Məhkəmə qərarları › İş №1(107)-228/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-228/2021

11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-228/2021 11.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və tərcüməçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü, 150.2.5-ci, 134-cü, 229.4-cü, 228.4-cü, 127.2.2-ci, 149.2.3-cü və 149.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(091)-77/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Hüseynov) 01 aprel 2021-ci il tarixli, 1(091)-77/2021 nömrəli hökmü ilə, xx xxxxx 1961-ci ildə Balakən rayonu Meşəşambul kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilməmiş, işləməyən, Balakən rayonu Şambul kəndində qeydiyyatda olmaqla yaşamış, 04 iyun 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 150.2.3-cü, 150.2.5-ci, 134-cü, 229.4-cü, 228.4-cü, 127.2.2-ci, 149.2.3-cü və 149.2.4-cü maddələri ilə təqsirli bilinsin. CM-nin 150.2.3-cü, 150.2.5-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 149.2.3-cü və 149.2.4-cü maddələri ilə 7 (yeddi) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 134.-cü maddəi ilə 1 ( bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 127.2.2-ci maddəsi ilə 3 ( üç) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 9 ( doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 229.4-cü maddəsi ilə 1 ( bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza 09 (doqquz ) il 6 (altı) aymüddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablansın. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 04 iyun 2020-ci ildən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ekspertiza xərci 314 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməsi, maddi sübut olan və Balakən Rayon Prokurorluğunda saxlanılan bir ədəd bıçaq, bir ədəd dəstəyinə qara rəngli parça material dolanmış bıçaq və bir ədəd üzərinə ağ və qara rəngli parça material dolanmış metal parçası (armatur), Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs dırnaq nümunələri məhv edilsin. 01 ədəd qara rəngli parçadan dizə qədər olan don, 01 ədəd yanlardan boz rəngli xətləri olan idman şalvarı, 01 ədəd qara rəngli kofta, 01 ədəd çəhrayı rəngli trusik, 01 cüt göy rəngli başmaqlar Zərərçəkmiş şəxs1, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd qara rəngli idman koftası, 01 ədəd qara rəngli mayka, 01 ədəd göy rəngli vilvet şalvar, 02 cüt yun corab,01 ədəd cib dəsmalı, 01 ədəd trusik, 01 cüt qara rəngli ayaqqabı Təqsirləndirilən şəxs qaytarılması hökm edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs qəsdən aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmiş, təkrarən aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmiş, hədənin icra ediləcəyinə real əsaslar olmaqla öldürməklə və sağlamlığına ağır zərər vurmaqla hədələmiş, qanunsuz olaraq soyuq silahı hazırlamış, əldə etmiş və gəzdirmiş, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə, aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuş, aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə zor tətbiq etməklə, onun köməksiz vəziyyətindən istifadə etməklə onu öldürmək və sağlamlığına ağır zərər vurma hədəsi ilə onunla cinsi əlaqədə olmaqla zorlamışdır. Təqsirləndirilən şəxs qəsdən 2020-ci ilin fevral ayının ortalarında saat 09 radələrində oğlu Zərərçəkmiş şəxs2 və gəlini Zərərçəkmiş şəxs1 birlikdə yaşadıqları Balakən rayonu Şambul kəndində yerləşən evə gələrək, xx.xx.2003-cü il təvəllüdlü, aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 evdə tək olduğu zaman evin giriş qapısının qarşısında dayanıb, daha sonra sonuncunun üzərinə gedərək sağ yanağını barmağı ilə göstərib Zərərçəkmiş şəxs1 onu öpməsini tələb etmiş, bundan imtina etdikdə onun qolundan tutub özünə tərəf çəkərək onun barəsində zor tətbiq etməklə əllərini onun sarğı nahiyəsinə, sinəsinə və ayaqlarına sürtüb, onu zorla qapının yanında olan taxtın üzərinə oturdub əlini Zərərçəkmiş şəxs1 əynindəki donun altına salaraq əlini cinsiyyət orqanına sürtməklə cinsi ehtirasını təmin etmək məqsədilə aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs qəsdən təkrarən 2020-ci ilin fevral ayının sonlarında saat 20 radələrində oğlu Zərərçəkmiş şəxs2 və gəlini Zərərçəkmiş şəxs1 birlikdə yaşadıqları Balakən rayonu Şambul kəndində yerləşən evə gələrək, xx.xx.2003-cü il təvəllüdlü, aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 evdə tək odun sobasının yanında, yerdə oturmasından istifadə edib Zərərçəkmiş şəxs1 arxadan yaxınlaşaraq əlləri ilə onu arxadan tutaraq ona zor tətbiq etməklə əynindəki paltarların üzərindən onun sinəsinə və cinsiyyət orqanı və ətrafındakı nahiyələrinə əlini sürtüb cinsi ehtirasını təmin etmək məqsədilə aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən 27 mart 2020-ci ildə saat 16 radələrində oğlu Zərərçəkmiş şəxs2 və gəlini Zərərçəkmiş şəxs1 birlikdə yaşadıqları Balakən rayonu Şambul kəndində yerləşən evdə, gəlini ilə təklikdə olduğu zaman nahar etdikdən sonra masanın üzərindəki qabları yığışdıran, xx.xx.2003-cü il təvəllüdlü, aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 sarğı nahiyəsinə əlinin içi ilə sillə vurmuş, Zərərçəkmiş şəxs1 onun bu hərəkətinə qarşı etirazını bildirdikdə onunla cinsi əlaqədə olmasını təklif etmiş, onun əxlaqsız təklif və hərəkətləri barədə faktiki ər-arvad münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs2 məlumat verəcəyini bildirərək evdən çölə çıxan Zərərçəkmiş şəxs1 arxasınca həyətə çıxaraq üzərində gəzdirdiyi qara rəngli dəstəyi olan mətbəx bıçağı ilə onun üzərinə gedərək onu oğlu Zərərçəkmiş şəxs2 gizli şəkildə qonşuluqda yaşayan X7 ilə cinsi münasibətdə olmaqda ittiham edərək onu da mərhum arvadı X1 öldürəcəyi ilə və əlindəki bıçaqla zərbələr vuraraq sağlamlığına ağır zərər vuracağı ilə icra ediləcəyinə real əsaslar olmaqla hədələmişdir. Daha sonra, Təqsirləndirilən şəxs qəsdən 27 mart 2020-ci ildə saat 16 radələrində oğlu Zərərçəkmiş şəxs2 və gəlini Zərərçəkmiş şəxs1 birlikdə yaşadıqları Balakən rayonu Şambul kəndində yerləşən evin həyətyanı sahəsində xx.xx.2003-cü il təvəllüdlü, aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 üzərinə əlindəki qara rəngli dəstəyi olan mətbəx bıçağı ilə gedərək onu oğlu Zərərçəkmiş şəxs2 gizli şəkildə qonşuluqda yaşayan X7 ilə cinsi münasibətdə olmaqda ittiham edərək onu da mərhum arvadı A.M.Əhmədova kimi öldürəcəyi ilə, əlindəki bıçaqla zərbələr vuraraq sağlamlığına ağır zərər vuracağı ilə hədələyərkən oraya gəlmiş və onun qanusuz hərəkətlərinin qarşısını almağa çalışan oğlu Zərərçəkmiş şəxs2 əsəbiləşərək buna görə onu cəzalandırmaq məqsədilə əlindəki mətbəx bıçağı ilə oğlunun üzərinə gedərək bıçağı onun sifət və bədən nahiyəsi istiqamətində fırladaraq onu icra edilməsi üçün real əsaslar olmaqla öldürəcəyi və sağlamlığına ağır zərər vuracağı ilə hədələmişdir. Həmçinin, Təqsirləndirilən şəxs qəsdən ibtidai istintaqla müəyyən edilə bilməyən vaxtda uzunluğu 600 mm, diametri 20 mm olan metal parçasının (armaturun) bütün səthinə ağ və qara rəngli parça material sarıyaraq, bir ucuna dəstək üçün nəzərdə tutulmuş, əldə rahat oturması və tutulan zaman ələ heç bir xəsarət yetirməməsi üçün əlavə olaraq daha çox parça material sarıyaraq, qanunsuz olaraq əzicilik xassəsinə malik, ölçülərinə, konstruktiv əlamətlərinə görə əldə düzəltmə üsulu ilə dəyənək tipli soyuq silah hazırlayaraq əldə etmiş və 28.05.2020-ci il tarixinədək qanunsuz olaraq üzərində gəzdirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən 28.05.2020-ci ildə saat 12 radələrində əlində soyuq silah hesab edilən dəyənək tipli metal parçası ilə (armaturla) Zərərçəkmiş şəxs2 və gəlini Zərərçəkmiş şəxs1 birlikdə yaşadıqları Balakən rayonu Şambul kəndində yerləşən, həmin kənd sakini Şahid3 istifadəsində olan bir otaqlı tikilinin yerləşdiyi torpaq sahəsinə gedərək barəsində Balakən rayon polis şöbəsinə şikayət etdikləri üçün xx.xx.2003-cü il təvəllüdlü, aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 və oğlu Zərərçəkmiş şəxs2 qisas almaq məqsədilə həmin vaxt orada tək, qab-qacaqları yuyan Zərərçəkmiş şəxs1 özü ilə getməli olduğunu bildirmiş, sonuncu bundan imtina etdikdə qəsdən onun baş, kürək və qol nahiyələrinə əlindəki dəmir parçası ilə zərbələr vurub onunla getməyəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələmiş, bu vaxt qışqırmağa başlayan Zərərçəkmiş şəxs1 başına və bədəninə dəmir parçası ilə yenidən zərbələr vuraraq zorla onu çöllük sahə ilə tikilidən uzağa aparmış, başına vurulan zərbələrin qarşını almaq məqsədilə əlləri ilə başını tutan Zərərçəkmiş şəxs1 əllərinə dəmir parçası ilə zərbələr endirərək qəsdən onun aşkar surətdə köməksiz vəziyyətindən istifadə edərək xüsusi amansızlıqla, o cümlədən ona ağır iztirablar verməklə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən, təpə sümüyünün xarici səthinin çatı, sol arxa təpədə cərrahi tikişə ehtiyacı olan yara, alnında, sağ əlinin üstündə, sol saidin yuxarı 1/3-nin bayır səthində, sol kürək üstündə qançırlar xəsarəti yetirib, çöllük ərazinin kənarlarında qazılmış, içərisi qurumuş kanalın içərisinə bir neçə dəfə salaraq oradan çıxmağa məcbur etmiş, daha sonra xx.xx.2003-cü il təvəllüdlü, aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə edərək və ona zor tətbiq etməklə sonuncunu zorlamaq qərarına gəlmiş, bu məqsədlə, onu yaşadığı tikilidən 130 metr aralıda yerləşən digər kanalın içərisinə salaraq, ondan paltarlarını çıxartmağı tələb etmiş, bu zaman Zərərçəkmiş şəxs1 paltarlarını çıxartmadığını görüb, onun ağlamağına və yalvarışlarına məhəl qoymayaraq əlini ataraq zərbələrin təsirindən halsızlaşaraq taqətdən düşmüş Zərərçəkmiş şəxs1 zorla əynindəki koftasını, donunu, idman şalvarını, lifçiyini və tumanını çıxartdıqdan sonra donu yerə sərərək ondan donun üzərinə uzanmağını tələb etmiş, əks təqdirdə, onu öldürməklə hədələmiş, Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətdə, ona qarşı tətbiq edilən zordan və ölümlə hədələnməyindən qorxaraq yerə sərilmiş donun üzərinə uzanmasından sonra əynindəki şalvarının kəmərini açıb aşağı salmış, həmin vaxt üzərində olan dəstəyi qara rəngli parçaya bükülmüş mətbəx bıçağını Zərərçəkmiş şəxs1 qorxutmaq üçün aşkarcasına əli ilə yerə qoyub, tumanını aşağı salıb Zərərçəkmiş şəxs1 üzərinə uzanaraq, onun ağlamasına, yalvarmasına, məhəl qoymayaraq halsız şəkildə onu itələyərək müqavimət göstərməsinə baxmayaraq onun qollarını zorla tutub müqavimətini qıraraq öz cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil etməklə 10 dəqiqə ərzində onunla cinsi əlaqədə olaraq aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 öldürmək və sağlamlığına ağır zərər vurma hədəsi ilə zorlamışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(091)-77/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(091)-77/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində deyilənlərin hamısının zərərçəkmiş şəxs tərəfindən atılmış şər böhtan olduğunu bildirərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(091)-77/2021 nömrəli hökmünün ləğv edilməsini, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində çıxarılan hökmün ləğv ediməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı Rəhman İbrahimov bildirdi ki, birinci instansiya məhkəməsi ona verilən ittiham daxilində işə baxmış və düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxsin əməlləri düzgün tövsif olunmuş, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(091)-77/2021 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apelyasiya şikayətinin təmin olunmasını, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmünün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа son sözlə çıxış edən elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, oğlu Anar və gəlini Asil ona şər atır. O, gəlninə qarşı zor tətbiq etməmiş, ona xəsarət yetirməmiş, onu zorlamamış, ölümlə hədələməmiş, ona qarşı seksual xarakterli hərəkətlər etməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını, apelyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apelyasiya şikayətləri təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021ci il tarixli hökmü dəyişdirilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında göstərmişdir ki, oğlu Anar və gəlini Asil ona şər atır. O, gəlninə qarşı zor tətbiq etməmiş, ona xəsarət yetirməmiş, onu zorlamamış, ölümlə hədələməmiş, ona qarşı seksual xarakterli hərəkəilər etməmişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə ifadəsində bildirmişdir ki, 2017-ci ildə Balakən rayon Şambul kənd sakini Zərərçəkmiş şəxs2 ilə Rusiya Federasiyasında ailə həyatı qurmuş, Anar 2018-ci ildə onun 16 yaşı tamam olmamış onunla evləndiyi üçün Rusiya Federasiyasında məhkəmənin qərarı ilə bir il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, 29.05.2019-cu il tarixdə tək Dağıstan Respublikasından Anarın yaşadığı Balakən rayonu Şambul kəndinə gəlmiş və Anarın qardaşı Ramilin yaşadığı evdə yerləşmişdir. Təxminən bir həftə sonra Anar cəzasını çəkib qurtarıb Azərbaycana gəlmişdir. Anar 08.06.2019-cu il tarixdə Balakən rayonu Şambul kəndinə yaşadığı evə gəlmiş, Anarın atası Təqsirləndirilən şəxs da tez-tez onlara gəlmiş, axşamlar gecələməyə qardaşı Əlinin yaşadığı evə getmişdir. Onun qaynatası ilə ilk vaxtlar münasibəti yaxşı olmuşdur. Ona “ata” deyə müraciət etmiş, Təqsirləndirilən şəxs da ona “qızım” demişdir. Teymurla bir-biriləri ilə azərbaycan dilində danışmış, çünki o avar dilini bilməmiş, Teymur isə rus dilini zəif bilmişdir. Təxminən 2020-ci ilin fevral ayının ortalarında saat 9 radələrində qaynatası Təqsirləndirilən şəxs Anarla onun yaşadığı evə gəlmiş, həmin vaxt Anar da su gətirmək üçün evdən çıxıb getmiş, Teymur evə gəlib qapını örtüb, qapının qarşısında dayanıb onun üzərinə gəlib sağ yanağını barmağı ilə göstərib ona demişdir ki, “ay qızım, gəl məni öp!”. O, isə onu öpməyəcəyini demiş, bu zaman qaynatasının bu istəyinə görə pis olduğu üçün evdən çölə çıxmaq istəmiş, giriş qapısının qarşısında Teymur onun qolundan tutub özünə tərəf çəkmiş və əllərini onun arxasına, sinəsinə və ayaqlarına sürtmüş, onu qapının yanında olan taxtın üstünə zorla oturtmuşdur. Teymur onu taxta uzatmaq istəsə də, müqavimət göstərdiyindən onu taxta uzada bilməmişdir. Teymur əlini həmin vaxt onun əynində olan qara rəngli donun altına salıb cinsiyyət orqanına əlini vurmuş və tumanını çıxartmaq istəmiş, bu zaman Teymura müqavimət göstərdiyi üçün başı Teymurun alt dodağına dəymiş və onun dodağından qan gəlmişdir. Dodağından qan gəldiyi üçün Teymur onun üzərindən aralanmış, tez durub evdən çıxmışdır. Sonra da Teymur getmişdir. Sabahısı gün Teymur gəlib ondan xahiş eləmişdir ki, dünənki hadisə barədə Anara heç nə deməsin, yoxsa Anar onunla danışmayacaq, o Anarın gözündən düşəcək. Qaynatasına heç nə deməmiş və ağlamışdır. Amma bu barədə Anara heç nə deməmişdir. Bundan sonra Teymur qaldıqları evə gələndə evdə tək olardısa, o qaynatasına çay-çörək verib evdən çölə çıxmışdır. Təxminən 1 həftə sonra 2020-ci ilin fevral ayının sonlarında Anar işə gedəndən sonra Teymur evə gəlmişdir və axşama kimi evdə oturmuş, artıq hava qaraldığı üçün o evə girib odun sobasının yanında yerdə oturmuşdur. Təxminən saat 20 radələrində qəflətən Teymur digər otaqdan gəlib onun arxasından yaxınlaşaraq arxadan onu əlləri ilə tutmuş, Teymurun əlindən çıxmaq istəsə də, Teymur onu zorla tutub saxlayıb, əynindəki paltarlarının üstündən sinəsini və cinsiyyət orqanı nahiyələrini əli ilə sürtüb heç nə demədən çıxıb getmişdir. Bu barədə də Anara heç nə deməmişdir. Sabahısı gün saat 09 radələrində Teymur gəlib ona bildirmişdir ki, artıq ibadət eləməyə başlayıb, bir də belə hərəkətlər etməyəcək, ona yalvarmışdır ki, bu barədə də Anara heç nə deməsin. Teymura üz verməmişdir. Ona görə də Teymura heç nə deməmişdir. Bundan sonra Teymur onu şərləməyə başlamış, ona qulluq etməməyini, guya qonşuluqda olan təxminən 50 yaşı olan X6 gizli münasibətdə olduğu barədə kənddə gördüyü hər kəsə demişdir. Bu barədə Anar eşidəndən sonra Teymur Anardan və ondan üzr istəmişdir. Anar onu bağışlasa da, o Teymuru bağışlamamışdır. Teymurun bu cür hərəkətləri üstündə ailələrində daimi olaraq mübahisə yaranmışdır. 27 mart 2020-ci ildə saat 16 radələrində qaynatası Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş, Teymurun qabağına çay-çörək qoymuş, Təqsirləndirilən şəxs yeməyini yeyib qurtdardıqdan sonra o masanı yığışdırmaq üçün masaya yaxınlaşıb qabqacağı götürəndə Teymur onun arxa nahiyəsinə əlinin içi ilə sillə vurmuş, bu zaman o kənara çəkilmiş və ondan nə etdiyini soruşmuşdur. Teymur gülməyə başlamış və onunla birlikdə cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Teymurun ona qarşı əxlaqsız təklif və əxlaqsız hərəkətlər etdiyi barədə əri Zərərçəkmiş şəxs2 deyəcəyini bildirmiş, bu sözləri deyəndən sonra Teymur masanın üzərindəki mətbəx əşyaları olan qaba baxmış, lakin oradan heç nə götürməmişdir. Fikirləşmişdir ki, Teymur bıçaq axtarır. Bu səbəbdən qorxub həyətə qaçmış, həmin vaxt Teymur da onun arxasınca həyətə qaçmış və ayağındakı corabın içərisindən namaz qılınan zaman başa taxılan balaca papağın arasına bükülmüş, dəstəyi qara rəngli mətbəx bıçağını çıxararaq büküldüyü balaca papağı açıb bıçağı ona tərəf tutub, “səni də arvadım Ayzənət kimi kəsəcəyəm” deyərək üstünə gəlmişdir.. Pilləkənlərdən düşüb təxminən 2-3 metr aralıda dayanıb onu öldürməklə və bıçaqlamaqla hədələmişdir. Teymur həmin bıçağı həmişə üzərində gəzdirmişdir. Bu zaman qışqırmış, həmin vaxt əri Anar işlədiyi yerdən həyətə gəlmiş və atası Teymura sakit olmasını bildirmişdir. Teymur Anara demişdir ki, o Ramazanla gəzir. O isə bu zaman Anara Teymurun əli ilə onun arxasına sillə vurduğunu demişdir. Bu zaman Anar Teymura avar dilində nə isə demişdir. Elə bu vaxt Teymur əlindəki bıçaqla onun üstünə tərəf gəlmiş, Anar əlinə odun parçası götürüb onunla atasının arasına girmişdir. Anar əlindəki taxta parçası ilə Teymurun bıçaq olan əlinə vurmuş, Teymur isə sol əli ilə özünü qorumuş və zərbə onun digər əlinə dəymişdir. Bu vaxt Teymur daha da qəzəblənərək əlindəki bıçaqla Zərərçəkmiş şəxs2 üstünə hücum etmiş, Teymur Anara demişdir ki, onu da əlindəki bıçaqla öldürəcək və onu da bıçaqlayacağı ilə hədələyib Anarın üstünə getmişdir. Anar atası Teymurun onun üstünə bıçaqla gələrək xəsarət yetirəcəyindən ehtiyat edərək əlindəki odun parçası ilə özünü qorumaq üçün odun parçasını havada fırlatmış, çünki, Teymur əlindəki bıçaqla təxminən 1-1.5 metr aralıdan Anarın üz və bədəninə tərəf bıçağı sağasola hərəkət etdirmişdir. Odun parçası Teymurun başının sol tərəfinə dəymiş və Teymur yerə yıxılaraq başını tutub qışqırmağa başlamışdır. Qaynatası Teymurun onun və Anarın üstünə bıçaqla gəldiyi zaman qonşuları Şahid2 və Şahid1 bu hadisəni görmüşlər. Anar tez bıçağı götürüb evə aparmış, bundan sonra Anar mobil telefonu ilə zəng edərək qardaşı Şahid6 onların yaşadığı evə çağırmış, Anar Adilə atasının damdan yıxıldığını demişdir. Bir qədər sonra Adil gəlmiş və onlar birlikdə qaynatasını Zaqatalaya xəstəxanaya aparmışlar. Anarın Teymuru vurduğu odun parçasını o bir-iki gün sonra evi qızdırmaq üçün odun sobasına atıb yandırmışdır. Bu hadisədən təxminən 15 gün sonra onlara Balakən rayon polis şöbəsindən zəng edib Teymurun Anardan polisə şikayət elədiyini bildirib onları polis şöbəsinə çağırmışlar. Bundan sonra Teymurla onların arasında mübahisələr davam etdiyindən Anar və o qaynatası ilə Balakən rayon Şambul kəndində birgə yaşadıqları evdən çıxmaq qərarına gəlmişlər və Balakən rayonu Şambul kəndində Şahid3 mal fermasında olan sığınacağa müvəqqəti olaraq yerləşib orada yaşamışlar. Həmin yer kənddəki digər evlərdən təxminən 300-350 metr aralıda yerləşmiş və ətrafında əkin sahələri olduğu üçün yaşayış olmamışdır. 28 may 2020-ci ildə səhər Anar işləmək, yəni ot biçmək üçün getmiş, o isə fermada birlikdə yaşadıqları sığınacağı təmizləməyə başlamışdır. Həyətdə iş gördüyü zaman saat 12 radələrində qaynatası Teymur qəfildən əlində qara rəngli, təxminən 50-60 sm uzunluğunda olan üzərində ağ və qara parçalar dolanmış dəmir parçası-armaturla ona yaxınlaşmış və ona demişdir ki “sən məndən polisə şikayət eləyibsən, məni pis vəziyyətə salmısan”. Teymura bildirmişdir ki, “mənim səninlə işim yoxdur, qoy ərimlə rahat yaşayaq”.Teymur isə ona demişdir ki, “sən mənimlə gəlməlisən”. O, gəlməyəcəyini dedikdə Teymur əlindəki dəmir parçası ilə onun başından bərk vurmuş, sonra isə həmin dəmir parçası ilə bel, baş və qol nahiyələrinə vurmuşdur. Sonra da onun yaxasından tutub dartaraq onunla gəlməsə öldürəcəyini bildirmişdir. Qışqırmağa başlamış, lakin onun səsini eşidən olmamışdır. Teymur onun qışqırdığını görüb dəmir parçası ilə yenə də onun başına və bədəninə vurmuş, daha sonra onu zorla çöl yolu ilə dəmirlə başına vura-vura özü ilə getməyə məcbur etmişdir. Əli ilə zərbələrin qarşısını almaq istəyəndə zərbələr onun əllərinə də dəymişdir. Teymurla çöl ilə gedərkən Teymur onu çölün kənarlarında qazılmış içərisi qurumuş kanalın içinə bir neçə dəfə salmış və oradan çıxmağa məcbur etmişdir. Kanalın qarşısında qaçmaq istəsə də Teymur yaxasından möhkəm tutduğu üçün onun əlindən qaça bilməmişdir. Daha sonra onu döyədöyə təxminən 300-400 metr aralıda olan daha bir kanalın içərisinə salmış, kanalın üstü kolluq olmuşdur. O, kanalın içində ondan paltarlarını çıxartmağı tələb etmiş, Teymurun nə etmək istədiyini başa düşüb ona yalvarmışdır ki, onu buraxsın. Amma Teymur onun yalvarışlarına və ağlamağına məhəl qoymamışdır. Onun paltarlarını çıxartmadığını görüb armaturu yerə qoyub əlini atıb onun koftasını çıxartmışdır. Teymur onu armatur parçası ilə döydüyü üçün onun başı, üzü və əli qan içində olmuşdur. Artıq halsızlaşmış və Teymurdan çox qorxmuşdur. Ona görə də Teymur paltarlarını çıxardanda ona müqavimət göstərə bilməmişdir. Teymur əynindəki paltarlarını- koftanı, donunu, idman şalvarını, lifçiyini və tumanını çıxartdıqdan sonra donu yerə sərmişdir. Qorxduğundan sıxılıb yerdə oturmuşdur. Teymur isə ona yerə donun üstünə uzanmağını göstəriş vermişdir. Yoxsa əlindəki armaturla onu döyəcəyi və onu öldürəcəyi ilə hədələmişdir. O da çox qorxduğundan məcbur qalıb yerə uzanmış, Teymura yalvarmışdır ki, ona heç nə eləməsin, lakin Teymur yalvarışlarına məhəl qoymamış, ayaq üstə şalvarının kəmərini açıb aşağı salmış, şalvarını aşağı salandan sonra Teymurun əli ilə yerə qara rəngli parçaya bükülmüş böyük bıçaq qoyduğunu görmüşdür. Bıçağı görəndən sonra daha çox qorxmuş, fikirləşmişdir ki, Teymur onu burada, heç kimin olmadığı yerdə öldürəcəkdir. Bundan sonra Teymur tumanını aşağı salıb onun üstünə uzanmışdır. Teymur öz cinsi orqanını onun cinsi orqanına daxil edib təxminən 10 dəqiqə ərzində onunla cinsi əlaqədə olmuşdur. O, nə qədər yalvarsa da, ağlasa da, Teymur buna fikri verməmiş, halsız olsa da Teymuru itələməyə çalışsa da, Teymur əlləri ilə onun qollarından tutmuşdur. Onun Teymura gücü çatmamışdır. Teymur onu zorladıqdan sonra üzərindən durub şalvarını və tumanını yuxarı çəkib kənarda oturmuşdur. Tumanını donunu və koftasını geyindikdən sonra armaturun yerdə olduğunu görüb oradan qaçmaq üçün armaturu yerdən götürüb Teymurun başına zərbə vurmuşdur. Lakin Teymur çəkildiyi üçün zərbə onun üzünün sağ tərəfinə zəif şəkildə dəymiş və Teymurun üzü sıyrılmışdır. Həmin sıyrıqdan azca qan axmağa başlamışdır. Teymur tez dəmiri tutub əlindən almışdır. Teymur onu öldürəcəyini bildirmişdir. Yenə ona yalvarmışdır ki, onu öldürməsin. Çünki onda bıçağı görəndən sonra onun həqiqətəndə onu zorlayandan sonra öldürəcəyini fikirləşmişdir. Teymur demişdir ki, onunla bir qədər aralıda olan su yerinə getməlidir. Fikirləşmişdir ki, Teymur onu aldadıb daha uzaqda başqa yerə aparıb orada öldürmək istəmiş, ona görə ora getmək istəməmiş, lakin çox qorxduğundan və çöllükdə heç kimin olmadığı yerdə tək olduğundan məcbur qalıb kanaldan çıxıb əkin sahələrinin içi ilə onun dediyi yerə getməyə başlamış, o öndə Teymur isə arxasınca gəlmişdir. Təxminən 500 metr gedəndən sonra orada içərisində su axan kanal olmuşdur. Teymur onu məcbur eləmişdir ki, o orada əl-üzünü və paltarlarını yusun. Əl-üzünü yuyanda bu dəfə Teymurun cibində bayaq gördüyü bıçağı əvvəl bükülü olduğu parçasız görmüş, həmin bıçağın qara rəngli dəstəyi olmuşdur. Həmin bıçaq Teymurun 27.03.2020ci il tarixdə onu və Anarı hədələdiyi bıçağa bənzəmiş, ancaq bir azca böyük olmuşdur. Teymur onun bütün paltarlarını orada yuduzdurmuşdur. Həmin vaxt Teymur lifçiyini özü ilə götürəcəyini demiş və ona verməmişdir. O, həmin vaxt lifçiyi yuya bilməmişdir. Teymur lifçiyi yan tərəfdən köynəyinin altına qoymuşdur. Teymur ona demişdir ki, bu işi ona Anar elətdirib. Yəni Anardan qisas almaq məqsədilə onu zorlayıb. Teymur demişdir ki, əlindəki bu armaturla Anarı da öldürə bilərmiş, amma öldürməmişdir. Çünki onun öz qanındandır.Teymura bu barədə heç kimə deməyəcəyini, bundan sonra da gəlinqaynata münasibətində yaşayacaqlarını, evə gedən kimi çimib qanını yuyacağını və bundan Anarın xəbəri olmayacağını demişdir. Bundan sonra Teymur onu buraxmışdır. Teymur ona demişdir ki, bu barədə polisə şikayət eləməsin və onu bağışlasn. Qaça-qaça qaldıqları fermaya getmiş, orada Anarı görmüş və Teymurun hədələrindən və olanları Anara deyəcəyi təqdirdə Anarın onu atacağından qorxduğu üçün Teymurun onu yalnız döydüyünü, ona qarşı başqa heç bir hərəkət eləmədiyini demişdir. Anar da bu barədə polisə məlumat vermiş və polislər gəlib onları polis şöbəsinə aparmışlar. Oradan çıxıb ekspertizaya, oradan da Zaqataladakı xəstəxanaya getmişlər. Sabahısı gün, yəni 29.05.2020-ci ildə saat 09 radələrində əlləri yara olduğundan paltar yuya bilmədiyi üçün hadisə vaxtı əynində olmuş və qana və toz-torpağa bulaşmış paltarlarını yuması üçün qonşusu Şahid7 vermiş, tumanını isə özü birtəhər yumuşdur. Çünki alt paltarını başqasına yumaq üçün vermək ayıb olduğundan onu Cənnətə verməmişdir. Qaynatası onu zorlayanda onun əynində qara rəngli parçadan dizə qədər olan don, yanlardan boz rəngli xətləri olan idman şalvarı, üzərində ABŞ bayrağı əks olunmuş qara rəngli kofta, ağ rəngli liftçik, çəhrayı rəngli trusik, göy rəngli başmaqlar olmuşdur. O, həmin paltarları həmin hadisə baş verəndən iki gün sonra qonşusu Cənnətə yuması üçün vermişdir. Çünki onun əlləri yaralı olduğundan o paltarları yuya bilməmiş, Cənnət də həmin paltarları yuyub ona qaytarmışdır. Qaynatası onu zorladıqdan sonra onun lifçiyini özü ilə götürmüşdür. Qonşusu Ruxit xala həmin liftçiyi təxminən 2-3 gün sonra hadisə baş verən yerdə gördüyünü demişdir. Hadisə vaxtı qaynatasının əynində qara rəngli uzunqol köynək, məxməri tünd rəngli şalvar, ayağında qara rəngli köhnə idman ayaqqabısı olmuşdur. Onun alt paltarını görmədiyi üçün onu təsvir edə bilməz. Qaynatasının ya onun paltarlarının sperma ilə bulaşmasını xatırlamır, çünki o həmin vaxt həyəcanlı olduğundan buna fikir verməmişdir. Qaynatasının hədələrindən qorxduğu üçün zorlanması barədə heç kimə heç nə deməmiş, həm də qorxmuşdur ki, əri bu barədə biləndən sonra onların ailəsi dağıla bilər. Anar Teymuru yumruqla, ya da ki çəkiclə vurmamışdır. 27.03.2020-ci ildə Teymur odun parçası ilə ona və Anara əlindəki mətbəx bıçağı ilə hücum edib onları öldürəcəyi və bıçaqla xəsarət yetirəcəyi ilə hədələdiyi və üstlərinə gəldiyi üçün müdafiə olunmaq məqsədilə Anar Teymura cəmi iki dəfə, bir dəfə sol qoluna, bir dəfə də başının sol tərəfinə vurmuşdur. 28.05.2020-ci ildə Təqsirləndirilən şəxs onunla yalnız təbii yolla cinsi əlaqədə olmuşdur. Ona qarşı həmin gün digər seksual xarakterli zorakılıq hərəkəti və ya əxlaqsız hərəkət etməmişdir. Təqsirləndirilən şəxs ereksiya zəif olduğu üçün onu zorlayanda öz cinsiyyət orqanını onun cinsiyyət orqanına əli ilə daxil etmiş, cinsiyyət orqanını onun cinsiyyət orqanına əlinin köməkliyi ilə daxil etdikdən sonra 10 dəqiqə müddətində onunla zorla cinsi əlaqədə olaraq onu zorlamışdır. 06.06.2020-ci ildə ilk dəfə həyat yoldaşı Anara bu barədə demişdir. Təqsirləndirilən şəxs tərəfindən zorlandıqdan sonra hamilə qalmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkmiş şəxs2 məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsinə uyğün ifadə vermişdir. Əlvə olaraq bildirir ki, təqsirləndirilən şəxsdən şikayətçidir. Şahid2 birinci instansiya məhkəməsinin iclasında ifadəsində göstərmişdir ki, 27.03.2020-ci ildə saat 16 radələrində Zərərçəkmiş şəxs2 həyətində səs-küy eşitmişdir. Təxminən 6-7 metr aralıdan hasarın üstündən və arasından baxanda görmüşlər ki, Teymur əlində dəstəyi qara rəngli, nisbətən balaca mətbəx bıçağı ilə Asili öldürməklə və kəsməklə hədələmiş və Teymur demişdir ki, “səni də arvadım Ayzənət kimi öldürərəm”. Qonşusu Teymur həmişə üzərində bıçaq gəzdirmişdir. Özü bunun şahidi olmuş və Teymurun əlində həmişə bıçaq gəzdirdiyini görmüşdür. Teymur Asilə şər atmışdır ki, Asillə qonşu Ramazan Qorzolov arasında əlaqə var. Asili onlara getməyə qoymayacaq. Asil də Teymura demişdir ki, “mənim ərim var, özümüz bilərik”. Bu zaman Anar da evin arxasından ora gəlmiş və Teymuru sakitləşdirməyə çalışmışdır. Teymura demişdir ki, Asilə qonşuya getməyə o icazə verir. Bu zaman Teymur əlindəki bıçaqla Asildən təxminən 2 metr aralıda durub onu öldürəcəyi və kəsəcəyi ilə hədələmişdir. Teymur Anarı da öldürəcəyi ilə hədələmiş, Teymur Anara demişdir ki, “onda get arvadını Ramazana ver, ona arvadlıq eləsin”. Bu zaman Teymur əlindəki bıçaqla Asilə tərəf gedəndə Anar yerdən odun parçası götürüb onların arasına girmiş və Teymuru odunla bir dəfə qolundan vurmuşdur. Teymur əlindəki bıçaqla Anarı öldürəcəyi ilə hədələyib bıçağı sağa-sola fırladıb onun üstünə getmişdir. Anar özünü müdafiə etmək üçün həmin odun parçasını qarşısında frılatmağa başlamış və odun parçası Teymurun üzünün sol tərəfinə dəymiş, zərbənin təsirindən Teymur böyrü üstə yerə yıxılmışdır. Teymurun əlində olan bıçağın yerə düşdüyünü görmüşlər. Bu vaxt Anar qardaşı Adilə zəng edib Teymurun evin damından yıxldığını və onu xəstəxanaya aparmaq lazım olduğunu demiş, az sonra Adil gəlmiş və o çıxıb evə getmişdir. Şamil isə orada qalmışdır. Bundan başqa 29.05.2020-ci ildə tarixdə o kənd sakinlərindən eşitmişdir ki, dünən Təqsirləndirilən şəxs gəlini Asili qaldığı fermadan zorla çöllüyə aparıb orada onu döyüb, sonra zorlamışdır.. Təqsirləndirilən şəxs Asili bıçaqla hədələyərkən X11 arxa nahiyəsinə əli ilə sillə vurduğunu dediyini eşitmiş, belə ki, Teymur Asillə və Anarla mübahisə edəndə Asil Anara demişdir ki, Teymur bayaq onun arxasına sillə vurmuşdur. Şahid1 Ramazan oğlu birinci instansiya məhkəməsinin iclasında Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Ş.R.Burtiev əlavə olaraq bildirmişdir ki, Anardan heç bir təmir-tikinti materialı almamış, Anarın evdə olan təmir itkinti materiallarını oğurladığını birinci dəfədir ki, eşitmişdir Şahid6 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, Anar onun telefonuna zəng edərək təcili onlara evə gəlməyini istəmiş və başqa heç nə deməmişdir. O da özünə məxsus “Priora” markalı avtomobillə Anarın yaşadığı Balakən rayonu Şambul kəndinə getmiş, ora çatanda Anar onu evə dəvət etmiş, evdə Teymurun böyrü üstə döşəmənin üzərində uzanıqlı vəziyyətdə ağzından qan gəldiyini görmüşdür. Anar ona demişdir ki, Teymur damdan yıxılıb. Anarla atasını maşına qoyub Zaqatala RMX-ya aparmışlar. Şahid3 birinci instansiya məhkəməsinin iclasında ifadəsində qeyd etmişdir ki, Anar və həyat yoldaşı Asil ona məxsus fermada yaşamışdır. 28.05.2020-ci ildə saat 17 radələrində o valideynlərinin evinə gələndə görmüşdür ki, onun Anargilə verdiyi evin qabağında çoxlu adamlar yığışıb. Öyrənmişdir ki, Teymur Asili döymüşdür. Fermamdan çıxıb sağ tərəfdəki ara yolla təxminən 70-80 metr irəli getdikdən sonra orada Təqsirləndirilən şəxs velosipedlə ona tərəf gəldiyini görmüş, həmin vaxt Teymurun velosipedinin tutacaqlarının üstündə armatur parçası olmuşdur. Həmin armaturun üstünə qara rəngli parça bağlanmış, bir ucuna isə ağ rəngli parça bağlanmışdır. Teymurun qəzəbli şəkildə onun tərəfə gəldiyini görüb, onun bayaq Asili döydüyünü öyrəndiyi üçün ona da zərər yetirə biləcəyindən qorxub onun üstünə qışqırmışdır ki, bu tərəfə gəlməsin. Teymur da onun yanında dayanmadan çöllükdəki əkin sahələri ilə velosipedini sürə-sürə çıxıb getmişdir. Həmin gün saat 21 radələrində Anargil xəstəxanda olduğu üçün fermadakı evdə heç kim qalmadığından heyvanlara baxmaq və orada gecələmək üçün fermaya getmiş, fermaya çatmağa azca qalmış Teymurun Anarı səslədiyini eşitmiş, Teymur 3 dəfə Anarın adını çəkib onu səsləmişdir. Teymur onu Anara oxşatmışdır. O, tez zəng edib bu barədə polisə məlumat vermişdir. Danışdığı polis əməkdaşı demişdir ki, onlar da oradadırlar və Teymuru axtarırlar. Təxminən bir saat sonra o, kənd sakinləri və polis əməkdaşları birlikdə Teymuru çöllük ərazidə tutmuşlar və polislər onu şöbəyə aparmışlar. Sabahısı gün, 29.05.2020-ci il tarixdə o digər kənd sakinləri ilə Teymurun tutulduğu yerə baxmağa gedərkən orada o dünən Teymurun əlində gördüyü armatur tapılmışdır. Həmin armaturu aparıb Anara vermişlər ki, o da polisə təhvil versin. Anar da həmin armaturu polisə təhvil vermişdir. Şahid5 Cənnət qızı birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, 28.05.2020-ci ildə saat 13 radələrində Polis əməkdaşları ilə fermaya getmiş, Asilin üst-başı qan içində olmuş, başından üzünə qan axmışdır. Qolları, bədəni yara olmuş və qaralmışdır. Həmçinin, əlləri və əl barmaqları qanlı və şişkin olmuşdur. Asilin əynindəki paltarlar yaş olmuşdur. Asil dama keçib gəlini Mədinənin yanında əynindəki paltarları dəyişmiş və polislərlə getmişdir. Evə gedəndə gəlini demişdir ki, Asil əynini dəyişəndə lifçiyi əynində olmamışdır. Həmin gün günortadan sonra təxminən saat 17-18 radələrində qonşusu Cənnət onu çağırıb demişdir ki, Asil onunla görüşmək istəyir. O, Asillə Asilin qaldığı yerin yaxınlığında çöllük ərazidə görüşmüş, Asil ona demişdir ki, qaynatası Teymur onu döyəndən sonra paltarlarını ona yuduzdurmuş, o da lifçiyini yuyandan sonra Teymur lifçiyi özü ilə götürüb aparmışdır. Bu zaman onun yadına düşmüşdür ki, gəlini Mədinə də ona Asilin əynində lifçiyinin olmadığı demişdir. Asildən həmin gün baş verənlər haqqında soruşmuş, Asil də demişdi ki, Teymur onu sillə ilə və əlindəki dəmir parçası ilə onu döyüb və yerlə sürütləyib onu çöllük sahəyə aparmışdır. Sonra ona əl-üzünü yuduzdurub və onu buraxmışdır. Asil ona adının qısaldılmış formasında “Ruxit” deyə müraciət edir. Onun Təqsirləndirilən şəxsla heç bir münasibəti olmamış, Teymur arvadını öldürdüyü üçün və qohum-qonşularla daim münaqişə etdiyi üçün onunla heç bir münasibət saxlamamış, eləcə də kənd sakinlərinin də Teymurla münasibəti olmamışdır. Şahid4 birinci instansiya məhkəməsinin iclasında göstərmişdir ki, 28.05.2020-ci ildə saat 15 radələrində əri Çingizlə birlikdə fermalarında saxladığı keçilərə baxmağa getmişdir. Həmin vaxt fermadakı bir otaqlı evdə qonşusu Zərərçəkmiş şəxs2la onun həyat yoldaşı Zərərçəkmiş şəxs1 yaşamışlar. Ora gedəndə ondan bir qədər əvvəl Anar əlində motorlu ot biçənlə fermaya tərəf getmiş, Anar ondan təxminən 10-15 dəqiqə əvvəl ora çatmışdır. Ora çatanda Asilin ağladığını eşitmiş, evə keçəndə Asili üst-başı qan içində görmüşdür. Asilin başından üzünə qan axmış, əlləri qan içində və şişkin olmuş, üst-başı sulu olmuşdur. O, Asildən nə baş verdiyini soruşanda Asil demişdir ki, qaynatası Təqsirləndirilən şəxs onu çöllükdə armaturla döymüş, armaturla başına, qoluna, belinə və əllərinə vurmuşdur. Bundan başqa Asil ona həmin hadisə barədə heç nə deməmişdir. Bu vaxt Anar polisə zəng edib Teymurun Asili döyməsi barədə məlumat vermişdir. Bir qədər sonra ora polis əməkdaşları gəlmişlər. Asil polislərlə getmək üçün evin içində əynindəki qanlı və yaş paltarları dəyişmiş və evdə yalnız onunla Asil olmuşdur. Asilə paltarlarını soyunmağa köməklik etmiş, çünki Asil ağrıdığından qollarını qaldıra bilməmişdir. Asil əynini soyunanda onun belində zərbələrin izləri olmuşdur. Asilin belinin eni boyunca qızarmış uzununa izlər olmuşdur. Asilin hətta alt paltarları da yaş olmuşdur. Asil əynini soyunanda o fikir vermişdir ki, Asilin əynində lifçiyi olmamışdır. O, Asilə təmiz paltarını geyinməyə kömək etmiş, bundan sonra Asil polislərlə getmiş, o da öz evinə getmişdir. Həmin vaxt axşam eşitmişdir ki, polislər Təqsirləndirilən şəxs çöllükdə qaçarkən tutmuşlar.. Şahid7 məhkəmədə ifadəsində bildirmişdir ki, 29.05.2020-ci ildə saat 16 radələrində Zərərçəkmiş şəxs1 evinə gəlmiş, özü ilə sellofan torbada paltarlar gətirib ona verib xahiş eləmişdir ki, əlləri yara və şiş olduğundan paltarlarını yuya bilmədiyi üçün onun palatarlarını yusun. Asildən nə baş verdiyini soruşanda Asil ona demişdir ki, qaynatası Teymur 28.05.2020-ci ildə onu armaturla bərk döymüşdür. Lasindən başqa digər paltarlar, qan və toz torpağa bulaşmışdır. Şahid8 birinci instansiya məhkəməsinin iclasında ifadəsində qeyd etmişdir ki, 2020-ci ilin iyun ayının əvvəllərində eşitmişdir ki, Təqsirləndirilən şəxs özünün 16 yaşlı gəlini Asili kənddə çöllük sahəyə aparıb başına armaturla vurub orada onu döyüb, sonra da bıçaqla öldürməklə hədələmişdir. Həmin gün axşam polis və kəndin cavanları Teymuru çöllükdə, onun torpaq sahəsinin ərazisində gizlənərkən tutduğunu öyrənmişdir. İyun ayının 5-də torpaq sahələrində otu biçdirdikdən sonra torpaq sahələri gəzərkən orada, yerdə, otların arasında, təxminən 50-60 sm uzunluğunda üzərinə qara və ağ rəngli parça dolanmış armatur parçası görmüşdür. Armaturun üzərinə parça dolanması onu şübhələndirmiş, ona görə də armaturun polisə lazım ola biləcəyini fikirləşib onu götürüb, Zərərçəkmiş şəxs2 vermişdir. Təxminən iki gün sonra torpaq sahəsində dərmanlama işləri apararkən armatur parçası tapdığı yerdən təxminən 5-10 metr aralıda yerdə, otların arasında bıçaq görmüşdür. Bıçaq nisbətən böyük olmuş, bıçağın dəstəyində olan plasmas qırıq olmuşdur. Həmin qırıq yerə də qara rəngli parça dolanmışdır. Həmin qara rəngli parça bir-iki gün əvvəl tapdığı armaturun üzərində olan parçanın eynisindən olmuşdur. Həmin bıçağı da götürüb Zərərçəkmiş şəxs2 vermişdir. Şahid9 birinci instansiya məhkəməsinin iclasında ifadəsində bildirmişdir ki, 28.05.2020-ci il tarixdə saat 17 radələrində polis nəfərləri Şahid10 və Şahid11 ilə öz gəlinini döymüş, Balakən rayonu Şambul kənd sakini Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmək üçün onun yaşadığı Balakən rayonu Şambul kəndinə getmişlər. Kəndə gedəndə öyrənmişlər ki, Təqsirləndirilən şəxs evdə yoxdur. Kənddə onu axtararkən onu velosipedlə görsələr də, Teymur onları görüb şübhələpərək kolluqlarda gizlənmişdir. Onlar həmin ərazini tanımadıqlarından kənd sakinlərindən də 2 nəfər onlara Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsinə köməklik etmişlər. Həmin gün axşam saat 22 radələrində həmin kənd sakini olan, axtardıqları şəxsin gəlinin yaşadığı fermanın sahibi olan şəxs Şahid10 zəng edərək bildirmişdir ki, o fermaya gedərkən Təqsirləndirilən şəxs onu öz oğluna oxşatdığı üçün onu çağırmışdır. Onlar da həmin yerə getmişlər. Təxminən saat 23 radələrində Teymurun gəlinini döydüyü fermanın qarşı tərəfində kolluq ərazidə bir nəfəri gizlənərkən görmüş, həmin şəxs onu görən kimi kolluğun arxasından çıxıb çöllük sahəyə tərəf qaçmış, ona özlərini təqdim etsələr də, o dayanmadan surətlə qaçmışdır. Təxminən 500-600 metr məsafədə onun arxasınca qaçdıqdan sonra Təqsirləndirilən şəxs çöllük sahədə olan əkin sahələrinin birində, fermadan təxminən 600-700 metr aralıda saxlamışlar Şahid10 və Şahid11 şahidN.R. Əliyevin ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işində olan 13.04.2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ərizə ilə Balakən RPŞ-yə müraciət edərək bildirmişdir ki, 27.03.2020-ci ildə yaşadığı Balakən rayonu Şambul kəndində yerləşən evdə qaynatası Təqsirləndirilən şəxs ona qarşı əxlaqsız hərəkətlər etməyə çalışmış, qaynatasına demişdir ki, bu barədə əri Anara deyəcəkdir. Bu zaman qaynatası Teymur corabında gizlətdiyi bıçağı çıxardıb ona yaxınlaşıb bıçağı ona göstərərək demişdir ki, “arvadım Ayzənəti necə öldürmüşəmsə səni də elə öldürəcəm” deyərək onu öldürməklə hədələmişdir. 13.04.2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ərizə ilə Balakən RPŞyə müraciət edərək bildirmişdir ki, 27.03.2020-ci il tarixdə Balakən rayonu Şambul kəndində yaşadığı evdə atası Təqsirləndirilən şəxs onu və arvadı Asilin üstünə bıçaqla gələrək öldürməklə hədələmişdir. 14.04.2020-ci il tarixli baxış və götürmə protokoluna əsasən Zərərçəkmiş şəxs1 1 ədəd bıçaq təqdim etmiş və bildirmişdir ki, 27.03.2020-ci il tarixdə Balakən rayonu Şambul kəndində yaşadığı evdə qaynatası Təqsirləndirilən şəxs onu bu bıçaqla öldürməklə hədələmişdir. Eyni zamanda əri Zərərçəkmiş şəxs2 da bu bıçaqla öldürməklə hədələmişdir. Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd bıçağın uzunluğu 18 sm-dir. 2 hissədən-kəsici tildən və sapdan ibarətdir. Kəsici tilinin uzunluğu 9 sm, sapının uzunluğu 9 sm-dir. Bıçağın sap hissəsində qara rəngli plastik örtük vardır. Bıçağın uc hissəsi bizdir. Bərk materialdan hazırlanmışdır. 28.05.2020-ci il tarixli şifahi ərizə protokoluna əsasən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 28.05.2020-ci il tarixdə saat təxminən 12 radələrində qaynatası Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək əlində olan dəmir parçası ilə onun əllərinə, qollarına, və barmaqlarına vurub xəsarət yetirmişdir. 05.06.2020-ci il tarixli sənədin və əşyanın könüllü təqdim edilməsi, götürülməsi və baxış keçirilməsi barədə protokola əsasən Zərərçəkmiş şəxs2 01 ədəd üzərinə ağ və qara rəngli parça dolanmış, həmçinin üzərində qanabənzər ləkələr olan dəmir parçası (armatur) təqdim etmişdir. Həmin dəmir parçasının (armaturun) uzunluğu 60 smdir, diametri 2 sm-dir. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Şahid8 həmin dəmir parçasını çöllükdə yerləşən torpaq sahəsindən tapıb ona vermişdir. 07.06.2020-ci il tarixli sənədin və əşyanın könüllü təqdim edilməsi, götürülməsi və baxış keçirilməsi barədə protokola əsasən Zərərçəkmiş şəxs2 01 ədəd dəstəyinə qara rəngli parça dolanmış bir ədəd bıçaq təqdim etmişdir. Həmin bıçağın uzunluğu 24 sm-dir. Tiyəsinin uzunluğu 12 sm, dəsətəyinin uzunluğu 12 sm-dir. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Şahid8 həmin bıçağı çöllükdə yerləşən torpaq sahəsindən tapıb ona vermişdir. Məhkəmə-tibbi ekspertin 01.10.2020-ci il tarixli, 85 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlər aşağıdakılardır. a)sol təpə payında hemorragik insult, sol təpə sümüyünün lineal sınığı, b) sol mil sümüyünün qapalı yerdəyişən sınığı, c) baş beyin silkələnməsi, ç) sol saidində sıyrıq izibərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 27.03.2020-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcələrinə görə a) bəndində göstərilənlər birlikdə və ayrı-ayrılıqda onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, b) bəndində göstərilənlər onun sağlamlığının uzun müddətə pozumasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, c) bəndində göstərilən isə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər, ç) bəndində göstərilən isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Borboşovda qeyd edilmiş xəsarətlərin əmələ gəlmə şəraitinin istintaq yolu ilə araşdırılması daha məqsədə uyğundur. Məhkəmə-tibbi ekspertin 02.06.2020-ci il tarixli, 122 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müəyyən edilmiş xəsarətlər- təpə sümüyünün xarici səthinin çatı, sol arxa təpədə cərrahi tikişə ehtiyacı olan yara, alnında, sağ əlinin üstündə, sol saidin yuxarı 1/3-nin bayır səthində, sol kürək üstündə qançırlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 28.05.2020-ci il tarixdə əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər Məhkəmə-tibbi ekspertin 06.06.2020-ci il tarixli, 129 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlər- sifətinin sağ yuxarı səthində və sol bazunun orta 1/3-də bayır səthdə sıyrıqlar –bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 05.06.2020-ci il tarixdə keçirilmiş müayinədən 8-9 gün əvvəl əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertin 10.06.2020-ci il tarixli, 139 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müəyyən edilmiş xəsarətlər- təpə sümüyünün xarici səthinin çatı, sol arxa təpədə yara, alnında, sağ əlinin üstündə, sol saidin yuxarı 1/3-nin bayır səthində, sol kürək üstündə qançırlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 28.05.2020-ci il tarixdə əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər. Zərərçəkmiş şəxs1 anal yolunda, onunla qeyri-təbii yolla cinsi əlaqədə olma nəticəsində yaranmaya xarakterik zədələr və əlamətlər olmadı. Zərərçəkmiş şəxs1 yuxarıda qeyd edilmiş xəsarətlər 28.05.2020-ci ildə onunla fiziki qüvvə tətbiq etməklə cinsi əlaqədə olma zamanı əmələ gələ bilərdilər Məhkəmə-tibbi ekspertizasının canlı şəxsin ekspertizası üzrə 19.09.2020-ci il tarixli, 384 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola bilcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Məhkəmə-tibbi bioloji ekspertizası üzrə 22.10.2020-ci il tarixli, 795/2020-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilən bir ədəd metal armatur parçası üzərinə sarınmış güllü material üzərində zəif intensivlikli qan ləkələri aşkar olundu. Ləkələrdən hazırlanmış məhlulda zülal aşkar olunmadığı üçün bu qan ləkələrinin növünü təyin etmək mümkün olmadı. Məhkəmə-tibbi kriminalistik ekspertizası üzrə 29.10.2020-ci il tarixli, 511/MTKŞ-2020 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş ağ-qara parçaya bükülmüş dəmir (armatur parçası) üzərində zəif intensivlikli qan ləkələri aşkar edildi. Qan növünü (insan və ya heyvana məxsu) təyin etmək mükün olmadı. Bu səbəbdən həmin ləkələrin əmələ gəlmə mexanizmi barəsində fikir söyləmək mümkün deyil. Məhkəmə-ballistik və məhkəmə trasoloji ekspertizası üzrə 01.12.2020-ci il tarixli 3/1358;3/1359 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən predmetdəmir parçası (armatur) ölçülərinə, konstruktiv əlamətlərinə görə əldə düzəltmə üsulu ilə hazırlanmış vurucu-əzici xasəyə malik olan dəyənək tipli soyuq silahdır. Tədqiqata təqdim edilmiş “Üzərində Balakən rayon prokurorluğu ********* saylı cinayət işi, Zərərçəkmiş şəxs1 götürülmüş...” yazıları olan bağlamalardan aşkar edilmiş donun ön hissəsində 5 ədəd cırılma zədəsi vardır. Ən böyüyünün ölçüsü 70x30 mm, ən kiçiyinin ölçüsü 30x20mm-dir. Donun arxa sağ ətək hissəsində 30x20 mm ölçüdə zədə vardır. Koftanın öz sol yuxarı çiyin hissəsində hər biri 15x07 mm ölçüdə olan 2 ədəd zədə vardır. “Üzərində Balakən rayon prokurorluğu ********* saylı cinayət işi, Təqsirləndirilən şəxs götürülmüş...” yazıları olan bağlamadan aşkar edilmiş şalvarın ön hissəsinə tikilmiş düymə tikiş yerindən qopmuş vəziyyətdədir. Həmin zədələr fiziki qüvvənin təsirindən, o cümlədən hər hansı bərk predmetə ilişərək dartınması nəticəsində yarana bilən cırılma, qopma zədələridir. Qeyd olunan zədələr qərarın təsviri hissəsində göstərilən şəraitdə yarana bilər. Məhkəmə ekspertizası üzrə 27.11.2020-ci il tarixli, 6/2360 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs1 koftasının üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər. 07.08.2020-ci il tarixli, 433/184 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müwəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırkı ekspertiza imkan verir. Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət əməli törətdikdən sonra da Təqsirləndirilən şəxs hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizin əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən adi psixiemosional halda olmuşdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Balakən Rayon Xalq Məhkəməsinin 26.11.1993-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 102-ci maddəsinin İ hissəsi ilə (əvvəlki redaksiyada) təqsirli bilib 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eləcə də Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03.04.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 150.2.3, 150.2.5, 134, 229.4, 228.4, 127.2.2, 149.2.3 və 149.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi ona elan edilmiş cinayət əməlini törətməsini mübahisələndirsə də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 150.2.3, 150.2.5, 134, 229.4, 228.4, 127.2.2, 149.2.3 və 149.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və düzgün tövsif olunmuşdur. Onun cinayət məsuliyyətindən azad edilməsi və ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 1993-cü ildə həmkəndlisi Məhəmməd Burtiyevə vintaçanla xəsarət yetirdiyi üçün 4 il 6 altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 1998-ci ildə cəzasının sonunda azad edilmişdir. 2008-ci ildə arvadı Ayzənət Əhmədovanın bıçaqla boğazını kəsib öldürdüyü üçün Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21 noyabr 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. Balakən rayon Şambul kəndində qardaşı Əli Borboşovun evində qalmışdır. 27 mart 2020-ci ildə oğlu Zərərçəkmiş şəxs2 bildirmişdir ki, yaşadığı 2 otaqlı evin bir otağını ona versin. Bu səbəbdən oğlu Anar onun üstünə hücum çəkərək onu döyməyə başlamış, odun parçası ilə onun qolundan və baş nahiyəsindən vurmuşdur. O, xəsarət aldıqdan sonra oğlu Anar onu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparmış, Zaqatala RMX-da ona tibbi yardım göstərildikdən sonra Balakən rayon Şambul kəndində yaşadığı evə gəlmişdir. O, xəstəxanadan evə gəldikdən sonra ona oğlu Anar və gəlini Asil baxmışdır. Zərərçəkmiş şəxs1 və oğlunu öldürməklə hədələməmişdir. Oğlu ona vuraraq xəsarət yetirmişdir. Buna görə də oğlu hal-hazırda özünü müdafiə etmək və onun onlarla birlikdə yaşamağını istəmədikləri üçün ona böhtan atır. Daha sonra Təqsirləndirilən şəxs verdiyi ifadələrində, həmçinin bildirmişdir ki, 27 mart 2020-ci ildə təxminən saat 16 radələrində gəlini X9 ilə birlikdə evdə olmuşlar. Gəlini Asil onun qabağına yemek qoymuş, həmin vaxt oğlu Zərərçəkmiş şəxs2 evdə olmamış, səhər saatlarından işləmək üçün evdən getmişdir. O, çörəyini yedikdən sonra gəlini Asil stolu yığışdırdıqda o gəlini Asilə bildirmişdir ki, “nə üçün sən qonşu Ramazan Qorzolovun evinə gedirsən, axşama kimi evə gəlmirsən?, sən Ramazanın evində dayanma öz evində dayan”. Ramazan Qorzolovu əxlaqsız adam kimi tanımış, buna görə də gəlininin Ramazan Qorzolovun evinə getməsini istəməmişdir. Bu zaman gəlini Asil ona qarşı əxlaqsız hərəkət etdiyi barədə oğlu Anara deyəcəyini bildirmişdir. Bu zaman o gəlininə yaxınlaşaraq belə hərəkətlər etmədiyini dedikdə gəlini Zərərçəkmiş şəxs1 çölə tərəf qaçmış və bildirmişdir ki, Ramazan Qorzolovun evinə gedəcəkdir. O da çölə çıxmış və gəlini Asilə bildirmişdir ki, “Ramazan Qorzolovun evinə gedirsənsə bir daha bura gələ bilməzsən”. Anar həyətə sakit şəkildə arxadan gələrək onun başının sol tərəfindən dəmir parçası ilə vuraraq onu yerə yıxmışdır. Yerə yıxıldıqdan sonra Anar onun belinə və qoluna da vuraraq xəsarət yetirmişdir. Sonra isə Anar onu oğlu Adillə birlikdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada 3 gün qalmış, sonra isə yaşadığı evə qayıtmışdır. 1 gün sonra Anar onu yenidən xəstəxanaya aparmış və o xəstəxanadan qaçaraq Balakən rayon Şambul kəndində yaşadığı evə gəlmişdir. Gəlininə qarşı əxlaqsız hərəkətlər etməmiş, oğlunu və gəlinini öldürməklə hədələməmiş, Anar ona xəsarət yetirdiyi vaxt əlində bıçaq olmamış, o yıxıldıqdan sonra Anar bıçaq gətirərək onun yanına atmışdır ki, ona böhtan atsın. Daha sonra bildirmişdir ki, gəlini və oğlu yaşayan ferma ərazisinə onların qaldığı sığınacağa 28.05.2020-ci il tarixdə təxminən saat 12 radələrində getmişdir. Həmin ferma qonşusu Şahid3 məxsus olmuşdur. Sığınacağa çatdıqda görmüşdür ki, gəlini Asil həyətdə qab-qacaq yumuş, bu zaman gəlininə yaxınlaşaraq bildirmişdir ki, nə üçün Anar onu döymüş, ona xəsarət yetirərək onu bu hala salmışdır. Bu zaman gəlini yerdən odun parçası götürərək onun baş nahiyəsinin sağ tərəfindən vurmuş və onun başı yarılmışdır. Bundan sonra həmin yerdən qaçaraq uzaqlaşmışdır. Asili vurmamışdır. Onun fermaya getməkdə məqsədi Anarın onu nə üçün döydüyünü aydınlaşdırmaq olmuşdur. Gəlini Asili çöl sahəsinə aparmamış, həmçinin gəlininə əxlaqsız hərəkətlər etməmiş, Asilə toxunmamış, onu zorlamamış, heç vaxt ona qarşı seksual xarakterli hərəkətlər eləməmişdir. Bunların hamısını Anar Asilə öyrətmişdir. Çünki o Anarın anasını öldürmüşdür. Ona görə də Anar ondan qisas almışdır. Asili zorlamamışdır, çünki o cinsi əlaqədə olmaq qabiliyyətinə malik deyildir. Arvadını öldürdükdən sonra 12 ildir ki, qadınla cinsi əlaqədə olmamışdır. Ona görə də oğlu Anarın həyat yoldaşı Asili zorlaya bilməzdir. Asilin 2003-cü təvəllüdlü, yəni 17 yaşının olduğunu bilmişdir. Anarın ona nə üçün fermaya getmişdir deyə döyərək xəsarət yetirəcəyindən qorxub gizlənmişdir. Həmin gün Çingizi görməmişdir. Həmçinin, 28.05.2020-ci il tarixdə saat 23 radələrində fermanın ərazisində gecə vaxtı işıq yandırarkən polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Onda heç vaxt armatur olmamışdır. Çingiz yalan demiş, çünki o Çingizin yanından keçməmiş və onun əlində armatur olmamışdır. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs verdiyi əlavə ifadəsində bildirmişdir ki, təxminən 2020-ci ilin may ayında oğlu Anarın evinə getmiş, ora çatanda görmüşdür ki, oğlu öz həyat yoldaşı Asili döymüş, yumruqla onun başına, boynuna, çiyininə, bədəninə zərbələr vurmuş, Asil yerə yıxılanda isə ona təpiklə zərbələr vurmuşdur. Onları aralamış, Asili sakitləşdirmişdir. Asildən soruşandakı nə baş verib, Asil ona demişdir ki, Anar qardaşı Adilin qızı Reyhanın saçını darayıb onu öpmüşdür. O da Asilin dediklərindən sonra Anara ailəsinin olduğunu deyib ona buna görə irad bildirmiş, bundan sonra Anar armatur parçası ilə onu döymüşdür. Anar armatur parçası ilə onun başına vurmuşdur. Sonra da yerə yanına bıçaq atıb qonşuları çağırmışdır kı, guya o bıçaqla onun üstünə hücum eləmiş, o da müdafiə olunmaq üçün onu armaturla vurmuşdur. Anar bunları tutulmaması üçün eləmişdir. Anar onu armaturla vurandan sonra o iki saat huşsuz halda yerdə uzanıqlı qalmışdır. Sonra Anar o biri oğlu Adili çağırıb onu Zaqatala rayonundakı xəstəxanaya aparmışlar. Onun Anarı bıçaqla vurmaq fikri olmamış, əgər onun elə fikri olsaydı, hər an asanlıqla Anarı öldürərdi. Övlad nə qədər pis olsa da, ana-ata üçün şirin və əzizdir. Zaqatala rayonundakı xəstəxanadan çıxıb evdə uzananda bir də görmüşdür ki, oğlu Anar və həyat yoldaşı Asil onun otağına daxil olmuşlar. Anar əlində bıçaqla üstünə hücum çəkmiş və anasını söymüşdür. Anar ona demişdir ki, “sən mənim anamı öldürmüsən, səni tiki-tikə doğrayaram”. O da demişdir ki, “ay oğul, Asildən soruş mən ona bir pis söz demişəmsə, onun xətrinə dəymişəmsə kəs başımı” və başını oğlunun qabağına qoymuşdur. Əgər o Asilə toxunmuş olsaydı, həmin gün Anar onu öldürərdi. Amma Anar ona heç nə eləməmişdir. Oğlu Anarın onunla şəxsi qərəzlik aparmasının birinci səbəbi o olmuşdur ki, o Anarın anasını öldürmüş, həm onun, həm də özünün namusunu təmizləmişdir. Lakin qeyrətsiz oğlu bunu başa düşmək istəməmişdir. İkinci səbəbi o olmuşdur ki, Anarın qaldığı evin ikinci otağını düzəltmək üçün faner, sement, taxta almış, həmin materialları Anarın evinə yığmışdır. Oğlu Anar o evdə olmayanda həmin materialları satmışdır. Asildən soruşanda ki, Anar nə üçün onlara otaq düzəltmək üçün aldığı materialları satıb, gəlini ona demişdir ki, “sən onun anasını öldürmüsən, səninlə qalmaq istəmir”. Asilə demişdir ki, “ay qızım sən mənə yalvardın, dedin ki, ay ata nə olar Reyhanın evinə get onları başa sal, indi məni oğlumla pis salırsan”. Həmin gün, yəni onu armaturla döydükdən sonra Anar Asili də armaturla döymüşdür. Anar öz həyat yoldaşına demişdir ki, “əgər atamın üzünə durmasan səni də boşayıb tək yaşayacağam”. Qonşusu Şamil yalandan şahidlik etmişdir ki, guya bıçaq onda olmuşdur. Bu yalandır. Oğlu Anar onun aldığı 500 manat dəyərində olan materialları 20 ədəd faner, 10 kisə sement və taxtaları ondan icazəsiz Şamilə satmışdır. Ona görə də onlar əlbirdilər. Şamil əvvəlcədən Anarın ona satdığı tikinti materialının oğurluq olduğunu bilmişdir. Aldığı tikinti materialarının oğlu tərəfindən satılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Zərərçəkmiş şəxs2 onu armaturla vuranda həmin hadisəni Şahid1, Şahid2 və Nargilə Varşayeva görmüşdür. X10 münasibətləri yaxşı, onunla isə pis olduğu üçün yalan deyirlər. Anar onu həmin vaxt armaturla vurmuşdur. Sonradan xəstəxanadan çıxandan sonra saat 12 radələrində Anar onu çəkiclə də vurmuşdur. Həmin hadisəni də qonşular Şahid1lə Şahid2 görmüşdür. Anar onu odunla vurmamışdır. 28.05.2020-ci il tarixdə Anarın nə üçün ondan polisə şikayət etdiyi barədə Asillə danışmaq üçün onların qaldığı Şahid3 evinə getmiş, həmin vaxt Asil evdən armatur parçası götürüb üzünə zərbə vurmuşdur. Asil onu armaturla vurmuş, taxta ilə vurmamışdır. O da əli ilə Asili itələmişdir. Sonra ora Anar gəlmiş və o çıxıb getmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi, onun təqsirli bilindiyi maddələrin şər böhtandan ibarət olması barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxs Teymur Borboşoba qarşı irəli sürülən cinayət əməlini törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 150.2.3, 150.2.5, 134, 229.4, 228.4, 127.2.2, 149.2.3 və 149.2.4-cü maddələrinin tərkibi vardır. Ona bəraət verilməsi üçün əsaslar yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 150.2.3, 150.2.5, 134, 229.4, 228.4, 127.2.2, 149.2.3 və 149.2.4-cü maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətlərinin bütün dəlilləri əsassızdır. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 349.4-cü maddəsi). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş, təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddi, habelə cəzaçəkmə müəssisəsinin növü düzgün müəyyən edilmişdir. Həmin cəza islah təsiri baxımından da əsaslıdır. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələblərinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətlərinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar