Məhkəmə qərarları › İş №1(107)-239/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-239/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-239/2022 05.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 259.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Ağsu Rayon Məhkəməsinin 31 mart 2022ci il tarixli, 1(016)-08/2022 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (sədrlik edən A.Əsgərov) 31 mart 2022-ci il tarixli, 1(016)-08/2022 saylı hökmü ilə, xx.xx.1988-ci il tarixdə İsmayıllı rayonu, Bizlan kəndində anadan olmuş, fərdi əməklə məşqul olan, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməklə təsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum olunmuş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 3000 manat cərimə cəzası aylıq qazancından 15 faiz pul dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə 1 il müddətinə islah işləri cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, yenə həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, İsmayıllı rayonu, Bizlan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 259.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət CM-in 69.3cü maddəsinə əsasən hesablanmaqla, ona təyin olunan 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) müddətində azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs üzərinə İsmayıllı rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İsmayıllı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X14 Təsərrüfatı Mərkəzinin inzibati binasında saxlanılan oduncaqlar Ağsu rayon Dilman Bələdiyyəsinə qaytarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli manat) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X5, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilməsi hökm edilmişdir. işin halları: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsərək zərərçəkmiş Ağsu rayonu Dilman bələdiyyəsinə xeyli miqdarda ziyan vurmuş və karantin rejimini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, 16 dekabr 2020-ci il tarixdə saat 09 radələrində tanışı Cahangir adlı şəxslə əvvəlcədən aralarında olan razılaşmaya əsasən istintaqa məlum olmayan avtomobillə Muğanlı-İsmayıllı şose yolunun Ağsu rayonu Dilman bələdiyyəsinin ərazisindən keçən hissəsində yerləşən “Dostluq” restoranının yaxınlığına gəlmiş, orada Cahangir adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında heç bir xüsusi razılıq olmadan qanunsuz olaraq Ağsu rayonu Dilman bələdiyyəsinin ərazisindən meşə fonduna daxil olmayan palıd cinsinə məxsus olan 10 sm diametrli 8 ədəd, 14 sm diametrli 2 ədəd, 15 sm diamterli 5 ədəd, 12 sm diamterli 7 ədəd, 17 sm diametrli 4 ədəd, 18 sm diametrli 4 ədəd, ümumilikdə 30 ədəd palıd ağaclarını elektrikli mişarla kəsərək zərərçəkmiş Ağsu rayonu Dilman bələdiyyəsinə 4.290 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olduğu Cahangir adlı şəxslə birlikdə meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsmişdir. Bundan başqa o, Ağsu rayon Polis Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə barəsində axtarış elan olunması haqqında 01 iyul 2021-ci il tarixli qərara əsasən 23 avqust 2021-ci il tarixdə Ağsu RPŞ-nin əməkdaşları tərəfindən tutulduqdan sonra Ağsu RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılarkən həmin tarixdə Ağsu rayon Mərkəzi Xəstəxanasında “COVİD-19” testi verərkən özünün mobil telefonu olmadığından xahişinə əsasən anket məlumatlarında Ağsu RPŞ-nin MSY-nin komandiri X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini qeyd etdirmiş, 27 avqust 2021-ci il tarixdə saat 11 radələrində Bəxdiyar Həmidovun istifadəsində olan həmin mobil telefon nömrəsinə İTS.GOV.AZ saytından “X13, Sizin xx.xx.2021-ci il tarixdə COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur, siz və ailəüzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejmini pozduğunuz təqdirdə Azərbaycan Respublikasnın İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutlmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz” məzmunda SMS göndərildikdən sonra Bəxdiyar Həmidovun tapşırığına əsasən həmin tarixdə Ağsu RPŞ-nin İTB-nin polis nəfəri, polis baş serjantı Şahid2 tərəfindən işlədiyi Muğanlı-İsmayıllı şose yolunun Ağsu rayonu Dilman bələdiyyəsinin ərazisindən keçən hissəsində yerləşən “Dostluq” restoranında olarkən “COVİD-19” testinin nəticəsinin pozitiv çıxması və bu səbəbdən ev şəraitində qalıb müalicə almağı, yaşadığı evi tərk edəcəyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilməsinə baxmayaraq, 28 avqust 2021-ci il tarixdə saat təxminən 08 radələrində İsmayıllı rayonu Bizlan kəndində yerləşən yaşadığı evi tərk edib işləmək məqsədi ilə istintaqa məlum olmayan avtomobilə əyləşərək Muğanlı-İsmayıllı şose yolunun Ağsu rayonu Dilman bələdiyyəsinin ərazisindən keçən hissəsində yerləşən “Dostluq” restoranına gedib, həmin restorandakı insanlarla ünsiyyətdə olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 2020-ci il tarixli qərarı ilə elan edilmiş xüsusi karantin rejminin tələblərini pozaraq yoluxduğu koronavirus infeksion xəstəliyinin digər şəxslərə yayılması üçün real təhlükə yaratmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 1(016)-08/2022 nömrəli hökmündən dövlət ittihamçısı X4 tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı X4 apellyasiya protestini belə əsaslandırmışdır ki, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş səzanın şəxsin islah olunmasına təsirini nəzərə almadan Təqsirləndirilən şəxs yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişdir. Təklifinin nəzərə alınmadığı hissədə Ağsu Rayon Məhkəməsinin 31,03.2022-ci il tarixli lökmü ilə razılaşmır. Aşağıdakı əsaslara görə hesab edir ki, Ağsu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki 31 mart 2022-ci il tarixli hökmü ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməlidir. Belə ki, məhkəmə hökmdə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd etməklə belə nəticəyə gəlmişdir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İşin hallarından görünür ki, Qədirov X8 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməklə təsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum olunmuş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 3000 manat cərimə cəzası aylıq qazancından 15 faiz pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzası ilə əvəz edilmiş, həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə 1 il müddətə islah işləri cəzası ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, yenə həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021 -ci il tarixli Qərarının 2.5-ci ndinə əsasən cəzadan azad edilmiş və məhkumluğu üzərindən götürülmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki əməli törətməmişdən əvvəl İsmayıllı Rayon Məməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə məhkum edilmiş və həmin hökmlə təyin edilmiş cərimə cəzasını ödəməmiş, buna görə də cərimə cəzası daha ağır cəza növü olan islah işləri cəzası ilə əvəz edilmiş, həmin cəzanı da çəkməkdən qəsdən boyun qaçıran Təqsirləndirilən şəxs islah işləri cəzası təkrarən daha ağır cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, həmin cəzadan da “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021 -ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən azad edilmiş və məhkumluğu üzərindən götürülmüşdür. Bundan başqa ibtidai istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən 01 iyul 2021-ci il tarixdə cinayət işi üzrə icraat CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 23 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Ağsu RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edildiyindən həmin tarixdə cinayət şi üzrə dayandırılmış icraat təzələnmişdir. Təqsirləndirilən şəxs Cahangir adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi qanunsuz ağac kəsmə cinayətinin ictimai təhlükəli xarakteri, yəni qəsdin əsas obyekti ətraf mühitin mühafizəsinə dair münasibətlər, təqsirin forması - cinayətin bir başa qəsdlə törədilməsi olmasıdır. Təqsirləndirilən şəxs Cahangir Nəhmətov adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz ağac kəsməsi nəticəsində Ağsu rayonu Dilman bələdiyyəsinə vurduğu 4.290 manat ziyandan heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyini azaldan cəzanı yüngülləşdirən əsaslı hallar müəyyən edilmədiyi halda məhkəmə tərəfindən cəza təyini zamanı gətirdiyi dəlillər əsassız olmaqla işin hallarına uyğun olmamış, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyəti nəzərə alınmamışdır. Bununla da təyin edilmiş cəza cinayətin ağırlığına və təqsirləndirilənin şəxsiyyətinə uyğun olmayaraq yüngüllüyünə görə açıq-aydın ədalətsiz olmuşdur. Odur ki, Ağsu Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 1(016)-08/2022 nömrəli hökmünün Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza verilərək dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısının verdiyi apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X7 apellyasiya protestinin təmin edilməsini və Ağsu Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 1(016)-08/2022 nömrəli hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs bildirdi ki, onun vurduğu zərərlə bağlı ödəniş etmək imkanı yoxdur. Ona görə də apellyasiya protestinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X10 apellyasiya protestinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli CM-in 139-1.1 və 259.3-cü maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, təyin edilmiş həmin cəza işin faktiki hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun deyildir. Çünki, birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai əhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, faktiki olaraq cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngül olması barədə dövlət ittihamçısının apellyasiya protestinin dəlillərinə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından yanaşıb təhlil aparılmasını məqsədəuyğun hesab edir. Apellyasiya protestinin təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə ona təyin olunmuş cəzanın ağırlaşdırılması barədə dəlili ilə razılaşan məhkəmə kollegiyası birinci növbədə qeyd edir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir və cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan maddi hüquq normalarının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial prosesslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Oxşar münasibətləri nizama salan Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Tədqiq edilən iş materialları ilə müəyyən edilir ki, təbiətə, ekologiyaya birbaşa qəsd edilməklə törətmə cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməli başa çatmış olmaqla az ağır cinayətlər kateqoriyasına aid olan cinayət əməlinə görə, eləcəd vurduğu zərərə görə bu günə kimi hər hansı bir ödəniş etməyən Təqsirləndirilən şəxs əsassız olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül növ cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış Balakən Rayon Məhkəməsi tərəfindən cinayət qanununun normalarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarlarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, məhkum şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Bundan başqa, İş materiallarında olan müvafiq qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin olunmuş 3000 manat cərimə cəzası İsmayıllı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə aylıq qazancından 15 faiz pul dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə 1 il müddətinə islah işləri cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, yenə həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Göründüyü kimi şəxs əvvəllər də məhkum olunmasına baxmayaraq islah olunmamış və yenidən qəsdən cinayət törətmişdir. Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərar). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 139-1.1-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 259.3-cü maddəsinin sanksiyasında üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Birinci instansiya məhkəməsi həmin maddələrin tələblərini nəzərə almadan Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz sayılmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin ədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya protestində qeyd edilən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə cinayət qanunvericiliyinin normasının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri əsaslı sayır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 139-1.1 və 259.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 139-1.1 və 259.3-cü maddələri ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 1(016)-08/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməli, hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 1(016)-08/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs münasibətdə cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 259.3-cü maddəsi ilə 03 (üç) il, CM-in 139-1.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 05 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs olunsun. Hökm verilmiş apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar