Məhkəmə qərarları › İş №1(107)-243/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-243/2020

02.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-243/2020 02.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X8, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair X19 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X19 Məhkəməsinin (sədrlik edən hakim X9, hakimlər X14 və X5 ibarət tərkibdə) xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxxx 1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 qeydiyyatda olan və həbs edilənə kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli həbs edildiyi vaxtdan, yəni 11 avqust 2019-cu ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, maddi sübut olan və Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan 1 ədəd qara rəngli köynək, 1 ədəd boz rəngli idman şalvarı və 1 ədəd bıçaq məhv edilməsi müəyyən edilmişdir. işin halları: X19 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə Bəkirov X10 Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, xx xxxxxx 2019-cu ildə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən «Aişə» kafesində olan zaman kafedə fəaliyyət göstərən musiqiçilərə öz zövqünə uyğun «balıqların şahı ölüb dəryada» mahnısını sifariş vermiş, mahnı səsləndirilib qurtardıqdan sonra yenidən həmin mahnını sifariş verdikdə kafenin icarədarı Şahid3 həmin musiqiqiq səsləndirilməsinə imkan verməmişdir. Şahid3 qardaşı Zərərçəkmiş şəxs söhbətə müdaxilə edərək Təqsirləndirilən şəxs vurmuş, digər qardaşlarda birləşərək Təqsirləndirilən şəxs döymüşlər. Təqsirləndirilən şəxs kafedə olan masaların birinin üzərindəki pivə bokalını sındıraraq Sübhan və Zərərçəkmiş şəxsləri hədələmiş, orada olan digər şəxslər onu kafedən çıxarmışlar. 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində döyülməsinə görə qisas almaq məqsədi ilə kafeyə gəlmiş, kafenin qiriş qapısının qarşısında Zərərçəkmiş şəxs ilə qarşılaşmış, bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuş, Təqsirləndirilən şəxs isə üzərində olan bıçaqla qəsdən bir dəfə Zərərçəkmiş şəxs qarın boşluğunu dəlibkeçən yetirildiyi anda insan həyatı üçün təhlükəli olan nazik bağırsağın və müsariqənin zədələnməsilə nəticələnən ağır xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. X19 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayətləri verilmişdir. apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, özünün 3-cü qrup əlil olmaqla orqanlarının 60 faizinin işləməməsini nəzərə alaraq barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsinin xahiş etmişdir. Müdafiəçi verdiyi apellyasiya şikayətində X19 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünü dəyişdirərək, həmin hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş 3(üç)il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-nin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxsə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, habelə təyin edilmiş həmin cəzaya CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X19 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 apelyasiya şikayətlərinin təmin olunmasını, X19 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(091)-33/2020 nömrəli hökmünün cəzaya aid hissədə dəyişdirilməsini, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X15 apelyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs X7 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayətləri ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayələri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair X19 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(091)-33/2020 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi iclası zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 21:30 radələrində tanışı Sərvərlə Mingəçevir şəhəri «Əşya» bazarının yaxınlığında yerləşən «Aişə» kafesinə gəlib, pivə içmişlər. Həmin vaxt kafedə digər şəxslərdə əyləşərək canlı müsiqiyə qulaq asmışlar. Kafedə əyləşdikdən yarım saat sonra müsiqiçilərə yaxınlaşaraq 2 manat müqabilində canlı müsuqi «balıqların şahı ölüb dəryada» mahnısını sifariş vermiş, sifariş verdiyi müsiqi oxunub qurtarmağa az qalmış yenidən 2 manat verərək həmin mahnının yenidən oxunmasını istəmişdir. Sübhan ona yaxınlaşaraq həmin mahnının ifa edilməsinə imkan verməmişdir. Həmin vaxt Sübhanın qardaşı Məhəmməd ona yaxınlaşaraq onunla mübahisə etmiş, onun boynundan tuturaq, kobud formada oturmasını bildirmiş, o isə Məhəmmədin sinəsindən itələmişdir. Məhəmməd sifətindən yumruqla vurmuş, kafedə olan şəxslər onları aralamış, vurulduğu üçün masaların birinin üstündə olan pivə bokalını stolun üstünə vurub sındıraraq Məhəmmədi hərəkətini davam etdirməməsi üçün hədələmişdir. Bokal sınığı onun sağ əlinin işarət barmağını kəsmiş, kafedə olan şəxslər onları aralaşdırmışlar. Lakin Məhəmməd onu yenə də yumruqla və kəllə ilə vurmuşdur. Sübhanın digər qardaşı Əfqan da onlara yaxınlaşaraq onu baş nahiyəsindən vurmuşdur. Kafenin mətbəxinə keçib oradan bıçaq götürüb münaqişəni davam etdirmədən çölə çıxıb getmişdir. Əfqan həmin vaxt onunla kafeyə gəlmiş Sərvanı də döymüşdür. Kafenin kənarında 5-10 dəqiqə gözlədikdən sonra kafenin girişinə yaxınlaşmış, bu zaman kafenin giriş qapısında Məhəmmədlə qarşı-qarşıya gəlmiş, Məhəmməd yenə də onun yumruqla vurmuşdur. Bu zaman əlində olan bıçaqla bir dəfə onun qarın nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Kafedə olan şəxslər onları aralaşdırmış, oradan piyada yaşadığı ünvana getmiş, lakin evdə çox qalmayaraq çölə çıxıb əsəbi halda X.Şuşinski küçəsində gəzərkən post patrul xidmətinin əməkdaşları yaxınlaşaraq hadisə ilə bağlı onu şöbəyə aparmışlar. Məhəmmədə bıçaqla xəsarət yetirdikdən sonra onu əlavə olaraq bıçaqla vurmağa imkanı olsa da vurmamış, belə ki, niyyəti onu öldürmək yox yalnız ona xəsarət yetirmək olmuşdur. Zərərçəkmiş şəxs ilə barışmışdır. Tutduğu əməldən peşmandır. Kafenin içərisində ilkin olaraq Zərərçəkmiş şəxs onu vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və Məhəmməd heç bir səbəb olmadan onun sifariş verdiyi mahnının ifa olunmasına icazə verməyərək nalayiq sözlər deyərək camaatın içərisində yaxalaşaraq onu təhqir edib vuraraq xəsarət yetirmişdir. Aldığı yumruq zərbəsindən camaatın yanında təhqir olunmasından, mahnısının ifa olunmayaraq kafedən qovulmasından pis olduğu üçün kafenin mətbəxindən götürdüyü, istintaqa təqdim olunmuş bıçaqla Məhəmmədi vuraraq xəsarət yetirmişdir. Kafenin iş fəaliyyəti pozulmamış və aldığı xəsarətlə bağlı şikayəti və tələbi yoxdur. Kənarda olan şəxslərdən heç kim onu vuraraq xəsarət yetirməmişlır. Məhəmməd onu vuraraq xəsarət yetirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, mətbəxdən bıçağı götürəndə yanında heç kim olmamaqla yanaşı heç kim görməmiş, Sübhan onu vurmamış, lakin Sübhanın qardaşı Əfqan onun başından vurmuş qollarından isə orada olan şəxslər aralaşdırmaqdan ötrü tutmuşlar və kafenin video müşahidə kameralarından götürülmüş video görüntüdəki qısa qol köynək geyinmiş, köynəyin üzərində böyük hərflərlə «BRK LİNK» sözləri yazılmış, qara şalvar, qara ayaqqabı geyinmiş şəxs Məhəmmədin qardaşı Əfqan olmuşdur. Ağ rəngli köynək, qara kəmər, cins şalvar və qara ayaqqabı, üzü tüklü olan şəxs isə dostu Sərvan Əliyevdir. Əfqan onu da döymüşdür. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsi zamanı ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 21 radələrində «Aişə» kafesində qardaşı Əfqanla pivə içmişdir. Sübhanın işlətdiyi kafeyə həftədə bir dəfə meyxana deyənlər gəlir. Həmin gün də meyxana deyənlər gəlmişdir. Məmməd də onlardan arxada masada əyləşərək pivə içmişdir. Məmməd meyxana deyənlərə yaxınlaşaraq «balıqların şahı ölüb dəryada» mahnısının oxunmasını sifariş vermişdir. Bununla bağlı Sübhan ilə aralarında mübahisə yaranmış, onlara yaxınlaşaraq mübahisəyə son qoymalarını istəmiş, Məmmədin boynundan tutub, onu yerində oturmasını dedikdə, Məmməd sinəsindən əli ilə itələmişdir. Bundan sonra Məmmədi yumruqla vurmuşdur. Kafedə olan şəxslər onları alaşdırmışdır. Bu vaxt Məmmədi yenə də vurmuşdur. Münaqişə zamanı Məmməd yanında olan masadan üzərində olan pivə bokalını götürüb masaya vurub sındıraraq onları hədələmişdir. Sonra Məmmədi bir neçə dəfə də yumruqla vurmuşdur. Sübhan və digər şəxslər Məmmədi saxlamışlır. Məmmədi digər şəxslər çətinliklə tutaraq kafedən çıxartmışlar. 5-10 dəqiqədən sonra Məmməd yenidən qayıtmış, kafenin giriş qapısında onu əli ilə çağırdığı üçün yanına getmişdir. Məmmədə çatanda onu yumruqla vurmuşdur. Məmməd isə üzərində olan bıçaqla onun qarın nahiyəsindən bir dəfə vuraraq xəsarət yetirmişdir. Orada olan adamlar onlara yaxınlaşan zaman Məmməd tez oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir tələbi və şikayəti yoxdur. Birinci instansiya məhkəməsi iclası zamanı Şahid1 ifadəsində göstərmişdir ki, «Aişə» kafesi ona məxsusdur və baş vermiş hadisədən bir neçə ay əvvəl həmin obyekti Şahid3 icarəyə vermişdir. Sonradan ona məlum olmuşdur ki, kafedə olan müştəri Məmməd adlı şəxslə kafeni işlədən Sübhanın qardaşı Məhəmməd arasında mübahisə yaranmış və həmin mübahisə zəminində Məmməd Məhəmmədə bıçaqla xəsarət yetirmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı Şahid3, Şahid4 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişlər. Birinci instansiya məhkəməsi iclası zamanı Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 22 radələrində yaşadığı evdə olarkən Aişə kafedən yüksək səsküy, söyüşlər və nə isə dava-dalaş eşitmiş, evdə narahat olduğu üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş, ancaq dava-dalaşın kimlər arasında olmasından həmin vaxt kimin-kimə xəsarət yetirməsindən xəbəri olmamışdır. Birinci instansiya məhkəməsi iclası zamanı Şahid6 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 22 radələrində «Aişə» kafesində münaqişə olması barədə məlumat alaraq hadisə yerinə getmişdir. Kafeni işlədən Sübhan və onun qardaşı Məhəmmədə yaxınlaşıb nə baş verməsi barədə məlumat almış, onlar isə bir qədər əvvəl Məmməd adlı şəxsin kafedə mübahisə yaradaraq kafeni işlədən Sübhanın qardaşı Məhəmmədə bıçaqla vurub xəsarət yetirdiyini bildirmişlər. Kafenin yaxınlığında yolun kənarında otluq sahədən bir ədəd üzəri qanlı vəziyyətdə olan bıçaq tapmışlar və iş üçün əhəmiyyətli ola biləcəyini nəzərə alıb götürüb, istintaqa təqdim etmişdir. Şöbəyə gələrkən Zərərçəkmiş şəxs bədənindən qan gəldiyini görüb onun vəziyyətinin yaxşı olmadığını anlamış, təcili yardım çağırıb onu təcili yardım vasitəsilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yola salmışdır. Hadisəni törədən Təqsirləndirilən şəxs araşdırmaya cəlb olunması məqsədilə onun yaşadığı Mingəçevir kəndi deyilən yerə doğru yola düşmüş, həmin vaxt onlar Təqsirləndirilən şəxsla X.Şuşiniski küçəsində rastlaşmış, onu baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Polis şöbəsinə gətirmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahidlər Şahid7, Şahid8 və Şahid9 Şahid6 ifadəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şhid Şahid10 ifadəsində göstərmişdir ki, «Aişə» kafesində Təqsirləndirilən şəxs meyxana deyənlərə yaxınlaşıb «balıqların şahı ölüb dəryada» mahnısının oxunmasını sifariş etmiş, həmin vaxt Sübhan Məmmədə yaxınlaşıb mahnının tfa lolunmasına imkan verməmişdir. Sübhanın böyük qardaşı Məhəmmədonlara yaxınlaşmışdır. Məhəmməd Məmmədin boynundan tutmuş, Məmməd Məhəmmədin sinəsindən itələmiş, bu zaman Məhəmməd Məmmədin sifətindən yumruqla vurmuşdur. Məmməd kafedəki masalardan birinə yaxınlaşıb oradakı pivə bokalını götürüb onu masaya vuraraq qırıb, Məhəmmədi hədələmişdir. Sübhan Məmmədin əlindən tutub saxlamışdır. Bu zaman Məhəmməd Məmmədi yumruqla bir neçə dəfə vurmuş, Məmmədi kafedən çıxartmışlar və Məmməd kafedən uzaqlaşıb getmişdir. Təxminən 5-10 dəqiqədən sonra Məmməd kafeyə yenidən qayıtmış, həmin vaxt Məmməd kafenin qapısının qarşısında Məhəmmədə bıçaqla bir dəfə vuraraq xəsarət yetirmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahidlər Şahid11, Şahid18 və Şahid13, Şahid14, Şahid15, Şahid2, şahid S.Ə.Əliyevin ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır bədən xəsarəti yetirdiyi yer ünvan 2 saylı ünvanda yerləşən «Aişə» kafesidir. «Aişə» kafesində olan video görüntü iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli tibbi müayinənin 3/4 və 3/5 nömrəli protokollardan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hadisə zamanı yüngül dərəcəli sərxoş olmuşlar. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli 5250 nömrəli protokoldan görünür ki, bir ədəd dəstək və tiyə hissədən ibarət uzunluğu 23,5 sm olan tiyə hissə boz rəngli metaldan, bir tərəfi küt digər tərəfi kəsici, tiyənin üzərində dəlik, tiyənin aşağı hissəsində «SANLİU 666» yazı yazılmış, dəstəyinin yuxarı hissəsi metl rəngli, aşağı hissəsi qara rəngli bir ədəd bıçağa Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin bıçağı xx xxxxxx 2019-cu ildə ünvan 2 saylı ünvanda yerləşən «Aişə» kafesinin mətbəxindən götürərək Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs barışmışlar. Zərərçəkmiş şəxs ondan heç bir tələbi və şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 489 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: nazik bağırsağın və müsariqənin zədələnməsilə qarın boşluğuna dəlib-keçən bir ədəd yara, deşici-kəsici əşyanın (alətin) ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 493 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: sol gözünün alt qapağında qançır, küt alətin (əşyanın), sağ əlinin ikinci barmağında yara kəsici alətin (əşyanın) ola bilsin sınmış şüşənin kəsici hissəsinin təsirindən əmələ gəlmişdir, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2019-cu il tarixə uyğundur, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İş materiallarına əlavə edilmiş Məhkəmə-ballistik ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 533 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış deşicikəsici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxxxx 2019cu il tarixli 479 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən, yəni xx.xx.2019-cu il tarixdə saat 22 radələrində öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş məhkəmə-trasoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 28072 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş «a», «b», «c», «d» zədələri vardır. Həmin zədələrdən «a» və «b» zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlarda aiddir. Ümumi əlamətinə əsasən köynəyin səthində olan «a» və «b» zədələrinin tədqiqata təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin konkret hansı bıçaqla təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Təqdim edilmiş köynəyin səthində olan «a» və «b» zədələri öndən arxaya istiqamətdə, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə sağda olmaqla yetirilmişdir. Tədqiqata təqdim edilmiş köynəyin səthində olan «c» və «d» zədələri fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədələridir. Tədqiqata təqdim edilmiş şalvarın səthində zədə yoxdur. Diskə baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs cibindən pul çıxardaraq musiqiçilərə tərəf uzadır, sonradan 2 nəfər qara paltar geyinmiş şəxslər kafedən çölə çıxırlar, kafedə olan bir neçə nəfər masalardan duraraq Təqsirləndirilən şəxs durduğu qapının ağzına gələrək orada danışırlar və həmin şəxslərin içərisində Zərərçəkmiş şəxs da vardır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla yaxalaşaraq Məhəmməd Məmmədə əl-qol atıb yerində musiqiçilərin masasından aralaşaraq əyləşməyini əli ilə işarə edir, onlar birbirləri ilə yaxalaşsalar da orada olan şəxslər onları aralayıb kənara kafenin ortasına gətirirlər və onların arasında olan Sübhan da Məmmədi aralaşdırır. Lakin bu vaxt orada olan qara qısa qol köynək geyinmiş, köynəyin üzərində böyük hərflərlə «BRK LİNK» sözləri yazılmış, qara şalvar, qara ayaqqabı geyinmiş şəxs yəni Şahid4 adamların içərisindən Təqsirləndirilən şəxs yaxınlaşaraq əl-qol atır, Təqsirləndirilən şəxs bu vaxt qadının əyləşdiyi masaya yaxınlaşıb masanın üstündə olan pivə bokalını masaya vurub sındıraraq Zərərçəkmiş şəxs hədələyir. Orada olan adamlardan biri onun əlindən pivə bakalının qırığını alır, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kəllə ilə bir dəfə, yumruqla isə bir neçə dəfə vurur, Şahid4 də bir neçə dəfə Təqsirləndirilən şəxs başından yumruqla vurur və Zərərçəkmiş şəxs kafenin içərisində olan bir nəfər şəxs tutaraq saxlayır. Digər şəxslər isə Təqsirləndirilən şəxs sağa tərəf kafedən çölə aparırlar, yenidən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzərinə hücum çəkərək vurmaq istəsə də iki nəfər şəxs onu möhkəm tutaraq Təqsirləndirilən şəxs üstünə getməyə qoymurlar, Zərərçəkmiş şəxs onların qollarının arasından çıxaraq Təqsirləndirilən şəxs arxasınca kafedən çıxaraq gedir, Məmmədlə Məhəmməd kafenin qarşısında yaxalaşıb dalaşan zaman onları orada olan adamlar aralaşdırırlar. X12 yaxalaşıb kafenin ortasında Məmmədi yumruqla vurur, lakin orada olan şəxslər Məhəmmədi kənara çəkən zaman köynəyinin sinəsinin çırıldığı görüntür, yenidən Məhəmməd Məmmədin üstünə gedərək birlikdə kafenin başında olan iki masanın arasından içəri gedirlər və kafedə olan şəxslərdə onların arxasınca getsə də kafenin görünən yerində 2 nəfər şəxs qalır. Sonradan Məhəmməd kafenin içərisinə daxil olub orada olan ağ köynəkli, ağ şalvarlı şəxslə mübahisə edərək əli ilə onu itələyib Məmmədin olduğu yerə gedir, həmin yerdən Sübhanın sol əli ilə Məmmədin ciyninə qoymuş vəziyyətdə kafedən çölə çıxırlar. Şahid4 üzü tüklü, cavan, ağ köynəkli, qara şalvarlı şəxsi yəni Sərvan Əliyevi vurub döyərək itələyə-itələyə kafedən çölə aparır. Ə.X13 bir neçə yumruq vurur, bu vaxt kafedə olan Məhəmməd onunla üzbə-üz onu tutmuş şəxsi itələyib vuraraq çölə çıxmaq istəyir, lakin Məhəmmədi 3 nəfər şəxs tutur, lakin Məhəmmədi tutan bir neçə şəxsə fikir verməyərək əli ilə Məmmədi döymək istədiyinə işarə edir, Sübhan kafenin içərisində Məhəmməddən aralaşaraq kafedən çölə ayaq yalın çıxır, Məhəmməd kafedə olan şəxslərlə ağzında siqaret kafedən çölə çıxır və kafedə olan müəyyən müştərilər oturub yeməklərini yesələr də musiqiçi Şahid15 alətini yığır. Kafedə olan sintezator alətini yığışdırılır, Sübhanla qardaşı Məhəmmədlə birlikdə kafeyə daxil olurlar, kafenin içərisində Məhəmməd Sübhanla danışaraq çölə çıxır, içəri daxil olan zaman köynəyini orada olan qara geyinmiş qız ona göstərərək qan axdığını bildirir və musiqiçilər öz alətlərini yığaraq masada əyləşmiş şəxslər masalarında qalxaraq gedirlər. Meyxanaçılardan biri ağzında siqaret o yana-bu yana kafenin içərisndə gedir, video diskdə olan görüntü saat 16:22:17 kimi davam edərək kafedə heç bir müştəri, meyxanaçı və musiqiçi qalmır. 102_R_**********0 nömrəli diskdə olan videoya baxış zamanı sağ küncdə tarix 2019- 08-11, saat 16:05:04 yazısı yazılıb, kafedə olan masanın arxasında 2 nəfər meyxanaçılar, onların sağ tərəfində sintezatorda ifa edən şəxs Şahid15, Şahid3 keçir, bu vaxt Məhəmməd Bəkirov müsuqiçilərə yaxınlaşaraq 2 manatı cibindən cıxarıb masaya atıb musiqi sifariş versə də Sübhan onun musiqisinin ifa olunmasını istəmədiyi üçün pulunu masadan götürüb Sübhanla söz mübahisəsi edir. Lakin Məmməd yenidən pulunu masaya qoyub sintezator ifa edənə musiqi sifariş verir, meyxanaçılar və Sübhan ona nəyisə izah edən vaxtı Məhəmməd ona yaxınlaşıb əlindən kənara çəkən zaman onlar yaxalaşırlar, Məmməd Məhəmmədin boynundan Məhəmməd Məmmədin sinəsindən itələyir, onlar musiqiçilərdən kənara çəkilirlər, Sübhan və birinci diskdə olan şəxslər Məmmədi tutaraq musiqiçilərin oturduqları və alətlərin olan yerə gətirirlər və bu vaxt Məhəmməd Məmmədə yaxınlaşaraq musiqi alətlərinin camaatın içərisində onu vurur. Onları araşdıraraq hər ikisini bir kənara aparırlar. Məhəmməd yenidən Məmmədin olduğu yerə gedir, musiqiçilər və meyxanaçılar öz alətlərini yığırlar, Məmmədin boynunda Sübhanın əli musiqiçilər oturduğu yerdən keçib çölə cıxırlar, musiqiçilərin alətlərinin yanına birinci diskdə olan əynində qara qısa qol köynək geyinmiş, köynəyin üzərində böyük hərflərlə «BRK LİNK» sözləri yazılmış Şahid4 üzü saqqallı ağ geyinmiş Şahid2 yumruqla sinəsindən itələyib, döyüb çölə çıxarır. Şahid4 Şahid2 boğazından boğaraq itələyir, onunla mübahisə edir və onları aralaşdırırlar. Məhəmməd ağzında siqaret hirsli halda cölə çıxmaq istədikdə musiqi alətlərinin olan masanın yanında olan Şahid4 onu saxlayaraq birlikdə çölə çıxırlar, musiqiçilər öz alətlərini yığışdırırlar, Məhəmməd yenidən içəri daxil olur və qadın ona köynəyini göstərərək qan olduğunu bildirir. Məhəmməd qarnından qan axdığını görüb harasa gedir, meyxanaçılar, musiqiçi və kafedə işləyən şəxslər çıxıb getdikləri üçün kafenin fəaliyyəti dayanaraq iş rejimi pozulur, ekranın sağ künçündə saat 16:22:18 göstərilir, həmin vaxt video görüntü tamamlanır və video görüntü səssizdir. xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, 2 ədəd disklərdə olan video görüntülərə Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən «Aişə» kafesində mahnı sifariş verdiyi üçün Zərərçəkmiş şəxslə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxslə yaxalaşmış, onları orada olan şəxslər aralaşdırmış, sonradan isə stolun üstündə olan pivə bokalı stola vuraraq Məhəmmədi hədələmiş onun əlindən bakal qırığını orada olan kimsə almış, lakin Məhəmməd heç bir səbəb olmadan Məmmədi yumruqla vuraraq xəsarət yetirmişdir. Həmçinin Zərərçəkmiş şəxs onu yumruqla vuraraq xəsarət yetirdiyi üçün əsəbləşərək və camaatın içində şəxsiyyətini alçaltdığı üçün kafenin mətbəxində olan bıçağı götürüb getmiş və bir neçə dəqiqədən sonra kafenin qapısında bir dəfə Məhəmmədi vuraraq xəsarət yetirmişdir. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, 2 ədəd disklərdə olan video görüntülərə Şahid3 iştirakı ilə baxış keçirilən zaman Şahid3 xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən «Aişə» kafesində olan mübahisə nəticəsində qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurularaq xəsarət aldığını, əynində «BRK LİNK» sözləri yazılmış köynək geyinmiş şəxs onun qardaşıdır, lakin üzü tüklü olan şəxsi tanımır, video disklərin küncündə olan saatlar isə səhvdir, çünki həmin müşahidə kamerasını özü düzəltdiyi üçün səhv olduğunu bilir və əsl saat isə cinayət materiallarındakı saatdır. DİN-in Baş Əməliyyat və X1 alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində ünvan 2 saylı ünvanda yerləşən «Aişə» kafesinin qapısının qarşısında Zərərçəkmiş şəxs bir dəfə bıçaqla qarın boşluğundan vuraraq xəsarət yetirdiyini göstərmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 126.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərindən görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız X23 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxs ilə barışmasını, razılıq əldə etməsini, zərər çəkmiş şəxsin heç bir tələbi və şikayətinin olmamasını, hadisənin zərərçəkmiş şəxsin qeyri hüquqi hərəkətləri nəticəsində baş verməsini onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Həmçinin apellyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs verilən ittihama görə, o, kafedə olan hərəkətlərini davam etdirərək, xuliqanlıq niyəti ilə Zərərçəkmiş şəxs bıçaqla vuraraq ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Lakin iş materiallarından görünür ki, ilkin olaraq Məmməd musiqi sifariş verən zaman Sübhan həmin musiqinin ifa olunmasına imkan vermir. Bununla da onların arasında mübahisə yaranır. Bu vaxt Sübhanın qardaşı mübahisəyə qoşulur və sözlə mübahisə yaxalaşma ilə nəticələnən zaman Məhəmməd Məmmədi vurur, sonra isə Sübhanın digər qardaşı Əfqan Məmmədlə gəlmiş Sərvəri vurur. Məmmədi qardaşlar döyüb, kafedən çıxarırlar. Bir müddət sonra Məmməd şəxsi münasibətlər zəminində qisas almaq üçün kafeyə qayıdır. Kafenin girəcəyində qarşılaşdığı Məhəmməd onu yenidən vurduqda bıçaqla şəxsi münasibətlər zəminində qisas almaq məqsədi ilə bir dəfə vurmuşdur. Göründüyü kimi Zərərçəkmiş şəxs vurması heç də səbəbsiz və ya cüzi səbəbli olmamışdır. Onu və dostu Sərvəri kafedə olan şəxlərin qarşısında döydüklərinə görə şəxsi münasibətlər zəminində qisas almaq məqsədi ilə səbəbli olaraq bıçaqla vuraraq ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Onu yenə də vurmaq üçün imkanı olsa da onu yenidən vurmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 489 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: nazik bağırsağın və müsariqənin zədələnməsilə qarın boşluğuna dəlib-keçən bir ədəd yara, deşici-kəsici əşyanın (alətin) ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. Apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin cinayət hadisəsinin baş verən zaman müəyyən qədər təsir etməsi iş materiaları ilə sübuta yetirilsə də, təqsirləndirilən şəxsin hadisə baş verən vaxt kənar şəxslərin köməkliyi ilə kafedən kənarlaşdırıldıqdan sonra yenidən kafeyə qayıtması özü-özülüyndə sübut edir ki, təqsirləndirilən şəxs edəcəyi cinayət əməlinin hüquqi nəticələrini görməmiş, cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş cəza təhdidini heçə sayaraq hazırkı cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 3 (üç) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını onun şəxsiyəti və törətdiyi cinayət əməlinə görə cəzanın məqsədlərinin təmin olunması baxımından əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin törədilməsinə görə şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə olan da halda birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddə üzrə ən aşağı həddə yaxın müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bu baxımından təqsirləndirilən şəxsə daha sərt cəza, yəni azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apelyasiya şikayətlərinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın şərti hesab edilməsinə əsas görməyərək həmin şikayətlərin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair X19 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(091)-33/2020 tarixli hökmünün baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair X19 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(091)-33/2020 tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar