Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-24/2023 11.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X6, zərərçəkmiş şəxsin hüquqi varisi X11, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 1(091)-150/2022 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X24 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Əliyev, hakimlər B.Məmmədov (məruzəçi) və N.Mirzəyevdən ibarət tərkibdə) 17 oktyabr 2022-ci il tarixli 1(091)-150/2022 nömrəli hökmü ilə xx.xx.1983-cü ildə Ağdam rayonu, Abdal kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Tərtər RQİİ-nin Mingəçevir xidmət sahəsində ictimai işlər üzrə köməkçi peşəsində işləmiş, orta təhsilli, Ağdam rayonu, Abdal kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində B-64 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X5 saxlanılan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-in 120.1-ci maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 18 noyabr 2021-ci il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 410,16 AZN (dörd yüz on manat on altı qəpik) ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Prokurorluğunda saxlanılan bir ədəd qara rəngli gödəkcənin Təqsirləndirilən şəxs, X16 məxsus bir ədəd qara gödəkcənin, bir ədəd bordo rəngli uzunqol jaketin, bir ədəd açıq yaşıl rəngli köynəyin, bir ədəd ağ rəngli maykanın, bir ədəd mavi rəngli cins şalvarın, boz rəngli tumanın, qara rəngli kəmərin, 02 (iki) cüt corabın, 01(bir) cüt qara rəngli ayaqqabının zərərçəkmiş şəxsin hüquqi varisi X17 qaytarılması, 05 (beş) ədəd gilizin və 02 (iki) ədəd güllənin dəyəri olmadığına görə məhv edilməsi, CM-in 99-1.1-ci maddəsinə əsasən cinayətin törədilməsində alət olmuş Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd ИП-1579 №-li Makarov konstruksiyalı PM modelli tapançanın, onun qoruyucu açarının, 02 (iki) ədəd güllə sandıqcasının, 05 (beş) ədəd patronun, və silah qabının məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah- Sursat Anbarına təhvil verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. işin halları: İstintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs 16 noyabr 2021-ci il tarixdə 2011-ci il təvəllüdlü azyaşlı oğlu Şahid2 hadisədən təxminən 9 ay əvvəl qonşuları X25 və sonuncunun dayısıoğlu X7 tərəfindən zor tətbiq etməklə uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri edilməsi haqqında məlumat aldıqdan və həmin məlumatı oğlu Şahid2 ilə dəqiqləşdirərək real hadisənin baş verdiyinə əmin olduqdan sonra istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək yaşadığı Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi 64B ünvanında yerləşən fərdi yaşayış evinin əldamında saxladığı yivli odlu döyüş silahı hesab olunan 9 mm kalibrli “Makarov” konstruksiyalı, “ИП 1579” nömrəli yarım avtomatik tapançanı və üzərində ümumilikdə 11 ədəd döyüş sursatı hesab olunan patron olan həmin silahın komplekt hissəsi sayılan iki ədəd sandıqcanı götürərək qisas almaq niyyəti ilə üzərində daşıyaraq gəzdirmiş və 18 noyabr 2021-ci il tarixdə saat 20:30 radələrində yaşadığı Yeni Həyat qəsəbəsi, 64 B saylı evin yerləşdiyi küçədə qarşısına çıxan X18 qəsdən öldürmək məqsədi ilə üzərində gəzdirdiyi tapançanı 1-1,5 metr məsafədən ona tuşlayıb sonuncunun bədəninin müxtəlif, o cümlədən həyati vacib nahiyələrinə 5 dəfə atəş açaraq, alt çənə sümüyün sınığı ilə müşaiyət olunan, boynunun sağ yan yuxarı 1/3-də daxil olan alt çənədən xaric olan bir ədəd, qırtlağın sağ yan səthindən daxil olmaqla sol yan səthindən xaric olaraq sol çiyin və sol bazunun yumşaq toxumalarını deşməklə xaric olan bir ədəd, sağ ağciyəri, diafraqmanı, qara ciyəri zədələməklə bel nahiyəsindən xaric olan bir ədəd, sol ağciyərin, diafraqmanın və dalağın zədələnməsi ilə sol bel nahiyəsindən xaric olan bir ədəd və sol böyrəyin zədələnməsi ilə sol bazu və qarın boşluğuna dəlib-keçən bir ədəd olmaqla cəmi 5 ədəd dəlib-keçən güllə yaraları, hər biri ayrı-ayrılıqda və ümumilikdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə daxili orqanların zədələnmələri nəticəsində inkişaf edən daxili və xarici qanitirmədən ölümə səbəbiyyət verməklə zərərçəkmiş şəxs X18 qisas almaq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatından məhrum etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X24 tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətləri və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi CM-in 120.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş minumum həddlərdə (CM, maddə 120.1-09 il, maddə 228.1-06 ay) azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X24 apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 1(091)-150/2022 nömrəli hökmünün və hazırlıq iclasının qərarının ləğv edilərək cinayət işinə yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılması barədə qərar qəbul edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Hökmdən apellyasiya protesti, həmçinin verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X12 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X24 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas X13 apellyasiya şikayətlərinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxsin hüquqi varisi, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri bağlı xahişlərini dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 1(091)- 150/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 120.1 və 228.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayında Novruz bayramı ərəfəsində yaşadığı Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi B 64 ünvanında yerləşən fərdi evində bir sıra təmir-bərpa işləri zərurəti yarandığından şəhər ərazisində usta kimi fəaliyyət göstərən və qonşuluqda yaşayan Tofiq Kərimova gəlib evindəki təmir-bərpa işlərini yerinə yetirməsini xahiş etmiş, Tofiq Kərimovla gəldiyi şifahi razılığa əsasən sonuncu pul qarşılığında gəlib fərdi yaşayış evinin tavanın astarındakı çatları təmir etmişdir. Tofiq Kərimov yaşadığı evdə təmir işləri yerinə yetirərkən kömək üçün oğlu Orxan Kərimovu da özü ilə gətirmiş, tarixini dəqiq xatırlamadığı gün Tofiq Kərimov evdə təmir işləri icra edərkən ona zəruri tikinti materialı lazım olduğunu bildirdiyinə görə yaşadığı evi tərk etmiş, həmin vaxt evdə oğlu Şahid2, qızı Zeynəb Qasımzadə, arvadı Xəyalə Qasımzadə, usta Tofiq Kərimov və sonuncunun oğlu Orxan Kərimov olmuşdur. Təbriz küçəsində yerləşən “MRT” inşaatdan tikinti materialını alıb evə qayıdarkən Qaz idarəsindən ona zəng gələrək Yeni Həyat qəsəbəsində fərdi yaşayış evində qazın istismarında problem olduğunu və həmin ünvana gedib yaranmış problemi aradan qaldırmağı tapşırılmışdır. Təxminən 2-3 saat sonra evə qayıdarkən oğlu Şahid2 evdə olmadığını görüb arvadı və qızından oğlu Ömərin harada olduğunu soruşmuş, Şahid3 usta Tofiq Kərimovun istəyi ilə oğlu X29 evindən tikinti aləti götürməyə getdiyini bildirmişdir. Belə olan halda qonşuluğunda yaşayan Tofiq Kərimovun yaşadığı evə getmiş, evin darvazasının qarşısına çatdıqda uca səslə oğlu Ömər Qasımovu səsləmişdir. Təxminən bir-iki dəqiqə sonra oğlu Şahid2 evdən çölə çıxdığı zaman biraz həyacanlı və rəngi avazımış olmuşdur. Oğlundan nə olduğunu soruşsa da heç bir şey olmadığını bildirmiş, həmin gündən sonra oğlu Şahid2 əhval-ruhiyyəsi dəyişmiş və bir qədər aqressiv olmuşdur. Belə ki, oğlu həm idmanla məşğul olmasına, həm də dərslərini mükəmməl oxumasına baxmayaraq həmin gündən sonra oğlunun psixoloji vəziyyəti dəyişmiş, danışmamağa, söhbət etməməyə özünə qapanmağa başlamışdır. 2021-ci il noyabr ayının əvvəlində yaşdığı evin qarşısında təmir işləri icra edərkən Məhəmməd İsmayılov yanında bir nəfər şəxslə yaşadığı evin qarşısından keçərkən həmin tanımadığı oğlan Öməri işarə edərək “dörd təkərə qaldırdığınız bu idi?” sözlərini demiş, həmin sözü oğlu eşitməsə də o, eşitmişdir. Bu vaxt onun həmin sözü eşitdiyini bilən Məhəmməd İsmayılov həmin oğlana “sakit dur atası burdadı” sözünü demiş, bu söz ona çox pis təsir edərək oğlu Ömərlə danışmaq qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə oğlu Şahid2 nəyə görə bu cür vəziyyətdə olduğunu, səmimi şəkildə deməsini xahiş etmiş, Ömər nəsə demək istəsə də sanki ondan utanıb danışa bilməmişdir. Təkidlərindən sonra oğlu Şahid2 Novruz bayramı ərəfəsində müvafiq tikinti alətini götürmək üçün Orxan Kərimovun yaşadığı evə gedərkən sonuncunun dayısı oğlu Məhəmmədlə əlbir olub oğluna qarşı seksual xarakterli zorakılıq hərəkətlərini etdiyini bildirmişdir. Oğlu Ömərin deməsinə görə Məhəmməd Ömərin əlqolunu tutmuş, Orxan Kərimov isə Ömərin arxasına keçib seksual xarakterli zorakılıq hərəkətlər etdikdən sonra isə X36 əlini qolunu tutmaqla Məhəmməd Ömərin arxa tərəfinə keçib seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bu söhbətdən sonra çox fikirləşərək oğluna qarşı bu hərəkəti edən Orxan Kərimovu öldürmək qərarına gəlmişdir. Elə həmin gün axşam saatlarında qonşusu və kəndçisi Elmin Əlizadə vətən uğrundə gedən döyüşlərdə şəhid olduğuna görə sonuncunun dəfn mərasimində iştirak etmək üçün yaşadığı evə getmişdir. Şəhid xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərinə yaşadığı evə gətirilmiş, yas mərasimi zamanı Orxan Kərimovun həmyaşıdları ilə birlikdə oturub söhbət etdiyini görmüşdür. Yas qurtardıqdan sonra axşam tərəfi yaşadığı evə getmiş, yaşadığı evin həyətində faktiki istifadə olunmayan köhnə tikili evdə tikinti alətləri saxladığı sandıqla divarın arasında gizlətdiyi silahı götürərək gödəkçəsinin sol tərəfindəki içəri cibinə qoyduqdan sonra yaşadığı evi tərk etmişdir. Saat 1834-də Qədiroğlu marketdən siqaret alıb çıxarkən Orxan Kərimovun tək piyada çayxanaya tərəf getdiyini görmüş, Qədiroğlunun yanında yerləşən avtobus dayancağında dayanıb siqaret çəkməyə başlamışdır. Bir neçə dəqiqə sonra Orxan Kərimovun yanında həmyaşıdlıları ilə birlikdə çayxanadan çıxıb ev tərəfə getdiyini görmüş, Yeni Həyat qəsəbəsi B küçəsinin başında Orxan Kərimovun bir neçə həm yaşıdlısı ilə toplaşmışdır. Orxangilin yanından keçərkən Orxan Kərimovun və yanındakı həmyaşıdları ilə uca səslə gülməyə başlamışdır. Təxminən bir iki metr həmin şəxslərdən uzaqlaşsa da artıq səbri çatmamış və yığılmış kütləyə tərəf geri qayıtmışdır. Əlini gödəkçənin iç cibinə salıb üzərində gəzdirdiyi “Makarov” tipli tapançanı cibindən çıxartmış, silahını görən şəxslər bir anda qaçmağa başladığı zaman gözü Orxan Kərimovu axtarmış və uca səslə Orxan Kərimov deyə qışqıraraq tapançanı hazır vəziyyətə gətirmişdir. Elə dayandığı hissədən sağ tərəfə baxanda Orxan Kərimovu görmüş, Orxan Kərimovu görən kimi tapançanı sonuncuya tərəf tuşlayaraq ard-arda tətiyə basmışdır. Silahda güllə qurtardığından atəşi dayandırmış, daha sonra silahı əlində saxlayıb evə getmişdir. Evə daxil olan kimi oğlu Ömərə baxaraq öldürdüyünü demiş, arvadı və qızından evə daxil olmalarını bildirmişdir. Ailəsi ilə vidalaşdığı zaman polis əməkdaşları gəlmiş və təslim olaraq odlu silahını könüllü olaraq polis əməkdaşına təhvil vermişdir. N nömrəli hərbi hissədə kəşfiyyatçı vəzifəsini icra edərkən 2002-ci ilin aprel ayında erməni zabitini əsir götürüb gətirdiyi zaman həmin “Makarov tipli odlu silahı həmin zabitdən götürmüş, həmin silahı özündə saxlamışdır. həmin silahın Azərbaycan Respublikası Müdafiə Nazirliyində qeydiyyatda olması və N saylı hərbi hissənin döyüş itkisi olması barədə hər hansı məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X24 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və ailəsi yaşadığı Yeni Həyat qəsəbəsində qonşu mənzildə yaşamış, sonuncu ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2021-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs məxsus mənzildə üç günlük təmir işləri aparmışdır. Əlvanın evində qonaq otağının tavanında çatlar olduğu üçün üç günlük işlər aparmış, həmin vaxt oğlu Orxan Kərimov da ona köməklik etmişdir. Birinci günü Əlvana məxsus mənzilin qonaq otağının tavanının soyulan qatını təmizləyib ikinci günü isə üzlük vurmuşdur. İkinci iş günündə Əlvan evdən çıxıb işlədiyi qaz idarəsinə getmiş, həmin gün üzlük qat vurmaq üçün oğlu Orxan Kərimovdan istifadə etdiyi malanı gətirməsini istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu Şahid2 də övladı Orxan Kərimov ilə birlikdə malanı gətirmək üçün onun yaşadığı evə getmək istədiyini demişdir. Ömərə malanın yerinin harada olduğunu deyib evə çatanda arvadı Atlasa malanın yerini deməsini istəmiş, həmin vaxt Ömər tək yaşadığı mənzilə getmişdir. Təqsirləndirilən şəxs ilə yaşadığı mənzilin arasındakı məsafə az olduğundan təqribən 3 dəqiqə sonra Ömər mala ilə birlikdə evlərinə qayıtmışdır. Bundan sonra növbəti günü işini yekunlaşdırıb Əlvana məxsus mənzildən çıxmışdır. Üçüncü iş günündən sonra Ömər onun yaşadığı mənzilə gələrək atası Təqsirləndirilən şəxs onu nahar yeməyinə çağırdığını dediyinə görə sonuncunun yaşadığı mənzilə getmişdir. Təqsirləndirilən şəxs mənzilində olan təmir işlərini yekunlaşdırdıqdan sonra sonuncu 50 manat məbləğində əl haqqı vermiş, bundan sonra Təqsirləndirilən şəxs ilə qonşu münasibətləri davam etmişdir. 22 iyun 2021-ci il tarixdə işləmək üçün Rusiya Federasiyasının Yekaterinburq şəhərinə getmiş, 18 noyabr 2021-ci il tarixdə qaynı Vidadi İsmayılov zəng vuraraq övladı Orxan Kərimovun qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tərəfindən odlu silahdan açılmış atəş nəticəsində öldürülməsi barədə məlumat vermişdir. Həmin məlumatı aldıqdan sonra Azərbaycan Respublikasına geri qayıtmışdır. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayında Novruz bayramı ərəfəsində yaşadığı evdə təmir işləri görülməli olduğundan Tofiq Kərimov onların evlərində evin tavanını təmir etmiş, Tofiqin oğlu Orxanı da atasının yanında onlarda işləmişdir. Təmir başlayan gün Tofiq oğlu Orxana yaşadıqları evdən təmir aləti olan şpaker gətirməsini bildirmiş, o da həmin vaxt Orxanla birlikdə sonuncunun yaşadığı evə getmişdir. Evlərinə çatan zaman Orxanın dayısı oğlu Məhəmməd də qarşı tərəfdən gəlmiş, küçədə görüşdükdən sonra birlikdə Orxangilin evinin həyətinə girmişlər. Həyətə girdikdən sonra şpakeri götürmək üçün həyətdə olan hinə daxil olmuş, hinə girdikdən sonra Orxan və Məhəmməd bir-birlərinin qulaqlarına nəsə pıçıldamışlar. Bundan sonra Orxan ona şalvarını aşağı çəkməsini və öz cinsiyyət orqanlarını da onun arxa keçəcək nahiyəsinə sürtməsini təklif etmiş, buna etiraz etdikdən sonra Məhəmməd qəflətən onun boynundan tutmuşdur. Orxan da həmin vaxt onun əynində olan qara rəngli cins şalvarı və ağ rəngli trusikini aşağı çəkmiş, daha sonra Orxan öz şalvarını da aşağı çəkərək cinsiyyəti orqanını çıxartdıqdan sonra onun arxa nahiyyəsinə sürtməyə başlamışdır. Təxminən 2 dəqiqə Orxan sürtdükdən sonra onun boynundan tutmağa başlamış və Məhəmməd onun arxa nahiyəsinə keçmiş, Məhəmməd də öz şalvarını aşağı çəkdikdən sonra öz cinsiyyət orqanını onun arxa nahiyyəsinə sürtməyə başlamışdır. Məhəmməd də sürtdükdən sonra şalvarını yuxarı çəkmiş, bundan sonra onu buraxmışlar. O, bu barədə atasına deyəcəyini bildirsə də Məhəmmədlə Orxan ona atasına deyəcəyi təqdirdə bu hadisəni hər kəsə yayacaqları ilə hədələmiş, hadisənin yayılmasından qorxduğu üçün bu barədə heç kəsə danışmamışdır. Həmin günün ertəsi günü Tofiq drelin sverlosunu ona verərək öz evlərinə aparmağını istəmiş, həmin sverlonu götürərək Orxangilin evinə aparmışdır. Həmin vaxt evdə olan Orxan onu həyətlərinə çağıraraq həyətdə olan ağ-qara rəngli itin balasını ona verməyi təklif etmiş, Orxanla razılaşmayaraq itin balasını istəmədiyini bildirmişdir. Bundan sonra Orxan yenə də onunla cinsi əlaqədə olmağı təklif etmiş, Orxanla razılaşmayaraq evdən çıxaraq öz evlərinə tərəf qaçmışdır. Tofiqin onların evdəki işi bitikdən təxminən 3-4 gün sonra Orxan və Məhəmməd onun yaşadığı evə gələrək qapını döymüş, qapını açdıqda Orxan ona atasına məxsus olan drelin Orxangilin yaşadığı evdə qaldığını bildirmişdir. Həmin dreli götürmək üçün Orxangilin evinə getmiş, sonuncunun evinə gəldikdə Orxan və Məhəmmədlə birlikdə həyətlərində olan toyuq hininə getdikdə həqiqətən də atasına məxsus drelin orada olduğunu görmüşdür. Bu vaxt Məhəmməd qəflətən onun boynundan tutmuş, Orxan da onun arxa tərəfinə keçərək əynində olan şalvarı və trusiki aşağı çəkdikdən sonra öz şalvarını aşağı çəkərək cinsiyyət orqanını çıxarmış və onun arxa keçəcək nahiyəsinə sürtməyə başlamışdır. Bir neçə dəqiqə sonra Orxan onun boynundan tutmuş və Məhəmməd arxa tərəfinə keçmiş, sonuncu da şalvarını aşağı çəkdikdən sonra cinsiyyət orqanını onun arxa keçəcək nahiyəsinə sürtməyə başlamışdır. Bir neçə dəqiqə sonra onu buraxaraq yenə də bu hadisəni kiməsə deyəcəyi təqdirdə hər kəsə yayacaqları ilə onu hədələmişlər. Dreli götürərək evə getmiş və qorxduğu üçün bu barədə heç kəsə heçnə deməmişdir. Bundan sonra Orxan və Məhəmməd ilə onun arasında belə bir hadisə baş verməmişdir. Bir neçə gün sonra atası ilə birlikdə həyət qapısından çöl tərəfə çıxmış və atası siqaret çəkən zaman Orxan və Məhəmməd də küçədən keçərkən Məhəmməd onu işarə edərək Orxana “dörd təkər qaldırdığımız bu deyildi?” bildirmişdir. Orxan da Məhəmməddən susmasını istəmiş, atası da Məhəmmədin bu sözündən şübhələndiyindən təxminən 2 gün əvvəl evdə onunla təkbətək söhbət edərkən atasına Orxan və Məhəmmədin ona elədiklərini danışmışdır. 18 noyabr 2021-ci il tarixdə axşam saatlarında evdə dərslərini oxuyarkən küçədən hərkəsin qaçdığını görmüş, bir neçə dəqiqə sonra atası əlində tapança ilə evə gələrək “oğlum öldürdüm” dedikdən sonra anama evə daxil olmasını bildirdi. Bir neçə dəqiqə sonra dayısı Tural onlara gəlmiş, sonra hadisə yerinə və evlərinə polis əməkdaşları gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onlarla bir qəsəbədə yaşayan şəxs kimi tanımış, sonuncularla heç bir ədavət və düşmənçilikləri olmamışdır. X40 təqribən 2021-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs mənzilində təqribən üç günlük iş olduğunu həmin mənzildədə işləyəcəyini bildirmişdir. 2021-ci ilin may ayının sonlarında atası Tofiq Əlvana məxsus mənzildə təmir-bərpa işlərinə başlamış, həmin vaxt X33 da atası Tofiqlə birlikdə Əlvanın mənzilində görüləcək təmir işlərinə kömək üçün getmişdir. Təmir işləri üç gün müddətinə başa çatdıqdan sonra atası Əlvanın mənzilindən çıxmış, qonşuluq münasibətləri davam etmişdir. 17 noyabr 2021-ci il tarixdə qonşuluqda yaşayan Samir adlı şəxsin övladı Elminin şəhid olması ilə əlaqədar olaraq X33la birlikdə Elminin nəşini qarşılamaq üçün sonuncunun yaşadığı mənzilə getmiş, həmin gün yas mərasiminin keçirilməsinə hazırlıq görmək üçün qardaşı Ayxanla birlikdə köməklik edib masaları və oturacaqları daşımışlar. Həmin gün Təqsirləndirilən şəxs yas mərasiminin keçiriləcəyi mənzildə görməmiş, həmin gün saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı mənzilin qarşısında övladları Zeynəb və Ömərlə birlikdə görmüşdür. 16 noyabr 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı mənzildə olarkən küçədən səs gəldiyini eşidib həyətyanı sahəyə çıxarkən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs oğlu Ömər Qasımova qışqırdığını və təhqir etdiyini eşitmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu Şahid2 ifadəsi mümkün olmayan nalayiq ifadələr işlətmiş, Əlvan Ömərin üstünə hücum etmək istəyəndə qonşuluqda yaşayan poçt idarəsində işləyən X23 sakitləşdirmişdir. 18 noyabr 2021-ci il tarixdə şəhid Elminin dəfni üçün qonşuluqda yaşayan Fərhad və Nicatla birlikdə ictimai nəqliyyatla Şəhidlər xiyabanına getmiş, X33 isə taksi ilə Şəhidlər Xiyabanına getmişdir. Şəhidlər Xiyabanında dəfn başa çatdıqdan sonra evə qayıtmağa hazırlaşarkən X33un tək oturacaqda oturduğunu və əhvalının yaxşı olmadığını görüb sonuncudan nə baş verdiyini soruşduqda Orxan ona Əlvanın üstünə qışqırdığını demişdir. Həmin vaxt digər yoldaşlar gəldiyi üçün Orxandan Əlvanın nə məqsədlə qardaşının üstünə qışqırmasını soruşa bilməmişdir. Şəhidlər Xiyabanının qapısından çıxarkən Təqsirləndirilən şəxs qapının ağzında tanımadığı üç dörd nəfər şəxslə söhbət etdiyini görmüş, Təqsirləndirilən şəxs salam versə də sonuncu onun salamını qəbul etməyib üzünə tərs baxmışdır. Şəhidlər Xiyabanından çıxaraq yaşadığı mənzilə gəldikdən təxminən 3 saat sonra X33 evə gəlmiş, Hadisə baş verdikdən sonra dostu Zamirin deməsinə görə həmin 3 saat müddətinə qardaşı Orxan Zamirə paltar almaq üçün getmiş, sonra dostları Şahid8 və sonuncunun qardaşı Şahid7, Şahid5 ilə söhbət etdikdən sonra X33un siqaret çəkərək çayxanaya gəldiyini görmüşdür. Çayxanadan çıxaraq qardaşı Orxanın siqaret çəkməsinə əsəbləşib yaşadığı mənzilə aparmış, sonra yenidən çayxanaya qayıtmışdır. Qardaşı Orxan ikinci dəfə yenə də çayxanaya gəlmiş, bu dəfə qardaşı Orxanın çayxanaya girməsinə icazə vermişdir. Həmin vaxt dayısı oğlu Məhəmməd İsmayılov dostları Teymur, Murad, Rəşad ilə birlikdə yan masada əyləşmiş, qardaşı Orxan ondan qabaq çayxanadan çıxmışdır. Çayxanadan çıxdıqdan sonra yas mərasiminin keçirildiyi yerə getdiyini düşünmüş, çayxanadan çıxıb yaşadığı mənzilə geri qayıtmışdır. X33 da yaşadığı mənzilə gəlmiş, qardaşı Orxan anasına acdığını və mağazada satılan hazır sulu qidalardan almaq istədiyini bildirmişdir. Anası Atlas qardaşına bir manat verib marketə göndərmiş, evdə şam yeməyini yedikdən sonra yaşadığı mənzildən çıxmışdır. Küçənin giriş hissəsində yerləşən “Şamil” marketin qarşısında qardaşı Orxan ilə qarşılaşmış, həmin vaxt sonuncu sulu qida almaq üçün həmin marketə girmişdir. Həmin vaxt qardaşı Orxanla birlikdə qonşuluqda yaşayan dayısı oğlu Şahid4, dostu Şahid9, Şahid8 sonuncunun qardaşı Şahid7, Şahid5, Şahid6 və X14 olmuş, Riyad Vəlizadə digər şəxslərdən ayrılıb onunla birlikdə yolun qarşı tərəfinə keçib özünə siqaret almağa getmişdir. Riyad Vəlizadənin mobil telefonuna atası Eldənizdən zəng gəlmiş, "Şamil” marketin qarşısından sağa yaşadıqları küçəyə dönən kimi silahdan iki dəfə atəş açılmasını eşitmişdir. Silahdan açılmış iki atəş səsindən sonra Təqsirləndirilən şəxs “Sən mənə cavab qaytarırdın, mənnən dilləşirdin” sözlərini demişdir. Silah səsi kəsildikdən sonra o, irəli doğru qaçmağa başlamış, atəş səsinin gəldiyi yerə yaxınlaşdıqdan sonra qardaşının Orxan Kərimovun yerdə uzanıqlı vəziyyətdə olduğunu görüb bibisigilin yaşadığı mənzilə doğru qaçmağa başlamışdır. Bundan sonra Mingəçevir şəhər mərkəzi xəstəxanasından gəlib qardaşının ölməsi barədə məlumat vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş X19 eyni məzmunlu ifadə verərək X9 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, mərhum Orxan Kərimov bibisi oğlu olmaqla 18 noyabr 2021-ci il tarixdə saat 18 radələrində dostları ilə birlikdə çayxanada əyləşən vaxt Orxan Kərimov da onların yanına gəlmiş, çay içdikdən sonra şəhidin yas məclisinə kömək etmək üçün oradan çıxmışlar. Yas yerinə gedən vaxt Təqsirləndirilən şəxs onların qabağına çıxaraq əvvəl Orxanı səslədikdən sonra sonuncuya tərəf atəş açmışdır. Atəş açdıqdan sonra onların hamısı oradan dağılışmış, Orxan da qaçmaq istəyərkən Əlvan yenidən Orxana tərəf atəş açmışdır. Bundan sonra Orxan yerə yıxılmış, digər küçədən fırlanıb hadisə yerinə gələrkən Orxanın yerdə uzandığını görmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6, Şahid8, Şahid7, Şahid9 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdikərini təsdiq etmişlər. Məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 1730 radələrində uşaqları Şahid2 qızı Zeynəb Qasımzadə ilə birlikdə evə qayıtdıqdan sonra saat 18 radələrində əri Təqsirləndirilən şəxs yemək yeyib yaşadıqları evdən çıxaraq bir azdan gələcəyini demişdir. Əri evdən çıxdıqdan təxminən bir saat sonra küçədən partlayışa bənzər səs gəlmiş, oğlu Şahid2 atəşfəşanlıq olduğunu deyib istədiyi təqdirdə çölə çıxıb baxa biləcəyini bildirmişdir. Yaşadıqları evin giriş qapısını açdıqda bir anda çöldən səs-küy səsləri eşidib həmin səsin atəşfəşanlıq olmadığını başa düşüb oğlu Ömərin çölə çıxmasına icazə verməmişdir. Atəş səslərindən 5 dəqiqə sonra əri Təqsirləndirilən şəxs giriş darvazasının qapısını öz kilit açarı ilə açıb evə daxil olduqdan sonra oğlu Ömərin üzünə baxaraq “oğlum öldürdüm” demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sağ əlində tapanca olduğunu görmüş, belə olan halda əri Təqsirləndirilən şəxs üzərinə gedib nə etdiyini, kimi öldürdüyünü, niyə görə etdiyini soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs qızı Zeynəbi götürüb evə daxil olmağı, bu işlərə qarışmamağı bildirmişdir. Qızı Zeynəbi götürüb evə daxil olmuş, həyətdə qalan Təqsirləndirilən şəxs oğlu Ömərlə söhbət etdiksən təxminən 5 dəqiqə sonra polis əməkdaşları evin giriş qapısını döyməyə başlamışlar. Təqsirləndirilən şəxs qapını açmış və könüllü olaraq əlindəki silahı polis əməkdaşlarına təhvil verib təslim olmuşdur. Sonradan 1 oğlu Ömər ona Orxanın öz qohumu Məhəmmədlə birlikdə Ömərə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini, 2021-ci ilin mart ayında Novruz bayramı ərəfəsində Tofiq Kərimov yaşadığı evdə təmirbərpa işləri yerinə yetirərkən tarixini dəqiq xatırlamadığı vaxtda əri işi ilə əlaqədar evdə olmadığı zaman Tofiq Kərimovun tələbi ilə sonuncunun yaşadığı evə gedib təmir aləti olan şpakeri götürmək üçün Tofiq Kərimovun yaşadığı evin qarşısına çatdığı zaman Orxanın dayısı oğlu Məhəmməd ilə birlikdə qarşı tərəfdən gəlmiş küçədə görüşdükdən sonra üçü də Orxangilin evinin həyətindəki yarım tikili və toyuq hinindən şpakeri götürərkən Orxan və Məhəmməd bir-birinin qulaqlarına nəsə pıçıldayaraq, oğluna şalvarını aşağı çəkməyini və öz cinsiyyət orqanlarını da oğlu Ömərin arxa keçəcək nahiyyəsinə sürtməklərini təklif etmişdir. Oğlu Orxan və Məhəmmədin təklifləri ilə razılaşmadığına görə Məhəmməd qəflətən oğlunun boynundan tutmuş, Orxan da həmin vaxt Ömərin əynindəki cins şalvarı aşağı çəkib cinsiyyət orqanını çıxarıb və Ömərin arxa nahiyyəsinə sürtməyə başlamışdır. Orxan fəaliyyətini bitirdikdən təxminən 2 dəqiqə sonra Orxan Ömərin boynundan tutmağa başlamış və Məhəmməd Ömərin arxa nahiyəsinə keçib, öz cinsiyyət orqanını arxa tərəfinə sürtmüşdür. Daha sonra oğlu Ömər bu barədə atasına deyəcəyini bildirdiyini zaman atana deyəcəyin təqdirdə bu hadisəni hər kəsə yayacaqlarını bildirərək oğlu Ömərə qorxutmuşlar. Həmin günün ertəsi günü Tofiq drelin sverlosunu Ömərə verərək öz evlərinə aparmağını istəmiş, bundan başqa Tofıqin evdəki usta işi də bitikdən sonra Orxan və Məhəmməd evə gəlib qapını döyüb, qapını açdıqda Orxan Ömərə atasına məxsus olan drelin onların evində qaldığını bildirib həmin dreli götürmək üçün Orxangilin evinə getmişdir. Onların evinə gəldikdə Orxan və Məhəmməd Öməri toyuq hininə aparıb sonuncunun boynundan qəflətən tutmuş, Orxan da onun arxa tərəfinə keçərək əynində olan şalvarı aşağı çəkdikdən sonra öz şalvarını aşağı çəkərək cinsiyyət orqanını çıxarıb oğlu Ömərin arxa keçəcək nahiyyəsinə sürtməyə başlamışdır. Bır neçə dəqiqə sonra Orxan oğlu Ömərin boynundan tutmuş və Məhəmməd arxa tərəfinə keçib, şalvarını aşağı çəkdikdən sonra cinsiyyət orqanını Ömərin arxa keçəcək nahiyəsinə sürtməyə başlamışdır. Şahid2 dərslərində daima müvəffəqiyyət əldə edən şagird olmuş, lakin son bir ildə dərslərini yaxşı oxumamış və aqressiv davranışlar icra etməyə başlamışdır. Sonradan əri Əlvan bu barədə xəbər tutduqdan sonra qeyd olunan hadisə baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 31 nömrəli rəyində göstərilmişdir ki, X15 meyidinin məhkəmə müayinəsi zamanı aşkar olunan xəsarətlər:- alt çənə sümüyünün sınığı ilə müşayət olunan, boynunun sağ yan yuxarı 1/3-də daxil olan alt çənədən xaric olan bir ədəd, qırtlağın sağ yan səthindən daxil olmaqla sol yan səthindən xaric olaraq sol çiyin və sol bazunun yumşaq toxumalarını deşməklə xaric olan bir ədəd, sağ ağ ciyəri diafraqmanı, qara ciyəri zədələməklə bel nahiyyəsindən xaric olan bir ədəd, sol sağ ciyərin, diafraqmanın və dalağın zədələnməsilə sol bel nahiyyəsindən xaric olan bir ədəd və sol böyrəyin zədələnməsilə sol bazu və qarın oşluğuna dəlb-keçən bir ədəd cəmi 5 ədəd dəlib-keçən güllə yaraları, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixdə yetirilməyə uğundurlar, ağırlıq dərəcəsinə görə xəsarətlərdən hər biri ayrıayrılıqda və ümumilikdə, sağlam şəxslər üçün götürdükdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddir. X15 ölümünə səbəb, daxili orqanların zədələnmələri nəticəsində inkişaf edən daxili və xarici qanaxma olmuşdur. X15 ölümü meyidin meyidxanadakı müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X15 baş nahiyyəsində olan xəsarətlər güllənin əlavə faktorlarının təsir etmədiyi uzaq məsafədən açılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 743 nömrəli rəyində göstərilmişdir ki, Şahid2 ilə mütəmadi qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri aşkar olundu ki, bu da yuxarıda göstərilən əlamətlərlə: - şüavari büküşlərin hamarlaşması, qıfabənzər açılma müşahidə olunması, düz bağırsağın ampulyar hissəsində genəlmələrin olması və s. sübut olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 884/2021-MTBŞ saylı rəyində göstərilmişdir ki, X15 ABO sistemi üzrə qan qrupu-Abeta(H)/İİ/, Ekspertizaya təqdim olunmuş 01 ədəd pambıq tampon, O.T.Kərimova məxsus gödəkcə, şalvar, ayaqqabının sol tayı, köynək, alt şalvar, kofta və alt mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda «A» və «H» antigenləri, əksər ləkələrdə həmçinin «beta» aqllyutinini alındı.Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən X16 məxsus ola bilər. Tədqiqata təqdim olunan O.T.Kərimova məxsus kəmər, ayaqqabının sağ tayı və 04 ədəd corab üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materialların məhkəməlifli ekspertizasının xx.xx.2021-ci il tarixli 6/5306 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, X16 məxsus olduğu qeyd edilən geyim əşyaları səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə daktiloskopik, ballistik və trasoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3/1949, 3/1950, 3/1951, 3/1952 və 6/5309 nömrəli rəylərində göstərilmişdir ki, -tədqiqata təqdim edilmiş “Макаров” (“ПМ”) konstruksiyalı, “ИП 1579” №-li tapançanın üzərindəki papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş “Макаров” (“ПМ”) konstruksiyalı “ИП 1579” №-li tapançanın üzərindəki papilyar naxış izləri müqayisəli tədqiqat üçün yararsız olduğundan təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus dakiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş silah zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Макаров” (“ПМ”) konstruksiyalı, “ИП 1579” №-li, yarım avtomatik tapançadır - yivli odlu döyüş silahı hesab edilir. Lakin tapançanın funksional əhəmiyyət daşıyan vurucu iynəsi yerində olmadığından silah nasazdır, təyinatı üzrə istifadəyə - atəşə yararsızdır. Silahın üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd sandıqça “Макаров” (“ПМ”) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçalardır və təyinatı üzrə istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 6 (altı) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Макаров” (“ПМ”), “ПА63”, “П64”, “PK59”, “П61” konstruksiyalı tapançalarda “Стечкин” (“АПС”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar - döyüş sursatıdırlar və atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 5 (beş) ədəd giliz zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Макаров” (“ПМ”), “ПА-63”, “П64”, “PK59”, “П61” konstruksiyalı tapançalarda, “Стечкин” (“АПС”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridirlər gilizləridirlər. Həmin gilizlər eyni bir “Макаров” (“ПМ”) konstruksiyalı tapançadan atılmışdır. Lakin təqdim edilmiş 9 mm kalibrli, “Макаров” (“ПМ”) konstruksiyalı, “ИП 1579” №-li tapança atəşə yararsız olduğundan həmin gilizlərin ondan atılıbatılmadığını müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd güllə zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Макаров” (“ПМ”), “ПА-63”, “П64”, “PK59”, “Пб*"’ konstruksiyalı tapançalarda, “Стечкин" (“АПС”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatına aid olan patronların atəşlə ayrılmış hissələridir - güllələrdir. Həmin güllələr eyni bir “Макаров” (“ПМ”) konstruksiyalı tapançadan atılmışdır. Lakin təqdim edilmiş 9 mm kalibrli, “Макаров” (“ПМ”) konstruksiyalı, “ИП 1579” №-li tapança atəşə yararsız olduğundan həmin güllələrin ondan atılıb-atılmadığını müəyyən etmək mümkün olmadı. Güllələrin səthində gilizlərin daxili divarından, gilizlərin daxili divarlarında isə güllələrin səthindən qalmağa xarakterik xüsusi əlamətlərə malik izlər qalmadığından, güllələrin atəşdən əvvəl gilizlərlə vahid bütövlük təşkil edib-etməməsini müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş silahın lülə kanalında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, təqdim edilmiş vəziyyətdə həmin silahdan atəşlər açılmışdır. Lakin müvafiq elmi metodik vəsait olmadığından atəşin vaxtını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş üzərində “X39” məxsus olduğu qeyd edilən bir ədəd gödəkçə, bir ədəd sviter, bir ədəd uzunqol köynək və bir ədəd qolsuz maykanın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və mis metal izinin aşkar edilməsinə əsasən, bir ədəd gödəkçənin üzərində olan “a”, “b”, “c”, “d”, “h”, “m” zədələri, bir ədəd sviterin üzərində olan “s”, “t”, “u”, “v”, “z”, “dd” zədələri, bir ədəd uzunqol köynəyin üzərində olan “jj”, “kk”, “İİ”, “qq”, “tt” zədələri, bir ədəd maykanın üzərində olan “xx” və “yy” zədələri giriş, bir ədəd gödəkçənin üzərində olan “e”, T, “g”, “i”, “j”, “k”, “İ”, “n”, “o”, “p”, “q”, “r” zədələri, bir ədəd sviterin üzərində olan “w”, “x”, “y”, “aa”, “bb”, “cc”, “ee”, “ff”, “gg”, “hh”, “ii” zədələri, bir ədəd uzunqol köynəyin üzərində olan “mm”,“nn”, “oo”, “pp”, “rr”, “ss”, “uu”, “vv”, “ww” zədələri və bir ədəd maykanın üzərində olan “zz”, “aaa”, “bbb”, “ccc” və “ddd” zədələri isə çıxış zədəs olmaqla, yivli odlu silahdan açılmış atəşlər nəticəsində, tərkibində mis metalı olan, diametri 9 mm olan güllələrin təsirindən, 1 metrdən yuxarı məsafədən, öndən arxaya doğru, soldan sağa, sağdan sola doğru müxtəlif istiqamətlərdə yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş silahdan açılan atəşlər nəticəsində güllərin təsirindən də yarana bilər. Atəş açılan zaman silahın lüləsinin ağızlıq kəsiyi ilə X16 məxsus olduğu qeyd edilən gödəkçənin qarşılıqlı yerləşmə vəziyyəti öndən arxaya, soldan sağa, sağdan sola doğru müxtəlif istiqamətlərdə olmuşdur. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən bir ədəd gödəkçə və “X16” məxsus olduğu qeyd edilən bir ədəd belində kəməri olan, cins şalvar, bir ədəd isti alt şalvarı, bir cüt ayaqqabı və iki cüt corabın üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən bir ədəd gödəkçə və “X16” məxsus olduğu qeyd edilən bir ədəd belində kəməri olan, cins şalvar və bir ədəd isti alt şalvarının səthindən atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş üzərində “X20” məxsus olduğu qeyd edilən bir cüt ayaqqabı və iki cüt corabın səthindən atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” və X16” məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərində hər hansı trasoloji zədə(lər) aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təkrar məhkəməballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 22/226R saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd 1411-1579 № silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1966cı ildə istehsal olunmuş 9 mm kalibrli Makarov Konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır. Yuxarıda göstərilən səbəbə görə silah hal-hazırda texniki cəhətdən nasazdır və atəş üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 02 ədəd güllə zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və PA-63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş 9x18 mm kalibrli patronların bir hissəsidir, atılmış-güllələridir. Həmin güllələr eyni bir Makarov konstruksiyalı PM modelli tapançadan atılmışdır. Tədqiqata təqdim edilmiş 05 ədəd gilizdən 03 ədədi 2008-ci ildə Azərbaycan Respublikasında, 01 ədədi 1994-cü ildə və digər 01 ədədi isə 1995-ci ildə Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş 9x18 mm Kalibrli olmaqla, həmin Kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və PA-63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir atılmış-gilizləridir. Həmin gilizlər eyni bir Makarov konstruksiyalı PM modelli tapançadan atılmışdır. Hadisə yerindən götürülmüş 02 ədəd 9 mm kalibrli güllə və 05 ədəd gilizlər, tədqiqata təqdim edilmiş 9 mm kalibrli ИП-1579 №-li Makarov konstruksiyalı PM modelli tapançadan atılmasını müəyyən etmək məqsədi ilə, eksperimental qaydada həmin silahdan atılmış güllə-gilizlər “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi və “LEYKA” mikraskopu vasitəsilə müqayisəli tədqiqat aparıldı. Müqaisəli tədqiqat zamanı müəyyən olundu ki, həmin güllələrin üzərində olan yiv izlərinin və gilizlərin üzərində olan patron dayağının izləri, gilizlərin dib hissəsində əksetiricinin, tulayıcının ümumi və xüsusi əlamətləri eynidir. Bu da onu göstərir ki, tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş 02 ədəd 9 mm kalibrli güllələr və 05 ədəd 9 mm kalibrli gilizlər, tədqiqata təqdim edilmiş ИП-1579 №-li Makarov konstruksiyalı PM modelli tapançadan atılmışdır. (Bax: Arsenal ABİS sistemindən çıxarılmış şəkilə). Tədqiqata təqdim edilmiş ИП-1579 №-li Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə və gilizlər, hadisə yerindən götürülmüş 02 ədəd güllə və 05 ədəd giliz kartotekada olan əvvəllər törədilmiş açılmamış digər cinayət işləri üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə müqayisəsi zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının 26 yanvar 2022-ci il tarixli 52/18 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişin onun oğlu Ömərə qarşı törətmiş olduğu qanunazidd hərəkət düşüncəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Mingəçevir şəhər X1 daxil olmuş 27 noyabr 2021-ci il tarixli, 708 saylı məktubda göstərilmişdir ki, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və X2 şəhər X3 psixatrik müşahidədə olmamış və müraciət etməmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 yanvar 2022-ci il tarixli 116 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 29 noyabr 2021-ci il tarixli 378 nömrəli məktubda göstərilmişdir ki, Mingəçevir şəhərində yaşayan 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və 2005-ci il təvəllüdlü X2 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmurlar və həmin dispaserə müraciət etməmişlər. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2021-ci tarixdə saat 2215də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 20 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə Mingəçevir şəhər məhkəməsinin hökmü ilə CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15% dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum olunmuş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmü ilə CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15% dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli amnistiya aktına əsasən cəzadan azad edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 62.1-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə şəhər, Nizami rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən edilmir. İş matreiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mingəçevir şəhər Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün olmaqla Mingəçevir şəhəri “Yeni Həyat” qəsəbəsində B-64 saylı məzildə yaşamaqla yaşadığı yer müsbət səciyyələndirilmiş, himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azəriqaz” X22 X31 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 49 nömrəli məktubdan görünür ki, Mingəçevir xidmət sahəsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi üzrə xidmət göstərən Təqsirləndirilən şəxs işlədiyi müddətdə özünü nizamintizamlı bir işçi kimi göstərmiş, üzərinə düşən peşəsini və rəhbərlik tərəfindən ona verilmiş tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməyə çalışmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli 2/758 nömrəli məktubundan görünür ki, ИП1579 zavod nömrəli 1966-cı ildə istehsal olunmuş 9 mm-lik “Makarov” markalı tapança xx.xx.2022-ci il tarixə olan məlumata əsasən Müdafiə Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsinin Raket-Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdadır və N nömrəli hərbi hissənin döyüş itkisidir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 120.1 və 228.1ci maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi CM-in 120.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş minumum həddlərdə (CM, maddə 120.1-09 il, maddə 228.1-06 ay) azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X24 apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 1(091)-150/2022 nömrəli hökmünün və hazırlıq iclasının qərarının ləğv edilərək cinayət işinə yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılması barədə qərar qəbul edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, l(091)-150/2022 iş nömrəli hökmünü qanunsuz və əsassız hesab edirəm: İ. Şəki Ağır Cinayətlər Məhkəməsi hökümndə qeyd edirk ki, "... Məhkəmə zərərçəkmiş tərəfin Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan hüzr mərasimində ehtiyatsızlıqdan Təqsirləndirilən şəxs üzərinə çay tökməsinə görə sonuncunun Orxan Kərimovu öldürməsinə dair dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin hallar nə məhkəməyədək icraat zamam nə də ki, məhkəmə istintaqı zamanı təsdiq edilməmiş, Təqsirləndirilən şəxs azyaşlı oğlu Şahid2 qarşı zor tətbiq edərək sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmasını hesab edərək Orxan Kərimovdan qisas almaq məqsədilə sonuncu qəsdən həyatdan məhrum etməklə öldürmüşdür." Məhkəmə həmin halı işdə olan iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 743 nömrəli rəyi ilə əsaslandırmağa çalışmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 743 nömrəli rəyində göstərilmişdir ki, Şahid2 ilə mütəmadi qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri aşkar olundu ki, bu da yuxarıda göstərilən əlamətlərlə: - şüavari büküşlərin hamarlaşması, qıfabənzər açılma müşahidə olunması, düz bağırsağm ampulyar hissəsində genəlmələrin olması və s. sübut olunur. Lakin, iş üzrə tədqiqatı həyata keçirən ekspert Şahid2 olan həmin fəsadlarm 9 ay əvvələ (yəni təqsirləndirilən şəxs və onun övladmm dediyi vaxta uyğun) aid olması ilə 1 kəlmə ilə belə olsun məlumat qeyd etməmişdir. Bu isə onu göstərir ki, həqiqətdə Təqsirləndirilən şəxs daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə həmin verisiyanı irəli sürmüş və nəticədə həm ibtidasi istintaq orqanı, həm də birinci instansiya məhkəməsi qərəzli və əsassız olaraq həmin versiya üzrə dəyərləndirmə aparmışdırlar. İşin həqiqi halı isə iş üzrə Təqsirləndirilən şəxs oğlu Şahid2 qarşı X25 və başqaları tərəfindən seksual xarakterli hərəkətlərin edilməməsidir. Halbu ki, Təqsirləndirilən şəxs heç bir əsas olmadan xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla törətmişdir. İİ. İşdən də göründüyü kimi, Təqsirləndirilən şəxs ictimai yer hesab olunan Yeni Həyat qəsəbəsi, 64 B saylı evin yerləşdiyi küçədə və xüsusi amansızlıqla törətmişdir. Belə ki, verilən ittihamdan da göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək yaşadığı Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi 64B ünvanında yerləşən fərdi yaşayış evinin əldamında saxladığı yivli odlu döyüş silahı hesab olunan 9 mm kalibrli "Makarov" konstruksiyalı, "Mn 1579" nömrəli yarım avtomatik tapançanı və üzərində ümumilikdə 11 ədəd döyüş sursatı hesab olunan patron olan həmin silahın komplekt hissəsi sayılan iki ədəd sandıqçanı götürərək qisas almaq niyyəti ilə üzərində daşıyaraq gəzdirmiş və 18 noyabr 2021-ci il tarixdə saat 20:30 radələrində yaşadığı Yeni Həyat qəsəbəsi, 64 B saylı evin yerləşdiyi küçədə qarşısına çıxan X18 qəsdən öldürmək məqsədi ilə üzərində gəzdirdiyi tapançanı 1-1,5 metr məsafədən ona tuşlayıb sonuncunun bədəninin müxtəlif, o cümlədən həyati vacib nahiyələrinə 5 dəfə atəş açaraq, alt çənə sümüyün sınığı ilə müşaiyət olunan, boynunun sağ yan yuxarı 1/3-də daxil olan alt çənədən xaric olan bir ədəd, qırtlağm sağ yan səthindən daxil olmaqla sol yan səthindən xaric olaraq sol çiyin və sol bazunun yumşaq toxumalarını deşməklə xaric olan bir ədəd, sağ ağciyəri, diafraqmanı, qara ciyəri zədələməklə bel nahiyəsindən xaric olan bir ədəd, sol ağciyərin, diafraqmanın və dalağm zədələnməsi ilə sol bel nahiyəsindən xaric olan bir ədəd və sol böyrəyin zədələnməsi ilə sol bazu və qarın boşluğuna dəlib-keçən bir ədəd olmaqla cəmi 5 ədəd dəlib-keçən güllə yaraları, hər biri ayrı-ayrılıqda və ümumilikdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə daxili orqanlarm zədələnmələri nəticəsində inkişaf edən daxili və xarici qanitirmədən ölümə səbəbiyyət verməklə zərərçəkmiş şəxs X18 qisas almaq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatından məhrum etmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri fakitiki olaraq Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrinə uyğundur və ona həmin maddələrlə ittiham elan edilməli idi. Məhkəmə hökmü də həmin maddələr uyğun qəbul edilməli idi. Bir daha qeyd edirəm ki, həqiqətdə Təqsirləndirilən şəxs daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə həmin verisiyanı irəli sürmüş və nəticədə həm ibtidasi istintaq orqanı, həm də birinci instansiya məhkəməsi qərəzli və əsassız olaraq həmin versiya üzrə dəyərləndirmə aparmışdırlar. Azərbaycan Respublikasmm Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarma və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Həmin Məcəllənin 318.3-cü maddəsinə əsasən, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Bu qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasmm müvafiq icra hakimiyyəti orqanmm rəhbərinə və Azərbaycan Respublikasmm Baş prokuroruna göndərilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 121.1.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan istintaq və ya digər prosessual hərəkət aparılan zaman cinayət prosesi tərəflərinin verdikləri vəsatətləri, habelə cinayət prosesində iştirak edən digər şəxslərin xahişlərini bu hərəkətlərin (məhkəmə iclasmm) protokoluna daxil etmək yerinə yetirməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 121.2-ci maddəsində qeyd olunur ki, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarmm və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Hesab edirəm ki, Təqsirləndirilən şəxs daha ağır ittihamın (Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri) irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması əsası ilə Şəki Apellyasiya Məhkəməsi tərəfindən apelyasiya protestinə baxılmasına xitam veriməli və iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, l(091)-150/2022 saylı hökmü və hazırlıq iclasmm qərarı ləğv edilərək, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılmalıdır. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən hökmü qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Məhkəmə kollegiyası ilk öncə zərərçəkmiş şəxsin hüquqi varisi X11 apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi göstərdiyi xüsusatlar ilə bağlı Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin tərkib əlamətlərinin olmadığından, barəsində cinayət təqibi başlanmasının “ sübutların qiymətləndirilməsi haqqında” 19 may 2022-ci il tarixli qərarla rədd edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq orqanının qeyd edilən qərarı hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli Qərarında isə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir. CPM-in 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırda ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin tərkibinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı qüvvədə olduğundan və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz qərarında məsələnin həllini yuxarıda qeyd edildiyi kimi şərh etdiyindən məhkəmə kollegiyası ittihamdan kənara çıxaraq qərar qəbul edə bilməz. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq X26rşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisin təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağır olması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını, yaşadığı və iş yeri üzrə müsbət səciyyələndirilməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, həmçinin CM-in 61.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətməsi onun cəzasını ağırlaşdıran hal olması qənaətinə gəlmişdir. Həmçinin apellyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın yüngülləşdirilməsi barədə mövqeyinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindi maddələrin sanksiyası çərçivəsində qəti olaraq 13 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyəti və törətdiyi cinayət əməlinə görə cəzanın məqsədlərinin təmin olunması baxımından əsaslı hesab edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 1(091)-150/2022 nömrəli hökmünün baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmasını məqsədəmüvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X24 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 1(091)-150/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-24/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-24/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver