Məhkəmə qərarları › İş №1(107)-233/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-233/2021

25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-233/2021 25.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Çabəddin olunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Yevlax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) 07 aprel 2021-ci il tarixli hökmü ilə, xx.xx.1987-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllərm məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 240.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 iyun 2020ci il tarixdən hesablanması, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, iş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 11,44 qram olan qurudulmuş marixuana və 03 ədəd tramadol həblərinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,049 qram olan heroinin, bir ədəd bükümdə təmiz çəkisi 0,092 qram olan metamfetaminin və təmiz çəkisi 0,004 qram olan fenazepamın əldə edilib saxlanılması ilə bağlı Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasına qiymət verilməsi üçün hökmün surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, iş üzrə 172 (bir yüz yetmiş iki) manat 91 (doxsan bir) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilməsi müəyyən edilməmişdir. işin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinərək ittiham elan edilmişdir ona görə ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri, eyni zamanda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri, yəni 03 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,29 qram, 3,47 qram, 3,73 qram və 01 ədəd kağız bükümdə təmiz çəkisi 1,15 qram, ümumi təmiz çəkisi 11,64 qram olan qurudulmuş marixuananı, 01 ədəd gümüşü-qızılı ağ rəngli kağız bükümdə olan təmiz çəkisi 0,049 qram heroini, 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,092 qram olan psixotrop maddə metamfetamini, təmiz çəkisi 0,004 qram olan psixotrop maddə fenazepamı və təmiz çəkisi 0,9 qram olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən tramadolu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsinin qonaq otağında divanın arxa tərəfindəki qadın çantasının içərisində saxlamış, 21 iyun 2020-ci il tarixdə saat 13:40 radələrində əməliyyataxtarış tədbirləri keçirilməsinə dair qərara əsasən Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının video çəkilişlə keçirdikləri baxış nəticəsində 03 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,29 qram, 3,47 qram, 3,73 qram və 01 ədəd kağız bükümdə təmiz çəkisi 1,15 qram, ümumi təmiz çəkisi 11,64 qram olan qurudulmuş marixuana, 01 ədəd gümüşü-qızılı ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,049 qram heroin, 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,092 qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,004 qram psixotrop maddə fenazepam və təmiz çəkisi 0,9 qram narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən tramadol aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Yevlax Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələi iləə təqsirli bilinərək ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzası təyin etməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 birinci instansiya məhkəməsi hökmünü apellyasiya protestinə münasibətdə dəyişdirilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs oğlu birinci instansiya məhkəməsi iclası zamanı vermiş olduğu ifadəsinin məzmununa uyğun ifadə verərək ona CM-nin 234.2 və 240-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, o heç kəsə narkotik vasitə satmadığını, özünün narkotik vasitələrdən asılılığına görə istifadə etdiyini, ona görə də özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli hesab etdiyini bildirdi. Birinci instansiya məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək bildirmişdir ki, 21 iyun 2020-ci tarixdə saat təxminən 11:00 radələrində Yevlax şəhəri Cahangir Kərimov küçəsində yaşadığı evdə yatarkən polis əməkdaşları onun evinə basqın etmiş və ona özündə olan narkotik vasitələri təqdim etməsini bildirmişlər. O, etiraz etmədən yataq otağındakı çarpayının yanında olan tumbadan özünə məxsus olan narkotik vasitələri- heroini, metamfetamini, tramadol və fenazepamı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə aparmış və ona bildirmişlər ki, onu yenidən evinə aparacaqlar və video çəkilişlə evinə baxış keçirəcəklər. Polis şöbəsində olarkən ona polis tərəfindən təzyiq və şiddət göstərilmiş və məcbur etmişlər ki, ittihamda qeyd olunan narkotik vasitə olan marixunananın da ona məxsus olmasını etiraf etsin. O, məcbur qalaraq polislə razılaşmış, təxminən günorta saatlarında onu yaşadığı evə aparmışlar və video çəkilişlə evinə baxış keçirilən zaman o, evinin qonaq otağındakı divanın arxasında yerləşən qadın çantasının içərisinə polis və ya keçmiş arvadı Şahid4 tərəfindən qoyulmuş ona məxsus olan heroini, metamfetamini, tramadol, fenazepamı və ona məxsus olmayan marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Marixuanadan başqa ittihamda qeyd olunan narkotik vasitələr ona məxsus olmuşdur. O, həmin narkotik vasitələrdən heroini və metamfetamini qarışdıraraq istifadə etmiş, fenazepam yuxu gətirən dərman olduğu üçün ondan yatmaq üçün istifadə etmiş, digər dərman olan tramadolu isə ağrılarını kəsmək üçün istifadə etmişdir. İttihamda da qeyd olunduğu kimi həmin narkotik vasitələrin və dərmanların çəkisi çox azdır. Həmin narkotik vasitələri və dərmanları heç vaxt satmaq niyyəti olmayıb, o, onları ozü istifadə etmək üçün evində saxlamışdır. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmayıb, özü istifadə üçün narkotik vasitə əldə etsə də, heç vaxt satış niyyəti olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsini, həmin əməlindən səmimi peşiman olmasını nəzərə alaraq, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, 21 iyun 2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq evində narkotik vasitələr saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün Yevlax rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş, rəhbərliyin icazəsi alındıqdan sonra saat təxminən 13:30 radələrində cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1, təhqiqat bölməsinin təhqiqatçısı Elnur Cəlilov və ekspert-kriminalist Şahid3la birlikdə Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs qapını açan zaman özlərini təqdim edərək ona yaşadığı evə baxış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs buna etiraz etməyərək bu barədə ərizə yazmış, daha sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsində yerləşən qonaq otağında olan divanın arxa tərəfindən bir ədəd qadın çantası aşkar edilmiş, həmin çantanın içərisindən narkotik vasitəyə bənzər kütlə olan marixuana, heroin, psixotrop maddə olan metamfetamin, narkotik vasitə istifadə etmək üçün düzəldilmiş iki ədəd boruşəkilli bükülü və dərman preparatları aşkar edilmiş, sonra həmin kütlələr tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilərək baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Muradın yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin növ müxtəlifliyinə görə onun həmin narkotik vasitələri satış məqsədilə əldə edib saxladığını ehtimal etmişdir. Yalnız bu səbəbdən ibtidai istintaq zamanı ifadəsində Muradın narkotik vasitələrin satışı ilə məşğul olduğunu və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri satış məqsədilə əldə edib saxladığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin krimanalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid3 ifadəsində bildirmişdir ki, 21 iyun 2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs evində narkotik vasitələr saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 Yevlax rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş, Yevlax rayon Polis Şöbəsinin rəhbərliyinin icazəsi alındıqdan sonra saat təxminən 13:30 radələrində cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və təhqiqat bölməsinin təhqiqatçısı Elnur Cəlilovla birlikdə Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs qapını açan zaman özlərini təqdim edərək ona yaşadığı evə baxış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs buna etiraz etməyərək bu barədə ərizə yazmış, daha sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsində yerləşən qonaq otağında olan divanın arxa tərəfindən bir ədəd qadın çantası aşkar edilmiş, həmin çantanın içərisindən narkotik vasitəyə bənzər kütlə olan marixuana, heroin, psixotrop maddə olan metamfetamin, narkotik vasitə istifadə etmək üçün düzəldilmiş iki ədəd boruşəkilli bükülü və dərman preparatları aşkar edilmiş, sonra həmin kütlələr tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilərək baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Muradın yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin növ müxtəlifliyinə görə onun həmin narkotik vasitələri satış məqsədilə əldə edib saxladığını ehtimal etmişdir. Yalnız bu səbəbdən ibtidai istintaq zamanı ifadəsində Muradın narkotik vasitələrin satışı ilə məşğul olduğunu və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri satış məqsədilə əldə edib saxladığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsindən görünür ki, digər şahidlər Şahid2 və Şahid3 ifadələrinə oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir, onunla 2006-cı ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki uşaqları var- Rövşən və Cahandar. 2014-cü ildə onların rəsmi nikahları pozulmuş və uşaqları onun himayəsinə verilmişdir. Cahandar atasına bağlı olduğu üçün atasıyla qalmaq istəmiş və o, buna etiraz etməmişdir. Rövşən isə onun himayəsində və onunla birlikdə Bakı şəhərində yaşayır. Cahandar və Rövşənin ayrı qalmalarını istəmədiyi üçün o, ailəsini bərpa etmək və yenidən Yevlax şəhərinə qayıdaraq Muradla birlikdə yaşamaq qərarına gəlmişdir. 2020-ci ilin aprel ayında o, Bakı şəhərindən Yevlax şəhərinə qayıtmış və Muradla birlikdə yaşamağa başlamışdır. Bu müddət ərzində Murad narkotik vasitələrdən istifadə edərək, özündə olmamış və dəfələrlə evdə dava-dalaş salmışdır. Muradın narkotik vasitədən istifadə etməsi uşaqlarının tərbiyəsinə mənfi təsir göstərdiyindən o, polisə müraciət etmiş və polis ona, əgər Murada qarşı ifadə verərsə Muradı məsuliyyətə cəlb edəcəklərini bildirmişdir. O, Muradın məsuliyyətə cəlb olunmasını və daha ağır cəza almasını istədiyi üçün ona qarşı ifadə vermişdir. Murad narkotik vasitədən həm özü istifadə edir, həm də narkotik vasitələrin satışı ilə məşğul olur. Bundan başqa Murad dəfələrlə ona və oğlu Rövşənə narkotik vasitə satmağı təklif etmiş onlar isə bununla razılaşmamışdırlar. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid5 Yevlax şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü X2 və Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu X3 iştirakı ilə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atası, Şahid4 isə onun anasıdır. O, anası ilə birlikdə Bakı şəhərində, qardaşı Cahandar isə atası ilə birlikdə Yevlax şəhərində yaşayır. O, tətil və bayram günlərində atasını, nənəsini və qardaşını görmək üçün Yevlax şəhərinə gəlir. 2020-ci ilin aprel ayında anası Samirə ona bir müddət gedib atası ilə birlikdə yaşayacaqlarını bildirmişdir. Atası ilə birlikdə yaşadıqları müddətdə atası ona narkotik vasitə satması barədə təkliflər etmiş, o isə bunu qəbul etməmişdir. Rövşən eyni zamanda atasının narkotik vasitəni satmaq təklifini qardaşı Cahandara yox, məhz ona etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti ilə şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxslə qonşudur. 21 iyun 2021-ci ildə təxminən saat 11-12 radələrində polis əməkdaşları polis maşını ilə Təqsirləndirilən şəxs evinə gəlmiş və bir qədər sonra Muradı maşına qoyaraq aparmışlar. O, polislərdən Muradı nə üçün apardıqlarını soruşmamışdır. Muradı apardıqdan 1-2 saat sonra polis əməkdaşları yenidən onların küçəsinə Muradgilə gəlmiş, lakin polislərin Muradı gətirdiyini görməmişdir. Həmçinin Muradgilə hər iki halda hansı polis əməkdaşlarının gəldiyi və orada nə qədər qalmaları, Muradgilə gəlmiş polis əməkdaşlarının sayı, həmin vaxt orada kimlərin olması, Muradın əynində olan paltarlar və s. barədə suallara dəqiq cavab verə bilməmişdir. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti ilə şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxslə qonşudur. 21 iyun 2021-ci ildə təxminən saat 11-12 radələrində polis əməkdaşları polis maşını ilə Təqsirləndirilən şəxs evinə gəlmiş və bir qədər sonra Muradı maşına qoyaraq aparmışlar. O, polislərdən Muradı nə üçün apardıqlarını soruşmamışdır. O, həmin polis əməkdaşlarının kim olduğunu bilmir. Muradı apardıqdan bir müddət sonra polis əməkdaşları yenidən Muradgilin evinə gəlmiş və həyətlərinə daxil olmuşlar. Həmin vaxt o, Muradı polis əməkdaşlarının yanında görməmişdir. Həmçinin Muradgilə hər iki halda hansı polis əməkdaşlarının gəldiyi və orada nə qədər qalmaları, Muradgilə gəlmiş polis əməkdaşlarının sayı, həmin vaxt orada kimlərin olması, Muradın əynində olan paltarlar və s. barədə suallara dəqiq cavab verə bilməmişdir. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti ilə şahid qismində dindirilmiş Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə həkimnarkoloq vəzifəsində işləyən X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlamadan keçirilməsi nəticəsində verilmiş 18 avqust 2020-ci il tarixli 707 nömrəli rəydə şəxsin narkotik vasitələrdən istifadə etdiyi müəyyən edilmişdir. Bu ona dəlalət edir ki, xəstə, yəni hazırkı işdə Təqsirləndirilən şəxs bir yox, bir neçə narkotik vasitədən istifadə edir ki, tibbdə bu xəstəlik polinarkomaniya xəstəliyi adlanır. Həkim narkoloq eyni zamanda bildirmişdir ki, şəxs eyni zamanda müxtəlif növ narkotik vasitələrdən, o cümlədən heroin və metamfetamini qarışdıraraq istifadə edə bilər. Bu adətən xəstələrin daha fərqli həzz almaq istəkləri ilə bağlı olur. Heroin istifadə edən şəxs marixuana və ya digər narkotik vasitələri, psixotrop maddələri və ya güclü təsir edən digər maddələri istifadə edə bilər. Yəni Təqsirləndirilən şəxs heroindən istifadə etməsi onun marixuanadan istifadə etməsini istisna etmir. Metamfetamindən istifadə zamanı şəxsdə çox güclü stimulyasiya yaranır və şəxs o dərəcədə aktiv ola bilər ki, o, günlərlə yatmaya bilər. Bu zaman biz xəstələrə yuxu dərmanı, o cümlədən fenazepamı təyin edə bilirik. Təqsirləndirilən şəxs də metamfetamindən istifadə etməsi nəzərə alınsa onun həm də fenazepamı qəbul etməsi mümkündür. Bundan başqa xəstələr narkotik vasitələrdən istifadə nəticəsində “abstinensiya” (“lomka”) vəziyyətinə düşə bilərlər ki, bu da onlarda çox kəskin ağrılara səbəb olur. Bu zaman xəstələr ağrılarını kəsmək üçün tramadoldan istifadə edə bilərlər. Konkret olaraq Təqsirləndirilən şəxs heroin və metamfetamindən istifadə etməsi nəzərə alınsa onun narkotiklərin təsiri qurtardıqdan sonra yaranmış abstinensiya halında tramadol dərmanı qəbul etməsi istisna olunmur. Cinayət işi materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 21 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:40-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 14-16); Cinayət işi materiallarına əlavə edilmiş “hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında” 21 iyun 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, baxışın keçirildiyi yer Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən iki mərtəbəli yaşayış evidir. Təqsirləndirilən şəxs yaşayış evinin birinci mərtəbəsində yerləşən otaqda olan divanın arxasındakı ağ rəngli çantanın içərisindən 3 ədəd kibrit qutusunda olan və bir ədəd ağ rəngli kağıza bükülmüş yaşıl rəngli qurudulmuş kütləni təqdim edərək həmin kütlənin qurudulmuş marixuana olmasını, 1 ədəd ağ rəngli siqaret kağızına bükülmüş, içərisində qəhvəyi rəngli kütlə olan bükülünü təqdim edərək həmin kütlənin heroin olmasını, 1 ədəd gümüşü rəngli siqaret kağızda və 1 ədəd şəffaf rəngli siqaret cığarasında olan şəffaf rəngli kütləni təqdim edərək həmin kütlənin metamfetamin olmasını bildirmiş, 04 ədəd tramadol həblərinin və 04 ədəd fenozepam həblərini,1 ədəd şəffaf rəngli şüşə lampadan və ağ rəngli kağızdan istifadə olunmaqla hazırlanmış aləti və 1 ədəd bir manatlıq pul əskinazından hazırlanmış bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələrin, psixotrop maddələrin və tramadolun ona məxsus olmasını və şəxsi istifadəsi üçün evində saxladığını bildirmişdir. (iş vər.09-12); məhkəmə bioloji ekspertizasının 22.06.2020-ci il tarixli 17/402 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlə...” sözləri yazılmış zərfin içərisindəki 03 (üç) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri- 3.29 qram, 3,47 qram, 3,73 qram və 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi- 1,15 qram, ümumi təmiz çəkisi - 11,64 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş, 03 (üç) ədəd kibrit qutusunda və 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş kütlə....” sözləri yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd qızılı-ağ rəngli kağıza bükümdə, təmiz çəkisi -0,049 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “ Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi-0,092 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi- 0,186 qram olan maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyil. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş, narkotik vasitə qəbulunda istifadə etdiyi vasitələr” sözləri yazılmış zərfin içərəsindəki, 02 (iki) ədəd boruşəkilli bükülünün üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri-heroin hissəcikləridir. Heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. 01 (bir) ədəd içərisinə boruşəkilli kağız bükülü keçirilmiş başlığı qırıq lampadan aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri-metamfetamin hissəcikləridir. Metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 107,91 manatdır. (iş vər. 37-39); məhkəmə fiziki-kimyəvi ekspertizasının 14.08.2020-ci il tarixli 6/1458 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş psixotrop həblər” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmiş bir ədəd konvalyut kəsiyində olan dörd ədəd qırmızı rəngli həbin tərkibində tramadol hidroxlorindin təsir maddəsinin ümumi miqdarı 0,9 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,225 qramdır) olduğu müəyyən edildi. Üzərində “Phenzepin 0,001 q” göstəricisi olan bir ədəd konvalyut kəsiyində 4 ədəd ağ rəngli həbin tərkibində fenazepamın təsir maddəsinin ümumi miqdarı 0,004 qram (bir ədəd həbdə fenazepamın təsir maddəsinin miqdarı 0,001 qram) olduğu müyyən edildi. Tramadol 18 mart 2016-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Fenazepam 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr” siyahısına (İİİ siyahı) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manatdır. (iş vər. 142-145); Cinayət işi materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 23 iyun 2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 iyun 2020-ci il tarixdən hesablanmışdır.(iş vər. 77-80); Cinayət işi materiallarına əlavə edilmiş maddi sübut kimi tanınma haqqında 23 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş, tədqiqatdan sonra qalan təmiz çəkisi 11,44 qram olan qurudulmuş marixuana, təmiz çəkisi 0,029 qram heroin, təmiz çəkisi 0,042 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (iş vər. 73-74) Cinayət işi materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 20 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalan 03 ədəd tramadol həbləri və 03 ədəd fenazepam həbləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (iş vər. 153-157) Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının 18 avqust 2020-ci il tarixli 707 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər. 147); Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 28.07.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 8 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04.05.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. ( iş vər.126); Cinayət işi materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (iş vər. 120-123); Cinayət işi materiallarına əlavə edilmiş Yevlax rayon Polis Şöbəsinin 10.03.2021-ci il tarixli, 195-5472-1221 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Yevlax rayon Polis Şöbəsində hər hansı əməliyyat-qeydiyyat işi aparılmamışdır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli birinci instansiya məhkəməsi tərəfindən Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Yevlax Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələi iləə təqsirli bilinərək ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzası təyin etməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri əsaslı deyil. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 234.1-ci mаddəsi ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və həmçinin qeyd edir ki, iş üzrə müfəssəl hüquqi qiymətləndirmə aparılmalı, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittiham üzrə, yəni CM-nin 234.2 və 240-cı maddələri təqsirli olubolmaması kimi mühüm əhəmiyyət kəsb edən məsələyə aydınlıq gətirilməlidir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddələr ilə düzgün tövsif edilməmiş, Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu sübuta yetirilməmiş, əksinə narkotik vasitələrin, psixotrop maddələrin və onlara aid olmayan güclü təsir edən maddənin-tramadolun satış niyyəti ilə saxlanılmasının istisna olunduğu mövcud sübutların qarşılıqlı tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, “cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayəthüquqi qiymətdir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi həmçinin, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə və həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə göstərilən hüquqi mövqeyi nəzərə alaraq, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməlin düzgün tövsif edilib-edilməməsinə hüquqi qiymət verilməsi üçün aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamı, yəni Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrheroini və marixuananı, psixotrop maddələr-metamfetamini və fenazepamı qanunsuz olaraq satış məqsədilə əldə etməsini və saxlamasını narkotik vasitələrin növlərinin müxtəlifliyi, narkotik vasitə marixuananın 4 bükümdə olması, Yevlax rayon Polis Şöbəsinin 19 iyul 2020-ci il tarixli məktubunda (iş vər.111) Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədilə saxlamasının göstərilməsi, şahid qismində dindirilmiş Şahid4, Şahid5 Təqsirləndirilən şəxs narkotik vasitə satması və onları narkotik vasitə satmağa məcbur etməsi barədə, Şahid2, Şahid3 və Şahid1 Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə edib saxlaması barədə ifadə vermələri ilə izah etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasında cinayət əməlinin obyektiv cəhəti satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinin tələbinə əsasən Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinin “satış məqsədi ilə” əlaməti yalnız sübutlara əsasən müəyyən edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz satılması miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təsvir edilənlər belə deməyə əsas verir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib saxlaması haqda nəticəyə gəlmək üçün onun məhz yuxarıda sadalanan məqsədlərin hər hansı birini güdərək narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. İş materiallarından görünür ki, 21 iyun 2020-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə qəbul etməsi və saxlaması barədə olmuşdur.(iş vər.2) Bu hal “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarda da göstərilmişdir.(iş vər.3) Məhz həmin məlumat əsasında Yevlax rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Elnur Cəlilov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilsə də, baxış keçirilməsi haqqında 21 iyun 2020-ci il tarixli protokolda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs onun narkotik vasitə satmaqda şübhəli olması barədə məlumat əsasında (halbuki cinayət işinin materiallarında belə bir məlumat yoxdur) yaşadığı evə baxış keçirildiyi göstərilmişdir. 21 iyun 2020-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinin təhqiqat bölməsində toplanmış ilkin araşdırma materialları əsasında hər hansı araşdırma aparmadan, sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə etdiyi və yaşadığı evdə saxladığı barədə hər hansı sübut əldə etmədən və əsaslandırma aparmadan Təqsirləndirilən şəxs barəsində 22 iyun 2020-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.(iş vər.1) İbtidai istintaq orqanı yalnız bundan sonra göstərilən polis əməkdaşlarını, eləcə də Təqsirləndirilən şəxs ailə üzvlərini iş üzrə şahid qismində dindirmiş və Yevlax rayon Polis Şöbəsinin 19 iyul 2020-ci il tarixli məktubunu əldə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs şahid qismində dindirilə bilər. 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin göstərilən müddəalarının tələbləri baxımından iş üzrə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin əməkdaşları olan Şahid1, Şahid3 və Şahid2 verdikləri ifadələrinin Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib saxladığı barədə hissələrini Şahid2 və Sirac Həsənovun məhkəmə istintaqı zamanı ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin yalnız istifadəçisi kimi tanıdıqları və sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmədiklərini göstərdiyi halda, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib saxladığını hər hansı məlumata əsaslanmadan, yalnız narkotik vasitələrin növ müxtəlifliyinə görə göstərmələri nəticəsində faktiki olaraq şahidin iş üzrə əhəmiyyət kəsb edən, xəbərdar olduğu hallar barədə deyil, bu çərçivədən kənara çıxaraq törədilmiş əmələ yalnız ehtimalla hüquqi qiymət vermədən ibarət cinayət təqibini həyata keçirən orqanın səlahiyyətinə aid edilə biləcək halla bağlı verdiyi ifadə kimi qiymətləndirərək mötəbər hesab etmir və bu səbəbdən iş üzrə sübut kimi nəzərə almır. Şahidlər Şahid5 və Şahid4 ifadələrinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yetkinlik yaşına çatmamış Şahid5 məhkəmə iclasında psixoloqun iştirakı ilə dindirilmiş və psixoloq Şahid5 hadisələri real təsvir etmədiyini, sərbəst surətdə ifadə vermədiyini, əksinə kənar şəxsin təsiri ilə öyrədilmiş cümlələri təkrar etdiyini bildirmişdir. Şahid4 isə Təqsirləndirilən şəxs ayrılaraq ailə kimi birlikdə yaşamadığı üçün ona qarşı qərəzli ifadə vermişdir. Belə ki, həm Şahid4, həm də Şahid5 məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs konkret olaraq kiməsə narkotik vasitə satmasını təsdiq edə bilməmiş, habelə Təqsirləndirilən şəxs onları narkotik vasitəni konkret olaraq nə vaxt və kimə satmaları barədə məcbur etməsi, narkotik vasitəni hansı qiymətə satmalı olmaları barədə suallara cavab verə bilməmişlər. Məhkəmə onu da qeyd edir ki, şahidlər Şahid5 və Şahid4 məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq üçün təklifi məhz onlara etdiklərini, Təqsirləndirilən şəxslə uzun müddət birlikdə yaşayan və ona daha çox bağlı olan qardaşı(digər övladı) Cahandara etmədiyini bildirmişlər. Təqsirləndirilən şəxs isə məhkəmə iclasında verdiyi ifadəsində uşağına narkotik vasitə satdırmaq niyyəti olsaydı, bu niyyətini asanlıqla ona daha yaxın və daha bağlı olan oğlu Cahandarın vasitəsi ilə reallaşdıra biləcəyini bildirərək, keçmiş arvadı Şahid4 ona qarşı qərəzli mövqedə olduğunu, oğlu Rövşənin isə anası Samirənin təsiri altında ona qarşı ifadə verdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu dəlilini əsaslı hesab edərək, bir daha qeyd edir ki, Şahid5 ifadəsini sərbəst surətdə deyil, anası Şahid4 təsiri ilə vermişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi nəticəsində uşaqlarına mənəvi ziyan vurmasını və bu səbəbdən Təqsirləndirilən şəxs daha ağır və daha çox müddətə həbsdə qalmasını istəməsini bildirməklə ona qarşı qərəzli mövqedə olduğunu göstərmişdir. Ona görə də məhkəmə kollegiyası Şahid5 və Şahid4 ifadələrini işin faktiki hallarına uyğun, obyektiv ifadə və mötəbər sübut kimi qəbul etmir. Bundan başqa, Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının şahid qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və evindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib saxlaması barədə məlumat əldə etmədikləri halda, narkotik vasitələrin növ müxtəlifliyinə görə satış məqsədilə əldə edib saxladığını ehtimal etmələri səbəbindən Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə saxlamasını bildirmələri, eləcə də məhkəməyə Yevlax rayon Polis Şöbəsindən daxil olmuş məktubda Təqsirləndirilən şəxs barəsində hər hansı əməliyyat qeydiyyat işinin aparılmamasının göstərilməsi, əməliyyat tapşırığına cavab olaraq yazılmış Yevlax rayon Polis Şöbəsinin 19 iyul 2020-ci il tarixli məktubunda göstərilənlərin faktiki olaraq əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilən hər hansı məlumata əsaslanmadığı və yalnız şəxsi ehtimal üzrə tərtib edildiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Yevlax rayon Polis Şöbəsinin iş materiallarında olan 19 iyul 2020-ci il tarixli məktubunu mötəbər hesab etmir və sübut kimi qiymətləndirmir.(iş vər.111) Təqsirləndirilən şəxs yaşadığı evdən müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aşkar edilməsi faktının Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə saxlamasını təsdiq etməsi barədə ittiham tərəfinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bütün ifadələrində yaşadığı evdə aşkar olunan narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmasını və özü istifadə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri öz istifadəsi üçün saxlaması məhkəmə narkoloji ekspertiza rəyi və şahid ifadəsi ilə də təsdiq olunur. Belə ki, məhkəmə narkoloji ekspertizasının 18.08.2020-ci il tarixli, 707 nömrəli rəyində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi göstərilmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs bir yox, bir neçə narkotik vasitədən istifadə edir. X1 ifadəsi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməsi mümkündür. Belə ki, heroin və metamfetamini qarışdıraraq istifadə edə bilər (bu hal eyni zamanda 22.06.2020ci il tarixli ekspert rəyinə əsasən öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş və narkotik vasitə çəkmək üçün istifadə edilən iki ədəd boruşəkilli bükülünün üzərindən heroin və metamfetamin hissəcikləri aşkar edilmişdir), onun heroindən istifadə etməsi marixuanadan istifadə etməsini istisna etmir. Təqsirləndirilən şəxs metamfetamindən istifadə etməsi nəzərə alınsa onun yatması üçün həm də fenazepamı qəbul etməsi mümkündür. Həmçinin Təqsirləndirilən şəxs heroin və metamfetamindən istifadə etməsi nəzərə alınsa onun narkotiklərin təsiri qurtardıqdan sonra yaranmış abstinensiya halında tramadol dərmanı qəbul etməsi istisna olunmur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, “diskə baxış keçirilməsi haqqında” 26 avqust 2020-ci il tarixli protokoldan da görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəyə daxil olan və çıxan zənglər barəsində məlumatlarda Təqsirləndirilən şəxs narkotik vasitələr və ya psixotrop maddələri satması barədə hər hansı məlumat əldə edilməmişdir.(iş vər. 152) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq hüquqi mövqeyinə uyğun olaraq yuxarıda gəlinmiş nəticələrə, həmçinin məhkəmə-narkoloji ekspertizasının 18 avqust 2020-ci il tarixli, 707 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və heroindən istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması, sonuncunun yaşadığı evdən aşkar edilmiş heroinin bir ədəd bükümdə təmiz çəkisi 0,049 qram olmaqla az miqdarda olması, metamfetaminin bir ədəd bükümdə təmiz çəkisi 0,092 qram olmaqla az miqdarda olması, fenazepamın 04 ədəd həbdə təmiz çəkisi 0,004 qram olmaqla az miqdarda olması, marixuananın 04 ədəd bükümdə təmiz çəkisi 11,64 qram olmaqla daha çox miqdarda olmaması, yaşadığı evə baxış keçirilərkən narkotik vasitə və ya psixotrop maddələrin çəkilib xırda bağlamalara bükülməsi və hazırlanması üçün hər hansı avadanlığın aşkar edilməməsi, cinayət işi materiallarında narkotik vasitəni satmaq məqsədilə istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə dair hər hansı məlumatın olmaması və belə olan halda üzərindən aşkar edilmiş narkotik vasitənin növ müxtəlifliyinin olması halının onu satış məqsədilə əldə etmə və saxlaması barədə nəticəyə gəlməyə əsas verməməsinə görə Təqsirləndirilən şəxs bütün izahat və ifadələrində yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadə məqsədilə əldə etdiyi və saxladığı barədə göstərdiyi dəlili əsaslı hesab edir. Göstərilənlər nəticəsində ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etməsi və saxlaması barədə gəldiyi nəticə ilə bağlı irəli sürdüyü dəlillər faktiki və hüquqi əhəmiyyətini itirmişdir. Şərh edilən hallar Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə düzgün tövsif edilmədiyi və həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi qismən etirafedici ifadələri, şahid qismində dindirilmiş Şahid3, Şahid2, Şahid4 ifadələri, “baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş diskin yaddaşına köçürülmüş video görüntülər, materialların məhkəmə ekspertizasının 22.06.2020-ci il tarixli 17/402 nömrəli, 14.08.2020-ci il tarixli 6/1458 nömrəli rəyləri və digər sənədlərlə tam sübut edilir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə bir ədəd bükümdə təmiz çəkisi 0,049 qram olan heroin, psixotrop maddələr bir ədəd bükümdə təmiz çəkisi 0,092 qram olan metamfetamin və təmiz çəkisi 0,004 qram olan fenazepam, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahılarına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda olmadığı və cinayət tərkibi yaratmadığı üçün Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs narkotik vasitə- ümumi təmiz çəkisi 11,64 qram olan marixuana əldə edib saxlamağa görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs evində aşkar edilən narkotik vasitəmarixuananın ona məxsus olmaması, ibtidai istintaq zamanı ona zor tətbiq edilərək, hədəqorxu gəlinərək ittihamda qeyd olunan marixuananın da ona məxsus olmasına dair ifadə verməyə məcbur edilməsi, polis əməkdaşlarının evinə baxış keçirmədən öncə də onun evinə basqın etməsi ilə bağlı ifadələrinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində 21 yanvar 2020-ci il tarixdə Yevlax rayon Polis Şöbəsində ona qarşı zor tətbiq olunduğunu, hədə-qorxu gəlinərək evindən aşkar edilmiş digər narkotik vasitələrlə yanaşı marixuananın da ona məxsus olmasını etiraf etməyə məcbur edildiyini bildirsə də, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu bütün ifadələrində, o cümlədən barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən Yevlax Rayon Məhkəməsində, həmin məhkəmənin qərarından vermiş olduğu şikayətə Şəki Apelyasiya Məhkəməsində baxılarkən məhkəmə iclaslarında vermiş olduğu izahatlarında marixuananın ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə döyülmə və işgəncələrə məruz qalması faktı ilə bağlı Yevlax rayon prokuroruna ünvanlanmış müraciəti əsasında araşdırılma aparılmış və 23.06.2020-ci il tarixli, 357 saylı məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bədənində onun trvma almasını göstərən obyektiv məhkəmə tibbi əlamətləri(qançır, sıyrıq və s.) aşkar edilməmişdir. Yevlax rayon prokurorunun böyük köməkçisi X4 05 avqust 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müraciəti əsasında başlanılmış araşdırma nəticəsində cinayət işinin başlanılması rədd edilmişdir. Göstərilən 05.08.2020-ci il tarixli qərar təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilmədiyindən hal-hazırda qüvvədədir. Cinayət işinin materialları ilə Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının Təqsirləndirilən şəxs polis şöbəsinə aparıb orada ona təzyiq etmələri və sonradan yenidən yaşadığı evə gətirib evə baxış keçirilməsi təsdiq edilməmişdir. Belə ki, göstərilən halın təsdiqi üçün müdafiə tərəfinin vəsatəti əsasında ifadə vermiş şahidlər X9 və X12 ifadələrində Təqsirləndirilən şəxs tutulan gün polis əməkdaşlarının iki dəfə Təqsirləndirilən şəxs yaşadığı evə gəldiklərini görmələrini göstərsələr də, Təqsirləndirilən şəxs polis əməkdaşları ilə ikinci dəfə evə gəlməsini görmədiklərini bildirmişlər. Şahidlər Zahid Əliyev və Ramil Əliyev məhkəmə iclasında işin faktiki halları barədə hər hansı əhəmiyyətli ifadə vermədiklərindən, hər iki şahidin Təqsirləndirilən şəxs qonşusu olmaqla onun cinayət məsuliyyətindən azad olunmasında maraqlı şəxslər olmasını nəzərə alaraq məhkəmə onların ifadələrini mötəbər sübut kimi qəbul etmir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, eləcə də, məhkəmə baxışının gedişatında təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan narkotik vasitə 11,64 qram çəkidə marixuananın əldə olunub saxlanılmasına şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Bundan başqa Təqsirləndirilən şəxs həm də satış məqsədilə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni-tramadolu əldə etmə və saxlamağa görə Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət Məcəlləsinin 240.1-ci maddəsinin dispoziyasında cinayət əməlinin obyektiv cəhəti satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddətramadolu qanunsuz olaraq satış məqsədilə əldə etməsi və saxlaması barədə irəli sürdüyü ittihamı hər hansı sübut(lar)la əsaslandırmamışdır. Belə ki, 21 iyun 2020-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə qəbul etməsi və saxlaması ilə məşğul olması barədə olmuş, sonuncunun satış məqsədilə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə və saxlaması barədə hər hansı məlumat olmamışdır. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarda, “baxış keçirilməsi haqqında” protokolda da Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə və saxlaması barədə hər hansı məlumat göstərilməmişdir. Bundan başqa polis əməkdaşları Şahid3 və Şahid2 həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında şahid qismində ifadələrində Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə və saxlaması barədə onlarda hər hansı məlumat olmasını bildirməmişlər. Təqsirləndirilən şəxs ailə üzvləri Şahid4 və Şahid5 də Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satması və ya onları narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satmağa məcbur etməsi barədə ifadə verməmişdirlər. Yevlax rayon Polis Şöbəsinin 19 iyul 2020-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədilə saxlaması göstərilsə də, onun satış məqsədilə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri saxlaması barədə hər hansı məlumat göstərilməmişdir. Daxil olmuş telefon danışıqları barədə məlumatdan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satması barədə hər hansı məlumat əldə edilməmişdir. Göründüyü kimi ittiham tərəfinin təqdim etdiyi bütün sübutlar (əməliyyat məlumatı, əməliyyat tapşırığına cavab məktubu, baxış prototokolu, şahid ifadələri) yalnız Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə edib saxlaması ilə bağlı olmuş, həmin ifadələr, protokol və digər sənədlərdə Təqsirləndirilən şəxs satış məqsədilə güclü təsir edən maddələri saxlaması ilə bağlı heç bir məlumat göstərilməmişdir. Göstərilən hallar ittiham tərəfinin Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satması və ya həmin maddələri satış məqsədilə saxlaması barədə hər hansı mötəbər sübut təqdim edə bilmədiyini təsdiq edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etməsinə və yaymasına, həmin maddələri əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə dair hər hansı mötəbər sübut əldə edilməmiş, həmçinin məhkəmə istintaqı zamanı ittiham tərəfindən göstərilən hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla Təqsirləndirilən şəxs digər şəxsə güclü təsir edən maddəni satması, dəyişdirməsi, hədiyyə verməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs güclü təsir edən maddəni satması və ya satmaq niyyətinin və istehlakçı ilə razılığının olmasını təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs əməlinin güclü təsir edən maddələri satma kimi qiymətləndirilməsi və əməlin Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulan–satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmanı təsdiq edən mötəbər sübutlar olmadığından və məhkəmə istintaqında yeni mötəbər sübutların ittiham tərəfindən məhkəməyə təqdim edilməməsini nəzərə alaraq, yuxarıda qeyd olunan cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenumunun qərarlarına uyğun olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə cinayət törətməsində təqsirliliyinin sübuta yetirilmədiyi qənaətinə gəlir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq Cinayət-Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış niyyəti sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması mümkün deyildir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi narkotik vasitə yəni 03 ədəd kibrit qutusunda, ayrıayrılıqda təmiz çəkiləri 3,29 qram, 3,47 qram, 3,73 qram və 01 ədəd kağız bükümdə təmiz çəkisi 1,15 qram, ümumi təmiz çəkisi 11,64 qram olan qurudulmuş marixuananı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsinin qonaq otağında divanın arxa tərəfindəki qadın çantasının içərisində saxlamış, 21 iyun 2020-ci il tarixdə saat 13:40 radələrində əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair qərara əsasən Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının video çəkilişlə keçirdikləri baxış nəticəsində həmin narkotik vasitə aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əsaslara görə məhkəmə kollegiyası qərara gəlir ki, Təqsirləndirilən şəxstörətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin etmiş, həmçinin ona elan edilmiş digər CM-nin 240-cı maddəsi olan ittiham üzrə barəsində bəraət hökmü çıxarmaqla düzgün etmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almış, onun əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar olmasını müəyyən etməmiş, lakin onun əməlində həmin Məcəllənin 61-ci maddəsində göstərilən onun cəzasını ağırlaşdıran halların olması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 28.07.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 8 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04.05.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsaəsn az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onun məhkumluğu ödənilmiş hesab edilir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin Apellyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən ağır cəza, yəni azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Qeyd edilən hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha ağır cəza, yəni azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini zəruriliyini şərtləndirmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin dəlillərini qəbuledilməz sayır, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılmasına, yəni onun törədiyi cinayət əməlinin CM-nin 234.2- və 240-cı maddələri ilə təqsirli bilinməsinə əsas görməyərək həmin protestin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 1(039)-4/2021 saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar