Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-230/2020 25.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X8, təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxx 1973-cü ildə Qax rayonu Əmircan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qax rayonu Əmircan kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplanılmaqla onun üzərində 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddətin bir günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Cəzasının əvvəli yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Qax və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hökmün surəti Qax Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə göndərilməsi, iş üzrə maddi sübut olan və Qax rayon polis şöbəsində saxlanılan 1 (bir) ədəd qara rəngli sellofan torbada olan təmiz çəkisi 319, 95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd zərfin içərisində olan hündürlükləri 08 sm, 11 sm və 12 sm, ümumi təmiz çəkisi 4,50 qram olan 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri, 1 ədəd zərfin içərisində olan hündürlüyü 1,5 sm olan 01 ədəd cücərti formasında olan bitki nümunəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin müvafiq hesabına köçürülməsi müəyyən edilmişdir. işin halları: Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, qəsdən qanunsuz olaraq satış məqsədi olmadan 2019-cu ilin sentyabr ayında yaşadığı Qax rayonu Əmircan kəndində yerləşən çöllük ərazidə çay kənarında olan kolluq sahədən yabanı halda bitmiş 1 ədəd narkotik tərtkibli çətənə bitkisi kolunu qırıb yaşadığı evə gətirməklə saxlamış, həmin bitkini yaşadığı evin həyətində yerləşən mal tövləsində qurutmuş, daha sonra o, 2020-ci ilin aprel ayının əvvəllərində qurutduğu narkotik tərkibli çətənə kolundan olan 11 ədəd toxumu 9 ədəd sintetik stəkan formalı qabda becərmiş, bundan sonra 2020-ci ilin aprel ayının 20-də həmin toxumlardan cücərmiş 3 ədəd narkotik tərkibli bitki kollarını (şitillərini) yaşadığı evinin arxa tərəfində yerləşən dirrik sahəsində əkmiş, həmin çətənə bitkilərinin yetişməsi üçün xüsusi qaydada aqrotexniki qulluq göstərərək davamlı olaraq onları suvarmış və ətrafını alaqlardan təmizləyərək yetişdirmiş və kultivasiya etmiş, xx xxx 2020-ci il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı sonuncunun həyətyanı sahəsinə baxış keçirilən zaman həmin sahədən Elsəvər Mahmudovun qanunsuz olaraq əkib-becərdiyi və xüsusi olaraq qulluq göstərdiyi xeyli miqdarda, yəni ümümi çəkisi 4,50 qram olan 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitilləri, bundan başqa yaşadığı evin həyətyanı sahəsində yerləşən mal tövləsində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofon torbada əldə edib saxladığı, özü istifadə etmək məqsədilə qurutduğu ümumi təmiz çəkisi 320 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti daxil olmuşdur. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu verdiyi apellyasiya protestində Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünü X2 təqsirli bilindiyi maddələr və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi Müdafiəçi apelyasiya protestinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünü dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Təqsirləndirilən şəxs X5 əlavə olaraq bildirdi ki, himayəsində 1 yetkinlik yaşına çatmayan və 1 azyaşlı olmaqla 2 övladı və 84 yaşlı anası var. Etdiyi cinayət əməlindən səmimi peşmandır. Ailəsinin yeganə gəlir gətirən şəxsi odur. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X13 birinci instansiya məhkəməsi hökmünü apellyasiya protestinə münasibətdə dəyişdirilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan hərdənbir istifadə edir. Hazırda Qax rayonunun Əmircan kəndində tək yaşayır və baramaçılıqla məşğul olur. 2019-cu ilin sentyabr ayında götürəcəyi barama qurdunu bəsləmək üçün sahibsiz tut ağacları axtarmaq məqsədi ilə yaşadığı Əmircan kəndindən keçən çayın kənarına getmiş, həmin vaxtı çayın kənarında yabanı halda bitən iki ədəd çətənə bitkisinin kollarından gələcəkdə qurudub özü çəkmək üçün bir qədər yarpaqlarından sellofan torbaya yığaraq evinin həyətində yerləşən boş mal tövləsində gizlədərək qurutmuş, qurutduqdan sonra isə qara rəngdə sellofan torbaya yığaraq tövlədəki axurun içərisində gizlətmişdir. Çətənə kollarını qurudan zaman onun toxumlarını gələcəkdə əkib yetişdirmək üçün yığaraq özündə saxlamışdır. 2020-ci ilin apel ayının əvvəllərində isə həmin toxumları sintetik materialdan hazırlanmış 9 ədəd kiçik ölçülü plastik qablarda əkmiş və tövlənin pəncərəsinə yığmışdır. Toxumlardan əmələ gələcək bitkilərin gələcəkdə yerini dəyişməyin rahat olması üçün gizli yerdə qabda əkmişdir. Çünki, həmin qabları sonradan başqa yerə aparmağı planlaşdırmışdır. Həmin sintetik qabların içərisində ümumilikdə təxminən 11 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumunu əkmiş, əkdiyi çətənə bitkisinin toxumlarından dördü cücərmiş olsa da, digərləri bitməmişdir. Həmin 4 ədəd narkotik tərkibli çətənə bitkisindən 3-ü böyüsə də 1 ədədi böyüməmiş və məhv olmuş, böyüyən üç ədəd narkotik tərkibli çətənə bitkilərini 2020-ci ilin aprel ayının 20-də yaşadığı evin arxa tərəfində yerləşən dirrikdə ayrı-ayrılıqda iki yerdə içərisində böyüdüyü sintetik qab ilə birlikdə əkmişdir. Vaxtaşırı həmin toxumlara qulluq etmiş, cücərdikdən sonra isə şitillərin diblərini alaq otlarından təmizləmiş, vaxtaşırı onları sulamış, dibini yumşaltmış, vitamin vermişdir. xx xxx 2020-ci il tarixdə polis əməkdaşları onun yaşadığı ünvana gələrək onun razılığı və iştirakı ilə yaşadığı fərdi yaşayış evinə baxış keçirərək videoçəkiliş aparmışlar. Baxış zamanı polis əməkdaşları tərəfindən onun həyətyanı torpaq sahəsinə, həyətdə yerləşən yardımçı tikililərə və mal tövləsinə baxmış, axurda gizlətdiyi qara sellofan torbada saxladığı qurudulmuş marixuana və dirrikdə əkərək yetişdirdiyi narkotik tərkibli 3 ədəd çətənə kolları aşkarlanmış, kökündən çıxarılmış və qablaşdırılıb götürülmüşdür. Qurudulmuş marixuana tərəzidə çəkilmiş, çəkisi 320 qram olmuşdur. O, sorğu zamanı həmin narkotik xassəli qurudulmuş marixuananın özünə məxsus olduğunu və gələcəkdə özü çəkmək üçün qurutduğunu, bitki şitillərini özü əkib qulluq göstərdiyini etiraf etmişdir. Həmin şitillər böyüyüb kol olduğu zaman onların yarpaqlarını yığıb gələcəkdə özü çəkmək üçün qurutmaq istəmiş, satmaq məqsədi olmamışdır. O, əvvəllər narkotik vasitədən az miqdarda istifadə etsə də, çətənə bitkisinin kollarını tanımışdır. Hərəkətindən səmimi peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş şahid X21 ifadəsində göstərdi ki, o, Qax RPŞ-nin CAB-ın rəisi vəzifəsində çalışır. xx xxx 2020-ci il tarixdə əməliyyat aparatına Qax rayonu Əmircan kənd sakini Eldəniz adlı şəxsin Qax rayonunun Əmircan kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətindəki mal tövləsində narkotik xassəli çətənə bitkisi kolunu qanunsuz olaraq yetişdirib kultivasiya etməsi barədə məlumat daxil olmuş, dərhal əməliyyat planı hazırlanmışdır. O, digər polis əməkdaşları ilə birlikdə onun yaşadığı evdə getmiş, onun razılığı ilə və hal şahidlərinin iştirakı ilə yaşadığı fərdi yaşayış evinə, həyətinə, həyətdəki köməkçi tikililərə, mal tövləsinə baxış keçirilmişdir. Baxış zamanı tövlənin axurunda gizlədilmiş qara rəngdə sellofan torbada saxladığı 2 ədəd kibrit qutusunda narkotik vasitə hesab edilən qurudulmuş marixuana və dirrikdə əkərək yetişdirdiyi narkotik tərkibli 3 ədəd çətənə kolları aşkarlanmış, dirrikdə yetişmiş 3 ədəd çətənə kolu kökündən çıxarılmış və qara sellofan torbadakı qurudulmuş marixuana qablaşdırılıb götürülmüşdür. Qurudulmuş marixuana tərəzidə çəkilmiş, çəkisi 320 qram olmuşdur. Baxışda iştirak edən mütəxəssis-aqronom kimi dəvət olunmuş Məcid Qaraxov aşkar olunmuş 03 ədəd bitkisi şitillərinin narkotik xassəli çətənə bitkisinin şitilləri olmasını və onlara aqrotexniki qaydada qulluq edildiyini təsdiq etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs kibrit qutularındakı kütlənin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu, yaşadığı Əmircan kəndində çay kənarında yabanı halda bitmiş çətənə kollarının yarpaqlarını yığaraq onları yaşadığı evin həyətində yerləşən mal tövləsində gələcəkdə özü çəkmək üçün qurutduğunu, toxumlarını isə həmin tövlədə plastik qabda əkdiyini, daha sonra isə 3 ədədini həyətdəki dirrikdə əkdiyini, cücərmiş, lakin yaxşı inkişaf etməmiş 1 ədədinin quruduğunu, onları suladığını, alağını təmizlədiyini və dibini yumşaltdığını, gələcəkdə özü üçün qurudub istifadə edəcəyini, satmaq niyyəti olmadığını etiraf etmişdir. Baxış zamanı aşkar edilmiş iki ədəd kibrit qutusundakı narkotik tərkibli kütlə və 3 ədəd çətənə bitkisi şitili qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə satması və ya satmaq məqsədi ilə saxlaması əməliyyat yolu ilə müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Qax RPŞ-nin əməkdaşları X14 məhkəmə iclasında verdiyi ifadəsində, məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X3 isə ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Azər Nəsirovun ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X15 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Qax rayon polis şöbəsinin əməkdaşları onu Qax rayonu Əmircan kəndində baxış keçirilməsində aqronom kimi dəvət etmiş, birlikdə Qax rayonu Əmircan kəndinə yollanmış, baxış zamanı Qax rayonu Əmircan kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən dirrik sahəsini göstərək təxminən 2019-cu ilin sentyabr ayının yazda götürəcəyi qurda görə tut ağacı axtarmaq üçün yaşadığı kənddən keçən çay kənarına getdiyini, çöllük ərazidə çay kənarında yerləşən kolluq sahədə bir ədəd narkotik tərkibli çətənə bitkisi kolunu gördüyünü, həmin narkotik tərkibli çətənə bitkisini qıraraq sellofan torbaya qoyduğunu, evə gələrkən özü ilə gətirdiyini, həmin evə gətirdiyi narkotik tərkibli çətənə bitkisini yaşadığı evdə heç kimə göstərmədən evin həyət darvazasından içəri girəndə sol tərəfdə yerləşən mal tövləsinin içərisində qurudaraq orada olan axurun içində gizlətdiyini, həmin çay kənarında, sahibsiz çöllük ərazidən evinə gətirdiyi narkotik tərkibli çətənə bitkisini mal tövləsində saxlayarkən onun üzərində olan toxumları yığaraq mal tövləsində siqaret qutusunun içərisində divarın küncündə olan boşluqda saxladığını, 2020-ci ilin aprel ayının əvvəllərində həmin çöllük ərazidə yerləşən çay kənarında yerləşən kolluq sahədən qırıb yaşadığı evə gətirdiyi narkotik tərkibli çətənə bitkisinin üzərindən toplayaraq saxladığı toxumları 9 ədəd sintetik stəkan formalı qabda əkdiyini, tövlənin pəncərəsinin üzərinə qoyduğunu, həmin sintetik qabların içərisində ümumilikdə təxminən 11 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumunu əkdiyini, həmin əkdiyi çətənə bitkisinin toxumlarından dördünün cücərdiyini, digərlərinin isə bitmədiyini, əkdiyi toxumlardan bitmiş 4 ədəd narkotik tərkibli çətənə bitkisindən 3-ü böyüsə də 1-i böyümədiyini, həmin böyüyən üç ədəd narkotik tərkibli çətənə bitkilərini 2020-ci ilin aprel ayının 20-də yaşadığı evin arxa tərəfində yerləşən dirrikdə ayrı-ayrılıqda iki yerdə içərisində böyüdüyü sintetik qab ilə birlikdə əkdiyini, həmin əkdiyi narkotik tərkibli çətənə bitkilərinə həftədə bir dəfə olmaqla qulluq etdiyini bildirmişdir. Daha sonra əməliyyat qrupunun üzvlərinin və özünün iştirakı ilə dirrik sahəyə baxış keçirilmiş, Təqsirləndirilən şəxs aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi narkotik tərkibli çətənə koluna bənzər kollar kökündən çıxarılmış, sayılarkən 3 ədəd olduğu müəyyən olunmuşdur. Bu barədə protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmamış, baxış iştirakçıları protokola imza etmişlər. Həmin bitkilərin əkilməsinin təxminən 2020-ci ilin aprel ayının əvvəllərinə uyğun gəldiyini qeyd etmişdir. İşin 20-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax Rayon Bitki Mühafizə Mərkəzinin baş aqronomu Məcid Qaraxovun verdiyi rəydən görünür ki, Qax RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilən zaman həmin sahədən onun qanunsuz olaraq əkib-becərdiyi və xüsusi olaraq qulluq göstərdiyi 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitilləri kökündən çıxarılaraq qablaşdırılmış və potokollaşdırılmışdır. Aşkar olunmuş şitillər ətrafları yumşaldılaraq kultivasiya edilmiş, onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin 113-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Gəncə rayonlararası narkoloji dispanserinin verdiyi ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 472 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə bitkisi preparatlarından epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 48-49-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin verdiyi xx.xx.2020-ci il tarixli 17/290 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsində yerləşən mal tövləsinin içərisindən aşkar edilmiş.....” sözləri və imzalar olan qara rəngli sellofan torbanın içərisindəki qırmızı rəngli sellofan torbada təmiz çəkisi-320,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsində yerləşən dirrikdə torpağa əkilmiş .....” sözləri və imzalar yazılmış zərfin içərisindəki hündürlükləri 08 sm, 11 sm və 12 sm, ümumi təmiz çəkisi 4,50 qram olan 3 ədəd bitki şitilləri narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evinin ikinci mərtəbəsində aşkarlanmış.....” sözləri və imzalar yazılmış zərfin içərisindəki hündürlüyü 1.5 sm olan 01 ədəd cücərti formasında olan bitki nümunəsi inkişafının erkən fazasında olduğu üçün onun hansı növə aid olduğunu müəyyən etmək olmamışdır. Aqronom mütəxəssis Məcid Qaraxovun xx.xx.2020-ci il tarixli rəyinə əsasən 03 ədəd çətənə bitkisinin şitillərinə və 01 ədəd cücərti formasında olan bitki nümunəsinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqatdan sonra qara sellofan torbanın içərisindəki marixuananın qalığı 319.95 qramdır. İşin 47-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 35.97 manatdır. İşin 14-19-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2020-ci il tarixli “baxış keçirilmə və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirəri zamanı sonuncunun həyətyanı sahəsinə baxış keçirilən zaman həmin sahədən Elsəvər Məmmədovun qanunsuz olaraq əkib-becərdiyi və xüsusi olaraq qulluq göstərdiyi xeyli miqdarda, yəni ümümi çəkisi 4,50 qram olan 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitilləri, bundan başqa yaşadığı evin həyətyanı sahəsində yerləşən mal tövləsində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan torbada əldə edib saxladığı, özü istifadə etmək məqsədilə qurutduğu ümumi təmiz çəkisi 320 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin şitillərin ətrafları və dibləri alaq otlarından təmizləndiyi, kultivasiya olunduğu, dərmanlandığı və suvarıldığı üçün torpağının yaş və yumşaq olduğu məlum olmuşdur. Baxışda iştirak edən Qax rayon bitki mühafizəsi mərkəzinin baş aqronomu Məcid Qaraxov bildirmişdir ki, aşkar olunmuş 04 ədəd bitki kolu həqiqətən də narkotik tərkibli çətənə bitkisi şitilləridir və onlara aqrotexniki qaydada qulluq olunmuşdur. Aşkar olunmuş bitkilər kökü ilə birlikdə Qax RPŞ-nin əməkdaşları tərəfindən çıxarılmış, bir ədəd zərfdə böyük kisəyə qoyulmuş, ağzı tikilmiş, qurudulmuş marixuanaya bənzər kütlə isə qara sellofan torbaya qoyulmuş və RPŞ-nin möhürü ilə möhürlənmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşin 117-118-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2020-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 2019-cu ilin sentyabr ayında yaşadığı Qax rayonu Əmircan kəndində yerləşən çöllük ərazidə çay kənarında olan kolluq sahədən yabanı halda bitmiş 1 ədəd narkotik tərtkibli çətənə bitkisi kolunu yığdığı yeri və şəraiti göstərmişdir. İşin 99-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 22-23-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2020-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. İşin 81-82-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx.xx.2020-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması haqqında” qərardan görünür ki, həmin günü Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə Qax RPŞ-nin MSY-dən azad edilmişdir. İşin 136-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH-nin Əmircan kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli 424 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Əmircan kəndində pasport qeydiyyatındadır və həmin ünvanda yaşayır. İşin 82-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH-nin Əmircan kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Mamhud oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 120-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş xx xxxx 2020-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs evinin həyətində yerləşən mal tövləsində aşkar edilmiş qara rəngli sellofan torbanın içərisindəki qırmızı rəngli sellofan torbada təmiz çəkisi-320,0 qram olan bitki mənşəli kütlə, həyətyanı sahəsində yerləşən dirrikdə aşkarlanmış hündürlükləri 08 sm, 11 sm və 12 sm, ümumi təmiz çəkisi 4,50 qram olan 3 ədəd bitki şitilləri narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri və 1 ədəd zərfin içərisində olan hündürlüyü 1.5 sm olan 01 ədəd cücərti formasında olan bitki nümunəsi maddi sübut kimi tanınaraq saxlanılması üçün Qax RPŞ-nin aidiyyəti üzrə xidmət sahəsinə təhvil verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1 və 237.1ci maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünü X2 təqsirli bilindiyi maddələr və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları almış, onun əməlində Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində göstərilən onun cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Lakin iş materiallarına əlavə edilmiş Qax Rayon İcra Hakimiyyəti Əmircan kənd inzibati ərazi dairəsindən təqdim edilmiş xx xxxxxxxx 2020-ci il tarixli 512 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.1936-cı il təvəllüdlü anası X11, xx xxxx 2004-cü il təvəllüdlü X6 və xx xxxxxx 2006-cı il təvəllüdlü X9 vardır. Həmçinin Əmircan kənd inzibati ərazi dairəsindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, 1973-cü tarixdən Qax rayonu Əmircan kəndində qeydiyyatdadır və yaşayır. Nümunəvi davranışa malik olan tərbiyəli, vətənpərvər gənclərimizdən biridir. Təqsirləndirilən şəxs vətən qarşısında borcunu müvəffəqiyyətlə başa vuraraq öz doğma elinə qayıtmışdır. Təqsirləndirilən şəxs nümunəvi ailənin üzvüdür. Qohum əqrabası həm də kənd camaatı arasında hörmət qazanmışdır. Ona görə də apellyasiya məhkəməsi araşdırılması zamanı təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan övladının və ahıl yaşlı anasının olması, o cümlədən yaşadığı yer üzrə müsbət xarakterizə olması onun cəzasını yüngülləşdirən hallar olması qənaətinə gəlir. Həmçinin Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Məhkəmə kollegiyası bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır: Birincisi, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunurlаr; İkincisi o, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirir; Üçüncüsü Təqsirləndirilən şəxs оğlunun himаyəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan övladı və ahıl yaşlı anası оlmаqlа, evdə yegаnə qаzаnc gətirən kişidir; Dördüncüsü, təqsirləndirilən şəxs ilk gündən səmimi ifаdə verməklə istintаqın gedişinə köməklik etməsi, müsbət xаrаkterizə оlunmаsı оnun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, onun, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir; Beşincisi, təqsirləndirilən Təqsirləndirilən şəxs оğlunun himаyəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan övladı və ahıl yaşlı anası оlmаqlа аilədə yegаnə qаzаnc gətirən kişi оlmаqlа, hаzırdа аiləsinin necə mənəvi və mаddi sarsıntı keçirməsi, оnun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi аiləsinin mənəvi sarsıntısını daha da ağırlaşdıra bilər. Cinаyət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu müddəa cəzanın ailə həyatının mənəvi tərəfinə təsirini də özündə ehtiva edir; Altıncısı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran heç bir hal yoxdur, cəzasını yüngülləşdirən hаllаr isə mövcuddur. Həmçinin onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onun hüquq və azadlıqların müəyyən çərçivədə məhdudlaşdırılmasına gətirəcəkdir, bu da onu gələcəkdə də azadlığın itirilməsinə səbəb olan əməllərdən çəkindirəcəkdir. Bundаn bаşqа məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi, onun ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırar və bu da ilk növbədə onun himаyəsində оlаn azyaşlı uşaqlarının fiziki, əqli və mənəvi cəhətdən inkişaflarına pis təsir göstərər. Belə ki, BMT Baş Assambleyanın xx xxxxxx 1959-cu il tarixli X4 6-cı prinsipi də uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün valideyinlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyümələrini vurğulamışdır. Həmçinin xx xxxxxx 1989-cu ildə qəbul olunmuş “X19” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi qeyd edilmişdir. Göründüyü kimi BMT Baş Assambleyanın və BMT Konvensiyasının bu prinsipləri baxımından da Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsini məqsədə uyğun hesаb etmir Qeyd edilən hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən yüngül cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın ağırlaşdırılmasına əsas görməyərək həmin protestin təmin edilmədən, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-230/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-230/2020
25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver