Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-234/2020 25.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X9, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair X21 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: X21 Məhkəməsinin (hakimlər X13 (sədrlik edən), X14 və X3 ibarət tərkibdə) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxx 1982-ci il tarixdə İsmayıllı rayonunun Mican kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində biri azyaşlı olmaqla iki uşağı olan, işsiz, İİ qrup əlil, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhərində (keçmiş Mican kəndi) qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan 3 ədəd bağlamada zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd ağ-boz zolaqlı jaket, Təqsirləndirilən şəxs məxsus 1 ədəd boz və qara rəngli zolaqlı jaket, 1 ədəd göy rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi müəyyən edilmişdir. İşin halları: X21 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur, ona görə ki, o, xx xxxxx 2020-ci il tarixdə, saat 17 radələrində İsmayıllı şəhərində (keçmiş Mican kəndi) dayısı oğlu Şahid1 məxsus evin ikinci mərtəbəsində usta kimi işləyərkən sonuncunun oğlu xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar surətdə on dörd yaşına çatmadığını, yəni 4 yaşı olduğunu bildiyi halda Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək qərarına gəlmiş, bu məqsədlə o, Zərərçəkmiş şəxs əlindən tutub sonuncunu cinsi ehtirasını təmin etmək məqsədi ilə evin birinci mərtəbəsində yaşayış olmayan təmirsiz otağa apararaq orada heç kimin olmamasından istifadə edərək 4 yaşı olan azyaşlı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib, otağın boş nəfəsliyinə qaldırıb arxa nahiyəsini özü istiqamətdə nəfəslikdən sallanmış vəziyyətdə saxlamaqla aşağı düşməməsi üçün hər iki əliylə arxadan qarın nahiyəsindən qucaqlayıb özünə sıxaraq cinsi orqanını şalvarının zəncirbəndindən çıxarıb sonuncunun şalvarının üstündən arxa nahiyəsinə sürtüb seksual xarakterli zorakılıq hərəkətləri etməyə yönələn hərəkətlər etmiş, Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə Zərərçəkmiş şəxs evdə olmadığından həyətə düşüb oğlunu axtararkən həmin yerdə onu gördüyündən artıq ifşa olunduğunu və aktiv müqavimətə rast gəldiyini, həmin vəziyyətdə seksual xarakterli zorakılıq hərəkətlərini davam etdirə bilməyəcəyini görərək, öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək azyaşlı Zərərçəkmiş şəxs buraxmış, bununla da 14 yaşına çatmayan, yəni 4 yaşlı zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməyə cəhd etmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. X21 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,150.3.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini, ona görə də onun işinə düzgün baxılmasını xahiş etmişdir. X21 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsi hökmünün ləğv edilməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs CM-nin 29,150.3.3-cü maddəsi ilə bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X17 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, X21 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilən Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qimən təmin edilməli, X21 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ona münasibətdə cəya aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs özünü CM-nin 29,150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək övladlığa götürüldüyü üçün Şahid1 və onun arvadı tərəfindən yaşadığı evdən çıxarılmaq məqsədi ilə onun üstünə belə bir şər atıldığını qeyd etmiş, əslində həmin vaxt Əliyə heç nə, o cümlədən hər hansı seksual xarakterli hərəkət etmədiyini, ona görə də, etmədiyi heç bir əməli qəbul etməyəcəyini bildirərək, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin ifadəsi və ifadəsinin hadisə yerində yoxlanılması zamanı söylədikləri arasında ziddiyyət olduğundan, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilkin ifadəsi və ifadəsinin hadisə yerində yoxlanılması istintaq hərəkətinin protokolu elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, 25 və ya xx xxxxx 2020-ci il tarixdə dəqiq tarixini xatırlamadığı gündə dayısı oğlu Şahid1 ona yaşadığı evin yataq otağını təmir etməyini demişdir. Elşənlə qohum olduqlarından evini pulsuz təmir edəcəyini demişdir. xx xxxxx 2020-ci il tarixdən Elşənin evinin elektrik, suvaq, boya və s işlərini görməyə başlamış, Elşən hər gün səhər tezdən İsmayıllı şəhəri, mərkəzi bazara işinə getmişdir. O, isə Elşənin evində işini görmüş, Elşənin arvadı Qanuni nümayəndə Mayram qızı ona yemək bişirmişdir. Elşənin və Nərminin birgə nikahlarından 4 azyaşlı uşaqları, 2 qız və 2 oğlu vardır. Əlinin 4 yaşı var, bildiyinə görə hələ məktəbə getmir. xx xxxxx 2020-ci il tarixdə səhər saat 8 radələrində Elşənin yaşadığı evə gedib təmir işlərini görüb işini davam etdirməyə başlamış, Elşən yenə də işə getmişdir. Arvadı Nərmin, anası Məryəm, 5- 10 yaş arasında olan adlarını bilmədiyi 2 qızı, Əli adlı oğlu və adını bilmədiyim digər oğlu da evdə olmuşdur. İşə başlayandan sonra uşaqlar yuxudan durmuş, Nərminin adını bilmədiyi anası onların evinə qonaq gəlmişdir. Günortaya qədər evin otağının haşiyələrini vurmuş, günorta nahar etmiş, nahardan sonra anası Almarə də Elşənin evinə qonaq gəlmişdir. Saat artıq 16 radələri olmuş, evin otağında anası Almarə, dayısının arvadı Məryəm, Elşənin arvadı Nərmin və 4 azyaşlı uşaqları da olmuşdur. İşini saxlayıb onların olduğu otağa getmiş və o, da çay içməyə başlamış, Nərmin tez-tez otağa girib-çıxmışdır. O, həmin vaxt fikirləşmişdir ki, azyaşlı Əlini bir bəhanə ilə evin alt mərtəbəsindəki yerə aparsın və orada onun bədəninə cinsi orqanını sürtüb ehtirasını başa çatdırsın. Cinsi orqanı sərtləşmiş, otaqdan çölə çıxdıqdan sonra Əli özü də otaqdan çıxmışdır. Evin pilləkənində Əlinin əlindən tutub onu alt mərtəbədə yaşayış olmayan təmir otağa aparmış, Əlinin əynində göy rəngli şalvar, ağ, boz və göy rənglərdən ibarət yaxası düyməli jaket də olmuşdur. Orada Əlinin arxa tərəfindən tutub nəfəslikdəki kiçik ölçülü yerə qaldırmış, Əli əlləri ilə daşdan tutmuş, ayaqlarını isə yerə sallamışdır. Əlləri ilə onun qarın nahiyəsindən özünə tərəf tutmuş, Əli ona qarşı nə etdiyini bilməmişdir. Əlinin başını qarışdırmaq üçün ona evi təmir edib yekunlaşdıracaqlarını, işlərini qurtaracaqlarını və s. işlər görəcəyini deyib başını qarışdırmışdır. Məqsədi isə Əlinin səsini çıxarmaması və dayandığı yerdən çıxıb getməməsi olmuş, sərtləşmiş cinsi orqanını şalvarından çıxarmamış bir qədər şalvarın üstündən onun şalvarının üstünə sürtüşdürmüş, şalvarının zəncirbəndini açıb cinsi orqanını çölə çıxartmışdır. Əlinin şalvarını əynindən çıxarmamış hər iki əli ilə onun qarın nahiyəsindən qucaqlayıb özünə sıxaraq cinsi orqanını onun şalvarının üst hissəsindən sürtməyə başlamış, bundan təxminən 5 dəqiqədən sonra artıq cinsi ehtirasını başa çatdırmışdır. Əlidən aralaşıb spermasını yerə boşaltmış, ancaq cinsi orqanını hələ göy rəngli cins şalvarının içinə salmamışdır. Əlidən artıq 1 metr arxa tərəfdə olmuş, həmin vaxt sağ tərəfdəki boş pəncərədən Əlinin anası Nərminin ona “neynirsən burda” deyə bildirdikdə o, çaşbaş qalmışdır. Nərminə “heç nə bacı” deyə cavab vermiş, Nərmin qabaqdan istiqamətini dəyişib gəldikdə o, cinsi orqanını şalvarının altına salmış, Əli isə özü qabaq nəfəslikdən aşağı tullanmışdır. Bundan sonra isə evə çıxmış, işini davam etdirməyə başlamış. Nərmin də Əlini evə aparmışdır. Təxminən 10-15 dəqiqə də işlədikdən sonra yorğun olduğunu görüb anası Almarəyə yorğun olduğunu və evə gedib yatmaq istədiyini bildirmişdir. Anası Almarədən əvvəl o, çıxıb yaşadığı evə getmiş, anası Almarə də saat 19 radələrində yaşadığı evə gəlmişdir. Həmin gün xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində evdə yatdığı vaxt anası Almarə onu oyadaraq İsmayıllı rayon polis əməkdaşlarının onu çağırdıqlarını demiş, o, da qapıya çıxmış, polis əməkdaşları ondan yuxarıda qeyd etdiyi hadisə barədə şifahi sorğu-sual etdikdə o, da törətdiyi əməli etiraf etmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı müəllim - mütəxəssis və qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəni müdafiə edərək göstərdi ki, 5 yaşı var, hələ məktəbə getmir, yazmağı, oxumağı bilmir. Evlərində anası Nərmin, atası Elşən, bacıları Nazlı və Məryəm, qardaşı Şəhriyar və nənəsi Məryəm yaşayır. Tural əmi evlərində ustalıq etmişdir, xx xxxxx 2020-ci il tarixdə günortadan sonra evlərinə o biri nənəsi də gəlmiş, evin yuxarısında eyvanda olarkən Tural əmi onun qolundan tutub pilləkənlə aşağı düşürtmüş və evin altına aparmışdır. Tural əmi onunla söhbət etməyə başlamışdır. Daha sonra onu arxadan qucaqlayıb yuxarı qaldırmış, əli ilə pəncərənin qırağından tutmuş, ayaqları yerə çatmamış, arxadan ona nəsə toxunmuşdur. Arxasında ağrı hiss etmiş, Tural əminin onu evin altına nəyə görə apardığını bilməmişdir. Anası Nərmin onu çağırmış və gəlib yan pəncərədən onları görmüşdür. Bu vaxt Tural əmi onu arxadan buraxmış, o, qabaq pəncərədən yerə tullanmışdır. Anası əlindən tutub onu evə aparmış, Tural əmi ona qarşı pis hərəkət etdiyinə görə axşam anası və atası ilə birlikdə polis şöbəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, ehtiyatsızlıq nəticəsində xx xxxx 2020-ci il tarixdə evlərinin ikinci mərtəbəsinin 1 otağı və zalı yanmışdır. Bu səbəbdən də evi təmir etmək üçün qayınanası Məryəm baldızı oğlu Təqsirləndirilən şəxs işləmək üçün 2020-ci ilin aprel ayının axırlarında təxminən 4 gün olardı ki, bərpa işləri görməsi üçün onların evlərinə gətirmişdir. Tural evin otağına ağ üzlük çəkmiş, boya vurma və s. işlər görmüşdür. İşin sonunda Elşən onun zəhmət haqqısını verəcəkmiş. xx xxxxx 2020-ci il tarixdə səhər tezdən saat 16 radələrində əri Şahid1 İsmayıllı şəhəri mərkəzi bazara getmiş, Tural isə həmin gün saat 8 radələrində işləmək üçün yenidən yaşadıqları evə gəlmiş, Tural həmin gün işləməyə başlamış və günorta saat 13 radələrində evlərində nahar da etmişdir. Həmin gün saat 14 radələrində anası Şahid2 onu və azyaşlı uşaqlarını görmək üçün evlərinə gəlmiş, bundan 1-2 saat sonra saat təxminən 16 radələrində Turalın anası, X4 da yaşadıqları evə gəlmiş, Almarə də evin otağında onunla, qayınanası və azyaşlı uşaqları ilə çay içib söhbət etməyə başlamışdır. Tural da işlədiyi otaqdan gəlib onların otağında oturub çay içmiş və sonra yenidən öz işi ilə məşğul olmuşdur. Tural qohumları olduğu üçün onlarla bir süfrə arxasında əyləşmiş, bildiyindən Turalı anası Almarə övladlığa götürmüşdür. Saat təxminən 17 radələrində azyaşlı oğlu 2015-ci il təvəllüdlü Əlinin evdə olmadığını görmüş, qızları Nazlı və Məryəm evdə yanlarında olmuş, digər oğlu Şəhriyar isə yatmışdır. Nazlı və Məryəmdən Əlinin harada olduğunu soruşduqda onlar ona az əvvəl Əlinin otaqda olduğunu, daha sonra isə otaqdan çıxıb həyətə düşdüyünü bildirmişlər. Tural da işlədiyi otaqda olmamış, həmin vaxt ümumiyyətlə ikinci mərtəbədə olmamışdır. Daha sonra isə Əlinin harada olduğunu bilmək üçün həyətə düşmüş, evin alt mərtəbəsinin qarşısında gəzərkən Əlinin və Turalın bir-biri ilə söhbət etdiklərini eşitmiş, ancaq onların nə danışdıqlarını başa düşə bilməmiş, evin alt mərtəbəsinə doğru keçib evin otaq kimi nəzərdə tutulan boş pəncərəsindən baxdıqda Əlinin boş pəncərə yerində çömbəlmiş vəziyyətdə dayandığını, ayaqlarının aşağı sallandığını, əlləri isə nəfəsliyin daş yerindən tutduğunu, Turalın isə Əlinin arxasında olduğunu, Turalın isə əllərini boş pəncərinin alt hissəsinə qoyduğunu, Turalın cinsi orqanını şalvarın zəncirbəndindən çıxardığını, cinsi orqanının ereksiya halında olduğunu və Əlinin arxa və bel nahiyəsinə sürtdüyünü görmüşdür. Belə olduqda o, təşvişə düşmüş, Turala “neynirsən burda” deyə soruşduqda Tural çaşbaş qalıb ona “ay bacı, ay bacı” deyə bildirmiş və tələsik cinsi orqanını göy rəngli cins şalvarının içərisinə salmışdır. O, tez həmin otağa qabaq giriş hissə olan tərəfə gəlib Əlini aparmaq üçün yaxınlaşmaq istədikdə Əli nəfəslikdən aşağı tullanmışdır. Əlini Turalın aşağı tullandırıb-tullandırmağını, itələyibitələmədiyini görməmişdir. Əlinin qolundan tutub ona “birdə ona yaxın düşmə” deyərək evə qaldırmış, Turalın psixi probleminin olduğunu düşünüb əri evdə olmadığından ona qarşı hər hansı aqressiv hərəkət etməmişdir ki, ona xəsarət yetirə bilər. Evə çıxdıqdan sonra anası Minayəyə və qayınanası Məryəmə də bu barədə heç nə deməmiş, fikirləşmişdir ki, Elşən evə gəlsin və bu barədə ona məlumat verdikdən sonra Elşən necə məsləhət bilərsə elə də edərlər. Tural evə çıxmış və o, utandığından, həmçinin qorxduğundan ona heç nə deməmişdir. Tural evdə 5-10 dəqiqə qaldıqdan sonra evdən getmək istədiyini deyib çıxıb getmiş, əri Elşən saat 19 radələrində evə gəlmiş və bu barədə Elşənə demiş, daha sonra isə İsmayıllı rayon polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişlər. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə eyni məzmunlu ifadə verməklə onların göstərdiyi xüsusatları təsdiq etdi. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərmişdir ki, hadisə baş verən gün Qanuni nümayəndə evində qonaq olmuş, lakin baş verən hadisədən xəbərdar olmamışdır. Orada qonaq olduğu müddətdə hər hansı hadisənin baş verməsinin şahidi olmamışdır. Sonradan Şahid1 ona bildirməsi ilə baş verən hadisədən xəbəri olmuşdur. Birinci instansiya məhkəməsi istintaqı zamanı dindirilməsi mümkün olmayan Şahid3 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və müəyyən olunmuşdur ki, Şahid3 da məhkəməyədək icraat zamanı Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunan ərizədən görünür ki, Qanuni nümayəndə xx.xx.2020-ci il tarixdə İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (cild 01, iş vər. 02) Məhkəmə istintaqı zamanı tədqiq olunan xx xxxxx 2020-ci il tarixli “hadisə yerinə baxış protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs 2015-ci il təvəllüdlü X1 xarakterli zorakılıq hərəkətləri etdiyi və öz iradəsindən asılı olmayan səbəblərdən ifşa olunduğu yer İsmayıllı şəhərində (keçmiş Mican kəndi) X5 məxsus evin alt mərtəbəsində təmirsiz otaqdır. Həmçinin hadisə yerində foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 28-34) Məhkəmə istintaqı zamanı tədqiq olunan “Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında” x xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhərində (keçmiş Mican kəndi) Şahid1 məxsus evdə azyaşlı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək istədiyi yeri göstərməklə ilkin ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir. Həmçinin hadisə yerində foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 135-138) Məhkəmə istintaqı zamanı tədqiq olunan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7, X26 İsmayıllı rayon şöbəsindən alınmış x xxx 2020-ci il tarixli 147 nömrəli rəyindən görünür ki, 2005-ci il təvəllüdlü X8 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində hərhansı bir xəsarətin obyektiv əlamətləri və xəsarət izi aşkar edilməmişdir. (cild 01, iş vər. 130-133) Məhkəmə istintaqı zamanı tədqiq olunan Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 X18 daxil olmuş məhkəmə-komisyon ekspertizasının x xxx 2020-ci il tarixli 215 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. T.M. Zərbalıyevin cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. (cild 01, iş vər. 169-172) Məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X26 Konsultativ Poliklinika şöbəsindən alınmış x xxx 2020-ci il tarixli 151 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhərində (keçmiş Mican kəndi) qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Narkoloji” kabinetində qeydiyyatda yoxdur, lakin xx.xx.2015-ci il tarixindən “Ruhi-Əsəb” kabinetində “F20.9 Psixoatabənzər davranışlı müşahidə olunan debillik” diaqnozu ilə dispanser qeydiyyatdadır və iş üzrə zərərçəkmiş şəxs İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) xx.xx.2015-ci il təvəllüdlü X15 RMP-nin “Narkoloji və Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. (cild 01, iş vər. 141) Məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqviləyə (anlaşmaya) asan daxil olma kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs sensorperpeptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq onun iş üçün əhəmiyyətli halları qismən qavraya bilmişdir, bununla yanaşı baş vermiş hadisəni “pis hərəkət” deyə xarakterizə edir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkətlər etməyə, hadisəni özündən uydurmağa meyilli deyildir. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyəcanlı psixi-emosional halda olmuşdur. Zərərçəkmiş şəxs özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosioanl halından asılı olaraq, müqavimət göstərmək qabiliyyətinə fiziki cəhətdən malik olmasa da yüksək səslə qışqıraraq köməyə çağırmaq imkanına malik olmuşdur. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. (cild 01, iş vər. 186-188) Məhkəmə istintaqı zamanı tədqiq olunan komleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində), davranış pozuntuları ilə XBT 10 F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb və düzgün ifadə vermək qabiliyyətindədir. O, yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyilli deyildir. (cild 01, iş vər. 183-185) Məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-lifli materialların ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd jaketin səthi üzərindən tapılmış mavi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın tərkib əlamətlərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin səthi üzərindən tapılmış boz rəngli poliakril kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd jaketin tərkib liflərinə uyğun gəlirlər. (cild 01, iş vər. 173-179) Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməllərdə Cinayət Məcəlləsinin 29,150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin əməlin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,150.3.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə proseslərində verdiyi ifadələrini özünü müdafiə xarakterli və həqiqətə uyğun olmayan, cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq niyyətilə verilən ifadələr kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Belə ki, iş üzrə zərərçəkmiş şəxsin və şahidin ifadəsi, habelə cinayət işinin materiallarında olan müvafiq ekspert rəyləri onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməyə cəhd etmişdir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gələrək həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu ifadəsi həqiqəti əks etdiyi üçün məhz həmin ifadə ittihamın əsasına qoyulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün ibtidai istintaq zamanı etiraf edici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 29,150.3.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmədiyini bildirsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 150.3.3-cü maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 150.3.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Lakin məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşsa da, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı sərt hesab etməklə cəzanın məqsədlərinə uyğun bilmir. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Öyrənilən işdən bəlli olur ki, Təqsirləndirilən şəxs CM-nin 29,150.3.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Cinayət məcəlləsinin 29-cu maddəsində qeyd edilir ki, cinayət etməyə cəhd, yəni bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmayan cinayətə görə cəza təyin edilməsinin əsaslarını müəyyən edən CMnin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-nin 150.3.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə-səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə birinci instansiya tərəfindən təyin edilmiş cəzanın həddini onun törətdiyi əmələ münasibətdə adekvat olmaması qənaətindədir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8.1 və 58.3-cü maddələrinə əsasən ədalət prinsipini və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəratinə təsirini nəzərə aldığını hökmdə qeyd etsə də, ancaq həmin halları kifayət qədər nəzərə almadan Təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Halbuki, məhkəmə cinayət qanunvericiliyinin Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin başa çatmış vəziyyətdə, yəni CM-nin 150.3.3-cü maddəsinin sanksiyasını səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmasını nəzərdə tutmuşdur, hazırki vəziyyətdə isə Təqsirləndirilən şəxs başa çatmamış cinayətdə təqsirli bilinir. Bunu nəzərə almaqla birinci instansiya məhkəməsi ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edə bilərdi. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilməli, X21 Məhkəməsinin xx xxxxxxxx 2020-cu il tarixli, 1(091)-142/2020 saylı hökmü Təqsirləndirilən şəxs münasibətdə cəzaya aid hissədə dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 405.1.1-ci maddəsində göstərilir ki, cəzanin öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apelyasiya instansyası məhkəməsi birinci instansya məhkəmisinin hökmünü dəyişdirə bilər. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair X21 Məhkəməsinin xx xxxxxxxx 2020-cu il tarixli, 1(091)-142/2020 saylı hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 150.3.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X21 Məhkəməsinin xx xxxxxxxx 2020-cu il tarixli, 1(091)-142/2020 saylı hökmü Təqsirləndirilən şəxs münasibətdə qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-234/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-234/2020
25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver