Məhkəmə qərarları › İş №1(107)-242/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-242/2021

08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-242/2021 08.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X4, müdafiəçi-Yevlax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) 13 aprel 2021-ci il tarixli hökmü ilə, xx.xx.1993-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan, barəsində 02.10.2020-ci il tarixdə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 127.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin tutulduğu vaxtdan yəni, 03 sentyabr 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 27.08.2020ci il tarixdə saat 23:30 radələrində Ağdaş rayonu Qaradeyin kəndində küçədə Ağdaş rayonu Qaradeyin kəndində yaşayan xx.xx.1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 küçədə olan kənar şəxslərə məhəl qoymadan, onların narahatçılıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərini davam etdirərək özünü digər şəxslərin fövqündə üstün tutub heç bir əsaslı səbəb olmadan yumruqla Zərərçəkmiş şəxs2 bədənin müxtəlif nahiyələrindən qəsdən bir neçə dəfə vuraraq, ona həyatı üçün təhlükəli olmayan sağ gözaltı nahiyənin qançırı, burun əsası sümüyünün yerdəyişən sınığı, sol burun dəliyindən tənəffüsün pozulması, ümumi əmək qabiliyyətinin 1/3-nin hissəsindən az olmaqla (10%) əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi ilə nəticələnən xuliqanlıq niyyəti ilə sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişdir. Həmçinin Təqsirləndirilən şəxs 27.08.2020-ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs2 qarşı xuliqanlıq hərəkətləri edən zaman ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Ağdaş rayonu Qaradeyin kəndində yaşayan xx.xx.1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 küçədə olan kənar şəxslərə məhəl qoymadan, onların narahatçılıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərini davam etdirərək özünü digər şəxslərin fövqündə üstün tutub heç bir əsaslı səbəb olmadan üç dəfə götürüb barıya çırparaq Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Ağdaş Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Müdafiəçi apellyasiya şikayətində Ağdaş Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə bəraət verilməsini, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə bəraət verilməsini, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında ifadə verən Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını, ona görə şikayətin təmin edilərək ona köməklik edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsif edildiyini, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olаn sübutları tədqiq edib, tərəfləri dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası iclasında təqsirləndirləndirlən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli hesab edərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə aralarında heç bir dava-dalaş olmamışdır. Zərərçəkmiş şəxs1 onun boğazından tutaraq onu aralaşdırmaq istəmiş, o, boğulduğu üçün onun qolundan dartmışdır. Məhəmməd də içkili olub, ana söyüşü söydüyü üçün ona 1 dəfə yumruq vurub çıxıb getmişdir. Zərərçəkmiş şəxs2 ilə onun arasında ana söyüşü ilə bağlı zarafatları olmamışdır. Onun Məhəmməd ilə küçədə dava-dalaşı 4-5 dəqiqə çəkmişdir. Orada Məhəmməd, Əli və o,özü olmuşdur. Həmin vaxtı saat axşam 12 olardı. O, orada olan vaxtı oraya əlavə heç kəs gəlməmiş, o gedəndən sonra gəlmişlər. Eşitdiyinə görə sonradan Məhəmmədin əmisi oraya gəlib onu oradan aparmışlar. Birinci instansiyan məhkəməsi iclasında isə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs2 onun həmkəndlisi olduğunu, Məhəmmədlə münasibətlərinin yaxşı olduğunu, 27.08.2020-ci il tarixdə saat təxminən 17 radələrində əmisi İsrəfilin evinə getdiyini, əmisi İsrəfil ilə bir neçə rumka araq içdiklərini, daha sonra saat təxminən 19 radələrində əmisinin evindən çıxıb kəndidə yerləşən Zilfi adlı şəxsin çayxanasına getdiyini, orada Məhəmmədin həmkəndliləri ilə yeyib içdiyini gördüyünü, başqa masada əyləşib özünə pivə sifariş verdiyini, həmin vaxt Məhəmmədin sərxoş olduğunu, Məhəmmədin çayxanada ucadan nalayiq söyüşlər söyməyə başladığını, Zilfinin oğlu Əlinin də onu sakitləşdirmək istədiyini, lakin Məhəmmədin Əliyə əhəmiyyət vermədiyini, Əlinin də Məhəmmədi evlərinə aparmaq üçün küçəyə çıxardığını, həmin vaxt saat təxminən 23:30 radələri olduğunu, küçəyə çıxdığını və evinə getmək istədiyini, bu zaman Məhəmmədin ona nalayiq söyüşlər söydüyünü, əsəbləşib yumruqla bir neçə dəfə onu sifətindən vurduğunu, Məhəmmədin zərbədən yerə yıxıldığını, sonra isə aralandığını, Əlinin də gedib çayxanada olan şəxsləri çağırdığını, bu zaman Əlinin onun qabağını kəsdiyini, onun boyun nahiyəsindən tutduğunu, Əlini üç dəfə barıya çırpdığını, bundan sonra sakitləşdiyini və evinə getdiyini, hadisənin konkret olaraq 27.08.2020-ci il tarixdə saat təxminən 23:30 radələrində yaşdıqları kənddə Yaşar adlı şəxsin evinin qarşısında küçədə baş verdiyini, hadisənin baş verməsinə səbəbin Məhəmmədin ona söyüş söyməsi olduğunu, hadisə zamanı orada Əlinin olduğunu, hadisənin təxminən 5-10 dəqiqə davam etdiyini, səs-küyə kənardan həmkəndlisi Bəhlulun oğlu Məhəmmədin gəldiyini, başqa şəxslərin də gəldiklərini, lakin kimlərin gəlməsini xatırlamadığını, Məhəmmədin həmkəndliləri Hacının oğlu Ruslan və X5 ilə yeyib-içdiyini, Məhəmmədi yumruqla sifət nahiyəsindən bir neçə dəfə vurduğunu, Məhəmmədin onu vurmadığını, Əlinin sadəcə onu ayırmaq üçün boynundan tutduğunu, onu vurmadığını bildirmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə kollegiyası iclaslnda zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə olan vaxt içkili olmuş, Elvinə ana söyüşü söydüyünə görə Elvin onun burnundan 1 dəfə vurmuşdur. Hadisə vaxtı yanında heç kim olmamış. Yıxıldıqdan sonra oraya əmisi gələrək onu aparmışdır. O, huşsuz olduğundan digər Zərərçəkmiş şəxs1 ilə Elvinin mübahisə etməsini görməmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində əməlindən peşman olduğunu Təqsirləndirilən şəxs həmkəndlisi olduğunu, əvvəllər aralarında heç bir söz-söhbət və narazılıq olmadığını, həmişə münasibətlərinin yaxşı olduğunu, 27.08.2020-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı Qaradeyin kəndində Əlinin işlətdiyi kafeyə getdiyini, orada həmkəndliləri Abdullanın oğlu Teymurla yeyib içdiklərini, Əlinin də onlarla əyləşdiyini, yemək yeyib spirtli içki qəbul etdiklərini, daha sonra saat təxminən 20 radələrində Elvinin kafeyə gəldiyini, Elvinin onlardan ayrı masada əyləşdiyini və pivə sifariş verdiyini, təxminən 2-3 saat orada əyləşdiklərini, daha sonra saat 23:30 radələrində onu Bəhlulun oğlu Məhəmmədin, Elvini isə Əlinin evlərinə apardığını, hər ikisinin sərxoş olduğunu, Qəzənfərin evinin qarşısına çatan zaman Elvinə zarafatla ana söyüşü söydüyünü, aralarında ana zarafatı olduğunu, bu zaman Elvinin onun üzərinə gəldiyini, Elvinin onu vurmasını gözləmədiyini, Elvinin yumruqla onun sifət nahiyəsindən bir dəfə vurduğunu, yerə yıxıldığını və huşunu itirdiyini, ayılan zaman evdə olduğunu gördüyünü, daha sonra isə Əlinin onları aralamaq istədiyini, bu zaman da Elvin Əlini də götürüb divara çırpdığını sonradan bildiyini, hadisənin konkret olaraq 27.08.2020-ci il tarixdə saat 23:30 radələrində yaşadıqları Qaradeyin kəndində Yaşarla Qəzənfərin evinin arasında baş verdiyini, Elvin onu yumruqla bir dəfə sifətindən vurduğunu, huşunu itirdiyini, sonrasını xatırlamadığını, hadisə zamanı orada həmkəndliləri Əli və Bəhlulun oğlu Məhəmmədin olduğunu, onların hadisəni gördüklərini, hadisə zamanı səs-küyə kənardan kimlərin gəlməsini görmədiyini, lakin sonradan səs-küyə kənardan çox adamın gəldiyini bildiyini, Qəzənfərin oğlu Fəxrəddinin də gəldiyini, əvvəllər Elvinlə aralarında hər hansı bir söz-söhbət və narazılıq olmadığını, münasibətlərinin həmişə yaxşı olduğunu, Əlinin onları aralamaq istədiyini, lakin Elvinə gücü çatmadığını, Elvinin də onu götürüb 3 dəfə barıya çırpdığını, Əlinin Elvini vurub-vurmaması barədə heçnə bilmədiyini, bu barədə də heçnə deyə bilməyəcəyini göstərmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, əvvəllər Elvinlə aralarında heç bir söz-söhbət və narazılıq olmadığını, atasının yaşadıqları Qaradeyin kəndində kafe işlətdiyini, özü də atasına kömək etdiyini, 27.08.2020-ci il tarixdə saat təxminən 19 radələrində Zərərçəkmiş şəxs2 onun işlətdiyi kafeyə gəldiyini, kafedə digər həmkəndliləri Teymur və Ruslanla birlikdə əyləşdiklərini, onların yemək yediklərini və spirtli içki qəbul etdiklərini, Elvinin isə saat təxminən 20 radələrində kafeyə gəldiyini, Elvinin də özünə pivə sifariş verdiyini, Elvinin tək əyləşdiyini, saat təxminən 23:30 radələrində Məhəmməd və Elvinin çox sərxoş olduqları üçün onları evlərinə aparmaq istədiyini, Elvinin özünün getdiyini, Məhəmmədi isə özünü apardığını, Yaşarın evinin qarşısından keçən zaman Məhəmmədin Elvinin ünvanına ağır söyüş söydüyünü, Elvinin də dərhal gedib onu yumruqla sifətindən vurduğunu, Məhəmmədin yerə yıxıldığını, yerdə isə Elvinin bir dəfə də Məhəmmədi yumruqla vurduğunu, digər Məhəmmədlə özü onları aralamağa çalışdıqlarını, Bayramın oğlu Məhəmmədin huşunu itirdiyini, Elvinə gücü çatmadığı üçün kafedə olan şəxsləri gedib çağırdığını, hadisə yerinə gələndə Elvinin evə gedib geri qayıtdığını gördüklərini, bu zaman Elvini sakitləşdirmək istədiyini, lakin gücü çatmadığını, buna görə də məcbur olub onu zərərsizləşdirimək üçün onun boynundan tutduğunu, bu zaman da Elvinin onu götürüb üç dəfə Yaşarın evinin barısına vurduğunu, sonra isə Elvinin sakitləşdiyini və çıxıb getdiyini, səs-küyə kənardan çox adam gəldiyini, lakin kənardan kimlərin gəlməsini görmədiyini, hadisənin konkret olaraq 27.08.2020-ci il tarixdə saat 23:30 radələrində yaşadıqları Qaradeyin kəndində Yaşar adlı şəxsin evinin qarşısında baş verdiyini, hadisənin təxminən 15-20 dəqiqə davam etdiyini, Elvinin Məhəmmədi vuran zaman orada özünün olduğunu, sonradan səs-küyə kənardan xeyli adam gəldiyini, lakin kimin gəlməsinə fikir vermədiyini, Elvinin iki dəfə yumruqla Məhəmmədi vurduğunu, Elvinin onu üç dəfə qaldırıb barıya çırpdığını, həmin vaxt orada adam çox olduğunu, yadında kimlərin olmasının qalmadığını, Elvini vurmadığını, sadəcə Elvini sakitləşdirmək üçün onun boynundan tutduğunu, çünki gücü çatmadığını, bu zaman da Elvinin onu barıya çırpdığını göstərmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadəsi elan edilmiş Şahid4 ifadəsində Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs onun həmkəndliləri olduğunu, əvvəllər onların heç biri ilə onun arasında heç bir söz-söhbət və narazılıq olmadığını, 27.08.2020-ci il tarixdə saat təxminən 20 radələrində həmkəndlisi Zilfinin işlətdiyi kafedə olduğunu, Məhəmməd və Teymurun onu yemək yeməyə çağırdıqlarını, onlarla əyləşdiyini, birlikdə yemək yeyib spirtli içki qəbul etdiklərini, həmin vaxt kafedə Zilfinin özü olmadığını, oğlu Əlinin işlətdiyini, təxminən 1 saat əyləşdiklərini, həmin vaxt Elvinin kafeyə gəldiyini, özü və Teymurun bir qədər əyləşdikdən sonra küçəyə çıxdıqlarını, özü də evə getdiyini, daha sonra saat təxminən 23:30 radələrində yenidən kafeyə qayıtdığını, küçədə xeyli adam olduğunu gördüyünü, küçədə olan şəxslərdən nə baş verdiyini soruşduğunu, orada olan şəxslərin ona Elvinlə Məhəmmədin dalaşdığını, Elvin də Məhəmmədi döydüyünü dediklərini, həmin vaxt Məhəmməd və Elvin orada olmadığını, Məhəmmədin evinə getdiyini, Məhəmmədin burnun qan olduğunu gördüyünü, Elvinin onu burun nahiyəsindən yumruqla vurduğunu, Elvinin Məhəmmədin ona söyüş söydüyü üçün onu döydüyünü dediyini sonradan bildiyini bildiyi qədər ilə həmkəndlisi Bəhlulun oğlu Məhəmmədin orada olduğunu, ancaq dəqiq bilmədiyini, həmçinin səs-küyə kənardan xeyli adam yığıldığını bildiyini bildirmişdir . Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs həmkəndliləri olduqları üçün tanıdığını, həmçinin Məhəmmədin onun bibisi nəvəsi olduğunu, 27.08.2020-ci il tarixdə saat təxminən 17 radələrində kənddə Zilfinin işlətdiyi kafeyə getdiyini, Zilfinin özünün orada yox olmadığını, oğlu Əlinin orada olduğunu, kafedə əyləşdiyini, saat təxminən 19 radələrində kafedən çıxıb getdiyini, bu zaman Məhəmməd və Hacının oğlu Ruslanın kafeyə gəldiklərini, çıxıb evinə getdiyini, sabahı gün Məhəmmədlə Elvin küçədə dalaşdıqlarını eşitdiyini, ancaq nə səbəbdən dalaşdıqlarını bilmədiyini, Elvinin Məhəmmədi döydüyünü bildiyini, Əli və Məhəmmədin ifadələrində onun, Məhəmməd və Ruslanın birlikdə kafedə yeyib içərkən həmin vaxt oraya Elvinin gəldiyini bildirməsi barədə onların yalan danışdıqlarını, Məhəmməd və Ruslan gələndə kafedən çıxdığını, Elvini isə kafedə görmədiyini, Elvinin Məhəmmədi döyməsini eşitdiyini, ancaq Əlini döyməsini eşitmədiyini, Elvinin Məhəmmədi döyməsinin səbəbini bilmədiyini, Elvinin küçədə Məhəmmədi döyməsini eşitdiyini, Əlini barıya çırpmasını bilmədiyini, hadisə zamanı orada kimlərin olmasını bilmədiyini, ancaq eşitdiyi qədər ilə səs-küyə kənardan çoxlu adam yığıldığını, Elvinin konkret olaraq Məhəmmədi nə ilə, neçə dəfə hansı nahiyəsindən vurmasını bilmədiyini, hadisə ilə bağlı elədə maraqlanmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid3 ifadəsində Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs onun həmkəndliləri olduğunu, əvvəllər onların heç biri ilə aralarında söz-söhbət və narazılıq olmadığını, 27.08.2020-ci il tarixdə saat təxminən 23:30 radələrində evdə olan zaman küçədən səs-küy gəldiyini eşitdiyini, buna görə evdən küçəyə çıxdığını, küçəyə çıxan zaman Elvinlə Məhəmmədin dalaşdığını gördüyünü, onların hər ikisinin sərxoş olduğunu, Məhəmmədin yerdə uzanıqlı olduğunu, Elvinin onu döydüyünü, ancaq yenə də Elvin onu döyməyə çalışdığını, həmin vaxt orada olan Əli və özü onu aralamağa çalışdıqlarını, Əlinin Elvini aralamaq istəyən zaman Elvinin onu qaldırıb barıya vurduğunu, sonra Əli və özü Elvini bir təhər aralayıb apardıqlarını, lakin hadisənin nə səbəbə baş verməsini bilmədiyini, hadisə zamanı orada adam çox olduğunu, lakin yadında qalan Əli olduğunu, Elvinin yumruqla Məhəmmədi sifətindən vurduğunu, başqa necə vurmasını bilmədiyini bildirmişdir. İbtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 ifadəsində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 onun həmkəndliləri olduğunu, əvvəllər onların heç biri ilə aralarında heç bir söz-söhbət və narazılıq olmadığını, 27.08.2020-ci il tarixdə saat təxminən 23 radələrində yaşadığı kənddə yerləşən Zilfinin işlətdiyi kafedə olduğunu, saat təxminən 23:30 radələrində kafedə olan zaman Elvinlə Məhəmmədin dalaşmasını dediklərini, camaat hamı hadisə yerinə getdiyini, özü də digər şəxslərlə birlikdə hadisə yerinə getdiyini, Məhəmmədin orada olduğunu gördüyünü, orada olan insanların Məhəmmədin başına yığılışdıqlarını, Elvin isə orada olmadığını, onların dalaşmasının səbəbini bilmədiyini, Məhəmməd və hadisə zamanı orada adam çox olduğunu, lakin kimlərin olmasına fikir vermədiyini, həmçinin də qaranlıq olduğundan orada olan şəxslərin üzlərini görmədiyini, Elvinin Əlini barıya çırpması barədə eşitmədiyini, bu barədə də heçnə deyə bilmədiyini göstərmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın Məhkəmə-tibb ekspertizanın 18.09.2020-ci il tarixli 549 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlər – sağ gözaltı nahiyənin qançırı, burun əsası sümüyünün yerdəyişən sınığı, sol burun dəliyindən tənəfüssün pozulması, ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla(10%) əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olduğundan sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın 02.09.2020-ci il tarixli 552 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində hər hansı bir xəsarət aşkar olunmadı. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın 02.09.2020-ci il tarixli 550 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmadı. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 21.08.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsulliyətinə cəlb olunmuş Azərbaycan Respublikası CPM-nin 39.1.11 maddəsinəs əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Cinayət işinə əlavə edilmiş Ağdaş rayon Məhkəməsinin 05.09.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli 03.09.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Ağdaş rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə onun müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilməmişdir. Cinayət işinə əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən imtina edilməsinə dair Ağdaş rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli qərarı ləğv edilmiş Təqsirləndirilən şəxs barəsində Ağdaş rayon Məhkəməsinin 05.09.2020-ci il tarixli qərarı ilə 3 ay müddətə seçilmiş həbs qətimkan tədbirinin qalan hissəsi ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Qaradeyin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 noyabr 2020ci il tarixli 263 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş rayonu, Qaradeyin kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X8 atası; X2-anası; X11 qardaşı; X13-qardaşı arvadı; X9-qardaşı qızıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Qaradeyin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. Birinci instansiya məhəməsi hesab etmişdir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini CM-in 127.2.3 və 221.2.2-ci maddələrinə tövsif etmişdir Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində Ağdaş Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə bəraət verilməsini, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Apellyasiya şikayətinin Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə və zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur (CM-in 221-ci maddəsi). Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin qərarlarında xuliqanlıq kimi tövsif edilən əməllərin mahiyyəti və xuliqanlıq cinayət əməlinin tərkib əlamətləri barədə aydın hüquqi əsas və təcrübə formalaşdırılmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azrəbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü il il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında,şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə,sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqacinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndiriləbilər. Məhkəmə kollegiyasının tədqiq etdiyi sübutlardan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs2 ilə aralarında olan mübahisə zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış olsa da, sonrada Təqsirləndirilən şəxs onları ayırmağa çalışan Zərərçəkmiş şəxs1 küçədə olan kənar şəxslərə məhəl qoymadan, onların narahatçılıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərini davam etdirərək özünü digər şəxslərin fövqündə üstün tutub heç bir əsaslı səbəb olmadan üç dəfə götürüb barıya çırparaq Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edib ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan şəxsə qarçı müqavimət göstərməklə xuliqanlıq etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ...Zərərçəkmiş şəxs1 məni arxadan boğazımdan tutaraq çəkdi mən də boğulduğumdan onu arxaya divara sıxdım.. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə qeyd etdikləri və təqsirləndirilən şəxsin verdiyi ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin digər bir dəlili Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsindən ibarətdir. Belə ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 münasibətdə istintaq orqanının gəldiyi və birinci instansiya məhkəməsinin onu təqsirli bilməsi barədə gəldikləri qənaətlə, yəni istinad edilən cinayət əməlinin bilavasitə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə törədilməsi hissəsi ilə razılaşmır və bu fikirdədir ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Çünki, birinci instansiya məhkəməsi cinayət işi üzrə hərtərəfli, tam və obyektiv və hökmdə ətraflı şərh olunan sübutların məcmusuna, yəni təqsirkarın, zərərçəkmişlərin və şahidlərin ifadələrinə əsaslanmaqla və bunları mötəbər sübut kimi qiymətləndirməklə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə ittiham hökmü çıxarmaqda düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X10rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmlıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X1rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Hazırda, məhkəmə kollegiyasının fikrinə görə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə nəticəsində sonuncunun az ağır dərəcəli bədən xəsarəti alması mübahisələndirilməsə də, təqsirləndirilən şəxsin zərərçəkmişə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurması ilə ittiham tərəfinin istinad etdiyi sübutların həqiqiliyi həddindən artıq şübhə doğurur. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilir ki, .Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Ona görə də kollegiya hesab edir ki, ilk növbədə şəxsin əməlinin xuliqanlıq niyyəti ilə törətməsini dəqiqləşdirmək üçün, təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədib-törətməməsi (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə) aydınlaşdırılmalıdır. Hazırki işdə isə mübahisəsiz şəkildə müəyyən olunur ki, mübahisə zərərçəkmiş Zərərçəkmiş şəxs2 təşəbbüsü ilə başlamışdır. Yuxarıda şərh olunanlardan, aydın olur ki, təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizimini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər, onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. Həmçinin məhkəmə kollegiyası bu arada qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir və bu halda digər motivlər ya olmamalıdır, yaxud da cinayətin törədilməsi motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə də əməlin xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası yuxarıda göstərilən qanun normasının mənası, həm Konstitusiya Məhkəməsinin, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsi plenumlarının qərarlarının izahı baxımından, həmçinin cinayət işinin faktiki hallarının gerçək vəziyyətinə əsasən bu fikirdədir ki, təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə müəyyən edilmiş bütün faktiki hallar məcmu halında qiymətləndirilməli, həmçinin belə işlərdə cinayətin motivinə dair məsələnin araşdırılması xüsusi əhəmiyyət kəsb etdiyindən, cinayətin törədilmə halları ilə yanaşı, təqsirləndirilən şəxsin əvvəlki davranışı, onun şəxsiyyəti ilə bağlı xüsusatların aydınlaşdırılması vacib şərtdir. Hazırda, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmişin və şahidlərin ifadələrindən görünür ki, mübahisə onların arasında olan şəxsi münasibətlər zəminində baş vermiş və nəticədə mübahisə zamanı təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 müxtəlif nahiyələrindən qəsdən bir neçə dəfə vuraraq, ona həyatı üçün təhlükəli olmayan sağ gözaltı nahiyənin qançırı, burun əsası sümüyünün yerdəyişən sınığı, sol burun dəliyindən tənəffüsün pozulması, ümumi əmək qabiliyyətinin 1/3-nin hissəsindən az olmaqla (10%) əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi ilə nəticələnən xuliqanlıq niyyəti ilə sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişdir. Belə ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, baş verən hadisə zərərçəkmiş şəxsin bilavasitə davranış qaydalarına zidd hərəkət nəticəsində baş vermişdir. Zərərçəkmiş şəxs 27 avqust 2020-ci il tarixdə saat 19 radələrində sərxoş vəziyyətində ona ana söyüşü etməsindən sonra onu vurmuşdur. Vurduğum zərbə bir yumruq zərbəsi olmuşdur. Bu xususat Zərərçəkmiş şəxs2 tərəfindən qəbul edilmiş və həqiqətən də Təqsirləndirilən şəxs anasa söyüşü söydüyünü, lakin onların arasında belə bir zarafat olduğu üçün söydüyü qeyd edilmişdir. Hal hazırda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmış, zərərçəkmiş şəxslərin heç bir şikayət tələbi yoxdur. Göründüyü kimi, tədqiq edilmiş sübutlarla hadisənin bu cür inkişaf etməsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 münasibətdə cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəmnində törədildiyini göstərir. Xuliqanlıq niyyətinin olmamaması təqsirkarın ictimai təhlükəli qəsdinin ictimai qaydadnın kobud şəkildə pozulmasına və cəmiyyətə qarşı açıq-aydın hörmətsizliyin ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmişə qarşı, onun sağlamlığına ağır zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə zərərin vurulmadığını göstərir. Hazırkı işin müəyyən edilmiş gerçək vəziyyətindən bəlli olur ki, məlum cinayət əməli təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq motivi ilə deyil, aralarında olan münasibətləri zəmnində baş vermiş və təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yuxarıda şərh edilən cinayət əməlini onun sonuncu ilə aralarında olan şəxsi münasibətə, aralarında baş vermiş mübahisəyə görə etmiş, bu motiv törədilmiş cinayətin əsas motivi kimi çıxış etmiş və bu halda əməlin xuliqanlıq niyyətilə törədilməsi istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, lakin cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, əməlin tövsifıni müəyyən edərkən bunu kifayət qədər əsaslandırmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarında qeyd edilir ki, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi X6 məhz xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə cinayətini törətməsi barədə nəticəyə gələrkən sübutların Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qiymətləndirilməsini təmin etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Cinayət-Prosessual Məcəlləsinin 33.1 və 33.2-ci maddələrinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və biri-biri ilə müqayisə edilir, yenisübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyinəzərindən qiymət verir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar ittihamda aktında qeyd edildiyi kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Cinayət-Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraqi onun törətmiş olduğu cinayət əməlinin Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham olunaraq, həmin maddə ilə təqsirli bilinib məhkum edilməsini əsaslı sayır. Çünki, ibtidai istintaq orqanı tamamilə fərziyyələrə və ehtimallara əsaslanmaqla təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi qənaətinə gəlmişdir. Halbuki, Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Bu baxımdan da, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verməmişdir . Ona görə də apellyasiya şikayətinin Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə bağlı olan dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası işdə olan sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin, məhkəmə iclasına təqdim edimiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən notrial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayt və tələbləri yoxdur. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən isə 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, m məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə barışmasını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs ona istinad olunacaq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata Cinayət Prosessual Məcəlləsinin in 43.1.2-ci maddəsinə əsasən xitam verilməli, Ağdaş Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə ona Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təyin edilmiş və cəzaçəkmənin əvvəli 03 sentyabr 2020-ci ildən hesablanan bir il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti başa çatdığından, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir Göstərilənlərə əsasən Cinayət Məcəlləsinin73.2 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməli həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin, barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunsun və o, cinayət məsuliyyətindən azad edilərək, cinayət təqibi üzrə icraata xitam verilsin. Hökm baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təyin edilmiş və cəzaçəkmənin əvvəli 03 sentyabr 2020-ci ildən hesablanan 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti başa çatdığından o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar