Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-239/2021 30.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri X4, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Göyçay Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 1(046)-26/2021 nömrəli hökmündən Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 21 aprel 2021-ci il tarixli, 1(046)-26/2021 nömrəli hökmü ilə xx.xx.1993-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göyçay şəhəri H.Cavid küçəsi ev 30-da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs 21.07.2020-ci il tarixdə saat 10 radələrində tanışı Zərərçəkmiş şəxs2 məxsus idarə etdiyi VAZ-21099 markalı **-BE-*** qeydiyyat nişanlı avtomobillə Göyçay - Bərgüşad avtomobil yolunun Göyçay rayon Cəyirli kəndi ərazisindən keçən hissəsində üzü Bərgüşad kəndi istiqamətində hərəkətdə olarkən, «X8» Azərbaycan Respublikası Qanununun, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, 51-ci maddəsinin 2-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni yaşayış məntəqələri daxilində saatda 60 km-dən çox olmayan sürətlə hərəkət etməli, həmçinin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olmadığı halda relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verildiyi və sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazım olduğu halda, eyni zamanda 1.1 – 1.3 xətlərini kəsib keçmək qadağan olduğu halda bunları etməyərək, 90 km/saat sürətlə “Qızılgül” kafesinin yaxınlığında hərəkətdə olarkən, qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan və sola dönmə işığını yandırıb əks istiqamətli hərəkət zolağına çıxmaq üçün sola manevr edən, Zərərçəkmiş şəxs1 idarə etdiyi QAZ-22171 markalı **-BJ-*** qeydiyyat nişanlı mikroavtobusun qabaq sol hissəsindən öz avtomobilinin qabaq sağ hissəsilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 məxsus VAZ21099 markalı **-BE-*** qeydiyyat nişanlı avtomobili və Zərərçəkmiş şəxs1 məxsus QAZ-22171 markalı **-BJ-*** qeydiyyat nişanlı mikroavtobusu yararsız hala salıb Zərərçəkmiş şəxs1 1750 AZN, Zərərçəkmiş şəxs2 isə 4050 AZN maddi ziyan vurulmasına, həmçinin Zərərçəkmiş şəxs1 sağ saidin yuxarı 1/3-nin arxa və sağ dirsək oynağı nahiyələrində dərinin epidermis qatının soyulmaları ilə müşayət edilən və sol diz oynağının ön səthində sıyrıqlar, sol said nahiyəsində dərinin epidermis qatının çoxsaylı kəsikləri, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi və başın təpə nahiyəsində bir qədər sol tərəfdə yumşaq toxumanın əzilmiş – cırılmış yarası, sol körpücük sümüyünün orta 1/3-nin qapalı yerdəyişmiş sınığı, döş qəfəsinin küt travması, solda İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların arxa qövsünün, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX yan qövsünün az yerdəyişmiş sınıqları ilə müşahidə edilən hemotoraks ilə nəticələnən, sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törədərək Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 1(046)-26/2021 nömrəli hökmündən Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hökmdə əməlin tam olaraq sübuta yetirildiyini göstərsə də cəza təyin edərkən maddənin sanksiyası həddinə əməl etməmişdir. Odur ki, Göyçay Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 1(046)-26/2021 nömrəli hökmünün ləğv edilməsini və yeni hökm çıxarılaraq Təqsirləndirilən şəxs ittiham aktında irəli sürülmüş CM-in 263.1- 1-ci maddəsinin sansksiyası həddində cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X5 təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 5, 9.2.3 və 9.3 və 30-cu maddələrini tətbiq edilməklə təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzаsının azaldılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Zərərçəkmiş şəxs1 bildirdi ki, ona dəymiş ziyan ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 5, 9.2.3 və 9.3 və 30-cu maddələrini tətbiq edilməklə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzаsının azaldılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 1(046)-26/2021 nömrəli nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 5, 9.2.3 və 9.3 və 30-cu maddələrini tətbiq etməklə təqsirləndirilən şəxsin təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzаsının azaldılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar Apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi Apellyasiya instansiyası məhkəməsi tərəfindən Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilməsi, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 1(046)-26/2021 nömrəli nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 5, 9.2.3 və 9.3 və 30-cu maddələri tətbiq edilməklə, təqsirləndirilən şəxsə təyin edilmiş 02 müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1(bir) il azaldılmalıdır. Belə ki, apellyasiya şikayətində təqsirləndirilən şəxsin CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 263.1-1-ci maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət əməlinin CM-in 263.1-1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, zərərçəkmiş şəxs apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 1(046)-26/2021 nömrəli hökmünün ləğv edilməsini və yeni hökm çıxarılaraq Təqsirləndirilən şəxs ittiham aktında irəli sürülmüş CM-in 263.1-1-ci maddəsinin sansksiyası həddində cəza təyin edilməsi xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onların barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Belə olan halda, məhkəmə kollegiyası Göyçay Rayon Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Bununla yanaşı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 5, 9.2.3, 9.3 və 30-cu bəndlərini tətbiq edilməklə, təyin edilmiş cəzanın 1 (bir) il azaldılmasını mümkün bilir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarına əsasən məhkəmələr: Həmin qərarın 5-ci bəndinə əsasən Bu Qərarın 2.5-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olduqda, çəkilməmiş cəza 1 il azaldılsın (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 9.2.3-cü bəndinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 9.3-cü bəndinə əsasən icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarın 30-cu bəndinə əsasən apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 1(046)-26/2021 nömrəli nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, lakin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 5, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 1(046)-26/2021 nömrəli hökmü ilə CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1(bir) il azaldılmalı, üzərində 01 müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Göyçay Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 1(046)-26/2021 nömrəli hökmündən Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 1(046)-26/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 5, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 1(046)-26/2021 nömrəli hökmü ilə CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1(bir) il azaldılsın və üzərində 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-239/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-239/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver