Məhkəmə qərarları › İş №1(107)-229/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-229/2020

06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-229/2020 06.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs1 müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunmasına dair X9 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(091)-103/2019 saylı qərarından müdafiəçi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin açıq məhkəmə iclаsındа bаxaraq, müəyyən etdi: X9 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(091)-103/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 X9 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(091)-103/2019 saylı hökmündən apelyasiya şikayəti verilmə müddətinin bərpa olunmasına dair vəsatətlə X9 Məhkəməsinə müraciət etmiş və sözügedən hökmdən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. X9 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(091)-103/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair X9 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(091)-103/2019 saylı hökmündən apelyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. X9 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(091)-103/2019 saylı qərarından narazı qalan müdafiəçi X1 həmin qərardan apellyasiya şikayəti verərək apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X7 izahat və çıxışlarında X9 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(091)-103/2019 saylı qərarının ləğv edilməsini və həmin Məhkəməninxx xxxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etdilər. Sədrlik edənin suallarına cavab olaraq məhkum Təqsirləndirilən şəxs1 bildirdi ki, X9 Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmünün surətinin hökm elan edildikdən təxminən 10 gün sonra əldə etmiş, hökmlə tanış olmuşdur. O, hesab etmişdir ki, onun müdafiəçisi apellyasiya şikayəti verəcək, ona arxayın olmuşdur. Ona görə də X9 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X2 Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(091)-103/2019 saylı qərarının dəyişdirilmədən saxlanılmasını və apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilən təqsirləndirilən şəxsin müdafiəçisi X1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, məhkum və onun müdafiəçisinin, eləcə də dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, müdafiəçi X1 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, X9 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(091)-103/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarında olan qəbzdən göründüyü kimi, X9 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(091)-103/2019 saylı hökmü elan olunduqdan sonra xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 təqdim olunmuş, Təqsirləndirilən şəxs1 isə qəbzə imza etməklə bu halı təsdiq etmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən həmin hökmdən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı həmin tarixdən başlamış və 2019- cu ilin dekabr ayının sonlarında başa çatmışdır. İş materiallarından isə görünür ki, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisinin apelyasiya şikayəti və müddətin bərpasına dair ərizəsi xx xxxxxx 2020-ci il tarixdə X9 Məhkəməsinə göndərilmiş və xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olaraq qeydə alınmışdır. Beləliklə də müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən apelyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddət keçdikdən 8 ay sonra verilmiş və bununla da apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Birinci instansiya məhkəməsi hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1 məhkum olunmasına dair X9 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(091)-103/2019 saylı hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökm məhkuma təqdim olunduğu andan, onun və müdafiəçinin 20 gün müddətində apelyasiya şikayəti vermək hüququ və imkanı olsa da, bu hüquqdan vaxtında heç bir üzürlü səbəblər olmadan istifadə etməmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməkdə haqlı olmuşdur. Belə ki, X9 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(091)-103/2019 saylı hökmü elan olunduqdan sonra xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 təqdim olunmuş, Təqsirləndirilən şəxs1 isə qəbzə imza etməklə bu halı təsdiq etmişdir. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisinin apelyasiya şikayəti və müddətin bərpasına dair ərizəsi xx xxxxxx 2020-ci il tarixdə X9 Məhkəməsinə göndərilmiş və xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olaraq qeydə alınmışdır. Beləliklə də müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən apelyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddət keçdikdən 8 ay sonra verilmiş və bununla da apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin verilmə müddətini ötürməsini onun müdafiəçisinin apellyasiya şikayəti verməsi ilə bağlı arxayın olması ilə əsaslandırmışdır. Lakin məhkəmə kollegiyası məhkumun bu mülahizələrini əsaslı və inandırıcı hesab etmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində haqqındakı cinayət işinə baxılarkən Təqsirləndirilən şəxs1 barəsində çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də məhkuma təqdim olunmuş barəsindəki hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət məhkum Təqsirləndirilən şəxs1 tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Onun apellyasiya şikayətində göstərdiyi dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, X9 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(091)-103/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386, 387, 391 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməsin. X9 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(091)-103/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar