Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-235/2020 26.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Cinаyət kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X12, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X16, Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə məhkum olunmasına dair X29 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(091)-114/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X29 Məhkəməsinin (sədrlik edən hakim N.Mirzəyev) xx xxxxxxxx 2020-ci il tarixli, 1(091)-114/2020 nömrəli hökmü ilə, xx xxxxx 1965-ci il tarixdə Balakən rayonunun İtitala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ortaixtisas təhsilli, X27 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 120.2.4, 132, 221.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş qalan 05 ay 23 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Balakən rayonunun İtitala kəndində qeydiyyatda olmaqla Balakən rayonunun Hənifə kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəzanın ilk 05 (beş) ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu tarixdən, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan və Balakən rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə yerinə baxış zamanı müvafiq qaydada qablaşdırılaraq götürülmüş üzərində qanabənzər ləkələr olan 1 ədəd boz rəngli qalın pencək, 1 ədəd bozarmış qara rəngli gödəkcə, 1 ədəd qara rəngli papaq, 1 ədəd tünd göy rəngli, qalın, yun parça gödəkcə, 1 ədəd tünd göy rəngli vilvet köynək, 1 ədəd üzərində ağ rəngli düyməsi olan bənövşəyi rəngli plaş, 1 ədəd yaşıl rəngli yorğan üzü, 1 ədəd matras üzü, 1 ədəd tünd qırmızı və ağ rəngli üzərində gülləri olan yun örtük, 1 cüt üzərində “CAT” yazılmış qara rəngli, boğazı parçadan olan rezin qaloş, qaloşların hər birinin içində bir ədəd corab, meyitə baxış zamanı götürülmüş 1 ədəd yerliyi qara rəngli, uzunqol, yuxarı hissədən qara düymə ilə bağlı olan, sinəsində sol tərəfdə qapaqlı cibi olan yun jaket, 1 ədəd yerliyi qara rəngdə yarım boyun, qolugödək döş hissəsində “WE BELİEVE GOODS NO DEAD NEWS BOXS” yazıları olan mayka, 1 ədəd yerliyi bozumsov üzərində ağ zolaqları olan öndən zəncirlə və 1 ədəd düymə ilə bağlanan toz torpağa bulaşıqlı, aralıq nahiyəsi nəmli şalvar, 1 ədəd qara rəngli zəncirbəndli 2 yan cibi olan alt şalvarı tələb edilmədiyindən və mərhuma məxsus dırnaq nümunələri isə dəyəri olmadığından hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, hadisə vaxtında Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd qara rəngli üzərində qanabənzər ləkələr olan gödəkcə, 1 ədəd qəhvəyi rəngli şalvar, 1 ədəd boz rəngli üzərində “Adidas” sözləri yazılmış uzunqol jaket, 1 ədəd göy rəngli uzunqol köynək, 1 cüt qara rəngli ayaqqabı, o cümlədən Təqsirləndirilən şəxs kirayədə yaşadığı evə keçirilmiş baxış zamanı götürülmüş 1 ədəd “Explay” markalı “SL240” modelli mobil telefon, 1 ədəd “Bakcell” mobil operatoruna məxsus sim kart və cib dəftərçəsi Təqsirləndirilən şəxs qaytarılması, iş üzrə 213,46 AZN (iki yüz on üç manat, qırx altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları: X29 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(091)-114/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, xx.xx.2005-ci il tarixdə CM-in 120.2.4, 132 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək xx.xx.2017-ci il tarixdə çəkilməmiş qalan 05 ay 23 gün müddətində cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda xx.xx.2019-cu il tarixdə saat 20 radələrində kirayədə yaşadığı Balakən rayonunun Hənifə kəndində yerləşən Şahid8 məxsus evdə qonşuluqda Şahid4 məxsus yarımtikilidə yaşayan tanışı xx.xx.1960-cı il təvəllüdlü X6 ilə birlikdə spirtli içki qəbul edərkən sonuncunun digər qonşuları Zeynalabid oğlunun ünvanına söyüş söyməsinə görə Məmmədhəsən Rəhimovu qolundan tutub öz yaşadığı evdən çıxardıqdan sonra sonuncunun yaşadığı yarımtikiliyə aparıb özünü Məmmədhəsən Rəhimovun şəxsiyyətinin fövqündə qoyaraq, ona əynindəki paltarları soyunub yatağına girməsi barədə göstəriş vermiş, sonuncu yatağının üzərində oturub əynindəki gödəkcəni, ayaqlarındakı qaloşları və corabları çıxardıqdan sonra onun da ünvanına söyüş söyməsində ifadə olunan cüzi səbəblə, yəni heç bir əsaslı səbəb olmadan sonuncunu öldürmək qərarına gəlmiş, yaşadığı evdən özü ilə gətirdiyi taxta parçası ilə Məmmədhəsən Rəhimovun başına bir neçə dəfə qəsdən zərbələr vurmuş, zərbələrin təsirindən Məmmədhəsən Rəhimovun sol çiyni üstdə yatağa düşməsindən sonra öz cinayətkar niyyətini başa çatdırmaq məqsədilə sonuncunun başına həmin taxta parçası ilə daha bir dəfə zərbə vurmuş, Məmmədhəsən Rəhimovun ayaqlarını yerdən qaldırıb çevirib üzüaşağı yatağa uzadıb üzərinə sarı-yaşıl rəngli yorğan, tünd qırmızı rəngli üzərində güllər olan yun örtüyü və qara rəngli gödəkcəni örtdükdən sonra hirsi soyumadığı üçün həmin vaxt üzüaşağı vəziyyətdə olan Məmmədhəsən Rəhimovun başının ənsə nahiyəsinə taxta parçası ilə daha bir neçə dəfə qəsdən zərbələr vuraraq sonuncuya sağlamlığa yüngül zərərvurmaya aid edilən sol gicgahın aşağısında 01 ədəd sıyrıq, sağ göz qapaqlarında şişkinlik, eynək simptomu, alnında ön hissədə 01 ədəd qançır, burnunda üst yuxarı səthdə 02 ədəd sıyrıq, sifətinin sağ hissəsində 01 ədəd sıyrıq, dilinin ucunun alt hissəsində qansızma, başının yuxarı ənsə nahiyəsində 01 ədəd yara, sol təpənin arxa yuxarı tərəfində 01 ədəd, təpənin arxasında orta səthdə 01 ədəd yara, ön təpədə 01 ədəd yara, ənsənin sağ aşağı qabarında hematoma, həmçinin ölümə səbəb olan həyat üçün təhlükəli sağlamlığa ağır zərərvurmaya aid sağ ənsə sümüyündə kəllə əsasına keçən 03 qəlpədən ibarət yerdəyişməli qəlpəli sınıqlar, baş beyində əzilmə, qansızma-ödem xəsarətləri yetirərək xuliqanlıq niyyəti ilə qəsdən Məmmədhəsən Rəhimovu öldürmüş, yəni sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. X29 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(091)-114/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ona həddindən artıq ağır cəza vermişdir. O, barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X9 apellyasiya şikayətinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X21 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, X29 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(091)-114/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, apellyasiya şikayətini təmin edilməsini və ona yüngül cəza verilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 399.1 və 399.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 399.1.4-cü maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci insatansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, avto yuma məntəqəsində maşınların yuması ilə məşğul olurdu. Məmmədhəsən Rəhimov onun qonşuluğunda yaşayırdı və o bir neçə dəfə onunla birlikdə çay içib. Rayonda bayraq meydanının yanında Rəhimov Məmmədhəsən ona spirtli içki almaq məqsədi ilə 10 manat məbləğində pul verib. O da həmən pula spirtli içki, kolbasa, çörək alıb evə gedib. O evə çatanda Rəşadgilin evində dava dalaş gəldiyni görərək əlindəki aldığı ərzaqları evinə qoyaraq yenidən küçəyə çıxmışdır. Küçəyə çıxdıqdan sonra o Məmmədhəsəni çağırıb və nə baş verdiyini soruşanda o heç nə baş vermədiyini bildirmişdir. Onun içkili olduğunu görüb onu aparıb evində yatızdırıb. 2-ci gün o, işdən gələndə Məmmədhəsən, Rəşad və Rəşadın həyat yoldaşı ilə ayaq yolu üstündə dalaşdığını görmüşdür. Sonra Məmmədhəsən onun evinə gələrək onu səsləyib və onun çıxmadığını görərək söyməyə başlayıb. Bu zaman onun evində olan qadında Məmmədhəsənin səsini eşidib qorxmuşdur. O,evin arxasına keçərək Məmmədhəsəni izləməyə başlamışdır. Bu zaman Şahid2 əlindəki butulkayla Məmmədhəsənin baş hissəsinə vurmuşdur. Məmmədhüseyn yerə yıxılmışdır. O başlamışdır Rəşadı izləməyə ki, görsün o neynir. Rəşad Məmmədhəsəni çağırıb onun başından vurmuşdur. O gəlib baxanda Məmmədhüseyn ölməmişdir. O onu uzandırından sonra çıxıb evə gedib. İbtidai İstintaqda o taxtayla 2 dəfə onun arxa hissəsinə vurduğunu bildirmişdir. İbtidai İstintaq zamanı o, Rəşadın butulka ilə Məmmədhüseyni vurduğunu bildirməyib. O, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, CM-in 120.2.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək hadisə günü yaşananlar barədə, yəni mərhum zərərçəkmiş şəxslə olan münasibəti barədə, onunla görüşüb yeyib-içmələri barədə, daha sonra mərhumun söyüş söyməsi ilə bağlı aralarında yaşanan mübahisə və bunun nəticəsində ona taxta parçası ilə bir neçə dəfə vurması barədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş, lakin zərərçəkmiş şəxsi qətlə yetirmədiyini, mübahisə zamanı ona sonuncunun ölümünə səbəb olan xəsarətləri yetirmədiyini, aralarında yaranan mübahisə zamanı əlinə götürdüyü taxta parçasının nazik taxta parçası olduğu, həmin taxta parçası ilə yetirilən xəsarətlərin insanı öldürməyə heç bir halda səbəbiyyət verə bilməyəcəyini göstərmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm birinci instansiya məhkəməsində, həm də hazırkı məhkəmə kollegiyasının iclasında verdiyi ifadələrində zərərçəkmiş şəxsi onun öldürməməsi ilə bağlı göstərdiyi xüsusatları həmin halların obyektiv gerçəkliyi əks etdirməməsi səbəbindən ianandırıcı qəbul etmir. Əksinə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini daha mötəb və inandırıcı qəbul edir. Çünki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, o cümlədən müdafiəçinin iştirakı ilə video çəkilişlə ifadəsi hadisə yerində yoxlanılan zaman verdiyi ifadəsində hadisənin baş vermə mexanizimi tam təfsilatı ilə əks olunur. Bu baxımdan da həmin sübutlar yəni, Təqsirləndirilən şəxs ifadəsinin hadisə yerində yoxlanması protokolu və aparılmış çəkilişi əks etdirən video görüntülər məhkəmə kollegiyasının iclasında tədqiq edilmişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, “...Onlar yeyib-içəndən sonra şəkilinin Rəşadın ünvanına çox ucadan söyüş söydüyünü görüb, ona evdən çıxmasını demiş, şəkili gödəkcəsini əyninə geyinəndən sonra onu sol qolundan tutub evindən çıxartmış, şəkili evdən çıxıb pilləkənlərin üstündə ayaqqabılarını geyinib aşağı düşəndə söyüş söyməməsi üçün xəbərdarlıq etmək məqsədilə onun qolundan tutmaq istəyəndə şəkili axırdan ikinci pilləkənin üstündən üzüaşağı yerə yıxılmış və tez yerdən durmuşdur. Şəkilinin yerə yıxılmasından heç bir xəsarəti yaranmamışdır. Şəkilinin sol qolundan tutub onu həyətindən çölə çıxartmaq üçün aparmış, bu vaxt şəkili yenə onun həyətində ucadan Rəşadın ünvanına söyüş söymüş, o da bundan çox əsəbiləşərək həyətin darvazasının qabağında olan odun parçalarının yığıldığı yerdən bir ədəd taxta parçası götürərək şəkilinin yan tərəfinə iki dəfə taxta ilə çox da bərk olmayan zərbələr vurub onun həyətində söyüş söyməməsini tələb etmişdir. O, şəkiliyə bildirmişdir ki, “mən həbsdən təzə çıxmış adamam, ev yiyəsi də məni evdən çıxartmaq istəyir, səs-küy salma, yoxsa sənə görə məni evdən çıxaracaqlar”. O, şəkilinin sol çiyininə keçib onu tutub yol boyu üzüyuxarı onun qaldığı yerə tərəf aparmış, şəkili qaldığı həyətin qarşısında olan taxta hasarın qabağında yenə Rəşadın ünvanına söyüşlər söymüş, onu sakitləşdirmək istəsə də, şəkili ona qulaq asmamışdır. O, şəkilinin onun sol qolundan tutub taxta hasarın arasından keçib onu da oradan keçirtmiş, bu vaxt onun ayağı oradakı daşların üstündə sürüşdüyündən o, arxası üstdə yıxılıb oturmuş, amma şəkili kişini tutduğundan sonuncu yerə yıxılmamışdır. Məmmədhəsən Rəhimovu pilləkənlərlə qalxıb tikilidə olan yatağının yanına aparmış, həmin vaxt bayaq götürdüyü taxta parçası əlində olmuşdur. Şəkili ona demişdir ki, “sən də onların tayısan, onlar məni soyuqda qoyublar, sən də məni evinə buraxmırsan”. Şəkili yatağa çatan kimi orada oturmuşdur. O, M.Rəhimova demişdir ki, “yekə kişisən az söyüş söy, içkilisən əynini soyun yat”. Şəkili qara rəngli kurtkasını soyunub bükələyib başının altına qoymuş, ayağındakı qaloşları ayaqlarını bir-birinə sürtməklə çıxartmış, sonra da corablarını çıxardıb, yatağın üstünə ayaq tərəfdə qoymuşdur. Ayaqlarını da ayaqqabılarının üstünə qoyub oturmuşdur. O, şəkiliyə xəbərdarlıq etmişdir ki, söyüş söyməsin, burada qonşular var və onunla birlikdə olduğu üçün o da kənddə biabır olacaqdır. Bu vaxt şəkili onun ünvanına söyüş söymüş, şəkilinin söyüş söyməsinə görə hirslənib sağ əlindəki taxta ilə onun sağ tərəfdən başına çəpinə bir dəfə zərbə vurmuş, şəkili zərbənin təsirindən “ay” deyə səs çıxartmış və onun var-yoxuna söymüş, şəkilinin onun var-yoxuna söyməsi onu həddindən çox əsəbiləşdirmiş və özündən çıxartmışdır. O, əlindəki taxta ilə yenə eyni tərzdə sağ əlini soldan sağa gətirərək taxta ilə şəkilinin başına daha bir dəfə əvvəlkinə nisbətən sərt zərbə vurmuş, zərbənin təsirindən Məmmədhəsən Rəhimov üzü divara tərəf sol çiyni üstdə yatağın üstünə yıxılmış, bu vaxt o, sol qolunu qarnına sıxmış, sağ qolunu isə başına tutmuşdur. O, hirsindən yenə şəkilinin başına bir dəfə də üstdən aşağı sağ tərəfindən sərt şəkildə həmin taxta parçası ilə onun başına vurmuşdur. Bu dəfə vuranda şəkilidən səs çıxmamışdır. O, şəkilinin ayaqlarını yerdən qaldırıb çevirib yatağına uzatmış, şəkili ağzı üstdə uzanıqlı olmuş, sonra orada olan yorğanı, yorğandan sonra oradakı pakrıvalı-örtüyü, sonra da pencəyə oxşayan nəyisə onun üstünə sərmişdir. Həmin örtüklər yataqda şəkilinin ayağı tərəfdə yumurulanıb iç-içə yığılmışdır. O, yorğanı açanda onlar da onun arasından çıxmışlar. Bundan sonra hirsi soyumadığı üçün o şəkilinin üzüaşağı vəziyyətdə olanda başına 1 ya 2 dəfə də əlindəki taxta parçası ilə zərbə vurmuşdur. O, şəkilini vurandan sonra üstünü örtmüşdür ki, şəkili yatsın...” Qeyd olunan ifadələr tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, onun Məmmədhəsən Rəhimovu öldürmək niyyəti olmamış, sonuncu onu söydüyü üçün hirslənib onu cəzalandırmaq məqsədilə əlində olan taxta ilə onu bir neçə dəfə yavaşca vurmuşdur. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X17 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, mərhum X6 onun böyük qardaşı olmuş, onların münasibətləri yaxşı olmuşdur. Mərhumun iki oğlu və dörd qızı olmuşdur. Məmmədhəsən sağlığında fəhləlik etməklə, çoban işləməklə dolanışığını təmin etmiş, son bir il yarımdır ki, Balakən rayonuna işləməyə getmişdir. Mərhumun sağlığında dediyinə görə o, Balakən rayonunda qul bazarı deyilən yerdə durub müştəri gözləmiş və kirayə qalmışdır. Onlar onun küçələrdə qaldığını bilməmişlər. Məmmədhəsən 1994-1995-ci illərdə Balakən rayonunda fəhləlik etmiş, ona görə az-çox Balakəni tanımışdır. Qardaşının düşmənləri olmamış, heç kimlə münaqişəsi və ədavəti olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş şahid qismində dindirilmiş Şahid2 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, təxminən 4 ay bundan əvvəl, yəni təxminən 2019-cu ilin avqust ayında o, həyətindəki otları təmizləmək üçün Lenin bağından fəhlə gətirmiş, həmin fəhlənin adını bilməmişdir. Fəhlə ilə danışanda o, Şəkinin Baltalı kəndindən olduğunu, burada heç kiminin olmadığını və parklarda skamyaların üstündə gecələdiyini demişdir. Fəhlə 3 gün onun həyətində işləmiş və buna görə fəhlənin istədiyi 30 manat məbləğində pulu ona vermişdir. O, həmin fəhlənin adını bilməmiş, onu “Bete” deyə çağırmışdır. Bete onun həyətində işlədiyi ikinci gün qonşusu Murtuzəli də onlara gəlmişdir. Onlar çay içəndə Murtuzəli Betenin acınacaqlı şəraitdə yaşadığı barədə dediklərini eşidib Beteyə demişdir ki, evinin üstü yapılandan sonra yağış altında qalmasın, gəlib orda qalsın. Bete onların evində 3 gün işləyəndən sonra çıxıb getmişdir. Təxminən bir ay sonra Murtuzəli evinin damını yapdırmış, elə bu ərəfələrdə Bete onların qapısına gəlib ondan iş olub-olmamasını soruşmuş, o, Murtuzəlinin evinin damının yapıldığını görüb, bundan sonra Murtuzəlinin yarımtikilisində yaşamağa başlamışdır. Bete səhərlər evdən getmiş və adətən axşam saatlarında evə qayıtmışdır. Onun Beteyə yazığı gəldiyindən onlar ona isti çay vermişlər. Ailə üzvləri yatanda üstünə sərməsi üçün qalın yorğan da vermişlər. Digər qonşuları Cahangir də ona divanın üzərində olan matrası vermişdir. Bete sakit adam olmuş, heç kimlə işi olmamışdır.Təxminən xx.xx.2020-ci il tarixdə qonşusu Murtuzəli onlarla qonşuluqdakı torpaq sahəsində olanda onun oğullarından Beteni görüb-görmədiyini soruşmuş, o da həmin vaxt onlara yaxınlaşmışdır. Murtuzəli ondan da Beteni görübgörmədiyini soruşmuş, o isə demişdir ki, Beteni görməmişdir. Bundan sonra uşaqları gedib yarımtikilinin pəncərəsindən baxıb gəlib demişlər ki, Betenin yeri yığılıb ayaqqabıları da oradadır. Murtuzəli ona demişdir ki, gedib baxsın, o da demişdir ki, “get özün bax”. Murtuzəli də onların evin arxa tərəfindən gəlib yarımtikilinin içinə girib baxıb onun öldüyünü görmüşdür. Bundan sonra Murtuzəli aidiyyatı orqanlara zəng eləyib xəbər vermişdir. İfadəsinin davamında göstərmişdir ki, Məmmədhəsən Rəhimovu vurmamış, Beteni ayaqyolunu çirkləndirdiyi üçün xx.xx.2019-cu il tarixdə yavaşca sol çiynindən itələmiş, o da yerə yıxılmışdır. Onların arasında hər hansı mübahisə, dava-dalaş olmamışdır. Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, mərhum Məmmədhəsən Rəhimovu qonşusu Şahid2 evinin həyətində fəhlə olaraq otları yığıb təmizləyən zaman görmüş, orada Rəşaddan onun kim olmasını soruşmuş, Rəşad həmin şəxsin fəhlə olaraq gəldiyini və Şəki şəhərindən olduğunu demişdir. Növbəti gün bir daha Rəşadın evinin həyətinə gedən zaman orada yenə Məmmədhəsəni fəhlə olaraq işləyəndə görmüş və ondan harada gecələməsini, hansı rayondan olmasını soruşmuş, M.Rəhimov isə ona Şəki rayonundan olduğunu və gecələri parkda gecələdiyini demişdir. M.Rəhimov ondan Rəşadın evinin yanında olan ona məxsus yarımtikili iki mərtəbəli binada gecələmək üçün icazə istəmiş, o isə ona evin dam örtüyünün olmamasını bildirmiş, Məmmədhəsən isə dam örtüyü vurulduqdan sonra gecələmək üçün bir daha icazə istəmiş, o isə Məmmədhəsənə bunun mümkün olduğunu demişdir. O, həmin gündən sonra onu bir daha görməmişdir. O, həmin şəxsin adını “Bete” bilmiş, çünki Rəşad onu elə çağırmışdır. Adının Məmmədhəsən olmasını o öldükdən sonra bilmişdir. Təxminən 2019-cu ilin noyabr ayının əvvəllərində ona məxsus yarımtikili binanın dam örtüyü vurulmuşdur. Daha sonra isə təxminən 2019-cu ilin noyabr ayının ortalarında həmin yerə getmiş və orada mişar daşlarının üstünə qoyulmuş yataq kimi istifadə olunan divanın oturacaq hissəsi, yanında isə sellofan torbanın olmasını görmüşdür. Bu zaman Rəşadın evinə gedərək ona məxsus yarımtikilidə Betenin qalıbqalamasını soruşmuş, Rəşad isə ona betenin orada qalmasını demişdir. Daha sonra həmin gündən təxminən 15 gün sonra bir daha ona məxsus yarımtikiliyə gedib baxan zaman orada yataqdan əlavə bəzi paltarlarının da olmasını görmüş və yenə gedib Rəşada Betenin əşyalarının çoxalmasını deyib onu görübgörməməsini ondan soruşmuşdur. Rəşad isə onu çoxdandır görmədiyini demişdir. Həmin binanı oğlu Elşən üçün tikdirmiş, maddi vəziyyətinin yaxşı olmaması səbəbi ilə həmin tikili yarımçıq qalmışdır. O, həmin yerə arada bir gedib günorta saatlarında nəzarət etmişdir. Məmmədhəsən görünür gec gəlib səhər tezdən də getdiyi üçün onu görməmişdir. İstəmişdir ki, Məmmədhəsəni görüb orada qaldığı üçün iradını bildirsin. Betenin meyitini aşkar etməmişdən əvvəlki son bir həftədə, ümumiyyətlə ora getməmişdir. xx.xx.2019-cu il tarixdə o, həmin binanın arxasında olan zaman Rəşadın azyaşlı oğlu Eltun onun yanına gələrək yarımtikili binanın birinci mərtəbəsində olan yataqda həmin kişinin yatmasını və hərəkət etməməsini demişdir. Bu zaman yaxınlıqda olan Rəşaddan gedib ora baxmasını xahiş etmiş, lakin Rəşad ona “mənim nə işim var” demiş və o, özü getmişdir. Ora getdikdə görmüşdür ki, Məmmədhəsən üzü üstə yataqda uzanmış, üstü isə yorğanla, yorğanın da üstündən isə qara gödəkcə örtülmüşdür. Onun başı qartmaqlamış, üstündə isə milçək olduğundan, həmçinin hərəkət etməməsi səbəbi ilə onun ölməsi qənaətinə gəlmiş və dərhal öz evinə gedib kənd icra nümayəndəsi Şahid5 zəng edərək onun ölməsi barədə məlumat vermişdir. Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş birinci instansiya məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid5 məhkəməyədək icraat zamanı verdikləri ifadəni müdafiə edərək ona uyğun ifadə vermişlər. Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Şahid6 məhkəməyədək icraat dövründəki ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid6 göstərmişdir ki, Balakən şəhərində yerləşən Mərkəzi bazarın arxa tərəfində yerləşən qaz doldurma məntəqəsinin yanındakı “515” adlı kafeni icarəyə götürərək işlədir. Təqsirləndirilən şəxs işlətdiyi kafeyə müştəri qismində gəlməsi ilə bağlı tanımışdır. X1 ora gələndə Hacımurad adlı şəxs onun işlətdiyi kafeyə gəlib-getməyə başlamışdır. Bir müddət sonra Samirə Hacımuraddan ayrılmış, elə həmin ərəfələrdə Hacımurad işlətdiyi kafedə Balakən rayonu Rocəhməd kəndindən olduğunu bildiyi Rahilə adlı qadınla tanış olmuş, Hacımurad ona həmin qadınla kəbin kəsdirməyə razılaşdığını bildirmişdir. Təxminən 10-15 gün bundan əvvəl Hacımurad kafeyə gələrək onun istifadəsində olan telefonu ilə Rahiləyə zəng etməsini istəmiş, o da Rahiləyə zəng edib Hacımuradıın onu kafedə gözlədiyini bildirmişdir. Həmin gün Rahilə kafeyə gəlməmiş, Hacımurad da orada bir müddət gözləyib, həmişəki kimi təxminən 300 ml-lik şüşə qabda araq içib çıxıb getmişdir. xx.xx.2019-cu il tarixdə saat təminən 17 radələrində Hacımurad yenidən kafeyə gəlmiş, həmin gün o, çox kefsiz görsənmiş və heç kimlə də danışmamışdır. Hacımurad ondan Rahiləyə zəng etməsini xahiş etmiş, o da Rahiləyə zəng etmiş, lakin Rahilə Hacımuradla yaşamaq istəmədiyini demiş və bir qədər sonra Hacımurad yenə spirtli içki içib çıxıb getmişdir. Hacımurad kafeyə həmişə tək gəlib-getmiş, o, Hacımuradın yanında başqa adam görməmişdir. Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid X7 məhkəməyədək icraat dövründəki ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Rahilə Ərəbçiyeva göstərmişdir ki, təxminən 2019-cu ilin noyabr ayının axırlarında Hacımuradı xəstə oğluyla Balakən şəhərindəki Mərkəzi Bazarın arxasında yerləşən Zəminənin kafesində çay içərkən orada görmüş və tanış olmuşdur. Hacımurad onunla kəbin kəsdirərək bir yerdə yaşamağı təklif etmişdir. O isə sonradan Hacımurad barəsində maraqlananda onun əvvəllər arvadını öldürdüyünü və uşaqlarının onu evdən qovduğunu öyrəndiyi üçün onunla əlaqə saxlamaq istəməmişdir. Hacımurad bir-iki dəfə Zəminənin vasitəsilə ona zəng elətdirərək kafedə onu gözlədiyini bildirsə də, onunla görüşmək istəmədiyi üçün onunla görüşməmişdir. Hacımuradın ona Zəminənin telefonu ilə nə vaxt zəng elədiyi yadında qalmamışdır. Hacımurad onunla həmişə Zəminənin telefonu vasitəsilə əlaqə saxlamışdır. Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Şahid8 məhkəməyədək icraat dövründəki ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid8 göstərmişdir ki, o, Balakən rayonu Hənifə kəndində həyat yoldaşına məxsus evdə yaşayır. Həmin kənddəki mərhum anasına məxsus ev boş olduğundan onu müxtəlif şəxslərə kirayəyə vermişdir. Təxminən 2018-ci ilin ortalarından o, həmin evi əvvəllər tanımadığı, evinin yaxınlığındakı avtoyuma məntəqəsində işləyən Hacımurad adlı şəxsə onun xahişi ilə aylıq 30 manata kirayəyə vermişdir. O, arada Hacımurada kirayəyə verdiyi həyətə baxanda orada yerə tökülmüş yarpaqların yığılmadığını, həyət-bacanın səliqəsiz və natəmiz olduğunu görmüş, ona görə də, təxminən 2019-cu ilin dekabr ayının əvvəllərində o, Hacımuraddan evdən çıxmağını istəmişdir. Hacımurad isə ondan möhlət istəmiş, həyəti yığışdıracağını demişdir. Həm də sonradan o, Hacımuradın əvvəllər arvadını öldürdüyünü və buna görə həbsdə yatdığını eşitdiyi üçün onunla evdən çıxması üstündə mübahisə etmək istəməmiş və ona evdən çıxmasını mülayim dildə başa salmaq istəmişdir. Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Şahid9 məhkəməyədək icraat dövründəki ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid9 göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə təxminən saat 20-21 radələrində tanımadığı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng gəlmişdir. Zəng edən atası Mustafayev Müslümlə birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmiş Hacımurad adlı şəxs olmuşdur. Hacımurad ondan atasının həbsdən azad olub-olmamasını soruşmuş və ona Bakı şəhərində iş tapmağına kömək etməsini xahiş etmişdir. O da Hacımurada bildirmişdir ki, atasının həbsdən çıxmağından xəbəri yoxdur və ona işlə bağlı kömək edə bilməyəcəkdir. Bu danışıqdan sonra telefonu söndürmüşdür. Hacımurad əvvəllər də ona bir neçə dəfə öz nömrəsindən, yəni xx.xx.2019-cu il tarixdə zəng etdiyi nömrədən fərqlənən nömrədən zəng etmişdir. O, Hacımuradla münasibət saxlamaq istəmədiyi üçün son vaxtlar onun telefon zənglərinə cavab verməmişdir. xx.xx.2019-cu il tarixdə Hacımurad ona tanımadığı nömrədən zəng etdiyi üçün o, zəngə cavab vermişdir. Həmin danışıq təxminən 1 dəqiqə çəkmiş, bundan sonra Hacımurad ona bir də zəng etməmişdir. Danışıqları zamanı o, Hacımuradın səsində heç nə hiss etməmiş və hər hansı başqa bir şəxsin səsini eşitməmişdir. Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri - Balakən rayonu Hənifə kəndində vətəndaş Şahid4 məxsus həyətyanı torpaq sahəsində olan ikimərtəbəli, dam örtüyü olan, qapı və pəncərələri olmayan yarımçıq tikilidir. (cild 01, iş vər. 7-19) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, meyitin başının yuxarı ənsə nahiyəsində 4 x 0.2 sm az qövsvari sümüyə keçməyən yara, yara ətrafında sol təpənin arxa tərəfində 3 x 0.2 sm ölçüdə dəri səthindən aşağıda qonuru az qaramtıl sıyrıq, təpənin arxasında orta səthdə 5.2 x 0.6 sm ölçüdə nahamar yara, ön təpədə 3 x 0.4 sm ölçüdə kənarları nahamar sümüyə qədər yara vardır. Yaralar köndələn istiqamətlidir. Sol gicgahın aşağısında 1.5 x 1 sm qırmızımtıl rəngli dəridə aşınma, sağ göz qapaqlarında və göz altında tünd bənövşəyi şişkinlik, alnında ön hissədə 4 x 3 sm açıq qırmızımtıl qançır, burnun üst yuxarı səthində 1 x 0.8 sm və 1.2 x 0.5 sm səthi açıq qırmızı epidermisi az aşınmış sıyrıqlar, sağ sifətində 1.5 x 1 sm ölçüdə dərisi aşınmış sıyrıq, sağ əlin 1-ci barmağının kökündə arxa səthində 1.5 x 1 sm ölçüdə qartmaqlı yara xəsarətləri vardır. Əllədikdə ənsə nahiyəsində sümük kreptasiyası hiss olunmuş, meyitin daxili müayinəsi zamanı ənsə sümüyündəki kreptasiyanın basılmış, qəlpəli, yerdəyişməli sınıq olduğu müəyyən edilmişdir. (cild 01, iş vər. 22-30) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş Balakən RPŞ-dən daxil olmuş xx.xx.2019-cu il tarixli 109-26101-1219 nömrəli məktubdan görünür ki, Balakən RPŞ-dən tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində X3 məxsus ***-***-**-** saylı nömrədən xx.xx.2019-cu il tarixində Şahid9 məxsus 050-300- 66-57 nömrəsi ilə telefon danışığı aparılmışdır. Keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, mərhum X3 məxsus ***-***-**-** nömrəsindən xx.xx.2019-cu il tarixdə əvvəllər CM-in 120.2.4-cü maddəsi ilə məhkum olunmuş, Balakən rayonu İtitala kəndində pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs danışıq aparmışdır. (cild 01, iş vər. 136) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs yaşadığı evə və hadisə yerinə təkrarən keçirilmiş baxış zamanı tərtib olunmuş xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, baxış zamanı evdə çarpayının altındakı çantanın içindəki sarı rəngli parça torbaya baxarkən oradan saç qırxan aparat və onun aksesuarlarının arasından 1 ədəd “Bakcell” mobil operatoruna məxsus sim kart aşkar edilmişdir. Sim kartın bir üzündə ağ rəngli fonun üzərində “Bakcell”, “**********”, “**********” yazılmışdır. Daha sonra Təqsirləndirilən şəxs göstərdiyi asılqandan asılmış pencəyin iç cibindən bir ədəd qara rəngli mərkəzi hissəsində “EXPLAY” yazısı olan mobil telefon aşkar edilmişdir. Telefonun arxa qapağını açdıqda 1 ədəd qırmızı rəngli batareya aşkar edilmiş, lakin sim kart aşkar olunmamışdır. Habelə aşkar edilmiş sim kartı aşkar edilmiş telefona daxil etmək istədikdə telefonun sim kart üçün nəzərdə tutulmuş yerinə həmin yerdəki deformasiya ilə bağlı sim kartı daxil etmək mümkün olmamışdır. Telefona baxış zamanı telefonun içərisində bütün məlumatların silindiyi, bütün qovluqların boş olduğu və içərisində iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumatın olmadığı müəyyən olunmuşdur. Aşkar edilmiş sim kartı başqa bir mobil telefon cihazına daxil edib həmin nömrədən zəng etdikdə sim kartın ***-***-**-** nömrəli olduğu müəyyən edilmişdir. (cild 01, iş vər. 144-156) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 16 nömrəli rəyindən görünür ki, mərhum X2 meyitinin xarici və daxili müayinəsində müəyyən edilmiş xəsarətlər a) sol gicgahın aşağısında 01 ədəd sıyrıq, sağ göz qapaqlarında şişkinlik, eynək simptomu, alnında ön hissədə 01 ədəd qançır, burnunda üst yuxarı səthdə 02 ədəd sıyrıq, sifətinin sağ hissəsində 01 ədəd sıyrıq, dilin ucunun alt hissəsində qansızma, başının yuxarı ənsə nahiyəsində 01 ədəd yara, sol təpənin arxa yuxarı tərəfində 01 ədəd yara, təpənin arxasında orta səthdə 01 ədəd yara, ön təpədə 01 ədəd yara, ənsənin sağ aşağı qabarında hemotoma. b) Sağ ənsə sümüyündə kəllə əsasına keçən 03 qəlpədən ibarət yerdəyişməli qəlpəli sınıqlar. Baş beyində əzilmə, qansızma-ödem. c) Sağ əlin 1- ci barmağının kökündə arxa səthdə 01 ədəd sıyrıqdır. Qeyd edilmiş xəsarətlərin hamısı həyati olub, bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, a) və b) bəndində göstərilənlər meyitin müayinəsindən 6-9 gün əvvəl yetirilə bilərdilər, c) bəndində göstərilən isə meyitin müayinəsindən 9-12 gün əvvəl əmələ gələ bilərdi, dərəcələrinə görə a) bəndində göstərilənlər birlikdə və ayrıayrılıqda canlı şəxslərdə təyin edildiyi kimi onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilirlər, b) bəndində göstərilənlər təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilirlər, c) bəndində göstərilən isə canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığa ZƏRƏR vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Mərhum Rəhimovun ölümünə səbəb baş beyində əzilmə-qansızma olmuşdur. Mərhum Rəhimovun meyitində getmiş çürümə əlamətlərinə görə, demək olar ki, onun ölümü meyitin müayinəsindən 6- 9 gün əvvəl baş verməyə uyğun gəlir. Mərhum Rəhimovun anal yolundan çürümə fonunda onunla qeyritəbii yolla cinsi əlaqədə olmağa xarakterik əlamətlər olmadı. Mərhum Rəhimovun meyitində müəyyən edilmiş xəsarətlər döyülmə nəticəsində yetirilməyə xarakterikdirlər. X2 meyitindən götürülmüş əzələdə və beyində məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. X2 meyitinin baş nahiyəsindən götürülmüş dəri parçalarının səthlərində və kənarlarında yaralar aşkar olundu. Bu yaralar əzilmiş yaralar olub, küt yaranma mexanizminə malikdirlər, küt alətin (-lərin), yaxud əşyanın (- ların) təsirindən törənmişdilər. (cild 02, iş vər. 118-120) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş birinci instansiya məhkəmə istintaqı zamanı rəyi tərtib etmiş X13 tərtib etdiyi rəylə bağlı dindirilmiş və o, ifadəsində göstərmişdir ki, məhkəməyədək icraat zamanı mərhum X2 meyitinin məhkəmə-tibbi ekspertizasını keçirərək rəy vermişdir. Məhkəmə-tibbi ekspertizaları zamanı meyitlərdə alkoqollu içkilərin qəbulunun, yəni onların bədənində etil spirtinin olub-olmamasının müəyyən edilməsi məqsədilə qan nümunələri götürülərək MTEPA ETTB PHŞ-nın Kimya Şöbəsinə göndərilir. X15 meyitində çürümə baş verdiyindən və ölümündən müayinəyə kimi çox vaxt (6-9 gün) keçdiyi üçün meyitdə qan olmadığına görə labarator müayinələrə meyitin beyin və əzələ toxuması göndərilmişdir. Kimya Şöbəsi tərəfindən verilmiş və ekspert rəyində göstərilmiş cavabda göndərilmiş nümunələrdə etil spirtinin olmadığı göstərilmişdir. Ona görə də, M.Rəhimov ölümündən bir müddət əvvəl etil spirti qəbul etmiş olsa belə, meyitdə baş vermiş çürümə dəyişiklikləri ilə əlaqədar etil spirti dağılıb uça bilərdi. Həmçinin M.Rəhimovun baş hissəsində müəyyən edilmiş xəsarətlər Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi şəraitdə əmələ gəlməyə uyğun gəlirlər. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi ilk zərbələr mərhumla qarşı-qarşıya durmuş vəziyyətdə yetirilə bilərdilər. M.Rəhimovun ölümünə səbəb olan yuxarı ənsə nahiyəsində 01 ədəd yara, ənsənin sağ aşağı qabarında hematoma, sağ ənsə sümüyündə kəllə əsasına keçən 03 qəlpədən ibarət yerdəyişməli qəlpəli sınıqlar, baş beyində əzilmə, qansızma-ödem xəsarətləri Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi mərhumun başına ön hissədən zərbələr vurub üzü aşağı yerə yıxılmasından sonra başının arxa tərəfinə yetirilmiş zərbələrlə əmələ gələ bilməyə xarakterikdir. Mərhumun ölümünə səbəb olmuş baş beyində əzilmə, qansızma-ödem xəsarətləri onun sağ ənsə sümüyündə kəllə əsasına keçən 03 ədəd qəlpədən ibarət yerdəyişməli sınıqların təsirindən əmələ gəlmişdir ki, həmin xəsarət insanın öz boyu hündürlüyündə yıxılmadan əmələ gələ bilməz. Mərhumun başının ön hissəsində olan yaralar tinli çıxıntılı əşyaların təsirindən yaranmağa xarakterikdir, başın arxa hissəsində aşkar olunmuş xəsarətlər isə geniş yastı əşyanın təsirindən yaranmağa xarakterikdir. Odur ki, mərhumun baş hissəsinin ön tərəfində əmələ gələn xəsarətlər Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi əlində olan taxta parçasının tinli-çıxıntılı tərəfləri ilə, başın arxa hissəsində əmələ gəlmiş xəsarətlər isə taxta parçasının yastı-geniş hissəsi ilə yetirilməyə uyğun gəlir. (cild 2, iş vər. 201-203) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş məhkəmə-tibbi-bioloji ekspertizasının 957/2019- MTBŞ nömrəli ekspert rəyindən görünür ki, zərərçəkmiş X2 ABO sistemi üzrə qan qrupu – Abeta(H)/İİ/-dir. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – Abeta(H)/İİ/-dir. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus gödəkcə, hadisə yerindən götürülmüş vilvet köynək, 02 ədəd gödəkcə, yorğan üzü, odeyal, M.H.Rəhimova məxsus sağ və sol əl barmaq kəsikləri, plaş, köynək, şalvar, papaq, qısaqol mayka, pencək və “matras”dan kəsilmiş material kəsiyi üzərində insan qanı ləkələri aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə tətqiq olunduqda (A) və (H) antigenləri alındı. Bu qan ləkəkləri Abeta (H) İİ qruplu şəxsə, o cümlədən X3 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. (əgər sonuncuda qanaxma ilə müşayiət olunan xəsarət olubsa) (cild 02, iş vər. 55-56) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş məhkəmə-tibbi-kriminalistik ekspertizasının 634/2019-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkcənin sağ qolunun yuxarı nahiyəsində nisbi-düz və qeyridüz dairəvi və ovalvari formalı (ölçüləri 0.2x0.5 sm-dək) qan ləkələri sıçrantı xarakterlidir, qan mənbəyinə və yaqanlı səthə kinetik enerji impulsu verməklə əmələ gələ bilərdilər. Yorğan üzünün bir kənarında geniş sahəli; vilvet köynəyin üzərində fasilələrlə yerləşən; plaş materialdan olan gödəkcənin yaxalığının daxili səthində astarın boyun və kürək nahiyələrində fasilələrlə yerləşən; material kəsiyinin (matrasdan) orta hissəsində geniş sahəli; papağın üzərində fasilələrlə yerləşən, pencəyin ön hissəsində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyridüz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Odeyalın orta hissəsində, qalın gödəkcənin sağ qolunun yuxarı hissəsində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) nəticəsində əmələ gəlmişdir. Plaşın ön hissəsinin sol-yan nahiyəsində bir neçə nisbi-düz və qeyri-düz dairəvi və ovalvari formalı (ölçüləri 0,2x0,5sm-dək) qan ləkələri sıçrantı xarakterlidir, qan mənbəyinə və ya qanlı səthə kinetik enerji impulsu verməklə əmələ gələ bilərdilər. Ekspertizaya təqdim edilmiş X3 məxsus köynəyin və qısaqol maykanın üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Şalvarın üzərində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. (cild 02, iş vər. 68-70) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş xx.xx.2020-ci il tarixli, 20/40R nömrəli ekspert rəyindən görünür ki, hadisə yerindən götürülmüş 01 (bir) ədəd yaşıl rəngli yorğan üzü üzərində, hadisə yerindən götürülmüş 01 (bir) ədəd qara rəngli gödəkcə üzərində, hadisə yerindən götürülmüş 01 (bir) ədəd vilvet materialdan hazırlanmış köynək üzərində, M.Rəhimovun əynində olmuş 01 (bir) ədəd şalvarın sol ayağında, M.Rəhimovun əynində olmuş 01 (bir) ədəd qara rəngli uzunqol, sinəsində sol tərəfdə qapaqlı cibi olan yun jaket üzərində, M.Rəhimovun əynində olmuş 01 (bir) ədəd qara rəngli qolsuz köynəyin yaxasında, hadisə yerindən götürülmüş 01 (bir) ədəd qara rəngli papaq üzərində, hadisə yerindən götürülmüş matras üzlüyü üzərində, hadisə yerindən götürülmüş 01 (bir) ədəd plaş üzərində və Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd dəri materialdan olan gödəkcənin sağ qolunda aşkar edilmiş qan nümunələri mərhum X3 məxsusdur. Ekspertizaya təqdim edilmiş mərhum M.Rəhimovun sağ və sol əl dırnaq kəsintiləri altında olan bioloji mənşəli materiallar M.Rəhimovun özünə məxsusdur. Ekspert tədqiqatına təqdim olunmuş, hadisə yerindən götürülmüş 01 (bir) ədəd pencək üzərində, hadisə yerindən götürülmüş 01 (bir) ədəd qara rəngli gödəkcə üzərində, Şahid2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən götürülmüş 01 ədəd yaşıl rəngli parça üzərində və hadisə yerindən götürülmüş 01 (bir) ədəd yun materialdan olan odeyal üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər bioloji mənşəli material mövcud deyildir. Bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmadı. Təqdim olunmuş Şahid2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən götürülmüş daş və torpaq hissələri üzərində qan nümunəsi aşkar edilmədi və bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmadı. (cild 02, iş vər. 124-144) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 116/47 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət əməli törətdikdən sonra da Təqsirləndirilən şəxs hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). (cild 02, iş vər. 205-209) Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin olunmaması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs CM-in 120.2.2-ci maddəsi ilə məhkum olunmasına dair X29 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(091)-114/2020 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs cinayət əməli CM-in 120.2.2-ci maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif olunaraq, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, həmin şikayətdə X29 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(091)-114/2020 nömrəli hökmünün ləğv edilməsini, barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəlarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmiş, onun əməlində CM-in 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığı halda ona bu maddə ilə ittiham irəli sürülmüşdür. Bu baxımdan da, məhkəmə kollegiyası gəldiyi bu mövqeyini əsaslandıraraq bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Hazırda öyrənilən işdən aydın olur ki, təqsirləndirilən şəxsə verilmiş ittihama görə “o, xx.xx.2005-ci il tarixdə CM-in 120.2.4, 132 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək xx.xx.2017-ci il tarixdə çəkilməmiş qalan 05 ay 23 gün müddətində cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda xx.xx.2019-cu il tarixdə saat 20 radələrində kirayədə yaşadığı Balakən rayonunun Hənifə kəndində yerləşən Şahid8 məxsus evdə qonşuluqda Şahid4 məxsus yarımtikilidə yaşayan tanışı xx.xx.1960-cı il təvəllüdlü X6 ilə birlikdə spirtli içki qəbul edərkən sonuncunun digər qonşuları Şahid2 ünvanına söyüş söyməsinə görə Məmmədhəsən Rəhimovu qolundan tutub öz yaşadığı evdən çıxardıqdan sonra sonuncunun yaşadığı yarımtikiliyə aparıb özünü Məmmədhəsən Rəhimovun şəxsiyyətinin fövqündə qoyaraq, ona əynindəki paltarları soyunub yatağına girməsi barədə göstəriş vermiş, sonuncu yatağının üzərində oturub əynindəki gödəkcəni, ayaqlarındakı qaloşları və corabları çıxardıqdan sonra onun da ünvanına söyüş söyməsində ifadə olunan cüzi səbəblə, yəni heç bir əsaslı səbəb olmadan sonuncunu öldürmək qərarına gəlmiş, yaşadığı evdən özü ilə gətirdiyi taxta parçası ilə Məmmədhəsən Rəhimovun başına bir neçə dəfə qəsdən zərbələr vurmuş, zərbələrin təsirindən Məmmədhəsən Rəhimovun sol çiyni üstdə yatağa düşməsindən sonra öz cinayətkar niyyətini başa çatdırmaq məqsədilə sonuncunun başına həmin taxta parçası ilə daha bir dəfə zərbə vurmuş, Məmmədhəsən Rəhimovun ayaqlarını yerdən qaldırıb çevirib üzüaşağı yatağa uzadıb üzərinə sarı-yaşıl rəngli yorğan, tünd qırmızı rəngli üzərində güllər olan yun örtüyü və qara rəngli gödəkcəni örtdükdən sonra hirsi soyumadığı üçün həmin vaxt üzüaşağı vəziyyətdə olan Məmmədhəsən Rəhimovun başının ənsə nahiyəsinə taxta parçası ilə daha bir neçə dəfə qəsdən zərbələr vuraraq sonuncuya sağlamlığa yüngül zərərvurmaya aid edilən sol gicgahın aşağısında 01 ədəd sıyrıq, sağ göz qapaqlarında şişkinlik, eynək simptomu, alnında ön hissədə 01 ədəd qançır, burnunda üst yuxarı səthdə 02 ədəd sıyrıq, sifətinin sağ hissəsində 01 ədəd sıyrıq, dilinin ucunun alt hissəsində qansızma, başının yuxarı ənsə nahiyəsində 01 ədəd yara, sol təpənin arxa yuxarı tərəfində 01 ədəd, təpənin arxasında orta səthdə 01 ədəd yara, ön təpədə 01 ədəd yara, ənsənin sağ aşağı qabarında hematoma, həmçinin ölümə səbəb olan həyat üçün təhlükəli sağlamlığa ağır zərərvurmaya aid sağ ənsə sümüyündə kəllə əsasına keçən 03 qəlpədən ibarət yerdəyişməli qəlpəli sınıqlar, baş beyində əzilmə, qansızma-ödem xəsarətləri yetirərək xuliqanlıq niyyəti ilə qəsdən Məmmədhəsən Rəhimovu öldürmüş, yəni sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi də yuxarıda sadalanan sübutları qiymətləndirərək belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsin cinayət əməli düzgün olaraq CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə yəni istinad edilən cinayət əməlinin bilavasitə xuliqanlıq niyyəti ilə törədilməsi hissəsi ilə razılaşa bilmir və bu fikirdədir ki, o təqsirləndirilən şəxsin əməlinin CM-in 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilməsi nəticəsinə gələrkən haqlı olmamışdır. Çünki, birinci instansiya məhkəməsi cinayət işi üzrə hərtərəfli, tam və obyektiv və hökmdə ətraflı şərh olunan sübutların məcmusuna, yəni təqsirkarın, zərərçəkmişin hüquqi varisinin və şahidlərin ifadələrinə əsaslanmaqla və bunları mötəbər sübut kimi qiymətləndirməklə Təqsirləndirilən şəxs haqqında CM-in 120.2.2-ci maddəsi ilə ittiham hökmü çıxarmış, hansıki, kollegiyanın fikrincə bu sübutlara əsasən sonuncunun CM-in 120.2.2-ci maddəsi ilə cinayət əməli törətməsini söyləmək faktiki olaraq mümkün deyil. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X19rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmlıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından X26 Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı xx xxxxxx 2007-ci il tarixli, X8rşı xx xxxxxx 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Hazırda, məhkəmə kollegiyasının fikrinə görə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə nəticəsində sonuncunun həyatdan məhrum olması mübahisələndirilməsə də, təqsirləndirilən şəxsin zərərçəkmişi xuliqanlıq niyyəti ilə həyatdan məhrum etməsi ilə bağlı birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların həqiqiliyi həddindən artıq şübhə doğurur. Çünki, xuliqanlıq cinayətindən bəhs edən CM-in 221-ci maddəsindən, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli, eləcədə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarlarında, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən bəlli olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayət edilməlidir. Burada cəmiyyətə açıqça hörmətsizlik ifadə etmə dedikdə təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının “tapdalanması”, bir çox insanın və ya cəmiyyətin hər hansı üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Xuliqanlıq zamanı təqsirkarın hərəkəti şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman ümumiyyətlə tanımadığı şəxsə qarşı yönəlmiş olur. Belə ki, təqsirakar bu cinayəti təsadüfən rastlaşdığı və tanımadığı və ya az tanıdığı şəxslər barəsində törədir. Belə halda təqsirkar zərərçəkənin davranışından xuliqanlıq hərəkətini həyata keçirmək üçün istifadə edir. Bu zaman baş vermiş ictimai təhlükəli əməllə bu hərəkəti doğuran səbəblər arasında açıq-aşkar uyğunsuzluq mövcud olur. Yuxarıda şərh olunan qanunun və plenum qərarlarının mənasından açıq-aydın görünür ki, kənar şəxslərə qarşı laqeyidlik, etinasızlıq, özündən müştəbehlik, özünü dügər şəxslərdən fərqli, üstün olması, eqoizim nümayiş etdirmə xüliqanlıq cınayətinə xas olan əsas xarakterik hallardır. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında gəldiyi hüquqi mövqeyə görə xüliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı sürətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini bir başa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqça hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Bundan əlavə eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında bir mənalı olaraq göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Yuxarıda şərh olunanlardan, habelə həm Konstitusiya Məhkəməsinin, həm də Ali Məhkəmənin Plenumunun xuliqanlıq cinayətinə verdikləri təfsirdən aydın olur ki, təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizimini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər, onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. Həmçinin məhkəmə kollegiyası bu arada qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir və bu halda digər motivlər ya olmamalıdır, yaxud da cinayətin törədilməsi motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə də əməlin xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası yuxarıda göstərilən qanun normasının mənası, həm Konstitusiya Məhkəməsinin, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsi plenumlarının qərarlarının izahı baxımından, həmçinin cinayət işinin faktiki hallarının gerçək vəziyyətinə əsasən bu fikirdədir ki, təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə müəyyən edilmiş bütün faktiki hallar məcmu halında qiymətləndirilməli, həmçinin belə işlərdə cinayətin motivinə dair məsələnin araşdırılması xüsusi əhəmiyyət kəsb etdiyindən, cinayətin törədilmə halları ilə yanaşı, təqsirləndirilən şəxsin əvvəlki davranışı, onun şəxsiyyəti ilə bağlı xüsusatların aydınlaşdırılması vacib şərtdir. Hazırda, həm təqsirləndirilən şəxsin, həm də reallığı əks etdirən gerçək vəziyyətindən görünür ki, mübahisə onların arasında olan şəxsi münasibətlər zəminində (Şahid2 və onun özünün də ünvanına nalayiq söyüş söyməsinə görə, hansıki bu cümlə, yəni Şahid2 və onun özünün də ünvanına ünvanına nalayiq söyüş söyməsi” bilavasitə ittiham aktinın məzmununda öz əksini tapmışdır) baş vermiş və nəticədə mübahisə zamanı Təqsirləndirilən şəxs zərəçəkmiş Məmmədhəsən Rəhimovu qəsdən həyatdan məhrum etmişdir. Göründüyü kimi, hadisənin bu cür inkişaf etməsi Təqsirləndirilən şəxs cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəmnində törədildiyini göstərir. İbtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin zərərçəkmiş şəxsin Şahid2 və onun özünün də ünvanına nalayiq söyüş söyməsini Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini şərtləndirən xüsusat kimi deyil, bəhanə kimi qiymətləndirmələri isə aşkar surətdə faktlarla, adi müşahidəçinin dəyərləndirilməsi ilə uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edir. Göründüyü kimi tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin ictimai qaydaya, əxlaq normalarına etinasızlıq, cəmiyyətə hörmətsizlik göstərən şəxs olduğu müəyyən edilmir. Xuliqanlıq niyyətinin olmamaması təqsirkarın ictimai təhlükəli qəsdinin ictimai qaydadnın kobud şəkildə pozulmasına və cəmiyyətə qarşı açıq-aydın hörmətsizliyin ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmişə qarşı, onun sağlamlığına ağır zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə zərərin vurulmadığını göstərir. Belə olan halda isə baş verən hadisəni hətta kənar şəxslərin müşahidə etməsi, həmçinin təqsirləndirilən şəxsin zərəçəkmişə söylədiyi ifadələri eşitməsi təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişən və bu hərəkətləri xuliqanlığa cevirən hal kimi qəbul edilə bilməz. Çünki, məlum məsələnin həllində vacib şərt cinayət əməlinin baş verdiyi yerdə, hər hansı bir insan kütləsinin toplaşıb-toplaşmaması, olanları görüb-eşitmələri deyil, təqsirləndirilən şəxsin məhz etdiyi hərəkətin birbaşa ictimai qaydadnın kobud şəkildə pozulmasına, cəmiyyətə qarşı açıq-aydın hörmətsizliyin ifadə olunmasına yönələn niyyətinin, xuliqanlıq motivinin aşkar edilib-edilməməsidir. Lakin, hazırkı tədqiq edilən iş materiallarında təqsirləndirilən şəxsin etdiyi cinayət əməlini məhz xuliqanlıq motivi ilə törətməsi müəyyən edilməmişdir. Digər tərəfdən o da xüsusi olaraq qeyd edilməlidir ki, təqsirləndirilən şəxs zərərçəkmişi xuliqanlıq niyyəti ilə öldürmək istəsə idi, bu niyyətini öz evində də həyata keçirə bilərdi. Lakin, işdən aydın olur ki, təqsirləndirilən şəxs məhz əlavə səs-küyün yaranmaması, ətrafdakı qonşuların narahat olmaması məqsədi ilə zərərçəkmiş şəxsi öz evindən çıxarmış, sonuncunu yaşadığı yarımçıq tikliyə apararaq, üst paltarlarını soyunduraraq, onu yatırmağa cəhd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2002-ci il tarixli qərarında əsasən Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Həmin qərara əsasən xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə kollegiyasının xatırlatmasına görə məhkəmə təcrübəsində mövcud olmuş əksər xuliqanlıq cinayətlərində çox vaxt təqsirkar zərərçəkmiş şəxsin davranışından xuliqanlıq hərəkətlərini, niyyətini həyata keçirmək üçün bəhanə kimi istifadə edir. Bu zaman xuliqanlıq hərəkətləri ilə onu doğuran səbəblər arasında açıqaşkar uğunsuzluq mövcud olur. Lakin, hazırkı işin müəyyən edilmiş gerçək vəziyyətindən bəlli olur ki, məlum cinayət əməli təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq motivi ilə deyil, aralarında olan şəxsi münasibətləri aydınlaşdırmaq münasibətləri zəmnində baş vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı qərarının 3-cü bəndində qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə qohumlar arasında şəxsi münasibətlər zəmində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl CM-in şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Məmmədhəsən Rəhimova qarşı yuxarıda şərh edilən cinayət əməlini onun sonuncu ilə aralarında olan şəxsi münasibətə, aralarında baş vermiş mübahisəyə görə etmiş, bu motiv törədilmiş cinayətin əsas motivi kimi çıxış etmiş və təqsirkar həmin cinayəti törədərkən onun məqsədi ictimai qaydanın pozulmasına yönəlməmiş, hərəkətləri isə cəmiyyətə açıqca hörmətsizliklə müşaiyət olunmamış və bu halda əməlin xuliqanlıq niyyətilə törədilməsi istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, əməlin tövsifıni müəyyən edərkən bunu kifayət qədər əsaslandırmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx xxxx 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx xxxx 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx xxx 2007-ci il tarixli qərarlarında qeyd edilir ki, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs məhz xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə cinayətini törətməsi barədə nəticəyə gələrkən sübutların Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qiymətləndirilməsini təmin etməmişdir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 33.1 və 33.2-ci maddələrinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və biri-biri ilə müqayisə edilir, yenisübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs CM-in 120.2.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə, yəni onun CM-in 120.1-ci maddəsi ilə ittiham olunaraq, həmin maddə ilə təqsirli bilinib məhkum edilməsini əsaslı saymır. Çünki, birinci instansiya məhkəməsi tamamilə fərziyyələrə və ehtimallara əsaslanmaqla təqsirləndirilən şəxsin CM-in 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi qənaətinə gəlmişdir. Halbuki, CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə gəldiyi qənaət cinayət mühakimə icraatının obyektivliyi, qərərəzsizliyi və ədalətliliyindən bəhs edən CPM-in 28.5-ci maddəsi ilə daban-dabana ziddiyyət təşkil edir. Belə ki, öyrənilən işdən bəlli olur ki, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyətini təsdiq edən hər-hansı bir sübut yoxdur. Ona görə də məhkəmə kollegiyası bu fikirdədir ki, təqsirləndirilən şəxs CM-in 120.2.2-ci maddəsi ilə deyil, məhz əsas niyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu baxımdan da, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 120.2.2-ci maddəsi ilə deyil, CM-in 120.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə əsas verir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şiakyətinin dəlillərini qismən inandırıcı hesab edir və bu fikirdədir ki, onun əməli CM-in 120.2.2-ci maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilməli və təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli binərək cinayət məsuliyyətinə cəlb edilməlidir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təyin ediləcək cəzanın növünü və həddini müzakirə edərək, bu qənaətdədir ki, sonuncunun törətdiyi hazırkı cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi təqsirkarın şəxsiyyəti nəzərə alınmaqla təqsirli bilindiyi CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Çünki, tədqiq edilən iş materiallından aydın olur ki, təqsirləndirilən şəxs əvvəllər məhkumluq həyatı yaşasada, islah olunmamış, məhkumluğu ödənilmədən yenidən qəsdən cinaəyət törətmişdir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilməli X29 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(091)-114/2020 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs cinayət əməli CM-in 120.2.2-ci maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif olunmalı, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəzanın ilk 05 (beş) ilini həbsxanada çəkməsinə dair müddəalar hökmdən xaric edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair X29 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(091)-114/2020 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs cinayət əməli CM-in 120.2.2-ci maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəzanın ilk 05 (beş) ilini həbsxanada çəkməsinə dair müddəalar hökmdən xaric edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılasın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-235/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-235/2020
26.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver