Məhkəmə qərarları › İş №1(107)-228/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-228/2020

19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-228/2020 19.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə X14 Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli, 1(091)-126/2020 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: X14 Məhkəməsinin (sədrlik edən hakim R.Hüseynov) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxx 1996-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyət ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulana kimi həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs əməlininAzərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CMin) 126.2.4-cü maddəsindən CM-in 126.1-ci maddəsinə tövsif edilməsi CM-in126.1-ci maddəsi ilətəqsirlibilinib, 5 (beş) il 6 (altı) ay müddətəazadlıqdanməhrumetməcəzasınaməhkumedilməsi, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının yeni təyin edilmiş cəzaya qismən toplanılaraq qəti cəza 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun həbsdə olduğu müddətin yeni təyin edilmiş cəzaya hesablanması, cəza çəkmə müddətinin əvvəlinin xx xxxxx 2020-ci ildən hesablanması,Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədəkdəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi,maddi sübut olan və Şəki ŞRPŞ-də saxlanılan 01 ədəd stulun Zərərçəkmiş şəxsya qaytarılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinmişdir ona görə ki, o, xx xxxx 2020-ci ildə saat 14 radələrində birlikdə yeyib-içib əylənmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Natiq oğlunun yaşadığı ünvan 2 ünvanına gələrək həmin evin həyətyanı sahəsində əvvəlcədən hazırlanmış masaya əyləşib Zərərçəkmiş şəxs da olmaqla digər tanışları Şahid3, Şahid1 Məmmədemin qızı, Şahid2 ilə birlikdə yemək yeyib spirtli içki qəbul etmişlər. Saat 18 radələrində alkoqol sərxoşluğu vəziyyətində məclisdə ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs nalayiq ifadələrinə görə Təqsirləndirilən şəxs yaxınlıqda yaşayan qonşuları narahat etməməsini deyib, boğazından tutaraq var-yoxuna, anasına və bacısının ünvanına söyüşlər söyməklə iradını bildirdikdə, onun bu kimi hərəkətlərindən əsəbiləşərək şəxsi münasibət zəminində zərərçəkmiş şəxsin qeyri -hüquqi hərəkətlərinin təsiri nəticəsində qisas almaq məqsədi ilə plastik və metal materialdan hazırlanmış göy rəngli stulu götürüb Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə vurmaqla ona sol göz almasının əzilib-dağılması, travmatik çıxması, sol gözün tam korluğu, sol göz sinirinin tam zədələnməsi, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol bazunun qançırı kimi dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-i hissəsinin dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığa ağır zərər vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. X14 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(091)-126/2020 nömrəli hökmündən Dövlət ittihamçısı apelyasiya protesti vermişdir. Apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apelyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməyib təqsirləndirilən və zərərçəkmiş şəxs arasında mübahisənin şəxsi münasibətlər zəminində baş verdiyi, zərərçəkmişin mübahisənin təşəbbüskarı kimi Təqsirləndirilən şəxs söyüş söydüyü üçün hadisənin baş verməsini təsvir etməklə təqsirləndirilən şəxsin əməlini CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif etməkdə səhvə yol vermişdir. Təklifinin nəzərə alınmadığı hissədə X14 Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə razılaşmır. Hesab edir ki, qeyd olunan məhkəmə hökmü Təqsirləndirilən şəxs əməlinin CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edildiyi hissədə ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək cinayətin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınaraq, həmçinin cinayətlərin məcmusu üzrə cinayət qanunvericilyin müddəalarına uyğun cəza təyin təyin olunmalıdır. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə saat 12-00 radələrində Əmrahla birlikdə yeyib içməyi razılaşmış, Əmrahla ikisinə yaşadığı evin həyətində hazırladığı yeməklə 7.5 litr arağı içmişlər. Əmrah əlavə içmək istədiyinə görə mağazaya araq almağa getmişdir. Təxminən 30 dəqiqə sonra Əmrah Zaurla birlikdə gəlmişdir. Əmrah mağazdan bir litr araq və bir şüşə çaxır almışdır. Birlikdə bir litr arağı və bir şüşə çaxırı içmişlər. Əmrah ünvansız söyüş söymüşdür. Əmraha iradını bildirmiş, lakin Əmrah məhəl qoymadığı üçün aralarında sözlə mübahisə olmuşdur. Əmrahın boğazından tutub, ona söyüşü etmişdir. Bu vaxt Əmrah stulu götürüb qarşı tərəfində dayanıb stulu sol tərəfdən üz nahiyəsinə vurmuş, stul sol gözünə dəymiş və sol göz nahiyəsindən qan axmışdır. Ayağa qalxıb piləkən tərəf getmək istəyən zaman Əmrah təkrar həmin stul ilə baş nahiyəsinə vurmuşdur. Əmrahın vurduğu stul zərbəsindən yerə yıxılmış, Əmrah qaçıb həyətdən getmişdir. Sol gözündən qan axmışdır. Gözündə əməliyyat olunmuş, sol gözü tamamı ilə görmür. Şahidlər Şahid1 Məmmədemin qızı, Şahid2 və Şahid3 ifadələrində göstərmişlər ki, Əmrah ucadan söyüşlə danışıb söhbət etmişdir. Elşən evdən çıxıb ona ətrafda qonşuların olduğunu, söyüşlə danışmamasmı bildirmiş, Elşənin irad bildirməsinə görə Əmrahla arasında sözlə mübahisə yaranmış, Elşən də Əmraha söyüş etdikdən sonra Əmrah əyləşdiyi stulu götürüb onu vurmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx xxx 2011ci il qərarında qeyd edilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri- müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ’’Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi” haqqında 2002-ci il 12 dekabr tarixli 3 nömrəli qərarının 6-cı bəndinə görə qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs öz şəxsiyyətini başqa şəxslərin fövqündə qoyaraq, zərərçəkmiş Elşən Yusibovun "ətrafda qonşular yaşayır, söyüş söymə" kimi haqlı iradına məhəl qoymayaraq ucadan söyüşlə danışmaqda davam etmiş, Elşən Yusibov da öz növbəsində onun ünvanına söyüş edib bir daha söyüş etməməsini tələb etdikdə bunu bəhanə edərək, alkoqol sərxoşluğu vəziyyətdə davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstənnəklə xuliqanlıq niyyəti ilə plastik və metal materialdan hazırlanmış göy rəngli stulu götürüb Zərərçəkmiş şəxs baş nahiyəsinə vurmaqla ona sol göz almasının əzilib-dağılması, travmatik çıxması, sol gözün tam korluğu, sol göz sinirinin tam zədələnməsi, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol bazunun qançırı kimi dərəcəsinə görəümumi əmək qabiliyyətinin 1/3-nin hissəsinin dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığa ağir zərər vurma cinayət əməlini törətmişdir. İstintaq materialları ilə təsdiq olunur ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında yuxarıda baş vermiş hadisəyə kimi hər hansı ədavət, düşmənçilik, qisas almaq üçün əsas ola biləcək konflikt olmamışdır. Zərərçəkmiş şəxs Elşən Yusibov tərəfindən də ona və yaxud yaxınlarına qarşı əhəmiyyətli qanunsuzluq, yaxud digər əhəmiyyətli hərəkətlərə yol verilməmişdir. Ümumiyyətlə xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə cinayət çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Həmçinin bu hal da qeyd edilməlidir ki, xuliqanlıq niyyətilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir və bu halda digər motivlər ya olmamalıdır, yaxud da cinayətin törədilməsi motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə əməlin xuliqanlıq niyyətilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Göründüyü kimi X14 Məhkəməsi Təqsirləndirilən şəxs barəsində olan hökmündə təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır xəsartət yetirməsi cinayət əməlinin törədilməsini istisna etməklə tətbiq edilməli olan cinayət qanunu normasını tətbiq etməmiş, tətbiq edilməməli olan cinayət qanunu normasını tətbiq etmiş, cinayət qanunu normasını düzgün şərh etməməklə əməlin tövsifində səhvə yol vermişdir. Odur ki, hökmün 126.1-ci maddəsinə tövsif edildiyi hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək cinayətin residivinin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınaraq, həmçinin cinayətlərin məcmusu üzrə cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən apelyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 apelyasiya protestinin hökmün 126.1-ci maddəsinə tövsif edildiyi hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək cinayətin residivinin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınaraq, həmçinin cinayətlərin məcmusu üzrə cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X10 apelyasiya protestinin təmin edilməməsini, X14 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(091)-126/2020 nömrəli məlum hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs apelyasiya protestinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-cü maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.4-cü maddəsinə görə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apelyasiya protestinin təmin edilməsi təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya protestinin təmin edilməməsi, barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilməli, X14 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(091)-126/2020 nömrəli hökmü ona münasibətdə dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, o özünü CM-in 126.2.4-cü maddəsi ilə deyil, 126.1-ci maddəsi ilə təqsirli hesab edir. Belə ki, o, xx xxxx 2020-ci ildə saat 14 radələrində Zərərçəkmiş şəxsgilin məhəlləsi ilə gedərkən, Elşən ona yeyib içmək təklif edib, o da bununla razılaşmışdır. Mağazadan spirtli içki və digər ərzaq məhsulları alaraq Elşənin evinin həyətinə gəldikdə orada Təranə və Zauru da görmüşdür. Bu zaman o Elşənə tanışı olan Pərvanənində bu məclisə dəvət edilməsini istəyəndə, Elşən heç bir etiraz etməmişdir. Pərvanə Elşəngilin evinə gəldikdən sonra onlar bir az yeyib-içdikdən sonra Elşən yorğun olduğunu bildirərək, digər otağa keçmişdir. Onlar 4 nəfər olmaqla yenidən yeyib içməyə davam ediblər. İçki məclisi olduğundan masada söyüşlə söhbət gedirdi. Bu zaman Elşən yan otaqdan çıxaraq bildirdi ki, evdə söyüş söymə. O Elşənə söyüş söymədiyini bildirdikdə, Elşən onun ilk növbədə gödəkcəsini yerə atmış, sonra isə ona ana söyüşü söyərək onun boğazından tutaraq yenidən ana söyüşləri söyməyə davam etmişdir. O Elşənə söyüş söyməməyi, sabah ayılandan sonra söhbət edəcəyini bildirsədə, Elşən onun 11 yaşlı bacısının adını çəkəçəkə söyməyə başlamışdır. Elşənin onun bacısına söyməməyini, bacısının hələ 11 yaşı olduğunu bildirərək əsəbindən yanında olan metal ayaqlı stulu ona atmışdır. Bu zaman onun gözündən qan axdığını görmüşdür. Onu stula əyləşdirəndə gözünün üst hissəsində yüngül zədə aldığınu görmüşdür. Onun ciddi zədə almadığını görüb yerdə olan gödəkcəni götürərək evə getmişdir. Səhər saat 10 radələrində Təranə ilə Zaur ona zəng vuraraq evinin yanında olduqlarını bildirərək çölə çıxmasını istəmişlər. O küçəyə çıxandan sonra onlar Elşənin gözünün çıxdığını və Bakıya göndərildiyini bildirmişlər. Axşam polis şöbəsinin əməkdaşlari onun evinə gələrək onu polis şöbəsinə apararaq ondan izahati alindiqdan sonra evə buraxiblar. Bir müddətdən sonra onu yenidən polis şöbəsinə çağırıb və onun barəsində cinayət işi açılaraq ittiham irəli sürülmüşdür. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 14 radələrində Elşənə yeyib içmək təklif etmiş, Elşən isə razılaşmışdır. Mağazadan 02 ədəd 1 litr spirtli içki, kolbasa və siqaret almışdır. Elşənin evinin həyətinə gəldikdə orada Təranə və Zauru da görmüşdür. Tanışı Pərvanə dəvəti ilə Elşəngilə gəlmiş və birlikdə yemək yeyib, spirtli içki qəbul etmişlər. Bir az sonra Elşən evə keçmişdir. Masada olan zaman söyüşlə söhbət etmişdir. Bu zaman Elşən söyüş söyməməyini bildirmişdir. Söyüş söymədiyini bildirsədə Elşən onun ünvanına söyüşlər söymüşdür. Mübahisə etməmək üçün bir qədər səbr eləmiş, lakin sakit durduqca Elşən ünvanına, daha sonra anası və bacısının ünvanına söyüşlər söymüşdür. Aralarında mübahisə yaranmış, Zaur onları aralamışdır. Lakin Elşən yenə də anası və bacısını nalayiq söyüşlərlə söyürmüşdür. Elşən 11 yaşlı bacısını nalayiq və kobud söyüşlərlə söydüyünə görə əsəbiləşmiş və onu vurmaq üçün ətrafa baxmış, özünün oturduğu stul diqqətini çəkmişdir. Həmin stulu götürüb Elşən tərəfə atmış, lakin Elşən əli ilə başını tutduğu üçün stul ona dəyməmişdir. İkinci dəfə yaxınlıqda olan göy rəngli plastik materialdan hazırlanmış stulu götürüb Elşənin başına bir dəfə vurmuşdur. Elşən gözünü tutaraq “gözüm-gözüm” demiş və sol gözünün ətrafı qanamışdır. Təranə və Pərvanə ona üzünün qanını yumasına köməklik etmişlər. O isə çıxıb getmişdir. Səhərisi gün Elşənin gözünün çıxmasını bilmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin iclasında ifadəsində göstərmişdir ki, 2008-ci ildə narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum etmə cazasına məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra 2013-cu ildə Şəki şəhərində oğurluq etdiyi üçün 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azadlığa çıxdıqdan sonra heç bir yerdə işləmir. Evində tək yaşayır. xx.xx.2020-ci ildə saat 12-00 radələrində Əmrahla birlikdə yeyib içməyi razılaşmışlar. Əmrahla ikisinə yaşadığı evin həyətində hazırladığı yeməklə 7.5 litr arağı icmişlər. Əmrah əlavə içmək istədiyinə görə mağazaya araq almağa getmişdir. Təxminən 30 dəqiqə sonra Əmrah Zaurla birlikdə gəlmişdir. Əmrah mağazdan bir litr araq və bir şüşə çaxır almışdır. Birlikdə bir litr arağı və bir şüşə çaxırı icmişlər. Əmrah ünvansız söyüş söymüşdür. Əmraha iradını bildirmiş, lakin Əmrah məhəl qoymadığı üçün aralarında sözlə mübahisə olmuşdur. Əmrahın boğazından tutub, ona ana söyüşü etmişdir. Həmin vaxt saat 18:30 radələrində Əmrah stulu götürüb qarşı tərəfində dayanıb stulu sol tərəfdən üz nahiyəsinə vurmuş, stul sol gözünə dəymiş və sol göz nahiyəsindən qan axmışdır. Ayağa qalxıb piləkən tərəf getmək istəyən zaman Əmrah təkrar həmin stul ilə baş nahiyəsinə vurmuşdur. Əmrahın vurduğu stul zərbəsindən yerə yıxılmış, Əmrah qaçıb həyətdən getmişdir. Sol gözündən qan axmışdır. X3 yanına gəlmiş, oradan da Mərkəzi Xəstəxanaya getmişdir. Gözündə əməliyyat olunmuş, sol gözü tamamı ilə görmür. Hadisə zamanı Təranə, Pərvanə və Zaur da orada olmuşlar. Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ondan şikayətçidir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 Məmmədemin qızı ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə Əmrahın dəvəti ilə Zərərçəkmiş şəxs evinə gəlmişdir. Orada Əmrah, Təranə, Zaur və Elşəni görmüşdür. Evin həyət hissəsində süfrə açılmışdır. Təranə yemək bişirmiş, Elşən, Əmrah və Zaur isə araq içmişlər. Yeyib içən zaman Elşən yatmaq üçün evə keçmiş, onlar isə yeyib-içməyə davam etmişlər. Söhbət zaman Əmrah ucadan söyüşlə söhbət etdiyinə görə Elşən evdən çıxıb ona yaxınlıqda qonşuların olduğunu deyib, söyüş söyməməsini bildirmişdir. Elşən və Əmrah hər ikisi içkili olduğuna görə aralarında sözlə mübahisə yaranmışdır. Bu zaman Elşən Əmrahın üzərinə gəlib onun elə oturduğu yerdə boğazından tutub ailəsinin ünvanına nalayiq söyüşlər söymüşdür. Əmrah onun söyüş söyməsinə əvvəlcə fikir verməmişdir. Lakin Elşən onun ailəsinin ünvanına söyüş söyən zaman Əmrahın 11 yaşlı bacısını da söymüşdür. Əmrah bacısı söyüldüyü üçün əsəbiləşib ayağa qalxaraq əyləşdiyi göy rəngli stulu götürüb Elşənin baş nahiyəsinə vurmuşdur. Təranə və Zaur ilə onları aralamışlar. Əmrahın vurduğu stul Elşənə dəydiyi üçün Elşən sol göz tərəfini tutub “gözüm, gözüm” demişdir. Elşənin sol göz tərəfi qanamışdır. Təranə ilə Elşənə üzünün qanının yumasına kömək etmişlər. Sonra əvvəlcə Zaur və Təranə, sonra o və Əmrah çıxıb getmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə günorta radələrində birlikdə yaşadığı Təranə ilə Elşəngilə yeyib-içməyə getmişdir. Araq, çörək, pomidor, xiyar və digər ərzaq məhsulları almışdır. Bir qədər spirtli içki qəbul etmişdir. Xeyli sonra Əmrah da gəlmişdir. Bir qədər yeyib içdikdən sonra Elşən yatmaq üçün evə keçmiş və masada o, Təranə və Əmrah qalmışdır. Əmrah ucadan söyüşlə danışıb söhbət etmişdir. Elşən evdən çıxıb ona ətrafda qonşuların olduğunu, söyüşlə danışmamasını bildirmiş, Elşənin irad bildirməsinə görə Əmrahla arasında sözlə mübahisə yaranmışdır. Onlara bir neçə dəfə sakit olmalarını, yeyib içdiklərini, buna görə keflərinin pozmamaqlarını bildirmiş, lakin onlar sözlərinə məhəl qoymayıb aralarında sözlə mübahisəyə davam etmişlər. Həmin vaxt onların sakitləşməyəcəklərini görüb evdən çıxaraq öz evinə gedib yatmışdır. Həmin gün evdə olmuş və çölə çıxmamışdır. Səhərisi günü, yəni xx.xx.2020-ci ildə yenə Elşəngilə gedən zaman onun qapısını bağlı olduğunu görmüşdür. Bu zaman Elşən ilə maraqlanmaqdan ötrü onun qaynı Rafiqə zəng vurduqda Əmrahın stul ilə Elşəni vurduğunu və Elşənin gözünün axdığını, hazırda Bakı şəhərində xəstəxanada olduqlarını bildirmişdir. Əmrahı bir neçə gün sonra gördükdə hadisə barədə ondan soruşmuş, Əmrah ona “anama söydü dinmədim, varyoxuma söydü dinmədim, amma bacıma söydükdə dözmədim və stulla vurdum” deyə bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 birinci instansiya məhkəməsinin iclasında Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. xx xxx 2020-ci il tarixli 257 №-li məhkəmə-psixiatrik ekspertizanın rəyində görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Ə,Yusifov hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. xx.xx.2020-ci il tarixli 117 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki,Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı sol göz almasının əzilib-dağılması, travmatik çıxması, sol gözün tam korluğu, sol göz sinirinin tam zədələnməsi, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol bazunun qançırı xəsarətləri aşkar edilmiş, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, xx.xx.2020-ci il tarixə uyğundur, xəsarətlərin döyülməsi nəticəsində əmələ gəlməsi istisna edilmir və dərəcəsin görə ümumi əmək qabiliyyətinin 1/3-i hissəsinin dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa ağız zərər vurmaya aiddirlər. xx xxx 2020-ci il tarixli 413 nömrəli məhkəmə-narkoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifad edir, narkotik vasitə olan kannabinoidlərin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhətə görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, 02 il şərti sınaq müddəti təyin edilmiş, xx.xx.2016-ci il tarixlı Şəki rayon İcra Şöbəsi tərəfindən cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 170.1-ci, 177.2.1-ci maddələri ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum edilmiş və 4000 manat cərimə cəzasına məhkum olunmuşdur. xx.xx.2017-ci il tarixli Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli hökm dəyişdirilməklə CM-in 170.1-ci və 177.2.1-ci maddələri ilə təqsirli bilinmiş CM-in 66.3-cü maddəsinə əsasən qəti cəza 03 il 01 ay müddətə azadlıqdan məhrum edilmişdir. xx.xx.2019-cu ildə cəzasının müddəti başa çatdığı üçün azad edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 ( iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi də yuxarıda sadalanan sübutları qiymətləndirərək belə qənaətə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin cinayət əməli düzgün olmayaraq CM-in 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Ona təqsirləndirilən şəxsin əməlini CM-in 126.2.4-cü maddəsindən CM-in 126.1-ci maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə, yəni istinad edilən cinayət əməlinin bilavasitə xuliqanlıq niyyəti ilə ətrafda olanlara nümayişkaranə şəkildə məhəl qoymayaraq, etinasızlıq göstərərək, açıqca hörmətsizlik edərək, insanlar arasında qəbul olunmuş davranış qaydalarını qərəzli şəkildə kobudcasına pozmamaqla törədilməsi hissəsi ilə razılaşır və bu fikirdədir ki, məhkəmə təqsirləndirilən şəxsin əməlinin CM-in 126.2.4-cü maddəsindən CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Çünki, birinci instansiya məhkəməsi cinayət işi üzrə hərtərəfli, tam və obyektiv və hökmdə ətraflı şərh olunan sübutların məcmusuna, yəni təqsirkarın, zərərçəkmişin və şahidlərin ifadələrinə əsaslanmaqla və bunları mötəbər sübut kimi qiymətləndirməklə Təqsirləndirilən şəxs haqqında CM-in 126.1-ci maddəsi ilə ittiham hökmü çıxarmaqda düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X8rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmlıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından X12 Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı xx xxxxxx 2007-ci il tarixli, X1rşı xx xxxxxx 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Hazırda, məhkəmə kollegiyasının fikrinə görə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə nəticəsində sonuncunun ağır dərəcəli bədən xəsarəti alması mübahisələndirilməsə də, təqsirləndirilən şəxsin zərərçəkmişə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurması ilə ittiham tərəfinin istinad etdiyi sübutların həqiqiliyi həddindən artıq şübhə doğurur. Çünki, xuliqanlıq cinayətindən bəhs edən CM-in 221-ci maddəsindən, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli, eləcədə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarlarında, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən bəlli olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayət edilməlidir. Burada cəmiyyətə açıqça hörmətsizlik ifadə etmə dedikdə təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının “tapdalanması”, bir çox insanın və ya cəmiyyətin hər hansı üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Xuliqanlıq zamanı təqsirkarın hərəkəti şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman ümumiyyətlə tanımadığı şəxsə qarşı yönəlmiş olur. Belə ki, təqsirakar bu cinayəti təsadüfən rastlaşdığı və tanımadığı və ya az tanıdığı şəxslər barəsində törədir. Belə halda təqsirkar zərərçəkənin davranışından xuliqanlıq hərəkətini həyata keçirmək üçün istifadə edir. Bu zaman baş vermiş ictimai təhlükəli əməllə bu hərəkəti doğuran səbəblər arasında açıq-aşkar uyğunsuzluq mövcud olur. Yuxarıda şərh olunan qanunun və plenum qərarlarının mənasından açıq-aydın görünür ki, kənar şəxslərə qarşı laqeyidlik, etinasızlıq, özündən müştəbehlik, özünü dügər şəxslərdən fərqli, üstün olması, eqoizim nümayiş etdirmə xüliqanlıq cınayətinə xas olan əsas xarakterik hallardır. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında gəldiyi hüquqi mövqeyə görə xüliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı sürətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini bir başa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqça hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Bundan əlavə eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında bir mənalı olaraq göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Yuxarıda şərh olunanlardan, habelə həm Konstitusiya Məhkəməsinin, həm də Ali Məhkəmənin Plenumunun xuliqanlıq cinayətinə verdikləri təfsirdən aydın olur ki, təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizimini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər, onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. Həmçinin məhkəmə kollegiyası bu arada qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir və bu halda digər motivlər ya olmamalıdır, yaxud da cinayətin törədilməsi motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə də əməlin xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası yuxarıda göstərilən qanun normasının mənası, həm Konstitusiya Məhkəməsinin, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsi plenumlarının qərarlarının izahı baxımından, həmçinin cinayət işinin faktiki hallarının gerçək vəziyyətinə əsasən bu fikirdədir ki, təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə müəyyən edilmiş bütün faktiki hallar məcmu halında qiymətləndirilməli, həmçinin belə işlərdə cinayətin motivinə dair məsələnin araşdırılması xüsusi əhəmiyyət kəsb etdiyindən, cinayətin törədilmə halları ilə yanaşı, təqsirləndirilən şəxsin əvvəlki davranışı, onun şəxsiyyəti ilə bağlı xüsusatların aydınlaşdırılması vacib şərtdir. Hazırda, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmişin və şahidlərin ifadələrindən görünür ki, mübahisə onların arasında olan şəxsi münasibətlər zəminində (təqsirləndirilən şəxsin valideynlərinin, həm də onun 11 yaşlı bacısının ünvanına nalayiq söyüş söyməsinə görə) baş vermiş və nəticədə mübahisə zamanı Təqsirləndirilən şəxs plastik və metal materialdan hazırlanmış göy rəngli stulu götürüb Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə vurmaqla ona sol göz almasının əzilib-dağılması, travmatik çıxması, sol gözün tam korluğu, sol göz sinirinin tam zədələnməsi, sol qaş nahiyəsinin əzilmişcırılmış yarası, sol bazunun qançırı kimi dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-i hissəsinin dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs verdiyi bütün ifadələrində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 14 radələrində Elşənə yeyib içmək təklif etmiş, Elşən isə razılaşmışdır. Mağazadan 02 ədəd 1 litr spirtli içki, kolbasa və siqaret almışdır. Elşənin evinin həyətinə gəldikdə orada Təranə və Zauru da görmüşdür. Tanışı Pərvanə dəvəti ilə Elşəngilə gəlmiş və birlikdə yemək yeyib, spirtli içki qəbul etmişlər. Bir az sonra Elşən evə keçmişdir. Masada olan zaman söyüşlə söhbət etmişdir. Bu zaman Elşən söyüş söyməməyini bildirmişdir. Söyüş söymədiyini bildirsədə Elşən onun ünvanına söyüşlər söymüşdür. Mübahisə etməmək üçün bir qədər səbr eləmiş, lakin sakit durduqca Elşən ünvanına, daha sonra anası və bacısının ünvanına söyüşlər söymüşdür. Aralarında mübahisə yaranmış, Zaur onları aralamışdır. Lakin Elşən yenə də anası və bacısını nalayiq söyüşlərlə söyürmüşdür. Elşən 11 yaşlı bacısını nalayiq və kobud söyüşlərlə söydüyünə görə əsəbiləşmiş və onu vurmaq üçün ətrafa baxmış, özünün oturduğu stul diqqətini çəkmişdir. Həmin stulu götürüb Elşən tərəfə atmış, lakin Elşən əli ilə başını tutduğu üçün stul ona dəyməmişdir. İkinci dəfə yaxınlıqda olan göy rəngli plastik materialdan hazırlanmış stulu götürüb Elşənin başına bir dəfə vurmuşdur. Elşən gözünü tutaraq “gözüm-gözüm” demiş və sol gözünün ətrafı qanamışdır. Təranə və Pərvanə ona üzünün qanını yumasına köməklik etmişlər. O isə çıxıb getmişdir. Səhərisi gün Elşənin gözünün çıxmasını bilmişdir. Göründüyü kimi, tədqiq edilmiş sübutlarla hadisənin bu cür inkişaf etməsi Təqsirləndirilən şəxs cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəmnində törədildiyini göstərir. Xuliqanlıq niyyətinin olmamaması təqsirkarın ictimai təhlükəli qəsdinin ictimai qaydadnın kobud şəkildə pozulmasına və cəmiyyətə qarşı açıq-aydın hörmətsizliyin ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmişə qarşı, onun sağlamlığına ağır zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə zərərin vurulmadığını göstərir. Belə olan halda isə baş verən hadisəni hətta kənar şəxslərin müşahidə etməsi, həmçinin təqsirləndirilən şəxsin zərəçəkmişə söylədiyi ifadələri eşitməsi təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişən və bu hərəkətləri xuliqanlığa cevirən hal kimi qəbul edilə bilməz. Çünki, məlum məsələnin həllində vacib şərt cinayət əməlinin baş verdiyi yerdə, hər hansı bir insan kütləsinin toplaşıb-toplaşmaması, olanları görüb-eşitmələri deyil, təqsirləndirilən şəxsin məhz etdiyi hərəkətin birbaşa ictimai qaydadnın kobud şəkildə pozulmasına, cəmiyyətə qarşı açıq-aydın hörmətsizliyin ifadə olunmasına yönələn niyyətinin, xuliqanlıq motivinin aşkar edilib-edilməməsidir. Lakin, hazırkı tədqiq edilən iş materiallarında təqsirləndirilən şəxsin etdiyi cinayət əməlini məhz xuliqanlıq motivi ilə törətməsi müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da xatırladır ki, cinayət işinin nə ibtidai istintaq mərhələsində, nə də məhkəmə baxışında, təqsirkarın işlətdiyi ünvansız söyüşlərin məhz nədən ibarət olması, cəmiyyətə qarşı açıq-aşkar edilən hörmətsizliyin nədə ifadə olunması aydınlaşdırılmamış, bu hadisənin necə ictimailəşməsi, baş verən hadisəni müşahidə edən insanların dairəsi, həmin insanların müəyyən edilib dindirilməsi cinayətin obyektiv cəhətinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq bu halların aydınlaşdırılmasına cəhd belə edilməmişdir. Məhkəmə kollegiyasının xatırlatmasına görə məhkəmə təcrübəsində mövcud olmuş əksər xuliqanlıq cinayətlərində çox vaxt təqsirkar zərərçəkmiş şəxsin davranışından xuliqanlıq hərəkətlərini, niyyətini həyata keçirmək üçün bəhanə kimi istifadə edir. Bu zaman xuliqanlıq hərəkətləri ilə onu doğuran səbəblər arasında açıq-aşkar uğunsuzluq mövcud olur. Lakin, hazırkı işin müəyyən edilmiş gerçək vəziyyətindən bəlli olur ki, məlum cinayət əməli təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq motivi ilə deyil, aralarında olan şəxsi münasibətləri aydınlaşdırmaq münasibətləri zəmnində baş vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı qərarının 3-cü bəndində qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə qohumlar arasında şəxsi münasibətlər zəmində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl CM-in şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yuxarıda şərh edilən cinayət əməlini onun sonuncu ilə aralarında olan şəxsi münasibətə, aralarında baş vermiş mübahisəyə görə etmiş, bu motiv törədilmiş cinayətin əsas motivi kimi çıxış etmiş və təqsirkar həmin cinayəti törədərkən onun məqsədi ictimai qaydanın pozulmasına yönəlməmiş, hərəkətləri isə cəmiyyətə açıqca hörmətsizliklə müşaiyət olunmamış və bu halda əməlin xuliqanlıq niyyətilə törədilməsi istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, əməlin tövsifıni müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx xxxx 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx xxxx 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx xxx 2007-ci il tarixli qərarlarında qeyd edilir ki, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs məhz xuliqanlıq niyyəti olmadan qəsdən sağlamlığa ağır xəsarət yetirmə cinayətini törətməsi barədə nəticəyə gələrkən sübutların Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qiymətləndirilməsini təmin etmişdir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 33.1 və 33.2-ci maddələrinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və biri-biri ilə müqayisə edilir, yenisübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlarapellyasiya protestində qeyd edildiyi kimi Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə, yəni onun CM-in 126.1-ci maddəsi ilə ittiham olunaraq, həmin maddə ilə təqsirli bilinib məhkum edilməsini əsaslı sayır. Çünki, ibtidai istintaq orqanı tamamilə fərziyyələrə və ehtimallara əsaslanmaqla təqsirləndirilən şəxsin CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi qənaətinə gəlmişdir. Halbuki, CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Bu baxımdan da, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 126.2.4cü maddəsi ilə deyil, CM-in 126.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs xx xxxx 2020ci ildə saat 14 radələrində birlikdə yeyib-içib əylənmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Natiq oğlunun yaşadığı ünvan 2 ünvanına gələrək həmin evin həyətyanı sahəsində əvvəlcədən hazırlanmış masaya əyləşib Zərərçəkmiş şəxs da olmaqla digər tanışları Şahid3, Şahid1 Məmmədemin qızı, Şahid2 ilə birlikdə yemək yeyib spirtli içki qəbul etmişlər. Saat 18 radələrində alkoqol sərxoşluğu vəziyyətində məclisdə ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs nalayiq ifadələrinə görə Təqsirləndirilən şəxs yaxınlıqda yaşayan qonşuları narahat etməməsini deyib, boğazından tutaraq varyoxuna, anasına və bacısının ünvanına söyüşlər söyməklə iradını bildirdikdə, onun bu kimi hərəkətlərindən əsəbiləşərək şəxsi münasibət zəminində zərərçəkmiş şəxsin qeyri-hüquqi hərəkətlərinin təsiri nəticəsində qisas almaq məqsədi ilə plastik və metal materialdan hazırlanmış göy rəngli stulu götürüb Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə vurmaqla ona sol göz almasının əzilib-dağılması, travmatik çıxması, sol gözün tam korluğu, sol göz sinirinin tam zədələnməsi, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol bazunun qançırı kimi dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-i hissəsinin dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Öyrənilən işdən aydın olur ki, Dövlət ittihamçısı apelyasiya protesti verərək hökmün 126.1-ci maddəsinə tövsif edildiyi hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək cinayətin residivinin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınaraq, həmçinin cinayətlərin məcmusu üzrə cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin bu dəlillərini qismən, yəni Təqsirləndirilən şəxs münasibətdə hökmdə cinayətin residivinin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınması hissəsində,əsaslı hesab edir. Çünki, öyrənilən işdən aydın olur ki, təqsirkara cəza təyin edilərkən, həmçinin sonuncu ilə bağlı cəzaçəkmə müəssisəsinin rejimi müəyyən edilərkən faktiki olaraq residivlik nəzərə alınsada, bu hökmün təsviri əsaslandırıcı hissəsində qeyd edilməmişdir. Halbuki, CPM-in 353.2 və 353.2.3-cü maddəsinə görə məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar göstərilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2003-cü il tarixli qərarının 7-ci bəndində qeyd edilir ki, cinayətlərin residivinin qanunla (CM-nin 18.1-ci maddəsi) qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar CM-nin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası X14 Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünü Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olması CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmaqla dəyişdirilməsini mümkün bilir. Lakin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə verilmiş cəzaya dair hissədə çıxarılmış hökmlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da ağır cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Belə olan halda, məhkəmə kollegiyası X14 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(091)-126/2020 nömrəli məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya protestinin dəlillərini qismən əsaslı hesab edir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilməli, X14 Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olması CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmaqla dəyişdirilməli, hökm verilmiş apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdı. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilsin. X14 Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olması CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmaqla dəyişdirilsin. Hökm verilmiş apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar