Məhkəmə qərarları › İş №1(107)-238/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-238/2021

24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-238/2021 24.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X13 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 127.1-ci maddəsi ilə məhkum olunmalarına dair Ucar Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(063)-3/2021 nömrəli hökmündən Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (sədrlik edən H.Xəlilov) 11 mart 2021-ci il tarixli, 1(063)- 3/2021 nömrəli hökmü ilə, xx xxxx 1992-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Ucar şəhəri, H.Aslanov küçəsi, ev 41-də qeydiyyatda olan və Ucar rayonu, Təzə Şilyan kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 (bir) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsınа məhkum edilməsi, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs1 оğlunun üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Ucar rayonu, Təzə Şilyan kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs1 оğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs1 CM-in 127.2.3-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, 03 may 2020-ci il tarixdə, saat 08 radələrində heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs yaşadığı Ucar rayonu, Təzə Şilyan kəndindəki evin qarşısındakı darvazanın önünə gələrək onu və ailə üzvlərini nalayiq söyüşlərlə söyüb təhqir etmiş, Zərərçəkmiş şəxs oğlu Şahid2 darvazanın qarşısına çıxmasını tələb etmiş, Zərərçəkmiş şəxs özü darvazanın qarşısına çıxdıqda Təqsirləndirilən şəxs1 sonucunun burun nahiyyəsinə bir dəfə yumruqla qəsdən vuraraq yerə yıxmaqla ona burun tənəffüsünün çətinləşməsi ilə müşaiət olunan belinin deformasiyası, burun sümüklərinin yerini dəyişmiş sınığı, hər iki gözaltı nahiyənin qançırı, sol gözətrafı nahiyənin dərialtı hematoması, sağ yanaq nahiyənin, sağ əlin arxa səthinin çoxsaylı sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ucar Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(063)-3/2021 nömrəli hökmündən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, aşаğıdаkı əsаslаrа görə Ucar rаyоn məhkəməsinin 11 mart 2021-ci il tаrixli hökmü ləğv edilməklə, оnа CM-in 127.2.3-cü mаddəsi ilə təqsirli bilinib, həmin mаddələrin sаnksiyаsı həddində cəzа təyin edilməsinə dаir yeni ittihаm hökmü çıxаrılmаlıdır. Belə ki, Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 129-cu mаddəsinin İİİ hissəsinə əsаsən, məhkəmə qərаrı qаnunа və sübutlаrа əsаslаnmаlıdır. CPM-in 10.1-ci mаddəsinə əsаsən, məhkəmələr və cinаyət prоsesinin iştirаkçılаrı Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının, bu Məcəllənin, Аzərbаycаn Respublikаsının digər qаnunlаrının, hаbelə Аzərbаycаn Respublikаsının tərəfdаr çıxdığı beynəlxаlq müqаvilələrin müddəаlаrınа ciddi əməl etməlidirlər. CPM-in 349.3 və 349.4-cü mаddələrinə əsаsən, məhkəmənin hökmü qаnuni və əsаslı оlmаlıdır. Məhkəmənin hökmü Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının, bu Məcəllənin, Аzərbаycаn Respublikаsının cinаyət və digər qаnunlаrının tələblərinə riаyət edilməklə çıxаrıldıqdа qаnuni hesаb edilir. CPM-in 349.5.3-cü mаddəsinə əsаsən, məhkəmənin müəyyən etdiyi hаllаr оnun tədqiq etdiyi sübutlаrа uyğun gəldikdə məhkəmənin hökmü əsаslı hesаb edilir. Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin «Məhkəmə hökmü hаqqındа» 27 dekаbr 1996-cı il tаrixli Plenum Qərаrının 4-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə аlmаlıdırlаr ki, CPM-nin 351-ci mаddəsinə əsаsən ittihаm hökmü mülаhizələrə əsаslаnılа bilməz. İttihаm hökmü iş üzrə bаş vermiş bütün rəvаyətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər аydınlаşdırılıb qiymətləndirildikdən sоnrа, mötəbər sübutlаr əsаsındа çıxаrılmаlıdır. Qeyd edilən 12 dekаbr 2002-ci il tаrixli Plenum qərаrınа əsаsən, təqsirkаrın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün hаllаrı, о cümlədən cinаyətin üsulu, аləti, yetirilən bədən xəsаrətlərinin sаyı, xаrаkteri və lоkаlizаsiyаsı (məsələn həyаt üçün mühüm оrqаnа xəsаrət yetirilməsi), həmçinin təqsirkаrın və zərərçəkmiş şəxsin hаdisədən əvvəlki qаrşılıqlı münаsibətləri, təqsirkаrın hаdisədən sоnrаkı hərəkətləri nəzərə аlınmаlıdır. Qəsdən аdаm öldürmə о vаxt CM-in 120.2.2-ci mаddəsi ilə (xuliqаnlıq niyyəti ilə аdаm öldürmə) tövsif оlunmаlıdır ki, təqsirkаr dаvrаnışı ilə ictimаi qаydаlаrа və hаmı tərəfindən qəbul оlunmuş əxlаq nоrmаlаrınа аçıq etinаsızlıq göstərməklə, özünü ətrаfdаkılаrа qаrşı qоymаqlа cinаyət törədir (Məsələn, heç bir səbəb оlmаdаn, yаxud hər hаnsı bəhаnə ilə bаşqаsını həyаtdаn məhrum etmək). Bundаn bаşqа, "Xuliqаnlıq işləri üzrə məhkəmə təcrübəsi hаqqındа" Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 23 mаrt 2004-cü il tаrixli 1 sаylı qərаrının 5-ci bəndində qeyd edilir ki, məhkəmələr xuliqаnlıq cinаyətini xuliqаnlıq niyyəti ilə törədilən qəsdən аdаm öldürmə, qəsdən sаğlаmlığа аğır və yа аz аğır zərər vurmа cinаyətlərindən fərqləndirərkən nəzərə аlmаlıdırlаr ki, xuliqаnlıq niyyəti kоnkret cinаyətin mоtivi kimi özünü biruzə verdiyi hаldа, xuliqаnlıq hərəkəti təqsirkаrın təhlükəli dаvrаnışıdır. Xuliqаnlıq niyyətilə qəsdən аdаmöldürmə, yаxud qəsdən sаğlаmlığа аğır və yа аz аğır zərər vurmа cinаyətlərini törətmiş şəxsin əməli müvаfiq оlаrаq Cinаyət Məcəlləsinin 120.2.2 yаxud 126.2.4 və yа 127.2.3-cü mаddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il qərarında qeyd edilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Lakin məhkəmə işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməyib təqsirləndirilən və zərərçəkmiş şəxs arasında mübahisənin şəxsi münasibətlər zəminində baş verdiyini təsvir etməklə təqsirləndirilən şəxsin əməlini CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif etməkdə səhvə yol vermişdir. Məhkəmə cinаyətin xuliqаnlıq niyyəti ilə deyil, şəxsi münаsibətlər zəminində törədilməsi qənаətinə gələrkən nəzərə аlmаmışdır ki, Təqsirləndirilən şəxs1 öz şəxsiyyətini başqa şəxslərin fövqündə qoyaraq, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə xuliqanlıq niyyəti Zərərçəkmiş şəxs cuzi səbəbdən, yəni xalası Zərərçəkmiş şəxs, onun əri Təqsirləndirilən şəxs2 və oğlu Şahid2 guya ona evlərinin qarşısından maşın işləməməsini və onun evinə adam gəlib-getməməsini dediklərini bəhanə etmiş, özünün əsassız cüzi səbəblərini əsas tutaraq mübahisə etmək üçün özü onların yaşadıqları evin qarşısına gəlmiş, Təqsirləndirilən şəxs2 və Şahid2 ucadan nalayiq söyüşlərlə söyüb təhqir edərək çağırmış, həmin vaxt qarşısına çağırdığı şəxslər deyil, xalası Zərərçəkmiş şəxs çıxdığı üçün sakitləşməyib xalası Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan bir dəfə yumruqla vuraraq sonuncunun sаğlаmlığınа аz аğır zərər yetirmiş, üstəlik də onun bu əsassız cüzi səbəblərini ibtidai istintaq və məhkəmə istintaqı zamanı təsdiqləyən hər hansı bir şahidin olmamasına baxmayaraq Zərərçəkmiş şəxs, onun əri Təqsirləndirilən şəxs2 və oğlu Şahid2 ifadərində Təqsirləndirilən şəxs1 ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmadığını, Seyidağanın onları səbəbsiz yerə söyüb təhqir etdiyini bildirmişlər. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşı yönəlmiş qəsdi əsassız və səbəbsiz olmuşdur. Həmçinin bu hal da qeyd edilməlidir ki, xuliqanlıq niyyətilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir və bu halda digər motivlər ya olmamalıdır, yaxud da cinayətin törədilməsi motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə əməlin xuliqanlıq niyyətilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə,sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 5-ci bəndində isə göstərilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintаqı zаmаnı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamış, Seyidağa onu və ailə üzvlərini səbəbsiz yerə söyüb təhqir etmiş, Təqsirləndirilən şəxs1 hadisə günü onun həyat yoldaşını və oğlunu çağırdığı halda mübahisə olmasının qarşısını almağa çalışan zaman ona səbəbsiz və əsassız yerə burun nahiyyəsindən bir dəfə yumruqla qəsdən vuraraq xəsarət yetirmişdir. Hadisə yerinə qonşuları Zərgül, Qəndi, Cahan və Zenfira gəlmiş, Seyidağanın qeyd edilən hərəkətləri ümumulikdə 30 dəqiqə ərzində baş vermiş, hadisəni qonşuluqda yaşayan Əliqulu görmüşdür. İbtidai istintaq zamanı və məhkəmə iclаsındа şаhid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. 03 may 2020-ci il tarixdə saat təxminən 08:15 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yaşadığı həyətdən ucadan səsinin gəlməsini eşidərək onların həyətinə getmişdir. İş üzrə ibtidai istintaq zamanı və məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 və X1 Zərgül Nəbi qızının ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında əvvəllər heç bir ədavət və düşmənçilik olmadığını, 03 may 2020-ci il tarixdə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yaşadığı həyətdən ucadan səsinin gəlməsini eşidərək onların həyətinə getdiyini bildirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 03 may 2020-ci il tarixdə saat təxminən 07:30 radələrində Malimin həyətində olan zaman Seyidağanın küçədə Malimgilin ünvanına nalayiq söyüşlər söyərək onların darvazasını döyməsini eşitmiş, Səlahət oğlunu və həyat yoldaşının darvazaya getməsini qoymayaraq özü darvazaya tərəf getmiş, Səlahət darvazanı açanda Seyidağa yumruqla onun burun nahiyyəsindən bir dəfə zərbə vurmuş, Səlahət həmin vaxt öz həyətləri tərəfə yıxılmış, həmin vaxt Seyidağa küçədə dayanaraq Malimə və onun ailə üzvlərinə nalayiq söyüşlər söymüş, aralarında olan münaqişə təxminən 5-10 dəqiqə ərzində baş vermişdir. Göründüyü kimi şahidlər Şahid1, X10 və X14 ifadələrində hadisə yerinə Zərərçəkmiş şəxs yaşadığı həyətdən ucadan səsinin gəlməsini eşidərək getdiklərini, Şahid4, Zərərçəkmiş şəxs, Şahid2 və Təqsirləndirilən şəxs2 isə ifadələrində Təqsirləndirilən şəxs1 küçədə Malimgilin ünvanına nalayiq söyüşlər söyərək onların darvazasını döydüyünü, zərərçəkmiş şəxsin hər hansı bir mübahisə olmasın deyə özünün Təqsirləndirilən şəxs1 qarşısına çıxdığını, Təqsirləndirilən şəxs1 mübahisəsinin zərərçəkmiş şəxsin oğlu və həyat yoldaşı ilə olduğu halda “niyə zərərçəkmişin oğlu və həyat yoldaşı qapıya gəlməmiş” deyə səbəbsiz yerə zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə vurmuşdur. Həmçinin, iş materiallarına əlavə edilmiş əməliyyаt məlumatına əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs və onun ailə üzvləri ilə hansı səbəbdən münaqişə yaratması, münaqişəyə səbəb olan hallar müəyyən edilməmişdir. Lаkin məhkəmə hökmdə sаdаlаnаn dəlillərə və işin fаktiki hаllаrınа tənqidi və iş mаteriаllаrındа оlаn bütün sübutlаrın məcmusu ilə müqаyisəli təhlil etməklə yаnаşmаmış, CPM-in nоrmаlаrını sаdаlаsаdа, həmin nоrmаlаrа əməl edərək mövcud sübutlаrı qiymətləndirməmiş, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şаhidlərin işin fаktiki hаllаrınа uyğun ifаdələr verməsinə bаxmаyаrаq, оnlаrı təhrif etmiş, öz mövqeyini fоrmаlаşdırаrаq Təqsirləndirilən şəxs1 əməlini CM-in 127.2.3-cü mаddəsindən həmin Məcəllənin 127.1-cı mаddəsinə tövsif etməklə səhvə yоl vermişdir. Odur ki, Təqsirləndirilən şəxs1 оğlunun CM-in 127.1-ci mаddəsi ilə məhkum edilməsinə dаir cinаyət işi üzrə Ucar Rayon Məhkəməsinin 11 mart 2021-ci il tаrixli hökmünü ləğv etməklə, Təqsirləndirilən şəxs1 CM-in 127.2.3-cü mаddəsi ilə təqsirli bilərək оnа həmin mаddənin sаnksiyаsı həddində cinаyət qаnunun müddəаlаrınа uyğun cəzа təyin edilməklə yeni ittihаm hökmünün çıxаrılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X15 apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs1 оğlunun CM-in 127.1-ci mаddəsi ilə məhkum edilməsinə dаir cinаyət işi üzrə Ucar Rayon Məhkəməsinin 11 mart 2021-ci il tаrixli hökmünü ləğv etməklə, Təqsirləndirilən şəxs1 CM-in 127.2.3-cü mаddəsi ilə təqsirli bilərək оnа həmin mаddənin sаnksiyаsı həddində cinаyət qаnunun müddəаlаrınа uyğun cəzа təyin edilməklə yeni ittihаm hökmünün çıxаrılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi X19 apellyasiya protestinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(063)-3/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi az yaşlı uşaqlarına bağışladığını bildirərək, apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs1 apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçilərinin apelyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(063)-3/2021 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində göstərdiyi xüsusatlara oxşar məzmunda ifadə verərək, göstərdi ki, o, ittiham olunduğu maddə ilə özünü təqsirli hesab etmir. Zərərçəkmiş şəxs onun xalasıdır. Bu hadisə Zərərçəkmiş şəxs evinin qarşısında olmayıb. Həmçinin, həmin mübahisə zamanıda Zərərçəkmiş şəxs orda olmayıb. Zərərçəkmiş şəxs heç bir xəsarət yetirmədiyini, həmin hadisə zamanı onun özünə xəsarətlər yetirildiyini bildirdi. Onun hansı şəraitdə xəsarət almasından, burnunun sınmasından xəbəri olmayıb. Hadisə zamanı orda O, Təqsirləndirilən şəxs2 və Şahid2 olmuşdur. Aldığı xəsarətlərdən Ucar rayon X27 maşını ilə xəstəxanaya aparılmışdır. Odur ki, apellyasiya protestinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs ifadə verərək, göstərdi ki, Təqsirləndirilən şəxs1 bacısı Qıztamamın oğludur. Seyidağa təxminən 3 ildir ki, su karantına görə onlarla tez-tez münaqişə yaratmış, onu və ailə üzvlərini səbəbsiz yerə söyüb, təhqir etmişdir. Təqsirləndirilən şəxs1 2 may 2020-ci il tarixində yenidən yaşadığı evin darvazasını döyərək onlara nalayiq sözlər deyərək təhqir etmişdir. Bundan sonra o, bacısına zəng vuraraq artıq bezdiyini, Təqsirləndirilən şəxs1 dəfələrlə onlara nalayiq sözlər dediyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onlara gələrək onun sinəsindən tutaraq silkələyib, yerə yıxmışdır. O, polisə zəng vurduqdan sonra axşam polis şöbəsinin əməkdaşları gələrək izahatlar alınmış, hətta polis əməkdaşınında yanında Seyidağa onları təhqir etmişdir. Sabahısı gün o yenidən gələrək oğlu Rusifin və yoldaşı Malimin çölə çıxmasını istəsədə o qoymamış, qapının qarşısına özü çıxmışdır. Həmin vaxt Seyidağa onun burun nahiyəsindən vurmuş, nəticədə o özündə olmamışdır. Hazırda o Seyidağanı az yaşlı uşaqlarına görə bağışlayır. Bu səbədən də protestin təmin edilməsini istəmir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs2 göstərdi ki, Təqsirləndirilən şəxs1 onun baldızının oğludur. Oğlu Rusif su idarəsində fəhlə işləyir. 3 il bundan qabaq Seyidağa oğluna su krantının qapının ağzına qoymasını bildirmişdir. Lakin su krantı başqa yerə qoyulduğundan Seyidağa hər dəfə onları səbəbsiz yerə söyür və təhqir edirdi. May ayının 2-də polisə məlumat vermişlər. Polis şöbəsindən gəlib onlardan izahatlar alınmışıdr. May ayının 3-də Seyidağa yenidən gələrək çıxın çölə klounlar polis mənə neyləyəcək deyərək, darvazanı bərkdən döyməyə başlamışdır. Həyat yoldaşı Zərərçəkmiş şəxs qapını açaraq nə olduğunu soruşduqda Seyidağa Səlahətin üz nahiyəsinə yumruqla vurmuşdur. O, bunu görən kimi oğlu Rusifi çağırmış, özü isə həyətdəki beli götürərək Seyidağaya yaxınlaşmış, əlindəki bel ilə onun ayağına bir dəfə zərbə vurmuş və Seyidağa yerə yıxılmışdır. Seyidağa yerə yıxıldıqdan sonra o, ona yumruqla zərbə endirmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsinin iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifаdəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalasıdır, onlarla qonşuluqda, təxminən 50 metr məsafədə yaşayır. Onun evinə gedən yol, xalası Səlahətgilin evinin üstündən keçir. Xalası, xalasının əri Malim və oğlu Rusif onun evinə xalasıgilin evinin qarşısından maşın işləməməsini və onun evinə adam gəlib-getməməsini demişlər. Buna görə təxminən 3 ildir ki, onunla mübahisə etmişlər. 02 may 2020-ci il tarixdə, axşam radələrində xalası oğlu Rusif onun barəsində DİN-in 102 xidmətinə zəng edərək guya onların həyətinin qarşısına gələrək onu öldürməklə hədələdiyin bildirmişdir. Həmin vaxt belə bir hadisə olmamış, o, Rusfi öldürməklə hədləməmişdir. O, 03 may 2020ci il tarixdə, saat 08 radələrində öz evinin qarşısında olan zaman xalası Səlahət İsmayılovanın əri Malim və oğlu Rusif həyətlərini əhatə edən qamış çəpərin yanına çağırmışlar. O da həmin yerə getmişdir. Həmin vaxt Rusif atası Malimlə birlikdə çəpər çəkmişlər. Rusif əlindəki bel ilə torpaq yaymış, atası Malim isə əlindəki balta ilə çəpərin kənarındakı yulğunları kəsmişdir. O, Rusif və Malimə “nə qədər mənimlə münaqişədə olacaqsınız, gəlin mehriban olaq” demişdir. Bunu dedikdən sonra arxasında dayanan xalası oğlu Rusif əlindəki belin dəmir hissəsi ilə onun sağ tərəf alın nahiyyəsindən bir dəfə zərbə endirmişdir. Sonra isə o, huşunu itirərək yerə yıxılmışdır. Yıxılan zaman Rusifin atası Malim isə əlindəki baltanın küp hissəsi ilə onun sol ayağının baldır nahiyyəsinə vuraraq onu döymüşdür. Səlahət Malim və Rusifin yanında olmamış, o, yerə yıxılandan sonra Səlahət ora gəlmişdir. O, sonra oradan sürünərək öz evlərinə getmiş, həyat yoldaşı bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra isə həmin vaxt aldığı xəsarətlərə görə həyat yoldaşı Aidə 103 xidmətinə zəng edərək X27 çağırmışdır və onu Ucar rayon mərkəzi xəstəxanasına X27 stansiyasına aparmışlar. Orada ona tibbi yardım göstərmişlər. Məhkəmədən zərərçəkmiş şəxsə qəsdən az ağır xəsarət yetirmədiyinə görə onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun baldızı Qıztamamın oğludur. Seyidağa təxminən 3 ildir ki, onlarla tez-tez münaqişə yaratmış, onu və ailə üzvlərini səbəbsiz yerə söymüş, təhqir etmişdir. O və ailə üzvləri bu barədə polis şöbəsinə müraciət etməmişlər. 02 may 2020-ci il tarixdə, saat 18:30 radələrində baldızı oğlu Seyidağa onların yaşadıqları evin həyətinin darvazasını döyərək ondan və oğlu Rusifdən çölə çıxmağı tələb etmiş, onu və oğlunu uca səslə söymüşdür. Bu zaman həyat yoldaşı Səlahət onları çölə çıxmağa qoymamış və özü Seyidağanın çağırışına darvazanın qarşısına çıxmışdır. Seyidağa onun həyat yoldaşının yaxasından yapışaraq “sən kimsən mənim qarşıma çıxmısan? kişilər çölə çıxsın mənim işim onlarladır” demişdir. Sonra həyat yoldaşı Səlahət onu öz evlərinə aparmışdır. Həmin vaxt oğlu Rusif DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat verərək xalası oğlu Seyidağanın əlindəki bıçaqla onu öldürməklə hədələdiyini demişdir. Həmin vaxt Rusif və o, həyətdən bayıra çıxmamışlar. Seyidağanın əlində bıçaq və ya digər silah qismində alət olub-olmadığını görməmişlər. Həmin vaxt Seyidağa təxminən 10 dəqiqə ərzində onları küçədə, darvazalarının qarşısnda dayanaraq onun və oğlunun ünvanına söyüşlər söymüşdür. Həmin gün Seyidağa onlardan heç kimə xəsarət yetirməmiş, onları yalnız söyüb-təhqir etmişdir. 03 may 2020-ci il tarixdə, saat 06:20 radələrində Seyidağa onların darvazasının qarşısına gələrək yenə onları söyüb təhqir etməyə başlamış, bundan sonra çıxıb getmişdir. Həmin gün, saat 08 radələrində Seyidağa yenə onların darvazasının qarşısna gəlmiş, onları, yəni ailə üzvlərinin hamısını nalayiq söyüşlərlə ucadan söyməyə başlamışdır. Yenə həyat yoldaşı Səlahət qapının qarşısına çıxmış, Seyidağa Səlahəti yumruqla burun nahiyyəsindən vuraraq yerə yıxmışdır. Bundan sonra o, həyətdəki beli götürərək Seyidağaya yaxınlaşmış, əlindəki belin ağızı ilə Seyidağanın sol ayağının baldır hisəsindən bir dəfə zərbə vurmuş və Seyidağa yerə yıxılmışdır. Yıxılan zaman o, Seyidağanın sol gözünün üstündən, alın nahiyyəsindən və sifətinin digər nahiyyələrinə bir neçə dəfə yumruqla vuraraq onu döymüşdür. Sonra Seyidağa öz evlərinə tərəf getmiş, bundan sonra onlara tərəf gəlməmişdir. Seyidağanın arvadı Aidə həmin vaxt DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra polislər onların həyətlərinin qarşısına gəlmişlər. Həyat yoldaşı Səlahət evdə qalmış, o və Rusif izahat vermək üçün polis şöbəsinə getmişlər. Məhkəmədən ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşayış yerindən normal xarakterizə olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, habelə gələcəkdə bu cür qanunsuz hərəkətə yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, Seyidağa onun bacısı Qıztamamın oğludur. Seyidağanın evinə gedən yol onun evinin üstündən keçir. Seyidağa təxminən 3 ildir ki, onlarla tez-tez münaqişə yaratmış, onu və ailə üzvlərini səbəbsiz yerə söyüb, təhqir etmişdir. O və ailə üzvləri bu barədə polis şöbəsinə müraciət etməmişlər. 02 may 2020-ci il tarixdə, saat 18:30 radələrində bacısı oğlu Seyidağa onların yaşadığı evin həyətinin darvazasını döyərək oğlu Rusifdən çölə çıxmağı tələb etmiş, həm də oğlunu uca səslə söymüşdür. Bu zaman o, Rusifi çölə çıxmağa qoymamış və özü Seyidağanın çağırışına görə darvazanın qarşısına çıxmışdır. Seyidağa onun yaxasından yapışaraq “sən kimsən mənim qarşıma çıxmısan? kişilər çölə çıxsın mənim işim onlarladır, Rusifi çölə çağırıram” demişdir. O, Seyidağanı öz evlərinə tərəf aparmışdır. Həmin vaxt oğlu Rusif DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Seyidağa Rusifi öldürəcəyi ilə hədələmiş, təxminən 10 dəqiqə ərzində onları küçədə, darvazalarının qarşısnda dayanaraq onu və ailə üzvlərini nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Həmin gün Seyidağa ona və ailə üzvlərinə xəsarət yetirməmiş, onları yalnız söyüb-təhqir etmişdir. 03 may 2020-ci il tarixdə, saat 06:20 radələrində Seyidağa onların evinin qarşısındakı darvazanın qarşısına gələrək yenə onları söyüb təhqir etməyə başlamışdır. Bir qədər sonra Seyidağa çıxıb getmiş, həmin gün saat 08 radələrində yenə onların darvazalarının qarşısna gəlmiş, onları, yəni ailə üzvlərinin hamısını nalayiq söyüşlərlə ucadan söyməyə başlamışdır. O, yenə də oğlu Rusifi və həyat yoldaşı Malimi çölə çıxmağa qoymamış, qapının qarşısına özü çıxmışdır. Həmin vaxt Seyidağa onun burun nahiyyəsindən bir dəfə yumruqla qəsdən vurmuş, o, öz darvazalarının qarşısına, həyətlərinə tərəf yıxılmışdır. Oğlu Rusif onun köməyinə gəlmiş, bundan sonra o, huşunu itirmiş, nə baş verməsini bilməmişdir. Ayılanda həyətlərində qonşular Zərgül, Qəndi, Cahan və Zenfiranın olduğunu görmüşdür. Sonradan həyat yoldaşı Malim ona demişdir ki, Seyidağa onu vurandan sonra o da hirsindən Seyidağanı öz darvazalarının qarşısında əlindəki bellə və yumruqla vuraraq döymüşdür. Lakin, onların arasında olan davanı görməmişdir. Sonra polis əməkdaşları onların həyətlərinin qarşısına gəlmişlər, Malimi və Rusifi izahat vermək üçün polis şöbəsinə dəvət etmişlər. Malim və Rusif şöbədə izahat verib geri qayıtmışlar. Təqsirləndirilən şəxs1 onun bacısı oğlu olduğuna görə Təqsirləndirilən şəxs1 yüngül, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Seyidağa onun xalası oğludur. Seyidağa təxminən 3 ildir ki, onlarla tez-tez münaqişə yaratmışdır. Onu və atasını səbəbsiz yerə söymüş və təhqir etmişdir. O və ailə üzvləri bu barədə polis şöbəsinə müraciət etməmişlər. 02 may 2020-ci il tarixdə, saat 18:30 radələrində xalası oğlu Seyidağa onların yaşadıqları evin həyətinin darvazasını döyərək ondan və atasından çölə çıxmağı tələb etmişdir. Seyidağa həm də onu və atasını uca səslə söymüşdür. Bu zaman anası Səlahət onları çölə çıxmağa qoymamış və anası Səlahət özü Seyidağanın çağırışına görə darvazanın qarşısına çıxmışdır. Seyidağa anasının yaxasından yapışıb bildirmişdir ki,” sən kimsən mənim qarşıma çıxmısan? kişilər çölə çıxsın mənim işim onlarladır”. Sonra anası onu öz evlərinə aparmışdır. Həmin vaxt o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. O, həmin vaxt həyətdən bayıra çıxmamış, Seyidağanın əlində bıçaq və ya digər silah qismində alət olub-olmadığını görməmişdir. Həmin vaxt Seyidağa təxminən 30-40 dəqiqə ərzində onları küçədə, darvazalarının qarşısında dayanaraq onu və atasının ünvanına söyüşlər söymüşdür. Həmin gün Seyidağa onlardan heç kimə xəsarət yetirməmiş, yalnız onları söyüb-təhqir etmişdir. Səhəri gün, yəni 03 may 2020-ci il tarixdə, saat 06:20 radələrində Seyidağa onların evinin qarşısındakı darvazalarının qarşısına gələrək yenə onları söyüb təhqir etməyə başlamışdır. Həmin gün, saat 08 radələrində Seyidağa yenə onların darvazalarının qarşısına gələrək onları, yəni ailə üzvlərinın hamısını nalayiq söyüşlərlə ucadan söyməyə başlamışdır. Yenə anası Səlahət qapının qarşısına çıxmış, Seyidağa yumruqla anasının yumruqla burun nahiyyəsindən vurmuş, anası həyətlərinə, qapının ağzına yıxılmışdır. O, anası xəsarət alaraq yerə yıxıldığı üçün anasına yardım göstərmiş və yerdən qaldıraraq evlərinə aparmaq istəmiş, atası isə əlində bel ilə darvazadan bayıra çıxmışdır. Sonradan bilmişdir ki, atası Seyidağaya yaxınlaşmış, onu əlindəki bellə ayağından və şillə ilə sifətindən vurmuşdur. Sonra Seyidağa evlərinə getmişdir. O, DİN-in 102 xidmətinə zəng edərək Seyidağanın anası Səlahəti döyməsini, qarşılığında onu şillə ilə vurduğunu bildirmişdir. Həmin vaxt o, Seyidağanı vurmamışdır. Seyidağanı həmin vaxt atası Malim vurmuşdur. O, atasının yerinə Seyidağanı vurduğunu bildirmişdir. Sonradan polislər onların həyətinə gəlmişlər. Anası evdə qalmış, o və atası və izahat vermək üçün polis şöbəsinə getmişlər. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşının baldızı Qıztamamın oğludur. Təqsirləndirilən şəxs2 isə onun qardaşıdır. 03 may 2020-ci il tarixdə, saat təxminən 08 radələrində o, mağazadan öz evinə gəlmiş, həmin vaxt Malimgilin qapısının qarşısında polis maşını olduğunu görmüşdür. Ona görə də o, Malimgilin evinə getmiş, qardaşının həyat yoldaşı Zərərçəkmiş şəxs öz yaşadığı evin darvazasının qarşısında oturduğunu görmüşdür. Həmin vaxt Səlahətin sifəti qan içində olmuşdur. Orada olan Şahid4 nə baş verməsini soruşanda Əliqulu bildirmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs1 saat 08 radələrində Malimgilin qapısını döymüş, onlar söymüş, həmin vaxt qapını Səlahət açanda Seyidağa onu burun nahiyyəsindən yumruqla vurmuş, qapının qarşında xəsarət yetirmişdir. Sonra qardaşı Malim həyətdəki beli götürərək küçədə Seyidağanın ayağına vurmuş, Seyidağa yıxılandan sonra isə yumruqla onun sifətinə vuraraq Seyidağanı döymüşdür. Hadisə baş verən zaman o, hadisə yerində olmamış, yalnız Səlahəti xəsarət almış vəziyyətdə öz darvazaların qarşında olan zaman görmüşdür. Hadisə barədə ona qonşusu Əliqulu məlumat vermişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 03 may 2020-ci il tarixdə, saat təxminən 07:30 radələrində Malimin evinə 02 may 2020-ci il tarixdə, saat 19 radələrində Seyidağanın Malimin ailə üzvləri ilə münaqişə yaratmasını eşitdiyinə görə onlardan nə baş verməsini soruşmaq üçün getmişdir. O, Malim və onun ailə üzvləri, yəni Malim, Səlahət və Rusiflə Malimin həyətində oturub çay içib söhbət etmişlər. Bu zaman Seyidağanın küçədə Malimgilin ünvanına nəlayiq söyüşlər söyərək onların darvazasını döyməsini eşitmişlər. Malimin həyat yoldaşı Səlahət Malimə və oğlu Rusifə “qapını mən açım, siz çölə çıxmayın” demişdir. Səlahət darvazaya tərəf getmiş, Səlahət darvazanı açanda Seyidağa yumruqla onun burun nahiyyəsindən bir dəfə zərbə vurmuş, Səlahət həmin vaxt darvazalarından öz həyətləri tərəfə yıxılmışdır. Rusif anasına tərəf yüyürərək kömək etmək istəmiş, Malim isə darvazanın kənarında öz həyətlərində olan beli əlinə götürmüş və küçəyə çıxmışdır. O Malimin yanında olmuş, həmin vaxt Seyidağa küçədə dayanaraq Malimə və onun ailə üzvlərinə nəlayiq söyüşlər söymüşdür. Malim əlindəki belin dəmir tərəfi, yəni belin arxa tərəfi ilə Seyidağanın baldır hissəsindən bir dəfə zərbə vurmuş və Seyidağa yerə yıxılmışdır. O, Malimin əlindən beli almış və kənara tullamışdır. Sonra Malim yerdə Seyidağanın yıxılmış vəziyyətdə sifət nahiyyəsindən bir-iki dəfə yumruqla vurmuşdur. O, Seyidağa ilə Malimin dava etməsinə imkan verməmiş, Malimi həyətə gətirmişdir. Sonra Rusfin də Seyidağaya tərəf getməsinə imkan verməmiş, Seyidağa isə öz evlərinə getmişdir. Daha sonra polis əməkdaşları Malimin yaşadığı evin qarşısına gəlmişlər və Malimi və Rusifi izahat vermək üçün polis şöbəsinə dəvət etmişlər. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Hüseynova Səlahət İsmayıl qızını və onun ailə üzvlərini, eləcə də Təqsirləndirilən şəxs1 həmkəndliləri kimi tanımışdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1lə əvvəllər aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 03 may 2020-ci il tarixdə, saat təxminən 08:15 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yaşadığı həyətdən Səlahətin ucadan səsinin gəlməsini eşidərək onların həyətinə gəlmiş, Zərərçəkmiş şəxs üzü-gözünün qan içində olduğunu görmüş, burnundan qan axmışdır. O, Səlahətdən nə baş verməsini soruşduqda Səlahət ona bildirmişdir ki, bacısı oğlu Seyidağa 02 may 2020-ci il tarixdə, saat 19 radələrində onların darvazasının qarşısına gələrək onları söymüş, həmin gün saat 08 radələrində Seyidağa yenə onların evinin giriş qapısına gələrək söyüş söyəndə qapıya çıxmaq istəmiş, həmin vaxt Seyidağa yumruqla bir dəfə burun nahiyyəsindən vuraraq xəsarət yetirmiş, bundan sonra Malim həyətindəki bel ilə Seyidağanı vurmuş, Seyidağa şikayət etdiyi üçün polislər Malim və Rusifi izahat vermək üçün Ucar Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, Səlahətgildə olan zaman Malim və Rusif evlərində olmamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X14 məhkəməyə teleqram göndərib səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, verdiyi izahatı öz qüvvəsində olduğunu bildirmişdir. Onun ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şаhid qismində dindirilmiş X10 eyni məzmunlu ifаdə verərək Şahid1 göstərdiyi xüsusаtlаrı təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs2 ilə də əvvəllər aralarında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Seyidağa və Malimi həmkəndliləri kimi tanımışdır. Təqsirləndirilən şəxs1 mütəmadi olaraq səbəbsiz yerə Təqsirləndirilən şəxs2 və onun ailə üzvləri ilə münaqişə yaratmış, onları söymüş və təhqir etmişdir. Sonuncu dəfə 03 may 2020-ci il tarixdə, saat təxminən 08:00 radələrində Seyidağa Təqsirləndirilən şəxs2 ailə üzvlərini yaşadıqları darvazanın qarşısında söyüb təhqir eydiyinə görə Malimin həyat yoldaşı Zərərçəkmiş şəxs darvazalarının qarşısına çıxanda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yumruqla burun nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. O, həmin münaqişəni görməsə də Seyidağanın həmin münaqişədən əvvəl və sonra Təqsirləndirilən şəxs2 özünü və ailə üzvlərini səbəbsiz yerə ucadan nəlayiq söyüşlərlə söyməsini dəfələrlə eşitmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 məhkəməyə ərizə göndərib səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaqda verdiyi ifadənin düzgün olduğunu bildirmişdir. Onun ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, Ucar rayonu, Təzə Şilyan kəndində həyat yoldaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşayır. Həmkəndliləri Təqsirləndirilən şəxs2 və onun ailə üzvləri təxminən 2 ildir ki, onun ailəsi ilə tez-tez münaqişə yaratmışlar. 03 may 2020-ci il tarixdə, saat 08 tadələrində həyat yoldaşı Seyidağanı Rusif çağırmış, Seyidağa Rusifin yaşadığı evin həyətini əhatə edən qamış çəpərin yanına getmişdir. O da çəpərdən Seyidağanın arxası ilə baxmışdır. Yoldaşı həmin yerə çatanda Rusif yoldaşının ayağına bellə vurmağa, Rusifin atası Malim də balta ilə ayağını çapmağa başlamışdır. Rusif bellə yoldaşının boynunun arxasından vurmuşdur. Sonrada qabaq tərəfdən alınına vuraraq quyuya yıxmış, orada döyməyə başlamışlar. Onlar Seyidağanı döydükdən sonra Rusifin anası Səlahət gəlmiş və yoldaşını vurmağa başlamışdır. Onların arasındakı münaqişə təxminən 20 dəqiqə çəkmişdir. Seyidağa quyuya yıxıldığı üçün onları vura bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X8 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, həmkəndliləri Təqsirləndirilən şəxs2 və onun ailə üzvləri, eləcə də Təqsirləndirilən şəxs1 və onun ailə üzvləri ilə əvvəllər aralarında ədavəti və düşmənçiliyi olmamışdır. 03 may 2020-ci il tarixdə, saat təxminən 08:15 radələrində qonşusu Zərərçəkmiş şəxs həyətinə qonşuların getməsini görmüş, oraya getdikdə Səlahətin öz həyətlərində, evlərinin yanında stulda oturduğunu, üz-gözünün qan içində olduğunu görmüşdür. Ondan və qonşulardan nə olmasını soruşduqda Səlahət onu darvazalarının qarşısında qonşuluqda yaşayan bacısı oğlu Seyidağanın yumruqla vurduğunu və burunun qanadığını demişdir. Malim və Rusifi polislər izahat vermək üçün polis şöbəsinə dəvət etdikləri üçün izahat vermək üçün polis şöbəsinə getmişlər. O və orada olan qonşuları Zərgül, Cahan və Zenfira Səlahətə tibbi yardım göstərmişlər. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının 09 may 2020-ci il tаrixli, 102 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində aşkar edilmiş xəsarət–sol gözətrafı nahiyənin qançırı, dərialtı hematoması, sol baldıırın orta 1/3–nin ön səthinin əzilmiş yarası, sağ qaşüstü nahiyənin şişkinliyi, sağ alın cibinin xarici səhvəsinin basılmış sınığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 03 may 2020-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirlən zaman törənir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsrətlərə aid edilir. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının 09 may 2020-ci il tаrixli, 100 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət–burun tənəffüsünün çətinləşməsi ilə müşaiət olunan belinin deformasiyası, burun sümüklərinin yerini dəyişmiş sınığı, hər iki gözaltı nahiyənin qançırı, sol gözaltı nahiyənin dərialtı hematoması, sağ yanaq nahiyəsinin, sağ əlin arxa səthinin çoxsaylı sıyrıqları küt alətin (əşyanın)-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 03 may 2020-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən аlınmış tələbnаmələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işində оlаn Ucar Rayon İcra Hakimiyyəti başçısının Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xаrаkterizə оlunurlar. Hazırda öyrənilən apellyasiya protestindən bəlli olur ki, burda təqsirləndirilən şəxsin əməlinin CM-in 127.2.3-cü maddəsindən CM-in 127.1-ci maddəsinə tövsif edilməsi mübahisələndirilmiş, bu baxımdan da, Təqsirləndirilən şəxs1 оğlunun CM-in 127.1-ci mаddəsi ilə məhkum edilməsinə dаir cinаyət işi üzrə Ucar Rayon Məhkəməsinin 11 mart 2021-ci il tаrixli hökmünü ləğv etməklə, Təqsirləndirilən şəxs1 CM-in 127.2.3-cü mаddəsi ilə təqsirli bilərək оnа həmin mаddənin sаnksiyаsı həddində cinаyət qаnunun müddəаlаrınа uyğun cəzа təyin edilməklə yeni ittihаm hökmünün çıxаrılması xahiş edilmişdir. Lakin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 127.2.3-cü maddəsindən CM-in 127.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, uyğun olaraq apellyasiya protestinin dəlillərini əsaslı saymır. Çünki, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş biri-digərini tamamlayan sübutlarla təqsirləndirilən şəxsin CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Belə ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə hərtərəfli, tam və obyektiv və hökmdə ətraflı şərh olunan sübutların məcmusuna, yəni təqsirkarın, zərərçəkmişin və şahidlərin ifadələrinə əsaslanmaqla və bunları mötəbər sübut kimi qiymətləndirməklə təqsirləndirilən şəxs haqqında CM-in 127.1-ci maddəsi ilə ittiham hökmü çıxarmışdır. Oxşar münasibətləri tənzimləyən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X16rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Eyni hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X4rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Hazırda, məhkəmə kollegiyasının fikrinə görə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə nəticəsində sonuncunun az ağır xəsarət alması mübahisələndirilməsə də, təqsirləndirilən şəxsin zərərçəkmişə xuliqanlıq niyyəti ilə az ağır xəsarət yetirməsi ilə bağlı apellyasiya protesti müəllifinin istinad etdiyi sübutların həqiqiliyi həddindən artıq şübhə doğurur. Çünki, xuliqanlıq cinayətindən bəhs edən CM-in 221-ci maddəsindən, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, eləcədə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən bəlli olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayət edilməlidir. Burada cəmiyyətə açıqça hörmətsizlik ifadə etmə dedikdə təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının “tapdalanması”, bir çox insanın və ya cəmiyyətin hər hansı üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Xuliqanlıq zamanı təqsirkarın hərəkəti şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman ümumiyyətlə tanımadığı şəxsə qarşı yönəlmiş olur. Belə ki, təqsirakar bu cinayəti təsadüfən rastlaşdığı və tanımadığı və ya az tanıdığı şəxslər barəsində törədir. Belə halda təqsirkar zərərçəkənin davranışından xuliqanlıq hərəkətini həyata keçirmək üçün istifadə edir. Bu zaman baş vermiş ictimai təhlükəli əməllə bu hərəkəti doğuran səbəblər arasında açıq-aşkar uyğunsuzluq mövcud olur. Yuxarıda şərh olunan qanunun və plenum qərarlarının mənasından açıq-aydın görünür ki, kənar şəxslərə qarşı laqeyidlik, etinasızlıq, özündən müştəbehlik, özünü dügər şəxslərdən fərqli, üstün olması, eqoizim nümayiş etdirmə xüliqanlıq cınayətinə xas olan əsas xarakterik hallardır. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında gəldiyi hüquqi mövqeyə görə xüliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı sürətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini bir başa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqça hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Bundan əlavə eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında bir mənalı olaraq göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Yuxarıda şərh olunanlardan, habelə həm Konstitusiya Məhkəməsinin, həm də Ali Məhkəmənin Plenumunun xuliqanlıq cinayətinə verdikləri təfsirdən aydın olur ki, təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizimini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər, onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. Həmçinin məhkəmə kollegiyası bu arada qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir və bu halda digər motivlər ya olmamalıdır, yaxud da cinayətin törədilməsi motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə də əməlin xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası yuxarıda göstərilən qanun normasının mənası, həm Konstitusiya Məhkəməsinin, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsi plenumlarının qərarlarının izahı baxımından, həmçinin cinayət işinin faktiki hallarının gerçək vəziyyətinə əsasən bu fikirdədir ki, təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə müəyyən edilmiş bütün faktiki hallar məcmu halında qiymətləndirilməli, həmçinin belə işlərdə cinayətin motivinə dair məsələnin araşdırılması xüsusi əhəmiyyət kəsb etdiyindən, cinayətin törədilmə halları ilə yanaşı, təqsirləndirilən şəxsin əvvəlki davranışı, onun şəxsiyyəti ilə bağlı xüsusatların aydınlaşdırılması vacib şərtdir. Hazırda, təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, şahidlərin, həm də cinayət işinin reallığı əks etdirən gerçək vəziyyətindən görünür ki, mübahisə onların arasında olan şəxsi münasibətlər zəminində (çünki, zərərçəkmiş şəxs də, ounun əri Təqsirləndirilən şəxs2 və zərərçəkmiş şəxsin oğlu Şahid2 ifadələrində göstərirlər ki, 3 ildir ki onların arasında münaqişə var. Hətta zərərçəkmi şəxs də ifadəsində qeyd edir ki, hadisədən qabaq təqsirləndirilən şəxsdən anasına şikayət etmiş, zərərçəkmiş şəxsin oğlu isə təqsirləndirilən şəxsdən DİN-nin 102 xidmətinə şikayət etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 isə ifаdəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalasıdır, onlarla qonşuluqda, təxminən 50 metr məsafədə yaşayır. Onun evinə gedən yol, xalası Səlahətgilin evinin üstündən keçir. Xalası, xalasının əri Malim və oğlu Rusif onun evinə xalasıgilin evinin qarşısından maşın işləməməsini və onun evinə adam gəlib-getməməsini demişlər. Buna görə təxminən 3 ildir ki, onunla mübahisə etmişlər.) baş vermiş və nəticədə mübahisə zamanı təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə az ağır xəsarət yetirmişdir. Göründüyü kimi, hadisənin bu cür inkişaf etməsi təqsirləndirilən şəxsin cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəmnində törədildiyini göstərir. Belə vəziyyətdə ibtidai istintaq orqanının və protest müəlifinin hadsisənin xuliqanlıq niyyəti ilə törədilməsi ilə bağlı dəlilləri aşkar surətdə faktlarla, adi müşahidəçinin dəyərləndirilməsi ilə uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edir. Həmçinin, tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin ictimai qaydaya, əxlaq normalarına etinasızlıq, cəmiyyətə hörmətsizlik göstərən şəxs olduğu müəyyən edilmir. Xuliqanlıq niyyətinin olmamaması təqsirkarın ictimai təhlükəli qəsdinin ictimai qaydadnın kobud şəkildə pozulmasına və cəmiyyətə qarşı açıq-aydın hörmətsizliyin ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmişə qarşı, onun sağlamlığına az ağır zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə zərərin vurulmadığını göstərir. Belə olan halda isə baş verən hadisəni hətta kənar şəxslərin müşahidə etməsi, həmçinin təqsirləndirilən şəxsin zərəçəkmişə söylədiyi ifadələri eşitməsi təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişən və bu hərəkətləri xuliqanlığa cevirən hal kimi qəbul edilə bilməz. Çünki, məlum məsələnin həllində vacib şərt cinayət əməlinin baş verdiyi yerdə, hər hansı bir insan kütləsinin toplaşıb-toplaşmaması, olanları görüb-eşitmələri deyil, təqsirləndirilən şəxsin məhz etdiyi hərəkətin birbaşa ictimai qaydadnın kobud şəkildə pozulmasına, cəmiyyətə qarşı açıq-aydın hörmətsizliyin ifadə olunmasına yönələn niyyətinin, xuliqanlıq motivinin aşkar edilib-edilməməsidir. Lakin, hazırkı tədqiq edilən iş materiallarında təqsirləndirilən şəxsin etdiyi cinayət əməlini məhz xuliqanlıq motivi ilə törətməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında əsasən Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Həmin qərara əsasən xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə kollegiyasının xatırlatmasına görə məhkəmə təcrübəsində mövcud olmuş əksər xuliqanlıq cinayətlərində çox vaxt təqsirkar zərərçəkmiş şəxsin davranışından xuliqanlıq hərəkətlərini, niyyətini həyata keçirmək üçün bəhanə kimi istifadə edir. Bu zaman xuliqanlıq hərəkətləri ilə onu doğuran səbəblər arasında açıqaşkar uğunsuzluq mövcud olur. Lakin, hazırkı işin müəyyən edilmiş gerçək vəziyyətindən bəlli olur ki, məlum cinayət əməli təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq motivi ilə deyil, aralarında olan şəxsi münasibətləri aydınlaşdırmaq münasibətləri zəmnində baş vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 3-cü bəndində qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə qohumlar arasında şəxsi münasibətlər zəmində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl CM-in şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə qarşı törətdiyi yuxarıda şərh edilən cinayət əməlini onun sonuncu və onun ailəsi ilə aralarında olan şəxsi münasibətə, aralarında baş vermiş mübahisəyə görə etmiş, bu motiv törədilmiş cinayətin əsas motivi kimi çıxış etmiş və təqsirkar həmin cinayəti törədərkən onun məqsədi ictimai qaydanın pozulmasına yönəlməmiş, hərəkətləri isə cəmiyyətə açıqca hörmətsizliklə müşaiyət olunmamış və bu halda əməlin xuliqanlıq niyyətilə törədilməsi istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, əməlin tövsifıni müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarında qeyd edilir ki, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 məhz xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır xəsarət yetirmə cinayətini törətməsi barədə nəticəyə gələrkən sübutların Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qiymətləndirilməsini təmin etmişdir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 33.1 və 33.2-ci maddələrinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və biri-biri ilə müqayisə edilir, yenisübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs1 CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki, CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Bu baxımdan da, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 127.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinin tövsifi, onun barəsində cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(063)-3/2021 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(063)-3/2021 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar