Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-237/2021 15.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X3 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 321.1-ci maddəsi ilə məhkum edilməsinə dаir Ucar Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 1(063)-1/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 18 mart 2021-ci il tarixli 1(063)- 1/2021 nömrəli hökmü ilə, xx xxxxxx 1988-ci il tаrixdə Ucar rayonu Qaracallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu Qaracallı kəndinə qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 321.1-ci mаddəsi ilə nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzаsınа məhkum edilməsi, barəsində CM-in 70-ci mаddəsinin tətbiq edilməsi və təyin edilmiş аzаdlıqdаn məhrum etmə cəzаsının 1 (bir) il sınаq müddəti müəyyən edilməklə şərti оlаrаq tətbiq edilməsi, sınаq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə оnun dаvrаnışı üzərində nəzаrəti həyаtа keçirən оrqаnа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək vəzifəsinin qоyulması, sınаq müddətinin əvvəlinin hökm qаnuni qüvvəyə mindiyi vаxtdаn hesаblаnması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Ucar Rayon İcra və Probasiya şöbəsinə tapşırılması, ibtidai istintaqda Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X4 36 (otuz altı) manat məbləğində pulun ödənilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs “müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi öhdəliyinin cavabdehə-Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə həvalə edilməsi” tələbinə dair iddiaçı qismində iştirak etdiyi inzibati-iqtisadi məhkəmə prosesləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli 2-1(102)-1642/2019 saylı qərarına əsasən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməklə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən qəbul edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin “müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi öhdəliyinin cavabdehə- Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə həvalə edilməsi” tələbə dair iddianı təmin etməyən 08 noyabr 2018-ci il tarixli, 2-1(84)-1282/2018 saylı qərarını qüvvədə saxlayan 21 fevral 2019-cu il tarixli 2- 1(107)-117/2019 saylı qərar dəyişdirilmədən qüvvədə saxlanıldıqdan sonra 17 iyun 2019cu il tarixdə saat 16 radələrində müddətli həqiqi hərbi xidmətə çağırışçı kimi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsində olarkən hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə 18 iyun 2019-cu il tarixdə, saat 09:00-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə dəvət edilməsinə baxmayaraq hərbi həkim komissiyasından müayinədən keçməkdən imtina edərək bu barədə müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı vəzifələrin və bu vəzifələrin pozulmasına görə məsuliyyətin çatdırılmasına dair xəbərdarlıq məktubuna və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini izah edən çağırış vərəqəsinin qəbzinə qeyd yazaraq imzası ilə təsdiq etməklə, onun iştirakı və imzası ilə 09 dekabr 2019-cu il tarixli tərtib edilmiş aktla hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə həmin tarixdə “Ucar rayon Mərkəzi Xəstəxanası” X15də tibbi müayinədən keçməkdən imtina etməklə, həmçinin hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə dair Ucar Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 4(063)-19/2019 saylı qərarına əsasən həmin tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında müayinədən keçirilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına yerləşdirilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına çatdırılmasına baxmayaraq 16 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasında həqiqi hərbi xidmət keçməkdən və tibbi müayinədən keçməkdən imtina barədə ərizə yazaraq imzası ilə təsdiq etməklə, 17 dekabr 2019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar şəraitdə müayinə və tibbi şəhadətləndirilmədən imtina etməklə, stasionardan imtinası nəzərə alınmaqla ambulator şəraitdə tibbi müayinə və şəhadətləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Poliklinikasına həmin tarixdə göndərilməsinə baxmayaraq, tibbi müayinə və şəhadətləndirilmədən imtina etməklə, 17 dekabr 2019-cu il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Poliklinikasında tibbi müayinədən keçməkdən imtina barədə ərizə yazaraq imzası ilə təsdiq etməklə qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ucar Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 1(063)-1/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində Ucar Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət hadisəsi olmadığı üçün ona bəraət verilməsini, müvafiq vəzifəli şəxslərin barəsində xüsusi qərar qəbul edilməsini, habelə digər vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri tədbirlər görülməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Hökmdən apellyasiya protesti, həmçinin apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2002-ci ildən Rusiya Federasiyasına getmiş, 2007-ci ildə isə RF-nın vətəndaşlığını qəbul etmişdir. Hazırkı cinayət işinin başlanılmasına səbəb olmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin məktubuna əlavə edilmiş barəsindəki şəxsi uçot kartası həmin şöbənin rəisi, əməkdaşları və Ucar Rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən qəsdən bilə-bilə saxtalaşdırılmış, habelə ibtidai istintaq dövründə şahid qismində dindirilən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin əməkdaşları X8, X1 və X9 bilə-bilə qəsdən yalan ifadə vermişlər. Hesab edir ki, nə qədər ki, ilkin hərbi qeydiyyata alınmamış, hərbi xidmətə çağırışının, habelə CM-in 321.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin hüquqi əsası yoxdur. Cinayət işi üzrə materiallardan da görünür ki, onun ilkin hərbi qeydiyyatdan keçmədən yayınmasına və ya qanunla nəzərdə tutulmuş hallarda növbəti hərbi çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməyə görə İXM-nin 604-cü və 606-cı maddələri ilə inzibati məsuliyyət cəlb edilməmişdir. Barəsində tərtib edilmiş şəxsi uçot kartasının tərtib edildiyi 17.02.2004-cü il tarixindən də görünür ki, o, həmin tarixdə Azərbaycanda olmamış və onun iştirakı olmadan ilkin hərbi qeydiyyata alınması və nəticə etibarı ilə onun hərbi xidmətə yaralı olmağının müəyyən etmək üçün Hərbi həkim komisiyasından keçməsi mümkün və ağlabatan deyildir. Habelə, cinayət işinin başlanılması üçün əsas kimi istinad olunan Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət keçmə Haqqında” Qanunu və həmin qanunun 12.9-cu maddəsi (Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar) 23.12.2011-ci il tarixdə qəbul edildiyindən və həmin qanun normasının onun hüquq vəziyyətini pisləşdirdiyinə görə geriyə, yəni 21.05.2007-ci il tarixdə xarici ölkə vətəndaşlığını qəbul etmiş vətəndaş barəsində tətbqi edilə bilməz (Azərbaycan Respublikası Konstitusiyasının 149-cü maddəsinin 7-ci bəndi). Məlumat üçün bildirir ki, o, 21.05.2007-ci il tarixdə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş, həmin ölkədə həqiqi hərbi xidmət keçərək ona AM ******* nömrəli hərbi bilet verilmiş və həmin ölkənin vətəndaşlığını qəbul etməmişdən öncə 11.01.2007-ci il tarixində Azərbaycan Respublikasının vətəndaşlığından çıxma haqqında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Konsulluğu vasitəsi ilə Azərbaycan Respublikasının səlahiyyətli dövlət qurumlarına notariat qaydada təsdiqlənmiş ərizə (vəsatət) göndərmişdir. Lakin həmin müraciətimə hal-hazıradək baxılmaması və nəticə etibarı ilə onun Azərbaycan Respublikası vətəndaşlığından çıxarılmaması onun vəzifə borcu deyildir. Hesab edir ki, onun vətəndaşlıqdan çıxma barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Konsulluğuna göndərdiyi ərizəsi (vəsatəti) Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə Azərbaycan Respublikası Prezidentinə təqdim edilməli və nəticə etibarı ilə onun müraciətinə cavab verilməli idi. Lakin hazıradək həmin müraciətə baxılması barədə ona cavab verilməmişdir. Bundan başqa, onun tərəfindən törədilməsi ehtimal olunan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab edildiyindən və onun törədildiyi ehtimal onunan tarixdən 12 ildən çox vaxt keçdiyinə görə başlanılmış cinayət işinə xitam verilməlidir. Bununla yanaşı, Ucar Rayon Məhkəməsi onun barəsində ittiham edici hökm verərkən Şəki Apellyasiya Məhkəməsinin 21.02.2019-cu il tarixli 2-1 (107)-117/2019 saylı qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.06.2019-cu il tarixli 2-1(102)- 1642/2019 saylı qərarlarına preyudisial əhəmiyyət verməkdə düzgün nəticəyə gəlməmiş və nəticə etibarı ilə yanılmışdır. Proses iştirakçılarının ifadələri Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında ifadəsində birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və göstərdi ki, özünü CM-in 321.1-ci maddəsi ilə təqsirli hesab etmir. Belə ki, o, 2002-ci ildə Rusiya Federasiyasına getmiş və 2007-ci ildə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Atası Rusiya Federasiyasının, anası isə Azərbaycan Respublikasının vətəndaşlarıdır. Rusiya Federasiyası vətəndaşlığını qəbul etməmişdən dörd ay öncə Azərbaycan Respublikasının vətəndaşlığından çıxarılmağı barədə notarial qaydada ərizəni Rusiya Federasiyasının Miqrasiya Xidmətində yazmışdır. Həmin ərizəni Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi Moskva şəhərində yerləşən Azərbaycan Respublikasının səfirliyinə göndərmişdir. 2009-cu ildə Rusiya Federasiyasında həqiqi hərbi xidmət keçmişdir. 2011, 2014 və 2015-ci illərdə Azərbaycan Respublikasına gələndə heç bir problemlə üzləşməmişdir. 2016-cı ildə isə Azərbaycan Respublikasına gələndə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən onun ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulmuşdur. Bu barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə ərizə ilə müraciət etsə də, ona rəsmi cavab verilməmişdir. Xarici vətəndaş olduğu üçün Azərbaycan Respublikasında hərbi xidmətə çağırıla bilməz. Şəxsiyyət vəsiqəsi ona 2005ci ildə verilmiş, lakin hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır və ordada həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasında ailə quraraq rəsmi nikaha xarici vətəndaş kimi daxil olmuşdur. Ədalətli qərar qəbul edlməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X12 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı X5 apellyasiya şikayətinə etiraz edərək Ucar Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 1(063)-1/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 1(063)-1/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi X8 ifadəsində göstərmişdir ki, xidməti vəzifələrinin icrasına müddətli həqiqi hərbi xidmətə getmək üçün çağırışçıların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə gəlmələrini, onların tibbi komissiyadan keçməsini və çağırış vərəqələri verilməsini təmin etmək, hərbi xidmətdən yayınan çağırışçıların hərbi xidmətə cəlb olunmaları işini təşkil etmək aiddir. Ucar rayonu Qaracallı kəndində qeydiyyatda olan çağırışçı Təqsirləndirilən şəxs tanıyır, onunla ədavət və düşmənçilyi yoxdur. Belə ki, Təqsirləndirilən şəxs 17 fevral 2004-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsində çağırışçı kimi ilkin hərbi qeydiyyatdan keçmişdir. Lakin 18 yaşı tamam olduqdan sonra həqiqi hərbi xidmətə cəlb edilməsi ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən görülmüş tədbirlər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında olmaması səbəbindən nəticə verməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 may 2007-ci il tarixdə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş, 16 dekabr 2009-cu il-27 dekabr 2010cu il tarixlərdə Rusiya Federasiyasının silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. O, 2016-cı ilin oktyabr ayında Azərbaycan Respublikasına qayıtmışdır. Həqiqi hərbi xidmət keçməkdən yayındığı üçün Təqsirləndirilən şəxs sərhəd keçməsinə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən məhdudiyyət qoyulmuşdur. Təqsirləndirilən şəxs müxtəlif məhkəmə instansiyalarına Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin cavabdeh qismində iştirak etdiyi “müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin bütün məhkəmə instansiyalarında onun iddiası təmin edilməmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayəti əsasında keçirilmiş məhkəmə prosesi zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli 2-1(102)-1642/2019 saylı qərarına əsasən “müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia təmin edilməyək qeyd olunan iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının müvafiq qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdən yayındığı üçün SHXÇÜ Dövlət Xidmətinin Ucar rayon şöbəsinə gəlməkdən imtina etmişdir. Ona görə də çağırışçı Təqsirləndirilən şəxs hərbi çağırışda iştirakının təmin edilməsinə köməklik məqsədilə Ucar Rayon Polis Şöbəsinə Səfərbərlik və SHXÇÜ Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən məktub göndərilmişdir. Ucar Rayon Polis Şöbəsinin rəis müavini Səbuhi İsmayılov və digər polis əməkdaşı tərəfindən 17 iyun 2019-cu il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs SHXÇÜ Dövlət Xidmətinin Ucar rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsində iştirakı təmin olunmuş və həmin tarixdə SHXÇÜ Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Asif Nemətovun və çağırışçının qohumu-Ucar rayonu Qaracallı kənd sakini X2 iştitakı ilə onun tərəfindən çağırışçıya müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı vəzifələrin və bu vəzifələrin pozulmasına görə məsuliyyətin çatdırılmasına dair xəbərdarlıq məktubu, o cümlədən CM-in 321-ci maddəsi ilə cinayət məsuliyyətini izah edən çağırış vərəqəsinin qəbzi təqdim olunmaqla 18 iyun 2019-cu il tarixdə, saat 09:00-da tibbi müayinədən keçməsi üçün SHXÇÜ Dövlət Xidmətinin Ucar rayon şöbəsinə dəvət edilmişdir. Lakin Təqsirləndirilən şəxs Rusiya Federasiyasının vətəndaşı olmasını əsas gətirərək həkim komissiyasından keçməkdən imtina edərək bu barədə xəbərdarlıq məktubuna və hərbi həkim komissiyasından keçmək barədə çağırış vərəqəsinin qəbzinə qeyd yazmış və öz imzası ilə təsdiq etmişdir. Daha sonra SHXÇÜ Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən 08 iyul 2019-cu il tarixli, 482 nömrəli məktubla rayon prokurorluğuna müraciət edilərək Ucar rayonu Qaracallı kəndində qeydiyyatda olmuş çağırışçı-1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə həkim komissiyasından müayinədən keçməkdən imtina edərək, bununla da hərbi xidmət keçməkdən qəsdən boyun qaçırması göstərilmiş və zəruri sənədlərin surəti də göndərilməklə, barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs Rusiya Federasiyasının vətəndaşı olmasını əsas gətirərək hərbi xidmətə getməkdən imtina etmişdir. Lakin çağırışçının 51 nömrəli şəxsi işində olan sənədlərdən göründüyü kimi Təqsirləndirilən şəxs hələ də Azərbaycan Respublikasının vətəndaşıdır, eyni zamanda onun Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə əlaqədar müraciəti Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydə alınmamışdır. Habelə Təqsirləndirilən şəxs 18 yaşı 02 dekabr 2006-cı il tarixdə tamam olduqdan sonra Azərbaycan Respublikasının vətəndaşı kimi hərbi xidmət keçmək konstitusion vəzifəsinin yaranmasına baxmayaraq, Təqsirləndirilən şəxs 21 may 2007-ci il tarixdə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməsini əsas gətirməklə Azərbaycan Respublikasında hərbi xidmət keçməkdən imtina etmişdir. Halbuki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş və dövlət qarşısında hərbi xidmət keçmək kimi icra edilməmiş konstitusion vəzifəsi olmuşdur. Çağırışçı Təqsirləndirilən şəxs sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün həkim komissiyasından keçməkdən imtina etdikdə SHXÇÜ Dövlət Xidmətinin Ucar rayon şöbəsinin öz təşəbbüsü ilə çağırışçını məcburi qaydada müayinədən keçirmək səlahiyyəti yoxdur. Belə ki, çağırışçıya CM-in 321-ci maddəsində nəzərdə tutulmuş hərbi xidmət keçməkdən boyun qaçırmaya görə cinayət məsuliyyəti barədə xəbərdarlıq məktubu, o cümlədən 17 iyun 2019-cu il tarixli çağırış vərəqəsi verilmişdir. Lakin Təqsirləndirilən şəxs həkim komissiyasından keçməkdən imtina barədə xəbərdarlıq məktubuna və çağırış vərəqəsinin qəbzinə öz xətti ilə qeyd yazmışdır. Məhkəmə istintaqında şаhid qismində dindirilmiş Azərbaycan Respublikası SHXÇÜ Dövlət Xidmətinin Ucar rayon şöbəsinin əməkdaşı X6 eyni məzmunlu ifаdə verərək şahid Namiq Talıbovun göstərdiyi xüsusаtlаrı təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin əməkdaşı X9 ifadəsində göstərmişdir ki, çağırışçının 51 nömrəli şəxsi işində olan sənədlərdən göründüyü kimi Təqsirləndirilən şəxs 17 fevral 2004-cü il tarixdə çağırışçı kimi ilkin hərbi qeydiyyata alınmışdır. Şəxsi işdə göstərilən “17 fevral 2004” tarixi Təqsirləndirilən şəxs faktiki tibbi müayinədən keçirilmə tarixi deyil, icra nümayəndəliyindən ərazi üzrə qeydiyyatda olan 15 yaşı tamam olmuş və 16 yaşa çatmaqda olan kişi cinsli şəxslərin siyahısını əks etdirən sənədin tarixi olmuşdur. Belə ki, hər bir icra nümayəndəliyi kimi Qaracallı nümayəndəliyindən qeyd olunan vaxt ərazi üzrə qeydiyyatda olan 16 yaşa çatmaqda olan kişi cinsli şəxslərin siyahısı SHXÇÜ Dövlət Xidmətinin Ucar rayon şöbəsinə göndərilmiş və həmin sənədin tarixi kimi “17 fevral 2004” tarix Təqsirləndirilən şəxs şəxsi işində qeyd edilmişdir. Təqsirləndirilən şəxs faktiki tibbi müayinədən keçirilmə tarixi şəxsi işin 29-cu qrafasında əks olunmuş “18/851” nömrəli protokol əsasında müəyyən edilmişdir. Belə ki, hər bir çağırışçı ilkin hərbi qeydiyyata alındıqda tibbi müayinədən keçir və göstərilən fakt protokolla təsdiq edilərək protokol nömrəsi şəxsi işə əlavə edilir. İlkin hərbi qeydiyyata alınma protokolların saxlanma müddəti 2 il olduğundan və həmin müddətdən sonra “18/851” nömrəli protokol məhv edildiyindən Təqsirləndirilən şəxs tibbi müayinədən dəqiq keçirilmə tarixini protokol əsasında müəyyən etmək mümkün deyildir. Bundan başqa şəxsi işdə olan tibbi müayinədən keçirmiş həkimlərin imzası və qeydləri Təqsirləndirilən şəxs ilkin tibbi müayinədən keçərək qeydiyyata alınmasını təsdiq edir. Cinayət işinin materiallarına əlavə edilmiş: Çağırşçı Təqsirləndirilən şəxs 51 nömrəli şəxsi işində olan məhkəmə sənədlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2018-ci il tarixli 2-1(103)-586/2018 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 avqust 2017-ci il tarixli 2-1(81)-3367/2017 nömrəli qərardadı ləğv edilmiş və inzibati iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2-1(81)-2293/2018 nömrəli qərardadı ilə iddiaçı Təqsirləndirilən şəxs cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə qarşı onun müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddiası Azərbaycan Respublikası SHXÇÜ Dövlət Xidmətinə münasibətdə mümkün sayılmamış və həmin tarixli digər qərardadla həmin iş Azərbaycan Respublikası SHXÇÜ Dövlət Xidmətinin Ucar rayon şöbəsinə münasibətdə ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli 2-1(84)-1282/2018 nömrəli qərarı ilə iddiaçı Təqsirləndirilən şəxs cavabdeh SHXÇÜ Dövlət Xidmətinin Ucar rayon şöbəsinə qarşı “müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli 2-1(107)-117/2019 saylı qərarı ilə iddiaçı Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli 2-1(84)-1282/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli 2-1(102)-1642/2019 saylı qərarına əsasən iddiaçı Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ucar Rayon Polis Şöbəsinin 09 dekabr 2019-cu il tarixli 187-16177-1219 saylı məktubundan və məktuba əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə təyin olunmuş 09 dekabr 2019-cu il tarixli tibbi müayinədən keçirilmə haqqında qərarın icrası ilə bağlı Ucar RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasına aparılmış, lakin Təqsirləndirilən şəxs tibbi müayinədən keçməkdən imtina etmişdir. Ucar RPŞ-dən 24 dekabr 2019-cu il tarixli 187-16972-1219 nömrəli və Ucar Rayon Məhkəməsindən 25 dekabr 2019-cu il tarixli 4(063)-19/2019 nömrəli məktublarla daxil olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 19 dekabr 2019-cu il tarixli 3084 saylı məktubu və əlavə edilmiş Təqsirləndirilən şəxs yazdığı müayinədən keçməkdən imtina barədə ərizələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2019-cu il tarixdə stasionar şəraitdə müayinə və tibbi şəhadətləndirilməsi məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmişdir. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 17 dekabr 2019-cu il tarixli, 11033 nömrəli məktubunda “vətəndaş Təqsirləndirilən şəxs Silahlı Qüvvələrin Baş Klinik Hospitalında şəhadətləndirilmək və hər hansı tibbi müayinədən keçməkdən qəti imtina etmişdir” göstərilmişdir. Təqsirləndirilən şəxs stasionardan imtina etməsi nəzərə alınaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 17 dekabr 2019-cu il tarixdə ambulator şəraitdə müayinə və tibbi şəhadətləndirilməsi məqsədilə Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 17 dekabr 2019-cu il tarixli 4770 nömrəli məktubunda “vətəndaş Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbihəkim komissiyası tərəfindən tibbi müayinə və şəhadətləndirilmədən imtina etmişdir” göstərilmişdir. Odur ki, göstərilən səbəbdən vətəndaş Təqsirləndirilən şəxs tibbi müayinə və şəhadətləndirilməsinin keçirilməsi mümkün olmamışdır. “Ucar Rayon Mərkəzi Xəstəxanası” X15 10 oktyabr 2019-cu il tarixli 1480 nömrəli məktubundan görünür ki, Ucar rayonu Qaracallı kənd sakini 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs poliklinika şöbəsinin narkoloji, ruhi-əsəb, dəri-zöhrəvi, vərəm, onkoloji xəstəlikləri kabinetlərində dispanser qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxs poliklinika şöbəsinə müraciət etmədiyi üçün adına ambulator karta açılmamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 oktyabr 2019-cu il tarixli 08/A-4686-QZ nömrəli məktubundan görünür ki, xx xxxxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmiş və barəsində 14 oktyabr 2019-cu il tarixli ******* nömrəli arayış tərtib edilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-İVQD nömrəli Qanununun 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 2-ci hissəsi və 18-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək (2014-cü il 1 iyul) digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. Təqsirləndirilən şəxs barəsində daha əvvəl olunmuş müraciətlərdə təqdim edilmiş sənədlərə əsasən onun 12 fevral 2011-ci il tarixdə Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən sənədi əldə etməsi müəyyən edilmişdir. Bu baxımdan Təqsirləndirilən şəxs qeyd olunan dəyişikliyin qüvvəyə mindiyi 2014-cü il 1 iyul tarixindən əvvəl Rusiya Federasiyasının vətəndaşlığını əldə etdiyini nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlığını itirmə ilə bağlı müddəlar həmin şəxsə münasibətdə tətbiq edilə bilməz. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Odur ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşının həmin dövlətin vətəndaşları üçün məcburi xarakter daşıyan müddətli həqiqi hərbi xidmət keçməsi istinad olunan bəndin təsiri altına düşmür və qeyd olunan hal həmin kateqoriya şəxslərin Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı icraata başlanılması üçün əsas yaratmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 23 oktyabr 2019-cu il tarixli 6324 nömrəli məktubundan görünür ki, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 17 fevral 2004-cü il tarixdə Xidmətin Ucar rayon şöbəsində (keçmiş Ucar rayon hərbi komissarlığında) ilkin hərbi qeydiyyata alınmış, Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə çağırışdan yayındığına görə 17 yanvar 2007-ci il tarixdən etibarən barəsində dəfələrlə Ucar RPŞ-nə sorğular edilmişdir. Rusiya Federasiyasının vətəndaşı olduğu barədə təqdim etdiyi sənədə aydınlıq gətirilməsi məqsədi ilə Xidmətin Ucar rayon şöbəsi tərəfindən 17 fevral 2014-cü il tarixdə barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu məktubu göndərilmiş və alınmış 03 aprel 2014-cü il tarixli cavab məktubuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs 01 fevral 2005ci il tarixdə Ucar Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Eyni zamanda, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsinə, eləcə də Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsinə baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin hərbi xidmətlə bağlı dövlət qarşısında icra edilməmiş öhdəliyinin olması, onun ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilməsini zəruri edir. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli, 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”yə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə çağırılan, eləcə də axtarışda olan vətəndaşlar haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısına daxil edilərək, onların ölkə sərhədindən sərbəst hərəkətinə məhdudiyyət qoyulması və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunun dəyişdirilməsi SHXÇÜ Dövlət Xidmətinə həvalə olunmuşdur. Bununla əlaqədar uzun müddət müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilməsi mümkün olmadığı üçün Təqsirləndirilən şəxs adı 23 sentyabr 2016-cı il tarixdə SHXÇÜ Dövlət Xidməti tərəfindən “Sərhədkeçməyə məhdudiyyət siyahısına daxil edilmiş və dövlət sərhədindən sərbəst hərəkətinə məhdudiyyət qoyulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ucar Rayon İcra Hakimiyyəti başçısının Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunur. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 321.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Kollegiya belə nəticəyə gələrkən təqsirləndirilən şəxsin və iş üzrə şahidlərin həm məhkəmə kollegiyasında, həm birinci instansiya məhkəməsinin iclasında həm də ibtidai istintaq zamanı verdikləri ifadələrə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar CPM-in 125-ci mаddəsinə uyğun olaraq əldə edilmiş, onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına heç bir şübhə yoxdur. Onlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişlər. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və Təqsirləndirilən şəxs məhkum olunduğu cinаyət əməlini törətməkdə təqsirli olması bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, Təqsirləndirilən şəxs əməli CM-in 321.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs bəraət verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə hökmünün ləğv edilməsi üçün yetərli deyildir. Belə ki, iş materiallarında olan məhkəmə aktlarından və digər sübutlardan müəyyən olunur ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı kimi Azərbaycan Respublikası qarşısında hərbi xidmət keçmək vəzifəsi vardır. Təqsirləndirilən şəxsin və onun müdafiəçisi Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən cinayət əməlini törətməsi onun özünün ifadəsi, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 321.1-ci maddəsinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 321.1-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla sübuta yetmir, apellyasiya şikayətinin dəlilləri təqsirləndirilən şəxsin formal mülahizələrinə əsaslanır ki, bu da mahiyyətcə düzgün olan hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, CPM-in 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. İşdən görünür ki, Təqsirləndirilən şəxs məhkum edildiyi CM-in 321.1-ci maddəsinin sanksiyasına əsasən, o, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzanlandırıla bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və аğırlаşdırаn hаllаrın olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, Rəşad Qaffarova həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn aşağı həddə qаnuni və ədalətli cəzа təyin etmiş, düzgün olaraq barəsində CM-in 70-ci mаddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа şikаyətinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, apellyasiya şikayəti təmin edilmədən, Ucar Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 1(063)-1/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə məhkum edilməsinə dаir Ucar Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 1(063)-1/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-237/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-237/2021
15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver