Məhkəmə qərarları › İş №1(107)-240/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-240/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-240/2021 04.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən - Abbasov Gündüz Qasım oğlu, Məhkəmə iclas katibi – İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə xüsusi ittihamçı X10 tərəfindən Göyçay Rayon Məhkəməsinin hakimi X4 verilmiş etirаz məsələsinə bаxaraq, MÜƏYYƏN ETDİM: X3 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə xüsusi ittihamçı X10 məhkəməyə ərizə verərək işə Göyçay Rayon Məhkəməsinin hakimi X8 tərəfindən baxılmasına etiraz etmişdir. Göyçay Rayon Məhkəməsinin 18 may 2021-ci ildə keçirilən məhkəmə iclasının protokoluna daxil edilməklə çıxarılmış qərara əsasən, xüsusi ittihamçı X10 tərəfindən verilmiş hakimə etiraz baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X10 etirazı onunla əsaslandırmışdır ki, hakim X2 qəbul etdiyi 07 sentyabr 2020-ci il tarixli 1 (046)-77/2020 saylı qərara əsasən X9 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina olunmuşdur. Xüsusi ittiham qaydasında verdiyi şikayəti məhkəmənin icraatına qəbul etməkdən imtina edərkən hakim X1 Elvin Mansur oğlunun əməlində cinayət əlamətlərinin olmamasını, ona istinad edilən əməldə CM-in 148-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayətin əlamətlərinin olmadığını göstərmişdir. Həmin qərar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2020-ci il tarixli 1(107)-214/2020 saylı qərarı ilə ləğv edilmiş və xüsusi ittiham qaydasında şikayət üzrə materiallar birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X16 Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2020-ci il tarixli 1(107)-214/2020 saytı qərarından kassasıya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qərarı ilə kassasıya şikayəti təmin edilməmiş, qeyd edilən qərar dəyişdirilmədən saxlanılmışdır. X12 07 sentyabr 2020-ci il tarixli 1(046)-77/2020 saylı qərarı qəbul edərkən X5 əməlində cinayət əlamətlərinin olmamasını, ona istinad edilən əməldə CM-in 148-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayətin əlamətlərinin olmadığını göstərməklə işin nəticəsi barədə qabaqcadan fikrini bildirmişdir. Hesab edir ki, X12 gələcəkdə yekun qərar verərkən də eyni münasibəti göstərəcək. Yenidən ədalətsiz qərarın qəbul edilməməsi üçün X9 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə X12 tərəfindən baxılmasına etiraz edir. Etirazın dəlillərini iş materialları üzrə аrаşdırıb hesаb edirəm ki, etiraz əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 109.1-ci maddəsinə görə, hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun: 109.1.1. şəxs hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə; 109.1.2. hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda; 109.1.3. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda; 109.1.4. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə; 109.1.5. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştirak etdikdə; 109.1.6. hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir); 109.1.7. hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda; 109.1.8. hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda. CPM-in 109.3.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özüözünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Etirazın dəlillərini ayrı-ayrılıqda təhlil etdikdə müəyyən olunur ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin hakimi İbrahim Fəttahova etiraz edilməsi üçün CPM-in 109.1-ci maddəsində sadalanan əsaslardan heç biri iş üzrə mövcud deyil. Xüsusi ittihamçı X6 Göyçay Rayon Məhkəməsi tərəfindən yenidən ədalətsiz qərarın qəbul edilməsi barədə göstərdiyi dəlilləri heç bir sübuta söykənməyən ehtimal və mülahizələrə əsaslanır və hakimə etirazın təmin edilməsi üçün qanuni əsas ola bilməz. Ona görə də etiraz əsassız olduğundan təmin edilməməli və iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh оlunаnlаrı və CPM-in 109 və 321.2.3 mаddələrini rəhbər tutаrаq, qərara aldim: Xüsusi ittihamçı X10 tərəfindən Göyçay Rayon Məhkəməsinin hakimi X4 verilmiş etirаz təmin edilməsin və iş Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаn kassasiya şikаyəti və ya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar