməkdaşları gələnə qədər təxminən 200-300 nəfər həmin yerə toplaşaraq yolların bağlanmasına etirazlarını bildirmişlər. Həmin şəxslər hüquqa zidd hərəkətlər edərək asayişi pozmağa başlamış, qadınlar yolda toplaşıb avtomobillərin hərəkətini dayandırmış, eyni zamanda orada olan şəxslər onlara qarşı nalayiq ifadələr işlətmiş, daha sonra geri çəkilib onlara tərəf daş, taxta parçası atmağa başlamışlar. Bunun da nəticəsində xəsarət almışlar. Lakin o, həmin vaxt onlara daş atan şəxsləri tanımamış, sonradan sahə müvəkkili vasitəsilə həmin şəxslər onlara göstərilmiş və o da özünə daş atan şəxsin Təqsirləndirilən şəxs4 olduğunu tanımışdır. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs4lə barışdığını və ona qarşı heç bir şikayətinin olmadığını bildirsə də, daha sonra məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs4 özünü təqsirli bilmədiyi üçün onunla barışmadığını, ondan şikayətçi olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə etmiş və həmin ifadəyə uyğun ifadə verməklə göstərmişdir ki, “Covid-19” pandemiyasının Yevlax şəhərində ən çox yayıldığı ərazi hesab olunan “qaraçılar məhəlləsi” adlanan ərazidə 2020ci ilin may ayının 14-dən etibarən karantin rejimi tətbiq edilmişdir. 18 may 2020-ci il tarixdə saat təxminən 14 radələrində xidmətdə olduğu ərazidə yaşayan şəxslərdən bəziləri həmin postun qarşısına toplaşaraq giriş-çıxışa icazə verilmədiyinə görə etirazlarını bildirmiş, onlar həmin şəxslərlə profilaktiki söhbət aparıb yaşadıqları evə qayıtmalarını, xüsusi karantin rejiminin tətbiqinin özləri üçün və rayon ərazisində yaşayan şəxslərin sağlamlığının qorunması məqsədilə zəruri olmasını bildirmişlər. Postun qarşısında toplaşmış şəxslər plastmas bariyerləri kənara çəkib yola çıxaraq yolu bağlamaq istəmiş, bundan sonra isə həmin şəxslər qəflətən əllərinə daş parçaları alaraq onların ünvanına nalayiq ifadələr işlədərək daş atmağa başlamışlar. Onlar digər postlardan kömək çağırmışlar. Polis şöbəsinin və daxili qoşunların əməkdaşları da oraya gəlmişlər. Ancaq kürd millətindən olan şəxslər sakitləşmək bilməyərək daş parçalarını onlara atmağa davam etmişlər. Həmin vaxt atılan daşlardan bir neçəsi onun sinə nahiyəsinə və ayağına dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs2 qanın içində olduğunu görmüş və onu şəxsi avtomobili ilə xəstəxanaya aparmışdır. O, Vasifi xəstəxanaya yerləşdirib hadisə yerinə qayıtdıqda artıq orada vəziyyət stabilləşmiş və kürd millətindən olan şəxslər həmin ərazidən dağılışmışlar. Hadisə baş verən zaman həmin yerdə çoxlu sayda adam olmuş, lakin onu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vurduğunu bilmişdir. Hazırda heç bir təqsirləndirilən şəxslə barışmamışdır, onlardan şikayətçidir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə etmiş və həmin ifadəyə uyğun ifadə verməklə göstərmişdir ki, 18.05.2020-ci il tarixdə saat 14:15 radələrində xidmət aparan zaman Əli və Qulu adlı şəxslər başqa şəxsləri toplayaraq onun olduğu posta yaxınlaşmışlar. Belə ki, həmin şəxslər iki dəfə müxtəlif bəhanələrlə onlara yaxınlaşmışlar. O, həmin vaxt kömək çağırmış və asayişin pozulmasının qarşısı alınmış, həmin şəxslərlə söhbətlər aparılmışdır. Daha sonra yaxınlıqdakı küçədə münaqişə baş verdiyini eşidib qrup şəklində həmin küçəyə daxil olmuşlar. Baş vermiş həmin münaqişə zamanı X35 dayanmadan onlara daş atmış və Qulunun atdığı daşlardan biri ona dəymişdir. Daha sonra huşunu itirmiş və sonradan xəstəxanada ayılmışdır. Hazırda heç bir təqsirləndirilən şəxslə barışmamışdır, onlardan şikayətçidir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid5 və Şahid2 zərərçəkmiş şəxslərlə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, evdə olarkən səs-küy eşidib küçəyə çıxdıqda tanımadığı bir qrup şəxsin polis əməkdaşları və daxili qoşunların hərbçiləri ilə mübahisə etdiyini və kənardan camaatın daş atdığını görmüşdür. Mağazanın qarşısında və yan tərəfində dava olmuşdur. Həmin vaxt polis əməkdaşının başına daş dəyərək xəsarət aldığını görmüşdür. Polis əməkdaşları onu küçədə dayanmağa qoymadıqlarına görə o da həmin yerdən kənarlaşmışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hadisə baş verən ərazidə yerləşən özünün satıcı işlədiyi marketdə olarkən səs eşidib küçəyə çıxdıqda orada polis əməkdaşlarının olduğunu, qadınların və uşaqların yolun üstündə oturduqlarını görmüşdür. Bu zaman dəmir divarın o biri tərəfindən kimlərsə daş atmağa başlamışdır. Həmin vaxt o, yalnız xəsarət alan polis əməkdaşını görmüş, daşı atan şəxsin kim olduğunu isə görməmişdir. Birinci instansiya məhkəməsi iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və həmin ifadəsində Şahid4 göstərmişdir ki, Yevlax şəhəri Nizami küçəsi ev 257-də yaşayır. “Covid-19” pandemiyasının Yevlax şəhərində ən çox yayıldığı ərazi hesab olunan “qaraçılar məhəlləsi” adlanan ərazidə 14 may 2020-ci il tarixdən etibarən karantin rejimi tətbiq edilmişdir. Bununla bağlı Yevlax RPŞ-nin və X25 şəhərində yerləşən hərbi hissəsinin hərbiçiləri həmin ərazidə xidmət etmişlər. Həmin ərazidə giriş-çıxış məhdudlaşdırılmışdır. O da həmin ərazidə yerləşən “Ailə” marketdə satıcı işləyir. 18 may 2020-ci il tarixdə saat təxminən 14:05 radələrində həmin ərazidə satıcı işlədiyi mağazada olarkən küçədən səs-küy gəldiyini eşitmişdir. O, mağazadan çıxanda görmüşdür ki, bir qrup şəxs polis əməkdaşları və daxili qoşunların hərbçiləri ilə mübahisə edir. Onlar ərazidə yerləşən bariyerləri sökməyə çalışırdılar. Polis əməkdaşlarından Kərim və Əfqan həmin şəxslərdən qanuna tabe olmağı, ictimai qaydanı pozmamağı tələb etmişlər. Ətrafda olan polis əməkdaşları və daxili qoşunların hərbçiləri həmin şəxslərdən xahiş etmişlər ki, qanuna tabe olsunlar, polislərə, hərbçilərə əl qaldırmasınlar, daş atmasınlar. Həmin bir qrup şəxs polisin qanuni tələblərinə tabe olmamış, polislərə, hərbçilərə daş atmış, ucadan nalayiq söyüşlərlə polisləri, hərbçiləri təhqir etmişlər. Polis əməkdaşları və hərbçilər özlərini qorumaq üçün geri çəkilmişlər. Sonra qarşı tərəfdəki küçədən başqa bir qrup şəxs onlara qoşulmuş və birlikdə polislərə, hərbçilərə daş atmağa başlamışlar. Həmin vaxt atılan daşlardan biri polis əməkdaşlarından birinin başına dəymiş və həmin polis əməkdaşı yerə yıxılmışdır. Həmin polis əməkdaşını avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Həmin şəxslər yenə öz qanunsuz hərəkətlərinə davam etmişlər. Onlar polislərə və hərbçilərə daş atmağa davam etmişlər. Polislər və hərbçilər az olduqları üçün yolun kənarına çəkilmiş, həmin şəxslərdən yenə qanuna tabe olmağı xahiş etmişlər. Ancaq həmin bir qrup şəxs yenə qanunsuz hərəkətlərinə davam etmişlər. Bunu görən ətrafda olan bir neçə nəfər mülki şəxs polislərdən xahiş etmişlər ki, onlara kömək etsinlər, ancaq Əfqan və Kərim adlı polis əməkdaşları qarşıdurma yaranmaması üçün həmin mülki şəxslərə polislərə kömək etməyə icazə verməmişlər. Bir müddət sonra polis şöbəsindən ikinci bir qüvvə hadisə yerinə gəlmişdir. Həmin bir qrup şəxs dəstənin gəldiyini görüb oradan uzaqlaşmışlar. Cinayət işinin materiallarında olan 18.05.2020-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Yevlax Şəhər Mərkəzi Xəstəxanasının qeydiyyatçısı Ağayeva Yevlax Rayon X21 Hissəsinə telefonla məlumat verərək ünvan 5 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağ gicgah nahiyəsinin əzilmiş yarası xəsarəti ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyini bildirmişdir. (cild 01, iş vər. 4) Cinayət işinin materiallarında olan 18.05.2020-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Yevlax Rayon Polis X38 Xidmətinin komandiri, polis mayoru Nicat Əliyev rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edərək bildirmişdir ki, qaraçı millətindən olan şəxslər yaşayan ərazidə COVİD 19 infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə 18.05.2020-ci il tarixdə karantin tədbirləri keçirilən zaman təxminən 100 nəfərdən ibarət qaraçı millətindən olan şəxslər onlara tərəf daş atmış, həmin vaxt atılan daşlardan biri Yevlax rayon Polis X3 polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 baş nahiyəsinə dəymiş və sonuncu sağ gicgah nahiyəsindən xəsarət alaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. (cild 01, iş vər. 5) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 may 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Yevlax şəhəri Ceyhun Əzizov küçəsində yerləşən kafenin qarşısındakı yol ayrıcı ilə kəsişmədir. Əraziyə rayon mərkəzindən asfalt yolla gəlinir. Hadisə yerinə baxış zamanı yerdən 01 ədəd ağac parçası, 03 ədəd isə daş parçası müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 18-26) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20.05.2020-ci il tarixli “götürmə haqqında” protokoldan və həmin tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Yevlax şəhəri Ceyhun Əzizov küçəsində yerləşən “Ailə market” ərzaq mağazasının müşahidə kameralarının hadisə vaxtı qeydə aldığı görüntülərin əks olunduğu 02 ədəd disk müstəntiq tərəfindən götürülmüş və həmin disklərdə əks olunan görüntülərə baxış keçirilərkən mağazanın qarşısına bir neçə nəfər şəxsin, polis əməkdaşlarının və hərbi qulluqçuların toplaşdığı, həmin ərazidə yaşayan şəxslərin karantin rejimi ilə bağlı Yevlax şəhəri C.Əzizov küçəsindən H.Cavid və Xətai küçələrinə ayrılan yolun giriş hissəsinə qoyulmuş 3 ədəd süni bariyerlərin bir neçə nəfər azyaşlı şəxs tərəfindən dağıdılması, küçəyə toplaşmış bir qrup şəxsin xidmət aparan polis əməkdaşlarına və hərbi qulluqçulara tərəf daş atması, bundan sonra hər iki tərəfin qarşılıqlı olaraq daş atması, mağazada işləyən şəxslərin isə bunu görüb ərzaq məhsullarını çöldən toplayıb içəri yığması və mağazanı bağlaması öz əksini tapır. (cild 01, iş vər. 36-38, 47) Cinayət işinin materiallarında olan 21 may 2020 tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis X38 Xidməti Bölməsinin polis nəfəri, polis serjantı X14 4 nəfər şəxs tanınma üçün təqdim olunmuş və Ülvi Kərimov 2 rəqəmi ilə nömrələnmiş şəxs Təqsirləndirilən şəxs1 göstərib üzərindəki paltarların və üz nahiyəsinin əlamətlərindən tanıyaraq hadisə vaxtı onun orada olduğunu, oraya toplaşmış digər şəxslərlə birlikdə polis əməkdaşlarının ünvanına söyüşlər söyərək, küçələrə giriş-çıxışı məhdudlaşdırmaq üçün qoyulmuş süni bariyerləri dağıtdığını və polis əməkdaşlarına tərəf daş atdığını bildirmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 83-84) Cinayət işinin materiallarında olan 21 may 2020 tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis X38 Xidməti Bölməsinin polis nəfəri, polis serjantı X14 4 nəfər şəxs tanınma üçün təqdim olunmuş və Ülvi Kərimov 3 rəqəmi ilə nömrələnmiş şəxs Təqsirləndirilən şəxs2 göstərib üzərindəki paltarların və üz nahiyəsinin əlamətlərindən tanıyaraq hadisə vaxtı onun orada olduğunu, oraya toplaşmış digər şəxslərlə birlikdə polis əməkdaşlarının ünvanına söyüşlər söyərək daş atdığını bildirmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 85-86) Cinayət işinin materiallarında olan 21 may 2020 tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis X38 Xidməti Bölməsinin polis nəfəri, polis serjantı Şahid5 4 nəfər şəxs tanınma üçün təqdim olunmuş və Şahid5 2 rəqəmi ilə nömrələnmiş şəxs Təqsirləndirilən şəxs1 göstərib üzərindəki paltarların və üz nahiyəsinin əlamətlərindən tanıyaraq hadisə vaxtı onun orada olduğunu, oraya toplaşmış digər şəxslərlə birlikdə polis əməkdaşlarının ünvanına söyüşlər söyərək, küçələrə giriş-çıxışı məhdudlaşdırmaq üçün qoyulmuş süni bariyerləri dağıtdığını və polis əməkdaşlarına tərəf daş atdığını bildirmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 87-88) Cinayət işinin materiallarında olan 21 may 2020 tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis X38 Xidməti Bölməsinin polis nəfəri, polis serjantı Şahid5 4 nəfər şəxs tanınma üçün təqdim olunmuş və Şahid5 3 rəqəmi ilə nömrələnmiş şəxs Təqsirləndirilən şəxs2 göstərib üzərindəki paltarların və üz nahiyəsinin əlamətlərindən tanıyaraq hadisə vaxtı onun orada olduğunu, oraya toplaşmış digər şəxslərlə birlikdə polis əməkdaşlarının ünvanına söyüşlər söyərək daş atdığını bildirmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 89-90) Cinayət işinin materiallarında olan 22 may 2020 tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis X38 Xidməti Bölməsinin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs3 Zülfüqar oğluna 4 nəfər şəxs tanınma üçün təqdim olunmuş və Zərərçəkmiş şəxs3 1 rəqəmi ilə nömrələnmiş şəxs Təqsirləndirilən şəxs1 göstərib üzərindəki paltarların və üz nahiyəsinin əlamətlərindən tanıyaraq hadisə vaxtı onun orada olduğunu, oraya toplaşmış digər şəxslərlə birlikdə polis əməkdaşlarının ünvanına söyüşlər söyərək küçələrə giriş-çıxışı məhdudlaşdırmaq üçün qoyulmuş süni bariyerləri dağıtdığını və ona daş atdığını bildirmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 87-88) Cinayət işinin materiallarında olan 21 may 2020 tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis X38 Xidməti Bölməsinin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs3 Zülfüqar oğluna 4 nəfər şəxs tanınma üçün təqdim olunmuş və Zərərçəkmiş şəxs3 2 rəqəmi ilə nömrələnmiş şəxs Təqsirləndirilən şəxs2 göstərib üzərindəki paltarların və üz nahiyəsinin əlamətlərindən tanıyaraq hadisə vaxtı onun orada olduğunu, oraya toplaşmış digər şəxslərlə birlikdə polis əməkdaşlarının ünvanına söyüşlər söyərək ona daş atdığını bildirmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 89-90) Cinayət işinin materiallarında olan 21.05.2020-ci il tarixli, 279 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarət - sağ körpücükaltı nahiyəsinin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 18.05.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (cild 01, iş vər. 159160) Cinayət işinin materiallarında olan 23.05.2020-ci il tarixli, 283 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki,vətəndaş Zərərçəkmiş şəxs3 Zülfüqar oğlunda aşkar edilmiş xəsarət - sol körpücükaltı nahiyənin, sağ budun orta 1/3-nin yan səthinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 18.05.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (cild 01, iş vər. 205-206) Cinayət işinin materiallarında olan 25.05.2020-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş diskə baxış keçirilmişdir. Baxış zamanı “COVİD 19” pandemiyasının Yevlax şəhərində ən çox yayıldığı ərazi hesab olunan “qaraçılar məhəlləsi” adlanan ərazidə, Yevlax şəhəri C.Əzizov küçəsindən H.Cavid və Ş.İ.Xətai küçələrinə ayrılan yolun giriş hissəsində karantin rejimi tətbiqi ilə bağlı 3 ədəd süni bariyerlərin qoyulduğu, həmin ərazidə Yevlax RPŞ-nin əməkdaşlarının və hərbi qulluqçuların xidmət apardığı, oraya toplaşmış bir qrup şəxsin xidmət aparan polis əməkdaşlarını və hərbi qulluqçuları söyüb-təhqir edərək onların üzərlərinə getdiyi öz əksini tapır. Həmçinin videogörüntüdə həmin şəxslərin polis əməkdaşlarına qarşı zor tətbiq etməyə cəhd etdikləri, polis əməkdaşlarının onları nizamintizama dəvət etdiyi, lakin buna baxmayaraq həmin şəxslərin karantin rejiminin tələblərini pozaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb süni bariyerləri dağıtması, Yevlax şəhəri C.Əzizov küçəsinə, asfalt yola çıxaraq hərəkətdə olan avtomobillərin hərəkətinə maneçilik törətmələri, polis əməkdaşlarının həmin şəxslərdən asfalt yolu tərk etmələrini və hüquqa zidd hərəkətlərinə son qoymalarını tələb etmələri öz əksini tapır. Həmin videogörüntüdə əks olunan təqsirləndirilən şəxslərə aid fotoşəkillər çıxarılaraq protokola əlavə edilmişdir. (cild 02, iş vər. 58-61) Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Ruhi-əsəb xəstəlikləri Dispanserindən verilən 01.06.2020-ci il tarixli 343, 345, 346 və 347 saylı məktublardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Quliyev X12 şəhər Ruhi-əsəb xəstəlikləri Dispanserində psixiatrik müşahidədə olmamış və müraciət etməmişlər. (cild 02, iş vər. 102-105) Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Rayonlararası narkoloji Dispanserindən verilən 02.06.2020-ci il tarixli 213, 214, 215 və 216 saylı məktublardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Quliyev X12 şəhər Rayonlararası narkoloji Dispanserində qeydiyyatda durmur və müraciət etməmişlər. (cild 02, iş vər. 110-113) Cinayət işinə əlavə edilmiş 11.06.2020-ci il tarixli, 267 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət açıq kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, sağ təpə nahiyəsinin kəskin epidural hematoması, sağ alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli basılmış sınığı, sağ təpə nahiyəsinin əzilmişcırılmış yarası, sağ təpə-gicgah nahiyəsinin dərialtı hematoması bərk küt alətin, ola bilsin daş parçasının təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 18.05.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət törənən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa Ağır zərər vuran xəsarətlərə aid edilir. (cild 02, iş vər. 231-232 Cinayət işinin materiallarında olan 21 iyul 2020 tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis X3 polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 4 nəfər şəxs tanınma üçün təqdim olunmuş və Zərərçəkmiş şəxs2 4 rəqəmi ilə nömrələnmiş şəxs Təqsirləndirilən şəxs3 göstərib üzdən tanıyaraq münaqişə zamanı onu orada gördüyünü, Təqsirləndirilən şəxs3 münaqişədə fəal iştirak etdiyini, həmçinin qışqıraraq ətrafdakı şəxsləri münaqişəyə səsləyib qızışdırdığını və ona tərəf bir neçə dəfə daş atmasını bildirmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 02, iş vər. 269-271) Cinayət işinin materiallarında olan 22 iyul 2020 tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 4 nəfər şəxs tanınma üçün təqdim olunmuş və Şahid1 3 rəqəmi ilə nömrələnmiş şəxs Təqsirləndirilən şəxs4 göstərib onu əvvəlcədən də ərazidə işlədiyi müddətdə tanıdığını və hadisə günü də Təqsirləndirilən şəxs4 polis əməkdaşlarına qarşı zorakılıq hərəkətləri edən şəxslərin içərisində olmasını bildirmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 03, iş vər. 19-21) Cinayət işinin materiallarında olan 22 iyul 2020 tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi Zərərçəkmiş şəxs1 4 nəfər şəxs tanınma üçün təqdim olunmuş və Zərərçəkmiş şəxs1 3 rəqəmi ilə nömrələnmiş şəxs Təqsirləndirilən şəxs4 göstərib üzdən tanıyaraq münaqişə zamanı onu orada gördüyünü, münaqişədə iştirak edən şəxslərin yanında onu da gördüyünü və Təqsirləndirilən şəxs4 tərəfindən onun istiqamətinə daşlar atıldığını bildirmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 03, iş vər. 22-24) “Bakcell MMC”-dən daxil olmuş texniki məlumatların əks olunduğu diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş və adına rəsmiləşdirilmiş ***-***-**-** saylı mobil nömrənin 18 may 2020-ci il tarixdə saat 11:53 radələrindən saat 18:24radələrinədək “Bakcell” mobil operatorunun Yevlax rayonu ərazisində quraşdırılmış anten cihazlarının əhatə dairəsində olduğu (xüsusilə də saat 15:01-dən 16:32 radələrinədək Yevlax şəhəri H.Əliyev prospektində quraşdırılmış anten cihazının əhatə dairəsində olduğu) öz əksini tapır. (cild 02, iş vər. 216-228) Ambulator məhkəmə psixiatrik ekspertizasının 28 avqust 2020-ci il tarixli 492 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. (cild 03, iş vər. 146-148) Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə Yevlax şəhəri R.Məmmədov küçəsi 51 saylı evdə yaşayır. Onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. (cild 02, iş vər. 147-148) Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 ailə üzvləri ilə birlikdə Yevlax şəhəri R.Məmmədov küçəsi 38 saylı evdə yaşayır. Onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. (cild 02, iş vər. 149-150) Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri ilə birlikdə Yevlax şəhəri R.Məmmədov küçəsi 38v saylı evdə yaşayır. Onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. (cild 02, iş vər. 151-152) Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə Yevlax şəhəri R.Məmmədov küçəsi 38b saylı evdə yaşayır. Onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. (cild 02, iş vər. 153-154) Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 29.06.2011-ci il təvəllüdlü X27 adlı, 19.08.2012-ci il təvəllüdlü X15 adlı, 27.08.2015-ci il təvəllüdlü X36 adlı, 27.08.2019-cu il təvəllüdlü X5 adlı, 18.03.2013-cü il təvəllüdlü X6 adlı, 22.01.2018-ci il təvəllüdlü X7 adlı az yaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan iş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində 25.08.2010-cu il təvəllüdlü Təqsirləndirilən şəxs4 Heydər oğlu adlı, 20.11.2007-ci il təvəllüdlü X11 və 18.03.2008-ci il təvəllüdlü X8 adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 27.06.2015-ci il təvəllüdlü X16 adlı, 30.08.2016-cı il təvəllüdlü X17 adlı, 22.11.2009-cu il təvəllüdlü X28 və X23 adlı, 20.04.2020-ci il təvəllüdlü X37 adlı, 22.11.2009-cu il təvəllüdlü X18 adlı, 20.02.2008-ci il təvəllüdlü X19 adlı, 26.12.2006-cı il təvəllüdlü X24 adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 15.02.2012-ci il təvəllüdlü X9 adlı, 15.12.2014-cü il təvəllüdlü X20 adlı, 11.09.2017-ci il təvəllüdlü X1 adlı, 22.05.2016-cı il təvəllüdlü X10 adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, o, Yevlax rayon məhkəməsinin 23.05.2012-ci il tarixli hökmü ilə AR CM-nin 221.3-cü maddəsinə əsasən 03 il azadlıqdan məhrumetmə cəzasına (02 il şərti sınaq) məhkum edilmiş, məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, onlar əvvəllər məhkum edilməmişlər Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 20 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 54) Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 97) Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 21 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 124) Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 24 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 02, iş vər. 21) Cinayət işinin materiallarında olan Yevlax rayon məhkəməsinin qərarından görünür ki, 22 may 2020-ci il tarixdə əvvəli tutulduğu andan, yəni 20 may 2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs4 barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 195-196) Cinayət işinin materiallarında olan Yevlax rayon məhkəməsinin qərarından görünür ki, 23 may 2020-ci il tarixdə əvvəli tutulduğu andan, yəni 21 may 2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 246-247) Cinayət işinin materiallarında olan Yevlax rayon məhkəməsinin qərarından görünür ki, 23 may 2020-ci il tarixdə əvvəli tutulduğu andan, yəni 21 may 2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 248-249) Cinayət işinin materiallarında olan Yevlax rayon məhkəməsinin qərarından görünür ki, 25 may 2020-ci il tarixdə əvvəli tutulduğu andan, yəni 24 may 2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs3 barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vər. 75-76) Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 Rahim oğlu apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(091)-29/2021 nömrəli hökmünün ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(091)-29/2021 nömrəli hökmünün ləğv edilməsini və CPM-nin 42.1.4-cü maddəsinin tələbinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi apellyasiya şikayətlərində qeyd edilən əməlin tövsifi ilə bağlı göstərilən dəlillərə tənqidi yanaşaraq hesab edir ki, onlar əsassızdır. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxslər hadisə zamanı ümumiyyətlə orada iştirak etmədiklərini bildirərək onlara bəraət verilmələrini tələb etsələr də, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş və doğruluğu məhkəmə kollegiyasında heç bir şübhə yaratmayan sübutlarla (təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, hadisəni özündə əks etdirən videogörüntü və s.) müəyyən edilmişdir ki, “COVİD 19” pandemiyasının Yevlax şəhərində ən çox yayıldığı ərazi hesab olunan “qaraçılar məhəlləsi” adlanan ərazidə, Yevlax şəhəri C.Əzizov küçəsindən H.Cavid və Ş.İ.Xətai küçələrinə ayrılan yolun giriş hissəsində karantin rejimi tətbiqi ilə bağlı 3 ədəd süni bariyerlərin qoyulduğu, həmin ərazidə Yevlax RPŞ-nin əməkdaşlarının və hərbi qulluqçuların xidmət apardığı, oraya toplaşmış bir qrup şəxsin xidmət aparan polis əməkdaşlarını və hərbi qulluqçuları söyüb-təhqir edərək onların üzərlərinə getdiyi, həmin şəxslərin polis əməkdaşlarına qarşı zor tətbiq etməyə cəhd etdikləri, polis əməkdaşlarının onları nizamintizama dəvət etdiyi, lakin buna baxmayaraq həmin şəxslərin, o cümlədən təqsirləndirilən şəxslərin karantin rejiminin tələblərini pozaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb süni bariyerləri dağıtması, Yevlax şəhəri C.Əzizov küçəsinə, asfalt yola çıxaraq hərəkətdə olan avtomobillərin hərəkətinə maneçilik törətmələri, polis əməkdaşlarının həmin şəxslərdən asfalt yolu tərk etmələrini və hüquqa zidd hərəkətlərinə son qoymalarını tələb etmələri öz əksini tapır. Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə və zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur (CM-in 221-ci maddəsi). Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin qərarlarında xuliqanlıq kimi tövsif edilən əməllərin mahiyyəti və xuliqanlıq cinayət əməlinin tərkib əlamətləri barədə aydın hüquqi əsas və təcrübə formalaşdırılmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azrəbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda daha sonra göstərilir ki, CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Digər tərəfdən, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 23.03.2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində isə izah olunur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməmələri barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Əksinə, cinayət işinin materiallarında olan sübutlar onu göstərir ki, məhkəmə kollegiyasının gəldiyi bu nəticə tamamilə əsaslıdır. Şahidlərin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, videogörüntü və s. sübutlar bir-birini tamamlayır. Bütün bunlar onu göstərir ki, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin göstərdiyi xüsusatların heç bir əsası yoxdur və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Əksinə, həmin sübutlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, onların əməlində CM-in 315 və 221.3-cü maddələrinin tərkibi vardır. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irAnar sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 onlara qarşı irəli sürülən cinayət əməlini törətmişlər. Onlara məhkum olunduğu CM-in 315 və 221.3-cü maddələrinin ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətlərinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli hökmü tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar