Məhkəmə qərarları › İş №1(107)-233/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-233/2020

10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-233/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3 və məhkumun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 234.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair X4 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunması barədə X4 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Məhkəməsinin (hakimlər R.Hüseynov (sədrlik edən), N.Mirzəyev və B.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxx 1964-cü ildə Balakən rayonunun Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Balakən rayonunun Tülü kəndində qeydiyyatda olmaqla, orada yaşamış və hazırda Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkənTəqsirləndirilən şəxs CM-in 188.1, 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 188.1-ci maddəsi ilə doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib beş il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona qəti olaraq cəza altı il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu xx xxxxxxxx 2018-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, narkomaniyadan məcburi müalicə olunması, iş üzrə maddi sübut kimi tanınaraq Qax Rayon Polis Şöbəsində saxlanılan 113 ədəd, ümumi təmiz çəkisi 50 kiloqram 199,45 qram olan çətənə bitkiləri, 39 ədəd 2 kq 133,11 qram olan narkotik tərkibli çətənə kannabis bitkilərinin hissələri, 299,95 qram qurudulmuş marixuana və 2,01 qram qurudulmuş marixuana, 3 ədəd plastik qab və 2 ədəd vedrənin qiyməti və əhəmiyyəti olmadığından məhv edilməsi, iş üzrə 45,46 manat ekspertiza xərcinin ondan tutulub dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. Məhkum Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinə vəsatət verərək, X4 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, psixoloji problemləri və səhhətində olan problemlərə görə apellyasiya şikayəti verə bilməmişdir. Ona görə də apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş edir. X4 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Bundan sonra məhkum Təqsirləndirilən şəxs X4 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından narazı qaldığından apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində apellyasiya şikayəti vermə müddətini üzrlü səbəblərdən ötürdüyünü bildirərək apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci ildə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirakı olmadan iclas keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən məhkumun müdafiəçisi Zaur Bayramov bildirmişdir ki, hüquqlarını müdafiə etdiyim şəxs məhkum Təqsirləndirilən şəxs hüquqi savadsızlığı ilə bağlı və səhhətində ciddi problemlər olduğundan barəsində olan hökmdən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Ona görə də müdafiə tərəfi hesab edir ki, apellyasiya şikayəti vermək üçün buraxılmış müddət bərpa edilməlidir. Odur ki, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X3 bildirmişdir ki, hökm məhkuma təqdim edildikdən təxminən 1 il 6 ay sonra apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkum Təqsirləndirilən şəxs həmin hökmdən apellyasiya şikayəti verilməsi müddətini üzrsüz səbəbdən ötürmüşdür. Birinci instansiya məhkəməsi düzgün olaraq ötürülmüş prosessual müddəti bərpa etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, X4 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cinayət işi üzrə xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclas protokolundan görünür ki, (cild 2, i. v. 47) məhkəmə iclaslarında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 91-ci maddəsində nəzərdə tutulan hüquqları, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya şikayəti vermək hüququ ona izah edilmiş, eyni zamanda X4 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(091)-029/2019 nömrəli hökmünün surəti Şəki penitensiar müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs rəsmi qaydada təqdim edilərək, həm hökmdə, həm də hökmün surətinin təqdim olunması barədə qəbzdə hökmdən apellyasiya şikayəti vermək hüququ ona izah edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixli 1(091)-029/2019 nömrəli hökmünün surətini xx xxxxxx 2019-cu ildə qəbzə imza edərək alması barədə sənəd iş materiallarına əlavə edilmişdir (cild 2, i. v. 58). Göründüyü kimi, Təqsirləndirilən şəxs X4 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(091)-029/2019 nömrəli hökmünün surətinin ona rəsmi qaydada verildiyi vaxtdan bir il altı aydan artıq müddət keçəndən sonra apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi haqda vəsatət vermişdir. Məhkumun cinayət işinə əlavə edilmiş prosessual müddətin bərpa olunması barədə vəsatətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan hökmün surətini vaxtında almış, lakin qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ötürülmüş prosessual müddəti bərpa etməkdən imtina etmişdir. Belə ki, cinayət işinin materiallarından və məhkum Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, X4 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(091)-029/2019 nömrəli hökmünün surəti xx xxxxxx 2019-cu il tarixdə qəbzə imza etdirməklə ona təqdim edilmiş və bu müddət ərzində onun apellyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. CPM-in 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apelyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə apelyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixli hökmünün surətini xx xxxxxx 2019-cu ildə almasını, onun hökmün surətini aldıqdan bir il altı ay səkkiz gün vaxt keçdikdən sonra məhkəməyə müraciət etməsini, vəsatətdə və apellyasiya şikayətində apellyasiya şikayəti vermə müddətinin ötürülməsini hər hansı bir üzrlü səbəblə əlaqələndirə bilməməsini nəzərə alaraq hesab edir ki, məhkum tərəfindən həmin hökmdən apellyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Birinci instansiya məhkəməsi düzgün olaraq ötürülmüş prosessual müddəti bərpa etməkdən imtina etmişdir. Ona görə də iş üzrə apellyasiya şikayəti təmin olunmamalı və Təqsirləndirilən şəxs CM-in 188.1, 234.1 və 237.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair X4 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(091)-029/2019 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunması barədə X4 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. CPM-in 391.3.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqındaqərаr qəbul еdə bilər. Məhkəmə kollegiyası göstərilənlərə əsаsən və CPM-in 391.3-cü mаddəsini rəhbər tutаrаq, QƏRАRА АLDİ: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs X4 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunması barədə X4 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar