Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-241/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1, 221.2.2, 221.3 və 326.1-ci maddələri ilə məhkum olunmasına dair Göyçay Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(046)-23/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 14 aprel 2021-ci il tarixli, 1(046)-23/2021 nömrəli hökmü ilə, xx.xx.1991-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, evli, himayəsində 3 azyaşlı uşağı olan, Göyçay rayonunun Kürd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 127.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə Zərərçəkmiş şəxs3lıqdan məhrum etmə cəzasına, CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib, 01 il müddətinə Zərərçəkmiş şəxs3lıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə Zərərçəkmiş şəxs3lıqdan məhrum etmə cəzasına, CM-in 326.1-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə Zərərçəkmiş şəxs3lıqdan məhrum etmə cəzasına, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş Zərərçəkmiş şəxs3lıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 4 il 6 ay müddətinə Zərərçəkmiş şəxs3lıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin həbsə alındığı vaxtdan, yəni 19.09.2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 01 ədəd baltanın məhv edilməsi, Zərərçəkmiş şəxs1 aid bir ədəd AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi və bir ədəd AZ-İİ 057945 nömrəli nikah haqqında şəhadətnamə cinayət işin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 51.06 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 50 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 300 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********)) hesabına köçürülməsi, Hökmün icrasının maddi sübutlara və ekspertiza xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Göyçay Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(046)-23/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 23.08.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus rəsmi sənədlər olan, 05.10.2015-ci il tarixdə Səyyar Asan 1 xidmətindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin, həmçinin 08.08.2015-ci ildə Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 057945 nömrəli nikah haqqında şəhadətnamənin üzərinə mürəkkəb qələmlə nalayiq sözlər yazaraq həmin sənədlərin birbaşa təyinatı üzrə istifadə edilməsini və ya onlardan istifadə olunmasını əhəmiyyətli dərəcədə cətinləşdirməklə zədələmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 01.09.2020-ci il tarixdə saat 21 radələrində orta dərəcəli sərxoş vəziyyətdə qayınatası Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gələrək, heç bir əsaslı səbəb olmadan, ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, yəni Ayşənə və ailə üzvlərinə qarşı ucadan nalayiq söyüşlər söyərək təpiklə həyətə giriş qapısını bir neçə dəfə vurmuş, bu zaman səs küyə küçəyə çıxan həyat yoldaşı Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla zərərçəkmişin sol qol nahiyəsindən bir neçə dəfə vuraraq ona, sol saidin yuxarı - orta 1/3-nin iç – arxa səthlərində dərinin epidermis qatının kəsikləri, sol bazunun aşağı 1/3-nin iç səthində qançır ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, həmin vaxt onun Zərərçəkmiş şəxs1 bir neçə dəfə bıçaqla xəsarət yetirməsinin, həmçinin onu sakitləşdirərək bu cür qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən qayınanası Zərərçəkmiş şəxs2 ona mane olmaq istəməsini bəhanə edib, heç bir səbəb olmadan ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs2 sol qol nahiyəsindən iki dəfə vuraraq ona, sol bazunun yuxarı – orta – aşağı 1/3-nin yan səthində dərinin epidermis qatının kəsiyi, sol bazunun orta 1/3-nin iç səthində qançırla müşayət olunan sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, bundan sonra səs küyə hadisə yerinə toplaşmış ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib daha da aqressiv formada ucadan nalayiq söyüşlərini davam etdirməklə əvvəlcədən özü ilə gətirdiyi bir ədəd baltanı götürüb Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evinin giriş qapısını və evin pəncərəsinin şüşəsini vurub qırmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə etdiyi bıçaqla vətəndaşlar üzərində zor tətbiq olunması, həmçinin ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, habelə zərərçəkmiş şəxsin cəmi 520 manat dəyərində olan əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 01.09.2020-ci il tarixdə saat 22 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Göyçay RMX-nın Publik hüquqi şəxsin X7 Yardım Stansiyasına gələrək başında olan xəsarətlə bağlı ona Göyçay RMX-da tibbi yardım göstərilə biləcəyini bildirən tibb işçilərinə qarşı heç bir səbəb olmadan ucadan nalayiq söyüşlər söyərək, ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, şalvarının cibindən çıxardığı bir ədəd bıçaqla tibb işçilərinin üzərinə hücum etmiş, həmin zaman atası Şahid3 onun tibb işçilərinə qarşı hücum edib onlara xəsarət yetirmələrinə mane olmasına baxmayaraq, səs küyə hadisə yerinə toplaşmış ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib dahada azğın formada ucadan nalayiq söyüşlərini davam etdirməklə yumruqla TTTYS-nın inzibati binasının iki ədəd şüşlərini vurub sındıraraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə zərərçəkmiş şəxsin cəmi 35 manat dəyərində olan əmlakının zədələnməsi ilə müşayiət edilən təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 05.09.2020-ci il tarixdə saat 20 radələrində sərxoş vəziyyətdə Göyçay şəhəri Ə.Kərim küçəsində qayınatası Zərərçəkmiş şəxs3 və qayınanası Zərərçəkmiş şəxs2 Bababalar qızını görüb onlara yaxınlaşaraq, ona “yoldaşımı məndən ayıra bilməzsən”, “ərin Zərərçəkmiş şəxs3 arxayınsan?” deyib heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs3 sifət nahiyəsindən kəllə ilə qəsdən bir dəfə vuraraq ona, hər iki gözün iç bucağından başlayaraq göz yuvaları altı və burun beli nahiyəsini əhatə edən qançır, burun sümüyünün az yerini dəyişmiş sınığı fonunda burun tənəffüsünün pozulması ilə müşahidə edilən, burun qanaxması ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(046)-23/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, ona qarşı heç bir şikayətin olmamasına baxmayaraq ona təyin edilmiş cəza ağır olmuşdur. Buna görə də işinə düzgün baxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 oğlu apellyasiya şikayətinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, eləcədə müdafiə etdiyi şəxsin təqsirli bilindiyi CM-in 127.2.3-cü maddəsinin CM-in 127.1-ci maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxslə barışdığından, sonuncunun təqsirləmndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq həmin maddəi ilə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(046)-23/2021 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, həbsdə olarakən atası Familin də öldüyünü, həmçinin zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, eləcədə onun təqsirli bilindiyi CM-in 127.2.3-cü maddəsinin CM-in 127.1-ci maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxslə barışdığından, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq həmin maddəi ilə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 399.1 və 399.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 399.1.4-cü maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci insatansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Şəki Apellyasiya məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə ittiham verilmiş əməli həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs, onun zərərçəkmiş şəxslərlə barışması nəzərə alınaraq, CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən Zərərçəkmiş şəxs3 edilmiş və barəsində hazırkı cinayət işi üzrə icraata xitam verilmişdir. Bu səbəbdən də məhkəmə kolleguyası Təqsirləndirilən şəxs qarşı CM-in 221.2.1, 221.2.2, 221.3 və 326.1-ci maddələri irəli sürülmüş ittihamlaral bağlı hüquqi dəyərləndirmə aparılmasını mümkün saymışdır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, içkili halda ailəsini gətirməyə getmiş, zərərçəkmişlərə bıçaq xəsarəti yetirməmiş və hadisə vaxtı ona dəyən zərbədən müqavimətini itirib yerə yıxılmışdır. O, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, mağZərərçəkmiş şəxs3n gəldiyi zaman Kamil qabağını kəsmiş və uşağını istəmiş, lakin həyat yoldaşı Mənzər uşağı verməmişdir. Bu zaman Kamil onu başı ilə vurmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış və ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş X8 ifadəsində göstərmişdir ki, o Kamilin qayınanasıdır. Axşam radələrində Kamilin anası ona zəng vurdu ki, gəl Ayşəni aparın. O da gedib qızını gətirdi evə. Evə çatanda görmüşdür ki, Kamil onlardadır. Kamil onlara yaxınlaşıb demişdir ki, ailəmi verin aparım. O da verməmiş və onu sinəsindən vurub çölə çıxartmışdır. Kamil balaca qızını da götürüb öz evlərinə getmişdir. Gecə Mədinə anası Ayşəni istədiyi üçün Kamil yenidən Mədinəni onlara gətirmişdir. O, yenə Kamilə Ayşəni verməyəcəyini bildirmişdir. Kamil gedəndən sonra o, Kamilin atasına zəng vuraraq onlara gəlməsini və məsələnin həll edilməsini bildirmişdir. Kamilin atası ilə söhbət edən zaman bacısı atasına zəng vuraraq Kamilin balta ilə onlara gəldiyini bildirmişdir. Kamil əlində balta ilə gəldiyi zaman o, onun qarşısına keçmişdir. Kamil onlarda usta işləyən qardaşının oğlanlarını axtarırdı ki, qısqanclıq zəminində onları vursun. O da yenə qızını ona vermədi. Orada da qolunu qapıda olan dəmir cızmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış və ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onun həyat yoldaşı olduğundan ifadə verməkdən imtina etdiyini bildirdi. Həmçinin, bildirdi ki, təqsirləndirilən şəxslə barışmış və ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, 01.09.2020-ci il tarixdə saat təxminən 22 radələrində Göyçay rayon TTTYS-də növbədə olarkən, TTTYS-nin həyətinə VAZ 2107 markalı, qırmızı rəngli taksi gəlmişdir. Taksidən Kamilin atası Famil və sürücü Kamili qolundan tutub yerə düşürmüşlər. Kamilin başından qan axırdı. Famil həmin vaxtı bizdən oğlu Kamilə tibbi yardım göstərilməsini istəmişdir, lakin Kamilin başından qan axdığına görə onun başına tikiş qoymaq lazım olduğunu, buna görə də Göyçay MRX-ya müraciət etməli olduqlarını bildirmişlər. Bundan qəzəblənən Kamil hay-küy salmağa başlamış və qapıdan çıxanda əli ilə şüşəni sındırmışdır. Sonra atası və sürücü Kamili aparıb getmişlər. Kamilin əli dəsmal ilə sarıqlı olduğundan onun əlində bıçaq olduğunu zənn etmişdir. Lakin, Kamilin əlində bıçaq olmamışdır. Kamil aynanı əli ilə sındırmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, 01.09.2020-ci il tarixdə saat təxminən 22 radələrində Göyçay rayon TTTYS-də növbədə olarkən, TTTYS-nin həyətinə VAZ 2107 markalı, qırmızı rəngli taksi gəlmişdir. Taksidən Kamilin atası və sürücü Kamili qolundan tutub yerə düşürmüşlər. Kamilin başından qan axırdı. Onlardan yardım istəyəndə onlar yardım üçün avadanlıqlarının olmadığını bildirdilər. Bu zaman Kamil qəzəblənərək hay-küy salmağa başlamış və qapıdan çıxanda əli ilə əli ilə aynanı sındırmışdır. TTYS-da olarkən Kamil onlara hücum etməmişdir və Kamilin əlində bıçaq görməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, TTTYS-nin həyətinə VAZ 2107 markalı, qırmızı rəngli taksi gəlmişdir. Taksidən Kamilin atası və sürücü Kamili qolundan tutub yerə düşürmüşlər. Kamilin başından qan axırdı. Onlar yardım istəyəndə onlara yardım üçün avadanlıqlarının olmadığını bildirmişlər. Bu zaman Kamil qəzəblənərək atası Familin qolundan çıxaraq əli ilə aynanı sındırmışdır. Axşam olduğundan Kamilin əlindəki dəsmalı bıçaq zənn etmişdir. Kamilin əlində bıçaq olmamış və o aynanı əli ilə sındırmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş Nümayəndə ifadəsində göstərmişdir ki, axşam saatları idi. Xidməti kabinetində xəstə uşağı müayinə edirdi. Birdən sınıq şüşə səsləri gəldi. O, otaqdan çıxdığı zaman sınıq şüşələrini və 2 nəfərin cavan oğlanı maşına tərəf apardığını görmüşdür. Sınıq şüşələrin üzərində qan ləkələrini görəndən sonra o, orada duran sürücülərdən qanın haradan olduğunu soruşduqda sürücülər Kamilin əli ilə şüşəni vurub sındırdığını və həmin qan ləkələrinin də oradan əmələ gəldiyini bildirdilər. Bir müddət sonra o, evə getmişdir. Maşına mindiyi zaman o, Kamilin əlində sarğı və başında da xəsarət olduğunu görmüşdür. Kabinetində olduğu üçün heç bir hadsiəni görməmişdir. Kamili maşına aparanda onun əli sarıqlı idi və onun əlində bıçaq yox idi. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsində elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Arvadı Ayşən ilə münasibətləri pozulduğundan 23.08.2020-ci il tarixdə Ayşənin şəxsiyyət vəsiqəsinin üzərinə və nikah haqqında şəhadətnamənin üzərinə mürəkkəb qələmlə nalayiq söyüşlər yazmış və şəkil çəkmişdir. Həmin şəxsiyyət vəsiqəsi ilə doğum haqqında şəhadətnaməni Ayşəngilə verməsi məqsədilə Ayşəngilin qonşuluğunda yaşayan Dilşada vermişdir. Bundan başqa 01.09.2020-ci il tarixdə saat 16 radələrində arvadı Ayşəngilin evinin önündən keçərkən Ayşənin dayısı oğlu Emin pəncərədən ona söyüş söymüşdür. Bir qədər sonra qaynı Ayxan onun yanına gələrək Emin və qardaşı Turalın onunla görüşəcəyini demiş, həmin zaman kağıza onların ünvanına nalayiq ifadə yazaraq Ayxanla onlara göndərmişdir. Həmin gün saat 19 radələrində Göyçay şəhəri ərazisində kafedə 5 bakal pivə içmiş, sonra isə evə gəlmişdir. Evdə olarkən balaca qızı Mədinəni atası Familin Ayşəngilə apardığını öyrənmiş, sonra qırmızı rəngli VAZ-2107 markalı taksi fəaliyyəti ilə məşğul olan Samirə məxsus avtomobillə Ayşəngilə getmişdir. Ayşəngilin yaşadığı evin həyətinə girib həyətdən bir ədəd balta götürmüş, həmin balta ilə Ayşənin dayısı oğlu Turalın üstünə hücum edərək əlində balta ilə onu vurmaq istəyəndə atası Famil onu tutub həyətdən çölə çıxarmışdır. Bundan sonra söyüşlər söymüşdür. Həmin zaman heç kəsin çölə çıxmadığını görüb əlindəki balta ilə həyətə giriş qapısını və pəncərəni vurub qırmışdır. Eyni zamanda ucadan nalayiq söyüşlərini davam etdirərək çölə çıxmalarını tələb etmişdir. Bu zaman onlar hamısı çölə çıxmış, həmin zaman Eminin əlində bel olmuşdur. Daha sonra əlindəki baltanı onlara tərəfə atmış, bu zaman Emin əlindəki bel ilə onun baş nahiyəsindən bir dəfə vurmuş və zərbədən yerə yıxılmışdır. Bundan sonra atası Famil yaxınlaşıb onu yerdən qaldırıb Samirin avtomobili ilə onu xəstəxanaya aparmışdır. Xəstəxanada TTTYS-nin binasının içərisinə girdikdən sonra yerə yıxılmış və uzanıqlı vəziyyətdə qalmışdır. Həmin vaxt tibb işçilərinin heç biri ona köməklik etmədiklərindən və başından qan axdığı üçün cibində olan bıçağı çıxarıb şüşələri sındırmaq istəmiş, lakin şüşələr sınmamışdır. Bu zaman əli ilə TTTYS-nin inzibati binasının iki ədəd pəncərəsinin şüşəsini yumruqla vuraraq sındırmışdır. Sonra isə atası Famil onu həmin taksi ilə Göyçay MRX-ya aparmışdır. Bundan başqa 05.09.2020-ci il tarixdə saat 20 radələrində Göyçay şəhəri, Ə.Kərim küçəsində yerləşən “Tac nar” adlanan kafede pivə içib bayıra çıxdıqda qayınatası Zərərçəkmiş şəxs3, qayınanası Mənzər və qızı Mədinənin getdiyini görmüşdür. Həmin zaman onlara yaxınlaşıb qayınatası Zərərçəkmiş şəxs3 qızını öpmək istədiyini bildirmiş, bu zaman qayınanası Mənzər ona nalayiq ifadə işlətmişdir. Eyni zamanda qayınatası Zərərçəkmiş şəxs3 onun üzərinə gəldikdə əsəbləşib Zərərçəkmiş şəxs3 sifətinə kəllə ilə bir dəfə vurmuşdur. Həmən vaxt qayınanası ona nalayiq söyüşlər söymüşdür. Zərərçəkmiş şəxslər Ayşəni və Mənzərəni bıçaqla vurub xəsarət yetirməmişdir. Törətdiyi əməldən peşmandır. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, 23.08.2020-ci il tarixdə Kamil onun qızına məxsus şəxsiyyət vəsiqəsini və evlilik şəhadətnaməsinin üzərinə nalayiq sözlər yazaraq onlara göndərmiş, eyni zamanda 01.09.2020-ci il tarixdə də Kamil bir ədəd kağız parçasına onların ünvanına nalayiq söyüşlər yazaraq onlara göndərmişdir. Həmin gün saat 20:45 radələrində Kamilin atası Famil nəvəsi Mədinəni onlara gətirmişdir. Həmin zaman Kamilin onlara göndərdiyi kağız parçasını Familə göstərmişlər. Aradan təxminən bir neçə dəqiqə keçdikdən sonra Kamil həyət qapılarına yaxınlaşıb bir neçə dəfə təpik vurub ucadan onlara qarşı nalayiq söyüşlər söyməyə başlamışdır. Qapını açıb çıxanda Kamilin sərxoş vəziyyətdə əlində bıçaq olduğunu görmüşdür. Bundan sonra Kamil onların ünvanına ucadan nalayiq söyüşlər söyərək heç bir səbəb olmadan əlindəki bıçaqla qızı Ayşənin üstünə hücum edib sol qolundan üç dəfə vurub xəsarət yetirmişdir. Həmin vaxt arvadı Mənzərə Kamilə sakitləşməsini bildirərək onun bu cür hərəkətlərinin və Ayşənə xəsarət yetirməsinin qarşısını almaq istəsə də, Kamil ona məhəl qoymamış, eyni zamanda Kamil Ayşənə xəsarət yetirdikdən sonra da Mənzərə onu sakitləşdirmək üçün bütün səylərini göstərsə də, Kamil heç bir səbəb olmadan Mənzərənin ünvanına ucadan nalayiq söyüşlər söyərək Mənzərənin də sol qolundan iki dəfə bıçaqla vurub xəsarət yetirmişdir. Kamil sakitləşməmiş, özü ilə əvvəlcədən gətirdiyi və qapının qarşısına küçədə qoyub saxladığı bir ədəd baltanı götürüb onların üstünə balta ilə hücum etmişdir. Həmin vaxt qaçıb içəri daxil olmuşlar. Lakin Kamil ucadan nalayiq söyüşlər söyərək onlara çölə çıxmalarını tələb edərək əlindəki balta ilə evin pəncərəsini və giriş qapısını vurub qırmışdır. Kamil onları balta ilə vura bilməyəcəyini görüb əlindəki baltanı onlar tərəfə atmış, lakin balta onlara dəyməmişdir. Həmin vaxt Kamil çox sərxoş vəziyyətdə olduğundan yerə yıxılmış və onun başı yerə dəyərək qanamışdır. Bundan sonra atası Famil onu taksi avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Bundan başqa 05.09.2020-ci il tarixdə saat 20 radələrində həyat yoldaşı Mənzərə ilə birlikdə mağazaya getmiş, həmin zaman Mənzərənin qucağında Ayşənin azyaşlı qızı Mədinə də olmuşdur. Ə.Kərim küçəsində Kamil sərxoş vəziyyətdə onlara yaxınlaşmış və həyat yoldaşı Mənzərə “yoldaşımı məndən ayıra bilməzsən”, “ərin Zərərçəkmiş şəxs3 arxayınsan?” deyib heç bir səbəb olmadan onun çiynindən tutub özünə tərəfə çevirib bir dəfə kəllə ilə sifət nahiyəsindən vurub xəsarət yetirdikdən sonra hadisə yerindən qaçıb getmişdir. Birinci hadisə zamanı Kamilin əlində olan bıçaq açılıb bağlanan bıçaq olmuş, lakin digər yerlərinə fikir verə bilməmişdir. Həmin bıçağı Kamil özü ilə aparmışdır. Baltanı isə onlara atanda götürüb evin həyətinə qoymuş, sonradan həmin balta təhqiqatçı tərəfindən həyətlərinə baxış zamanı təqdim edilmişdir. 01.09.2020-ci il tarixdə baş vermiş hadisə zamanı orada qızı Ayşən, arvadı Mənzərə, qohumları Emin və Tural, Kamilin atası Famil, qonşuları Sərxan, Dilşad və yol keçən şəxslər olmuşdur. Həmçinin həmin zaman hadisə zamanı səs küyə də həmin şəxslərlə bərabər, yol keçən tanımadığı təxminən 15-20 nəfər şəxslər toplaşmışdır. Həmin hadisə təxminən 30-40 dəqiqə davam etmişdir. 05.09.2020-ci il tarixdə baş vermiş hadisə zamanı isə orada yol keçən tanımadığı şəxslər olmuşdur. Kamilin hadisə zamanı balta ilə evininin pəncərəsini və qapısını sındırması nəticəsində ona cəmi 520 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, Kamil ilə münasibətləri pozulduğundan 01.09.2020-ci il tarixdə saat 17 radələrində evlərində usta işləyən dayısı oğlanları Emin və Tural həyətə düşüb onlara demişlər ki, Kamil bir ədəd kağız parçası göndərib və həmin kağız parçasında onların ünvanına nalayiq söyüşlərlə təhqiramiz şər və böhtan xarakterli sözlər yazılıb. Bundan sonra anası DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Həmin gün saat 20:45 radələrində qayınatası Famil qızı Mədinəni onlara gətirmiş, həmin zaman Familə oğlu Kamilin onlara yazıb göndərdiyi və içərisində nalayiq söyüşlər olan həmin kağız parçasını göstərmişlər. 5 dəqiqə sonra baldızı Əzizə Həsənova zəng vurub bildirmişdir ki, Kamil əsəbli halda onlara gəlir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Kamil həyət qapılarına bir neçə dəfə təpik vurub ucadan onlara qarşı nalayiq söyüşlər söyməyə başlamış, qapını açıb çıxanda görmüşlər ki, Kamil sərxoş vəziyyətdədir və əlində bıçaq var. Bundan sonra Kamil onların ünvanına ucadan nalayiq söyüşlər söyərək heç bir səbəb olmadan əlindəki bıçaqla onun üstünə hücum edib sol qolundan bir dəfə bıçaqla vurmuşdur. Ondan aralanmaq istəsə də Kamil yenə də onun sol qolundan bıçaqla vurmuş, Kamil hər dəfə ona xəsarət yetirmək istəyəndə anası Mənzərə ona mane olmaq istəsə də Kamil yenə də üçüncü dəfə bıçağın əl tutan hissəsinin arxa tin hissəsi ilə sol qolundan vurmuşdur. Eyni zamanda anası Kamilə sakitləşməsini və bu cür xuliqanlıq hərəkətlərinə son qoymasını, nalayiq söyüşlər söyməməsini və onlara hücum edib xəsarət yetirməməsini bildirərək onun qeyd olunan hərəkətləri etməsinə mane olmaq istəsə də, Kamil heç bir səbəb olmadan anası Mənzərənin ünvanına ucadan nalayiq söyüşlər söyərək anasının üstünə gedib sol qolundan iki dəfə bıçaqla vurub xəsarət yetirmişdir. Daha sonra Kamil sakitləşməyərək özü ilə əvvəlcədən gətirdiyi və qapının qarşısına küçədə qoyub saxladığı bir ədəd baltanı götürüb onların üstünə balta ilə hücum etmişdir. Həmin vaxt qaçıb içəri daxil olduqda, Kamil ucadan nalayiq söyüşlər söyərək çölə çıxmalarını tələb edərək əlindəki balta ilə evin pəncərəsini və giriş qapısını vurub qırmışdır. Eyni zamanda Kamil əlində balta ilə onun, anası Mənzərənin, atası Zərərçəkmiş şəxs3 və dayısı oğlanları Eminlə Turalın üstünə hücum edib balta ilə vurmaq istəmişdir. Kamil onları balta ilə vura bilməyəcəyini görüb əlindəki baltanı onlar tərəfə atmışdır. Həmin vaxt Kamil çox sərxoş vəziyyətdə olduğundan yerə yıxılmış və onun başı yerə dəyərək qanamışdır. Bundan sonra atası Famil onu taksi avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Bundan başqa 05.09.2020-ci il tarixdə saat 20 radələrində anası Mənzərə, atası Zərərçəkmiş şəxs3 və azyaşlı qızı Mədinə birlikdə mağazaya getmişdirlər. Onlar evə gəldikdən sonra ona məlum olmuşdur ki, Ə.Kərim küçəsində Kamil sərxoş vəziyyətdə onlara yaxınlaşıb anasına “yoldaşımı məndən ayıra bilməzsən”, “ərin Zərərçəkmiş şəxs3 arxayınsan?” deyib atası Zərərçəkmiş şəxs3 çiynindən tutub özünə tərəfə çevirib bir dəfə kəllə ilə sonuncunun sifət nahiyəsindən vurub xəsarət yetirdikdən sonra hadisə yerindən qaçıb getmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində ifadə vermiş Nümayəndə göstərmişdir ki, 01.09.2020-ci il tarixdə saat 22 radələrində Göyçay rayon TTTYS-də işdə olarkən, Kamil həmin vaxt TTTYS-nin həyətinə VAZ 2107 markalı avtomobillə gəlmiş, həmin vaxt Kamilin sərxoş vəziyyətdə başından xəsarət aldığını görmüşdür. Kamilin atası Famil və sürücü onun qollarına girib Kamili ayaq üstə saxlamağa çalışarkən Kamilin atası Famil onlardan oğlu Kamilə tibbi yardım göstərilməsini xahiş etmişdir. Lakin Kamilin başından qan axdığına görə onun başına tikiş qoymaq lazım olduğundan Göyçay MRX-ya müraciət etməli olduqlarını bildirmişlər. Bu zaman Kamil heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlədərək digər tibb işçilərini təhqir etməyə başlamış, arxa sol cibindən bir ədəd qatlanan bıçaq çıxarıb inzibati binanın içərisinə daxil olaraq orada olan tibb işçilərinin üzərinə doğru gedib həmin bıçaqla onları vurmaq istəmişdir. Lakin atası, Famil onu tutub saxlamış, atası Famil Kamili çölə çıxarmış, lakin Kamil yenə də ucadan nalayiq söyüşlər söyməyə davam etdi və inzibati binanın iki ədəd pəncərəsinin şüşəsini yumruqla vuraraq sındırmışdır. Bundan sonra Kamilin atası Famil onu gəldikləri taksi avtomobilinə əyləşdirib aparmışdır. Hazırda Göyçay rayon TTTYS-yə dəymiş ziyan Kamil tərəfindən ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadəsi elan edilmiş Şahid9 Zabit oğlunun ifadəsindən görünür ki, 01.09.2020-ci il tarixdə bibisigilin evində qardaşı Emin ilə işləyərkən, həmin gün saat 17 radələrində evin içərisinə kağız parçası atılmış, həmin kağız parçasını götürüb baxanda görmüşdür ki, Kamil onun, qardaşı Eminin, Mənzərənin və Ayşənin ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra həmin kağız parçasını gətirib Mənzərə vermişdir. Bundan sonra bibisi Mənzərə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş, həmin gün saat 20:45 radələrində Kamilin atası X6 gətirmişdir. 5 dəqiqə keçdikdən sonra Kamilin bacısı Əzizə Həsənova zəng vurub Kamil əsəbli halda ora gəldiyi bildirmişdir. Bir az sonra Kamil həyət qapısına bir neçə dəfə təpik vurub ucadan nalayiq söyüşlər söyməyə başlamış, qapını açıb çıxanda görmüşlər ki, Kamil sərxoş vəziyyətdədir və əlində bıçaq var. Bundan sonra Kamil əlindəki bıçaqla bibisi qızı Ayşənin üstünə hücum edib sol qolundan üç dəfə bıçaqla vurmuşdur. Bundan sonra bibisi Mənzərənin üstünə hücum edib iki dəfə sol qolundan vurub xəsarət yetirmişdir. Eyni zamanda Kamil Ayşənin və bibisi Mənzərənin ünvanına ucadan nalayiq söyüşlər söymüşdür. Daha sonra Kamil sakitləşməyərək özü ilə gətirdiyi bir ədəd baltanı götürüb onların üstünə balta ilə hücum etmişdir. Bu zaman qaçıb içəri daxil olmuşlar. Həmin zaman Kamil ucadan nalayiq söyüşlər söyərək çölə çıxmalarını bildirərək əlindəki balta ilə bibisigilin evinin pəncərəsini və giriş qapısını vurub qırmışdır. Bundan sonra Kamil əlindəki baltanı onlar tərəfə atmışdır. Lakin balta onların heç birinə dəyməmiş, Kamil sərxoş vəziyyətdə olduğundan yerə yıxılmış və onun başı yerə dəyərək qanamışdır. Bundan sonra atası Famil onu taksi avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, 01.09.2020-ci il tarixdə saat 21 radələrində evdə olarkən, küçədə səs küy, ucadan nalayiq söyüşlər eşitmiş, bundan sonra küçəyə çıxanda görmüşdür ki, qonşusu Zərərçəkmiş şəxs3 kürəkəni Kamil sərxoş vəziyyətdə əlində bıçaqla Ayşənin üstünə hücum etmiş, bıçaqla bir neçə dəfə onun sol qolundan, bundan sonra Ayşənin anası Mənzərənin üstünə hücum edib onun da sol qolundan bıçaqla vurub xəsarət yetirmişdir. Həmin zaman Kamilin atası Famil onu sakitləşdirmək istəmiş, lakin Kamil sakitləşməyərək daha da azğın formada ucadan Zərərçəkmiş şəxs3 ailə üzvlərinə qarşı nalayiq söyüşlər söyməklə çöldən bir ədəd baltını götürüb əlində balta ilə onların üstünə hücum etməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs3 və ailəsi qaçmış, lakin Kamil əlində balta ilə onların həyət qapısını və evlərinin pəncərəsinin şüşəsini vurub qıraraq çölə çıxmalarını bildirmişdir. Həmin vaxt Kamil əlindəki baltanı onlara tərəf atmışvə sərxoş vəziyyətdə olduğundan öz ehtiyyatsızlığı nəticəsində yerə yıxılmışdır. Həmin zaman onun baş nahiyəsi qanamış, bundan sonra Kamilin atası Famil ona yaxınlaşıb onu yerdən qaldırıb avtomobillə xəstəxanaya aparmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, 01.09.2020-ci il tarixdə saat təxminən 22 radələrində Göyçay rayon TTTYS-də növbədə olarkən, həmin vaxtı TTTYS-nin həyətinə VAZ 2107 markalı, qırmızı rəngli taksi gəlmişdir. Bu zaman həmin taksidən Kamil düşmüş, həmin vaxtı Kamilin başından qan axmışdır. Həmin zaman Kamilin atası və taksi sürücüsü Kamilin qollarına girib onu ayaq üstə saxlamışlar. Famil həmin vaxtı onlardan oğlu Kamilə tibbi yardım göstərilməsini istəmiş, lakin Kamilin başından qan axdığına görə onun başına tikiş qoymaq lazım olduğunu, buna görə də Göyçay MRX-ya müraciət etməli olduqlarını bildirmişlər. Kamil bu zaman ucadan nalayiq ifadələr işlədərək onu və digər tibb işçilərini təhqir etməyə başlamış, sonra isə arxa sol cibindən bir ədəd qatlanan bıçaq çıxarıb inzibati binanın içərisinə daxil olmuş, sonra isə onun və orada olan tibb işçilərinin üzərinə doğru gedib həmin bıçaqla onları vurmaq istəmişdir. Lakin atası Famil onu tutub saxlamış, bir qədər sonra atası Famil Kamili çölə çıxarmış, lakin Kamil yenə də ucadan nalayiq söyüşlər söyməyə davam edərək inzibati binanın iki ədəd pəncərəsinin şüşəsini yumruqla vuraraq sındırmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş Şahid5 və Şahid6 Şahid4 ilə eyni məzmunlu ifadə vermişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadəsi elan edilmiş Şahid7 ifadəsindən görünür ki, taksi fəaliyyəti ilə məşqul olur, 01.09.2020-ci il tarixdə axşam saat 21 radələrində Kamil ona yaxınlaşıb onu qayınatasıgilə aparmağını bildirmiş, onu qayınatası Zərərçəkmiş şəxs3 yaşadığı evə aparmışdır. Kamil avtomobildən düşüb qayınatası Zərərçəkmiş şəxs3 evinə girmiş, özü isə avtomobilin içərisində dayanmışdır. Bir az sonra Kamili atası Famil zorla darta-darta çölə çıxamrış, həmin zaman Kamilin əlində balta olmuş, ucadan nalayiq söyüşlər söyərək qayınatasının yaşadığı evə giriş qapısını balta ilə vurub qırmışdır. Eyni zamanda Kamilin arvadı, qayınanası, qayınatası və onlarda olan tanımadığı iki nəfər oğlanlar da küçəyə çıxmışlar. Kamil həmin zaman ucadan nalayiq söyüşlər söyərək əlindəki balta ilə onların üzərlərinə hücum etmiş, lakin atası Famil onu saxlamışdır. Bundan sonra atası Famil onu yerdən qaldırıb onun avtomobilinə əyləşdirmiş və birlikdə Göyçay RMX-nın TTTYS-na getmişdir. Orada Kamili avtomobildən düşürüb yerdə uzandırmış, bundan sonra Kamilin atası Famil həkimlərə yaxınlaşıb ona köməklik etmələrini bildirmiş, həkimlər Kamilin xəstəxanaya aparılmasını məsləhət görmüşlər. Bundan sonra Kamil yerdən qalxıb ucadan nalayiq söyüşlər söyərək TTTYS-nın iki ədəd şüşəsini əli ilə vurub sındırmışdır. Atası Famil isə güclə qoluna girib bir təhər gətirib onun avtomobilinə əyləşdirmiş və onu Göyçay RMX-na aparmışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın 03.09.2020-ci il tarixli 384 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlər – sol bazunun yuxarı – orta – aşağı 1/3-nin yan səthində dərinin epidermis qatının kəsiyi iti kənara malik kəsici əşyanın, sol bazunun orta 1/3-nin iç səthində qançır, küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri 01.09.2020-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın 07.09.2020-ci il tarixli 385 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlər - sol saidin yuxarı - orta 1/3-nin iç – arxa səthlərində dərinin epidermis qatının kəsikləri, iti kənara malik kəsici əşyanın (əşyaların) təsirindən, sol bazunun aşağı 1/3-nin iç səthində qançır, kütbərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri 01.09.2020-ci il tarixinə uyğun gəlirlər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın 08.09.2020-ci il tarixli 395 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində olan xəsarətlər – hər iki gözün iç bucağından başlayaraq göz yuvaları altı və burun beli nahiyəsini əhatə edən qançır, kütbərk əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 05.09.2020-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Burun sümüyünün az yerini dəyişmiş sınığı fonunda burun tənəffüsünün pozulması ilə müşahidə edilən burun qanaxması küt-bərk əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 05.09.2020-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddilər. Məhkəmə-ekspertiza mərkəzindən alınmış 01 dekabr 2020-ci il tarixli 17/613 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan məişət-təsərrüfat təyinatlı baltadır, soyuq silah hesab edilmir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli 19.09.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin olunmaması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs CM-in 127.2.3, 221.2.1, 221.2.2, 221.3 və 326.1-ci maddələri ilə məhkum olunmasına dair Göyçay Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(046)-23/2021 nömrəli hökmü ləğv edilməli, CM-in 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə ona bəraət verilməli, Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsisindən CM-in 221.1-ci maddəsinə tövsif edilməli, həmçinin CM-in 326.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddələrin sanksiyası hədinddə Zərərçəkmiş şəxs3lıqdan məhrum etmə cəzasına məhkum edilməli, eyni zamanda, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli 1(107)-241/2021 nömrəli qərarı ilə təqsirlənsdirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlinin CM-in 127.2.3-cü maddəsindən CM-in 127.1-ci maddəsinə tövsif edilməsi və CM-in 73.2-ci maddəsinə əsasən zərərçəkmişlə barışdığı üçün barəsində həmin maddə ilə olan cinayət təqibinə xitam verilməsi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, həmin şikayətdə Göyçay Rayon Məhkəməsinin 14 aprel 2021ci il tarixli, 1(046)-23/2021 nömrəli hökmünün ləğv edilməsini, barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəlarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmiş, onun əməlində CM-in 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığı halda ona bu maddə ilə ittiham irəli sürülmüşdür. Bu baxımdan da, məhkəmə kollegiyası gəldiyi bu mövqeyini əsaslandıraraq bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Hazırda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan aydın olur ki, o, 23.08.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus rəsmi sənədlər olan, 05.10.2015-ci il tarixdə Səyyar Asan 1 xidmətindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin, həmçinin 08.08.2015-ci ildə Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 057945 nömrəli nikah haqqında şəhadətnamənin üzərinə mürəkkəb qələmlə nalayiq sözlər yazaraq həmin sənədlərin birbaşa təyinatı üzrə istifadə edilməsini və ya onlardan istifadə olunmasını əhəmiyyətli dərəcədə cətinləşdirməklə zədələmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 01.09.2020-ci il tarixdə saat 21 radələrində orta dərəcəli sərxoş vəziyyətdə qayınatası Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gələrək, heç bir əsaslı səbəb olmadan, ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, yəni Ayşənə və ailə üzvlərinə qarşı ucadan nalayiq söyüşlər söyərək təpiklə həyətə giriş qapısını bir neçə dəfə vurmuş, bu zaman səs küyə küçəyə çıxan həyat yoldaşı Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla zərərçəkmişin sol qol nahiyəsindən bir neçə dəfə vuraraq ona, sol saidin yuxarı - orta 1/3-nin iç – arxa səthlərində dərinin epidermis qatının kəsikləri, sol bazunun aşağı 1/3-nin iç səthində qançır ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, həmin vaxt onun Zərərçəkmiş şəxs1 bir neçə dəfə bıçaqla xəsarət yetirməsinin, həmçinin onu sakitləşdirərək bu cür qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən qayınanası Zərərçəkmiş şəxs2 ona mane olmaq istəməsini bəhanə edib, heç bir səbəb olmadan ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs2 sol qol nahiyəsindən iki dəfə vuraraq ona, sol bazunun yuxarı – orta – aşağı 1/3-nin yan səthində dərinin epidermis qatının kəsiyi, sol bazunun orta 1/3-nin iç səthində qançırla müşayət olunan sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, bundan sonra səs küyə hadisə yerinə toplaşmış ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib daha da aqressiv formada ucadan nalayiq söyüşlərini davam etdirməklə əvvəlcədən özü ilə gətirdiyi bir ədəd baltanı götürüb Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evinin giriş qapısını və evin pəncərəsinin şüşəsini vurub qırmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə etdiyi bıçaqla vətəndaşlar üzərində zor tətbiq olunması, həmçinin ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, habelə zərərçəkmiş şəxsin cəmi 520 manat dəyərində olan əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 01.09.2020-ci il tarixdə saat 22 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Göyçay RMX-nın Publik hüquqi şəxsin X7 Yardım Stansiyasına gələrək başında olan xəsarətlə bağlı ona Göyçay RMX-da tibbi yardım göstərilə biləcəyini bildirən tibb işçilərinə qarşı heç bir səbəb olmadan ucadan nalayiq söyüşlər söyərək, ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, şalvarının cibindən çıxardığı bir ədəd bıçaqla tibb işçilərinin üzərinə hücum etmiş, həmin zaman atası Şahid3 onun tibb işçilərinə qarşı hücum edib onlara xəsarət yetirmələrinə mane olmasına baxmayaraq, səs küyə hadisə yerinə toplaşmış ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib dahada azğın formada ucadan nalayiq söyüşlərini davam etdirməklə yumruqla TTTYS-nın inzibati binasının iki ədəd şüşlərini vurub sındıraraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə zərərçəkmiş şəxsin cəmi 35 manat dəyərində olan əmlakının zədələnməsi ilə müşayiət edilən təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 05.09.2020-ci il tarixdə saat 20 radələrində sərxoş vəziyyətdə Göyçay şəhəri Ə.Kərim küçəsində qayınatası Zərərçəkmiş şəxs3 və qayınanası Zərərçəkmiş şəxs2 Bababalar qızını görüb onlara yaxınlaşaraq, ona “yoldaşımı məndən ayıra bilməzsən”, “ərin Zərərçəkmiş şəxs3 arxayınsan?” deyib heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs3 sifət nahiyəsindən kəllə ilə qəsdən bir dəfə vuraraq ona, hər iki gözün iç bucağından başlayaraq göz yuvaları altı və burun beli nahiyəsini əhatə edən qançır, burun sümüyünün az yerini dəyişmiş sınığı fonunda burun tənəffüsünün pozulması ilə müşahidə edilən, burun qanaxması ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi də yuxarıda sadalanan sübutları qiymətləndirərək belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsin cinayət əməli düzgün olaraq CM-nin 127.2.3, 221.2.1, 221.2.2, 221.3 və 326.1-ci maddələri ilə tövsif edilmişdir. Lakin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşa bilmir və bu fikirdədir ki, o təqsirləndirilən şəxsin əməlinin CM-in 221.2.1, 221.2.2 və 221.3 -ci maddələri ilə düzgün tövsif edilməsi nəticəsinə gələrkən haqlı olmamışdır. Çünki, birinci instansiya məhkəməsi cinayət işi üzrə hərtərəfli, tam və obyektiv və hökmdə ətraflı şərh olunan sübutların məcmusuna, yəni təqsirkarın, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə əsaslanmaqla və bunları mötəbər sübut kimi qiymətləndirməklə Təqsirləndirilən şəxs haqqında CM-in 221.2.1, 221.2.2 və 221.3 -ci maddələri ilə ittiham hökmü çıxarmış, hansıki, kollegiyanın fikrincə bu sübutlara əsasən sonuncunun CM-in 221.2.1, 221.2.2 və 221.3 -ci maddələri ilə cinayət əməli törətməsini söyləmək faktiki olaraq mümkün deyil. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X10rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmlıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Hazırda, məhkəmə kollegiyasının fikrinə görə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında baş vermiş mübahisə nəticəsində sonuncuların xəsarət alması mübahisələndirilməsə də, təqsirləndirilən şəxsin bilavasitə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə zərərçəkmişlərə zərər yetirməsi, bu hərəkətləri silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törətməsi (xəstəxana epizoduna münasibətdə) ilə bağlı birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların həqiqiliyi həddindən artıq şübhə doğurur. Çünki, xuliqanlıq cinayətindən bəhs edən CM-in 221-ci maddəsindən, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, eləcədə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən bəlli olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayət edilməlidir. Burada cəmiyyətə açıqça hörmətsizlik ifadə etmə dedikdə təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının “tapdalanması”, bir çox insanın və ya cəmiyyətin hər hansı üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Xuliqanlıq zamanı təqsirkarın hərəkəti şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman ümumiyyətlə tanımadığı şəxsə qarşı yönəlmiş olur. Belə ki, təqsirakar bu cinayəti təsadüfən rastlaşdığı və tanımadığı və ya az tanıdığı şəxslər barəsində törədir. Belə halda təqsirkar zərərçəkənin davranışından xuliqanlıq hərəkətini həyata keçirmək üçün istifadə edir. Bu zaman baş vermiş ictimai təhlükəli əməllə bu hərəkəti doğuran səbəblər arasında açıq-aşkar uyğunsuzluq mövcud olur. Yuxarıda şərh olunan qanunun və plenum qərarlarının mənasından açıq-aydın görünür ki, kənar şəxslərə qarşı laqeyidlik, etinasızlıq, özündən müştəbehlik, özünü dügər şəxslərdən fərqli, üstün olması, eqoizim nümayiş etdirmə xüliqanlıq cınayətinə xas olan əsas xarakterik hallardır. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında gəldiyi hüquqi mövqeyə görə xüliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı sürətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini bir başa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqça hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Bundan əlavə eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında bir mənalı olaraq göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Yuxarıda şərh olunanlardan, habelə həm Konstitusiya Məhkəməsinin, həm də Ali Məhkəmənin Plenumunun xuliqanlıq cinayətinə verdikləri təfsirdən aydın olur ki, təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizimini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər, onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. Həmçinin məhkəmə kollegiyası bu arada qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir və bu halda digər motivlər ya olmamalıdır, yaxud da cinayətin törədilməsi motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə də əməlin xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası yuxarıda göstərilən qanun normasının mənası, həm Konstitusiya Məhkəməsinin, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsi plenumlarının qərarlarının izahı baxımından, həmçinin cinayət işinin faktiki hallarının gerçək vəziyyətinə əsasən bu fikirdədir ki, təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə müəyyən edilmiş bütün faktiki hallar məcmu halında qiymətləndirilməli, həmçinin belə işlərdə cinayətin motivinə dair məsələnin araşdırılması xüsusi əhəmiyyət kəsb etdiyindən, cinayətin törədilmə halları ilə yanaşı, təqsirləndirilən şəxsin əvvəlki davranışı, onun şəxsiyyəti ilə bağlı xüsusatların aydınlaşdırılması vacib şərtdir. Hazırda, həm təqsirləndirilən şəxsin, həm də işin reallığı əks etdirən gerçək vəziyyətindən görünür ki, mübahisə onların arasında olan şəxsi ailə münasibətlər zəminində baş vermişdir. Belə ki, təqsirləndirilən şəxs özü də etiraf edir ki, qayınatasıgilə getməkdə məqsədi öz ailəsini, uşaqlarını gətirmək olub. Eyni ilə işin müəyyən edilmiş bu halı həm də zərərçəkmiş şəxslərin ifadədələri ilə də təsdiq edilir. Belə ki, məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, mağZərərçəkmiş şəxs3n gəldiyi zaman Kamil qabağını kəsmiş və uşağını istəmiş, lakin həyat yoldaşı Mənzər uşağı verməmişdir. Bu zaman Kamil onu başı ilə vurmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış və ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Öz növbəsində zərərçəkmiş şəxs qismində ifadə vermiş X8 ifadəsində göstərmişdir ki, o Kamilin qayınanasıdır. Axşam radələrində Kamilin anası ona zəng vurdu ki, gəl Ayşəni aparın. O da gedib qızını gətirdi evə. Evə çatanda görmüşdür ki, Kamil onlardadır. Kamil onlara yaxınlaşıb demişdir ki, ailəmi verin aparım. O da verməmiş və onu sinəsindən vurub çölə çıxartmışdır. Kamil balaca qızını da götürüb öz evlərinə getmişdir. Gecə Mədinə anası Ayşəni istədiyi üçün Kamil yenidən Mədinəni onlara gətirmişdir. O, yenə Kamilə Ayşəni verməyəcəyini bildirmişdir. Kamil gedəndən sonra o, Kamilin atasına zəng vuraraq onlara gəlməsini və məsələnin həll edilməsini bildirmişdir. Kamilin atası ilə söhbət edən zaman bacısı atasına zəng vuraraq Kamilin balta ilə onlara gəldiyini bildirmişdir. Kamil əlində balta ilə gəldiyi zaman o, onun qarşısına keçmişdir. Kamil onlarda usta işləyən qardaşının oğlanlarını axtarırdı ki, qısqanclıq zəminində onları vursun. O da yenə qızını ona vermədi. Orada da qolunu qapıda olan dəmir cızmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış və ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Göründüyü kimi, hadisənin bu cür inkişaf etməsi Təqsirləndirilən şəxs cinayətkar əməlinin xuliqanlıq hərəkətlərindən irəli gəlmədiyini, şəxsi ailə münasibətləri zəmnində törədildiyini göstərir. Belə olan halda həm ibtidai istintaq orqanının, həm də birinci instansiya məhkəməsinin zərərçəkmiş şəxslərin ünvanına nalayiq söyüş söyməsini Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini şərtləndirən xüsusat kimi deyil, bəhanə kimi qiymətləndirmələri isə aşkar surətdə faktlarla, adi müşahidəçinin dəyərləndirilməsi ilə uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edir. Göründüyü kimi tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin ictimai qaydaya, əxlaq normalarına etinasızlıq, cəmiyyətə hörmətsizlik göstərən şəxs olduğu müəyyən edilmir. Xuliqanlıq hərəkətlərinin olmamaması təqsirkarın ictimai təhlükəli qəsdinin ictimai qaydadnın kobud şəkildə pozulmasına və cəmiyyətə qarşı açıq-aydın hörmətsizliyin ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmişə qarşı, onun sağlamlığına ağır zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə zərərin vurulmadığını göstərir. Belə olan halda isə baş verən hadisəni hətta kənar şəxslərin müşahidə etməsi, həmçinin təqsirləndirilən şəxsin zərəçəkmişlərə söylədiyi ifadələri eşitməsi təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişən və bu hərəkətləri xuliqanlığa cevirən hal kimi qəbul edilə bilməz. Çünki, məlum məsələnin həllində vacib şərt cinayət əməlinin baş verdiyi yerdə, hər hansı bir insan kütləsinin toplaşıb-toplaşmaması, olanları görüb-eşitmələri deyil, təqsirləndirilən şəxsin məhz etdiyi hərəkətin birbaşa ictimai qaydadnın kobud şəkildə pozulmasına, cəmiyyətə qarşı açıq-aydın hörmətsizliyin ifadə olunmasına yönələn niyyətinin, xuliqanlıq motivinin aşkar edilib-edilməməsidir. Lakin, hazırkı tədqiq edilən iş materiallarında təqsirləndirilən şəxsin etdiyi cinayət əməlini məhz xuliqanlıq motivi ilə törətməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının xatırlatmasına görə məhkəmə təcrübəsində mövcud olmuş əksər xuliqanlıq cinayətlərində çox vaxt təqsirkar zərərçəkmiş şəxsin davranışından xuliqanlıq hərəkətlərini, niyyətini həyata keçirmək üçün bəhanə kimi istifadə edir. Bu zaman xuliqanlıq hərəkətləri ilə onu doğuran səbəblər arasında açıqaşkar uğunsuzluq mövcud olur. Ümumiyyətlə xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə cinayət çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Lakin, hazırkı işin müəyyən edilmiş gerçək vəziyyətindən bəlli olur ki, məlum cinayət əməli təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq motivi ilə deyil, aralarında olan şəxsi münasibətləri aydınlaşdırmaq münasibətləri zəmnində baş vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 3-cü bəndində qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə qohumlar arasında şəxsi münasibətlər zəmində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl CM-in şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı yuxarıda şərh edilən cinayət əməlini onun sonuncularla aralarında olan şəxsi ailə münasibətə, aralarında baş vermiş mübahisəyə görə etmiş, bu motiv törədilmiş cinayətin əsas motivi kimi çıxış etmiş və təqsirkar həmin cinayəti törədərkən onun məqsədi ictimai qaydanın pozulmasına yönəlməmiş, hərəkətləri isə cəmiyyətə açıqca hörmətsizliklə müşaiyət olunmamış və bu halda əməlin xuliqanlıq niyyətilə törədilməsi istisna edilir. Bununla yanaşı öyrənilən işdən o da müəyən edilir ki, zərərçəkmiş şəxslərdən X8 və Zərərçəkmiş şəxs1 yetirilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Bundan əlavə Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, 01.09.2020-ci il tarixdə saat 22 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Göyçay RMX-nın Publik hüquqi şəxsin X7 Yardım Stansiyasına gələrək başında olan xəsarətlə bağlı ona Göyçay RMX-da tibbi yardım göstərilə biləcəyini bildirən tibb işçilərinə qarşı heç bir səbəb olmadan ucadan nalayiq söyüşlər söyərək, ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, şalvarının cibindən çıxardığı bir ədəd bıçaqla tibb işçilərinin üzərinə hücum etmiş, həmin zaman atası Şahid3 onun tibb işçilərinə qarşı hücum edib onlara xəsarət yetirmələrinə mane olmasına baxmayaraq, səs küyə hadisə yerinə toplaşmış ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib dahada azğın formada ucadan nalayiq söyüşlərini davam etdirməklə yumruqla TTTYS-nın inzibati binasının iki ədəd şüşlərini vurub sındıraraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə zərərçəkmiş şəxsin cəmi 35 manat dəyərində olan əmlakının zədələnməsi ilə müşayiət edilən təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Qeyd edilən hallar məhkəmə kollegiyasının iclasında təhlil olunarkən müəyyən edildi ki, təqsirləndirilən şəxs həmin vaxt başından aldığı xəsarətıə bağlı Göyçay RMX-nın Publik hüquqi şəxsin X7 Yardım Stansiyasına müraciət etsədə, sonradan xəsarətlə bağlı ona Göyçay RMX-da tibbi yardım göstərilə biləcəyini bildirən tibb işçilərinə qarşı heç bir səbəb olmadan ucadan nalayiq söyüşlər söyərək, ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, səs küyə hadisə yerinə toplaşmış ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib dahada azğın formada ucadan nalayiq söyüşlərini davam etdirməklə yumruqla TTTYS-nın inzibati binasının iki ədəd şüşlərini vurub sındıraraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə zərərçəkmiş şəxsin cəmi 35 manat dəyərində olan əmlakının zədələnməsi ilə müşayiət edilən xuliqanlıq hərəkətləri etmişdir. Lakin, tədqiq edilən sübutlarla təqsirləndirilən şəxsin şalvarının arxa cibindən çıxardığı bir ədəd bıçaqla tibb işçilərinin üzərinə hücum etməsi, ümumiyyətlə həmin bıçağın mövcudluğu (qeyd edilən silah maddi sübut kimi də tanınmamışdır) öz təsdiqini tapmır. Çünki, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş Şahid4, Şahid6 və Şahid5 ifadələrində göstərmişlər ki, 01.09.2020-ci il tarixdə saat təxminən 22 radələrində Göyçay rayon TTTYS-də növbədə olarkən, TTTYS-nin həyətinə VAZ 2107 markalı, qırmızı rəngli taksi gəlmişdir. Taksidən Kamilin atası Famil və sürücü Kamili qolundan tutub yerə düşürmüşlər. Kamilin başından qan axırdı. Famil həmin vaxtı bizdən oğlu Kamilə tibbi yardım göstərilməsini istəmişdir, lakin Kamilin başından qan axdığına görə onun başına tikiş qoymaq lazım olduğunu, buna görə də Göyçay MRX-ya müraciət etməli olduqlarını bildirmişlər. Bundan qəzəblənən Kamil hay-küy salmağa başlamış və qapıdan çıxanda əli ilə şüşəni sındırmışdır. Sonra atası və sürücü Kamili aparıb getmişlər. Kamilin əli dəsmal ilə sarıqlı olduğundan onun əlində bıçaq olduğunu zənn etmişdir. Lakin, Kamilin əlində bıçaq olmamışdır. Axşam olduğundan Kamilin əlindəki dəsmalı bıçaq zənn etmişdir. Kamilin əlində bıçaq olmamış və o aynanı əli ilə sındırmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş Nümayəndə ifadəsində göstərmişdir ki, axşam saatları idi. Xidməti kabinetində xəstə uşağı müayinə edirdi. Birdən sınıq şüşə səsləri gəldi. O, otaqdan çıxdığı zaman sınıq şüşələrini və 2 nəfərin cavan oğlanı maşına tərəf apardığını görmüşdür. Sınıq şüşələrin üzərində qan ləkələrini görəndən sonra o, orada duran sürücülərdən qanın haradan olduğunu soruşduqda sürücülər Kamilin əli ilə şüşəni vurub sındırdığını və həmin qan ləkələrinin də oradan əmələ gəldiyini bildirdilər. Bir müddət sonra o, evə getmişdir. Maşına mindiyi zaman o, Kamilin əlində sarğı və başında da xəsarət olduğunu görmüşdür. Kabinetində olduğu üçün heç bir hadsiəni görməmişdir. Kamili maşına aparanda onun əli sarıqlı idi və onun əlində bıçaq yox idi. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, “Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədənailədə,mənzildə,qohumlar arasında,şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə,sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Məlum məsələləri nizama salan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında gəldiyi hüquqi mövqeyə görə Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla yanaşı, əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl CM-in 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Hazırda tədqiq edilən işdən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin həyat və ya sağlamlığı üçün real təhlükə yaratması öz təsdiqini tapmır. Şahidlərin (Şahid4, Şahid6 və Şahid5 və Nümayəndə) həm ibtidai istintaqda, həm də birinci instansiya məhkəməsində verdilkəri ifadələrinə (təqsirləndirilən şəxsin bıçaqla onlar hücum etməsi ilə bağlı ifadələrində sadaladıqları hallar) gəldikdə isə məhkəmə kollegiyası obyektiv gerçəkliyi əks etdirməməsi səbəbindən həmin ifadələri deyil, sonuncuların məhz hazırkı məhkəmə kollegiyasında verdikləri ifadələrini daha inandırıcı və səmimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, əməlin tövsifıni müəyyən edərkən bunu kifayət qədər əsaslandırmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarında qeyd edilir ki, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və Zərərçəkmiş şəxs3lıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 33.1 və 33.2-ci maddələrinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və biri-biri ilə müqayisə edilir, yenisübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Qeyd edilən hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs CM-in 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə, yəni onun CM-in 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə ittiham olunaraq, həmin maddə ilə təqsirli bilinib məhkum edilməsini əsaslı saymır. Çünki, birinci instansiya məhkəməsi tamamilə fərziyyələrə və ehtimallara əsaslanmaqla təqsirləndirilən şəxsin CM-in 221.2.1, 221.2.2 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi qənaətinə gəlmişdir. Halbuki, CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə gəldiyi qənaət cinayət mühakimə icraatının obyektivliyi, qərərəzsizliyi və ədalətliliyindən bəhs edən CPM-in 28.5-ci maddəsi ilə daban-dabana ziddiyyət təşkil edir. Belə ki, öyrənilən işdən bəlli olur ki, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq hərəkətlərini təsdiq edən (xəsxana epizodu istisna olmaqla) hər-hansı bir sübut yoxdur. Ona görə də məhkəmə kollegiyası bu fikirdədir ki, təqsirləndirilən şəxs CM-in 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə deyil, məhz əsas niyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Bundan başqa apellyasiya baxışında təqdim edilmiş oxşar məzmunlu ərizələrdən görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X8, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri, iddiaları və tələbləri yoxdur və gələcəkdə də olmayacaq. Razılıqlarının imzaları ilə təsdiq edirlər və göstərilənləri nəzərə alınmasını xahiş etmişlər. Bu baxımdan da, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlində CM-in 221.2.1, 221.2.2 maddələrinin tərkib əlamətlərinin olmamasına, həmçinin sonuncunun CM-in 221.3-cü maddəsi ilə deyil, CM-in 221.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə əsas verir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şiakyətinin dəlillərini qismən inandırıcı hesab edir və bu fikirdədir ki, onun əməlində CM-in 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə ona bəraət verilməli, Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsisindən CM-in 221.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində Zərərçəkmiş şəxs3lıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Bundan başqa məhkəmə kollegiyası bu fikirdədir ki, işdə olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlar təqsirləndirilən şəxsin həm də CM-in 326.1-ci maddəsi ilə cinayət törətməsinə əsas verdiyindən, sonuncu həmin maddənin sanksiyası həddində Zərərçəkmiş şəxs3lıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(046)-23/2021 nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs əməlində CM-in 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə ona bu maddələrlə bəraət verilməli, Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsisindən CM-in 221.1-ci maddəsinə tövsif edilməli, sonuncu CM-in 221.1ci və CM-in 326.1-ci maddəsi ilə Zərərçəkmiş şəxs3lıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1, 221.2.2, 221.3 və 326.1-ci maddələri ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1(046)-23/2021 nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində CM-in 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə ona bəraət verilsin. Təqsirləndirilən şəxs CPM-in 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs cinayət əməli CM-in 221.3-cü maddəsisindən CM-in 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə, CM-in 326.1-ci maddəsi ilə 06 (altı) ay müddətə Zərərçəkmiş şəxs3lıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 221.1 və 326.1-ci maddələri ilə təyin edilmiş Zərərçəkmiş şəxs3lqıdan məhrumetmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 01 (bir) il 3 (üç) ay müddətinə Zərərçəkmiş şəxs3lqıdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 19.09.2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 01 ədəd balta məhv edilsin. Zərərçəkmiş şəxs1 aid bir ədəd AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi və bir ədəd AZ-İİ 057945 nömrəli nikah haqqında şəhadətnamə cinayət işin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 51.06 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası maddi sübutlara və ekspertiza xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-241/2021
Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-241/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver